Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə12/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   8   9   10   11   12   13   14   15   ...   51
 
GENERAL HƏSƏN AĞA BAKIXANOV 
 
Cəfərqulu ağanın ölümündən sonra onun üç övladı qalmışdı: Həsən ağa, Əhməd ağa və 
qızı Nurcahan xanım. 
Oğlanlarının hər ikisi atasının yolu ilə gedib, onun hərbi işini davam etdirmişlər. Böyük 
oğlu Həsən ağa general-mayor, kiçiyi Əhməd ağa isə qvardiya polkovniki rütbəsinə  qədər 
yüksəlmişdir. 
Həsən ağa Bakıxanov 1834-cü ildə Qubada anadan olmuşdur. On dörd yaşında Tiflis 
kadet korpusunu bitirən Həsən ağa hərbi təhsilini artırmaq üçün Peterburqdakı paj korpusuna 
daxil olur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra o, xidmət etmək üçün Əlahiddə 
Qafqaz Ordusuna göndərilir. Dəfələrlə hərbi yürüşlərdə iştirak etdiyinə görə orden və medallarla 
təltif olunmuşdur. 
1894-cü ildə tərtib olunmuş bir arxiv sənədində general-mayor Həsən ağa Bakıxanovun 
təltif olunduğu orden və medallar qeydə alınmışdır. 
O, üçüncü dərəcəli Müqəddəs Vladimir, üzərində igidliyə görə yazısı olan dördüncü 
dərəcəli Müqəddəs Anna, ikinci və üçüncü dərəcəli Müqəddəs Stanislav, bundan başqa yüz on 
altı nömrəli ikinci dərəcəli hərbi fərqlənmə ordeni, Georgi lenti üzərində  qızıl medalla, 
Müqəddəs hərbi Georgi ordeninin yüz illiyi şərəfinə buraxılmış bürünc medalla, 1877-1878-ci il 
müharibəsi xatirəsinə buraxılmış tunc bürünc medal və Qafqazda xidmətinə görə xaçla təltif 
olunub. 
Bir müddət  İrandakı Rusiya səfirliyində xidmət etdiyinə görə  Həsən ağa Bakıxanov 
həmin ölkənin ən ali ordeni olan “Şire-Xorşid” ordeninə layiq görülmüşdür. 
1856-cı ildə  Həsən ağa,  əmisi Abbasqulu ağa Bakıxanovun qızı Bikəxanımla ailə 
qurmuşdur. 1880-cı ildə isə general-mayor rütbəsində istefaya çıxan Həsən ağa Bakıxanov 
ömrünün axırınadək Qubada yaşamışdır. 
 
 

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin