FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


 Struktur əlaqələri ifadə edən kateqoriyalar



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə124/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   120   121   122   123   124   125   126   127   ...   132
Fəlsəfə mühazirə

8. Struktur əlaqələri ifadə edən kateqoriyalar
a) 
Məzmun və forma
 

struktur əlaqələrini ifadə edən kateqoriyalardan 
biridir. 
Bu 
və ya
digər cismi, hadisəni və prosesi təşkil edən bütün elementlərin, 
cəhətlərin, tərəflərin, qabiliyyət, əlaqə və münasibətlərin məcmusuna məzmun 
deyilir. Forma isə məzmunun qurulması qaydaları, məzmunun təşkili sistemi və 
strukturunun ifadəsidir, onun tərkib hissələri arasında əlaqə vasitəsidir; həmin 
cisim, hadisə və prosesi təşkil edən hissələrin məcmusudur; məzmunun ifadəsi 
və təzahürü vasitəsidir, onun mövcudluq üsuludur. 
Forma məzmunun z
ahiri 
ifadəsi deyil, ona daxilən xasdır. Buna görə də formanı “'zahirilik”, “görünüş” 
anlayışlarından fərqləndirmək lazımdır. Görünüş də məzmuna bağlıdır, lakin 
görünüş məzmuna daxilən xas deyil, forma isə məzmunun daxili strukturu, 
yerləşməsi qaydasıdır. Görünüşün dəyişməsi və hətta itirilməsi məzmunda o 
qədər də dəyişiklik əmələ gətirmir. Forma məzmunun strukturu, quruluşu
dur, 
həm də forma məzmuna nisbətən zahiri bir şey deyil, ona daxilən xasdır.
Məzmun və forma bir
-
birilə möhkəm qarşılıqlı əlaqə və 
qarşılıqlı təsirdədir

obyektiv 
vəhdət 
halındadır. Onlar bir
-
birindən aynlıqda mövcud ola bilməzlər. Hər 


bir məzmun ancaq özünə uyğun, əlverişli forma daxilində zənginləşə və inkişaf edə 
bilər.
Ümumiyyətlə, məzmun yoxdur, yalnız formalaşmış, yəni müəyyən forması 
olan məzmun vardır. Eyniylə xalis məzmunsuz forma yoxdur. Forma daim 
məzmunludur, o müəyyən məzmun olmasını nəzərdə tutur və bu məzmunun 
strukturunu, quruluşunu təşkil edir, məzmun formaya nisbətən fəallığı ilə seçilir. 
Məzmun özünə xas ziddiyyətlərin mövcudluğu ucbatından daim hərəkətdə, 
inkişafda olur. Məzmunun dəyişməsindən asılı olaraq, forma da dəyişir.
Məzmun formanı müəyyən edir. Lakin bu o demək deyildir ki, forma passivdir 
və məzmuna təsir etmir. O, məzmuna fəal təsir göstərir, məzmunun inkişafına 
kömək edir və ya əngəl törədir. Öz məzmununa uyğun gələn yeni forma 
məzmunun inkişafına, irəliləməsinə kömək edir. Öz məzmununa uyğun gəlməyən 
köhnə forma isə məzmunun inkişafına əngəl törədir.
Forma ilə məzmunun qarşılıqlı təsirini şərh edərkən, nəzərə almaq lazımdır ki, 
mövcud şəraitdən asılı olaraq eyni bir məzmun müxtəlif formalarda inkişaf edə 
bilər.
Formaların müxtəlifliyi məzmunu möhkəmləndirir, zəngin və çox cəhətli edir, 
ona ən müxtəlif şəraitdə inkişaf etmək imkanı verir. Lakin qeyd etmək lazımdır ki, 
məzmun ilə forma arasında müəyyən vaxtlarda kəsgin ziddiyyətlər də meydana 
çıxır. Məzmuna nisbətən forma daha çox sabitdir. Buna görə də forma məzmunun 
inkişafından daim geri qalır, köhnəlir və məzmunla ziddiyyətə girərək onun
la 
toqquşur. Yeni məzmun ilə köhnə forma arasındakı ziddiyyət çox vaxt köhnə 
formanın atılması və onun yeni formanı əvəz etməsi ilə başa çatır. Bunun 
sayəsində məzmunun gələcək inkişafı üçün perspektivlər açılır. Məzmunun 
müxtəlif tipləri mövcuddur: vacib və vacib olmayanlar, zəruri və təsadüfi olanlar, 
maddi və “ideal” olanlar və s. Onlara uyğun müvafiq forma tipləri də mövcuddur.

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin