Firmadaxili planlaşdırma Plan: Firmadaxili planlaşdırmanın mahiyyəti və zəruriliyi Firmadaxili planlaşdırmanın prinsipləri Firmadaxili planlaşdırmanın təşkili Firmadaxili planlaşdırmanın əsas mərhələləri Firmadaxili planlaşdırmanın mahiyyəti və



Yüklə 53,06 Kb.
səhifə4/8
tarix17.05.2023
ölçüsü53,06 Kb.
#115688
1   2   3   4   5   6   7   8
referat 6160

İştirak prinsipi vəhdətlik prinsipi ilə sıx əlaqədardır. İştirak prinsipi o deməkdir ki, müəssisənin hər bir üzvü tutduğu vəzifəsindən və yerinə yetirdiyi funksiyadan asılı olmadan plan fəaliyyətinin bilavasitə iştirak­çısıdır. Başqa sözlə, planlaşdırma prosesi müəssisədə çalışan işçilərin ha­mısını özünə cəlb etməlidir. İştirak prinsipinin tətbiqinin aşağıdakı üstün cəhətləri vardır:
-birincisi, iştirakçılardan hər biri müəssisənin fəaliyyəti haqqında daha geniş və obyektiv informasiya alır, müəssisə barədə ətraflı təsəvvürə malik olur;
- ikincisi, planlaşdırma prosesində işçilərin iştirakı ona gətirib çıxarır ki, bu planlar işçilərin şəxsi planlarına çevrilir və onların yerinə yetirilməsi bütün iştirakçıların tələbatının ödənilməsinə xidmət edir. İşçilərin hər birin­də effektiv əməyə aydın motiv yaranır, kollektivdə sağlam iqlim formalaşır.


Firmadaxili planlaşdırmanın tipləri
Təsnifat aparılan əlamətlərdən asılı olaraq planlaşdırmanın müxtəlif tipləri fərqləndirilir. Planlaşdırmanın tiplərini müəyyənləşdirən əlamətlər aşağıdakılardan ibarətdir:

  • planlaşdırmada qeyri-müəyyənlik dərəcəsi;

  • planlaşdırma ideyasının müvəqqəti oriyentasiyası;

  • planlaşdırmanın horizontu, miqyası.

Plan fəaliyyətinin qeyri-müəyyənlik dərəcəsindən asılı olaraq müəssisələrdə planlaşdırma sistemini iki tipə ayırmaq olar.
Birinci tip planlaşdırma məlum mühitdə fəaliyyət göstərir və infor­ma­siyada çatışmazlıq yoxdur. Deməli, belə sistemlərdə tam müəyyənlik vardır və buna 100 faizlik təminat vermək olar, əvvəl A hadisəsi baş verir və onun arxasınca B hadisəsi gəlir. Bu tip planlaşdırma sistemi determinləşmiş sis­tem adlanır.
Planlaşdırma sisteminin digər tipi xarici mühitin müəyyənləş­diril­məsində səhvləri və informasiya çatışmazlığını nəzərdə tutur. Belə ki, mene­cerin qəbul etdiyi X qərarın əhəmiyyətinə baxmaq olmaz, əgər bu qərar 80 faiz düzgündürsə.
Gözlənilən nəticəni tam verməyən planlaşdırma sistemi ehtimal olu­nan (stoxastik) adlanır. Praktiki hər bir iqtisadi subyekt öz fəaliyyətinin ümumi planlaşdırılmasını həyata keçirərkən qeyri-müəyyən nəticələrlə üz­ləşir. Lakin qeyri-müəyyənliyin dərəcəsi iqtisadi inkişaf səviyyəsindən, tarixi dövrdən və digər amillərdən asılı olaraq tərəddüd edə bilər.
Planlaşdırma sisteminin ehtimal variantları aşağıdakılardır:

  1. Sərt öhdəliklər sisteminə əsaslanan planlaşdırma. Belə plan­laş­dırma hadisənin gedişinə yüksək dərəcədə inamın mövcud olduğu situasiya üçün yarıyır. Bu növə yaxşı tanış tərəfdaşla kontrakt planlaşdırmanı aid etmək olar, haradakı planı yalnız təsadüfi halda, fors-major vəziyyətdə dəyişdirilir.

  2. Şəxsi məsuliyyət altında planlaşdırma. Bu planlaşdırma tam qeyri-müəyyənlik situasiyası üçün yarıyır. Belə olan halda menecer baş verə bilə­cək riskə heç cür inana bilməz. Planlaşdırmanın belə növü təsərrüfat fəaliyyəti təcrübəsi olan dayanaqlı, stabil müəssisələr üçün az dərəcədə xarakterikdir.

  3. Təsadüfi şəraitə uyğunlaşan planlaşdırma. Planlaşdırmanın bu növü əvvəlki iki planlaşdırma arasında aralıq sayılır. O, bir tərəfdən firmanın fəaliyyətində həmişə qeyri-müəyyənliklə üzləşir, digər tərəfdən isə qeyri-müəyyən mühitdə hərəkətin mümkün variantlarını nəzərə alır və eyni zamanda əvvəlcədən deyilənləri artırır. Təcrübədə hadisələrin mümkün inkişafının üç-dörd əsas variantları mövcuddur.

Planlaşdırmanın tipləri, həmçinin planlaşdırmanın əsas ideyasının keç­mişə, bu günə və gələcəyə yönəldilməsindən asılı olaraq fərqləndirilir. Bu mənada planlaşdırmanın dörd tipi vardır: reaktiv (yalnız keçmişə məq­səd­lənmiş), inaktiv (yalnız bu günə uyğunlaşan), preaktiv (yalnız gələcəyə baxmağı üstün tutan) və interaktiv (planlaşdırmanın bütün yaxşı ideyalarının qarşılıqlı əlaqəsinə yönəldilən).

Yüklə 53,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin