1. Bu sənəd nələri ehtiva edir?



Yüklə 68.57 Kb.
Pdf просмотр
tarix22.04.2017
ölçüsü68.57 Kb.

 

MƏNZIL HAQQINI VƏ MƏNZİL-KOMMUNAL XİDMƏTLƏRDƏN İSTİFADƏ 



HAQQINI ÖDƏYİRİK  

 

1.

 

Bu sənəd nələri ehtiva edir?  

 



Dövlət  və  ictimai  mənzil  fondu  evlərində  yerləşən  yaşayış  sahəsindən  istifadə  haqqı 

(mənzil haqqı). Dövlət və ictimai mənzil fonduna aid  fərdi evlər üçün də eyni qaydada 

mənzil haqqı ödənilir.  

 



Özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə aid evlərin saxlanılması üçün xidmət haqqı.  

Qısaca olaraq sənəd boyunca bu xidmət haqqı üçün “yaşayış sahəsindən istifadə haqqı” 

və  ya  “mənzil  haqqı”  terminlərindən  istifadə  olunacaq.  Vətəndaşların  xüsusi 

mülkiyyətində olan fərdi evlər bu ödənişi etmirlər, çünki dövlət onlara bina girişi və ya 

lift xidmətləri göstərmir. 

 



Burda  həmçinin  yaşayış  binalarının  (evlərin)  daxilində  yerləşən  qeyri-yaşayış 

sahələrindən istifadə haqqı da nəzərdən keçirilir. Söhbət məhz qeyr-yaşayış sahələrindən 

gedir, yaşayış sahələrinin ümumi istifadə yerləri (mətbəx, dəhliz və s.) bura aid edilmir. 

Alış-veriş  mərkəzləri  kimi  ticarət  məqsədilə  istifadə  olunan  müstəqil  qeyri-yaşayış 

binaları bu ödənişi etmirlər. Qısaca olaraq sənəd boyunca bu istifadə haqqı üçün “qeyri-

yaşayış istismar haqqı” terminindən istifadə olunacaq. 

 



 



Burda həmçinin qarajlardan istifadə haqqı da nəzərdən keçirilir.  

 



Bundan  başqa,  burda  həmçinin  mənzil-kommunal  xidmətlərindən  istifadə  haqqından 

bəhs edilir



 

2.

 

Yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı), eləcə də yaşayış binalarının (evlərin) 

daxilində  yerləşən  qeyri-yaşayış  sahələrindən  istifadə  haqqı  və  mənzil-kommunal 

xidmətlərinə görə qayda və tariflər nə vaxt qəbul olunub?  

Yeni tariflər Nazirlər Kabinetinin 2000-ci il qərarı ilə qəbul olunub və ona görə də qərarda 

qiymətlər 2005-ci il denominasiyasına

1

 qədər olan köhnə Azərbaycan manatı ilə göstərilib. 



Hazırkı  sənəddə  istifadəçilərin  rahatlığı  üçün  tariflər  yeni  Azərbaycan  manatı  ilə 

göstərilib.  



 

3.

 

Yaşayış  sahəsindən,  yaşayış  binalarının  (evlərin)  daxilində  yerləşən  qeyri-yaşayış 

sahələrindən  və  mənzil-kommunal  xidmətlərindən  istifadə  haqları  necə  və  kimə 

ödənilir? 

Bu  ödənişlər  yerindəcə  və  nağd  olaraq  mənzil-istismar  təşkilatlarına  ödənilir.  Ödənişi 

aylıq, rüblük və illik olaraq həyata keçirmək mümkündür.  

 

4.



 

Yaşayış  sahəsindən  istifadə  haqqı  və  yaşayış  binalarının  (evlərin)  daxilində  yerləşən 

qeyri-yaşayış  sahələrindən  istifadə  haqqı  ilə  əmlak  vergisi  arasında  fərq  nədən 

ibarətdir?  

Yuxarıda  qeyd  edildiyi  kimi

 

yaşayış  sahəsindən  istifadə  haqqı  və  yaşayış  binalarının 



(evlərin)  daxilində  yerləşən  qeyri-yaşayış  sahələrindən  istifadə  haqqı  mənzil-istismar 

təşkilatlarına ödənilir. Əmlak vergisi isə yerli bələdiyyələrə ödənilir. Problem ondadır ki, 

bir çox yaşayış sahələrində, hətta Bakı şəhərində bələdiyyələr onlara ödənməli olan əmlak 

vergisinin yığımını mənzil-istismar təşkilatlarına tapşırır. Buna görə də vacibdir ki, ödəniş 

qəbzlərində ödənişin istiqaməti – mənzil haqqı və ya əmlak vergisi göstərilsin və hər biri 

üçün  ayrıca  qəbzlər  verilsin.  Məsələn,  bir  istifadəçiyə  mənzil-istismar  təşkilatı  tərəfindən 

                                                           

1

 Köhnə manatı yeni manat çevirmək üçün 5.000 əmsalından istifadə mühümdür. Məsələn, 10.000 köhnə manatı 5.000-



ə

 bölərək 2 yeni manat əldə edilir.  



 

eyni qaraj üçün eyni ildə fərqli məbləğlər göstərilərək iki qəbz verilmiş və hər ikisinin adı 



“qaraj rüsumu” olaraq qeyd olunmuşdur.  

Yaşayış  sahəsindən,  yaşayış  binalarının  (evlərin)  daxilində  yerləşən  qeyri-yaşayış 

sahələrindən  və  mənzil-kommunal  xidmətlərindən  istifadə  haqları  yerindəcə  və  nağd 

olaraq  ödənməlidirsə,  əmlak  vergisi  üçün  nağd  ödəniş  tətbiq  oluna  bilməz;  bu  halda 

bələdiyyə əmlak vergisinə dair bildirişi göndərməli və bildirişi alan şəxs də bank, poçt və 

ya terminal yolu ilə ödənişi etməlidir.  

Ə

gər  mənzil  və  ya  qeyri-yaşayış  sahəsi  icarəyə  verilirsə,  yaşayış  sahəsindən,  yaşayış 



binalarının  (evlərin)  daxilində  yerləşən  qeyri-yaşayış  sahələrindən  və  mənzil-kommunal 

xidmətlərindən istifadə haqları üçün ödənişi, əgər icarəyə verənlə götürən arasında razılıq 

olarsa,  icarəyə  götürən  şəxs  də  həyata  keçirə  bilər.  Lakin  əmlak  vergisi  yalnız  ev  sahibi 

tərəfindən və ya onun adından ödənilə bilər. 

Ə

mlak  vergisi  illik  olaraq  hesablanır  və  ödənir.  Yaşayış  sahəsindən,  yaşayış  binalarının 



(evlərin)  daxilində  yerləşən  qeyri-yaşayış  sahələrindən  və  mənzil-kommunal 

xidmətlərindən istifadə haqları isə aylıq hesablanır; aylıq, rüblük və ya illik olaraq ödənilir   

 

Ə

mlak  vergisi  ilə  bağlı  ətraflı  məlumat  əldə  etmək  üçün  daha  əvvəl  nəşr  olunan  “Fiziki 



Şəxslər  Tərəfindən  Bələdiyyəyə  (Yerli)  Ödənilməli  Olan    Əmlak  və  Torpaq  Vergiləri”  adlı 

sənədimizə baxa bilərsiniz.

 

 

5.



 

Yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) nə deməkdir?  

Mövcud qayda dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahələrinə, o cümlədən 

mənzil  və  müstəqil  evlərə  aid  edilir.  Başqa  sözlə  bu  ödəniş,  mülkiyyət  hüquqlarından, 

məsələn,  mənzilin  özəlləşdirilib  və  ya  özəlləşdirilməməsindən  asılı  olmayaraq,  yaşayış 

sahəsindən istifadəyə görə edilir.   

 

6.



 

Yaşayış  sahəsindən  istifadə  haqqı  (mənzil  haqqı)  necə  hesablanır?  Ödənişin  miqdarı 

aşağıdakı cədvələ uyğun olaraq hesablanır. Özəlləşdirilmiş mənzillər üçün tarif sabit qalsa 

da,  özəlləşdirilməmiş  mənzillər  üçün  bu  tarif  kommunal  xidmətlərin  göstərilməsindən 

asılı olaraq dəyişir. Xüsusi olaraq qeyd olunmalıdır ki, mənzil haqqı üçün yalnız yaşayış 

sahəsinin ölçüsü nəzərə alınır. 

 

                                                           

2

 ƏDV nəzərə alınmaqla 



3

 Əslində, yeni manata çevirdikdə tarif  0,015 AZN-dir. Lakin, manatın bu vahidə uyğun qəpiyi olmadığı üçün bu 

rəqəm 2 qəpik ilə yuvarlaqlaşdırılıb. 

 

 



Ölçü vahidi 

Tarif,  yeni 

manatla

2

  



Dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindən istifadə haqqı 

(mənzil haqqı) 

 

1.1  Tam kommunal təminatlı mənzillər üzrə  1  kv.m.  yaşayış  sahəsi 



üçün 1 ayda 

0,02  


1.2  Qismən kommunal təminatlı, yarızirzəmi 

və kommunal tipli mənzillər üzrə 

1  kv.m.  yaşayış  sahəsi 

üçün 1 ayda 

0,01 



Özəlləşdirilmiş 



mənzillərin 

mülkiyyətçilərinə  mənzillərin  yerləşdiyi 

evlərin  (binaların)  saxlanılması  üçün 

xidmət haqqı 

1  kv.m.  yaşayış  sahəsi 

üçün 1 ayda 

0,02

3

 



 

Nümunə 1 

Ümumi sahəsi 88 kv.metr, yaşayış sahəsi 53 kv.metr olan özəlləşdirilmiş mənzil  

53 kv.m. х 0,02 х 12 ay=12,72 AZN 

 

Nümunə 2 

Ümumi  sahəsi  60  kv.metr,  yaşayış  sahəsi  38  kv.metr  olan  özəlləşdirilmiş  yarızirzəmi 

mənzil 38 kv.m. х 0,01 х 12 ay=4,56 AZN 

 

7.



 

Yaşayış  binalarının  (evlərin)  daxilində  yerləşən  qeyri-yaşayış  sahələrindən  istifadə 

haqqı  nə  deməkdir?  Mövcud  qayda  dövlət  və  ictimai  mənzil  fondu  evlərində  qeyri-

yaşayış sahələrinə aid edilir.  Başqa sözlə, bu ödəniş, mülkiyyət hüquqlarından, məsələn, 

özəlləşdirilib  və  ya  özəlləşdirilməməsindən  asılı  olmayaraq,  yaşayış  binalarının  (evlərin) 

daxilində yerləşən qeyri-yaşayış sahələrindən istifadəyə görə edilir.   

 

8.

 

Yaşayış  binalarının  (evlərin)  daxilində  yerləşən  qeyri-yaşayış  sahələrindən  istifadə 

haqqı necə hesablanır?  

Burda,  qeyri-yaşayış  sahəsinin  hansı  məqsədlər  üçün,  məsələn,  ofis  və  ya  ticarət  köşkü 

kimi sahibkarlıq fəaliyyətləri yoxsa qeyri-kommersiya fəaliyyətləri üçün istifadə olunduğu 

ə

həmiyyət  daşıyır.  Qərarda  qeyri-yaşayış  sahəsinin  vətəndaşların  şəxsi  məqsədlərlə, 



məsələn,  anbar  kimi,  istifadəsi  üçün  xüsusi  tariflər  əlavə  olunmasa  da  bunun  qeyri-

kommersiya fəaliyyətlərinə aid olduğu aydın görsənir.  

 

 

Ölçü vahidi 



Tarif, 

yeni 


manatla 

4

  



Qeyri-yaşayış sahələri üzrə təsərrüfat hesablı müəssisələr, 

digər ticarət və kommersiya qurumları üçün 

kv. 


metr 

ümumi 


sahə 

üçün 1 ayda 

0,05  

Büdcə  təşkilatları,  ictimai  birliklər  və  yaradıcılıq 



emalatxanaları üçün 

kv. 



metr 

ümumi 


sahə 

üçün 1 ayda 

0,005  

 

Nümunə 1 



Ümumi ərazisi 120 kv.metr olan qeyri-yaşayış sahəsi, kafe kimi istifadə olunur 

120 kv.m. х 0,05 х 12 ay=72 AZN 

 

Nümunə 2 

Ümumi  ərazisi  80  kv.metr  olan  qeyri-yaşayış  sahəsi,  rəssam  emalatxanası  kimi    istifadə 

olunur  

80 kv.m. х 0,005 х 12 ay=4,8 AZN.  

 

9.

 

Mənzil-kommunal xidmətlərindən istifadə haqqı nə deməkdir?

 

 



Kommunal xidmətin növü 

Ölçü vahidi 

Tarif, 

yeni 


manatla

5

 



                                                           

4

 ƏDV nəzərə alınmaqla 



5

 ƏDV nəzərə alınmaqla 



 

Məişət tullantılarının daşınması və 



zərərsizləşdirilməsinə görə 

adambaşına 

1 ayda 

0,14 AZN 



Yaşayış binalarında liftdən istifadəyə görə 

adambaşına 

1 ayda 

0,2 AZN 


Məhəllədaxili fərdi qarajlar üzrə 

1 kv. metr ümumi sahə üçün 1 

ayda 

0,01 AZN 



 

 

Qeyd  olunmalıdır  ki,  bəzi  bələdiyyələr  icarəyə  verdikləri  qaraj  üzrə  xidmət  haqqını  öz 



qərarları ilə artıra bilərlər. Lakin bu, şəxsi mülkiyyətdə olan qarajlara aid deyil. Bununla 

belə, məsələn, Bakı ş., Nəsimi rayon bələdiyyəsi öz qərarı ilə qaraj üzrə xidmət haqqını illik 

olaraq  1  kv.metr  üçün  1  AZN  təyin  edib  və  bu  tarifi  vətəndaşların  şəxsi  mülkiyyətində 

olan qarajlara da tətbiq edir.  

 

İstənilən  halda,  tələb  olunan  məbləğ  yuxarıda  göstərilən  tariflərdən  fərqli  olarsa 



bələdiyyədən əsaslandıqları qərarın nüsxəsini tələb etməyi tövsiyə edirik.  

 

2015-ci il 1 dekabr tarixindən bəzi rayonlarda, məsələn, Bakı ş.,  Nəsimi rayonunda tüstü 



borularının təmizlənməsi xidməti də əlavə olunub. Bu xidmət haqqı 7 AZN-dir. 

 

 



Ə

LAVƏ 1. Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli, 40 saylı qərarı

6

 



 

http://www.taxes.gov.az/modul.php?name=qanun&news=756

 (html versiyası) 

Azərbaycan Respublikasının Nazirlər Kabineti 

Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu 

evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və 

mənzil-kommunal xidmətlərinə görə tariflərin 

təsdiq edilməsi haqqında 

Qərar №– 40 

Bakı şəhəri, 10 mart 2000-ci il 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış 

sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə 

tariflərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 

Ə

dliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa 



Kömək Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilsin. 

                                                           

6

  Nazirlər  Kabinetinin  qərarı,  həmçinin,  layihələrlə  qaz  təchizatı  nəzərdə  tutulmamış  hündür  mərtəbəli  binaların 



sakinləri üçün elektrik enerjisindən istifadə haqqını da göstərir, hansı ki, əhali üçün müəyyən olunmuş tarifin 50 faizi 

məbləğində ödənilir. Sözügedən xidmət bu sənəddə birbaşa olaraq müzakirə mövzusu deyil.  



 

2. Dövlət və ictimai mənzil fondu evlərində yerləşən yaşayış sahəsindən istifadə 



haqqının (mənzil haqqının) və özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə evlərin 

saxlanılması üçün xidmət haqqının məbləği 1 nömrəli əlavəyə müvafiq olaraq təsdiq 

edilsin. 

3. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» 

Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq: 

a) qismən özəlləşdirilmiş çoxmənzilli evlərdə bu evlərə xidmət (evin bütün mənzillərinin 

özəlləşdirilməsinə qədər) evlərə özəlləşdirmədən əvvəl xidmət etmiş dövlət mənzil-

istismar təşkilatları tərəfindən həyata keçirilir

b) dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) 

mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında 

bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. 

4. Müəyyən edilsin ki, bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik 

enerjisi sistemlərinə texniki xidmət və təmir xərcləri həmin şəbəkə və mühəndis 

qurğularının istismarından gəlir götürən təşkilatlar tərəfindən mərkəzləşdirilmiş 

qaydada müvafiq mənzil-istismar təşkilatlarına ödənilir. 

5. Mülkiyyət formasından asılı olmayaraq, yaşayış evlərində 2 nömrəli əlavədə qeyd 

olunan kommunal xidməti tarifləri təsdiq edilsin. 

6. 7 və daha hündür mərtəbəli yaşayış binalarının lift təsərrüfatı üçün elektrik enerjisinə 

görə tarif, əhaliyə verilən elektrik enerjisinə görə olan tariflər səviyyəsində müəyyən 

edilsin. 

7. Yaşayış binalarının (evlərin) daxilində yerləşən qeyri-yaşayış sahələrinin istifadəçiləri 

və mülkiyyətçiləri tərəfindən mənzil fondunun saxlanılması üçün istismar yığımı 

tarifləri 3 nömrəli əlavəyə müvafiq olaraq təsdiq edilsin. 

8. Azərbaycan SSR-i Nazirlər Sovetinin 1989-cu il 14 iyun tarixli, 257 nömrəli qərarının 

30-cu bəndinin 2-ci abzası və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 2 

yanvar tarixli, 3 nömrəli qərarının 6-cı bəndinin 2-ci abzasının əhaliyə göstərilən 

kommunal xidmətlərə görə tariflərin tənzimlənməsinə aid hissəsi qüvvədən düşmüş 

hesab edilsin. 

9. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

Azərbaycan Respublikasının Baş naziri 

A. RASİ-ZADƏ. 

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 

2000-ci il, №– 3, maddə 229). 

11 yanvar 2005-ci il tarixli, 6 nömrəli; 17 fevral 2012-ci il tarixli, 38 nömrəli Qərarlara 

ə

sasən dəyişikliklərlə. 


 

21 oktyabr 2005-ci il tarixli, 1031-IIQ nömrəli Qanuna əsasən 2006-cı il yanvarın 1-dək 



mütləq rəqəmlərlə müəyyən olunan 5000 manat 2006-cı il yanvarın 1-dən 1 manata 

bərabər tutulur.

 

Azərbaycan Respublikası 



Nazirlər Kabinetinin 

2000-ci il 10 mart tarixli 

40 nömrəli qərarına 

1 nömrəli əlavə 

Mənzil (ev) xidməti tarifləri 

  

Ölçü vahidi 



Tarif, manatla 

(ƏDV nəzərə alınmaqla) 

1. Dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) 

1.1. Tam kommunal təminatlı mənzillər üzrə 

1 kv.m. 


yaşayış sahəsi 

üçün 1 ayda 

100 

1.2. Qismən kommunal təminatlı, yarızirzəmi 



və kommunal tipli mənzillər üzrə 

1 kv.m. 


yaşayış sahəsi 

üçün 1 ayda 

50 

2. Özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə 



mənzillərin yerləşdiyi evlərin (binaların) 

saxlanılması üçün xidmət haqqı 

1 kv.m. 

yaşayış sahəsi 

üçün 1 ayda 

75 


Azərbaycan Respublikası 

Nazirlər Kabinetinin 

2000-ci il 10 mart tarixli 

40 nömrəli qərarına 

2 nömrəli əlavə 

Ə

hali üçün kommunal xidməti tarifləri 

Kommunal xidmətin növü 

Ölçü vahidi 

Tarif, manatla (ƏDV 

nəzərə 

alınmaqla) 

Layihələrlə qaz təchizatı nəzərdə tutulmamış 

hündür mərtəbəli binaların sakinləri üçün 

elektrik enerjisindən istifadəyə görə 

1 kvt. saat 

ə

hali üçün müəyyən 



olunmuş tarifin 50 faizi 

məbləğində 

Məişət tullantılarının daşınması və 

zərərsizləşdirilməsinə görə 

adambaşına 

1 ayda 


700 

Yaşayış binalarında liftdən istifadəyə görə 

adambaşına 

1 ayda 


1000 

Məhəllədaxili fərdi qarajlar üzrə 

1 kv. metr 

ümumi sahə 

üçün 1 ayda 

50 


 

Azərbaycan Respublikası 



Nazirlər Kabinetinin 

2000-ci il 10 mart tarixli 

40 nömrəli qərarına 

3 nömrəli əlavə 

Yaşayış binalarının (evlərin) daxilində yerləşən 

qeyri-yaşayış sahələrinin 

istifadəçiləri və mülkiyyətçiləri tərəfindən 

mənzil fondunun saxlanılması üçün 

istismar yığımının tarifləri 

  

Ölçü vahidi 



Tarif, manatla (ƏDV 

nəzərə alınmaqla) 

Qeyri-yaşayış sahələri üzrə təsərrüfat hesablı 

müəssisələr, digər ticarət və kommersiya 

qurumları üçün 

1 kv. metr 

ümumi sahə 

üçün 1 ayda 

250 


Büdcə təşkilatları, ictimai birliklər və yaradıcılıq 

emalatxanaları üçün 

1 kv. metr 

ümumi sahə 

üçün 1 ayda 

25 


 

 

Ə



LAVƏ 2. 

 

 



 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə