İqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 3,85 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix01.04.2017
ölçüsü3,85 Kb.
#13190
1   2   3   4   5   6   7   8   9   ...   16
РАЗДЕЛ ЭКОНОМИКИ
10
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Салман Агагасан оглы Тагиев
при  маркетинговом  анализе.  Теория 
Маслоу основывается на потребностях 
человека и всем хорошо известной пи-
рамиде Маслоу. (Figure 1) По его тео-
рии, потребности человека составляют 
иерархию от наиболее значимых к наи-
менее значимым. Наиболее важные, это 
потрбности низшего уровня- физиоло-
гические,  далше  в  порядке  убывания 
идут  потребность  в  самосохранение, 
социальные потребности, потребность 
в признании и уважении и потребность 
в самоутверждении и самовыражении. 
Не  реализовав  низжшую  потребность, 
человек не может реализовать потреб-
ность  стоящую  выше[5].  Но  по  мере 
того как каждая из этих потребностей 
удовлетворяется,  наступает  черед  для 
следующей. 
Фрейд  же  думал,  что  человек  не 
способен  осознать  истинную  силу 
психологических  факторов,  которые 
формируют  его  поведение.  И  по  его 
мнению  эти  побуждения  ему  так  и  не 
удается ни полностью изгнать, ни взять 
под полный контроль. Изучение моти-
вации потребителей выявило интерес-
нейшие и подчас забавные вещи насчет 
скрытых мотивов, которыми они руко-
водствуются при выборе того или ино-
го  товара.  Например,  одно  классиче-
ское исследование этого рода показало, 
что  многим  покупателям  не  нравится 
чернослив, потому что он сморщенный 
и напоминает им о болезнях и старости
 Изучение поведения потребителей 
предлагает  ответы  на  вопросы  о  том, 
что  покупают,  почему  покупают,  ког-
да  покупают,  где  покупают,  как  часто 
покупают,  каким  образом  покупают. 
Поэтому  предприятия  и  специалисты 
тратят  много  усилий  на  исследование 
зависимостей  между  побудительными 
факторами  маркетинга  и  ответной  ре-
акцией потребителей. 
Для  этих  целей  следует  раскрыть 
понятие  мотивачионного  анализа. 
Мотивационный  анализ  –  это  направ-
ление  маркетинговых  исследований, 
связанное с выявлением причин изме-
нения  поведения  потребителя  на  рын-
ке и оценкой их влияния на изменение 
спроса [2]. 
Как  было  рассмотрено  выше,  оче-
видно,  что  потребительское  поведе-
ние  -  это  динамический  процесс,  по-
стоянно  меняющееся  под  влиянием 
огромного  количество  факторов,  так-
же как факторов маркетинг-микса или 
4-P  различных  организаций,  стремя-
щихся  реализовать  свою  продукцию 
(услуги),  которые  формируют  пред-
почтения  и  вкусы  потребителей,  а  во 
многом и образ жизни и мысли. Таким 
образом,  мы  можем  придти  к  заклю-
чению, что фирмы которые действуют 
на  Азербаиджанском  рынке  в  данный 
кризисный  для  нашей  страны  и  мира 
момемнт,  должны  реализовывать  соб-
ственные  маркетинговые  стратегии,  а 
не приминять стратегии, которые хоть 
и  успешно,  но  пользовались  зарубеж-
ные  компании.  И  нужно  помнить,  что 
не все маркетинговые ходы могут сра-
батывать в нашей стране, так как усло-
вия ведения бизнеса, также как и пове-
дение самих потребителей могут резко 
отличаться.  

РАЗДЕЛ ЭКОНОМИКИ
11
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Роль потребительского поведения в реализации маркетинговых стратегий
Схема 1
ЛИТЕРАТУРЫ:
1. Иванова О. О. Мотивационные исследования в маркетинговой деятельности 
российских предприятий: автореф. дис. … канд. экон. наук. – М. , 2003. – 25 с. 
2. Краткий  словарь  экономиста[Электронный  ресурс].  URL:http:  //  dic. 
academic. ru/dic. nsf/_rus/
3. Ламбен Жан-Жак. Менеджмент ориентированный на рынок / Пер. с англ. 
под ред. В. Б. Колчанова. – СПб. : Питер, 2007. – (Серия «Классика МВА»). – С. 
146
4. Филип Котлер, Джон Боуэн, Джеймс Мейкенз. Маркетинг. Гостеприимство. 
Туризм- C. 96
5. Энджел Дж. , Блэкуэлл Р. , Миниард П. Поведение потребителей. – СПб. : 
Питер, 2000. – С. 39. 
6. Залтман Дж. Как мыслят потребители. То, о чем не скажет потребитель, то, 
чего не знает ваш конкурент. — СПб. : Праймеврознак. , 2006. 

РАЗДЕЛ ЭКОНОМИКИ
12
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Салман Агагасан оглы Тагиев
SALMAN AĞAHƏSƏN oğlu TAĞIYEV, 
Bakı Dövlət Universiteti
İqtisadiyyat və idarəetmə kafedrasının saathesabı müəllimi
e-mail:stagiyev112@gmail. com
UOT: 338. 46:339. 1
MARKETİNQ STRATEGİYALARININ REALLAŞMASINDA İSTEHLAKÇI 
DAVRANIŞININ ROLU
XÜLASƏ
Bu  gün  yüksək  rəqabət  dünya  bazarlarında  istehlakçı  davranışının  təhlili  daha 
aktual  məsələlərdəndir.  Mal,  məhsul  və  xidmətlərin  tanınması  marketinq  sahəsində 
həmişə uğura zəmanət vermir. Burada məsələnin həllində marketinq strategiyaları rolu 
əhəmiyyətlidir.  Bu  rəqabət  şəraitində  qalib  çıxmaq  üçün,  istehlakçıların  davranışının 
proqnozlaşdırmaq vacibdir. Məqalədə müəllif istehlakçı davranışı anlayışı və firmaların 
marketinq strategiyalarının qarşılıqlı təsirini təhlil edir.
Açar sözlər: istehlakçı davranışı, marketinq, istehlakçı motivləri, insan xüsusiyyətləri
Məqalənin redaksiyaya daxil olma tarix: 25. 08. 2016
Redaksiya heyətinin 23. 09. 2016 tarixli qərarı ilə çapa tövsiyə edilmişdir. 
Rəyçi: dos. K. Y. Eyyubov
РАЗДЕЛ 

SİYASƏT
13
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Əxlaq və siyasətin spesifik fərqli xüsusiyyətləri
Əxlaqın 
ümumbəşəri 
xarakteri, 
əxlaqi  sərvətlərin  mənəvi-psixoloji  me-
xanizminin  təsir  xüsusiyyətləri,  eləcə 
də  insanın  fəaliyyətinin  və  davranışı-
nın  humanistcəsinə  tənzimlənməsi  əxlaq 
və  siyasətin  qarşılıqlı  münasibətini 
şərtləndirir.  Əxlaq  və  siyasət  cəmiyyətin 
təşkiledici,  tənzimləyici  və  nəzarətedici 
sferalarıdır, lakin bu mənəvi fenomenlərin 
cəmiyyətdə mövcuduğu və faəliyyəti bir-
birindən xeyli fərqlənir. 
Əxlaq  digər  təsisatlardan,  məsələn, 
hakimiyyətdən  və  siyasiətdən  fərqli  ola-
raq  idarəetmə  aparatında,  hakimiyyət 
təsisatlarında 
maddiləşmir, 
əlaqə 
vasitələrindən  məhrumdur.  O,  yalnız 
dildə  və  nitqdə,  eləcə  də  digər  ictimai 
hadisələrin əlamətlərində və xassələrində 
obyektivləşir.  Lakin  əxlaq  siyasətin 
nahiyyətini və onun bütün fenomenlərini 
əhatə edir. Vurğulamaq vacibdir ki, əxlaqa 
xas olan bu xüsusiyyət onu siyasi etikadan 
xeyli fərqləndirir.  Əxlaq  siyasi  fəaliyyəti 
bu  və  ya  digər  formada  səciyyələndirsə 
də  özü  bu  fəaliyyətdən  kənarda  daya-
nır,  onunla  yalnız  müəyyən  münasibətdə 
olur.  Etika  isə  əksinə,  siyasərdə  iştirak 
edir,  onu  istiqamətləndirən  başlanğıc 
hadisələrdən biri kimi səciyyələnir. Məhz 
bu  mənada  etika  siyasətdən  ayrılmaz-
dır.  İctimai  fenomenlər  olmaq  etibarilə 
əxlaq və siyasət ümumi və spesifik fərqli 
xüsusiyyətlərə malikdir. İctimai həyatın bu 
iki mənəvi sferası eyni mənbədən təşəkkül 
tapır.  İnsana  xas  olan  fərdiyyətçilik,  xü-
susi  keyfiyyətlər  və  eləcə  də  onun  kol-
lektivçilik  təbiəti,  başqaları  ilə  qarşılıqlı 
münasibəti  əxlaq  və  siyasətin  vəhdətini 
şərtləndirir [1, 236]. 
Əxlaq  və  siyasətin  başlıca  icti-
mai  funksiyaları  bir-birinə  uyğundur. 
Əxlaq  və  siyasətin  təbii-tarixi  “qohum-
MƏCID ƏHMƏD oğlu ƏFƏNDIYEV 
Bakı Dövlət Universiteti
Politologiya və sosiologiya kafedrasının dosenti
e-mail: mecidefendiyev@mail. ru
UOT: 32:1
ƏXLAQ VƏ SİYASƏTİN SPESİFİK FƏRQLİ XÜSUSİYYƏTLƏRİ
XÜLASƏ 
Məqalədə əxlaq və siyasət anlayışları açıqlanır, onların bir-biri ilə qarşılıqlı əlaqəsi 
aydınlaşdırılır, əxlaq və siyasəti fərqləndirən spesifik cəhətlərə xüsusi diqqət yetirilir, 
eləcə  də  bu  mənəvi  fenomenlərin  ümumi  xüsusiyyətləri  araşdırılır.  Əxlaqi  və  siyasi 
dəyərlərin mahiyyəti, bu dəyərlərin siyasi və əxlaqi şəxsiyyətin formalaşmasında, eləcə 
də bütövlükdə cəmiyyətin inkişafında rolu təhlil edilir. 
Açar sözlər: Siyasət, əxlaq, mənafe, dəyər, siyasi fəaliyyət, əxlaqi ideal
SİYASƏT

SİYASƏT
14
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Məcid Əhməd oğlu Əfəndiyev 
luğu”  təsadüfi  deyildir.  Siyasət  və  əxlaq 
cəmiyyətdə  ümumi  rifahın  və  social 
ədalətin  qərarlaşmasına  istiqamətlənən 
ictimai hadisələrdir. Siyasət o zaman ya-
ranır ki, əxlaq insanların davranışını, qar-
şılıqlı  münasibətlərini  kifayət  dərəcədə 
tənzimləyə bilmir. Siyasət əxlaqın spesifik 
formada tamamlanmasıdır [2, 41]. 
Əxlaqla 
siyasətin 
ümumi 
xüsusiyyətlərə  malik  olmasına  baxmaya-
raq  onlar  bir-birindən  prinsipial  surətdə 
fərqlənirlər. Əxlaq və siyasəti fərqləndirən 
başlıca  xüsusiyyət  siyasətin  münaqişəli 
təbiətə malik olmasıdır. Əxlaq isə insan-
lar arasında gündəlik fərdi münasibətlərlə 
səciyyələnir. Əxlaqın münaqişəli mahiyyət 
kəsb etməsi xüsusi hallarda nəzərə çarpır. 
Siyasətin  bilavasitə  mənbəyi  kimi  iqti-
sadi və digər zəruri mənafelər çıxış edir. 
Əxlaqın mənbəyi isə ümumbəşəri və kol-
lektiv dəyərlərdir. 
Əxlaqi 
imperativlər 
mücərrəd-
normativ  xarakter  daşıdığı  halda, 
əxlaqi  tələblər  konkretlik  kəsb  edir. 
Siyasət  müxtəlif  vasitələrlə  müəyyən 
məqsədlərin reallaşmasına istiqamətlənir. 
Əxlaq  siyasətdən  fərqli  olaraq  insanın 
hərəkətlərinin,  davranışının  subyektiv, 
daxili  tərəfinin  qiymətləndirilməsidir  [3, 
15-17].  Siyasət  üçün  başlıca  olaraq  əldə 
edilən  nəticələr  əhəmiyyət  daşıyırsa, 
əxlaqı davranışın özü, ona sövq edən vasitə 
və  məqsədlər  daha  çox  səciyyələndirir. 
Əxlaq  həmişə  fərdi  mahiyyət  daşı-
maqla  onun  subyektini  məhz,  ayrı-ay-
rı  fərdlər  təşkil  edir.  Siyasət  isə  əksinə, 
kollektiv  xarakter  kəsb  edir.  Siyasəti 
fərqləndirən  ən  spesifik  xüsusiyyət  gücə 
arxalanmasıdır,  məcburetməyə  üstünlük 
verməsidir. M. Veber yazır: “Siyasət spe-
sifik vasitənin – hakimiyyətin köməyi ilə 
zorakılıqdan istifadə etməsi ilə fərqlənir” 
[4,  694].  Əxlaq  isə  prinsip  etibarilə  zo-
rakılığı  pisləyir  və  başlıca  olaraq  vicda-
nın  “hökmünə”  əsaslanır.  Vicdan  yalnız 
əxlaqi  kateqoriya  deyil,  həm  də  social 
keyfiyyətdir. 
Vicdanın mahiyyəti öz ifadəsini onda 
tapır ki, insan davranışını ictimai borcun, 
əxlaqi  idealın  tələblərinə  uyğunlaşdırır, 
özünü  daxilən  dəyərləndirməsi  əsasında 
fəaliyyətini  və  hərəkətlərini  tənzimləyir. 
Vicdan dərin intim hiss olub, şəxsiyyətin 
öz  davranışı  üçün  başqaları  və  cəmiyyət 
qarşısında əxlaqi məsuliy¬yətini, mənəvi 
ləyaqətini ifadə edir. Antik dövrün müdrik 
insanlarından  biri  vicdan  anlayışını  çox 
sərrast  dəyərləndirərək  demişdir:  “Mən 
şəxsi  vicdanımın  sakit  səsindən  dəhşətli 
məhkəmə tanımıram”. Vicdan cəmiyyətin 
mənəvi  həyatının  ideallarının  müəyyən 
cəhətlərini özündə təcəssüm etdirir. 
Siyasi elmə aid ədəbiyyatda siyasi və 
etik təlimlər tarixinə əsaslanaraq əxlaq və 
siyasətin  qarşılıqlı  münasibətlərinin  üç 
başlıca xüsusiyyəti araşdırılır: 1) Əxlaqın 
siyasətə  tam  tabe  olması;  2)  siyasətlə 
əxlaq  arasında  tam  ayrılığın  mövcudlu-
ğu;  3)  siyasətlə  əxlaqın  gərgin  qarşılıqlı 
əlaqələrinin saxlanmasına cəhd etmək [5, 
185].  Mülahizə  və  hərəkətlərin  ədalətli 
olması ənənəvi olaraq əxlaqiliyin ən mü-
hüm meyarlarından biri kimi etiraf olunur. 
Bir-birinə  münasibətdə  əxlaq  və 
siyasət  muxtar  xarakter  daşıyır.  İnsana 
əxlaqi  tələbkarlıq  müəyyən  situasiya-
da  heç  bir  xüsusi  və  yaxın  nəticələrin 
əldə  edilməsini  nəzərdə  tutmur.  Əxlaqi 
tələbkarlıq  ilk  öncə,  davranışın  ümumi 
normalarına  və  prinsiplərinə  əməl  olun-

SİYASƏT
15
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Əxlaq və siyasətin spesifik fərqli xüsusiyyətləri
masını səciyyələndirir. Təsadüfi şəraitdən 
asılı  olaraq  ayrı-ayrı  hallarda  davranı-
şın  praktiki  nəticələri  müxtəlif  ola  bilər. 
Ümumsosial  miqyasda  əxlaqi  normala-
rın  bütün  məcmuunun  yerinə  yetirilməsi 
bu  və  ya  digər  ictimai  tələbata  cavab 
verir.  Bu  baxımdan  əxlaqi  normaların 
ifadə  formaları  xarici  məqsədəuyğunluq 
prinsipi  deyil  (müəyyən  nəticələrin  əldə 
edilməsinə  istiqamətlənən),  məhz  elə 
imperativ  tələbatdır  ki,  insan  özünün  ən 
müxtəlif  məqsədlərini  həyata  keçirərkən 
buna riayət etməlidir. Əxlaqi normalar in-
sanın və cəmiyyətin tələbatlarını müəyyən 
xüsusi şərait və situasiya hüdudunda əks 
etdirmir. 
Siyasət  insanların  birgə  həyatını 
və  fəaliyyətini  təşkil  edir,  cəmiyyətin 
həyatını  tənzimləyir  və  ona  nəzarət  edir. 
Əxlaq da belə funksiyalara malikdir, lakin 
o, eləcə də siyasətə nəzarət edir. Etikadan 
fərqli olaraq əxlaq siyasətdən kənarda və 
onun üzərində dayanır. Məhz bu mənada 
onların  birləşməsi  bir  o  qədər  mürəkkəb 
və qeyri-sabit olur. 
Siyasət  əxlaqa  nəzarət  etməsə  də 
konkret  siyasi  hərəkətlərin  spesifik 
əxlaqına təsir göstərə bilər. O, ideal əxlaqi 
şüurdan fərqli olaraq konkret situasiya xa-
rakteri daşıyır, bu və ya digər ictimai, si-
yasi, eləcə də etik və əxlaqi şərait yaradır. 
Əxlaqi  borc  normaları  və  siyasətdə 
borc  haqqında  təsəvvürlərin  özü  də 
birmənalı  və  ziddiyyətsiz  deyildir. 
Əxlaq  sferasında  borc  yüksək  prinsip, 
mənəviyyatın  meyarı  hesab  olunursa, 
siyasətdə borc arzu edilən nəticələrin əldə 
olunmasıdır. 
Əxlaqla siyasətin qarşılıqlı münasibəti 
məsələsi  həmişə  aktuallıq  kəsb  et-
mişdir.  Siyasi  fikir  tarixində  siyasəti 
cəmiyyətin digər təşkilati və tənzimləyici 
sistemlərindən təcrid etmək cəhdləri daim 
səmərəsiz  olmuşdur.  Siyasət  ideologi-
ya,  hüquq,  iqtisadiyyat,  mədəniyyət  və 
elmlə bağlı olduğu kimi, əxlaqla da qar-
şılıqlı  əlaqədə  olmalıdır.  Cəmiyyətin  iki 
başlıa  sferası  olmaq  etibarilə  siyasət  və 
əxlaqın  qarşılıqlı  münasibətləri  ictimai 
inkişafın  obyektiv  tələbatıdır.  Siyasətin 
və hakimiyyətin zəif yeri mənəviyyat ol-
duğuna  görə  onlar  əxlaqdan  və  əxlaqi 
sərvətlərdən uzaqlaşmağa cəhd edirlər. 
Sosial  həyatda  siyasətlə  əxlaqın  qar-
şılıqlı  münasibəti  elmi  ədəbiyyatda  dörd 
başlıca  mövqedən  dəyərləndirilir.  Həmin 
mövqelərdən  birincisi  nəsihətçilikdir. 
Nəsihətçilik  mövqeyinə  görə  siyasət 
nəinki  yüksək  əxlaqi  məqsədlərə  ma-
lik  olmalıdır,  eləcə  də  düzlük,  insanla-
ra  nəcib  münasibət,  saflıq  və  digər  bu 
kimi  əxlaqi  prinsiplərin  pozulmasına  yol 
verməməlidir. 
Siyasət 
və 
əxlaqın 
qarşılıqlı 
münasibətinə  dair  ikinci  mövqe  isə  on-
ların  muxtar  xarakter  daşıdığını  ifadə 
edir  və  bir-birinin  səlahiyyətinə  qarış-
mamasını  nəzərdə  tutur.  Belə  ki,  əxlaq 
vətəndaş  cəmiyyətinə  aid  olan  işdir, 
şəxsi  məsuliyyət¬dir,  siyasət  isə  qrup 
mənafelərinin  qarşıdurma  sahəsidir, 
mənəviyyatdan  azad  sferadır.  Makiavel-
li  əxlaqı  siyasətçilərin  xüsusi  həyatının 
tənzimləyicisi kimi əsaslandırır. 
Siyasətlə 
əxlaqın 
qarşılıqlı 
münasibətinə  aid  üçüncü  mövqe  onların 
nisbəti  məsələsini  əks  etdirir.  Bu  mövqe 
belə bir fikri vurğulayır ki, əxlaqi dəyərlərin 
siyasiliyini  təhrif  etmək  siyasətin  qeyri-
əxlaqiliyinə  dəlalət  edir.  Real  həyatda 

SİYASƏT
16
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Məcid Əhməd oğlu Əfəndiyev 
siyasətin mənəviyyatdan azad olması ge-
niş  yayılan  hadisədir.  Bu  cəhət  siyasətlə 
əxlaqın barışmaz əksliklər olmasını, başqa 
sözlə əxlaqın xeyir, siyasətin isə şər kimi 
səciyyələndirilməsini 
əsaslandırmağa 
xidmət  edir.  Anarxizmə  görə  siyasət  ən 
neqativ hadisədir. Çünki onun təbiəti şərlə 
köklənir.  Rus  anarxizminin  atası  sayılan 
M. A. Bakunin yazırdı ki, siyasət və onun 
başlıca daşıyıcısı olan dövlət məhz zora-
kılıqdır, zorakılıq vasitəsilə hökmranlıqdır 
[6, 27]. 
Siyasət 
və 
əxlaqın 
qarşılıqlı 
münasibətinə  aid  dördüncü  mövqe  on-
ların  nisbətinə  kompromis  baxımdan 
yanaşılmasıdır.  Belə  mövqe  müasir  po-
litoloqlar  arasında  daha  geniş  yayılmış-
dır  və  siyasətin  spesifikliyini  nəzərə  al-
maqla,  əxlaqın  mənəviyyata  təsirinin 
zəruriliyindən çıxış edir. 
Siyasət 
və 
əxlaqın 
nisbətinə 
kompromis  mövqedən  yanaşılması-
nı  əsaslandı¬ranlardan  biri  Veberdir. 
O,  hesab  edir  ki,  etika  ilə  siyasəti  bir-
birindən  tamamilə  ayırmağa  cəhd  etmək 
məqsədəuyğun  deyildir,  lakin  siyasətin 
xüsusiyyətlərini  diqqətlə  nəzərə  al-
maq  lazımdır.  Veber  ilk  öncə,  zorakılıq 
vasitələrindən  legitim-cəsinə  istifadə 
olunmasını  siyasət  üçün  məqbul  hesab 
edir,  həm  də  mənəviyyatın  siyasətə  təsir 
imkanlarını  məhdudlaşdırmaq  şərtilə. 
Siyasətlə  əxlaqın  nisbətində  siyasətə  ne-
qativ  münasibət  liberal  mütəfəkkirlərin 
baxışlarında da diqqəti cəlb edir. Məşhur 
filosof  N.  Berdyayev  yazır:  “Mən 
siyasətə  nifrət  edirəm,  çünki  o,  bəşəri 
mövcudluğun  obyektivləşməsi  üçün 
ən  mənhus  formadır,  insanlara  hakim 
olan  uydurmadan  başqa  bir  şey  deyildir 
[7,  101].  Əlbəttə,  siyasətin  əxlaqi  tərəfi 
hüquq¬dan və ictimai nəzarətdən kənarda 
qalmamalıdır.  Əks  təqdirdə  siyasətdə 
mənəviy-yatsızlıq  qərarlaşa  bilər.  Əxlaqi 
tələblərin təsisatlaşdırılması onların siya-
si  təşkilatların  normalarında  və  ilk  öncə, 
hüquqda  möhkəmlən-dirilməsini  nəzərdə 
tutur  və  əxlaqi  prinsiplərin  pozulmama-
sı üçün müəyyən təminat verilməsini əks 
etdirir.  Əxlaqın  belə  təsisatlaşdırılmış 
formada  möhkəm¬ləndirilməsi  siyasətin 
humanistləşdirilməsinin  ən  əhəmiyyətli 
şərtlərindən biridir. 
Alman politoloqu B. Sutorun qeyd et-
diyi  kimi,  siyasətin  humanistləşdirilməsi 
və  mənəviyyatın  möhkəmləşndirilməsi 
üçün  o  quruluşu  yaxşı  adlandırmaq  ol-
maz  ki,  öz  vətəndaşlarının  daha  yüksək 
və  ya  hətta  ən  yüksək  əxlaqi  tələblərə 
yiyələnməsini məqsədəuyğun sayır, məhz 
o quruluşu yaxşı adlandırmaq olar ki, hər 
şeydən əvvəl, insan xarakterinə cavab ve-
rir. . . və eyni zamanda insanların hüquq 
və iradəsi üçün maksimum imkanlar açır, 
onların  xeyirxahlıq  qabiliyyəti  naminə 
özünü  inkişaf  etdirməsini  həyata  keçirir 
[8, 68]. 
Müasir  dünyada  əxlaqi  tələblərin 
siyasətə 
təsisatlaşdırılmış 
başlıca 
istiqaməti insan hüquqlarıdır. Dünya birli-
yi tərəfindən qəbul olunmuş sənədlərə uy-
ğun  olaraq  insan  hüquqları  siyasətin  hu-
manistliyini qiymətləndirməyin universal 
meyarı kimi çıxış edir. 
Bütövlükdə əxlaqın siyasətə təsiri bir 
sıra  istiqamətlərdə  həyata  keçirilməlidir 
və  keçirilə  bilər.  Bu  istiqamətlər  əxlaqi 
məqsədlərin  qoyuluşunda  onlara  uyğun 
olan  real  metodlar  və  vasitələr  şəraitinin 
seçilməsindən, 
əxlaqi 
prinsiplərin 

SİYASƏT
17
İqtisadi və Siyasi Elmlər Jurnalı. №3 (4) 2016
Əxlaq və siyasətin spesifik fərqli xüsusiyyətləri
fəaliyyəti  prosesini  nəzərə  almaqdan, 
siyasətin  səmərəliliyini  təmin  etməkdən 
ibarətdir. Əlbəttə, bütün bu tələblərin real 
siyasətdə  yerinə  yetirilməsi  mürəkkəb 
məsələdir.  Praktikada  əxlaqi  tələblərin 
humanistliyi  məqsədlərin  təntənəsindən 
çox, onlara nail olmaq prosesində istifadə 
edilən  metod  və  vasitələrdən  asılı-
dır.  Bir  sözlə,  siyasətin  əxlaqiliyi  onun 
müqəddəsliyinin təcəssümüdür. 
Siyasi  həyatın  başlıca  məzmununu 
təşkil  edən  siyasi  fəaliyyətin  strukturu 
ilk  öncə,  bununla  səciyyələnir  ki,  onun 
daşıyıcıları  siyasi  mənəviyyatına  görə 
fərqlənirlər. Məsələn, qrup əxlaqı və qrup-
da əxlaqi münasibətlər fərdin əxlaqından 
mürəkkəbdir.  Buna  görə  əxlaqi  cəhətdən 
qüsursuz  fərd  ola  bilsin  ki,  istər-istəməz 
qrupun qeyri-əxlaqi siyasətində iştirak et-
sin. Başqa sözlə, belə fərd siyasi təsisatın, 
partiya təşkilatının, hakimiyyət orqanının, 
ordunun və sairənin fəaliyyətinə cəlb olu-
na bilər. Belə halda ikiqat əxlaqın – qrup 
və fərdi əxlaqın toqquşması nəzərə çarpır. 
Əxlaqi cəhətdən naqis fərd əxlaqi baxım-
dan qüsurlu qrupa nəzarət etməyə qadirdir 
və ya sonuncunun əxlaqi şöhrətini kölgədə 
qoya bilər. Fərdin əxlaqı siyasətlə həmişə 
rəqabətdə  olmur.  Qrupda  və  qruplararası 
münasibətlər artıq siyasətdir, deməli, həm 
də əxlaqdır. Buna görə siyasi və əxlaqi pa-
radoks
1
 meydana çıxır:  qüsurlu liderin və 
rejimin kütləvi surətdə müdafiə olunması, 
kütlələrin heç də qüsurlu olmayan, bəzən 
isə  sadəcə  olaraq  cinayətkar  təşkilatların 
işində iştirakı və s. bu qəbildəndir. 
Müxtəlif 
siyasi 
funksiyaları 
səciyyələndirən əxlaq da mövcuddur. 
Siyasətin  və  hakimiyyətin  əxlaqi 
məsuliyyəti  məhz  bunun  göstəricisidir. 
Belə  ki,  əxlaqi  hakimiyyət  qeyri-əxlaqi 
siyasət  yeritməyə  məcbur  ola  bilər 
və  əksinə,  əxlaqi  cəhətdən  qüsurlu 
hakimiyyət  tarixi  zərurət  üzündən  əxlaqi 
siyasət həyata keçirə bilər. Lakin bir qay-
da olaraq belə siyasət təntənəli olmur. 
Hər  hansı  siyasi  sistemin  həyat 
qabiliyyəti  xeyli  dərəcədə  onunla 
müəyyən  olunur  ki,  dövlət  təsisatları  və 
bütün  sistem  bütövlükdə  cəmiyyətdə  ha-
kim  olan  əxlaqi  ideala  və  dəyərlərə  nə 
dərəcədə uyğun gəlir. Şübhəsiz ki, siyasi 
sistem  və  əxlaq,  mənəviyyat  sistemi  bir-
birini qarşılıqlı surətdə şərtləndirir, onla-
ra nüfuz edən proseslərin məzmununa və 
xarakterinə mühüm təsir göstərir. 
Əxlaq  sferası  özündə  nəinki  in-
sanlar  arasındakı  əxlaqi  münasibətləri, 
onların  davranışını,  eləcə  də  insanın 
hərəkətlərinin motivlərini izah edən əxlaqi 
və mənəviyyat haqqında xüsusi elm olan 
etika mövcuddur. 
Hər  bir  tarixi  mərhələdə  cəmiyyətdə 
müəyyən əxlaqi dəyərlər sistemi mövcud 
olur.  Insanların  hərəkətləri  və  davranı-
şı  həmin  dəyərlər  sistemi  mövqeyindən 
qiymətləndirilir. Konkret əxlaqi normalar, 
ənənələr və digər dəyərlərlə tənzimlənən 
və  müvafiq  olaraq  insanların  və  sosial 
qrupların  davranış  qaydalarını  forma-
laşdıran  əxlaqi  amillər  məcmuu  fəlsəfi 
nəzəriyyələrdə  öz  təcəssümünü  tapır.  Bu 
nəzəriyyələrdə  həmişə  belə  bir  məsələyə 
toxunulur: xeyir və şər nə deməkdir, yax-
şı və pis nədir, düzgün olmayan necə başa 
düşülməlidir.  Bu  baxımdan  əxlaqi  nor-
maları  dini,  hüquqi  və  siyasi  normalar-
dan  fərqləndirmək  mühüm  əhəmiyyətə 
 
 1. Paradoks – hamı tərəfindən qəbul edilmiş doğru fikirlərlə, 
elmi müddəalarla düz gəlməyən fikir.

Yüklə 3,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin