Firmadaxili planlaşdırma Plan: Firmadaxili planlaşdırmanın mahiyyəti və zəruriliyi Firmadaxili planlaşdırmanın prinsipləri Firmadaxili planlaşdırmanın təşkili Firmadaxili planlaşdırmanın əsas mərhələləri Firmadaxili planlaşdırmanın mahiyyəti və



Yüklə 53,06 Kb.
səhifə3/8
tarix17.05.2023
ölçüsü53,06 Kb.
#115688
1   2   3   4   5   6   7   8
referat 6160

Fasiləsizlik prinsipinin mənası ondan ibarətdir ki, müəssisələrdə plan­laş­dırma prosesi müəyyən edilmiş tsikl çərçivəsində daim həyata keçiril­mə­lidir; işlənib hazırlanmış planlar bir növbədən digərinə fasiləsiz keçməlidir. Planlaşdırmanın fasiləsizliyinin digər şərti planlaşdırma prosesi müntəzəm xarakter daşımalıdır. Planlaşdırma prosesinin fasiləsizliyi, həmçinin xarici mühitin qeyri-müəyyənliyi və nəzərə alınmayan digər dəyişikliklər ilə əlaqədardır. Nəhayət planlaşdırma prosesinin fasiləsizliyi, firma işçilərinin plan fəaliyyətinə və ondan irəli gələn bütün qazanclara daim cəlb edilməsini təmin edir.
Çeviklik prinsipi fasiləsizlik prinsipi ilə qarşılıqlı əlaqədardır, planlara və planlaşdırma prosesinə qeyri-müəyyən şəraitin yaranması ilə əlaqədar öz istiqamətini dəyişmə qabiliyyətinin verilməsindən ibarətdir. Çeviklik prinsipinin həyata keçirilməsi üçün planlar elə tərtib edilməlidir ki, onlarda daxili və xarici şəraitin dəyişilməsini nəzərə almaqla lazımi dəyişikliklər etmək mümkün olsun. Buna görə də planlarda həmişə ehtiyatlar saxlanılır. Lakin planlaşdırmada ehtiyatların müəyyən həddi olmalıdır. Belə ki, göstəricilərdə ehtiyatlar həddindən artıq böyük və ya az olmamalıdır. Çünki hər iki halda plan dəqiq hesab edilə bilməz.
Maliyyə nöqteyi-nəzərindən çeviklik prinsipinin təmin edilməsi əlavə xərclər tələb edir, həm də bu xərclər gələcək riskə uyğun gəlməlidir. Məsələn, əgər yeni məhsul istehsalı əlavə avadanlığın quraşdırılmasını tələb edirsə, onda firma həmin avadanlığın alınmasına əlavə vəsait ayırmağa hazır olmalıdır. Əlavə xərclərin köməyilə planlara çevik yanaşmanın da öz məhdudiyyəti vardır. Xərclər o qədər yüksək ola bilər ki, planın çevikliyi və onunla əlaqədar qazanılmış üstünlük həmin xərci ödəməsin.
Planlar o dərəcədə dəqiq tərtib edilməlidir ki, firmanın məlum olma­yan taleyi pis nəticələnməsin. Başqa sözlə, plan firmanın fəaliyyətinin xarici və daxili şəraitinin imkan verdiyi səviyyədə konkret və detallaşdırılmış olmalıdır.
Strateji, uzunmüddətli planlaşdırma əsas məqsədlərin və ən ümumi fəaliyyət istiqamətinin müəyyənləşdirilməsi ilə məhdudlaşmalıdır, çünki gələcək haqqında doğru informasiyalar çox azdır, dəyişikliklər isə sürətlə baş verir. Ayrı-ayrı bölmələr üçün qısamüddətli planlar xüsusilə dəqiq hazır­lanmalıdır, çünki bu planlar kollektivin fəaliyyətini müəyyənləşdirən instruksiya rolunu oynayır.

Yüklə 53,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin