FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə128/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   124   125   126   127   128   129   130   131   132
Fəlsəfə mühazirə

a) 
Səbəb və nəticə.
Səbəbiyyət və determinizmin eyniləşdirilməsinin tarixi 
kökləri də var və bu, həqiqətə yaxındır. Hər iki prinsip ayrılmazdır. Səbə
biy
yət 
(kauzallıq) –
hadisələrin ən ümumi qanunauyğun əlaqəsi for
ma
larından biridir. 
Bütün elmlər hadisələrin meydana gəlməsi, inkişafı və məhv olması səbəblərini 
aydınlaşdırmaq istəyir. Bilik hər şeydən əvvəl, səbəbləri bilmək deməkdir. İnsan 
səbəb və nəticə an
la
yış
lar
ını yaratmaqla vahid obyektiv bir prosesin bu və ya 
başqa cəhətlərini təcrid edir. “Ayrı
-
ayrı hadisələri başa düşmək üçün, biz onları ən 
ümumi əlaqə içərisindən qoparıb götürməli və ayrılıqda gözdən keçirməliyik, belə 
bir halda isə bir
-
birini əvəz edən
hərəkətlərin biri səbəb kimi, digəri isə fəaliyyət 
kimi qarşımıza çıxır” (F.Engels).


Səbəb və nəticə bir
-
biri ilə bağlı anlayışlardır. Başqa bir hadisəni doğuran 
hadisə ona nisbətən bir səbəb kimi çıxış edir. Səbəbin təsirinin axırı nəticədir. 
Səbəbiyyət hadisələr arasında elə bir əlaqədir ki, hər dəfə biri olduqda, digəri də 
onun ardınca gəlir məsələn, suyun qızdırılması onun buxara çevrilməsinin 
səbəbidir, zira hər dəfə su qızdırıldıqda buxar əmələ gəlməsi prosesi başlanır. 
Səbəbiyyət ən ümumi, universal əlaqədir.
Səbəbiyyət
münasibətlərinin birinci və əsas əlaməti iki hadisə arasında 
istehsal və yaxud yaranmanın mövcudluğudur. Səbəb yalnız zamanda nəticədən 
əvvəl deyildir o, həmçinin nəticəni doğurur. Ona görə də səbəb əlaqəsi 
substansional əlaqədir. Səbəbiyyət əlaqələrini
n substansional xarakteri nisbilik 
nəzəriyyəsində inandırıcı təsdiqini tapmışdır. Bu nəzəriyyədən məlum olur ki, 
yalnız elə hadisələr səbəb əlaqələri ola bilər ki, səs surəti ilə yayılan real fiziki 
siqnal-
proses və s. ilə əlaqədar olsun.
Genetik törəmənin münasibəti səbəbiyyət münasibətinin mövcudluğunun 
ikinci əlamətini göstərir. Burada səbəbiyyət münasibətləri bir istiqamətliliyi və 
yaxud zaman assimetriyası kimi səciyyələndirilir. Bu, onu ifadə edir ki, səbəblərin 
formalaşması həmişə nəticənin yaranmasına gətirib çıxarır. Əksinə isə heç vaxt 
olmur. Səbəbiyyət münasibətlərinin üçüncü məcburi əlaməti onun zəruri
liyi, 
birmənalılığıdır. Əgər səbəb ciddi müəyyənləşdirilmiş daxili və xarici şəraitdə 
yaranırsa, deməli həmin vaxt zəruri olaraq nəticə törənir. Bu isə məkan və 
zamanda səbəbiyyət münasibətinin lokallaşmasından asılı olmur. Səbəbiyyət 
qanununu formulə etsək deyə bilərik: bərabər səbəblər bərabər nəticələri 
doğurur.
Səbəb

nəticə münasibətlərinin dördüncü əlaməti onun məkan və zaman 
fasiləsizliyidir, yaxud qarışığıdır. Hər bir səbəb münasibəti diqqətlə nəzərdən 
keçirilsə, faktiki olaraq səbəblərlə əlaqələndirilmiş hadisələrin müəyyən zənciridir. 
Əgər inteqral səbəb və nəticə məkan fasilələri ilə seçilirsə, o zaman bu, səbəb 
zənciri məkanda sınıb tökülür. Əgər səbəb və nəticə məkanın bir nöqtəsində 
yanaşı mövcud olursa, onda onlar zaman intervalı ilə ayrılır və səbəb zənciri 
zamanda reallaşır.

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin