İqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 3,85 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix01.04.2017
ölçüsü3,85 Kb.
#13190
1   2   3   4   5   6   7   8   9   ...   16

Açar sözlər: milli, müstəqil, daxili və xarici siyasət, siyasi rəhbərlik
Tarixçilər,  filosoflar,  mütəfəkkirlər 
qeyd  etmişdilər  ki,  dövlət  bəşəriyyətin 
yaratdığı  siyasi-mənəvi  institududur. 
Dövlət  əbədi  mövcud  olmamış,  yalnız 
tarixin  inkişafı  mərhələsində  meydana 
gəlmişdir. 
Dövlətin 
yaranması 
haqqında 
Demokrit,  Sokrat,  Platon,  Aristotel, 
Konfutsi, C. Lokk, T. Hobbs, J. J. Russo, 
Hegel, K. Marks, F. Engels, və başqaları 
müxtəlif  fikirləri  irəli  sürmüşdürlər.  N. 
Tusi isə qeyd etmişdir ki, dövlət insanların 
könüllü  ittifaqi  əsasında  yaranmışdır. 
Ona  görə  də  onların  birliyindən,  siyasi 
cəmiyyətdən başqa bir şey deyildir. 
Azərbaycanda 
dövlətliliyin 
formalaşması əvvəlki dövrlərdə yaransada 
XIX  əsrin  sonu  XX  əsrin  əvvələrindən 
formalaşmağa  başlamışdır.  XIX-XX 
əsrlərdə  Azərbaycanda  dövlərçiliyin 
formalaşmasında  A.  A.  Bakıxanov, 
M.  F.  Axundov,  Mirzə  Kazım  bəy,  C. 
Məmmədquluzadə,  Həsən  bəy  Zərdabi, 
N.  Nərimanov,  Ü.  Hacıbəyov  kimi 
klassiklərin  və  maarifçilərin  də  böyük 
rolu olmuşdur. 
Lakin 
müstəqil 
dövlətçilik 
ənənələrinin yaradılmasında və inkişafında 
isə Əlimərdan bəy Topçubaşov, Nəsib bəy 
Yusifbəyli, Əli bəy Hüseynzadə, Məmməd 
Əmin  Rəsulzadə,  Fətəli  Xan  Xoyski, 
Heydər  Əliyev  kimi  tarixi  şəxsiyyətlərin 
böyük xidmətləri olmuşdur. 
Müasir 
müstəqil 
Azərbaycan 
dövlətinin  möhkəmləndirilməsi  üçün  bir 
sıra  şərtlər  –  peşəkar  ordunun  olması, 

SİYASƏT
34
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
İsmayil Əhməd oğlu Eyyubov
inkişaf  etmiş  vətəndaş  cəmiyyətinin 
olması,  demokratik  prinsiplərin  həyata 
keçirilməsi  kimi  əlamətlərlə  yanaşı,  hu-
manist  dəyərlərə  əsaslanan  dövlət  qa-
nunlarının  olması,  mədəniyyət,  təhsil, 
tibb,  kommunikasiya  sistemlərinin  və 
sferalarının  tənzimlənməsi,  hakimiyyət 
rəhbərlərinin, vətəndaşların dəstəyinin ya-
ranması,  ölkədə  seçki  sisteminin  düzgün 
aparılması,  əhalinin  sosial  vəziyyətinin 
yaxşılaşdırılması,  ölkədə  daxili  və  xarici 
siyasətin düzgün həyata keçirilməsi və s. 
prinsiplər qarşıya qoyulmuşdur. 
Azərbaycanda  dövlət  səviyyəsinin 
yüksəlməsi  üçün  yuxarıda  sadala-
nan  şərtləri,  müasir  dövlətçilikdə  ulu 
öndərimiz  Heydər  Əliyev  bir  məqsəd 
kimi qarşıya qoymuş və həyata keçirmiş-
dir.  Heydər  Əliyevin  ənənələrini  isə  İl-
ham  Əliyev  həyata  keçirməyə  və  davam 
etdirməyə böyük səy göstərir. 
Məlum  olduğu  kimi  XX  əsrin  son 
onilliyi  bəşər  tarixinə  Sovetlər  birliyi 
kimi nəhəng imperiyanin dağılmasi, Ber-
lin səddinin aradan götürülməsi, Varşava 
müqaviləsinin  ləğvi,  NATO-nun  Şərqə 
doğru  genişlənməsi  və  ən  başlıcasi  dün-
ya  birliyinin  yeni  müstəqillik  qazanmış 
dövlətlər  hesabına  zənginləşməsi  kimi 
daxil  olmuşdur.  Bu  dövrdə  Azərbaycan 
Respublikası da böyük siyasi proseslərin 
uğurlu  sonluğu  nəticəsində  müstəqillik 
və  suverenlik  əldə  etmiş,  dünya  birliyi-
nin  bərabərhüquqlu  üzvünə  çevrilmiş-
dir. Qazanılmiş müstəqilliyi əbədi etmək 
üçün ölkənin daxili və xarici siyasətində 
dövlətin  milli  maraqlarını  hər  şeydən 
üstün  tutulmasi  və  bu  məqsədin  reallaş-
dırlmasında  diplomatiyanın  bütün  üsul 
və  vasitələrindən  kifayət  qədər  səmərəli 
istifadə edilməsi tələb olunurdu. Lakin da-
xili və xarici qüvvələr buna mane olurdu. 
Bu dövrdə Azərbaycanın müstəqillik əldə 
etməsi və bu müstəqillik yolu ilə getməsi 
öz-özlüyündə onun üçün böyük çətinliklər 
törətmişdir. 
1988-ci  ildən  başlayaraq  Ermənistan 
Respublikası  Azərbaycana  qarşı  açıq 
hərbi  təcavüzə  başladı.  Dağlıq  Qara-
bağla birlikdə ətraf 7 rayonu da işğal et-
miş, həmin rayonların bir milyona yaxın 
əhalisi  qaçqın  və  köçkün  vəziyyətinə 
düşmüşdür.  Eyni  zamanda  sovet  ordu-
su  tərəfindən  Azərbaycanda  20  yanvar 
hadisələri  törədilmişdir.  Yüzlərlə  insan 
qətlə  yetirilmişdir.  Bu  dövrdə  respubli-
kanin  hakimiyyəti  xalqı  birləşdirmək, 
Ermənistanın  təcavüzünün  qarşısını  al-
maq  əvəzinə,  daxili  mübahisələrə  və 
müharibələrə,  intiriqalara  qoşulmuş, 
nəticədə respublikanın daxilində ixtişaşlar 
yaradılırdı.  Mövcud  hakimiyyət  üzvləri 
öz şəxsi mənafelərini güdərək, hər vəchlə 
siyasi  rəhbərliyi  davam  etdirməyə  cəhd 
göstərirdilər. 
1988-1993-cü  illərdə  respublikada 
bir  neçə  dəfə  hakimiyyət  dəyişikliyi  baş 
vermişdir. Azərbaycanda yenicə yaranmış 
müstəqilliyi  möhkəmləndirmək,  demok-
ratik,  hüquqi,  dünyəvi  dövlət  yaratmaq, 
respublikanın ərazi bütövlüyünü qoruyub 
saxlamaq əvəzinə hərc-mərcliyə yol veril-
mişdir. 1993-cü ilin yayında Azərbaycanda 
yaranmış  təhlükəli  vəziyyəti  aradan  qal-
dırmaq  və  əmin-amanlıq  yaratmaq  üçün 
xalqın tələbi ilə yenidən hakimiyyət başı-
na Heydər Əliyev gətirildi. Azərbaycanda 
baş  verən  hakimiyyət  dəyişikliyi  daxili 
və xarici siyasət fəaliyyətini yeniləşdirdi. 
Ölkənin strateji maraqları əsasında yenidən 

SİYASƏT
35
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Müstəqil Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində İlham Əliyevin rolu
qurulmasına  şərait  yarandı.  Azərbaycan 
Prezidenti  öz  prezidentlik  fəaliyyətinə 
başlarkən böyük çətinliklərlə üzləşdi. La-
kin о çox qısa bir müddətdə öz uzaqgörən 
siyasəti ilə Azərbaycanı dağilmaq, parça-
lanmaq təhlükəsindən xilas etdi. Daxili və 
xarici  düşmənlərin  planlarını  məhv  etdi. 
O,  özünün  bütün  varlığını,  uzun  illərdən 
bəri topladığı dövlət idarəçiliyi təcrübəsini 
xalqdan  əsirgəmədi,  siyasi  strategiyası-
nı  Azərbaycanı  xaosdan,  böhrandan  çi-
xarmağa  yönəltdi.  Azərbaycan  xalqının 
müstəqilliyini  möhkəmləndirmək,  suve-
renliyini  artırmaq  istiqamətinə  yönəltdi. 
Bu siyasət BMT-nin nizamnaməsində əks 
olunmuş  beynəlxalq  hüquq,  dövlətlərin 
suveren  bərabərliyi,  dövlət  sərhədlərinin 
pozulmazlıği, dövlətlərin ərazi bütövlüyü-
nün tanınması, beynəlxalq mübahisələrin 
dinc yolla həlli, daxili işlərə qarışmamaq, 
insan haqlarına hörmət, öhdəliklərin vic-
danla  yerinə  yetirilməsi  və  s.  universal 
prinsiplərə əsaslanırdı. 
Azərbaycan  Şərq  və  Qərb  arasinda 
əlverişli  geostrateji  mövqeyi  nəzərə  alı-
naraq region dövlətləri ilə sıx əməkdaşlıq 
xəttinə  sadiq  qalmaqla  yanaşi,  dünyanin 
apanci,  nüfuzlu  dövlətləri  ilə  geniş  və 
hərtərəfli  əlaqələr  yaradılmasina  xüsusi 
flkir verildi. 
Yeni neft strategiyasının işlənilib ha-
zirlanilmasi  və  həyata  keçirilməsi  buna 
sübutdur. 
H.  Əliyev  1994-cü  il  sentyabrın  20-
də  əsrin  müqaviləsinin  imzalanması 
mərasiminin açilişında demişdir ki, “Biz bu 
müqaviləni imzalamaqla Azərbaycan Res-
publikasinın suveren hüquqlarınn bərqərar 
olduğunu, Azərbaycanın tam müstəqil ol-
duğunu,  xalqımızın  öz  sərvətinə  özünün 
sahib  olduğunu  dünyaya  bir  daha  nüma-
yiş etdiririk. . . Bu müqavilə Azərbaycan 
Respublikasının  dünya  birliyində  layiqli 
yer  tutmasına  kömək  edəcək,  ölkəmizin 
iqtisadiyyatını dünya iqtisadiyyatı, sərbəst 
bazar  iqtisadiyyatı  ilə  sıx  bağlayacaq-
dır.  Ən  ümdəsi  ondan  ibarətdir  ki,  bu 
müqavilə Azərbaycan xalqinın bu gününə, 
gələcəyinə  böyük  mənfətlər  verəcək, 
onun rifah halınin yüksəlməsi üçün zəmin 
yaradacaqdır”[1-s. 37]. O, bu sözlərlə xal-
qı milli sərvətin sahibinə çevirmişdir. 
Təməli  H.  Əliyev  tərəfindən  qo-
yulmuş  uğurlu  daxili  və  xarici  siyasət 
xəttini  onun  layiqli  davamçısı  İ.  Əliyev 
dönmədən  həyata  keçirməkdədir.  Onun 
siyasi  rəhbərliyi  dövründə Azərbaycanda 
dövlətçiliyin 
möhkəmləndirilməsində, 
sabitliyin  qorunmasında  və  inkişaf 
etdirilməsində  dünya  birliyi  ölkələrinə 
hərtərəfli  inteqrasiya  edilməsində  böyük 
uğurlar qazanılmışdır. 
Azərbaycan  müstəqilliyinin  qoru-
nub  saxlanılmasında,  milli  dövlətçilik 
ənənələrinin  inkişafında,  demokratik 
cəmiyyətin  formalaşmasında  onun  misil-
siz xidmətləri vardır. 
Azərbaycan  Konstitusiyasinın  ya-
radilmasında  yaxından  iştirak  edən  və 
ona  rəhbərlik  edən  Heydər  Əliyev  kons-
titusiyanın  müzakirəsi  zamanı  demişdir: 
“Əminəm ki, Azərbaycanın ilk demokra-
tik konstitusiyası xalqımızın demokratiya, 
milli dövlətçilik yolu ilə getməsini təmin 
edəcək  və  gələcək  nəsillərə  svilizasiyalı, 
yüksək  səviyyəli,  dünya  demokratiya-
sında  özünəməxsus  yer  tutan  müstəqil 
Azərbaycan  dövləti  miras  qoyacağıq. 
”[2-s. 28] Bu mirası İlham Əliyev inkişaf 
etdirməyə və möhkəmləndirməyə başladı. 

SİYASƏT_36'>SİYASƏT
36
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
İsmayil Əhməd oğlu Eyyubov
İlham  Əliyev  hakimiyyət  başına 
gəlincə  ARDNŞ-nin  birinci  vitse-prezi-
denti, Milli Olimpiya Komitəsinin prezi-
denti,  millət  vəkili, Azərbaycan  Nazirlər 
Kabinetinin sədri və sair hakimiyyətin bir 
sira  yüksək  hakimiyyət  vəzifələrində  ça-
lışmışdır.  O,  bu  vəzifələrdə  Azərbaycan 
dövlətinin inkişaf etdirilməsi sahəsində öz 
bilik və bacarıği ilə, dünyagörüşü ilə, siya-
si arenada da tutduğu mövqeyə görə, xalq 
içərisində  sevildiyinə,  kütlə  tərəfindən 
hörmətlə qarşılandığına görə, özünün xal-
qa  bəslədiyi  sadə  münasibətinə  görə  və 
sairəyə görə dövlət xadiminə çevrilmişdir. 
1998-ci  ildə  verdiyi  müsahibələrin 
birində İlham Əliyev demişdir ki, “xalqa elə 
siyasət lazımdır ki, onun təhlükəsizliyini 
təmin etsin və normal yaşayış üçün şərait 
yaratsın.  Hərc-mərclik  toxumu  səpən  və 
azərbaycanlıları  bir-birinə  düşmən  edən 
siyasət  bizə  lazım  deyildir.  Xalq  bun-
lan  artiq  görmüşdür.  Bütün  bunlar  artiq 
təkrar  olunmayacaqdır.  ”[3-s.  4]O,  eyni 
zamanda  ABŞ-ın  məşhur  şəhərlərindən 
biri olan Vaşinqtonda Yaxın Şərq siyasəti 
İnstitutunda  keçirdiyi  görüşüdə  qeyd  et-
mişdir ki, “Biz 200 ildən artiq başqaları-
nın hakimiyyəti altında yaşamışıq və biz 
bundan tamamilə bezmişik. Biz heç kimin 
bizə nəzarət və yaxud rəhbərlik etməsini 
istəmirik. Biz müstəqil yaşamaq istəyirik 
[3-s.  7].  Bu  sözlərlə  o,  Heydər  Əliyevin 
hələ  xalqla  ilk  görüşlərindəki  fikirlərini 
bir daha təsdiqləmişdir. 
İlham  Əliyevin  Azərbaycanda  neft 
strategiyasının  inkişaf  etdirilməsində  də 
çox böyük xidmətləri olmuşdur. Bu stra-
tegiya  qısa  zaman  kəsiyində  özünün  xe-
yirli  nəticələrini  xalqa  göstərdi.  Muasir 
dövrdə Azərbaycan  xalqı  öz  sərvəti  olan 
neftdən  çoxlu  mənfəət  götürməkdədir. 
Bu  sərvətdən  əldə  olunmuş  böyük  miq-
yaslı  gəlirlərin  xalqın  ümurni  maraqlariı 
naminə  istifadə  olunması  istiqamətində 
İ.  Əliyev  yorulmaq  bilmədən  çalışır.  O, 
çixişlarinın  birində  demişdir:  “Mən  fəxr 
edirəm ki, Azərbaycanın neft sənayesinin 
dirçəlməsinin yeni mərhələsinin təməlinin 
qoyulmasında mənim də xidmətim vardır. 

İlham  Əliyev  prezidentlik  kürsüsünə 
sadə  və  təsadüfü  yolla  gəlməmişdir.  Bu 
vəzifəyə  о  siyasi  bir  xadim  kimi  addım-
addım,  pillə-pillə,  yüksələ-yüksələ,  tanı-
na-tanına, sevilə-sevilə gəlmişdir. 
Нələ  Heydər  Əliyev  Naxçıvanda 
olarkən  Yeni  Azərbaycan  Partiyasının 
özəyini  yaratmışdır.  Sonradan  bu  par-
tiya  respublikamizda  aparıcı  siyasi  nü-
fuz  mərkəzinə  çevrilmişdir.  Bu  partiya-
nin  siralarının  artmasında,  onun  inkişaf 
etdirilməsində  İlham  Əliyevin  də  böyük 
xidmətləri  olmuşdur.  O,  tutduğu  bütün 
vəzifələrdə  özünün  yüksək  idarəçilik 
ənənlərini  öz  şəxsində  birləşdirə  bilmiş, 
qətiyyətli,  bacariqlı,  işgüzar  bir  rəhbər 
kimi üzərinə düşən vəzifələrin öhdəsindən 
bacarıqla gələ bilmişdir. 2003-cü il prezi-
dent  seçkiləri  zamanı  ümummilli  lideri-
miz  Heydər  Əliyev  Azərbaycan  xalqına 
ünvanladığı  müraciətində  cənab  İlham 
Əliyev haqqında demişdir: “O, yüksək in-
tellektli, praqmatik düşüncəli, muasir dün-
ya siyasətini və iqtisadiyyatini gözəl bilən 
enerjili və təşəbüskar bir şəxsiyyətdir. Sizi 
əmin edirəm ki, həm İlham Əliyev, həm 
də  Yeni  Azərbaycan  Partiyası  bundan 
sonra da xalqımızın ən layiqli övladlarini 
öz  ətrafina  sıx  birləşdirərək, Azərbaycan 
dövlətinin  firavanlığı  yolunda  çox  işlər 

SİYASƏT_38'>SİYASƏT
37
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Müstəqil Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində İlham Əliyevin rolu
görəcəklər.  İnaniram  ki,  mənim  axıra 
çatdıra  bilmədiyim  məsələləri,  planları, 
işləri  sizin  köməyiniz  və  dəstəyinizlə  İl-
ham Əliyev başa çatdıra biləcək. Mən ona 
özüm qədər inanıram və gələcəyinə böyük 
ümidlər bəsləyirəm” [5-s. 264]
İlham 
Əliyev 
2003-cü 
ildə 
seçicilərinin böyük əksəriyyətinin - 77%-
nin  iradəsi  ilə  prezident  seçildikdən 
sonra  Heydər  Əliyevin  ənənələrini  da-
vam  etdirərək  onun  qarşıya  qoyduğu 
vəzifələrin həyata keçirilməsinə çalışır. O, 
Heydər Əliyevə sadiq olaraq demişdir ki, 
“Azərbaycanın  gələcək  uğurları  Heydər 
Əliyevin siyasəti ilə bağlıdır. Bu siyasətə 
alternativ  yoxdur.  Yalnız  bu  siyasət 
Azərbaycanı  uğurlu  gələcəyə  aparacaq-
dır. Həyat və bizim fəaliyyətimiz, Heydər 
Əliyev  davamçılarinin  fəaliyyəti  bunu 
sübut etdi. Azərbaycanın güclü inkişaf et-
miş ölkəyə çevrilməsi,  Heydər Əliyevin 
siyasi xətti ilə bağlıdır. Biz onun davam-
çıları bu siyasətə sadiqik və bundan sonra 
əlimizdən gələni edəcəyik ki, Azərbaycan 
daha  da  inkişaf  etsin,  qüdrətli  və  inkişaf 
etmiş ölkəyə çevrilsin” [6-s. 2]. 
İlham Əliyevin prezidentlik fəaliyyəti 
dövründə  Azərbaycanda  bir  çox  dövlət 
səviyyəli  proqramlar  işlənilib  hazırlanıl-
mış  və  uğurla  həyata  keçirilməkdədir. 
Onların  sırasında  aşağıdakılar  xüsusilə 
mühümdür:  “Regionların  sosial-iqtisadi 
inkişafi Dövlət Proqramı”, “Rabitə və in-
formasiya texnologiyalarının inkişafı üzrə 
Dövlət Proqramı”, “Neft və qaz gəlirlərinin 
İdarə  olunması  üzrə  uzunmüddətli  stra-
tegiya  proqramı”  və  s.  göstərə  bilərik. 
Bütün  bunlarla  yanaşı  Azərbaycanda 
Dövlət quruculuğunun inkişaf etdirilməsi 
sahəsində yeni inistitutlar, zavodlar, elekt-
rik  stansiyaları,  yollar,  təhsil,  səhiyyə, 
ekologiya  və  su  çəkilişi,  körpülər  salın-
ması, ordu quruculuğu və sair sahələr üzrə 
50-  dən  çox  dövlət  proqramı  prezident 
tərəfindən  imzalanmışdır.  Muasir  dövrdə 
bu  proqramlar  müstəqil Azərbaycan  res-
publikasında  uğurla  icra  olunur.  Bun-
lar  xalqımızın  bu  gününə,  gələcəyinə, 
xidmət  edən  faydalı  proqramlardır.  Bu 
gün  Azərbaycan  xalqı  İlham  Əliyevin 
rəhbərliyi  ilə  belə  proqramların  həyata 
keçirilməsi üçün var qüvvələri ilə çalışır. 
Ən  böyük  qəbul  etdiyi  dövlət  proqramı 
11  fevral  2004-cü  il  tarixli  “Azərbaycan 
Respublikasi  regionlarının  sosial-iqtisadi 
inkişafı  Dövlət  Proqramı”dır.  Hava,  su 
kimi respublikaya lazım olan bu proqram 
çox  vaxtında  qəbul  edilmişdir.  Bu  proq-
ramda  eyni  zamanda  dövlət  siyasətinin 
əsas istiqamətləri də öz əksini tapmışdır. 
Proqramın həyata keçirilməsinə prezident 
ilk  gündən  özü  nəzarət  etməyə  başladı. 
Bu  proqramdan  irəli  gələn  müddəalara 
əsasən  İlham  Əliyev  Respublikanin  bü-
tün bölgələrində sovet dövründən qalmış 
və  dağılmaqda  olan  infrastrukturunun 
bərpasına  və  yenidən  qurulmasına  səy 
göstərdi. Bu proqramın müddəalarını əldə 
rəhbər  tutaraq  bölgələrdə  köhnə  yollar 
bərpa  olunmağa  başladı.  Əhalinin  sosial 
vəziyyəti ilə bağlı olan digər sahələrə fikir 
verildi.  Respublikada  yeni  xəstəxanalar, 
məktəblər,  uşaq  bağçaları,  mədəniyyət 
evləri,  kitabxanalar,  muzeylər  və  s.  tiki-
lişi  sürətləndirildi.  Əhalinin  istirahətini 
təmin  edəcək  parklar  salındi.  Rayon-
lararasi  yollar  bərpa  olundu.  Təbii  qaz 
görməyən  rayonlara,  kəndlərə  yeni  qaz 
kəmərləri  çəkilişi  sürətləndirildi.  Bütün 
bu  işlərin  həyata  keçirilməsində  Heydər 

SİYASƏT
38
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
İsmayil Əhməd oğlu Eyyubov
Əliyev  Fondunun  böyük  xidmətlərini 
qiymətləndirmək 
çox 
vacibdir. 
YUNESKO-nun  xoşməramli  səfiri,  fon-
dun  rəhbəri  Mehriban  xanım  Əliyevanin 
da bu sahədə böyük rolu olmuşdur. Meh-
riban  xanim  Əliyeva  eyni  zamanda  res-
publikada  bir  sıra  iri  layihələrin  həyata 
keçirilməsində,  xeyriyyə  tədbirlərinin 
keçirilməsində,  kimsəsiz  uşaqların,  ahıl-
ların  şəraitlərinin  yaxşılaşdırlmasını  da 
öz  üzərinə  böyük  vəzifə  kimi  götürmüş-
dür. O, bunların böyük həvəs və ürək sev-
gisi ilə həyata keçirilməsinə kömək edir. 
O,  respublikada  digər  işlərin  görülməsi 
sahəsində də prezidentə yardımçı olur. 
Rayonların  sosial-iqtisadi  inkişafı 
proqramı  çərçivəsində  bölgələrdə  həyata 
keçirilən və yeni tikilən muasir olimpiya 
kompleksləri  gənclərimizin  asudə  vaxt-
larının  səmərəli  keçmələri  istiqamətində 
atılmış  çox  dəyərli  addımlardır.  Bu-
nun  bəhrəsini  biz  onların  Sidney  və 
Pekin  alimpiyadalarında  qazandıqları 
müvəffəqəyyətlərinin  nəticələrində  ay-
dın gördük. Gənclər öz idman növləri ilə 
Avropa turnilərində də müvəffəqiyyət qa-
zanaraq  dəfələrlə  Azərbaycan  bayrağını 
yüksəliklərə qaldırmişdılar. Bütün bunlar 
İlham Əliyevin onlara göstərdiyi qayğının 
nəticəsində olmuşdur. 
2005-ci  il  dekabr  ayında  Naxçı-
vanda  çıxış  edərkən  prezident  İlham 
Əliyev  demişdir  ki,  “Azərbaycanın  bü-
tün  bölgələrində  inkişaf  gedir.  Biz  bunu 
təmin etmək üçün çox dəyərli proqramlar 
təsdiq  etmişik  və  onları  həyata  keçiririk. 
Əlbəttə,  yeni  məsələlər  də  ortaya  çıxır. 
Çünki heç bir proqramda bütün məsələləri 
əks  etdirmək  mümkün  deyildir.  Proq-
ramlar  konseptual  xarakter  daşıyır,  eyni 
zamanda, təbii ki, orada görüləcək konk-
ret  işlər  də  təsdiq  edir.  Ancaq  həyat  bir 
yerdə dayanmır. Yeni məsələlərdə ortaya 
çixir. . Həllini tələb edən yeni məqamlar 
ortaya çıxır [8-s. 5]. Buradan göründüyü 
kimi,  İlham  Əliyev  daim  xalqın  bu  gü-
nünü,  gələcəyini  düşünür.  Qarşıya  çıxan 
çətinliklərin tezliklə həll olunmasına çalı-
şır. Bu onun xalqla bağlılığın, dövlətçiliyin 
möhkəmləndirilməsinə əyani sübutdur. 
İlham Əliyev çixişlarının birində de-
mişdir ki, prezident kimi mən iki il bun-
dan  əvvəl  bu  məsuliyyəti  öz  üzərimə 
götürmüşəm. Demişəm ki, Azərbaycanda 
Heydər Əliyev siyasəti davam etdiriləcək. 
Azərbaycan  xalqının  maraqları  təmin 
olunacaqdır.  Son  parlament  seçkiləri 
onu  göstərdi  ki,  heç  bir  təzyiq  heç  bir 
əhəmiyyət kəsb etmir. Mən öz dəstəyimdə 
xalqın  dəstəyinə,  iradəsinə  arxalanıram. 
İlham  Əliyev  Heydər  Əliyev  tərəfindən 
əsası  qoyulmuş  demokratik  dövlət  qu-
ruculuğu  prosesini  yeni  tarixi  şəraitdə 
davam  etdirilməsinin  zəruriliyini  başa 
düşərək  dövlət  idarəçiliyini  muasir  dün-
ya  siyasətinin  beynəlxalq  siyasi-sosial, 
istiqamətlərinə uyğunlaşdıraraq qurulma-
sına səy göstərir. 
İlham  Əliyev  prezidentliyi  dövründə 
respublika əhalisinin sosial problemlərinin 
aradan  qaldırılması  sahəsində  çox  iş 
görülmüşdür.  O,  müvafiq  fərman  və 
sərəncamları  ilə  minimum  əmək  haqla-
rinın  artinlması,  işsizliyin  aradan  qal-
dırlması  haqqında  fərmanlar  vermişdir. 
İlham  Əliyev  xalqiın  və  vətənini  sevən 
bir  şəxsiyyətdir.  Biz  bunu  onun  çıxışla-
rında  dəfələrlə  müşahidə  etmişik.  O,  çi-
xişlanın birində demişdir ki, “Мən bütün 
Azərbaycanlıların  prezidenti  olmuşam”. 

SİYASƏT
39
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Müstəqil Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində İlham Əliyevin rolu
Bu  sözlər  sanki  onun  ürəyindən  gələn 
qiymətli sözlərdir. 
Respublikamızda  olan  qaçqın  və 
köçkünlərin  həyat  səviyyələrinin  yax-
şılaşdırılması  üçün  İlham  Əliyev  çox  iş 
görmüşdür.  Respublikada  son  dövrlərdə 
qaçqın  və  köçkünlərin  vəziyyətlərinin, 
sosial  həyat  tərzlərinin  günün  həyat 
səviyyəsinə  qaldırmaq  üçün  onlara  yeni 
qəsəbələr saldırılmışdır. Qəsəbələr yalnız 
yaşayış  evlərindən  ibarət  deyil.  Onlar-
da  34  məktəb,  24  tibb  məntəqəsi  tikilib 
istifadəyə  verilmişdir.  Yollari  asfaltlan-
mış, digər kommunal tikintiləri başa çat-
dırılmışdır.  Bütün  bunlar  prezidentin 
sərəncamlari  ilə  dövlət  büdcəsi  hesabına 
həyata keçirilmişdir. 
Ümumiyyətlə 
onun 
rəhbərliyi 
dövründə  respublikada  1600-dən  çox 
məktəb binası tikilmiş və təmir olunmuş-
dur. Məktəblərin əksəriyyəti yeni avadan-
lıqlarla  təchiz  olunmuşdur.  Bəziləri  isə 
tam komputerləşdirilmişdir. 
İlham Əliyev təhsil sisteminə həmişə 
yüksək  qiymət  verərək  dəfələrlə  qeyd 
etmişdir  ki,  inkişaf  etmiş  ölkələrin 
təcrübəsini  nəzər  salsaq  görərik  ki,  on-
larda  uğurun  əsas  səbəbi  neft-qaz  deyil, 
bilikdir, savaddır, muasirlikdir. Bizdə isə 
həm bu olmalıdır, həm də əlbəttə ki, təbii 
ehtiyyatlar  da  var.  Bu  amillərin  sintezi 
Azərbaycam çox qabaqcil muasir ölkəyə 
çevirəcəkdir. 
İlham Əliyevin prezidentlik dövründə 
əhalinin  aşağı  təbəqələrinin  sosial 
vəziyyətlərinin  yaxşılaşdırlması  mühüm 
istiqamətlərdəndir.  Bu  sahədə  əldə  olun-
muş  uğurların  miqyasını  aşağıdakı  fak-
torlardan  görmək  olar.  Onun  işgüzarlığı 
nəticəsində  740  mindən  çox  iş  yeri  açıl-
mış, yoxsulluq həddi 49 faizdən 13 faizə 
enmişdir. Bütün bunlar 15 oktyabr 2008-
ci il prezident seçkilərinin son dərəcə düz-
gün və ədalətli, dəyişməz olduğuna sübut-
dur. 
İlham Əliyevin prezidentliyi dövründə 
apardığı siyasətin ana xəttini əhalinin so-
sial  müdafisəinin  yüksəldilməsi  təşkil 
edir. O, sosial inkişafa xüsusi diqqət ye-
tirmiş, bu sahəyə aid 20-yə yaxin fərman 
və  sərəncam  imzalanmışdır.  Respubli-
kada  əlil  və  şəhid  ailələr  üçün  50  yaxın 
bina  tikilib  istifadəyə  verilmişdir.  Bu 
fərman  və  sərəncamlarda  əhalinin  sosi-
al  vəziyyətinin  yaxşılaşdırlması  məsələsi 
diqqət mərkəzində olmuşdur. 
İlham  Əliyev  bir  sıra  fərmanları  və 
sərəncamları ilə respublikada əlil və şəhid 
ailələri üçün 40-a yaxın binanın inşasına 
şərait  yaratmışdır.  Qısa  bir  müddətdə  bu 
binalar tikilib istifadəyə verilmişdir. İlham 
Əliyev hətta Naxçıvan, Yevlax, Biləsuvar 
və  digər  şəhərlərdə  və  rayonlarda  da  bu 
binaların  nəzərdə  tutulmuş  sahiblərinə 
verilməsində şəxsən özü iştirak etmişdir. 
İlham  Əliyevin  vətənini,  xalqını 
sevən bir tarixi şəxsiyyət olduğunu onun 
Xınalıq  xalqının  görüşündəki  çıxışında 
bir daha şahidi oluruq. O, xınalıq kəndinin 
sakinləri ilə görüşündə böyük həvəslə de-
mişdir  ki,  “Azərbaycan  nə  qədər  zəngin 
ölkədir,  həm  təbii  ehtiyyatlar,  həm  də 
gözəl  təbiət,  həm  insanların,  millətlərin, 
etnik qrupların müxtəlifliyinə baxmayaraq 
biz Azərbaycanda bir ailə kimi yaşayırıq, 
hər bir Azərbaycan vətəndaşı mənim qar-
daşımdır” [9-s. 2]. 
İlham 
Əliyevin 
prezidentliyi 
dövründə  respublikanin  səhiyyə,  sosi-
al  müdafiə,  təhsil,  elm,  mədəniyyət  və 

Yüklə 3,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin