Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


Cədvəl 5. Kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsi, ha



Yüklə 3,3 Mb.
səhifə9/22
tarix05.03.2017
ölçüsü3,3 Mb.
#10310
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

Cədvəl 5.
Kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsi, ha




2000

2005

2009

2010

2011

Respublika üzrə cəmi

1 041 542

1 327 922

1 705 449

1 583 874

1 608 184

Bakı

133

574

499

491

539

Abşeron iqtisadi rayonu

3 544

4 510

3 706

3 548

3 313

Gəncə-Qazax iqtisadi rayonu

116 389

164 651

208 402

193 293

195 160

Şəki-Zaqatala iqtisadi rayonu

126 950

155 496

221 672

200 806

198 413

Lənkəran iqtisadi rayonu

102666

102430

117 203

116 301

116 639

Quba-Xaçmaz iqtisadi rayonu

57 804

105 812

116 094

107 427

114 425

Aran iqtisadi rayonu

470 270

592 145

705 738

652 339

684 938

Yuxarı-Qarabağ iqtisadi rayonu

39 800

60 679

139 578

133 750

121 991

Kəlbəcər –Laçın iqtisadi rayonu

2 198

2 065

6 473

4 645

3 402

Dağlıq Şirvan iqtisadi rayonu

84 671

90 750

126 886

112 076

109 346

Naxçıvan iqtisadi rayonu

37 117

48 810

59 200

59 199

60 020

Qeyd: Cədvəl DSK-nin məlumatları əsasında hazırlanmışdır.
Cədvəldən göründüyü kimi, cəmi əkin sahələrində də, Gəncə-Qazax və Aran iqtisadi rayonları daha yüksək xüsusi çəkiyə malikdirlər. Belə ki, respublika üzrə cəmi əkin sahələrinin 53,6%-i Gəncə-Qazax və Aran iqtisadi rayonlarının payına düşür. Amma bu heç də o demək deyil ki, bu iqtisadi rayonların torpaqları tamamilə taxıl əkini üçün istifadə olunmalıdır. Əksinə məhsuldarlıq göstəricisini nəzərə almaq şərti ilə digər rayonlarda da taxılçılıq sahəsində səmərəli fəaliyyət göstərən təsərrüfatların potensialı güclənilməlidir. Məsələn, son illər Astara rayonunda taxılın orta məhsuldarlığı 40,5 sent/ha, Balakən rayonunda 37,2 sent/ha, Tərtər rayonunda 33,9 sent/ha, Zaqatala rayonunda 32,0 sent/ha, Şərur rayonunda 30,9 sent/ha və s. təşkil etmişdir. Məhz bu rayonlarda da imkanları nəzrə alınmalı xüsusən də Astara və çəltik becərilməsini münasib olan diğər rayonlarda bu bitkinin istehsalı stimullaşdırılmalıdır. Göründüyü kimi, taxılda məhsuldarlığı artırmaqla 2,8 milyon ton məhsulu 900 min hektardan da az əkin sahəsindən əldə etmək olar.

Bu, həm də taxıl istehsalına ayrılan subsidiyaların da səmərəliliyinin artırılmasına şərait yarada bilər. Məsələn 2009-cu ildə respublikada 807 880 hektarı sahədə əkilən buğdanın hər hektarı üçün 80 AZN subsidiyanın ayrıldığını nəzərə alsaq sadə hesablama nəticəsində müəyyənləşdirmək olur ki, 1 ildə buğda əkininə təxminən 65 milyon AZN maliyyə vəsaiti sərf olunur. Aydındır ki, bu məbləğ 650 min hektar arasında bölüşdürülsə hər hektara düşən vəsaitin məbləği daha yüksək olar (100 AZN). Həmçinin əkin sahəsinin azaldılması nəticəsində subsidiyaların ümumi həcmini artırmaqla daha yüksək nəticələr əldə etmək mümkündür. Bundan əlavə taxıl istehsalının, məhsuldarlıq göstəricilərinin daha yüksək olduğu ərazilərdə cəmləşdirilməsi taxıl istehsalı üzrə hədəf göstəricilərinə nail olunması və istehsalın səmərəliliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Taxıl üçün az səmərəli ərazilərdə isə digər bitkiçilik məhsullarının istehsalını stimullaşdırmaq fikirimizcə daha səmərəli olardı. Məsələn, 2009-cu ildə Quba-Xaçmaz iqtisadi rayonunda taxılın məhsuldarlığı 21.3 sent/ha təşkil etmişdir. Bu isə iqtisadi cəhətdən heç də səmərəli göstərici deyildir. Lakin 2009-cu ildə Respublikada pomidorun orta məhsuldarlığı 154 sent/ha olduğu halda Quba-Xaçmaz iqtisadi rayonunda bu göstərici 215 sent/ha təşkil etmişdir. Beləliklə, fikirimizcə Quba-Xaçmaz iqtisadi rayonunda taxıl əkməkdənsə pomidor və ya digər uyğun bitkiçilik məhsullarının becərilməsi daha məqsədəuyğundur. Oxşar vəziyyət digər regionlar üzrə də müşahidə olunur. Onun üçün taxılçılığın inkişafın müəyyən iqtisadi rayonlarda stimullaşdırmaq daha məqsədəuyğun olardı.


  1. Taxılçılığın inkişafının stimullaşdırılması

“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq aqrar sahəyə edilən dövlət yardımlarının miqyası daha da artmışdır. B sərəcama əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağları və mineral gübrələrin dəyərinin orta hesabla 50 %-i dövlət tərəfindən ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına əkilən hər hektar üçün əlavə 40 manat (cəmi 80 AZN) yardım verilir.

Kənd təsərrüfatı istehsalçılarının yüksək reproduksiyalı buğda toxumu və mineral gübrələrlə təminatını yaxşılaşdırmaq, habelə damazlıq heyvandarlığı inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli Sərəncamına əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına bir sıra əlavə güzəştlər də verilmişdir. Belə ki, buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan yüksək reproduksiyalı buğda toxumunun satış qiymətinin 50 faizinə, buğda istehsalçılarına isə mineral gübrələrin satış qiymətinin 70 faizinə dövlət tərəfindən güzəşt verilmişdir.

Hökumətin aqrar sektora daha bir iqtisadi yardımı vergi güzəştləri ilə bağlıdır. Belə ki, 2014-cü ilə kimi kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisindən başqa, bütün vergilərdən azad edilmişdir. Həmçinin Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər çərçivəsində aqrar sektora edilən əhəmiyyətli dövlət yardımı, ilkin mərhələdə səhmlərinin nəzarət zərfi 100% dövlətə məxsus olan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasıdır.

Amma etiraf etmliyik ki, taxılçılıqın inkişafı üçün göstərilən dəstək yetərli deyil və subsidiyalaşdırılması mexanizmləri qeyri-təkmildir. Belə ki, bu sahəyə edilən dövlət yardımlarının miqyası mövcud ehtiyacla müqayisədə çox məhduddur, tətbiq edilmə mexanizmləri qeyri-təkmildir və beləliklə də, qeyd edilən səbəblərdən də effektliyi azdır. Azərbaycanda taxılçılığın subsidiyalaşdırılması mexanizmləri ciddi şəkildə təkmilləşdirilməlidir.

Burada Azərbaycanın ÜTT-yə üzvülük ərəfəsində olduğu da nəzərə alınmalıdır. Belə ki, ÜTT üzvü olan ölkələr qarşısında kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin ardıcıl surətdə ixtisar olunması, aqrar məhsullarının istehsalı və ticarətinin davamlı olaraq bazar mexanizmlərinə yönəldilməsi tələbləri irəli sürülür(16). ÜTT-nin qaydaları üzv ölkələr qarşısında kənd təsərrüfatı istehsalçılarına hökumət tərəfindən verilən daxili maliyyə köməyini qadağan etmir. Lakin bu dəstəyin ixtisar olunmasını tələb edir və eyni zamanda onun yol verilə bilən son həddinin kəmiyyətini müəyyən edir. Əgər Azərbaycan taxılçılığın subsidiyalaşdırılması mexanizmləri təkminləşdirilməsə ÜTT-yə üzvülükdən bu sektor ciddi zərər çəkə və ölkənin ərzaq təhlükəsizliyinin təminində müəyyən problemlər yarana bilər. Son illər dünya bazarında da ərzaq məhsullarının qiymətinin qalxdığını nəzərə alsaq taxılçılığın ÜTT-yə inteqrasiyadan zərər çəkməməsi üçün vaxtında qərarların qəbulu vacibdir.


  1. Dünya ərzaq bazarında baş verən proseslərin Azərbaycana təsiri

Müasir şəraitdə dünya ərzaq bazarında baş verən iri sarsıntılar son nəticədə bütün ölkələr üçün problemin yaranmasına səbəb olur. Bu sahədə yaxın dövrlərin narahatedici təcrübəsi mövcuddur. 1972-1973-cü və 1979-1980-ci illərdə dünya taxıl bazarında baş verən böhranlar beynəlxalq səviyyədə ərzaq təminatına təhlükə törətmişdir (11 səh. 15). 2007-2008-cu illərdə dünya bazarında taxıl qiymətinin artması bir çox ölkələr üçün problem yaratmışdır.
shekil-1

Şəkil 2. 1960-2008-ci illərdə dünya bazarında əsas dənli və paxlalıların qiymətləri (5 səh.9)

Xüsusən də 2000-ci ildən sonrakı dövrdə taxılın qiyməti yenidən bahalaşmağa başlamışdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OCED) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqnozların görə 2020-ci ilə kimi ərzaq, yem və yanacağa olan artan tələbatla əlaqədar olaraq taxıl qiymətlərinin davamlı olaraq artacağı gözlənilir(10). Xüsusən də Asiya, Afrika və Yaxın Şərq ölkələrində tələbatın artması qiymətlərə təsir edəcəkdir. Ümumiyyətlə dünya üzrə ərzağın qiymət indeksinə nəzər saldıqda son 10 illikdə qiymət artımının davamlı olduğu görülür.







Şəkil 3. Dünya üzrə dənli bitkilərin qiymət indeksi

Mənbə: www.fao.org/worldfoodsituation/FoodPricesIndex/en/

FAO-nun 2011-ci ilin fevral ayında hesabatında da dünyada ərzaqların qiymətinin 1990-cı ildən indiyə kimi olan dövrdə rekord səviyyəyə çatmasını bildirməsi də bunun göstəricisidir. Bu isə o deməkdir ki, dünya bazarında qiymət artımının birbaşa Azərbaycana da təsiri olacadır. Çünki, Azərbaycan 2005-2010-cu illərdə orta hesabla 1062 ton taxıl idxal etmişdir. Qarşıdakı 10 ildə də Azərbaycanın taxıl idxal edəcəyi proqnozlaşdırılır. Bu isə belə qiymət artımının ölkəmizə birbaşa təsirinin olacağından xəbər verir. Elə Azərbaycan Respublikası Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında yenidən bu məsələyə toxunması da vəziyyətin ciddiliyindən xəbər verir: “Biz ərzaq təhlükəsizliyini yüz faiz təmin etməliyik. Bu, o demək deyil ki, biz inteqrasiya proseslərinə, yaxud da ki, indi dünya inteqrasiya proseslərinə qoşulmuruq. Biz qoşuluruq. Əlbəttə ki, biz öz iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipləri üzərində qurmuşuq. Ancaq onu da xatırlayırıq ki, taxılla bəzi ixracçı ölkələrdə yaranmış müəyyən çətinliklər istər-istəməz bizə də mənfi təsir göstərmişdir. Əvvəlki illərdə bağlanmış kontraktlara xitam verildi, onlar icra edilmədi və biz vəziyyətdən çıxış yolunu axtarmağa məcbur idik. Ona görə özümüzü tam əmin və sığortalı hiss etmək üçün biz əsas ərzaq məhsulları ilə özümüzü təmin etməliyik. Əlbəttə ki, meliorasiya, irriqasiya sistemlərinin qurulması prosesi getməlidir” (15).

Qeyd edək ki, Azərbaycan hökuməti bu təsiri azaltmaq üçün 2008-ci ildən bəri müəyyən işlər görür. Məhz Dövlət Taxıl Fondunun yaradılması və Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli fərmanı ilə Fonda nəzarət funksiyasını həyata keçirtmək Fövqəladə Hallar Nazirliyinə tapşırılması da bu qəbildəndir. Fonddan taxılın istifadəsi fövqəladə hallarda istehlakçıların bu məhsullara olan tələbatını ödəmək, beynəlxalq öhdəlikləri yerinə yetirmək və lazım gəldikdə, daxili bazarda taxıl məhsullarının kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədi ilə həyata keçirilir. “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanunu əsasən isə Dövlət Taxıl Fondunun formalaşması əsasən yerli istehsal hesabına həyata keçirilir(8).

2010-cu ildən etibarən Fondda 500 min ton ərzaq buğdası ehtiyatı olub və bu 4 ay ölkəni təmin edə bilər. Amma bu yolla da davamlı olaraq qiymət artımının qarşısını almaq mümkün deyil. Onun üçün ölkənin taxıl məhsulları ilə etibarlı və davamlı şəkildə təmin edilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsi zəruridir.


  1. Taxılçılığın inkişaf etdirilməsinin əsas istiqamətləri

FAO-nun məlumatına əsasən dünya üzrə aclıqdan əziyyət çəkən insanların sayı 1 milyard nəfərdən artıqdır. Yəni planetimizdə yaşayan hər altı nəfərdən biri gündəlik ərzaq çatışmazlığı ilə üzləşir. Dünyada baş verən iqtisadi böhranlar isə ərzaq məhsullarının qiyməti artırır və dövlətlərin yoxsulluqla mübarizə aparmasını xeyli çətinləşdirir.

Məlumat üçün bildirək ki, 2000-ci ildə Nyu-Yorkda 147 ölkənin iştirakı ilə qəbul edilmiş Miniliyyin İnkişaf Məqsədlərində (MDGs) də ifrat yoxsulluğun və aclığın aradan qaldırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmiş və 2015-ci ilədək onun 2 dəfə azaldılması üçün dünya ölkələrinin səylərinin birləşdirilməsi qərara alınmışdır. FAO-nun təşkilatçılığı ilə 3-5 iyun 2008-ci il tarixində Romada keçirilən Dünya Ərzaq Təhlükəsizliyi üzrə yüksək səviyyəli konfransda 180 ölkənin dövlət və hökümət başçıları bir daha bəyan etdilər ki, 2015-ci ilə kimi Minillik İnkişaf Məqsədlərinə nail olunması və ac insanların sayının 50 %-ə qədər azaldılması üçün səyləri artıracaqlar. Bu tədbirlərin davamı kimi FAO-nun dəstəyi ilə 6-7 iyun 2009-cu il tarixində Sank-Peterburq şəhərində keçirilən Dünya Taxıl Forumunda da ərzaq probleminin həllində taxıl istehsalının oynadığı mühüm rol müzakirə edilmişdir. Bildirilmişdir ki, ərzaq bazarında problem heç vaxt aradan qalxmamışdır və iqtisadi böhran bu problemi ölkələr üçün daha da aktuallaşdırmışdır. Ekspertlərin proqnozuna görə isə 2030-cu ildə, taxılın istehlakı 30-40% arasında artacaqdır (9). Bu da o deməkdir ki, dünya birliyi gələcəkdə ərzaq böhranının təkrarlanmasından sığortalanmayıb. Bunun üçün də ölkənin taxıl məhsulları ilə dayanıqlı təmini üçün aşağıdakı məsələlərin nəzərə alınmasını məqsədəuyğun hesab edirik.

Azərbaycanda taxıl istehsalının artırılmasının başlıca şərtlərdən biri kimi təsərrüfatların yeni məhsuldar sortlarla təminatının yüksəldilməsi, sektorun rəqabətqabiliyyətliliyinin təmin edilməsində çıxış edir. Fikrimizcə, bu istiqamətdə də müvafiq dövlət siyasəti tədbirləri əsasən, fermerləri yüksək keyfiyyətli toxumlarla qısa müddətdə və səmərəli şəkildə təchiz etmək təşəbbüslərinin həvəsləndirilməsinə yönəldilməlidir.

Qeyd edək ki, Tərtərdə Təcrübə Stansiyasında səpindən başlamış yığımadək bütün aqrotexniki tədbirlər həyata keçirildiyi üçün ayrı-ayrı sortlar üzrə yüksək məhsuldarlıq əldə edilmişdir. Bu göstərici bəzi təsərrüfatlarda hətta 75-80 sentnerə çatmışdır (4 səh. 319). Deməli dövlətin bu istiqamətdəki tənzimləmə və nəzarət funksiyaları da təkmilləşdirilməsi və taxılçılığın inkişafın müəyyən iqtisadi rayonlarda stimullaşdırması yolu ilə ölkə üzrə buna yaxın nəticələr əldə etmək olar.

Kənd təsərrüfatlı təyinatlı torpaqların keyfiyyətinin yaxşılaşdırılması və suvarma infrastrukturunun gücləndirilməsi istiqamətində həyata keçirilən işlərin sistemliliyini və daha da sürətləndirilməsini təmin etmək məqsədilə dövlət proqramının hazırlanması məqsədəuyğun olardı.

Azərbaycanda taxılın istehsal həcminin artırılması əsasən ekstensiv yolla - əkin sahələrinin artırılması vasitəsilə əldə edilmişdir. Respublikada intensiv yolla taxılın istehsal həcminin artırılması mümkündür. Əkin sahələrinin münbitliyini bərpa etməyin və torpağın məhsuldarlığının yüksəldilməsinin ən etbarlı yolu isə növbəli əkin sisteminin tətbiq edilməsidir.

Eyni zamanda kənd təsərrüfatı istehsalçılarının maşın, texnika və avadanlıqlarla, həmçinin mineral gübrələr və pestisidlərlə təminatının yaxşılaşdırılması istiqamətində başlanan fəaliyyətdə sürətləndirilməlidir.

Hökumət tərəfindən kənd təsərrüfatı sektoruna göstərilən infrastruktur (məsələn, meliorasiya, fitosanitar, elmi-tədqiqat, kadr hazırlığı və s.) xidmətlərin keyfiyyəti aşağıdır. Aqrar sahəyə dövlət yardımının daha effektiv olan bir sıra formaları, məsələn, minimal qiymət tənzimlənməsi, fermerlərin bazar haqqında informasiya ilə təmin edilməsi, onların bazara çıxış imkanlarının yaxşılaşdırılması və s. ümumiyyətlə, tətbiq edilmir. Bu məsələlərdə həllini tapmalıdır.



Nəticə

Taxıl istehsalının mövcud həcmi istər ərzaq, istərsə də yem məqsədləri üçün tələb olunandan azdır. Əhali tərəfindən qida kimi istifadə olunan taxıl və taxıl məhsullarının bir hissəsi idxalın payına düşür. Müstəqillik illərində taxılın məhsuldarlıq göstəricisində ciddi artım müşahidə olunmamışdır.

Digər tərəfdən Azərbaycan Respublikası torpaq ehtiyatları məhdud olan ölkələr sırasına aiddir. Buna görə də, Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının fiziki həcmini istənilən səviyyəyə çatdırmaq mümkün deyil. Bununla belə, Azərbaycan Respublikasının müxtəlif regionlarında torpaq-iqlim amillərinin kəmiyyət və ərazi etibarilə paylanma xüsusiyyətlərinin təhlili göstərir ki, ümumilikdə ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün təbii-coğrafi şərait əlverişlidir. Azərbaycanda taxılın məhsuldarlığını 50-60 sentnerə çatdırılması üçün potensial mövcuddur. Lakin Azərbaycan taxıl istehsalı ilə bağlı mövcud potensialından kifayət qədər səmərəli istifadə etmir. Ona görə də ölkədə 1898-ci ildə adambaşına 580 kq, 1999-cu ildə 137 kq, 2005-ci ildə isə 254 kq taxıl istehsal olunmuşdur. Hazırda ölkədə kənd təsərrüfatı istehsalının dinamik artımı daha çox ekstensiv faktorların hesabına təmin edilir ki, bu da ölkədə ərzaq istehsalının davamlılığının təmin edilməsi baxımından ciddi problem kimi qəbul edilə bilər.

Bu vəziyyəti dəyişmək üçün də 2020-ci ilə kimi Azərbaycanda taxıl əkin sahələrinin 700 -750 min hektara qədər azaldılması və orta məhsuldarlığın 50 sentnerə çatdırılması üçün bütün imkanlar işə salınmalıdır. Artıq Ağcabədi və Beyləqan rayonlarında pilot iri taxılçılıq təsərrüfatı yaradılmışdır. Növbəti addım olaraq Cəlilabad, Şamaxı və Hacıqabul rayonlarında da iri taxılçılıq təsərrüfatlarının yaradılması istiqamətində zəruri işlərə başlanılmışdır.  Rəsmi məlumatlara əsasən də iri təsərrüfatların yardılması nəticəsində 2013-cü ildə taxıl məhsulları ilə özünütəminat 70% olacaqdır. 50 iri fermer təsərrüfatlarının yaradılması nəticəsində isə Azərbaycan özünü taxıl məhsulları ilə tam təmin edə bilər. Amma iri təsərrüfatlar yaradılması prosesində ekoloji məsələlərdə mütləq nəzərə alınmalıdır. Çünki bu məqsədlə yeni sahələrinin dövriyyəyə cəlb edilməsi zərurəti yaranacaq. Rəsmi məlumata əsasən də meliorativ tədbirlərdən sonra 300 min hektar əkin sahələri dövriyyəyə buraxılacaqdır. Amma qış otlaqlarında iri taxılçılıq təsərrüfatlarının yaradılmasının ekoloji təsirləri də daha dərindən öyrənilməlidir. Həmçinin taxılçılıqda ekoloji cəhətdən təmiz və keyfiyyətli məhsul istehsalının stimullaşdırılmasıda zəruridir. Proqnozlara görə 2020-ci ildə Azərbaycan əhalisi 10 milyon nəfərdən artıq olacaq və təxminən ölkənin 4500 min ton taxıla tələbat yaranacaq (tələbat adambaşına 420 kq nəzərdə tutularsa). Müvafiq tədbirlər görülərsə respublikamız 2020-ci ildə 700 -750 min hektara sahədə taxıl əkməklə ən azı tələbatın 80%-dən artığını ödəyə və ərzaq təhlükəsizliyini təmin edə bilər. Bunu üçün isə yeni torpaq sahələrinin dövriyyəyə cəlb edilməsindən daha çox məhsuldarlığın artırılması vacibdir.


ƏDƏBİYYAT
1. Abasov İ.D. Azərbaycanın kənd təsərrüfatı. Bakı, “Elm və təhsil”, 2010, 592 s.

2. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”. Bakı, 14 aprel 2009-cu il. 3. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”. Bakı, 25 avqust 2008-ci il. 4. Aqrar sahə modernləşmə dönəmində: problemlər və onların həlli yolları. Kollektiv monoqrafiya. AMEA İqtisadiyyat İnstitutu, Bakı: 2009, 505 s. 5. Derek Headey and Shenggen Fan. Reflections on the Global Food Crisis: How Did It Happen? How Has It Hurt? And How Can We Prevent the Next One? IFPRI 2010 www.ifpri.org 6. DSK. Müstəqil Azərbaycan – 20 il. Bakı, 2011. 640 s. 7. DSK. Azərbaycanın kənd təsərrüfatı - 2010. «Statistik məcmuə» Bakı: 2010, 628 s. 8.“Taxıl haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 16 iyun 2000-ci il. http://e-qanun.az/print.php?internal=view&target=1&docid=631&doctype=0 9. FAO. World agriculture: towards 2015/2030. Summary report. Rome, 2002 10. OECD-FAO. Agricultural Outlook 2010-2019. OECD-FAO 2010. www.agri- outlook.org 11. Xəlilov H.A. Milli ərzaq təhlükəsizliyi: bazar transformasiyaları və iqtisadi qloballaşma amilləri. Bakı: Adiloğlu, 2001, 176 s. 12. Xəlilov H.A. Aqrar iqtisadiyyatda sistem transformasiyaları və modernləşdirmə şəraiti. Bakı: Mütərcim, 2005, 228 s. 13. Şəfiyev M.Ə. Azərbaycanda taxıl istehsalı və onun artırılması yolları. İqtisad üzrə fəsəfə doktoru elmi dərəcəsi almaq üçün yazılmış dissertasiya. Bakı:2009, 150 s. 14. Recommendations to ensure that the Agricultural Subsidy Fund contributes to sustainable and equitable growth, revitalization of the rural areas and reduction of migration. Republic of Moldova. http://typo3.fao.org/fileadmin/user_upload/eufaofsi4dm/docs/Moldova_Policy_Brief_April2013.pdf15. www.president.az/articles/7810 16. www.wto.org 17. www. stat.gov.az 18. www.fao.org 19. www.azertag.com/node/1055048 20. http://www.indexmundi.com/agriculture/?country=uz&commodity=wheat&graph=production 21. http://www.uzdon.uz/
Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin