Fövqəladə hallar zamanı köçürmənin məqsədi



Yüklə 26,2 Kb.
səhifə5/7
tarix16.04.2023
ölçüsü26,2 Kb.
#99014
1   2   3   4   5   6   7
Fövqəladə hallar zamanı köçürmənin məqsədi

Qismən təxliyə fövqəladə zonadan iş qabiliyyəti olmayan, məktəbəqədər və məktəb yaşlı uşaqların çıxarılması məcburiyyəti yarandıqda həyata keçirilir. Qismən köçürmə zamanı əmək qabiliyyəti olmayan, habelə istehsalat və xidmət sahələrində çalışmayan əhali köçürülür. Qismən köçürmə hallarında ilk növbədə
• internat məktəbləri şagirdləri, bu məktəblərin professor, müəlllimlər heyəti və onların ailə üzvləri ilə birlikdə;
• həmçinin qocalar evində yaşayan təqaüdçülər və onlara xidmət edən heyət;
• uşaq evlərinin, uşaq bağçalarının və digər uşaq müəssisələrinin uşaqları təhlükəli rayonlardan çıxarılır. .
Belə əhalinin daşınması vasitələrinin sülh dövründəki hərəkət cədvəllərini pozmadan, bütün nəqliyyat vasitələrindən istifadə etməklə yerinə yetirilir.
Təxliyənin keçirilməsi qərarının qəbul edilməsi ərazilərində fövqəladə hal baş verdikdə və ya proqnozlaşdırıldıqda bu və ya digər rayon, vilayət mülki müdafiə qərargahı rəis və bələdiyyə başçıları səlahiyyətindədir.
Baş vermiş fövqəladə halın miqyasından və təxliyə tədbirlərinin təcili olmasından asılı olaraq yerli və regional xarakterli təcili və ya qabaqlayıcı təxliyə müvafiq mülki müdafiə rəislərinin göstərişləri (sərəncamları) əsasında həyata keçirilir.
Müharibə zamanı təhlükəsiz zonada öz istehsalat profilinə uyğun fəaliyyətini davam etdirə biləcək iqtisadiyyat obyektlərinin fəhlə və qulluqçuları (işləməyən ailə üzvləri ilə birlikdə) ilk növbədə köçürülür. Eyni zamanda yeni bazada fəaliyyətini davam etdikmək üçün lazımi avadanlıq və sənədlər; müharibə dövründə fəaliyyətini dayandıran müəssisələrin fəhlə və qulluqçuları, həmçinin əmək qabiliyyəti olmayan və istehsalatda çalışmayan qalan əhali köçürülür.
Yerləşdirilmə—dərəcəli şəhərlərdə hərbi vəziyyətdə öz fəaliyyətini davam etdirən iqtisadiyyat obyektlərinin fəhlə və qulluqçularının mütəşəkkil surətdə şəhərlərdən çıxarılaraq təhlükəsiz zonada yerləşdirmək, yaşayış və istirahətni təşkil etmək üçün tədbirlər kompleksidir.
Yerləşdirmə aşağıdakı fəhlə və qulluqçular arasında aparılır:
• Dərəcəli şəhərlərdə xüsusi iqtisadiyyat obyektlərində işləyən fəhlə və qulluqçular,hansı ki, həmin obyektlərin təhlükəsiz zonada işini davam etdirməsi üçün lazımi iqtisadi baza yoxdur;
• Dərəcəli şəhərlərdə istehsalat və həyat fəaliyyətini təmin edən təşkilatlar (şəhər elektrik şəbəkəsi, kommunal təsərrüfat obyektləri, səhiyyə, nəqliyyat və rabitə, həmin şəhər və rayonların idarəetmə orqanları).
Fəhlə və qulluqçular dərəcəli şəhərlərə yaxın təhlükəsiz zonada dəmiryolu, avtomobil yolları və su yolları yaxınlığında yerləşdirilir. Onlarla eyni zamanda ailə üzvləri və işləməyən qalan əhali köçürülür.
Lokal konfliktlər zamanı adətən əhalini tez bir zamanda sərhədyanı zonalardakı yaşayış məntəqələrindən köçürmək lazım gəlir. Köçürmə tədbirlərinin təşkili operativ qruplara həvalə edilir.
Nəqliyyat vasitələri ilə köçürülmə nəqliyyat vasitələrindən, yol şəbəkəsinin vəziyyətindən və yerli şəraitdən asılıdır. Nəqliyyatla ilk növbədə köçürülülənlər:
• Tibb müəssisələri;
• Piyada gedə bilməyən əhali (hamilə qadınlar, 14 yaşına qədər uşaqlar, ambulator müalicədə olan insanlar);
• 65 yaşından yuxarı kişilər, 60 yaşından yuxarı qadınlar;
• İş növbəsindən azad, lakin dərəcəli şəhərlərdə hərbi vəziyyətdə işini davam etdirən obyektlərin fəhlə və qulluqçuları;
• Dövlət idarəçilik orqanlarının, vacib elmi-tədqiqat institututunun və təhlükəsiz orqanlarının əməkdaşları.
Köçürülmüş əhalinin şəhərkənarı zonada yerləşdirilməsi adətən, yerli şəraiti nəzərə alaraq öz yaşadığı dövlətin ərazisində planlaşdırılır.
Sülh dövründə köçürüləcək əhali üçün əvvəlcədən təhlükəsiz zona təyin olunur.
Belə zonaların yerləşdirildiyi rayonlar hərbi idarəçilik orqanları və dövlət orqanları ilə razılaşdırılır.
Köçürüləcək əhali adminstrasiya (sanatoriya, pansion, istirahət evləri, uşaq düşərgələrində və s.) və yaşayış binalarında, idarə mənsubiyyətindən və şəxsi mülkiyyətdən asılı olmayaraq, istilik sistemləri quraşdırılmış bağ evlərində yerləşdirilir.
Hər bir müəssisədə, təşkilatda, təhsil müəssisəsində, mənzil-istismarı idarələrində əvvəlcədən fəhlə və qulluqçuların, onlaraın ailə üzvlərinin siyahıya alınması aparılır. Qeydiyyat, yerləşdirmə və təminat üçün siyahılar və şəxsiyyəti təsdiq edən sənəd əsas sənədlərdir. Köçürmənin müvəffəqiyyəti köçürülənlərin nizamintizamından və təşkilindən asılıdır.
Köçürülmə elan olunan kimi, vətəndaşlar lazımi geyim, ayaqqabı, alt paltarı, fərdi mühafizə vasitələri, pul, 2-3 günlük ərzaq məhsulları və su ehtiyatı götürür.
Sənədlərdən şəxsiyyəti təsdiq edən sənəd, hərbi bilet, əmək kitabçası, müavinət vəsiqəsi, təhsil müəssisəsini bitirməyi təsdiq edən diplom və attestat, nikah və doğum şəhadətnaməsi götürülür.
Götürüləcək əşyalar və ərzaq məhsullarınin miqdarı, hər bir şəxsin özünün götürə biləcəyi qədər hesablanmalıdır. Nəqliyyatla köçürülmə zamanı götürüləcək yükün ümumi kütləsi 50 kq-dan çox olmamalıdır. Bütün əşyalar çantalara, çemodanlara qablaşdırılır.
Köçürülmə zamanı ciddi olaraq intizam qaydalarına, köçürülməyə təhkim olunmuş şəxslərin bütün göstərişlərinə əməl olunmalıdır.
Piyada dəstələri saatda 4-5 km sürəti ilə hərəkət etməlidir; hər 1-1,5 saatdan bir,10-15 dəqiqə istirahət edilməlidir; günün ikinci yarısında 1-2 saat istirahət edilir.Yola çıxmazdan qabaq yaxşı olar ki, isti qida qəbul edilsin. Piyada dəstələri icazəsiz tərk etmək olmaz. Əhvalında pisləşmə olan şəxslər, dəstəni müşayət edən tibb işçisinə müraciət etməlidir.
İsti havalarda su rejiminə əməl olunmalı, istirahət gölgə yerlərdə olmalı, baş örtüyü çıxarılmamalıdır. Qış fəslində donvurma əlamətlərini vaxtında aşkar etmək üçün,dəri örtüklərinin vəziyyətinə nəzarət edilməlidir.
Təhlükəsiz zonaya çatdıqda köçürülənlər qəbul məntəqələrində qeydiyyata alınır,sonra isə yerləşəcəyi yerə göndərilir.



Yüklə 26,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin