Generallari


GENERAL MİRKAZIM BƏY TALIŞXANOV



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə17/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   13   14   15   16   17   18   19   20   ...   51
 
GENERAL MİRKAZIM BƏY TALIŞXANOV 
 
Talışxanovlar nəslindən olan generallarla maraqlanmasaydım, Yadigarov qardaşlarından 
illərlə  zərrə-zərrə topladığım bu,  faktlar bəlkə  də, heç işıq üzü görməyəcəkdi. Çoxdan 
topladığım faktları  işləməyə bir istinad nöqtəsi tapa bilmirdim. Söz sözü çəkib gətirən kimi, 
mövzu da mövzunu üzə çıxartdı. 
Yadigarov qardaşları haqqında axtarışlarım az qala məni  əsas məqsəddən-
Talışxanovlardan yayındırmışdı. Bu nəsil əsil-nəcabəti olan üç ziyalı ailə ilə yaxın qohum olub: 
yadigarovlar, vəkilovlar və  vəzirovlar. Hər üç nəsil də xalqımızın maarif, mədəniyyət və  hərb 
tarixinə görkəmli oğullar bəxş edib. 
Mirkazım bəy Talışxanov nəslin üçüncü generalıdır. Onun ulu babası Qaraxan Lənkəran 
xanlığının  əsasını qoyub. Xanlığın siyasi və iqtisadi qüdrətini möhkəmlədən Qaraxan İran 
təhlükəsindən qorunmaq üçün nizami qoşun təşkil edir. Müstəqil Talış xanlığı yaradır. 1786-cı 
ildə Qaraxan vəfat etdikdən sonra yerinə oğlu Mir Mustafa xan keçir. 
Bəzi tədqiqatçılar bu nəsildən dörd və daha artıq general olduğunu deyirlər. Tədqiqatçı 
Gülməmməd Məmmədov “Leninçi” qəzetində (2.VIII.1988) çıxış edərək, Talışxanovların dörd 
generalının adını  çəkir. Lakin təəssüf ki, onlardan tək biri haqqında-general-leytenant Mir 
Mustafa xan haqqında maraqlı yazı dərc etdirib. 
Məmmədovun yazdığına görə 1812-ci il avqustun doqquzunda ölüm-dirim vuruşmasında 
Lənkəran-Ərkivan qalaları İran ordusu tərəfindən alınır. Lənkəran qalasından çəkilməyə məcbur 
olan Mir Mustafa xan mübarizədən  əl çəkmir, özündən çox qüvvətli olan İran ordusuna qarşı 
döyüşü davam etdirir... Lənkəran qalasında iranlıların dörd minlik qoşunu yerləşdirilmişdi. 
Vəziyyəti nəzərə alan Mir Mustafa xan Rusiyadan yardım istəməyə məcbur olur. Qafqazda olan 
rus ordusunun komandanı general N.F.Rtişşev İran qoşunlarını  Lənkərandan çıxartmaq istəyən 
Mir Mustafa xana kömək etmək uçün 1812-ci il dekabrın birində general P.S.Kotlyarevskiyə 
göstəriş verir. 
1813-cü il yanvarın birində Talış qoşununun köməyi ilə Lənkəran qalasını ruslar alır. Bu 
münasibətlə imperator I Aleksandr Talış xanı  və Talış qoşununun sərdarı Mir Mustafa xanı 
general-leytenant rütbəsilə təltif edir. 
General-leytenant Mir Mustafa xan Talışxanov 1814-cü il iyulun 26-da Lənkəranda vəfat 
edir. 
Müəllif Miribrahim bəy Talışınskinin də general-mayor olduğunu qeyd edir. Amma 
hələlik nə təvəllüd, nə ölüm tarixi haqqında faktı dəqiqləşdirə bilməyib. Bizə isə Miribrahim bəy 
haqqında ilk milli qəzetimiz olan “Əkinçi”nin 26 may 1877-ci il tarixi nömrəsindəki elandan 
başqa heç nə məlum deyil. Qəzet “Təzə xəbərlər” bölməsində yazır: “Badikubə quberniyasından 
cəm olunan süvari əsgərə polkovnik Miribrahimbəy Talışxanov hakim, yəni polkovoy komandir 
təyin olub”. 
General Mirkazım bəyin qohumu və müasiri Miribrahim bəy general-mayor rütbəsi ala 
bilibmi? Bu hələlik tədqiqatını gözləyən ciddi bir məsələdir. 
Mirkazım bəy Talışxanovun atası Mirəlixan da hərbçi olmuşdur. O, orduda iyirmi ilə 
qədər xidmət  etdikdən sonra ştabs-kapitan rütbəsində istefaya çıxmışdır. Atanın hərbi sənətini 
davam etdirən Mirkazım bəy iyirmi bir yaşında ikinci dərəcəli Konstantin yunkerlər məktəbini 
bitirib. Bundan əvvəl o, Bakıdakı realnı  məktəbinin tam kursunda oxumuşdur. Cəmi birillik 
xidmətdən sonra ona unter-zabit rütbəsi verilir. 
1877-ci ildə Rusiya Türkiyəyə müharibə elan etdi. Balkanlar kimi Qafqaz da hərbi 
əməliyyat meydanı oldu. On altıncı qrenadyor Minqrel alayının praporşiki Mirkazım bəy də 


 
38
döyüşən ordu sıralarında cəbhəyə getdi. Aleksandropol hərbi  əməliyyat rayonunda fəal iştirak 
edən Mirkazımbəy Talışxanov tünd bürünc medalla təltif olundu. 
Orduda əla və qüsursuz xidmət edən Mirkazım bəy hərbi pillələri çox sürətlə keçmişdir. 
1882-ci ildə tərtib olunmuş bir sənəddə göstərilir ki, əla atıcı olduğuna görə avqustun 26-da ona 
birinci dərəcəli mükafat verilmiş və yetmiş dörd manat pulla mükafatlandırılmışdır. İki il sonra 
Tiflisdəki yunkerlər məktəbinə müəllim təyin olunan Mirkazım bəy Talışxanova  ştabs-kapitan 
rütbəsi verilir. 1891-ci ilə  qədər yunkerlər məktəbində müəllim işləyən Talışxanov həmin il 
vaxtilə xidmət etdiyi qrenadyor Minqrel alayının on üçüncü rotasının komandiri təyin olunur. 
Podpolkovnik Mirkazım bəyin rotası səhra məşqlərində həmişə fərqləndiyinə görə onun xidmət 
yerini tez-tez dəyişmişlər. Yaxşı komandir kimi onu “axsayan” rotaya komandir təyin etmişlər. 
1899-cu ildə podpolkovnik Mirkazım bəy Talışxanov 119-cu Kolomensk piyada alayına, bir il 
sonra isə səksən ikinci Dağıstan alayına, 1904-cü ildə iki yüz altıncı Larqo-Kaqul ehtiyat piyada 
alayına, bir neçə aydan sonra isə əlli beşinci piyada batalyonuna komandan təyin olunur. 
Polkovnik Mirkazım bəy 1903-cü ildə Qafqaz hərbi dairəsinin iki yüz yetmiş nömrəli 
əmrilə Qafqaz hərbi Dairə  məhkəməsinin üzvü seçilir. Orduda uzun illər qüsursuz xidmətinə 
görə 1914-cü ildə Mirkazım bəy Talışxanov general-mayor rütbəsinə layiq görülür. 
Generalın nəvəsi Rəna xanım Axundzadədə babasının 1905-ci il martın birində  tərtib 
olunmuş “xidmət kitabçası” saxlanılır. Onun ailə vəziyyəti bölməsində oxuyuruq: 
“Tiflisli saray müşaviri Ağabəy Yadigarovun qızı  Məsumə xanımla 1888-ci ildə ailə 
qurmuşdur. Dörd uşaq atasıdır; oğlu Mirəlixan  1895-ci il sentyabrın 9-da,   Sarabəyim 1890-cı il 
fevralın yeddisində, Liyabəyim 1891-ci il fevralın səkkizində Züleyxa 1892-ci il avqustun 
üçündə anadan olmuşdur”. 
Sənədlərlə tanış olarkən qovluqdan saralıb-solmuş bir vərəq də  çıxdı. Onu Mirkazım 
bəyin qızı Züleyxa xanım yazıb: “Atam Rusiyanın müxtəlif  şəhərlərində  hərbi xidmətdə olub. 
Minskdə, Magilyovda, Qroznı və başqa yerlərdə. Birinci dünya müharibəsi başlananda Nikolsk-
Ussuriysk şəhərində yerləşən üçüncü Sibir atıcı polkunun komandiri idi. Yaşının çox olmasına 
baxmayaraq yenə də çox sevdiyi hərbi işdən ayrılmaq istəmirdi. 
Yadımdadır, o vaxtlar inqilabi iş üstündə “Potyomkin” zirehli gəmisinin heyəti Sibirə 
sürgün olunmuşdu. Onlar bizim qonşuluqdakı  qəsəbədə yerləşdirilmişdilər. Komandirlər xırda 
bir səhvə görə ağır və dözülməz cəza verəndə atam onlara havadar dururdu. Hətta, bir neçəsini 
ölüm cəzasından belə xilas etmişdi. Ucaboy, enlikürək matroslar atamla çox hörmət-izzətlə 
görüşərdilər. Onlar küçədə atama rast gələndə qurşağa qədər  əyilər, “Əlahəzrət, səxavətiniz 
həmişə var olsun. Kölgəniz bizim əzabkeşlərin üstündən əskik olmasın” - deyib yolun qırağına 
çəkilər, lal-dinməz dayanardılar. Atam isə gülümsünüb onlara yanaşar, əl tutar və bu qədər təzim 
nəyə gərəkdir, - deyib kədərlə köks ötürərdi. 
1914-cü ildə birinci dünya müharibəsi başlananda atam bizi  Tiflisə göndərib, özü isə 
üçüncü Sibir atıcı polku ilə müharibəyə getdi. 
Atam qırx beş ilə yaxın ordu xidmətində çoxlu orden və medallarla təltif olunmuşdu. 
Onlardan yadımda qalanları üçüncü dərəcəli müqəddəs Anna, ikinci və ücüncü dərəcəli 
Müqəddəs Stanislav ordenləri, III Aleksandrın hakimiyyəti dövrünə aid xatirə və 1877-78-ci illər 
müharibəsində aldığı tünd bürünc medallardır. Atam 1916-cı ildə general-mayor rütbəsində 
istefaya çıxdı. Topoqrafiya general-mayoru İbrahim ağa Vəkilovla yaxın dost olan atam 
Tiflisdəki Qafqaz müsəlman xeyriyyə  cəmiyyətində onunla birgə  fəaliyyət göstərirdi. 
Cəmiyyətin sədri İbrahim ağa Vəkilov, katibi isə atam Mirzəkazımbəy Talışxanov idi. Az sonra 
bu səmimi dostluq qohumluğa çevrildi. İbrahim ağa Vəkilovun böyük oğlu Faris, bacım   
Liyabəyimlə    ailə   həyatı qurdu. 
General-mayor Mirzəkazım bəy Talışxanov 1938-ci ildə  səksən dörd yaşında Bakıda 
vəfat etmişdir. 
 

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin