İqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 3,85 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix01.04.2017
ölçüsü3,85 Kb.
#13190
1   2   3   4   5   6   7   8   9   10   ...   16

Açar sözlər: avrasiyaçılıq, sivilizasiya, geopolitika. 
Giriş 
Milliyyətçilik siyasət, tarix, coğrafiya 
və  mədəniyyət  arasındakı  münasibətləri 
özünəməxsus  formada  əlaqələndirən 
bir  ideologiyadır.  Ölkənin,  dövlətin, 
xalqın,  etnosun  və  s.  orijinallığını, 
özünəməxsusluğunu,  başqa  bir  ifadə  ilə 
milliliyini  göstərmək  üçün  tarix,  coğra-
fiya  və  mədəniyyət  arasında  qurulan  dia-
lektik  münasibət  böyük  əhəmiyyət  kəsb 
etməkdədir. Xüsusilə pan-milliyyətçi ide-
ologiyalarda  mədəni  və  coğrafi  faktorla-
ra olan vurqu daha da qabarıqdır. Bu tərz 
milliyyətçiliklərdə  tarixə,  mədəniyyətin 
mənəvi elementlərini də özündə əks etdirən 
daha geniş forması olan sivilizasiya priz-
masından yanaşılmaqdadır. Belə olan halda 
tarix burada sivilizasiyaların tarixidir. Pan-
milliyyətçiliyinin daşıdığı funksiya isə sivi-
lizasiya mənsubiyyətini əsaslandırmaqdır. 
Coğrafiya isə siyasətin maddi dünyasıdır. 
İkisi  arasındakı  münasibətlərdə  geosiyasi 
(geopolitik)  vektor  təşəkkül  tapmaqdadır. 
Beləlilkə,  bu  yanaşmada  siyasət  coğrafi-
ya  üzərindən  tarix  və  mədəni  faktorlar-
la birləşməkdədir. Bu cür yanaşmanın ən 
maraqlı  nümunələrindən  biri  avrasiya-
çılıq  olaraq  bilinən  düşüncə  cərəyanıdır. 
Yazıda  Aleksandr  Panarinin  avrasiyaçı 
düşüncələri kontekstində sivilizasiya anla-

SİYASƏT
48
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Məşdi Cəlal oğlu İsmayılov
yışı tədqiq olunacaq və bu anlayışın tarixi 
kökləri etibarı ilə geopolitik doktrinalarla 
əlaqələndirilməsi üzərində dayanılacaqdır. 
“Svilizasiya” və “Svilizasiyalar” Di-
alektikası
Sosial  nəzəriyyədə  “sivilizasiya” 
(mədəniyyət) anlayışının tək və cəm for-
malarda  bir-birindən  fərqləndirilməsi 
və  bunun  tarixən  yaranma  səbəblərinin 
müəyyən  olunması  üzərində  geniş  daya-
nılmaqdadır. [1, s. 1-66; 2, s. 46-47] Sosial 
tarixçilər belə hesab etməkdədirlər ki, “si-
vilizasiya”  anlayışının  kökləri  XVIII  əsr 
Fransasına qədər geri getməkdədir. [1, s. 
2] Həmin dövrdə Alman dilində işlədilən 
Kultur sözü də bənzər bir əhəmiyyətə sa-
hib olmuşdur. Həm fransızların civilizati-
onu həm də almanların kulturu mühüm bir 
sosial güc olan burjuaziyanın yaranmasın-
dan  ayrı  təsəvvür  ediləməz.  Hər  ikisi  də 
“barbarlığın”  anti-tezislərəri  olaraq  artan 
mədəniləşmə,  mülkiləşmə  proseslərini 
ifadə  edən  mənalarda  işlənmişlərdir. 
Məşhur sosioloq Norbert Elias bu prose-
sin  Fransada  əsasən  dövlət  hakimiyyəti, 
Almaniyada  isə  universitetlərlə  bağlı  ol-
duğunu bildirmişdir. [3, s. 71-73]
Bəhs  etdiyimiz  dövrdə  “sivilizasi-
ya”  anlayışı  bir  mənalı  olaraq  əsasən 
mədəniləşməyi  ifadə  etməkdədir.  Lakin 
anlayış  qısa  bir  zamanda  bütün  İntibah 
dövrünü  (Renesansı)  simvollaşdıran  uni-
versal  bir  fenomen  olaraq  istifadə  olun-
muşdur.  İntibah  dövrünün  təcəssümü 
olan  mədəniləşmə  mənasındakı  siviliza-
siya  (təkdəki)  Romantizm  cərəyanının 
müxalifliyi  ilə  qarşılaşmışdır.  Rene-
sansın  universal  qanunlarının  istiqamət 
verdiyi  obyektiv  dunya  təsəvvürünə  və 
universal  (beynəlmiləl)  əxlaq  normala-
rına  çatmaq  cəhdlərini  qəbul  etməyən 
romantik  mütəfəkkirlər,  subyektivliyə 
və  mədəni  unikallığa  daha  çox  önəm 
vermişlərdir. Romantik mütəfəkkirlər, hər 
bir  milli  mədəniyyətin  dunya  tarixindəki 
yeri,  məqsədləri  və  taleyinə  daha  çox 
önəm 
verməkdəydilər. 
Renesansın 
universalizminə  qarşı  Romantizmin  əks 
düşüncə  sistemini  Almaniyada  Herder, 
Fransada Mişelet, İngiltərədə ise Edmund 
Börk təmsil etmişlərdir. Bu xətt, daha son-
ralar  xüsusilə  Vilhelm  Diltey  tərəfindən 
Alman  tarixçiliyi  (historism)  içərisində 
inkişaf etdirilmişdir. [1, s. 2]
Bilindiyi  kimi  XIX  əsrin  sonlarında 
Qərbi Avropada fin de siecle (əsrin sonu) 
şəklində bilinən uzun bir böhran və dep-
ressiv dövr yaşanmışdır. Şəhərləşmənin və 
sənayeləşmənin gətirdiyi sosial ziddiyyət 
və  konfliktləri  Alman  mütəfəkkir  Ferdi-
nand  Tönnies  Gemeinschaftdan  (icma) 
Gesellschafta  (cəmiyyət),  Fransız  so-
sioloqu  Emil  Dürkheym  isə  mexani-
ki  cəmiyyətdən  üzvi  cəmiyyətə  keçid 
şəklində ifadə etmişlərdir. 
Xüsusilə Birinci Dünya Müharibəsinin 
əsas  səbəbkarı  kimi  böyük  imperiyalar 
arasındakı  rəqabət  Renesansın  oyan-
ma, dirçəlmə və inkişaf proqramına olan 
inamı  sarsmış  və  intelektual  skeptizmi 
gücləndirmişdir.  Bu  mənada,  sosioloq 
İmmanuel  Valerştayn,  sivilizasiyala-
rı  (cəmdə)  sivilizasiyanın  (təkdə)  səbəb 
olduğu  dağıntılara  qarşı  bir  müdafiə 
şəklində  görməkdədir.  [5,  s  224]  XVI 
əsrdən  etibarən  Avropanın  inkişafı  və 
genişləməsi ilə əlaqədar yayılan sivilizasi-
ya (tək) fikri, prosesin nəzarətdən çıxdığı 
və geriləməyə başladığı anlarda sivilizasi-

SİYASƏT
49
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Aleksandr Panarinin Avrasiyaçı düşüncələrində sivilizasiyalara geopolitik yanaşma
yalar (cəm) fikrinin önəminə vurqu olun-
ması zərurəti yaratmışdır. [6, s. 309] 
“Sivilizasiya Geopolitikası” Anlayışı
Siyasi  coğrafiyacı  Con  Aqnev 
cəmdəki  sivilizasiyalar  düşüncəsinə 
istinadən  “sivilizasiya  geopolitikası”  (ci-
vilizational  geopolitics)  anlayışından 
bəhsetməkdədir.  [7,  s.  86] Aqnevə  görə, 
sivilizasiyalar  geopolitikasının  kökləri 
qədim  dövrlərə  qədər  uzansa  da  əsas 
xüsusiyyətləri  Fransa  İnqilabının  əmələ 
gətirdiyi milliyətçiliklərə qarşı bir reaksi-
ya olaraq bu milliyətçiliklərin nəzarət al-
tına  alınması  prosesində  formalaşmışdır. 
Bu cür geopolitikaya əsas hazırlayan iqti-
sadi-siyasi şərait 1815–1875 illəri ərzində 
Avropada mövcud olmuşdur. Bu dövr, bir 
tərəfədən Fransa İnqilabının ixtirası olan 
milli  dövlətlərin  yayılmağa  başlaması, 
digər tərəfdən isə Avropanın ənənəvi im-
periyalarının  milli  dövlət  düşüncəsinə 
qarşı  verdiyi  mübarizə  ilə  xarakterizə 
olunmaqdadır.  [6,  s.  87;  7,  s.  52]  Bu 
mübarizə əslində iki fərqli milliyyətçi ide-
ologiyanın  –  milli  dövlət  milliyyətçiliyi 
ilə  mühafizəkar  pan-milliyyətçilik  ara-
sında  olan  gərginliyi  ifadə  etməkdədir. 
[6,  s.  87]  Milliyyətçiliyin  bu  iki  fərqli 
forması arasındakı ziddiyyət, öz ifadəsini 
yuxarıda  sivilizasiya  anlayışının  tək  və 
cəm  formaları  arasında  bəhsetdiyimiz 
fərqləndirməsində  də  təzahür  olunur. 
Milliyyətçilik  və  geopolitika  arasındakı 
münasibətlər  də  məhz  burada  formalaş-
maqdadır. Çünki sivilizasiyaya hansı for-
mada (təkdə və ya cəmdə) yanaşılacağın-
dan asılı olaraq milliyyətçilik ideologiyası 
da geopolitik düşüncəyə yön verməkdədir. 
Milliyətçiliyin  bütün  tendensiyalarında 
olduğu  kimi  sivilizasiyalara  geopolitik 
yanaşmada  da  intelektuallar  aparıcı  rola 
sahib olmuşlardır. Bu mənada ağıla gələn 
ilk  isim  Rus  filosof  Nikolay  Danilevski-
dir. 1860-cı illərin ikinci yarısında Dani-
levski, Avropalıların Cermen-Latın sivili-
zasiyalarının Rus-Slav həyat tərzinə zidd 
olduğunu bildirmişdi. Danilevskiyə görə, 
Cermen-Latın  sivilizasiyasının  yayılma-
sının  qarşısının  alınmasına  ehtiyac  ya-
ranmışdır.  Danilevski,  müdafiyəni  təmin 
edəcək  əks  qütbün  yaranmasında  Rus-
Slav birliyinin əhəmiyyətini vurğulayırdı. 
Danilevskiyə  görə,  Rus-Slav  sivilizasi-
yası qlobal üstünlüyə can atmaq əvəzinə, 
Avropanın hegemonyasına qarşı dünyada 
fərqli mədəniyyətlərin çoxluğunun qorun-
masına yönəlməli idi. [8, s. 130-131]
Qərbdə isə sivilizasiya yanaşmasının 
ən  mühüm  nümayəndəsi  Alman  tarixçi 
və  filosofu  Osvald  Şpenqler  olmuşdur. 
Ümumiyyətlə,  Şpenqler  öz  dövrünün 
düşüncə  iqlimi,  o  cümlədən  klassik  Rus 
avrasiyaçıları  üzərində  təsirli  olmuşdur. 
Şpenqlerin tarix görüşünün təməlində si-
vilizasiyaların (mədəniyyətlərin) inkişafı-
na dövri baxış dayanmaqdadır. Şpenqlerin 
təsəvvüründə  əsas  xüsusiyyətləri  feodal 
sistem  və  Roma  memarlığı  olan  Faustçu 
(Qərb)  mədəniyyəti  X  əsrdə  formalaş-
mışdı.  Qotika  üslubundakı  memarlıq  və 
sxolastik  fəlsəfə  Qərb  mədəniyyətinin 
inkişafının  ən  yüksək  nöqtəsini  təşkil 
etməkdədir.  Ancaq  Şpenqlerə  görə 
sürətlənən  şəhərləşmə  və  Renesans  eyni 
zamanda  Qərbin  tənəzzülünü  də  simvol-
laşdırmaqdaydı. Bu səbəblə də mütəfəkkir, 
materyalizmin,  pulun,  parlamentarizmin 
və  sosyalizmin  hakim  olduğu  XIX  əsri 
Qərb  mədəniyyətinin  çöküşünün  ən  ağır 
forması adlandırmışdır. Onun düşüncəsinə 

SİYASƏT
50
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Məşdi Cəlal oğlu İsmayılov
görə, gələcək qan və güca aid olacaq bö-
yük müharibələrin dövrü olacaqdır. [9, s. 
97-114] 
Şpenqlerin təsiri altında fikirlərini in-
kişaf  etdirən  bir  digər  mütəfəkkir  İngilis 
tarixçisi  Arnold  Toynbidir.  Eynilə  Rus 
avrasiyaçılarından  Nikolay  Trubetskoy, 
Pyotr  Savitskidə  olduğu  kimi A.  Toynbi 
də  sivilizasiyaların  mübarizəsindən  bəhs 
etməkdəydi. [10, s. 180-188] Toynbi hələ 
1947-ci  ildə,  Qərb  sivilizasiyasının  dörd 
əsrdən bəri digər sivilizasiyalarla mübarizə 
içərisində olduğunu yazmaqdaydı. Qərbin 
digər  mədəniyyətlərə  qarşı  meydan  oxu-
malarına  digər  mədəniyyətlərdən  yenicə 
cavab verildiyindən bəşəriyyət də yeni bir 
mərhələnin  astanasındaydı.  Toynbi  bu-
rada  sivilizasiyaların  yüksəlişini  elitlərin 
və  liderlərin  yaradıcı  güclərinə  bağla-
maqdadır.  Sivilizasiyaların  tənəzzülü  və 
geriləməsi  isə  milliyyətçiliklərin,  milita-
rizmin və despotik azlığın artan tiranlığı-
nın nəticəsidir. [11, s. 132-133]
Dövrümüzdə  tarixə  sivilizasiya 
prizmasından  yanaşan  baxışın  ən  tipik 
nümunəsini  Amerikalı  politoloq  Sa-
muel  Hantinqton  təmsil  etməkdədir. 
Hantinqton,  Soyuq  Müharibədən  sonra 
yenidən  şəkillənməkdə  olan  dünyamızda 
beynəlxaq siyasətin əsas aktorlarının bir-
biriylə  zidləşən  sivilizasiyalar  olduğunu 
ifadə etməkdədir. Hantinqtona görə, bütün 
sivilizasiyalar müstəqil varlığa və təbiətə 
sahib  olmaqla  bərabər  hal-hazırda  Qərb 
mədəniyyəti  dünyanın  digər  sivilizasiya-
larına  qarşı  əks  bir  qütbdə  yer  almaqda-
dır.  Bu  qütbləşmənin  əsas  istiqamətləri 
isə  Çin  və  Müslüman  dünyalarına  doğru 
yönəlmişdir. [12, s. 33–36] 
İ.  Valerştaynın  da  göstərdiyi  kimi 
əgər  sivilizasiyalar  (cəmdə),  sivilizasiya 
(təkdə) ideyasına bir reaksiya isə o zaman 
yuxarıda  bəhs  etdiyimiz  mütəfəkkirlərin 
düşüncələri  dövlərinin  tarixi  şərtlərindən 
(tarixi  konteksdən)  təcrid  olunmuş  halda 
dərk olunamazlar. Məsələn, Danilevskinin 
görüşləri  Almaniyanın  birləşdirilməsinə 
və Avropada artmaqda olan milliyyətçilik 
hərəkatlarına reaksiya mahiyyəti daşımış-
dır. Osvald Şpenqler və Nikolay Trubetsko-
yun fikirlərində Birinci Dünya Müharibəsi 
və ona yol açan milliyyətçiliklərə qarşı çı-
xılmışdır. A. Toynbinin düşüncələri isə II 
Dünya Müharibəsi və Soyuq Müharibənin 
təsirinə  məruz  qalmışdır.  S.  Hantinqton 
və  aşağıda  fikirləri  üzərində  ətraflı  du-
racağımız  Aleksandr  Panarin  isə  Soyuq 
Müharibə  sonrasının  tarixi  kontekstində 
yazmaqdadırlar.  Hər  ikisində  də  post-iki 
qütblü  dünyanının  “müəmmalarına”  ay-
dınlıq gətirməyə intelektual təşəbbüs var-
dır. 
Aralarındakı  bütün  fərqlərə  baxma-
yaraq  dünyaya Avropamərkəzci  olmayan 
bir  prizmadan  baxmaları,  dövri  tarix  an-
layışını  mənimsəmələri  və  milli  dövlət 
milliyyətçiliklərinə  qarşı  olmaları  bu 
muəlliflərin  bənzər  düşüncələridir.  Hər 
birində  özünəməxsus  formada  siviliza-
siyaya,  mədəniyyətə  və  dinə  konseptual 
baxış  mövcuddur.  Burada  sivilizasiyanı 
müəyyən edən başlıca faktor əsasən din-
dir. Ümumilikdə onların düşüncəsində si-
vilizasiyalar ən ali və qapalı sistemlərdir. 
Bəlkə  də  sivilizasiyalar  arasındakı 
dəyərlərin alış-verişinə olan inamı səbəbi 
ilə sadəcə Toynbini müstəsna kimi qəbul 
etmək  olar.  Ancaq  məsələn,  Danilevski, 
Qərbin  Slav-Rus  sivilizasiyasına  nüfuz 

SİYASƏT
51
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Aleksandr Panarinin Avrasiyaçı düşüncələrində sivilizasiyalara geopolitik yanaşma
etməsini ölümcül bir təhlükə kimi görmüş-
dür.  Hantinqtonda  isə  mədəni  dəyərlərin 
transferindən  daha  çox  onların  iyerarxiq 
təbiətinə  diqqət  çəkilmişdir.  Onun  bura-
dakı fikirlərində açıq Avropamərkəzciliyə 
yol verilməsə də Qərb narsizminin izlərini 
görmək mümkündür. Sosioloq Valerştayn, 
Hantinqtonun  bu  təşəbbüsünü  partiküla-
rist  bir  dünyagörüş  yaratma  adı  altında 
əslində davam etdirilən gizli bir universa-
lizm kimi dəyərləndirmişdir. Vallerştayna 
görə, bu strateji xətt, əslində inkişaf fikri 
olmayan  spesifik  bir  universalizmdir.  [5, 
s. 311] 
Panarinin Sivilizasiyaya Baxışı
Ümumi  formada  Panarinin  sivili-
zasiyaya  dair  görüşlərini  Hantinqtonun 
tezislərinə  bir  cavab  və  reaksiya  kimi 
görmək  olar.  Əslində  hər  ikisi  də  Soyuq 
Müharibədən sonra dünyada tək-qütblülük 
yerinə  çox-qütblülüyün  təşəkkül  tapma-
sına  tərəfdarlıq  etməkdədirlər.  Ancaq 
Panarin,  Hantinqtonun  sivilizasiyanın 
əsas  elementi  kimi  dini  qəbul  etməsinə 
qarşı  çıxmaqdadır.  “Hantinqton  və  onun 
ustadlarının  baxışları  prizmasından  si-
vil  şüur,  konfessional  fanatizm  və  etno-
mərkəzcilik  olaraq  səfərbər  edilmişdir.  ” 
[13, s. 224–225] 
Sivilizasiyalara bu cür konseptual ya-
naşma geopolitik vektorda həm Panarinin 
həm də Hantinqtonun nəzəri müddəalarının 
nə  qədər  bir-birinə  antoqonist  olduğunu 
göstərməkdədir.  Məsələn,  Hantiqtonun 
əsasən  dini  kriteriylara  söykənən  sivili-
zasiyalar  tipologiyasında  Rusiya  coğrafi-
yası Pravoslav və İslam (buraya müəyyən 
dərəcədə  Buddist  mədəniyyətini  də  da-
xil  etməkdədir)  sivilizasiyalarına  ayrıl-
mışdır.  Hantinqtonun  mühakimələrinə 
baxacaq  olursaq,  sivilizasiyalar  sahib 
olduqları  fərqli  mədəni  ünsürlərdən  do-
layı uzlaşmaya  deyil, ziddləşməyə meyil 
etməkdədirlər.  [2,  s  128] Yeri  gəlmişkən 
onu da ifadə etmək lazımdır ki, Hantiqto-
nun  nəzəriyyəsində  Türklük  də  etnik  və 
mədəni mənsubiyyətindən təcrid olunmuş 
olaraq İslam sivilizasiyasının alt bir siste-
mi kimi qəbul edilmişdir. 
Panarin, Rus avrasiyaçılığı ənənəsinə 
uyğun  olaraq  Rusiya  coğrafiyasını  va-
hid bir Avrasiya sivilizasiyası kimi qəbul 
etməkdədir.  Bu  mənada,  Hantinqtonun 
“Müsəlmanlar  və  Slavyanlar  arasında 
konflikt”  şəklindəki  proqnozunu  Pana-
rin,  Qərbin  (ilk  novbədə  də ABŞ-ın)  bu 
iki  qrup  arasında  nifaq  salma  strategiya-
sı  adlandırmışdır.  Bu  istiqamətdə  Pana-
rin, Avrasiya  sivilizasiyasının  gələcəyinə 
təsir  edebiləcək  və  bir-birinə  tamamilə 
zidd  olan  üç  fərqli  geopolitik  model  ol-
duğunu ifadə etməkdədir. Avrasiyaya dair 
fərqli  modellərin  irəli  sürülməsinin  əsas 
səbəblərindən biri kimi “Avrasiya” termi-
nin fərqli mənalarda işlədilməyə əlverişli 
olmasında görməkdədir. Ona görə, Avrasi-
yanın düzgün mənası onun Türk – Slavyan 
birliyi (sintezi) şəklində görülməsidir. Bu 
baxımdan  Panarinin  Avrasiyaya  yönəlik 
analiz  etdiyi  üç  fərqli  geopolitik  modelə 
yaxından baxmaq faydalı olacaqdır. 
Avrasiyada Geopolitik Modellər
Panarin  özünün  də  tərəfdar  olduğu 
geopolitik modeli şərtləndirən iki başlıca 
amili müəyyənləşdirməkədir:
1.  Avrasiyada  məskun  olan  hər 
hansı  bir  xalqın  Avrasiyadan  köç  edib 
getməsinin  və  ayrıca  olaraq  da  “Avro-
pa  Evi”,  “Türk  Evi”  kimi  siyasi-mədəni 
layihələrdə iştirakının mümkünsüzlüyü. 

SİYASƏT
52
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Məşdi Cəlal oğlu İsmayılov
2.  Eyni  coğrafiyada  yaşayan  xalq-
ların  tarix  boyunca  ortaq  müqəddərata 
sahib  olmaları.  Habelə  bu  ortaq 
müqəddərat  əsasında  xalqların  ortaq  bir 
tarix  perspektivindən  çıxış  etmələrinin 
vacibliyi. Panarinə görə buradakı ortaqlı-
ğı və birliyi şərtləndirən amil imperiyaya 
yönəlmək deyil, sivilizasiya və coğrafiya 
münasibətlərində formalaşan ümumi qay-
daların mövcud olmasıdır. [14, s 118–119] 
Panarin,  Avrasiya  sivilizasiyasına 
yönəlik  ikinci  geopolitik  modeli  “Türk 
modeli” kimi adlandırmaqdadır. Bununla 
Rusiyadakı  bütün  türk  xalqlarının  “Bö-
yük Turan” adı altında birləşməsinin ifadə 
olunduğunu söyləməkdədir. Panarinə görə 
bu proyekt geopolitik bir strategiya kimi 
əsassızdır. Məsələn, Rusiya ərazisində yer 
alan Tatarıstan və Başqırdıstan kimi coğra-
fiyalar həm Türkiyədən minlərcə kilometr 
uzaqda yerləşməkdə, həm də bu ərazilərdə 
türk etnosları ilə bərabər rus və digər et-
noslar da yaşamaqdadır. Burada Panarinə 
görə  sırf  bir  neçə  min  milliyyətçinin 
istədiyi üçün milyonlarla insanın yaşadığı 
torpaqlardan köçürülməsi mümkünsüzdür. 
Bu səbəblə də Panarin, “Türk” geopolitik 
modelinin  dəstəklənməsinin  həm  daxili 
həm də xarici səviyyələrdə xəyalpərəstlik 
olacağını bildirməkdədir. [14, s. 122] 
Avrasiyada  üçüncü  geopolitik  model 
qədim  İpək  Yolunun  izlərini  daşımaq-
dadır.  Panarinə  görə  bugün  bu  proyektin 
üzərində  çox  dayanılmamaqdadır.  Ona 
görə  proyektin  əsas  mahiyyəti  Sakit  və 
Atlantik  okeanları  arasında  inteqrasiya 
proseslərini  sürətləndirməkdədir.  Yalnız 
bu zaman həyata keçirilən inteqrasiyadan 
Rusiya  kənarda  saxlanacaqdır.  Əsasən 
Uzaq  Şərq  ölkələrinin  dinamik  inkişaf 
templəri ilə bağlı olan bu model, xüsusilə 
iqtisadi faktorlara önəm verməkdədir. [14, 
s. 125]
Nəticə etibarilə Panarinə görə, “Türk 
proyekti”  və  “İpək  Yolu”  geopolitikla-
rı  Rus  mədəniyyətinin  qəbulunu  inkar 
etməkdədir. Çünki bu modellərdə Rusiya 
müstəmləkə imperiyası kimi təqdim olun-
maqdadır. Panarinə görə bu strategiyaların 
əsas məqsədi Avrasiyada Türk – Slavyan 
birliyinə xələl gətirməkdir. Əgər bu birlik 
dağılarsa o zaman yaranan boşluğa digər 
qüvvələr  yönələcəklərdir.  Əgər  Avrasiya 
sivilizasiyasında hər hansı bir parçalanma 
meydana  gələrsə,  o  zaman  digər  sivili-
zasiyaların  yayılmasının  qarşısı  heç  cürə 
alınamayacaqdır.  Çünki  Rusiyanın  şərq 
sərhədləri boyunca 1, 5 milyard insan ya-
şamaqdadır. 
Panarinə  görə,  geopolitik  planda 
Avrasiya  heartlandı  bölünməzdir  və  bir 
spesifik  sivilizasiya  olaraq  Rusiyanın 
mədəniyyət  funksiyası  özünü  par  excel-
lence (mükəmməl, daha üstünü olmayan) 
qəbul  etdirməkdədir.  [14,  s.  243]  Pana-
rin, avrasiyaçılıq düşüncəsi istiqamətində 
Rusiyanın sipiritual və siyasi mərkəzinin 
Ural  dağları  və  hətda  onun  da  arxası-
na  Sibirə  qədər  aparılmasına  tərəfdardır. 
[14,  s.  175]  Panarin,  Hantinqtonun 
mühakimələrində  Rusiyaya  qarşı  Qərblə 
müsəlmanlıq və pantürkizmin birləşdiyini 
ifadə  etməkdədir.  Ona  görə,  xaricdən 
yönəldilən bu təhlükə müsəlman dünyası 
tərəfindən  kifayət  qədər  anlaşılmamışdır. 
Başqa bir ifadə ilə Rusiyanın dəstəyi ol-
madan  Avrasiya  sivilizasiyasını  “dəniz 
quldurlarından”  qorumaq  mümkün  ol-
mayacaqdır. Panarinə görə, modern dün-
yanın okean arxetipi müstəqilliyə meyilli 
SİYASƏT

SİYASƏT
53
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Aleksandr Panarinin Avrasiyaçı düşüncələrində sivilizasiyalara geopolitik yanaşma
çöl arxetipinə uyğun deyildir. Ona görə də 
belə hesab etməkdədir ki, ruslar və türklər, 
pravoslavlar  və  müsəlmanlar  kontinental 
(qitə) mənsubiyyətlərini dərk etməlidirlər. 
[15, s 278]
Avrasiya  Sivilizasiyası  və  Geopoli-
tik Arxetiplər
Panarin, 
Lev 
Qumilyovun 
düşüncələrindən  yola  çıxaraq  Avrasi-
ya  mədəniyyətinini  Avrasiya  “super–et-
nosun”  kimi  təqdim  etməkdədir.  Bu-
nunla  həm  türklərin,  həm  də  Rusların 
qitə  mənsubiyyətlərinə  (aidiyyətlərinə) 
işarə  olunmaqdadır.  Onun  düşüncəsində 
Avrasiya 
super-etnosu, 
Avropanın 
müstəmləkəçi  imperiyalarından  fərqli 
olaraq  xalqların  birlik  və  bərabərliyinin 
məhsuludur.  Bu  super-etnosun  digər  bir 
mühüm  xüsusiyyəti,  daşıdığı  eskatoloji 
(məsihçi)  funksiyadır. A.  Toynbinin  “bir 
məqsədə çatmaq üçün o məqsəddən daha 
ali bir hədəfə yönəlmə” ideyasını iqtibas 
edən Panarin, Avrasiyanın eskatoloji mis-
siyasının  Rusiyanın  dini  ənənələri  ilə  də 
uyğunluq təşkil etiyini ifadə etmişdir. Bu 
fikrini  izah  edərkən  bildirməkdədir  ki, 
ruslar həyatda gündəlik səbəblərdən ötü-
rü fəaliyyətə keçməməkdə, onların bunun 
üçün  yüksək  bir  ideyaya  ehtiyacları  var-
dır.  Məhz  belə  bir  ideya  kimi  Avrasiya, 
etik cəhətdən saf bir sivilizasiyadır. [16, s. 
82–94] 
Panarin  həm  S.  Hantinqtonun  “si-
vilizasiyaların  toqquşması”,  həm  də  F. 
Fukuyamanın  “tarixin  sonu”  tezislərini 
siyasi  qlobalizmin  ən  tipik  nümunələri 
kimi qəbul etməkdədir. Çünki bir tərəfdə 
qloballaşmanın 
homogenləşdirmə 
(fərqliliklərin  silinməsi)  məntiqinə  uy-
ğun  olaraq  Fukuyamanın  tezisi,  inkişaf 
və  mübarizə  ideyası  olaraq  tarixin  artıq 
Qərbin və qərb dəyərləri olan liberal de-
mokratiyanın və istehlak cəmiyyətinin ye-
kun qələbəsi şəklində başa çatmasını ifadə 
etməkdədir.  Digər  tərəfdə  isə  qloballaş-
manın  heterogenləşdirmə  (fərqliliklərin 
yaranması) məntiqinə uyğun olaraq Han-
tinqtonun  tezisi,  çoxsaylı  və  fərqli  sivi-
lizasiyaların  bir-birləriylə  münasibətdə 
olduğu  dünya  fikrini  əks  etdirməkdədir. 
Beləliklə, hər iki görüş də qloballaşmanın 
ikili təbiətinə, onun məntiqinə uyğundur. 
Bu səbəblə də Panarin, hər iki düşüncənin 
də Qərbin geopolitik ehtiraslarının ifadəsi 
olduğunu  bildirərək  bunlara  qarşı  çıx-
maqdadır.  Bu  istiqamətdə  müəllif  belə 
bir suala cavab axtarmaqdadır; “Görəsən 
dünyada  həqiqətən  də  yeni  sivilizasiya-
ların  yaranması  ilə  bağlı  kozmoqonik 
proses  başa  çatmışdır?  Əgər,  bu  sualın 
cavabı  müsbətdirsə  o  zaman  bütün  dün-
ya ölkələrinin önündə yeganə seçim qal-
maqdadır: ya Qərbin yolu ilə getmək, ya 
da periferiyada qalaraq ehtimal ki, məhvə 
sürüklənməkdir. ” [16, s. 86] 
Panarinə  görə,  Qərb  modellərinin 
yeganə mümkün nəticəsi olacaq geopolitik 
ölümdən xilas olmaq üçün Rusiya şimal/
cənub, qloballaşma/lokallaşma kimi düz-
gün olmayan dilemmalar arasında qalma-
malıdır. Ona görə Rusiyanın tək yolu, av-
rasiyaçılıq istiqamətində dünyanın gerçək 
iki-qütblü  mənzərəsini  əks  etdirən  Şərq/
Qərb geopolitik vektorunda yerləşməsidir. 
Çünki, “mədəniyyət və ya sivilizasiya ol-
mağın  düzgün  mənası,  o  mədəniyyətin 
Şərq/Qərb  iki-qütblü  sistemində  yerinin 
harada  olmasından  asılıdır.  ”  [17,  s.  40] 
Panarin  buradakı  düşüncələrini  klasssik 
geopolitiklər Halford Makinderin və Karl 

Yüklə 3,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin