FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə131/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   124   125   126   127   128   129   130   131   132
Fəlsəfə mühazirə

d)
İmkan və gerçəklik.
Dialektik fəlsəfə öyrədir ki, təbiət və cəmiyyət 
hadisələrinin çox müxtəlif qanunauyğun əlaqə formalarından biri imkanın 
gerçəkliyə çevrilməsidir. 
Bu və ya başqa hadisələrin, proseslərin meydana gəlməsi imkanı maddi 
aləmin obyektiv qanunlarının fəaliyyətindən irəli gəlir və müəyyən şəraitdə 
gerçəklik olur, yaxud gerçəkliyə çevrilir. Təsadüfi deyildir ki, çox vaxt gerçəkliyə 
imkanın həyata keçməsi deyirlər. Geniş mənada gerçəklik dedikdə obyektiv 
surətdə mövcud olan bütün dünya, obyektiv reallıq başa düşülür. İmkan 
hadisələrin qanunauyğun hərəkətinin müəyyən meylini ifadə edir. Lakin imkan 
təkcə zərurətlə deyil, təsadüflə də bağlı olur. Bu və ya başqa imkan nəinki bir sıra 
hadisələrin qanunauyğun, zəruri hərəkətindən, habelə təsadüfi məcmusundan 
ibarət olur. 
İmkan ilə gerçəklik inkişafın iki tərəfi kimi, inkişafın çıxış momenti və nəticəsi 
kimi bir birinə nisbi surətdə əksdir. İnkişaf isə hadisələr silsiləsi təşkil
etdiyinə görə 
bu silsilənin hər bir halqası birinə nisbətən çıxış momenti və digərinə nisbətən 
nəticədir: həm imkandır, həm də gerçəklik. İmkan və gerçəklik bir
-
birinə keçsələr 
də onları qəti fərqləndirmək lazımdır. 
İmkanlar müxtəlif olur. İki növ imkanı

abstrakt (formal) imkan
ilə 
real 
imkanı
bir- 
biri ilə qarışdırmaq olmaz. Müəyyən qanu
nauy
ğunluğun olması ancaq 


abstrakt, formal imkanı şərtləndirir ki, bu da həmin konkret tarixi şəraitdə hələ 
gerçəkliyə çevrilə bilməz, çünki onun gerçəkliyə çevrilməsi üçün ilkin şərait 
yoxdur, əməli fəaliyyətdə formal imkana arxalanmaq olmaz ki, guya hər şey 
mümkündür. 
Abstrakt imkan obyektiv qanunlara zidd deyil, müvafiq şərait 
yetişdikdə reallaşa bilər. Buna görə də abstrakt (formal) imkanı imkansızlıq da 
hesab etm
ək düzgün olmazdı. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin