İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı


A. Əcnəbi qadınların Kiprin əyləncə mərkəzlərində artist kimi fəaliyyət göstərmələrinə dair Kipr Ombudsmanının 24 noyabr 2003-cü il tarixli



Yüklə 104,87 Kb.
səhifə2/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   2   3   4   5   6   7   8   9   ...   80
Faktlar

I. İşin halları

13. Ərizəçi, cənab Nikolay Mixayloviç Rantsev 1938-ci ildə anadan olmuş Rusiya vətəndaşıdır və Rusiyanın Svetloqorsk şəhərində yaşayır. O, Rusiya vətəndaşı olan, 1980-ci ildə anadan olmuş xanım Oksana Rantsevanın atasıdır.

14. Tərəflərin dəlilləri və onların təqdim etdiyi materiallar, xüsusən Kipr polisi tərəfindən alınmış şahid ifadələri əsasında işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.

A. Faktların tarixçəsi

15. 05 mart 2001-ci ildə Oksana Rantseva Kiprə gəlmişdir. 13 fevral 2001-ci ildə Limassoldakı kabarenin sahibi X.A. onun kabaresində xanım Rantsevanın artist kimi işlməsinin mümkün olması üçün “artist” vizası və iş icazəsi ilə bağlı müraciət etmişdir (baxın, aşağıda 115-ci paraqraf). Müraciətə xanım Rantsevanın pasportunun surəti, tibbi şəhadətnamə, əmək müqaviləsinin surəti (görünür ki, xanım Rantseva tərəfindən hələ imzalanmamışdır) və aşağıdakı şərtlərlə (X.A.) Agentlik tərəfindən imzalanmış öhdəlik (əsli ingilis dilində) əlavə olunmuşdur:

“İştirak edən bütün şəxslər bilir ki, L/SSOL Am ünvanda yaşayan mən (X.A.)

Kipr Respublikasının Daxili İşlər Nazirliyinə 150 funt məbləği ödəməliyəm.

Möhürümlə təsdiqlənmişdir.

13 fevral 2001-ci il

Bundan sonra immiqrant adlanacaq Rusiya vətəndaşı olan xanım Oksana Rantseva (bu ifadə kontekst buna yol verdiyi halda, onun vərəsələrini, vəsiyyətnaməsinin icraçısını, qəyyumunu və hüquqi varisini nəzərdə tutur) Kiprə daxil olur və mən üzərimə öhdəlik götürmüşəm ki, bugünkü tarixdən başlayaraq beş il müddətində immiqrantın Kiprdə yardıma ehtiyacı olmayacaq və immiqranta yardım (hər hansı yardımın zəruri olmasını həll edən yeganə şəxs Nazirdir) göstərmək üçün Kipr Respublikasının sərf etdiyi hər hansı məbləği və ya bugünkü tarixdən etibarən beş il müddətində immiqrantın Kiprdən vətəninə qaytarılması ilə bağlı xərcləri Kipr Respublikasına qaytarım.

YUXARIDA GÖSTƏRİLƏNLƏRİN ŞƏRTLƏRİ ondan ibarətdir ki, immiqrant və ya mən özüm, mənim vərəsələrim, vəsiyyətnamənin icraçıları, qəyyumlarım və hüquqi varislərim müvafiq tələb üzrə yuxarıda göstərilmiş məbləğləri Kipr Respublikasına qaytarmalıdırlar. Belə olduqda, yuxarıdakı öhdəlik qüvvəsini itirmiş olur. Lakin əks halda, tam qüvvəsində qalır.”

16. Xanım Rantsevaya 09 mart 2001-ci ilədək ziyarətçi kimi müvəqqəti yaşamaq hüququ verilmişdir. O, X.A.-nın kabaresində işləyən başqa gənc qadınla eyni mənzildə qalmışdır. 12 mart 2001-ci ildə ona X.A.-ya məxsus və onun qardaşı M.A. tərəfindən idarə olunan kabaresində işləyən artist kimi 08 iyun 2001-ci ilədək işləmək üçün icazə verilmişdir. 16 mart 2001-ci ildə o, işləməyə başlamışdır.

17. 19 mart 2001-ci ildə səhər saat 11-də M.A. xanım Rantseva ilə yaşayan qadın tərəfindən məlumatlandırılıb ki, o, mənzili tərk etmiş və bütün əşyalarını özü ilə aparmışdır. Qadın ona deyib ki, o, rus dilində yazı qoyaraq qeyd etmişdir ki, yorulub və Rusiyaya qayıtmaq istəyir. Həmin gün M.A. Limassoldakı İmmiqrasiya İdarəsini məlumatlandırıb ki, xanım Rantseva iş və yaşayış yerini tərk etmişdir. M.A.-nın sonrakı şahid ifadələrinə görə, o, kabaredə işləməyə başqa qız gətirmək üçün xanım Rantsevanın tutulmasını və Kiprdən çıxarılmasını istəmişdir. Lakin xanım Rantsevanın adı polis tərəfindən axtarılan şəxslərin siyahısına daxil edilməmişdir.




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin