Fövqəladə hallar zamanı köçürmənin məqsədi


Müharibə zamanı təxliyənin əsas prinsipləri



Yüklə 26,2 Kb.
səhifə3/7
tarix16.04.2023
ölçüsü26,2 Kb.
#99014
1   2   3   4   5   6   7
Fövqəladə hallar zamanı köçürmənin məqsədi

Müharibə zamanı təxliyənin əsas prinsipləri
Təxliyə ərazi-istehsalat prinsipi üzrə planlaşdırılır, təşkil olunur və həyata keçirilir.Ərazi- istehsalat prinsipinə görə FH baş verən ərazidən işləyən insanların,qulluqçuların, orta ixtisas təhsil müəssisələrinin, peşə-texniki məktəblərin tələbələrinin, müəssisələr, təşkilatlar və təhsil müəssisələri üzrə təxliyəsini;istehsalatda və xidmət sahəsində çalışmayan qalan əhalinin-yaşayış ərazisində mənzil-istismar idarələri üzrə təxliyəsini nəzərdə tutur.
Təxliyyə tədbirlərini maksimal qısa müddətə təşkil etmək üçün onları əvvəlcədən(sülh dövründə) planlaşdırmaq və hərtərəfli hazırlamaq lazımdır, həyata keçirilməsi isə sülh dövründən müharibə dövrünə keçən zaman, düşmənin kütləvi qırğın silahı tətbiq etməsi təhlükəsi zamanı (silahlı konflikt) aparılır.
Fəhlə və qulluqçuların, qalan əhalinin mühafizə qurğuları ilə qeyri-tam təminatı zamanı düşmən hücumu təhlükəsi olarsa, əhalinin təxliyyəsi və təhlükəsiz zonalarda yerləşdirilməsi kütləvi qırğın silahlarından mühafizəsi üzrə MM əsas tədbirlərindən biridir.
Əhalinin təxliyəsi—kateqoriyalı şəhərlərdən əhalinin bütün nəqliyyat vasitələri və piyada yolla şəhərlərdən çıxarılması və təhlükəsiz zonalarda yerləşdirilməsi tədbirləri kompleksidir.
Təhlükəsiz zona—ölkə ərazisində mümkün dağıntı zonalarından, mümkün təhlükəli radioaktiv, kimyəvi zəhərlənmə zonalarından, mümkün fəlakətli subasma zonalarından, sərhədyanı zonalardan kənar, təxliyyə olunacaq əhalinin həyat fəaliyyətini təmin edən şəraitin əvvəlcədən hazırlandığı ərazidir.
Təhlükəsiz zona—düşmən basqını gözlənilən dərəcəli şəhərlərin və əlahiddə obyekt ətrafında ehtimal olunan dağıntı zonalarından və digər təhlükəli rayonlardan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir.
Təhlükəsiz zona aşağıdakı şərtləri təmin etməlidir:
• müasir qırğın silahlarının təsirindən və dağıntılardan əhalinin etibarlı mühafizəsi;
• müəssisələrin iş növbələrindəki işçilərin təhlükəsiz zonadan obyektə minimal vaxt sərf etməklə gətirilməsi;
• MM qüvvələrinin zədələnmə ocağına yeridilməsi üçün əlverişli şəraitdə qruplaşdırılması;
• lazımi sanitariya—gigiyena şəraiti.
Köçürüləcək əhalinin təhlükəsiz zonada yerləşdiriləcəyi rayonların və yaşayış məntəqələrinin müəyyən edilməsi, hazırlanması və təşkil edilməsi işləri əvvəlcədən, hələ sülh dövründə başlanılır, fövqəladə hallar təhlükəsi yaranan dövrdə tam sürətlə başa çatdırılır.
Bu məqsədlə:
• nəqliyyat yolları təkmilləşdirilir və qaydada salınır;
• mövcud olan rabitə sistemi inkişaf etdirilir;
mənzil fondu, tibbi komunal, ticarət müəssələri köçürülüb gətirilən əhalinin yerləşməsi və ona xidmət göstərilməsinə hazırlanır;
• əlavə su təchizatını mənbələrinin, digər mühəndis texniki tədbirlərinin yerinə yetirilməsi işləri təşkil edilir.
Təxliyyə tədbirləri aşağıdakı məqsədlərlə planlaşdırılır və həyata keçirilir:
• Kateqoriyalı şəhərlərin əhalisinin mümkün itkilərini azaltmaq və ixtisaslı
mütəxəssis kadrlarının saxlamaq üçün;
• İqtisadiyyat obyektlərinin müharibə dövründə öz istehsal fəaliyyətinin dayanıqlılığını təmin etmək;
• Təhlükəsiz zonada zədə ocaqlarında qəza-xilasetmə dəstələrinin və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi məqsədilə MM dəstələrinin yaradılması üçün şəraitin təmin edilməsi.
Köçürülmə tədbirləri həm sülh dövründəki fövqəladə hallarda, həm də müharibə dövrünün fövqəladə halları zamanı əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir. Təxliyənin keçirilməsi xüsusiyyətləri yaranmış fövqəladə halın xarakteri (radioaktiv çirklənmə və ya ərazinin kimyəvi zədələnməsi, daşqın və s.),FH mənbəyinin zədələyici faktorlarının məkan-vaxt xarakteristikaları, ərazidən çıxarılan (uzaqlaşdırılan) əhalinin say və cəlb olunması, təxliyə tədbirlərinin vaxtı və təcililiyi ilə müəyyənləşdirilir.
Göstərilən əlamətlər təxliyənin keçirilməsi variantlarının təsnifatı əsasını təşkil edir.
Bu kimi tədbirlərin zaman və müddətindən asılı olaraq aşağıdakı təxliyə (müvəqqəti köçürülmə) variantları seçilir: qabaqlayıcı və təcili (təxirəsalınmaz).Potensial təhlükəli obyektlərdə layihədən kənar qəzanın və ya təbii fəlakətin baş verməsi ehtimalı yarandıqda əhalinin qabaqlayıcı təxliyəsi həyata keçirilir. Qəza və təbii fəlakətin baş vermə ehtimalı olmasına əvvəlcədən verilmiş proqnoz bu kimi təxliyənin keçirilməsi üçün əsas ola bilər.
Fövqəladə vəziyyət yarandıqda əhalinin təcili (təxirəsalınmaz) təxliyəsi həyata keçirilir. Əhalinin fövqəladə hal zonasından köçürülməsi (çıxarılması) xəbərdarlıq edildikdən sonra çox qısa bir vaxtda və hətta FH mənbəyinin zərbə faktorlarının insanlara təsiri şəraitində belə həyata keçirilə bilər.
Əhalinin həyat və sağlamlığına təhlükə yaradan normal həyat təminatı pozulduqda da təcili (təxirəsalınmaz) təxliyə (köçürülmə) həyata keçirilir. Təxliyənin başlanması və onun keçirilmə müddətlərinə aid qərar ilkin həyat təminatı texniki cəhətdən mümkünsüz olduqda və ya iqtisadi nöqteyi-nəzərindən məqsədəuyğun olmadıqda qəbul edilir. İlkin həyat təminatının təşkili şərti ilə təxliyənin müddətləri nəqliyyat imkanları ilə müəyyənləşdirilir.
Keçmişdə həyata keçirilən köçürülmə tədbirləri müasir dövrdəki müharibələr şəraitində nəzərdə tutulan köçürmələrdən prinsipcə fərqlidir. Məsələn, 2-ci Dünya müharibəsi zamanı əhali düşməndən əks tərəfdə yerləşən uzaq rayonlara köçürülürdü. Müasir şəraitdə köçürmə düşmənin zərbələr endirəcəyi ən çox ehtimal olunan şəhərlərdən və obyektlərdən, həmçinin sülh dövrü üçün xarakterik olan FH xamanı zamanı adamların həyatı və sağlamlığı üçün təhlükə yaranarkən əhalinin çıxarılıb, bu şəhərlərin hər tərəfindəki bütün təhlükəsiz rayonlarda yerləşdirilməsini nəzərdə tutur.
Köçürmə tədbirləri fovqəladə hallar ehtimal olunan rayonlarda sülh və müharibə dövründə adamların həyatı və sağlamlığı üçün təhlükə yaranarkən qısa müddətdə ya qabaqcadan, ya da zədələyici amillər əhaliyə bilavasitə təsir göstərərkən dərhal yerinə yetirilməlidir. Müharibə dövründəki fövqəladə hallarda (FH) köçürülmə bu məqsədlə görülməli tədbirlər kompleksinin daha böyuk həcmi və geniş dairəsilə səciyyəvi xarakter daşıyır.
Əhalinin köçürülməsi nəzərdə tutulan şəhərlərdəki hər bir müəssisə, idarə, təşkilat,məktəb üçün təhlükəsiz zonada yerləşmə rayonu müəyyən edilir ki, bu rayon oraya köçürüləcək fəhlələrin, qulluqçuların və onların ailə üzvlərinin sayından asılı olaraq bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər.
Müharibə dövründə təhlükəli rayonlarda işini davam etdirən obyektlərin fəhlə və qulluqçuları köçürülüb təhlükəsiz zonada yerləşdiriləndən sonra təhlükəli rayona növbələr üzrə gətirilib və işdən sonra dincəlmək üçün təhlükəsiz yerə aparılır.
Əhalinin köçürülməsi ərazi istehsalat prinsipi üzrə həşkil edilir. İstehsalat prinsipi bütün fəhlə və qulluqçuların, onların ailə üzvlərinin, ali məktəb tələbələrinin və orta ixtisas məktəbləri tələbələrinin, texniki peşə və orta məktəb şagirdlərinin obyektlər üzrə təhlükəli rayonlardan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə tutur.
Bu zaman iri şəhərlərdə işini davam etdirən müəssisələrin fəhlə və qulluqçuları təhlükəsiz zonada elə məsafədəki rayonlarda yerləşdirilməlidir ki, burada onların təhlükəsizliyi təmin edilsin, işə aparlıması və təhlükəsiz zonaya gətirilməsi isə minimal (ən çoxu 2 saat) vaxt sərf edilsin.
Ərazi prinsipi isə qalan (işləməyən) əhalinin yaşayış yerlərindən (mənzil— istismar, evlər idarələri tərəfindən) köçürülməsini nəzərdə tutur.
Əhalinin köçürülməsinin əsas üsulu kombinasiyalı üsuldur, bu zaman adamların əksəriyyəti piyada, bir qismi isə əldə olan bütün nəqliyyat vasitələri ilə təhlükəli rayonlardan dərhal çıxarılır. Nəqliyyat vasitələrində şəhərdə işini davam etdirən obyektlərin fəhlə və qulluqçuları, şəhərdən piyada çıxmağa qabil olmayan əhali (xəstələr, 10 yaşadadək uşağı olan qadınlar və s.) həmçinin MM dəstələrinin bir qismi daşınır. Qalan əhali şəhərdən piyada çıxarılır.

Yüklə 26,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin