İqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 3,85 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix01.04.2017
ölçüsü3,85 Kb.
#13190
1   2   3   4   5   6   7   8   9   ...   16

SİYASƏT
26
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Ağalar Nəriman oğlu Abbasbəyli
tu  deyl.  Əksinə,  qloballaşma  dövrünü 
əhatə etmiş amil, bu və ya digər dövlətin 
qüvvələrinin  optimal  şəkildə  səfərbər 
edilməsi qabiliyyəti, onu lazımi istiqamətə 
yönəldilməsi  əsas  geostrateji  qanunauy-
ğunluqların  doğruluğunu  bir  daha  sübut 
edir. 
Dünya nəzəri elmində siyasət və coğ-
rafi  məkan  arasında  qarşılıqlı  təsirlərin 
xarakteri haqqında müzakirələr tükənmək 
bilmir.  Bununla  yanaşı,  bəzi  müəlliflər 
təkid edir ki, coğrafi məkan nəticədə milli 
dövlət və hakimiyyətin siyasi strategiyası-
nın mahiyyətini və prinsiplərini müəyyən 
edir. Digərləri isə əksinə əsas rolu hakim 
münasibətlərə, daha doğrusu, siyasi amilə 
ayırır.  Zənnimizcə,  hər  iki  istiqamətin 
sintezi  düzgün  cavabla  nəticələnəcək. 
Beynəlxalq  inkişaf  prosesində  coğrafi 
məkan və geostrategiyanın mürəkkəb qar-
şılıqlı təsiri və sintezinin özünəməxsus qa-
nunu fəaliyyət göstərir. Bu siyasi iradənin 
zaman  məkanın  dəyişilməsinə  təsiri  ilə 
yanaşı həm də məkanın özü də bu və ya 
digər  siyasi  qərarın  qəbul  edilməsində 
strateji substansiya kimi mühüm rol oyna-
ya bilər. 
Siyasi  aksiyaların  keçirilməsində 
daxili  ziddiyyət  və  bir  çox  hallar-
da 
məntiqsizlik 
nəticədə 
məkan 
dəyişikliklərinin  xarakterinə  də  öz 
təsirini  göstərir.  Beləliklə,  beynəlxalq 
münaqişələrin  tənzimlənməsinin  siyasi 
məntiqi bir halda humanitar problemlərin 
həllinə  yardım  göstərə  bilər,  digər  bir 
halda  isə  özündə  deqradasiya,  reqress 
və  həlledilməz  vəziyyətin  dərinləşməsi 
elementlərini daşıya bilər. Buna misal ola-
raq İraq ətrafındakı hadisələri göstərmək 
olar. Təbiət və siyasi iradənin ziddiyyətli 
əlaqəsi  şəraitində  insanın  zorakılıq 
xüsusiyyətləri üzə çıxır və çox güman ki, 
postindustriya  sivilizasiyası  çərçivəsində 
hələ uzun müddət üzə çıxacaqdır. 
İnsan  təfəkkürü  nəzəri  olaraq  təbii 
mühitin  dağıdılmasının  qarşısını  almağa 
qadirdir. Burada əsas rolu ənənəvi siyasi 
coğrafiyanın təsvir və tədqiqat obyektinin 
passiv  xarakteristikası  ilə  məhdudlaşdığı 
halda əsasən gələcəyə istiqamətləndirilən 
geostrategiya  oynamalıdır.  [5,  117]  Söz-
süz  nəzərə  almaq  lazımdır  ki,  geostrate-
giya  məkanla  qarşılıqlı  əlaqəni  hökumət 
və  dövlət  mövqelərindən  qiymətləndirir, 
siyasi  coğrafiya  isə  dövlət  hakimiyyətini 
əsas  etibarilə  məkan  mövqeləri  baxı-
mından  nəzərdən  keçirir.  Deməli,  dövlət 
tərəfindən  milli  təhlükəsizliyin  –  hərbi-
strateji, iqtisadi, energetik, xammal, iaşə, 
elmi-trexnoloji,  sosial,  mədəni,  ekoloji, 
demoqrafik, etnokonfessional və s. təmin 
edilməsi  potensialının  optimal  şəkildə 
açıqlanması  yalnız  geostrategiyanın 
mövqeyindən mümkündür. 
Yuxarıda qeyd edilmiş mülahizələr bir 
daha sübut edir ki, geostrategiyanın proq-
nozlaşdırılması  olmadan  siyasi  inkişafın 
tərəqqisi  qeyri-mümkündür.  Məlumdur 
ki,  beynəlxalq  münasibətlər  nəzəriyyəsi 
və  tarixi  diqqəti  vətəndaş  cəmiyyəti  və 
diplomatiya  tarixinə  yönəldir,  geostrate-
giya  isə  geoiqtisadiyyat,  geostrategiya, 
geomədəniyyət  və  elmi  təfəkkürün  digər 
sahələrinə  aid  olan  universal  biliklər 
kompleksi  ilə  məşqul  olur.  Məhz  komp-
leks  geosiyasi  tədqiqatlar  əsasında  eh-
tiyyatqoruyucu  texnologiyalar,  planetar 
məlumat  məkanı,  dünya  miqrasiyaları, 
sivilizasiyalararası  qarşılıqlı  əlaqələr  və 
s. kimi qloballaşan amillərinin artan rolu-

SİYASƏT
27
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Müasir beynəlxalq münasibətlərin proqnozlaşdırılmasının bəzi problemləri
nun aşkar edilməsi mümkündür. Deməli, 
geostrategiya  beynəlxalq  münasibətlər 
nəzəriyyəsi  ilə  müqayisədə  daha  geniş 
idraki humanitar fəndir. Şübhəsiz ki, ge-
osiyasi  nəzəriyyə  və  diplomatiya  arasın-
da heç bir suayırıcı xətt yoxdur və ola da 
bilməz.  Bunlar  humanitar  biliklərin  bir 
çox  cəhətdən  çarpazlaşan  fənləridir.  Ge-
ostrateji  bilik  –  diplomatiyanın  kifayət 
qədər  effektli  silahıdır  və  əksinə  diplo-
matik  arsenal  geostrategiya  sahəsindəki 
işlərin  yüksək  səmərəliliklə  aparılmasına 
imkan  verir.  Lakin,  beynəlxalq  hüquqa 
əsaslanan  diplomatiyadan  fərqli  olaraq 
geostrategiya indinin və gələcəyin diplo-
matiyasının bir növ əksi kimi çıxış edir. 
Məlumdur ki, siyasi sərhədlər hələ si-
vilizasiyanın yaranması zamanı - ilk dövlət 
birliklərinin  meydana  gəlməsi  dövründə 
tayfalararası  ərazi  sahələri  əsasında  ya-
ranmışdır.  Müəyyən  bir  ərazinin  özü  ilə 
eyniləşdirilməsi  hissi  etnik  təfəkkürün 
əsas  elementlərindən  biri  idi.  Lakin, 
sərhədboyu zonalar özü də sonsuz sayda, 
uzunmüddətli,  qanlı  müharibələr,  daim 
dəyişən  etnik  qüvvələr  balansı  əsasında 
formalaşırdı. Yalnız XIX əsrin sonu - XX 
əsrin əvvəlində yer kürrəsində «azad tor-
paq» qalmamışdır. Lakin, «koloniya piro-
qunun» bölgüsünə gecikmiş ölkələr XIX 
əsrin  sonu  -  XX  əsrin  əvvəlində  milli-
dövlət  sərhədlərinin  sarsılmazlığı  prinsi-
pini  rədd  etməyə  davam  edirdilər.  Milli 
qüvvə  amillərinin  (xüsusilə  də  ərazinin, 
su  sahəsinin,  təbii  ehtiyyatların  və  s.  ) 
qeyri-bərabər  paylanmasını  birtərəfli 
şəkildə şərh etmək tendensiyası XX əsrin 
əvvəllərində Almaniya, Yaponiya və ABŞ 
kimi ölkələrə xas idi. Sonralar, XX əsrin 
20-30-cu  illərində  Almaniya  və  İtaliya 
kimi  ölkələr  «həyat  məkanının»  birbaşa 
təcavüzlərinə  və  zorakı  ərazi  işğallarına 
haqq qazandırmağa çalışırdılar. [6, 67]
Koloniya  və  asılı  dövlətlərin  bir 
çox  işğalları  və  bölüşdürülməsi  «həyat 
məkanı»  şüarı  altında  həyata  keçiri-
lirdi.  Lakin,  dekolonizasiya  dövrünün 
başlanması  ilə  sərhədlər  və  mübahisəli 
ərazilər  haqqında  qızğın  mübahisələr 
bitməməklə yanaşı, həm də canlanma və 
güclənmə  tendensiyaları  artmışdır.  Bu 
isə  öz  növbəsində  geosiyasətin  müasir 
beynəlxalq  münasibətlər  nəzəriyyəsi  və 
təcrübəsi  ilə  sıx  əlaqədar  olan  bir  elmi 
fənn  kimi  mövcudiyyətinə  daha  bir  sü-
butdur.  Klassik  geostrategiya  beynəlxalq 
münasibətlərin  qanunauyğunluqlarının 
dərk  edilməsinin  mühüm  nəzəri  instru-
mentarisi kimi öz həyati qüvvəsini qoru-
yub saxlamaqda davam edir. 
Klassik  geostrategiyanın  əsasən  üç 
məkan  süjeti  (litosfer  (torpaq),  hidrosfer 
(dünya  okeanı)  və  atmosfer)  ilə  işlədiyi 
halda  müasir  geostrategiya  1)  kos-
mik  məkan,  2)  insan  idrakı,  3)  məkanın 
kiçildilməsi və zamanın «sıxılması» feno-
meni, 4) qloballaşma kimi ən yeni amilləri 
mənimsəyir. 
Kosmos  və  kosmologiyanın  kainat 
haqqında  elm  kimi  anlayışı  hələ  qədim 
yunan  mütəfəkkirləri  Pifaqor,  Heraklit, 
Platon,  Aristotel  və  s.  tərəfindən  işlənib 
hazırlanmışdır.  Lakin,  bir  çox  tədqiqatçı 
nəsillərini  heyrətə  salan  fövqəladə  kos-
mik  nizamlanma  beynəlxalq  siyasi 
təfəkkürdən  asılı  olmayaraq  XX  əsrin 
ikinci yarısına kimi, daha doğrusu insanın 
kainata  fəal  çıxışınadək  mövcud  olmuş-
dur.  Bu  zamandan  etibarən  kosmologiya 
amiranə bir surətdə geostrategiyaya daxil 

SİYASƏT
28
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Ağalar Nəriman oğlu Abbasbəyli
olur,  bu  və ya digər geostrateji regionun 
(məsələn,  transatlantik  hövzəsinin,  Ru-
siya,  Avrasiya  Xartlendinin  və  ya  Şərqi 
Asiya  kontinental  qövsünün  və  s.  )  kos-
mosa fəal çıxışı yer kürrəsində üstünlüyə 
malik  olmaq  uğrunda  rəqabət  sahəsində 
həlledici  əhəmiyyət  kəsb  etməyə  başla-
yır.  Bundan  əlavə,  kosmosfera  (xüsusilə 
də hərbiləşdirmə şəraitində) hidrosfer, li-
tosfer və atmosferlə müqayisədə dünyada 
tədricən ön səhnəyə çıxır. Lakin, yuxarıda 
qeyd edilmiş çağırışlarla yanaşı, artan kos-
mik təhlükə qarşısında (kosmik cismlərlə 
qarşılaşma,  yadellilərin  müdaxiləsi  və 
s. ) ayrı-ayrı geosiyasi regionlar və yerli 
sivilizasiyalar  arasında  qarşıdurmaların 
əhəmiyyətinin  azalmasına  aid  olan  digər 
bir  prosesin  istisna  edilməsi  qeyri-müm-
kündür. 
Müasir  geostrategiyanın  digər  bir 
yeni fenomeni – idrak anlayışı renessans 
dövründən etibarən əsrlər boyunca elmdə 
insanın  intuitiv,  hissi  dərk  etməsindən 
fərqli  olaraq  rasional  mükəmməl  dərk 
etmə qabiliyyəti kimi istifadə edilirdi. Say-
sız-hesabsız  sosial-psixoloji  tədqiqatlar 
nəticəsində  cəmiyyətin  həyatında  xüsusi 
rol oynayan insan idrakının 120-yə qədər 
amili  aşkar  edilmişdir.  Bununla  bərabər 
elmi-texniki  tərəqqi  və  «süni  idrakın» 
yaranması  şəraitində  intellektual  poten-
sialın  həyatın  bütün  sahələrinə,  eləcə  də 
beynəlxalq münasibətlərə ciddi şəkildə da-
xil olması baş verir. Bu və ya digər millətin 
optimal idarəetməyə və özünüidarəetməyə 
yüksək  dərəcəli  qabiliyyət  kimi  intellek-
tual keyfiyyətləri ərazi və strateji amillər 
kimi klassik anlayışlarla müqayisədə ha-
kim mövqe tutmuşdur. Bu öz növbəsində 
bütün  mümkün  geostrateji  blokların,  al-
yansların,  «oxların»,  «çoxbucaqlıların» 
və  çox  güman  ki,  ənənəvi  dövlətlərarası 
sərhədlərin  rolunu  xeyli  azaldır,  idrakın 
yeni  kosmoqonik  geostrategiyada  hakim 
mövqe tutacağını proqnozlaşdırmağa əsas 
verir.  Əvvəlki  dövlətlərarası  maneələrin 
əhəmiyyətinin azalması şəraitində postin-
dustriya, daha doğrusu, parçalanma, lakin 
hələ də asılı olan etnos və xalqların neos-
fer toplanması üçün nadir şərait yaradılır. 
Proqnozlar üzrə gələcəkdə Rusiya, ABŞ, 
Çin,  Hindistan  və  başqa  iri  dövlətlərin 
dezinteqrasiyası və afrikalılır, latınameri-
kalıları, ərəblər, qafqazlılar və digər yeni 
birləşmiş dövlətlərin yaranması da müm-
kündür. 
Geostrategiyanın  daha  bir  yeni  kate-
qoriyası məkan və zamana aid olan nəzəri 
abstraksiyadan ibarətdir. [7, 1991] Elmi - 
texniki tərəqqi boyunca məkan və zaman 
hər bir maddi substansiyanın mövcudiyya-
tının universal bir forması kimi materiya-
nın struktur və mövcudiyyətinin qarşılıqlı 
təsiri və ölçüsü, onun müxtəlif hallarının 
bir-birini  əvəz  etməsinin  davamlılığı  və 
ardıcıllığı  və  s.  kimi  xassələrində  özü-
nü tədricən daha miqyaslı şəkildə biruzə 
verir.  Lakin,  postindustriya,  informasiya 
cəmiyyətinin  yaranması  şəraitində  ehti-
mal  nəzəriyyəsinin  fiziki  qanunlarından 
biri (cismlərin hərəkət sürəti artdıqca çəki 
də artır və hərəkətin ölçüləri və istiqaməti 
nisbətən azalır) aydın şəkildə görünür. 
Şübhəsiz  ki,  fizikanın  fundamental 
qanunları  birbaşa  cəmiyyət  hadisələrinə 
köçürülə  bilməz.  Lakin,  müasir  infor-
masiya  axınlarının  hərəkət  sürətinin 
saniyədə  300  min  km-dək  olması  fak-
tı  bizim  təsəvvürümüzdə  nəhəng  yer 
kürrəsini  dünyanın  bir  «kəndinə»  çevi-

SİYASƏT
29
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Müasir beynəlxalq münasibətlərin proqnozlaşdırılmasının bəzi problemləri
rir,  beynəlxalq  münasibətlərdə  mühüm 
əhəmiyyəti  yalnız  regional  (geosiyasi) 
deyl, həm də qlobal (geostrateji) amillərin 
kəsb  etməsini  təkidlə  söyləyir.  Müasir 
informasiya  texnologiyaları  müasir  dün-
ya  liderlərinə  qısa  zaman  ərzində  (kos-
mik  nüvə-raket  zərbə  komplekslərinin 
uçuş  zamanı  ərzində)  son  dərəcə  böh-
ranlı müharibə və sülh məsələlərini təcili 
surətdə  həll  etməyə  imkan  verir,  halbu-
ki,  əvvəllər  bu  tip  problemlər  prinsip 
etibarilə yalnız bir yeraltı atom daşıyıcısı 
komandirinin baş komandanlıq tərəfindən 
öncədən  hazırlanmış  təlimatların  açılı-
şı  əsasında  yerinə  yetirilən  fəaliyyəti  ilə 
müəyyən  edilirdi.  Bu  vəziyyətdə  strateji 
qərarların  qəbul  edilməsinə  görə  hər  bir 
liderin  məsuliyyəti  kəskin  surətdə  artır. 
Nəticədə  zaman  amilini  son  həddədək 
sıxan  informasiya  inqilabı  geosiyasətin 
(«mütərəqqi  əsaslandırılma»  strategiya-
sının)  klassik  meyarlarının  əhəmiyyətini 
xeyli azaldır,  bu  isə  özünü  xarici strateji 
dayaq  məntəqələri  sisteminin  iri  ölkələr 
tərəfindən reformasiya edilməsində biruzə 
verir.  Sivilizasiya  məkanının  «sıxılması» 
və sosial təcrübənin ölçü şkalası kimi za-
manın «daralması» ilə yanaşı, beynəlxalq 
münasibətlər  nəzəriyyəsi  sosiomədəni 
(yerli  sivilizasiya  çərçivəsində  sosial 
fəaliyyətlər  ritmi)və  siyasi  zaman  (siya-
si həyat ritmləri) arasında fərqləri həyata 
keçirir.  Zaman  istənilən  mədəni  həyatın 
universal  amili  kimi  dünya  bazarının 
yaranması  vaxtından  etibarən  misilsiz 
«təzyiqə»  məruz  qalmışdır.  İnformasiya 
cəmiyyəti  sənaye  dövründən  qaytarılma-
sı,  dəyişdirilməsi,  satılması,  çevrilməsi 
mümkün  olmayan  aztapılan  ehtiyyatlar, 
və  nəhayər  virtual  pullar  kimi  zamanın 
nadir qiymətini miras almışdır. Nəinki si-
yasi, həmçinin sosial zaman hər bir zaman 
kəskin defisitlə üzləşir. Postindustriya eli-
tasının  siyasi  zamanı  «ləngitmək»  (daha 
doğrusu, tarixin geri döndürülməsi müm-
kün  olmayan  əqrəblərini  dayandırmaq) 
cəhdlərinin əsassızlığı buradan irəli gəlir, 
bu  isə  iri  sosial-siyasi  fəlakətlərə  doğru 
aparır. [8, 20]
Ən  yeni  tarixi  zaman  konsepsi-
yaları  əsas  diqqəti  cəmiyyət  və  dövlət 
problemləri  ilə  nəzəri  müqayisədə  üstün 
mövqe  tutan  fərdi  başlanğıca  yönəldir. 
Bununla da beynəlxalq münasibətlərdə və 
ümumdünya  tarixi  prosesdə  ümumi,  xü-
susi və vahid xüsusiyyətlərin vahidliyi və 
tamlığı  açıqlanır.  Qloballaşan  dünya  bir-
liyinin  yaradıcısı  olan  insan  mədəniyyət 
və mədəni tərəqqinin yüksəkliklərinə qal-
xaraq  tədricən  gələcəyi  bir  növ  kortəbii, 
qaçılmaz  tale  kimi  qəbul  etməkdən 
kənarlaşır.  Məhz  gələcək  perspektivlərin 
mütərəqqiliyi 
və 
eyni 
zamanda 
müəmmalılığı  və  qeyri-müəyyənliyi  in-
sanı  tarixin  fəal  subyektinə  çevirir,  hal-
buki  təbiətin  əsas  qanunu  –  insan  tale-
yinin  müvəqqətiliyi,  özünəməxsusluğu 
və  bərpa  edilməzliyi  dəyişilməz  olaraq 
qalır.  Bu  tip  kontekstdə  «qlobal  mədəni 
oykumena 
məkanını 
formalaşdıran 
mədəniyyətlərarası dialoqun effektivliyinə 
yalnız  digərinin  mövcudiyyətinin  mənim 
mümkün  mövcudiyyətim  kimi  nəzərdən 
keçirilməsi şərtilə nail oluna bilər». 
Başqa  sözlə,  inadlı  və  arasıkəsilməz 
sivilizasiyalararası,  insanlararası  dialoq 
beynəlxalq  münasibətlərin  mədəni  so-
sial  dinamikası  və  optimizasiyasının  ən 
mühüm  şərtidir.  Sülhməramlı  estafetin 
növbəti  nəslə  vaxtında  verilməsi  heç  bir 

SİYASƏT
30
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Ağalar Nəriman oğlu Abbasbəyli
zaman  sosial  tarixin  zaman  silsilələrinin 
«daraldılmasının»  informasiya  dövründə 
olduğu  kimi  əhəmiyyətə  və  mənaya  ma-
lik  olmamışdır.  Lakin,  sosial-mədəni  za-
manı fantastik surətdə artıraran təbiət in-
san qarşısında borclu qalmamışdır. Onun 
həyatının  hələ  XX  əsrdəki  davamlılığı 
inanılmaz  surətdə  artdı  və  artmaqda  da 
davam  edir.  Dünya  inkişafının  əvvəlki 
silsilələrində  olduğu  kimi  xüsusilə  keçid 
iqtisadiyyatı  olan  ölkələrin  siyasi  struk-
turları  yenə  də  yeni  qlobal  çağırışlara 
adekvat reaksiyaya hazır deyldilər. Bura-
da bir tərəfdən sosial mədəni zaman, digər 
tərəfdən  isə  siyasi  zaman  arasında  dərin 
ziddiyyət aydın nəzərə çarpır. Bu cür qarşı-
durma hər zaman cəmiyyət üçün həlledici, 
faciəvi xarakter daşıyır. Bunu XX əsrin so-
sial-siyasi təcrübəsi, o cümlədən qüdrətli 
və əzəmətli tiran-diktatorların tarix çarxı-
nı geri çevirmək cəhdlərinin uğursuzluqla 
nəticələnməsi sübut edir. 
XX  əsrin  90-cı  illərində  beynəlxalq 
arenada  bipolyarlığın  yoxa  çıxması  ilə 
əlaqədar olaraq siyasət elmində dünyanın 
mədəni inkişafının əsas qanunauyğunluq-
larının universal şəkildə dərk edilməsi kök 
salmağa başlayır. 
Bəşər  tarixinin  birxətli  artan  pro-
sesi  kimi  sadə  doqmatik  şərhi  əvəzinə 
tədricən  əvvəllər  «qeyri-elmi»,  və  «ide-
alistik»  hesab  edilən  digər  metodoloji 
məktəb və istiqamətlər öz təsdiqini tapır. 
Beynəlxalq  münasibətlər  sosiologiyasın-
da bu cür «yeni meyllər» sırasında ümum-
dünya  sivilizasiyasının  dalğavari-dövrü 
nəzəriyyəsi böyük əhəmiyyətə malik oldu. 
Dünyanın 
sosial 
inkişafının, 
beynəlxalq  münasibətlərin  mahiyyəti 
kimi dalğavarilik və dövrilik nəzəriyyəsi 
siyasi sosiologiyanın kifayət qədər həcmli 
fənnidir. Bu baxımdan aşağıda söhbət yal-
nız onun baza metodoloji prinsiplərindən 
gedir. 
Müasir siyasi elmdə ilk öncə iqtisadi 
elmdə  yaranan  dalğavarilik  və  dövrilik 
nəzəriyyəsi  yalnız  daxili  deyil,  həm  də 
xarici siyasi proseslərin mühüm metodo-
loji  tədqiqat  instrumentinə  çevrilmişdir. 
Öz  əksini  O.  Şplenqer  və  Y.  Şumpeter 
və  başqalarının  əsərlərində  tapmış  dalğa 
və silsilə nəzəriyyəsinin əsas müddəaları 
dünya elmində XX əsrin birinci yarısında 
yaranmışdır. 
İstənilən  yerli  sivilizasiya  siste-
minin  (demək  ki,  həm  də  ümumilikdə 
sivilizasiyanın) 
dalğavari-dövri 
in-
kişaf  nəzəriyyəsinin  mahiyyəti  insan 
cəmiyyətinin  fəaliyyət  dinamikasının  bir 
inkişaf dalğası və ya spiralının digəri ilə 
ardıcıl  şəkildə  əvəz  olunması  kimi  dərk 
edilməsindən  ibarətdir.  Sisilənin  bu  cür 
fəaliyyəti  prosesində  aşağıdakılar  aydın 
şəkildə nəzərə çarpır:
a)  özünəməxsus  potensial  ətalət 
qüvvəli  nisbətən  sabit,  bu  və  ya  digər 
dərəcədə davamlı inkişaf fazası; 
b) sistemin böhran fazası. Bu zaman 
ətalət  qüvvəsi  qeyri-sabit  və  qeyri-da-
vamlı olur, ənənəvi strukturlar içərisində 
yad  variantlı  elementlər  və  gələcək 
perspektivləri yaranmağa başlayır;
c) yüksək sıçrayış və ya artım fazası, 
daha  doğrusu  institusionalizasiya  və  ya 
cəmiyyətin  yeni  vəziyyətə  keçid  fazası; 
bu faza sistemin dərinliklərində ətalət di-
namikasının yaranmasına səbəb olur. 
Daha dalğavari və dövri ardıcıllıq za-
manı istənilən bu və ya digər dərəcədə rasi-
onal daxili və beynəlxalq siyasət nəticədə 

SİYASƏT
31
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Müasir beynəlxalq münasibətlərin proqnozlaşdırılmasının bəzi problemləri
hər  hansı  bir  volyuntarist  improvizədən 
deyl,  sivilizasiya  təkamülünün  funda-
mental  qanunauyğunluqlarına  tabe  olan 
məqsədyönlü fəaliyyətdən ibarətdir. 
Bir neçə müxtəlif siyasi yönümlü ölkə 
üzrə sənədli məlumatlar ümumilikdə onla-
rın tərtibatçılarının bu əsrin gələcək on ili 
ərzində dünya quruluşunu necə gördükləri 
barəsində  ətraflı  və  konkret  təsəvvür  ya-
radır. 
Qeyd 
edilmiş 
strateji 
işlərin 
müəlliflərinin  dalğavari-dövri  inkişaf 
nəzəriyyəsini  bilib-bilməmələrindən  ası-
lı  olmayaraq  bir  şeyi  şübhəsiz  olaraq 
təsdiq  etmək  olar:  bu  tarixi  mərhələdə 
heç olmazsa dünyanın gələcək siyasi qu-
ruluşunun  (çoxpolyarlıq,  monopolyarlıq, 
yeni  bipolyarlıq  və  digər  qlobal  modi-
fikasiya  ssenariləri)  qiymətləndirilməsi 
məsələsində  nisbi  konsensusun  əldə 
edilməsi şübhə altındadır.
ƏDƏBİYYAT SİYAHISI:
1.  A. N. Abbasbəyli. Beynəlxalq münasibətlərin proqnozlaşdırılması nəzəriyyəsi. 
B, 2012, 1. 89
2.  Proqnozlaşdırma və qərarların qəbul edilməsi nəzəriyyəsi. M. , 1997, 1. 181
3.  Martino C. İngilis dilində proqnozlaşdırma texnikası. M. , 1977, 1. 117
4.  Yanç E. Elmi-texniki tərəqqinin proqnozlaşdırılması / İng. dilindən tərcümə. M. 
, 2003, 1. 105
5.  Nikitina A. Q. Proqnozlaşdırma insan qabiliyyəti kimi. M. , 2005, 1. 117
6.  A. S. Panarin. Qlobal siyasi proqnozlaşdırma. M. , 2000, 1. 67
7.  Уткин А. И. Глобализация: процесс и осмысление. М. , 2001, с. 1991
8.  Robert Harvey. Global disorder (How to avoid a fourth world). London, 2003, 1. 
20

SİYASƏT
32
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Ağalar Nəriman oğlu Abbasbəyli
АГАЛАР НАРИМАН оглы АББАСБЕЙЛИ
Бакинский Государственный Университет
Заведующий кафедрой Международные отношения
e-mail: agalar. abbasbeyli@mail. ru
УДК: 327. , 930. 22
О НЕКОТОРЫХ ПРОБЛЕМАХ ПРОГНОЗИРОВАНИЯ СОВРЕМЕН-
НЫХ МЕЖДУНАРОДНЫХ ОТНОШЕНИЙ
РЕЗЮМЕ
В статье А. Н. Аббасбейли «О некоторых проблемах прогнозирования совре-
менных международных отношений» исследуется процесс развития современных 
отношений в теоретической и практической плоскости. 
Автор рассматривает состояние и перспективы международных отношений с 
теоретической и концептуальной позиций. 
Ключевые слова: прогнозтрование, аналогия, метод, эксперт, исследование, 
имитация, график, статистика, дипломатия, геостратегия, различные
 
Məqalənin redaksiyaya daxil olma tarix: 04. 07. 2016
Redaksiya heyətinin 23. 09. 2016 tarixli qərarı ilə çapa tövsiyə edilmişdir. 
Rəyçi: prof. Z. M. Həsənəliyev

SİYASƏT
33
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Müstəqil Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində İlham Əliyevin rolu
ISMAYIL ƏHMƏD OĞLU EYYUBOV
Bakı Dövlət Universiteti
Politologiya və sosiologiya kafedrasının müəllimi
e-mail: ismayil. eyyubov@gmail. com
UOT: 323. 1. , 327. 39
MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASINDA 
DÖVLƏTÇİLİYİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ İLHAM 
ƏLİYEVİN ROLU
XÜLASƏ
Məqalədə milli müstəqil Azərbaycan dövlətini gücləndirmək üçün Prezident İlham 
Əliyevin fəaliyyətini təhlil edir. İlk növbədə, olduqca ağır şəraitdə ölkəmizin yaradılması 
və müstəqilliyinin əsaslarını möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin 
tarixi ləyaqət var. Bu məqalə Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin 
siyasi rəhbərliyi dövründə Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətləri, 
əldə olunmuş nailiyyətlərinin sistemləşdirilməsinə yönəlmişdir. 
Yüklə 3,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin