İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı


D. Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının 7-10 iyul 2008-ci il tarixlərdə Kiprə səfəri haqqında 12 dekabr 2008-ci il tarixli hesabatı (CommDH(2008)36)



Yüklə 104,87 Kb.
səhifə9/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   5   6   7   8   9   10   11   12   ...   80
D. Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının 7-10 iyul 2008-ci il tarixlərdə Kiprə səfəri haqqında 12 dekabr 2008-ci il tarixli hesabatı (CommDH(2008)36)

101. İnsan Hüquqları üzrə Komissar 2008-ci ilin iyul ayında Kiprə etdiyi səfərlə bağlı bu yaxınlarda əlavə hesabat dərc etmişdir. Hesabatda istismar məqsədilə qadın alverinin bir çox Avropa ölkələri, o cümlədən Kipr üçün əsas problem olduğu vurğulanaraq, insan alveri ilə bağlı məsələlər üzrə görülən işlər təhlil edilir. Hesabatda daha sonra deyilir ki:

“33. Artıq 2003-cü ildə Administrasiyanın Komissarı (Ombudsman) qeyd edirdi ki, Kipr insan alveri ilə həm təyinat, həm də tranzit ölkəsi kimi əlaqəlidir, qadınların əksəriyyəti şantaj edilərək seksual xidmətlərin göstərilməsinə məcbur edilmişlər. 2008-ci ildə ada hələ də kommersiya məqsədilə cinsi istismar üçün Filippin, Rusiya, Moldova, Macarıstan, Ukrayna, Yunanıstan, Vyetnam, Özbəkistan və Dominikan Respublikasından gətirilmiş çoxlu sayda qadınlar üçün təyinat ölkəsidir... Qadınlara əmək haqqının verilməsindən tam olaraq və ya qismən boyun qaçırılır, onların pasportları əllərindən alınır və müştərilərə seksual xidmətlərin göstərilməsinə məcbur edilirlər. Bu qadınların çoxu sərbəst şəkildə hərəkət edə bilmir, normal iş saatlarından əlavə işləməyə məcbur edilir və çıxılmaz vəziyyətdə, təcrid olunmuş şəraitdə və ciddi nəzarət altında yaşayırlar.

34. İnsan alverinin qurbanları Kiprə gecə klubları və barlar daxil olmaqla, kabare industriyasında işləmək üçün üç ay müddətinə verilmiş “artist” və ya “əyləncə sahəsi” adlı vizalar və ya şəxsi mənzillər kimi pərdələnmiş massaj salonlarında işləmək üçün turist vizaları əsasında gəlirlər... Sözügedən qadınlar üçün müvafiq icazələr “kabare” adlandırılan müəssisə sahibləri tərəfindən alınır.

35. Gender Problemləri üzrə Aralıq Dənizi İnstitutunun (MİGS) apardığı araşdırmalar 2007-ci ilin oktyabr ayında dərc edilmiş insan alveri haqqında hesabatda öz əksini tapmışdır. Hesabatda deyilir ki, hər il təqribən 2000 əcnəbi qadın “artist” və ya “əyləncə sahəsi” fəaliyyəti üçün verilən qısamüddətli icazələr əsasında adaya gəlirlər. 20 il — 1982-2002-ci illər müddəti ərzində adada fəaliyyət göstərən kabarelərin sayında 111% təşkil edən dramatik artım müşahidə edilmişdir...

36. Səfər zamanı Komissara məlum olmuşdur ki, Kipr Respublikasında hər birinin təqribən 10-15 nəfər qadın işçisi olan 120 kabare fəaliyyət göstərir...” (haşiyə yoxdur)

102. Komissar qeyd edir ki, Hökumət cinsi istismar üçün 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası müəyyən etməklə, insan alverinin bütün formalarını cinayət əməli hesab edən və qurbanlar üçün müdafiə və dəstək tədbirlərini nəzərdə tutan insan alverinə qarşı mübarizə haqqında hərtərəfli qanunvericilik hazırlamışdır (baxın, aşağıda 127-131-ci paraqraflara). O, həmçinin 2007-ci ilin noyabrından istifadəyə verilmiş, dövlət idarəsində olan yeni sığınacağa baş çəkmiş və əlverişli şərait və personalın göstərdiyi diqqətdən təsirlənmişdir. Polis sıralarında olan rüşvətxorluq halları ilə bağlı hesabatda deyilir:

“42. Komissar bildirir ki, polis sıralarında insan alveri ilə bağlı rüşvətxorluq halları azlıq təşkil edir. Səlahiyyətli orqanlardan Komissara verilən məlumata görə, hal-hazıradək insan alveri/fahişəliyə cəlb etmə ilə bağlı üç inzibati hal araşdırılmışdır: bunlardan biri bəraət qazandırma ilə nəticələnmişdir, digər ikisi haqqında isə istintaq hələ də davam edir. Əlavə olaraq, 2006-cı ildə bir polis işçisi insan alveri ilə əlaqəli olduğundan, 14 ay müddətinə azadlıqdan məhrum edilmiş və polis xidmətindən kənarlaşdırılmışdır.”

103. Hesabat Kiprdə artistlərə viza verilməsi rejimi ilə əlaqədar aşağıdakı nəticələrə gəlir:

“45. Komissar bir daha qeyd edir ki, cinsi istismar məqsədilə qadın alveri Kipr daxil olmaqla, Avropa Şurasına üzv olan dövlətlərin üzləşdiyi çətin və mürəkkəb insan hüquqları problemidir. Paradoks bundadır ki, Kipr Hökumətinin insan alverinə qarşı mübarizə aparmaq məqsədilə qanuni nöqteyi-nəzərdən addımlar atmasına və özünün 2005-ci il Milli Fəaliyyət Planınına baxmayaraq, o, hələ də kabare artistləri adlandırılan işçilər üçün icazələr və belə kabarelər üçün lisenziyalar verməkdə davam edir. Kağız üzərində belə icazələr bir növ artistlik fəaliyyəti ilə məşğul olacaq qadınlara verilir, lakin əslində əksər hallarda bu qadınların çoxunun fahişəlik edəcəyi gözlənilir.

46. “Artist” kimi fəaliyyət göstərmək üçün verilən icazələr hüquq-mühafizə orqanlarının zorakılıq və insan alveri hallarını təsdiqləməsi və belə hallara qarşı effektiv mübarizə aparması işini çətinləşdirir. Buna görə də, bu cür icazə növü insan alveri əleyhinə görülən tədbirlərə zidd və ya ən azı onları təsirsiz edən hesab oluna bilər.

47. Bu səbəblərdən, Komissar təəssüf edir ki, dövlətin “artist” fəaliyyəti üçün icazələri ləğv etmək niyyətini ifadə etməsinə baxmayaraq, onlar hələ də verilir. Belə görünür ki, ölkəyə gələn qadınlara təqdim olunan xüsusi məlumat kitabçası az təsirə malikdir, baxmayaraq ki, qadın belə bir kitabça ilə rəsmi şəxsin iştirakı ilə tanış olmalı və imzalamalıdır.

48. Komissar Kiprin səlahiyyətli orqanlarına kabare artistlərinə iş icazələrinin verilməsi üzrə cari sistemin ləğv edilməsini təklif edir.”

104. Komissar, həmçinin qeyd edir ki, insan alverinə qarşı mübarizədə yaxşı təlim keçmiş və motivasiya edilmiş polisin rolu mühüm əhəmiyyət kəsb edir və səlahiyyətli orqanları qurbanların adekvat olaraq və vaxtında müəyyən edilməsinə çağırır.




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin