Firmadaxili planlaşdırma Plan: Firmadaxili planlaşdırmanın mahiyyəti və zəruriliyi Firmadaxili planlaşdırmanın prinsipləri Firmadaxili planlaşdırmanın təşkili Firmadaxili planlaşdırmanın əsas mərhələləri Firmadaxili planlaşdırmanın mahiyyəti və



Yüklə 53,06 Kb.
səhifə5/8
tarix17.05.2023
ölçüsü53,06 Kb.
#115688
1   2   3   4   5   6   7   8
referat 6160

Reaktiv planlaşdırmanın (keçmişə qayıtmaq) nümayəndələri öz ideal­ları və üsullarının mövcudluğunu keçmişdə tapırlar. Onlar bugünkü bü­tün nailiyyətləri inkar edir və bu nöqteyi-nəzərdən müasir texniki və texnoloji cəmiyyətə çox pis yanaşırlar. Reaktiv planlaşdırmanın əsas metodu – genetik yanaşmadır, yəni problem onun yaranması və keçmiş inkişafı nöqteyi-nəzərindən tədqiq edilir.
Reaktiv planlaşdırmanın tərəfdarları iqtisadi subyektləri davamlı, stabil və yaxşı qaydaya salınmış mexanizmi kimi qəbul edirlər. Təşkilatda bütün baş verənlər artıq məlumdur, o ali rəhbərin şəxsi nüfuzunun köməyilə yuxarıdan aşağıya idarə olunmalıdır.
Reaktiv planlaşdırma keçmiş təcrübəyə əsaslanır və aşağıdan yuxarıya həyata keçirilir. Belə ki, ilk dəfə aşağı bölmələr üçün plan tərtib edilir, sonra toplanan materiallar rəhbərə təqdim edilir, hansıki korrektə və redaktə olunur.
Reaktiv planlaşdırmanın nöqsan cəhətləri aşağıdakılardan ibarətdir:

  • ona sistem kimi baxılmır, yalnız sadə vahid elementlərin məc­musu kimi baxılır;

  • planlaşdırma bu günün obyektiv şəraiti və gələcək dəyişiklikləri kifayət qədər nəzərə alınmadan aparılır;

  • reaktiv planlaşdırma əsasən yalnız ali rəhbərin funksiyasıdır;

  • reaktiv planlaşdırma müəssisələrin təsərrüfat fəaliyyətinin effek­tivliyini aşağı salır.

İnaktiv planlaşdırmada keçmişə qayıtmaq və irəli doğru hərəkətə cəhd etmək lazım bilinmir. Planlaşdırmanın bu tipi mövcud şəraiti kifayət qədər yaxşı və münasib kimi qəbul edir. Hazırkı vəziyyətlə kifayətlənmək inaktivizmin fərqli cəhətidir. Bu tip planlaşdırmada vaxtın çox hissəsi fak­tiki məlumatların toplanmasına və emalına sərf edilir.
İnaktiv planlaşdırmanın nöqsan cəhətləri aşağıdakılardan ibarətdir:

İnaktiv planlaşdırmanın müsbət cəhəti təsərrüfat fəaliyyətinin plan­laş­dırılmasında ehtiyatlanmadır. Tədricən və düşünülmüş hərəkət adətən kata­strofik nəticəyə gətirib çıxarmır, müəssisənin müflisləşməsi gözlənilmədən, qəfildən baş vermir.

Yüklə 53,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin