Generallari


LENİNQRADDA İYİRMİ İKİ GÜN



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə8/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   4   5   6   7   8   9   10   11   ...   51
GENERAL-LEYTENANT ƏRƏBLİNSKİ 
 
Min doqquz yüz ikinci il, yanvarın üçündə Dərbəndin qədim müsəlman qəbiristanlığında 
istefada olan general-leytenant Balakişi Əlibəy oğlu Ərəblinskini əsgəri şərəflə dəfn etdilər. Bu, 
Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali hərbi təhsil alan Azərbaycan oğlu idi. 
Həmin gün general-leytenantı Dərbənd əhalisi və Abxaz, Samur, Abşeron, bir də Şirvan 
süvari alayının əsgərləri şərəflə son mənzilə yola saldılar. 
Tam  əlli il rus ordusunda nümunəvi xidmət edən general-leytenant Balakişi  Ərəblinski 
1828-ci ildə Zaqatalanın Tala kəndində anadan olmuşdur. Mahal rəisi  Əlibəyin ailəsində 
böyüyən Balakişi Peterburqdakı birinci dərəcəli kadet korpusunu 1948-ci ildə müvəffəqiyyətlə 
bitirib kornet rütbəsi almışdır. Müxtəlif hissələrdə qüsursuz xidmət edən  Ərəblinski çox gənc 
yaşlarında, podpolkovnik rütbəsində briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilmişdir. 
Sonralar diviziya komandiri olan general-leytenant Balakişi  Ərəblinski  əlli illik xidmətində o 
vaxt Rusiyada olan bütün yürüş və döyüşlərdə iştirak etmişdir. 


 
20
Hələ 1848-49-cu illərdə Vilaqoş qalası  uğrunda gedən ağır döyüşlərdə  həmyerlimiz 
kapitan  Ərəblinski də  mərdliklə vuruşaraq birinci dərəcəli müqəddəs Stanislav ordeni ilə  təltif 
olunmuşdur. 
Balakişi Ərəblinskinin ikinci böyük yürüşü 1854-cü ildə Rusiyanın Xivə xanı ilə apardığı 
müharibədə olmuşdur. Bu hərbi səfərdə mayor Ərəblinski general Lazerevin ordusunda 
vuruşurdu. 
Bu illərdə Qarabağ süvari dəstəsinin tərkibində general-leytenant Fərəc bəy Ağayev, 
Azərbaycan süvari briqadasında general-mayor İsmayılbəy Qutqaşınlı, Mənsurağa Vəkilov, 
ikinci süvari Azərbaycan alayının komandiri, polkovnik İsrafilbəy Yadigarov, podpolkovnik 
Cəfərağa  Əlibəyağa oğlu, general-mayor Cəfərquluağa Bakıxanov, dördüncü İrəvan süvari 
batalyonunun komandiri mayor Ağasıbəy Avşarov (1887-ci ildən general-mayor olub. - Ş.N.), 
mayor Firidunbəy Vəzirov (1877-78-ci illər Rusiya-Türkiyə müharibəsində general-mayor 
rütbəsi alıb.  Ş.N.) və başqa həmyerlilərimiz qorxmaz döyüşçü, bacarıqlı komandir kimi 
tanınırdılar. 
1853-56-cı illərdə Krım müharibəsində dörd süvari alayında mindən çox azərbaycanlı 
əsgər və zabit vuruşurdu. Onlardan biri də Balakişi Ərəblinski idi. Bu müharibədə podpolkovnik 
Ərəblinski göstərdiyi igidliyə görə üstü yazılı  qılınc və müqəddəs Anna ordeni ilə  təltif 
olunmuşdur. 
Balakişi  Ərəblinskinin iştirak etdiyi sonuncu müharibə 1877-1878-ci illərdəki Rusiya-
Türkiyə müharibəsi idi. Qısa müddətli döyüşdə göstərdiyi qeyri-adi igidliyə  və  əvəzsiz 
komandirlik fəaliyyətinə görə  həmyerlimiz Balakişi  Ərəblinski general-mayor rütbəsinə layiq 
görülmüşdür. 
1896-cı ildə istefaya çıxan general-leytenant Balakişi  Ərəblinski Dərbəndə qayıtmış, 
ömrünün axırına kimi orada yaşamış, imperator tərəfindən ona hədiyyə olunan torpaq sahəsinə 
başçılıq etmişdir. Yerli əhali arasında gözəl insani keyfiyyətləri ilə  hədsiz hörmət qazanmış 
general-leytenant Balakişi  Ərəblinskinin  şərəfinə adlandırılan Dərbənd yaxınlığındakı  kənd və 
stansiya indi də onun adını daşıyır. 
1902-ci il 20 yanvar tarixli nömrəsində “Kaspi” qəzeti general-leytenant Balakişi 
Ərəblinskiyə  həsr etdiyi nekroloqda yazırdı: “Mərhum təbiətən humanist idi. Rütbəsindən və 
milliyyətindən asılı olmayaraq çətin anlarda həmişə hamının köməyinə gəlir, həyatda özünü çox 
sadə aparırdı. Rəis kimi xidməti işdə tələbkar olsa da, ədalətli idi. Tabeliyində olanlara qayğı ilə 
yanaşırdı. Buna görə  də  ən aşağı rütbəlilər belə onu ata kimi sevir, hörmət edirdilər. Onun 
diqqəti cəlb edən keyfiyyətlərindən biri də qonaqpərvərliyi idi. 
General-leytenant Balakişi  Ərəblinskinin dəfn mərasimində  iştirak edənlərin hədsiz 
çoxluğu ona olan xalq məhəbbətinin  əyani təzahürüdür. Onun evindən qəbiristanlığa qədər 
uzanan yol mərhuma son borcunu vermək məqsədi ilə tabutu müşayiət edənlərlə dolu idi”. 
General-leytenant Balakişi  Ərəblinskinin iştirak etdiyi müharibələr haqqında indiyədək 
onlarla elmi, bədii əsərlər yazılıb. Ancaq nədənsə general Ərəblinskinin adı bu müharibəyə aid 
nə elmi, nə də bədii əsərlərdə heç olmasa bir dəfə də çəkilmir. Tədqiqatçı və tarixçilərimiz onun 
haqqında heç bir məlumat verməyiblər. 
İlk dəfə  mənə general Ərəblinski haqqında söhbət açan Azərbaycan Dövlət Tarix 
Muzeyinin elmi işçisi Nərmin xanım Tahirzadə oldu. Onun nəvələrini tapmaqda da Nərmin 
xanım köməyimə çatdı. 
Hazırda general-leytenant Ərəblinskinin iki nəvəsi Bakıda yaşayır. Montin qəsəbəsində 
yaşayan qız nəvəsi Fatma xanım general babası dünyadan köçəndən iki il sonra anadan olub. 
Fatma xanımın dediyinə görə babasının mənsub olduğu  Ərəblər məhəlləsi Zaqatalada indi də 
durur. 
Fatma xanımda generalın cəmi iki şəkli, bir də generalın qızı Sona xanım 
Ərəblinskayanın bacısı Nurcahana atasının xəstəliyi və ölümü haqqında yazdığı qısa bir məktubu 
saxlanılır. 
“Noyabrın iyirmisində sarılıq xəstəliyinə tutuldu, az sonra sağaldı  və  bədbəxtlikdən 
yenidən çiban çıxartdı. Dekabrın ikisində  təşrih edib yaranı  kəsdilər. Yaranın yerini qızmar 


 
21
dəmirlə xlorofomsuz dağladılar. Atamız yaşlı olduğuna görə xlorofomdan istifadə etmək 
olmazdı. Operasiyadan sonra özünü bir qədər yaxşı hiss etdi. İyirmi gündən sonra əhvalı birdən-
birə pisləşdi və keçindi. 
Min doqquz yüz ikinci il yanvarın ikisində  dəfn olundu. Müxtəlif polklardan zabitlər, 
deputatlar gəlib anamıza başsağlığı verdilər. 
Evimizin qabağı adamla dolu idi. Sonra matəm musiqisi çalındı. Küçələrdə adam əlindən 
güclə tərpənmək olurdu”. 
General-leytenant Ərəblinskinin ikinci nəvəsi Həyat xanım Abdullayevadan isə onun çox 
qısa tərcümeyi-halını öyrənə bildim. 
Bir dəfə Azərbaycan Dövlət Tarix Muzeyinin inqilaba qədərki sərgi guşəsində bir portret 
gördüm. Orda meşin divanda əyləşən Bakı milyoneri Hacı Zeynalabdin Tağıyev öz evində təsvir 
olunmuşdu. H.Z.Tağıyevin başının üstündən isə general-leytenant Balakişi Ərəblinskinin portreti 
asılmışdı. Bələdçi qızdan portretdəki generalın kimliyini soruşdum. “Bilmirəm, tanımıram” - 
dedi. - Bircə H.Z.Tağıyevi tanıyıram... 
General Balakişi Ərəblinskinin portreti H.Z.Tağıyevin başı üstündən təsadüfən asılmayıb. 
Onlar qohum idilər. Generalın kiçik qızı Sona xanım Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı 
idi. Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabındakı maraqlı epizod 
bunu bir daha təsdiq edir. Müəllif yazır ki, Hacı Zeynalabdin öz qızları - Sara və Leylanı 
Peterburqa, Smolnı  qızlar institutuna oxumağa göndərmək qərarına gəlir və  sənədləri ora 
yollayır. Çox keçmir Smolnıdan rədd cavabı  gəlir ki, nə  bəy, nə xan və  nə  də zadəgan 
olmadığınız üçün qızlarınızı qəbul edə bilmərik; bu instituta yalnız qraf, knyaz, xan, bəy, əmir 
qızları qəbul edilir. Hacının arvadı Sona xanım rəsmi sənəd təqdim edir ki, atası general Balakişi 
Ərəblinski müharibədə rəşadət göstərib və Rusiyaya sədaqətinə görə çar tərəfindən qızıl silahla 
təltif olunmuşdur; bu qızlar da onun nəvələridir, bütün imtiyazlardan istifadə etmək hüquqları 
var. 
Tağıyevin qızları ana babalarına - general Ərəblinskiyə görə Smolnı  qızlar institutuna 
qəbul edilirlər. 
Hacı Zeynalabdin Tağıyevin qızı Sürəyya xanımın xatirələrindən: 
- Hələ ötən  əsrin doxsanıncı illərində Buxara əmiri Seyid Mir Əbdül  Əhəd xan hər il 
Qafqaza müalicəyə gedərdi. Onun yolu hər dəfə Bakıdan keçər və gedib qayıdanda rəiyyəti ilə 
bərabər bir neçə gün şəhərimizdə qalar, neft mədənlərinə, toxuculuq fabrikinə, ayrı-ayrı 
zavodlara, Mərdəkandakı bağbanlıq məktəbinə, Bibiheybət məscidinə, teatr və digər yerlərə baş 
çəkərdi. 
... Buxara əmiri hər dəfə Bakının bir neçə  nəfər yüksək rütbəli mənsəb sahiblərinə
milyonçulara və  hətta adi adamlara belə  qızıl və gümüşdən birinci və ikinci dərəcəli Buxara 
“Ucalan ulduz” ordeni və digər Buxara medalları bağışlayardı. Atama və ana babam general-
leytenant  Ərəblinskiyə  də birinci dərəcəli “Ucalan ulduz” qızıl ordeni vermişdi. Hacıya arxa 
tərəfində xoş sözlər həkk edilmiş iri, çox qiymətli bir qızıl saat da bağışlamışdı. 

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin