Fövqəladə hallar zamanı köçürmənin məqsədi



Yüklə 26,2 Kb.
səhifə1/7
tarix16.04.2023
ölçüsü26,2 Kb.
#99014
  1   2   3   4   5   6   7
Fövqəladə hallar zamanı köçürmənin məqsədi

Fövqəladə hallar zamanı köçürmənin məqsədi.


Köçürmə (təxliyə) – adamların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir.
Köçürmə tədbirləri əvvəlcədən planlaşdırılmalı və fövqəladə hallar ehtimal olunan rayonlarda sülh və müharibə dövrlərində adamların həyatı və sağlamlığı üçün təhlükə yaranarkən qısa müddətdə ya qabaqcadan, ya da zədələyici amillər əhaliyə bilavasitə təsir göstərərkən dərhal yerinə yetirilməlidir.
Köçürmə tədbirləri düşmən tərəfindən müasir adi silahlar və kütləvi qırğın vasitələri tətbiq edilməsi, həmçinin təbii fəlakətlər, güclü istehsalat qəzaları baş verməsi ehtimalları nəzərə alınmaqla çoxvariantlı planlaşdırılmalı, yaranmış vəziyyətdən asılı olaraq köçürmə işlərinin müxtəlif variantlarda yerinə yetirilməsi nəzərdə tutulmalıdır.
Köçürmə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi tələb olunan təhlükəli rayonlara aşağıdakılar aid edilir; düşmən basqını gözlənilən dərəcəli şəhərlərin və əlahiddə obyektlərin ətrafında ehtimal olunan güclü dağıntılar zonası;şəhərlərin, yaşayış məntəqələrinin və xalq təsərrüfatı obyektlərinin həndəvərində yarana biləcək radioaktiv və ya kimyəvi zəhərlənmə zonaları; ehtimal olunan təbii fəlakət, güclü istehsalat qəzası rayonları və fəlakətli daşqın zonaları; silahlı münaqişələr vaxtı hərbi əməliyyatlar aparılan sərhədyanı rayonlar və cəbhə ətrafı zolaqlar.
Təhlükəsiz zona – düşmən basqını gözlənilən dərəcəli şəhərlərin və əlahiddə obyektlərin ətrafında ehtimal olunan dağıntı zonalarından və digər təhlükəli rayonlardan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir.
Əhalinin köçürülməsi istehsalat-ərazi prinsipi üzrə təşkil edilir. İstehsalat
prinsipi – fəhlələrin, qulluqçuların, digər işçilərin və onların ailə üzvlərinin, ali və orta ixtisas məktəbləri tələblərinin, texniki peşə məktəbi şagirdlərinin obyektlər üzrə təhlükəli rayonlardan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə tutur. Belə hallarda, təhlükəli rayonlarda fəaliyyətini davam etdirən obyektlərin işçiləri təhlükəsiz rayonlara çıxarılıb yerləşdiriləndən sonra növbələr üzrə mütəşəkkil olaraq öz iş yerlərinə gətirilir və iş növbəsindən sonra yenidən köçürüldüyü rayona aparılırlar. Qalan əhali isə ərazi prinsipi üzrə – yaşayış yerlərindən köçürülür.

Yüklə 26,2 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin