Fövqəladə hallar zamanı köçürmənin məqsədi


Köçürmə tədbirlərinin təminatı



Yüklə 26,2 Kb.
səhifə7/7
tarix16.04.2023
ölçüsü26,2 Kb.
#99014
1   2   3   4   5   6   7
Fövqəladə hallar zamanı köçürmənin məqsədi

Köçürmə tədbirlərinin təminatı
Əhalinin normal köçürülməsini təmin etmək məqsədilə köçürmə marşrutlarında və əhalinin məskunlaşdığı yerlərdə müvafiq ərazi MM qərargahları tərəfindən kəşfiyyat, müşahidə və dozimetrik nəzarət təşkil edilir.
Köçürülən əhalini daşımaq üçün hərbi və xüsusən vacib xalq təsərrüfatı yüklərinin daşınmasına cəlb olunmamış bütün nəqliyyatdan, o cümlədən də şəxsi nəqliyyat vasitələrindən istifadə edilir ki, bu da bilavasitə yol polisi və avtonəqliyyat MM xidməti tərəfindən müvafiq plan üzrə yerinə yetirilir.
Köçürmə üzrə daşımaların plan-cədvəli köçürmə işləri ilə məşğul olan FHN-in regional şöbələrinin və icra hakimiyyətinin sifarişləri üzrə nəqliyyat orqanları (ictimai nəqliyyat vasitələrinin sahibləri) tərəfindən tərtib olunur.
Əhalinin köçürülməsi dövründə şəhər sərnişin nəqliyyatının mövcud marşrutlarda gecə-gündüz fasiləsiz işləməsi planlaşdırılır; ən gərgin işləyən marşrutlara əlavə nəqliyyat vasitələri (avtobuslar, trolleybuslar, tramvaylar) ayrılır.
Azərbaycan Respublikası FHN-in regional şöbələrinin nəqliyyat orqanları ilə birlikdə ümumi köçürmə zamanı əhalinin daşınması planını tərtib etməklə yanaşı, qismən (əvvəlcədən) köçürülməsi üçün daşımaları da hesablayırlar. Belə hesablamalar sülh nəqliyyat növlərinin gündəlik orta daşıma imkanları nəzərə alınmaqla tərtib edilir. Bütün daşıma planları və hərəkət cədvəlləri yol polis idarəsi və ya yerli polis şöbələri ilə qabaqcadan razılaşdırılır.
Qatarların, avtomobil dəstələrinin, gəmilərin daşımalar üzrə cədvəli pozularkən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi , Nazirlər Kabinetinin Fövqəladə Hallar üzrə Dölət komissiyası, şəhərlərin və rayonların icra hakimiyyəti başçıları nəqliyyat orqanlarının təklifi üzrə nəqliyyatla manevr etmək, yaxud ehtiyatda saxlanan avtomobil nəqliyyatından istifadə olunması barədə qərar qəbul edirlər. Belə hallarda MM qərargahları və fövqəladə komissiyalar əhalinin köçürmə qeydiyyat məntəqələrinə gətirilməsi ardıcıllığını dəqiqləşdirir, həmçinin köçürmə planlarında müvafiq dəyişiklik edirlər.
Köçürülən əhali yolda özü ilə götürdüyü ərzaq ehtiyatı qidalanır, həmçinin ona uzaq məsafəyə aparılarkən Respublikanın müvafiq icra hakimiyyət orqanlarıhesabına ərzaq (gündə bir dəfə isti xörək) verilməsi nəzərdə tutulur.
Köçürmə tədbirlərinə cəlb edilən avtomobil nəqliyyatı vasiətələrinə yanacaq doldurmaq üçün yanacaqdoldurma stansiyaları şəbəkəsindən istifadə olunur və bu zaman dərəcəli şəhərlərdəki (fəlakət zonalarındakı) yanacaqsürtkü materialları ehtiyyatları ilk növbədə sərf edilir. Kifayət qədər stasionar avtomobil yanacaqdoldurma stansiyaları olmayan marşutlarda Azərbaycan Dövlət Neft Şirkətinin qüvvəsilə səyyar avtomobil yanacaqdoldurma stansiyaları açılır.
Avtomobil dəstələrini (kolonalarını) yaradan təşkilatların qüvvələri və təmir vasitələri hesabına köçürmə marşrutlarında nəqliyyat vasitələrinə texniki xidmət (təminat) təşkil edilir. Nasaz maşınların cari təmiri – zədələnmiş maşınlar toplanan məntəqədə, yaxud stasionar təmir müəssisələrində səyyar təmir-bərpa qruplarının qüvvə və vasitələrilə yerinə yetirilir.
Köçürmə dövründə əhaliyə tibbi xidmət respublikanın ərazi səhiyyə orqanlarına həvalə olunur.Çoxlu köçürülən əhali toplanan rayonlarda (yerlərdə) stasionar tibbi müəssisələri çatışmayan hallarda əlavə tibb məntəqələri açılır.
Piyada köçürmə marşrutlarında tibb müəssisələri olmadıqda Səhiyyə nazirliyi xüsusi maşınlarda səyyar tibb məntəqələri təşkil edir.
Güclü təsirli, radioaktiv və ya kimyəvi maddələrlə zəhərlənmiş əhalini sanitariya təmizlənməsindən keçirmək üçün əhalinin hərəkət marşrutlarında və məskunlaşması rayonlarında sanitar-yuyunma məntəqələrindən (SYM) və paltar zəhərsizləşdirmə stansiyalarından (PZS); avtomobilləri təmizləmək üçün nəqliyyatı zəhərsizləşdirmə stansiyalarından (NZS), nəqliyyat marşrutlarında zərərsizləşdirmə işləri üçün – zəhəsizləşdirmə komandalarından (qruplarından) istifadə olunur.
Köçürmə dövründə ictimai asayişin qorunması üzrə tədbirlərin planlaşdırılması və yerinə yetirilməsi Azərbaycan Respublikası DİN ictimai asayişi mühafizə orqanlarına həvalə olunur.
Köçürmə (qəbuletmə) tədbirlərini həyata keçirən bütün orqanların vəzifəli şəxslərinin xidmət funksiyaları ərazi və sahə rəhbərləri tərəfindən müəyyən edilir.
Əhalinin köçürülməsi işini bilavasitə yerinə yetirmək üçün köçürmə komissiyalarının qüvvələri ilə toplanış—köçürmə məntəqələri açılır (TKM). Bu məntəqələr adətən, adamlar, nəqliyyat vasitələrinə mindiriləcək meydançaların və yolların yaxınlığındakı, məktəb, klub binalarında və başqa ictimai binalarda açılır.
Müxtəlif əhali toplanış köçürmə məntəqələrinə 1əvvəlcədən obyektlər üzrə təhkim edilir. Toplanış köçürmə məntəqələrinə gələn əhali burada qeydə alınır. Köçürülən əhalini qeydiyyatı üçün əsas sənədlər şəxsiyyəti təsdiq edən pasport (vəsiqə) və iş, yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin siyahısından ibarətdir.
Sənədlərdən pasportu, hərbi bileti, təhsil haqqında diplomu (atestatı), evlənmə haqqında vəsiqə, əmək kitabçasını və yaxud təqaüd vəsiqəsini, uşaqların doğum şəhadətnaməsi– yaş kağızlarını və məktəb gündəliklərini götürürlər.
Yüklə 26,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin