Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 3,3 Mb.
səhifə3/22
tarix05.03.2017
ölçüsü3,3 Mb.
#10310
1   2   3   4   5   6   7   8   9   ...   22

ЯДЯБИЙЙАТ
1. Азярбайcан Республикасынын «Валйута тянзимлянмяси щагда» Азярбайcан Республикасынын гануну. 2. Байрамов Я.И. «Бейнялхалг базарлар системиндя милли базар субйектляринин инщисарчылыг фяалиййяти вя антиинщисар проблемляри». 08.00.01 – докторлуг диссертасийасы. Бакы, 2002, сящ. 315. 3. Ялийев Я.И. «Азярбайcан Республикасынын хариcи-игтисади ялагяляринин статистик тядгиги». 08.00.12, намизядлик диссертасийасы. Бакы, 2003. сящ. 123-124. 4. Ялийев Н.Щ. «Авропа Иттифагы глобаллашма шяраитиндя: кечид игтисадиййаты юлкялярля игтисади ямякдашлыьын инкишaфы вя эенишляндирилмяси проблемляри». 08.00.14, намизядлик диссертасийасы, сящ. 160. 5. Ялийев Ц.Г. «Кечид дюврцнцн милли игтисади проблемляри». Монографийа. Бакы, 2008, сящ. 219. 6. Ибадзадя А.А. «Хариcи тиcарят ялагяляринин моделляшдирилмяси». 08.00.13, намизядлик диссертасийасы. Бакы, 2002, сящ. 135. 7. Мустафайев Ф. «Кечид игтисадиййатында дювлят тянзимлянмясинин макроигтисади аспектляри». Монографийа. Бакы, Елм, 2008, сящ. 257. 8. Гальперин В.М., Гребенников П.И., Леусский А.И., Тарасевич А.С. «Макроэконокима». – СПб.; СПб ГУЭФ, 1997, с. 221. 9. Гилберт М. «В поисках единой валютной системы». – М.: Прогресс, 1984, с. 341. 10. Дорнбуш Р., Фишер С. «Макроэкономика». – М.: ИНФРА-М, 1997, с. 38 11. Садовская Н.М. «Совершенствование механизма государственного регулирования внешнеэкономической деятельности в Российской Федерации». Автореферат диссертации на сосискание ученой степени к.э.н. Ростов-на-Дону, 2003, спец. – 08.00.14. 12.Хайек Ф.А. «Частные денги». – Тверь, 1996, с. 41.

Теоретические аспекты валютного регулирования

внешнеэкономической деятельности
Азизов Ш.Э.
РЕЗЮМЕ
Мировой опыт реализации экономических функций государства показывает, что содерcание и сущность этих функций постоянно и динамично развивалось и развивается на различных этапах исторических процессов.

В статье основное внимание уделяется одному из основных составных частей общей экономической стратегии государства, валютной политике, особенно анализу валютного регулирования внешнеэкономической деятельности.

По мнению автора, необходимо учитывать принцип адекватности в разработке концепции внешне экономической деятельности. Под принципом адекватности понимается создание такой институциональной системы регулирования внешнеэкономической деятельности, которая смогла бы защитить и сохранить приоритеты национальных экономических интересов в характере и направлениях внешне экономической деятельности в рамках соблюдения меcдународных норм, правил и тенденций глобализации.

Ключевые слова: теория институционализма и неоинституционализма, концепция внешнеэкономической деятельности, принцип адекватности, валютная политика, валютное регулирование.
The theoretical aspects of currency regulation

of foreign economic activity
Sh.E.Azizov
SUMMARY
World experience of the economic functions of the state shows that the content and nature of these features are constantly and rapidly developing and evolving at different stages of historical processes.

The article focuses on one of the main components of the overall economic strategy, monetary policy, in particular the analysis of foreign exchange regulation of foreign economic activity.



According to the author, it is necessary to take into account the principle of adequacy in developing the concept of foreign economic activity. The principle of adequacy as the creation of an institutional system of regulation of foreign economic activity, which is able to protect and preserve the priorities of national economic interests in the nature and direction of the external economic activity within the international norms, rules and trends of globalization.

Key words: theory of institutionalism and neo-institutionalism, the concept of foreign trade, the principle of relevance, monetary policy, exchange control.
Rəyçi:

İbrahimov Z.H.

ADİU – nun “Bank işi”

kafedrasının dosenti

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/1 səh.26-31
UOT 339.92:63
Avropa İttifaqının Vahid Kənd Təsərrüfatı Siyasətinin əsas elementləri
İbrahimova Şəhla Hüseyn qızı

Az.ETKTİ və Tİ aparıcı elmi işçi,

coğrafiya elmləri namizədi

XÜLASƏ
Qərbi Avropanın kənd təsərrüfatı və ərzaq bazarının uğurlu inkişafının əldə olunan təcrübəsi kənd təsərrüfatının özünü təmin etməsi və ərzaq bazarının özünü tənzimləməsi təsəvvürlərinin tamamilə əksini göstərir. Avropa İttifaqında istehsalın sürətli intensivləşməsi bu İttifaqı məhsul ixrac edən bir quruma çevirərək özünün yüksək səmərəliliyini göstərmişdir. Buna görə də artıq ciddi surətdə tamamilə başqa aqrar və büdcə siyasətinin, o cümlədən Avropa İttifaqının siyasətinin təhlil edilməsi vaxtı gəlib çatmışdır.

Açar sözlər: kənd təsərrüfatının subsidiyalaşması, ərzaq bazarı, kənd təsərrüfatı, məqsədli qiymət, satınalma qiymətləri, istehsal, aqrar siyasət, aqrar siyasətin islahatı, müdaxilə qiyməti, astana qiyməti.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafına mühüm əhəmiyyət verildiyi bir dövrdə xarici ölkələrin real aqrar sisteminin, o cümlədən özünü təcrübədə uğurlu və konstruktiv göstərən sistemin tədqiq edilməsinin zəruriliyi daha da artır. Belə tədqiqatlar ölkəmizdə müasir aqrar siyasətin bir hissəsi olmaqla əvvəllər qəbul edilmiş qərarların təkmilləşdirilməsində istifadə edilməlidir. Bu cəhətdən Aİ-nin aqrar siyasətinin təbliğ edilməsinin ilkin məqsədi, bu siyasətin alətlərinin və prinsiplərinin bizim ölkəmiz kimi dövlətlər üçün çox əhəmiyyətli olmasını diqqətə çatdırmaqdır. Bu İttifaqda dünya ərzaq bazarına münasibətdə məqsədli prioteksionist siyasəti, kənd təsərrüfatının və o cümlədən ərzaq bazarının mürəkkəb və çevik dövlət tənzimlənmə sistemi, fəal iqtisadi yardım, kənd yerlərində ETİ amillərindən fəal istifadə etmək imkanında olan və kənd təsərrüfatını intensivləşdirən təsərrüfatları yaratmağa yönəldilmiş struktur siyasətin və sosial tədbirlərin həyata keçirilməsinin qısa bir dövrdə öz müsbət nəticəsini verməsinin öyrənilməsi vacib təcrübələrdəndir. İDM-dən sonra Avropada olan ərzaq qıtlığı bu regionun ərzaq idxalından asılı olmasının təhlükəli olduğunu göstərdi və Aİ 1929-1931-ci illərdəki ABŞ-dakı böhrandan çıxmaq təcrübəsindən də istifadə edərək kənd təsərrüfatının tənzimlənməsi tədbirlərini həyata keçirməyə qərar verdi. V. İ. Nazarenkonun “Avropa İttifaqının aqrar siyasətinin uğurlarının “sirləri” ” (2) adlı məqaləsində həm Avropa ölkələrini, həm də bütün inkişaf etmiş ölkələrdə son yarım əsrdə işlənilmiş və yoxlanılmış bir neçə mühüm nəzəri məsələlərin başa düşülməsinin onların aqrar siyasətinin əsasını təşkil etməsini əsaslandırması elmi cəhətdən maraqlı olduğundan biz onun kənd təsərrüfatına dövlət yardımının vacibliyini ümumiləşdirən fərziyyələri ilə məqaləyə başlamaq istəyirik (2,s.46-47). Bu fərziyyələrin birincisi ondan ibarətdir ki, müasir mexanikləşmiş kənd təsərrüfatı daha çox kapital tutumludur və daima böyük kapital axınını tələb edir. Kənd təsərrüfatının rentabelliyi isə bir sıra səbəblərdən aşağıdır. İstehsal bioloji və dəyişkən xarakterlidir, istehsalçı bazarda güclü TMK və firmalarla rəqabət apardığından onun burada mövqeyinin zəif olması səbəbindən hətta inkişaf etmiş qərb ölkələrində belə dövlətin müdaxiləsi olmadan təsərrüfatların böyük hissəsi zərərlə işləyərdilər və sadə təkrar istehsal prosesi belə mümkün olmazdı. Bunu əsas götürərək Aİ belə qərara gəlmişdir ki, kənd təsərrüfatı maliyyə cəhətdən özünü təmin edən bir sahə deyil, ona daima və böyük həcmdə dövlət maliyyəsi lazımdır ki, geniş təkrar istehsal prosesi həyata keçsin. İkinci fərziyyəyə görə ərzaq bazarı öz xarakterinə görə başqa bazarlardan ciddi fərqlənir. Onun hər iki tərkib hissəsi olan tələb və təklif nisbətən konservativdirlər. Belə ki, tələb təkcə iqtisadi amillər deyil (qiymət, gəlir səviyyəsi və s.) həm də insanın fizioloji təlabatı ilə əlaqədardır. Başqa sözlə bazar az elastikdir və dəyişən vəziyyətə uyğun reaksiya vermir. Bunu bazardakı dəyişikliklərə nisbətən aşağı sürətlə dəyişən kənd təsərrüfatının özü haqqında da demək olar. Kənd təsərrüfatının illik artım həcminin 2% olması kifayət qədər yüksək hesab olunur. Həmçinin hazırda ETİ və məhsuldarlığın daima artması dövründə istehsalın həcmini də aşağı salmaq çox çətindir. Ona görə də tələb və təklif dar bir çərçivədə üst-üst düşür. Tarixi təcrübə, nəzəri modellər isə göstərir ki, bu çərçivədən çıxmaq qiymətlərin kəskin və münasib olmayan dəyişməsinə səbəb olur. Bunlar isə dövlətdən bazarı tənzimləmək, onun ticarətə müdaxiləsini və məhsul ehtiyatlarının yaradılmasını tələb edir. Hazırda belə real yanaşma aşağı və yuxarı həddli qiymət dəhlizini yaratmaq və bu dəhlizin daxilində arzu olunan qiymətlərin müəyyənləşdirilməsindən ibarətdir. Bütün bu qiymət sistemi dövlət tərəfindən ərzaq məhsullarının alınması və satılması, ixracın stimullaşdırılması yolu və s. ilə tənzimlənir. Bütünlüklə buradan bir əsas nəticə çıxarılır: ərzaq bazarı da özünütənzimləyən deyil. Dövlətin fəal və bahalı tənzimləməsini tələb edir. Üçüncü fərziyyə ondan ibarətdir ki, xarici rəqabətdən müdafiə milli istehsalın stimullaşdırılması elementidir. Məsələ ondadır ki, dünya qiymətləri istehsalın ən yaxşı şəraiti olduğu bazada formalaşır. Bunlar ən yaxşı torpaq-iqlim şəraiti, təsərrüfatın ölçüləri, mexanikləşdirmə səviyyəsi və s. kimi istehsalın ən yaxşı şəraiti olduğu bazada formalaşır. Bir çox hallarda belə şəraitlərə ABŞ malikdir. Elmi əsaslara görə Avropada torpağın məhsuldarlığı, təsərrüfatların ölçüləri, əmək məhsuldarlığı, kənd təsərrüfatının mexanikləşdirilməsi ABŞ-da olduğundan aşağıdır. Bu isə Avropa istehsalçıları üçün müdafiə tədbirlərinin tətbiqini vacib edirdi. Aİ-nin yaradılması ilə böyük daxili bazar, regiondaxili ixtisaslaşma və əmək bölgüsü, dünya bazarından vahid müdafiə sistemi yaradılmışdır. Dünya elmi və təcrübəsi gömrük tarifi, kvotalar, keyfiyyət nəzarəti və s. kimi aqrar proteksionizminin müxtəlif vasitələrinə malik olmuşdur. Aİ-də isə çox orjinal və fəal bir müdafiə sistemi yaradılmışdır ki, nəticədə Aİ ölkələri ABŞ ilə birlikdə dünyanın iri kənd təsərrüfatı məhsulları ixracçısına çevrilmişdir.

V.İ. Nazarenkonun bu fikirlərinin tamamilə əsaslı olduğunu Aİ-nin yarandığı dövrdən kənd təsərrüfatına aid həyata keçirdiyi siyasətin eləmentlərinin öyrənilməsi tam əks etdirir. Aİ-nin VKTS-nə başladığı dövrdən təxminən 20 il keçəndən sonra, artıq XX əsrin 80-ci illərində bu İttifaq daxilində kənd təsərrüfatı məhsulları artıqlığı yaranmış və bu qurum kənd təsərrüfatında öz müdaxilə vasitələrini hətta dəyişməyə məcbur olmuşdur. Hazırda Aİ-ın aqrar siyasətinin bizim ölkəmizin kənd təsərrüfatının qarşısında duran vəzifələrin tamamilə əksinə həyata keçirildiyini (bəzi məhsulların istehsalına kvotaların qoyulması, təsərrüfatların iriləşdirilməsinin qarşısının alınması, ekstensiv təsərrüfatın təqdir edilməsi, istehsalda kəmiyyət deyil, keyfiyyətin birinci yerə qoyulması və s.) nəzərə alaraq bu İttifaqın XX əsrin 60-70-ci illərində həyata keçirdiyi tədbirlərinə qısa nəzər salacağıq.

Aİ-nin Vahid Kənd Təsərrüfatı Siyasətinin (VKTS) əsas mexanizmi qarantiya olunmuş ümumi qiymətlər və bazarların ümumi təşkilidir. Bu mexanizmə 26 ərzaq və ərzaq qrupu daxil olmaqla Aİ-də ümumi kənd təsərrüfatı məhsulları istehsalının 90%-ni əhatə edir. Bazarların ümumi təşkili (BÜT) aşağıdakı məhsul növləri üçündür: taxıl, çəltik, zeytun və bitki yağları, şəkər, qüvvətli yemlər, güllər, meyvə və tərəvəzlər, banan, şərab, meyvə və tərəvəzin emal olunmuş məhsulları, tütün, kətan və çətənə lifi, mayaotu, toxum, mal, dana, donuz, qoyun və keçi əti, yumurta və quş əti, süd məhsulları və s., həmçinin ayrıca bazar təşkilatlarının mövcud olmadığı başqa kənd təsərrüfatı məhsulları. Kartof və alkaqol üçün bazarların təşkili nəzərdə tutulmamışdır (1, s.13).

BÜT Aİ üzv ölkələrinin hamısında kənd təsərrüfatı məhsullarının ticarəti və istehsalın tənzimlənməsi məqsədilə qəbul edilmiş müəyyən qaydalardan ibarətdir. VKTS-də BÜT qəbul ediləndən sonra vacib olan sahələrdə milli bazar təşkilatları tədricən onunla əvəz edildi. BÜT-in əsas vəzifəsi VKTS-in əsas məqsədlərini həyata keçirmək, xüsusən də bazarın sabitləşməsi, fermerlər üçün ədalətli həyat səviyyəsinə nail olmaq və kənd təsərrüfatında məhsuldarlığın artırılmasıdır. BÜT-ün qaydalarının hazırlanması və tətbiqi Aİ Nazirlər Şurası və Avropa Komissiyasının vəzifəsidir. Baxmayaraq ki, bazarın müxtəlif təşkilatlarının fəaliyyətində ümumilik çoxdur, ayrı-ayrı məhsulların tənzimlənməsi mexanizmi ciddi fərqlənir. Bununla yanaşı hər bir Bazarın Tənzimlənməsi Təşkilatı öz fəaliyyətində idxal (tarif və tənzimləmələr) və subsidiya ilə (istehsala yardım və ixraca subsidiyalar) əlaqədar olan tədbirləri özündə birləşdirən kompleks alətlərdən istifadə edir. Avrokomissiyanın tələblərinə uyğun olaraq BÜT-in dörd tipi mövcuddur. 1. Bitkiçiliyin bəzi növləri üzrə (taxıl, yağlı bitkilər, zülallı bitkilər), mal və qoyun ətinə istehsalçılara istehsal amillərinin istifadəsi səviyyəsi ilə əlaqədar olaraq (torpaq və ya heyvanların sayı bunlara aiddir və onların istifadəsində müəyyən məhdudiyyətlər vardır) birbaşa yardım nəzərdə tutulmuşdur; 2. Zeytun yağı, tütün, pambıq, tərəvəzlərin ayrı-ayrı növləri, meyvələr və onların emal edilmiş məhsullarının təşkilatları (sitrus meyvələri, pomidor, gavalı, süfrə şərabı) istehsalın həcminə uyğun olaraq yardım edirlər, lakin istehsal tarixi səviyyəni keçməməlidir; 3. Süd məhsulları və şəkər təşkilatları istehsalın müəyyən kvotası çərçivəsində yardım təşkil edirlər. Belə yardım əsasən istehlakçılar hesabına həyata keçirilir; 4. Tərəvəz və meyvə, yüksək keyfiyyətli şərab, donuz və quş əti, yumurta və bal ilə məşğul olan təşkilatlar bazarlara minimum müdaxilə ilə fəaliyyət göstərməyə icazə verirlər (1, s.13).

VKTS-nə uzun keçid dövründən sonra kənd təsərrüfatı məhsullarının əsas növləri üçün ümumi qiymətlər müəyyən edilmişdir. Ümumi qiymətlərin yüksək səviyyəsi ölkələr arasında uzun və çətin danışıqların nəticəsində olmuşdur və nəticədə Almaniya ilə Lüksemburqun mövqeyi üstünlük qazanmışdır. Bu ölkələr iddia edirdilər ki, ümumi qiymətlər bütövlüklə onların daxili qiymətlərinə uyğun olmalıdır, belə ki, yüksək qiymətlər kiçik və səmərəsiz fermaların gələcəkdə təhlükəsizliyini təmin etmək üçün vacib şərtdir (3,s.7). Beləliklə 1960-cı illərin sonlarına qədər Aİ-nin ümumi aqrar bazarı formalaşmışdır.

Hər bir qiymət tənzimləməsi obyekti olan kənd təsərrüfatı məhsulu üçün Avrokomissiyanın təklifinə əsasən və Avroparlamentlə məsləhətləşmələrdən sonra Avroşura hər bazar ilinin başlanğıcında (məhsullar üçün bazar ili adətən məhsulun yığılması dövrü başlayır (1 sentyabr) və 12 ay davam edir) üç müxtəlif qiymətlər müəyyən edir: məqsədli qiymət, həddli qiymət və müdaxilə olunan qiymət (1, s. 14-15). Məqsədli qiymət (hədəfli qiymət) - Aİ bazarında məhsulun arzu oluna biləcəyi qiymətdir. Məqsədli qiymət süni idi və birbaşa VKTS-in mexanizmlərində istifadə olunmurdu. Onun təyinatı istehsalçılar üçün müəyyənləşdirici olmaq idi və başqa qalan parametrlərin hesablanması üçün baza kimi xidmət edirdi. Ona görə də bu qiymət ümumi Avropa bazarında üstün olan real qiymətə yaxın idi. 1995-ci ildə məqsədli qiymət ləğv edilmişdir və onun yerinə indikativ qiyməti (göstərən qiymət) istifadə edirlər və onu əsas və ya bələdçi qiymət də adlandırırlar. Hədli qiymət (astana qiyməti) və ya şülüz olan qiymət idxal məhsullarının satıla biləcəyi minimal qiymətdir. Bu qiymət müdaxilə qiymətindən yüksəkdir və bazar iştirakçılarını Aİ ölkələrində istehsal edilən məhsulların almasını stimullaşdırır. Bu qaydanın nəticəsində VKTS-in əsas prinsiplərindən biri olan – Birliyin məhsullarına üstünlük verməyə riyayət edilir.

Müdaxilə qiyməti – qarantiya qiymətidir ki, bu qiymətə Aİ üzv ölkələrinin müdaxilə agentləri minimum keyfiyyət standartına uyğun olan istehsal edilmiş məhsulları alır və saxlayır. Bundan başqa taxıl üçün aylıq əlavələr və müdaxilə qiymətləri daxildir ki, onların vasitəsilə saxlama xərcləri ödənilir və il ərzində eyni qiymətlə satılır. İlkin olaraq Aİ-də qiymət yardımı mexanizmi taxıl məhsulları üçün müəyyənləşdirilmişdir. Həmçinin hazırda da bu yardım baza kimi qalır. Məqsədli qiymətdən aşağı səviyyədə müdaxilə qiyməti müəyyən edilir. Onun məqsədi daxili bazarda müəyyən səviyyədən yüksək qiyməti saxlamaqdır. Aİ bazarlarında taxılın qiyməti müdaxilə qiymətindən aşağı düşən kimi bütün Aİ ərazisində fermerlərdən məhsulları müdaxilə qiymətləri ilə alan müdaxilə agentlikləri açılır. Sonra bu agentliklər toplanan ehtiyatları saxlayır və ziyanla xarici bazarlara ixrac edirlər. Beləliklə müdaxilə qiymətləri Avropa bazarında qiymətlərin tərəddüdünün aşağı həddi olur. Lakin daxili qiymətlərin arzu olunan səviyyədə saxlanması üçün təkcə bu mexanizm kifayət deyil. Daxili bazara daha ucuz xarici məhsulun gətirilməməsi üçün başqa bir mexanizm-hədd qiyməti (həmçinin bəzən onu minimal idxal qiyməti adlandırırlar ) tətbiq edilir. Bu qiymət əsas gətirilmə limanından istehlakçıya qədər olan nəqliyyat xərclərini çıxmaqla məqsədli qiymət kimi müəyyən olunur. Hədd qiymətinin məqsədi hədd qiyməti ilə dünya qiyməti arasında fərqi müəyyən etməklə dəyişkən idxal tarifini hesablamaq üçün baza rolunu oynayır. Eyni zamanda dünya qiymətləri minimum dünya qiyməti kimi (sığortaya və fraxta xərclər də daxil olmaqla) müəyyən edilir. Dünya qiymətləri taxılın altı kateqoriyası üzrə ayda iki dəfə müəyyən olunur, keyfiyyəti və gətirilmə limanına görə düzəlişlər edilir. Buna görə də idxal qiyməti və hədd qiyməti ayda iki dəfə hesablanırdı. 1995-ci ildə ÜTT-ın qarşısında olan öhdəliklərə görə Aİ-də dəyişkən idxal tarifləri və məqsədli qiymətlər ləğv edilmişdir (4). Bunun yerinə gömrük haqqını ödəmək üçün maksimal idxal qiyməti istifadə edilir. Maksimal idxal qiyməti müdaxilə qiymətinin 155%-i təşkil edir və bura saxlamaq xərcləri üçün olan hər aylıq əlavələr də daxildir. İdxal gömrük haqları hər iki həftədən bir müəyyən edilir və maksimal idxal qiymətinə gömrük haqqı ilə Rotterdamdakı CİF qiyməti (CIF -Cost, Insurance and Freight —dəyər, sığorta və fraxt. Dəniz daşımalarında satıcı sığorta və fraxt xərclərini ödəyir) arasındakı fərqlə hesablanır.

Məlumdur ki, Aİ ölkələri kənd təsərrüfatı məhsullarının elə də çox idxal etmirlər. Onlar əsasən bu məhsulları ixrac edirlər. Daxili qiymətlərin yüksək olması təklifi artırır, bu isə müdaxilə edilən ehtiyatları da çoxaldır. Buna görə də kənd təsərrüfatı məhsullarını ixrac edənlər ixrac subsidiyası alırlar. İxrac subsidiyası müdaxilə qiyməti ilə dünya qiyməti arasında fərq kimi hesablanır. İxrac subsidiyasının həcmi də ayda iki dəfə hesablanır.

Müdaxilə qiymətləri altı növ taxıl məhsullarına aiddir: yumşaq və bərk buğda, çovdar, arpa, qarğıdalı və sorqo (4). Buğda üçün müdaxilə qiymətləri elə müəyyən edilir ki, müdaxilə mexanizmi yem taxılına aid edilməsin. Arpanın müdaxilə qiyməti də birbaşa yem buğdası, yulaf və s. ikinci dərəcəli taxıl bitkilərinin istehsalçılarına yardımdır. Belə ki, bu məhsulların bazar qiymətləri onların arpa ilə yem dəyərinin müqayisəsindən asılıdır. Bazar müdaxiləsi zamanı istehsalçılar və satıcılar əgər qəbul edilmiş standartlara cavab verirsə öz məhsullarını dövlət müdaxilə agentlərinə qarantiya olumuş minimum qiymətlə sata bilərlər. Müdaxilə üçün alınan məhsullar şəxsi anbarlarda da saxlana bilər, lakin saxlamağa görə dövlət şəxsi kompaniyalara yardım edir. Müdaxilə qiymətilə alınmış məhsulları humanitar yardım, rəqib olmayan bazarlarda (bunun üçün əvvəlcə məhsulun tərkibi dəyişdirilir. Məsələn ərzaq buğdası ərzaq üçün yararsız hala salınaraq yem kimi satılır) satıla bilər. Həmçinin Komissiyanın qərarı ilə belə məhsul tender şəraitində satıla bilər. Axır qərarı isə Komissiya verir. Məhsul daxili bazarda satılmalıdırsa onun bazarın sabitliyini pozmayacağına qarantiya olmalıdır (1, s. 17).

Daxili yüksək qiymətlər taxıl məhsullarından başqa süd məhsulları, mal və dana əti, şəkər üçün də qoyulmuşdur. Yüksək və sabit qiymətlər investisiyanı, istehsalın yenidən qurulması və yeni texnologiyaların tətbiqini stimullaşdırırdı. Lakin yüksək qiymətlər daxili tələbatın artmasına məhdudiyyətlər yaradırdı və bazarda məhsul artıqlığı yaradırdı. 1986-cı ildə Aİ-də südə kvota, 1988-ci ildə isə məhsulun artıq istehsalı üçün birgə cavabdehlik vergisi tətbiq olunmuşdur. Mal və dana ətinin istehsalını azaltmaq üçün əsasən ekstensiv texnologiyaları stimullaşdırmağa başladılar. Bunlar cavan mal-qaranın otlaqda otarılması, onu qışda da saxlamaq (əsas kəsim vaxtı olan payızda kəsimə göndərməmək), buzovları süd ilə yedirtmək (süd təklifini azldır), hər ha əraziyə düşən mal-qaranın sayını azaltmaq üçün olan yardım və s. kimi tədbirlər idilər. Bu tədbirlər bazarın sabitləşməsi üçün kifayət etmədiyindən 1992-ci ildə VKTS ciddi islahata məruz qalmışdır. Sonra “2000-ci il fəaliyyət planı” adlanan R.MakŞerrinin islahatı, 2003-cü, 2008-ci illərdə olan islahatlar həyata keçirilmişdir və bu islahatların hamısı məhsul artıqlığını aradan qaldırmaq, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalına və yüksək keyfiyyətin birinci plana keçirilməsi, kənd ərazilərinin inkşafı və s. kimi tədbirlərdir.



ƏDƏBİYYAT
1. Лисситса А.,Лука О.,Гагалюк А., Кваша С., Единая Аграрная Политика Европейского Союза – путь становления и принципы функционирования, Discussionpaper N 92, 2006. WWW twirpx.com 2. Назаренко, В.И. “Секреты” успеха аграрной политики Европейского Союза, Жур. Современная Европа. 2005. №3 3. ZOBBE, H. The Economic and historical foundation of the Common Agricultural Policy in Europe, Paper presented at Fourth European Historical Economics Society Conference, September, Merton College, Oxford, U.K. 2001 http:.//ageconsearch.umn.edu/bitstream/24212/ew010012.pdf 4. http://ec.europa. eu/agriculture/cap-history/index_en.htm
Основные элементы Единой Аграрной Политики Европейского Союза
Ибрагимова Шахла Гусейн кызы
РЕЗЮМЕ
Накопленный опыт успешно развитого западноевропейского сельского хозяйства и продовольственного рынка полностью противоречат представлениям о самодостаточности сельского хозяйства и о саморегулируемости рынка продовольствия. Бурная интенсификация производства в Европейском союзе с превращением его в крупнейшего экспортёра, доказала свою высокую эффективность. Поэтому пришло время всерьёз проанализировать совершенно иную аграрную и бюджетную политику, в частности, политику Европейского Союза.

Ключевые слова: субсидирования сельского хозяйства, продовольственный рынок, сельское хозяйство, целевая цена, закупочные цены, производство, аграрная политика, реформа аграрной политики, интервенционная цена, пороговая цена.


Basic elements of the Common Agricultural Policy of the European Union
Ibrahimova Shahla Huseyn
SUMMARY
The saved up experience of successfully developed West European agriculture and the food market completely contradict ideas of self-sufficiency of agriculture and of self-adjustability of the market of the food. The rough intensification of production in the European union with its transformation in a most large exporter, proved the high efficiency. Therefore came seriously to analyse time absolutely other agrarian and budgetary policy, in particular, policy of the European union.

Key words: Agriculture subsidizings, food market, agriculture, target price, purchase prices, production, agrarian policy reform of an agrarian policy, intervention price, threshold price.

Rəyçi:

Süleymanov İ.K.

Aqrar sahədə kooperasiya və



İnteqrasiya münasibətlərinin inkişafı”

şöbəsinin müdiri, i.ü.f.d.


Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/1 səh32-36
UOT 332.6 (479.24)
Aqrar sahədə qiymət mexanizminin spesifik xüsusiyyətləri
Həsənov Anar Füzuli oğlu

doktorant AETPİ
XÜLASƏ
Aqrar sahədə qiymətqoyma mexanizminin formalaşdırılmasında sahənin spesifik xüsusiyyətlərinin nəzərə alınması vacib məsələlərdən hesab edilir. Çünki bu sektor iqtisadiyyatın digər sahələrindən fərqlənən bır sıra mürəkkəb xüsusiyyətlərə malikdir. Bu, özünü qiymət mexanizminin formalaş dırılmasında da büruzə verir. Xüsusilə iqtisadiyyatın mühüm sferası olan kənd təsərrüfatında qiymətin səviyyəsi mürəkkəb və çoxşaxəli amillərin təsirinə məruz qalır. Odur ki, bu məsələlərə kompleks yanaşılması sahənin inkişafında mühüm şərtlərdəndir.

Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin