İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı



Yüklə 104,87 Kb.
səhifə14/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   10   11   12   13   14   15   16   17   ...   80
3. İstintaq haqqında qanunlar

121. Kiprdə istintaqların aparılması Koronerlər (müəmmalı ölümlərin istintaqını aparan müstəntiqlər) haqqında 1959-cu ildə qəbul olunmuş Qanunun 153-cü fəsli ilə tənzimlənir. 3-cü maddənin müddəalarına əsasən, hər bir dairə hakimi və magistrat öz səlahiyyətləri çərçivəsində istintaq apara bilər. 3-cü maddənin 3-cü bəndində nəzərdə tutulur ki, koroner tərəfindən başlanılmış hər hansı bir istintaq işi Qanunla müəyyən olunmuş qaydada davam etdirilə, tamamlana və ya yenidən açıla bilər.

122. 14-cü maddə istintaq prosedurunu müəyyən edir (Kipr qanunvericiliyinə olan bütün istinadlar tərcümə edilib):

“Hər bir istintaq işində —

(a) Koroner mərhumun şəxsiyyəti və ölümün yeri, vaxtı və üsulu haqqında mümkün olan bütün şahid ifadələrini and əsasında qəbul edir;

(b) Maraqlı tərəflərin hər biri ya vəkili vasitəsilə, ya da şəxsən təmsil oluna və hər hansı bir şahidi sorğu-sual edə və ya işdən asılı olaraq çarpaz sorğu apara bilərlər.”

123. 16-cı maddə koronerin səlahiyyətlərini tənzimləyir və müəyyən edir ki:

“(1) İstintaqı aparan koroner şahidlərin çağırılması, dindirilməsi və onların ifadələrinin alınması və istintaqla bağlı hər hansı bir sənədin tərtibi ilə əlaqədar dairə həkiminin və ya magistratın daşıdığı bütün səlahiyyətlərə malikdir və belə səlahiyyətlərdən istifadə edə bilər.”

124. 24-cü maddənin müddəalarına müvafiq olaraq, koronerin ölüm hadisəsi ilə bağlı hər hansı bir şəxsin əleyhinə ittiham irəli sürmək üçün kifayət qədər əsasların olduğu qənaətinə gəldiyi təqdirdə, o, belə şəxsın yurisdiksiyaya malik məhkəmə qarşısında cavab verməsi məqsədilə məhkəmə çağırışı göndərə və ya onun iştirakını təmin edə bilər.

125. 25-ci maddə nəzərdə tutur ki, ifadənin alınmasından sonra koroner öz qərarını bildirməli və ölənin kim olması, ölümün nə vaxt, harada və necə baş verməsi haqqında məlumatı yazılı şəkildə təsdiqləməlidir. 26-cı maddənin müddəalarına əsasən, əgər istintaq tamamlanarkən koroner istintaqın aparıldığı hadisədə müəyyən bir şəxsin cinayət məsuliyyəti daşıması barədə əlində əsasların olması qənaətinə gələrsə, lakin belə bir şəxsin kimliyini müəyyənləşdirə bilməzsə, o öz qərarını təsdiqləməli və istintaq işinin sürətini istintaqın aparıldığı dairə polisinə təqdim etməlidir.

126. 30-cu maddəyə əsasən, Baş prokurorun müraciətindən sonra Dairə Məhkəməsinin sədri istintaqın aparılması, yenidən başlanılması və ya istintaqın və ya məhkəmə qərarının ləğv olunması barədə göstəriş vermək səlahiyyətinə malikdir.

“(1) Baş prokuror tərəfindən və ya onun səlahiyyəti əsasında müraciət edildiyi təqdirdə, Dairə Məhkəməsinin sədri vacib və ya arzuolunan hesab etdikdə,

(a) hər hansı bir şəxsin ölümü ilə əlaqədar istintaqın aparılması barədə göstəriş verə bilər;

(b) hər hansı bir istintaq işi üzrə əlavə ifadənin alınması və ya işə daxil edilməsi, artıq alınmış ifadə ilə birlikdə baxılması, müəyyən məhkəmə prosesinə aid olan və belə bir istintaq işi ilə uyğunluq təşkil edə bilən ifadənin nəzərə alınması və bütünlükdə yeni qərarın çıxarılması üçün istintaq işinin yenidən açılmasını təmin edə bilər;

(s) hər hansı bir istintaq işi üzrə çıxarılmış qərarı qanuni sayılan və yuxarıdakı bənddə nəzərdə tutulduğu qaydada alınmış və ya əlavə edilmiş ifadələrə əsaslanan başqa bir qərarla əvəzləyə bilər;

(d) yeni istintaqın aparılması haqqında göstəriş verməklə və ya belə göstəriş olmadan, hər hansı bir istintaqı dayandıra bilər.”




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin