Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə16/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   12   13   14   15   16   17   18   19   ...   51
 
NƏRMİN  XANIMLA  KİÇİK MÜSAHİBƏ 
 
General babasının sənədləri ilə tanış olmaq üçün Rəna xanımla yenidən görüşdüm. O 
dedi ki, Yadigarovun şəklini Azərbaycan Dövlət Tarix Muzeyinin elmi işçisi Nərmin xanım 
Tahirzadəyə göstərin, bəlkə o tanıdı. Məncə o, mərhum Sara xanım Talışinskaya-Xurramoviçlə 
görüşmüşdü. Sara xanım general Mirkazım xanın qızı idi. O, inqilabdan əvvəl Kiyev 
Universitetinin hüquq fakültəsini bitirmişdi... 
Belə axtarışlarda həmişə köməyimə çatan xeyirxah Nərmin xanım məni neçə aylıq 
intizardan qurtardı. Şəklə baxan kimi: 
- Bu, Ağabəy Yadigarovdur, - dedi, - Rusiyada təhsil   almış ilk azərbaycanlı ziyalılardan 
biridir. M.F.Axundovun əlifba islahatı haqqında olan məktublarının birində  Ağabəy 


 
36
Yadigarovun adının çəkilməsinə baxmayaraq, onun həyat və  fəaliyyəti 1966-cı ilə  qədər 
öyrənilməmişdi. Mən elmi işimlə  əlaqədar Gürcüstan, Moskva və Leninqrad arxivlərində 
işləyəndə Ağabəyin fəaliyyəti haqqında material toplaya bildim. Həmin  ili akademiyanın “Elmi 
əsərlər”ində  “Peterburq   universitetinin ilk azərbaycanlı  məzunu” adlı elmi məqalə ilə  çıxış 
etdim. 
- Nərmin xanım, ötən əsrin əvvəllərində bizim Rusiya ilə əlaqələrimiz o qədər də yaxşı 
deyildi. Mən şəxsən bunun ilkin səbəbini mənzilin uzaqlığında, bir də din ayrılığında görürəm. 
Bizə çox az ziyalımızın o vaxtlar Rusiyada yaşayıb-yaratması  məlumdur. Mirzə Kazım bəy, 
Mirzə Cəfər Topçubaşov, İbrahim Rəhimov, Mahmud İsmayılov və başqaları. Bəs neçə olub ki, 
Ağabəy Yadigarov o illərdə Peterburqa gedib çıxıb? Yəqin ki, bunun bir səbəbkarı, vasitəsi 
olub? 
- Ağabəy Yadigarovun Peterburqa getməsinin səbəbkarı  məşhur  şərqşünas Mirzə  Cəfər 
Topçubaşovdur. Bu görkəmli   alim Ağabəyin doğma dayısıdır. Arxiv sənədləri göstərir ki, 
1844-cü ilin yazında Peterburq universitetinin şərq  şöbəsinə Zaqafqaziya gənclərinin 
nümayəndələrini göndərmək üçün heç bir perspektiv olmayanda, universitetin fars dilçiliyi 
kafedrasını professoru Mirzə  Cəfər Topçubaşov həmin  şöbəyə öz bacısı  oğlu Ağabəy 
Yadigarovun dövlət xərci ilə  qəbul edilməsi barədə xahişlə müraciət edib. Ağabəy Yadigarov 
həmin ilin yayında Üçüncü dərəcəli Peterburq gimnaziyasını bitirmişdi. 
Yadigarov haqqında bioqrafik məlumat son dərəcə az və natamamdır.  Əldə olan 
sənədlərə  əsasən, A.Yadigarov 1823-cü ildə Gürcüstanda bəy ailəsində doğulub. Peterburq 
gimnaziyasına 1837-ci ildə daxil olub. 1844-cü ilin iyun ayınadək ümumi əsaslarla gimnaziya 
nəzdindəki pansionda tərbiyə alıb. Uzun yazışmalardan sonra imperatorun razılığı ilə professor 
M.C.Topçubaşovun xahişi nəzərə alınıb, Ağabəy Yadigarovun dövlət xərci ilə oxuması üçün 
Peterburq universitetinin rektoruna sərəncam verilib. 
Ağabəy Yadigarov Peterburq gimnaziyasını bitirdiyinə görə qəbul imtahanları vermədən 
universitetin şərq şöbəsinə daxil olub. 1844-cü il iyulun 22-dən Ağabəy universitetin nəzdindəki 
pansiona götürülüb. 
1848-ci ildə Yadigarov imtahanları  əla qiymətlərlə verib universiteti bitirir. Alimlik 
dərəcəsini yerinə yetirdiyinə görə  Şərq dilçiliyi üzrə namizəd adı alır. Universiteti bitirdikdən 
sonra Ağabəy Yadigarov hələ bir müddət Peterburqda, çarın müsəlman komandasının konvoy 
komandiri, rotmistr olan qardaşı İsrafil bəy Yadigarovun yanında qalır. 
- Bəs Qafqazdakı  fəaliyyətinə  nə vaxtdan başlayıb, bu barədə  məlumat  əldə edə 
bilmisinizmi? 
- 1848-ci ilin may ayında A.Yadigarov Qafqaz canişininin sərəncamına göndərilir. Onu 
canişinlikdə  dəftərxana  şöbəsinin müdir müavini təyin edirlər. O, burada otuz beş ildən çox 
xidmət etmişdir. Hərtərəfli təhsil almış Ağabəy Yadigarov öz bilik və bacarığından istifadə üçün 
imkan tapa bilməmişdir.  Şərq və rus mədəniyyətinə yaxından bələd olan Ağabəy öz milli 
mədəniyyətini də dərindən bilir, ona hədsiz hörmət bəsləyirdi. Xalqının bu sahədə ehtiyaclarını 
da   yaxşı başa düşürdü.   O, Azərbaycan əlifbasının islahatı    uğrunda    böyük    mütəfəkkir 
Mirzə Fətəli Axundovla birgə çalışmışdır. M.F.Axundovun şəhadətinə görə Ağabəy Yadigarov 
ərəb əlifbasının yeni, daha mükəmməl əlifba ilə əvəz edilməsi haqqında fikirlərini ifadə edən bir 
kitabça da yazmışdır. 
  
- Nərmin xanım, otuz beş ildən çox Qafqaz canişinliyində saray müşaviri kimi fəaliyyət 
göstərən Yadigarovun xidməti dövlət tərəfindən layiqincə qiymətləndirilibmi? 
-  İnamla demək olar ki, yox! Sənədlər göstərir        ki,    Ağabəy Yadigarov çox sadə, 
vəzifəyə  və  təltifata can atan adam olmayıb. O, əvvəl dəftərxanada, sonra isə canişinliyin baş 
idarəsində qulluq etmişdir. Onun xidməti müsəlmanlar üçün təsis edilmiş dördüncü dərəcəli 
müqəddəs Vladimir ordeni ilə qiymətləndirilib. 
1853-56-cı illərdə Krım müharibəsindən xatirə olaraq verilmiş Andreyev lenti üzərindəki 
bürünc medal onun otuz beş ildən çox xidməti müqabilində yeganə təltifatı olub. 
Uzun axtarışlardan sonra mən Ağabəy Yadigarovun nəvələrini və onun böyük bacısı 
Məsumə xanımın uşaqlarını tapa bildim. Onlardan böyüyü Sara xanım Talışinskaya - 


 
37
Xürrəmoviç dedi ki, babam ötən əsrin doxsanıncı illərində Tiflisdə vəba epidemiyasından vəfat 
etmişdir. Həqiqətən də 1892-ci ildə Qafqazda güclü vəba epidemiyası yayılmışdı. Ölüm tarixini 
belə dəqiqləşdirdik. Yadigarovun ömrünün son illəri haqqında isə demək olar ki, heç nə məlum 
deyil. 
 

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin