Fövqəladə hallar zamanı köçürmənin məqsədi


FH zamanı köçürmənin metod və üsulları



Yüklə 26,2 Kb.
səhifə2/7
tarix16.04.2023
ölçüsü26,2 Kb.
#99014
1   2   3   4   5   6   7
Fövqəladə hallar zamanı köçürmənin məqsədi

FH zamanı köçürmənin metod və üsulları
Yaranmış vəziyyətdən asılı olaraq əhali bütünlüklə (ümumi köçürmə), yaxud qismən köçürülə bilər. Ümumi köçürmə hallarında, səfərbərlik vəsiqəsi olan şəxslərdən (onlar hərbi komissarlığa getməlidirlər), eləcə də köçürülməsi qeyrimümkün sayılan xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa bütün əhali köçürülür.
Qismən köçürmə zamanı isə əmək qabiliyyəti olmayan, habelə istehsalat və xidmət sahələrində işləməyən əhali köçürülür.
Əhalini köçürməyin əsas üsulu kombinasiyalı üsuldur; bu zaman adamların əksəriyyəti piyada, bir qismi isə əldə olan bütün nəqliyyat vasitələrində təhlükəli zonadan dərhal çıxarılır.
Hərbi dövürdə dərəcəli şəhərlərdən, onların rayonlarından və xalq təsərrüfatı obyektlərindən köçürülən əhalinin yerləşdiriləcəyi təhlükəsiz rayonlar və ya yaşayış məntəqələri əvvəlcədən təyin edilir. Bu zaman köçürülən ərazidə işini davam etdirəcək obyektlərin fəhlə və qulluqçuların, həmçinin zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üçün qüvvə və vasitə qruplarını, mümkün qədər yaxın yaşayış məntəqələrində yerləşdirmək nəzərdə tutulmalıdır. Köçürülən əhali yerləşdiriləcək rayonlar və oraya gedən marşrutlar Azərbaycan Respublikası FHN tərəfindən bu şəhərin (rayonların) icra hakimiyyəti başçıları ilə birlikdə dəqiqləşdirilir və hərbi komandanlıq orqanları ilə əvvəlcədən razılaşdırılır. Köçürüləcək xalq təsərrüfatı obyektlərinin və digər təşkilatların bu yaşayış məntəqələrində yerləşdirilməsi məsələsi rəsmiləşdiriləndən sonra, əhalini qəbul edəcək şəhər və rayonların icra hakimiyyəti orqanları həmin obyekt və təşkilatlara lazımi qaydada tərtib edilmiş məskunlaşma orderləri verir və əhalinin həyat təminatı məsələlərini həll edirlər.
Kimyəvi təhlükəli obyektlərdə qəza baş verərkən, eləcə də ərazidə radioaktiv zəhərlənmə (çirklənmə) olarkən köçürmə işləri adətən iki mərhələdə yerinə yetirilir: əhali əvvəlcə zədələyici amillərin təsir zonasının hüdudlarına çıxarılır; sonra isə təhlükəsiz rayonlardakı yerləşdirmə məntəqələrinə aparılır. Bu dövrdə həmçinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizə tədbirləri də görülür. Qəza baş vermiş rayon ərazi polis idarələrinin əməkdaşları tərəfindən ciddi nəzarətə alınır, əhalinin qəza zonasından köçürülməsini isə yol polisi müəyyən marşrut üzrə nizama salır.
Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər – şəxsiyyəti təsdiq edən pasport (vəsiqə) və iş, yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin siyahısından ibarətdir.
Şəhərlərdən, rayonlardan və ayrı-ayrı yaşayış məntəqələrindən əhalinin
köçürülməsi barədə qərarları aşağıda göstərilən vəzifəli şəxslər qəbul edirlər:
-müharibə dövründə – Müdafiə Nazirinin, yaxud müvafiq ərazi icra hakimiyyəti başçısının təklifi üzrə – Azərbaycan Respublikasının Prezidenti və ya Baş Naziri;
- sülh dövründə – ərazisində fövqəladə hallar yaranmış şəhərin (rayonun) icra hakimiyyəti başçısı.
- Bu barədə dərhal Azərbaycan Respublikasının Prezidentinə və Baş Nazirinə məlumat verir.
Silahlı münaqişələr vaxtı hərbi əməliyyatlar aparılan sərhədyanı rayonlardan və cəbhə ətraflı zolaqlardan əhalinin köçürülməsi hərbi komandanlığın və icra hakimiyyəti başçısının birgə qərarı ilə həyata keçirilir. Bu barədə onlar tabeliyi üzrə yuxarı idarəetmə orqanlarına dərhal məlumat verirlər.

Yüklə 26,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin