Firmadaxili planlaşdırma Plan: Firmadaxili planlaşdırmanın mahiyyəti və zəruriliyi Firmadaxili planlaşdırmanın prinsipləri Firmadaxili planlaşdırmanın təşkili Firmadaxili planlaşdırmanın əsas mərhələləri Firmadaxili planlaşdırmanın mahiyyəti və


Firmadaxili planlaşdırmanın əsas mərhələləri



Yüklə 53,06 Kb.
səhifə8/8
tarix17.05.2023
ölçüsü53,06 Kb.
#115688
1   2   3   4   5   6   7   8
referat 6160

Firmadaxili planlaşdırmanın əsas mərhələləri
Firmanın maliyyə-təsərrüfat fəaliyyətinin planlaşdırılması prosesi iki mərhələdən ibarətdir:
- birincisi, strateji planlaşdırma, yəni firmanın inkişaf strategiyasının işlənib hazırlanması;
- ikincisi, hazırlanmış (seçilmiş) strategiyanın reallaşdırılması takti­ka­sının müəyyən edilməsi, yəni operativ planlaşdırma. Operativ planlaşdırma firmadaxili planlaşdırmanın əsas aləti sayılır. Firmadaxili planlaşdırmanın əsas mərhələləri aşağıdakı şəkildə verilmişdir.



Strateji plan hər şeydən əvvəl firmanın real imkanları əsasında qarşıya qoyulan məqsədə nail olunmasının əsas yollarını müəyyənləşdirir.
Strateji planlaşdırmada firmanın missiyasının müəyyənləşdirilməsi mühüm rol oynayır. Missiya firmanın fəaliyyət göstərməsi naminə həm daxili, həm də xarici oriyentirlərini təcəssüm etdirən məqsədlər komplek­sidir. Firmanın missiyası – hər şeydən əvvəl bazarda firmanın davranış fəlsəfəsinin əsaslandırılmasıdır, onun imicidir, tərəfdaşlar qarşısında, habelə bütövlükdə cəmiyyət qarşısında iqtisadi və sosial məsuliyyətidir.
Firmanın real imkanlarının aşkara çıxarılması, strateji planlaşdırmanın konkret göstəricilərinin müəyyənləşdirilməsi, həmçinin əmtəənin həyat tsiklinin hər bir mərhələsində biznes strategiyasının əsaslandırılması üçün strateji təhlilin aparılması vacibdir. Strateji təhlili apararkən 1975-ci ildə A.Dj. Steyner tərəfindən təklif olunan “bazar-məhsul” modelindən istifadə edilməsi məqsədəuyğundur, hansı ki, məhsulun hazırlanmasının müxtəlif mərhələləri ilə əmtəə bazarının matrisini ifadə edir. Bu matris riskin sə­viyyəsini və “bazar-məhsul” göstəricilərinin müxtəlif əlaqələndirilməsi zamanı qazanılacaq uğurun müvafiq ehtimal dərəcəsini əks etdirir.
Matrisdə bazar payının və tələbin həcminin artması nisbəti təsir zonası üzrə dörd qrupa ayrılır. Əmtəə bazarında strateji təsir zonaları aşağıdakı kimi fərqləndirilir:
“Ulduz” - əmtəə və xidmətlərə tələbin və bazar payının böyük olma­sıdır. Bu zona firma yüksək nəticələrə və böyük həcmdə gəlirə malikdir, ancaq gəlirin xeyli hissəsi özünün lider vəziyyətini saxlamaq üçün nəzərdə tutulur.
“Sağlam inək” – yüksək bazar payına və lider mövqeyinə, habelə əmtəə və xidmətlərə tələbin artmasına baxmayaraq köhnə firmada istehsal qismən dondurulub və aşağı templə inkişaf etdirilir. Bazarda lider möv­qeyində və stabil vəziyyətdə olması ilə əlaqədar reklama və rəqabət mübarizəsinə sərf edilən maliyyə vəsaitləri itmir, belə ki, daha kiçik rəqiblər “sağlam inəyin” əmtəə yeməyini sıxışdırıb çıxara bilməz. Artıq maliyyə vəsaitləri əlverişli investisiyalaşdırmaya və digər zonaların maliyyə dəs­təyinə yönəldilir.
“Çətin uşaq” – bazar payı aşağıdır, amma firma əmtəəsinə və xid­mətlərinə tələb sürətlə artır. Qeyri-müəyyən vəziyyət yaranır: ya səyi və maliyyə xərclərini artırmaqla “ulduz” olmaq, ya da bazardan çıxıb getmək lazımdır. Bir qayda olaraq, firmanın xüsusi maliyyə vəsaitləri kifayət qədər deyil və ona görə də maliyyə dəstəyi və bazarda qalması üçün “sağlam inək” tərəfindən kömək göstərilməsi vacibdir.
“İt” - əmtəə və xidmətlərə tələbin artım tempi minimum və bazar payı aşağıdır. Bu firmanın maliyyə-təsərrüfat fəaliyyəti getdikcə pisləşir, mənfəət əldə etmir, amma özünün bazarda iştirakı üçün böyük xərc tələb olunur. “İtdən” vaxtında xilas olmaq, yaxud “ulduz” vəziyyətinə çatması üçün iri maliyyə vəsaiti qoymaq lazımdır.
İstehlak bazarında vasitəçi firmanın fəaliyyət zonasının həyat qabiliyyətinin tipik yolunu aşağıdakı kimi təsvir etmək olar.

“Çətin uşaq” “Ulduz” “Sağlam inək”
Ən yaxşı vəziyyət əsas ticarət-vasitəçilik fəaliyyəti “ulduz” zonasında yerləşdiyi vaxt yaranır. Bunun üçün “sağlam inəyin” maliyyə dəstəyi tələb olunur, çünki firma öz fəaliyyətini inkişaf etdirmək üçün maliyyə vəsait­lərinə ehtiyacı olacaqdır.
Firmadaxili planlaşdırmanın başlıca məqsədi minimum məcmu xərclə maksimum nəticənin alınması üçün firmanın maliyyə-təsərrüfat fəaliy­yətinin ən effektiv istiqamətlərini seçməkdən ibarətdir. Bu zaman biznesin daxili və xarici mühitinin konkret şəraiti və amilləri və firmanın dəqiq formalaşmış missiyası mütləq nəzərə alınmalıdır.
Yüklə 53,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin