FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə130/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   124   125   126   127   128   129   130   131   132
Fəlsəfə mühazirə

 


c)
Azadlıq və zərurət, azadlıq və məsuliyyət
.
İnsanın iradə azadlığının 
sadələşdirilmiş materialist anlamı onu yalnız dərk edilmiş zərurətlə 
əlaqələndirdiyinə görə faktiki olaraq insanı bu azadlıqdan məhrum edir. Fransız 
filosofu P.Hol
bax qeyd edirdi ki, insan özünün bütün hərəkətlərində zərurətə tabe 
olur. Onun iradə azadlığı xülyadır. Buxnerə görə, azadlıq –
qol
u bağlı insanın 
azadlığıdır, quşun qəfəsdəki azadlığıdır.
Doğrudanda da hər şey zəruridisə, əgər təsadüf, imkan yoxdursa, əgər insan 
yalnız robot kimi hərəkət edirsə, o zaman azadlıq üçün yer qalmır. Əgər insan bu 
və ya digər zərurəti dərketsə də bu dərketmənin özü də vəziyyəti dəyişdirmir, 
cinayətkar həbsxanada qalmağının zərurətini «dərk etməklə» azad ola bilmir.
Lakin azadlığın başqa izahı da vardır. Həmin izaha görə, azadlıq necə 
istəyirsən elə hərəkət etmək imkanıdır. Azadlıq –
iradə azadlığıdır. İradə –
öz 
mahiyyətinə görə həmişə azad iradədir.
Bəzi filosoflar mütləq azadlıqdan danışırlar ki, bu da ağlabatan deyildir.
Bir fransız əfsanəsində qolunu yelləməklə təsadüfən yoldan ötənin burnunu 
sındıran insanın məhkəməsindən söhbət gedir. Gü
nahkara ona g
örə bəraət 
verirlər ki, heç kim ona öz qolunu yelləməyi qadağan edə bilməz. Lakin bu hadisə 
ilə əlaqədar məhkəmənin qərarında deyilirdi: müttəhim müqəssirdir, çünki bir 
adamın qolunu yelləməyin hüdudu digər adamın burnunun yaxınlığında qurtarır.
Göründüyü 
kimi, azadlıq həm hüdudsuz, həm də hüdudlu ola bilər. Azadlıq 
çox vaxt həyatın elementar normaları ilə münaqişəyə girir. Fransız əfsanəsi bir 
daha sübut edir ki, mütləq azadlıq yoxdur, azadlıq həmişə nisbidir.
Azadlıq özümüzü xəyalən təbiət qanunlarından asılı saymağımızdan ibarət 
deyil, ondan ibarətdir ki, həmin qanunlar dərk edilsin və bu bilik əsasında təbiət 
qanunları planauyğun bir surətdə müəyyən məqsədlər üçün fəaliyyət göstərməyə 
məcbur edilə bilsin. Bu, həm xarici təbiətin qanunlarına, həm də insanın özünün 
cismani və mənəvi varlığını idarə edən qanunlara aiddir, –
bunlar iki qisim 
qanunlardır ki, bunları biz bir –
birindən, uzaq başı, öz təsəvvürümüzdə ayıra 
bilərik, gerçəklikdə isə ayıra bilmərik. Deməli, iradə azadlığı işi bilmək əsasında bir 
qərara gəlmək qabiliyyətindən başqa bir şey deyildir. Beləliklə, insan müəyyən bir 
məsələ haqqında nə qədər azad mühakimə yeridir, bu mühakimənin məzmunu da 
o qədər böyük bir zərurətlə müəyyən olacaqdır, halbuki bilməməkdən irəli gələn 
və imkan daxilindəki
bir çox müxtəlif bir–
birinə zidd qərarlar arasında guya 
istədiyini seçib götürən inamsızlıq özünün azad olmadığını, məhz özünün tabe 


edəcəyi şeyə tabe olduğunu sübut edir. Deməli, azadlıq təbiət zərurətlərini dərk 
etmək əsasında özümüzə və xarici təbiətə
hakim olmaqdan ibarətdir, buna görə 
də azadlıq tarixi inkişafın zəruri məhsuludur (F.Engels).
Qeyd etmək lazımdır ki, iradə azadlığı problemi insanın öz əməlləri 
müqabilində əxlaqi və hüquqi məsuliyyəti problemi ilə sıx surətdə əlaqədardır. 
Əgər insan bu və ya digər hərəkətə güc ilə məcbur edilərsə, o zaman həmin 
hərəkətə görə o heç bir əxlaqi və hüquqi məsuliyyət daşımır. Bunu zorakılıq 
edənin ölümü və zədə alması faktı ilə də eyniləşdirmək olar.
İnsanın azad hərəkəti öz aləmində həmişə cəmiyyət qarşısınd
a cavabdeh 
olduğunu nəzərdə tutur.
Azadlıq və məsuliyyət bir bütöv, şüurlu insan fəaliyyətinin iki tərəfidir. Azadlıq 
məqsədəuyğun fəaliyyətin həyata keçməsi imkanıdır. Məsuliyyət obyektiv şəraitin 
diktə etdiyi hərəkətin dərk edilməsi deməkdir. Azadlıq məsuliyyət doğurur
məsuliyyət azadlığı istiqamətləndirir.

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin