Firmadaxili planlaşdırma Plan: Firmadaxili planlaşdırmanın mahiyyəti və zəruriliyi Firmadaxili planlaşdırmanın prinsipləri Firmadaxili planlaşdırmanın təşkili Firmadaxili planlaşdırmanın əsas mərhələləri Firmadaxili planlaşdırmanın mahiyyəti və


Firmadaxili planlaşdırmanın prinsipləri



Yüklə 53,06 Kb.
səhifə2/8
tarix17.05.2023
ölçüsü53,06 Kb.
#115688
1   2   3   4   5   6   7   8
referat 6160

Firmadaxili planlaşdırmanın prinsipləri
Planlaşdırmanın prinsipləri müəssisələrdə planlı fəaliyyətin xarak­terini və məzmununu müəyyən edir. Planlaşdırmanın prinsiplərinə düzgün riayət edilməsi firmanın səmərəli fəaliyyət göstərməsi üçün zəmin yaradır.
Planlaşdırmanın beş əsas prinsipi vardır: vəhdətlik, fasiləsizlik, çevik­lik, dəqiqlik və iştirak.
Vəhdətlik prinsipi planlaşdırmanın sistemli xarakter daşımasını nə­zərdə tutur. “Sistem” anlayışı elementlərin məcmusunun mövcudluğu, on­ların arasında qarşılıqlı əlaqə, sistemin elementlərinin vahid inkişaf isti­qa­mətinin olması, davranışın ümumi məqsədə yönəlməsi deməkdir. “Sistem” anlayışının əsas təşkiledicilərini firmadaxili planlaşdırmada əks etdirmək üçün “koordinasiya” və “inteqrasiya” kateqoriyalarından istifadə etmək olar.
Müəssisədə planlaşdırmanın elementləri ona daxil olan ayrı-ayrı bölmələrdir. Bölmələr arasında qarşılıqlı əlaqə üfüqi səviyyədə, yəni funk­sional bölmələr səviyyəsində koordinasiya əsasında həyata keçirilir. Plan fəaliyyətinin vahid istiqaməti, bütün elementlərin məqsədlərinin ümumiliyi böl­mələrin şaquli vəhdətliyi, onların inteqrasiyası çərçivəsində mümkün olur.
Ayrı-ayrı funksional bölmələrin plan fəaliyyətinin koordinasiyası onda ifadə olunur ki,

  • təşkilatın heç bir hissəsinin fəaliyyətini effektiv planlaşdırmaq olmaz, əgər belə planlaşdırma həmin səviyyənin ayrı-ayrı vahidlərinin fəaliyyətinin planlaşdırılması ilə əlaqələndirilməyibsə;

  • bölmələrdən birinin planlarında hər cür dəyişiklik digər böl­mələrin planlarında mütləq əks etdirilməlidir.

Beləliklə, qarşılıqlı əlaqə və eyni zamanda – müəssisədə plan­laş­dırmanın koordinasiyasının başlıca əlamətidir.
Plan fəaliyyətinin inteqrasiyası nəzərdə tutur ki, müəssisədə plan­laş­dırma prosesi müxtəlif cür mövcuddur, hər bir ayrıca plan firmanın ümumi strategiyası əsasında işlənib hazırlanır. Müəssisədə hazırlanan bütün planlar sadəcə sənədlərin toplusu, məcmusu deyil, onların qarşılıqlı əlaqəli siste­midir.

Yüklə 53,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin