F.Ə. Sadıxova


II Fəsil.   İnsan populyasiyasında və heyvanlar aləmində qrip



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix23.02.2017
ölçüsü240,85 Kb.
#9520
1   2   3   4   5   6   7   8   9   10

II Fəsil.   İnsan populyasiyasında və heyvanlar aləmində qrip 
infeksiyası üzə
rində epidnəzarətin materialları və metodları haqda 
ümumi məlumat. 
Bu  işdə  qrip  virusları  ekologiyasının  öyrənilməsinə  və  Azərbaycan 
zonasında  qrip  infeksiyasına  epidnəzarətə  dair  kompleks  tədqiqatların  nəticələri 
təqdim olunur. 
Tədqiqatın  obyekti:  Qrip,  paraqrip  və  başqa  respirator  virusların  insanın 
infeksion  patologiyasında  etioloji  əhəmiyyətinin  müəyyən  edilməsi  məqsədilə 

 
84
KRX, qrip, pnevmoniya və b. klinik diaqnozlu insan kontingenti müntəzəm surətdə 
müayinə olunmuşdur. 
Əhalinin  qrip  və  paraqrip  viruslarına  qarşı  immun  strukturunun  müəyyən 
edilməsi donorların qan zərdabının hər ay seroloji tədqiq edilməsilə aparılmışdır. 
Qrip  və  başqa  KRX  infeksiyalarına  epidnəzarət  Bakı  şəhəri  şəraitində 
aparılmışdır. 
Qrip  imfeksiyası  üzərində  müntəzəm  epidnəzarət  Azərbaycanın  müxtəlif 
zonalarında  ekoloji  tədqiqatlarla  uzlaşırdı.  Bu  isə  qrip  viruslarının  biosferdə 
sirkulyasiyasında  qarşılıqlı  əlaqəyə  və  A  qripi  virusları  ştammlarının  təbii 
rekombinantlarının  əmələ  gəlməsi  mümkünlüyünə    aid  məlumatların  alınmasını 
nəzərdə tuturdu. 
Ekoloji tədqiqatlar Qızılağac qoruğunda (subtropik zona), Bakı arxipelaqının 
Gil  adasında  gümüşü qağayıların yuvalarında, Bakı  şəhəri  və  şəhər  ətrafı  zonanın 
bir sıra quşçuluq fermalarında və heyvandarlıq təsərrüfatlarında aparılmışdı. 
Tədqiqatın  obyekti  biosenozun  müxtəlif  nümayəndələri  idi:  quşlar  –  vəhşi, 
köçəri, oturaq və ev; ev heyvanları və xarici mühitin obyektləri: su, torpaq, quano.   
Bakı  şəhəri  insan  populyasiyasında qrip  virusu  infeksiyasına  KRX operativ 
analizi,  KRX-nin  etiologiyasının  öyrənilməsini,  əhalinin  immun  strukturunun 
öyrənilməsini  özündə  cəmləşdirən  epidnəzarət  ÜST  tərəfindən  qriplə  mübarizə 
üçün qəbul və tövsiyyə edilmiş ümumi tədqiqat metodları ilə (HALR, МFА və qrip 
viruslarının  toyuq  embrionları  və  toxuma  kulturasını  yoluxdurmaqla  alınması) 
aparılmışdır.  Bu  zaman  “Qrip  və  KRX  üzrə  Ümumittifaq  mərkəzinin  dayaq 

 
85
bazalarının  işinə  müvəqqəti  metodik  göstərişlər”  rəhbər  tutulmuşdur.  Leninqrad, 
1979.  
İntensiv  göstəricinin  və  qrip  və  KRX  xəstələnmənin  artım  tempinin 
hesablanmasında  statistik  göstəricilərdən  istifadə  edilmişdir  (10000  əhalinin  ayrı-
ayrı  aylar  və  həftələr  üzrə xəstələnməsinin  hesablanması  ilə).  Bu  zaman  “Qrip  və 
KRX  üzrə  epidsituasiyanın  operativ  analizinə  metodiki  göstərişlər”,  Lenin.,  1975 
əsas götürülmüşdür. 
Tədqiqatda  Leninqrad  ET.  Vaksin  və  zərdablar  İnstitutunun  istehsalı  olan 
insan  qripi  virusunun  standart  antigenləri  və  özündə  hazırda  məlum  olan  bütün 
hemaqqlütinin  (H1-H10)  və  neyraminidazanı  (N1-N9)  cəmləndirən  qrip  virusu 
ştammlarına qarşı referens-zərdabların tam dəsti istifadə edilmişdir. 
Qrip və başqa respirator virus infeksiyalarının flüoressə edən antitel metodu 
ilə  (Kunsun  metodu)  ekspress  diaqnostikasında  flüoressə  edən  diaqnostik 
immunoqlobulinlərdən  istifadə  edilmişdir.  Bunlar  A(H3N2),  (H1N1),  B  qrip 
viruslarına,  1,  2,  3-cü  tipli  paraqripə,  RS-viruslara,  adenoviruslara  qarşı  flüoressə 
edən antizərdabların konyuqatlarıdır.  
Ekoloji  tədqiqatlarda  “Yuva  koloniyalarında  virusoloji  müayinə  üçün 
materialların  götürülməsi  metodları”  Москва,  1979-cu  il  vəsaitindən  və  “Qripin 
ekologiyasının  tədqiqi  üçün  çöl  materiallarının  yığılma  və  işlənməsi”  metodik 
tövsiyyələrindən  (Хabarobsk,  1975)  istifadə  edilmişdir.  Bunlar  ÜST-ün  qriplə 
mübarizə  proqramında  ümumi  qəbul  edilmiş  və  tövsiyyə  olunan  tədqiqat 
metodlarına  əsaslanır:  HATR,  МFА  və  toyuq  embrionlarının  yoluxdurulması  ilə 
qrip virusunun alınması. 

 
86
Heyvan qripi viruslarının antigenləri və onlara qarşı tip spesifikliyinə malik 
zərdablar  D.İ.  İvanovski  adına  Virusologiya  İnstitutunun  virusların  ekologiyası 
şöbəsindən alınırdı. 
 
 
 
Qrip  infeksiyası  və  digər  KRX  üzərində  1977-1984-cü  illərdə  aparılan 
epidnəzarət zamanı: 
1.
 
HATR-da  seroloji  yolla  KRX  xəstələnmiş  insanlardan  –  5328  cüt 
zərdabların sınağı; 
2.
 
HATR-da seroloji yolla donorlardan – 3717 zərdab sınağı; 
3.
 
Virusoloji  yolla  (toyuq  embrionlarının  yoluxdurulması).  KRX-xəstə 
insanların burun–udlaq yaxantısından 7000 sınaq tədqiq olunmuşdur. 
1977-1983-cü illərdə ekoloji tədqiqatlar zamanı: 
1.
 
581 vəhşi quş fərdinin zərdabı  
2.
 
Ev heyvanlarının zərdabı (inəklər, donuzlar, danalar, camışlar) – 564 
sınaq; 
3.
 
ev quşlarının (toyuqlar) zərdabı – 345 sınaq tədqiq olunmuşdur. 
 
 
Seroloji tədqiqatların metodları. 
Seroloji tədqiqatlar HATR və РПHА reaksiyalarında ÜST-ün tövsiyyə etdiyi 
metodlara əsasən aparılmşdır. 

 
87
Zərdablar  RDE  tətbiq  olunmaqla  56ºC  qızdırılırdı.  Qrip  viruslarının 
neyraminidazasının aktivliyi РПГА -da Aminoff D. metodu ilə təyin edilmişdir. 
Insanlarda  qripin  və  digər  KRX-in  ekspress-diaqnostikası  flüoressə  edən 
antitellər (МFА) (Kunsun birbaşa metodu) metodu ilə aparılmışdır. 
Ekoloji  tədqiqatlarda  qan  quşları  güllələdikdən  sonra  ürəklərindən,  quş 
balalarında  isə  -  pəncələrinə  Mojaysk  istehsalı  olan  “barmaq  deşmək  üçün 
skarifikator”  batırmaqla  alınmışdır. Sonra  filtr  kağızından  kəsilmiş kvadratlar  qan 
damlaları ilə isladılmışdır (bax 2.1.1.). 
 
Radial hemoliz və digər metodların təkmilləşdirilməsi. 
Yuxarıda qeyd edilən metodlarla yanaşı tədqiqatın gedişində radial hemoliz 
(RHM)  və  dolayı  hemaqqlütinasiya  (DHAR)  metodları  yenilik  elementləri  daxil 
edilməklə  işlənib  hazırlanmış  və  tətbiq  edilmişdir  (Metodik  tövsiyyələr 
F.Ə.Sadıxova “Səhra şəraitində qripin və paraqripin radial hemoliz metodu(RHM) 
və dolayı hemaqqlütinasiya reaksiyası(DHAR) ilə serodiaqnostikasına dair”, Bakı, 
1984 il.). 
       Radial hemoliz metodu ilə qrip və paraqripin serodiaqnostikası. 
Hazırda radial hemoliz metodu (RH) müxtəlif qrip viruslarına qarşı (Schild, 
Pereira  M.S.),   məxmərəyə qarşı  (Clarke  M.e.a.), parotitə qarşı (Waanen),  korona 
və  rotaviruslara  qarşı  (Clarke  M.)  antitellərin  üzə  çıxarılmasında  geniş  istifadə 
edilməyə başlamışdır. 
Metod  həssaslıqda  DHAR-dan  geri  qalmır,  sadədir,  virusların  yüksək 
dərəcədə  təmizlənmiş  və  qatılaşdırılmış  olmasını  tələb  etmir,  tədqiq  olunan 
zərdabların inaktivasiyasını istisna edir. 

 
88
Qeyd edilənləri və bu metodun B qripi virusuna tətbiqi haqda məlumatların 
azlığı  və  birmənalı  olmadığını,  həmin  metodla  insanlarda  paraqrip  infeksiyasının 
və  quşlarda  A  qripi  virusunun  diaqnostikasının  mümkünlüyü  haqda  məlumatların 
olmadığını nəzərə alaraq həmin infeksiyaların serodiaqnostikasında radial hemoliz 
reaksiyası  (RHR)  üçün  optimal  şəraitin  işlənib  hazırlanmasının  vacib  olduğu 
müəyyən edildi. 
Qeyd  olunanla  əlaqədar  olaraq  müvafiq  istiqamətdə  axtarış  aparılmış  və 
yuxarıda  qeyd  edilən  infeksiyaların  radial  hemoliz   reaksiyasının  qoyulması  üçün 
optimal şərait müəyyən edilmişdir. 
Bundan  başqa,  insanın  A  qripinin  serodiaqnostikasında  RHM-nun  tətbiq 
edilməsinin mümkünlüyü təsdiq edildi. 
Bu reaksiyanın tətbiqinin imkanları, xüsusən hazır antigenin laboratoriya və 
çöl  şəratində  uzun  müddət  saxlanmasını  təmin  etmək  məqsədilə  eritrositar 
diaqnostikumun  xromlaşdırılması  metodu işlənib  hazırlandı.  Bu  metod  A,  B qripi 
və insanın paraqripinin diaqnostikasında istifadə edilir. 
B  qripi  və  paraqripinin  serodiaqnostikası  üçün  RHR-nın  işlənilmiş 
modifikasiyası aşağıdakılardan ibarətdir: 
1.  Müxtəlif  mənbələrdən  alınmış  komponentlərin  müəyyən  birləşmişlərinin                
seçilməsindən: dəniz donuzunun zərdabı, at və öküz zərdabı. 
2.  Toyuq  eritrositləri  ilə  yanaşı  insanın  0-qrupu  eritrositlərinin  də  B  qripi 
virusları  üçün,  dəniz  donuzlarının  eritrositlərinin  paraqrip  virusları  üçün  istifadə 
edilməsindən. 

 
89
3.  Nativ eritrositlərlə yanaşı xromun hemoliz dozası seçilməklə xromlanmış 
eritrositlərdən istifadə edilməsindən. 
Xromlanmış eritrositlərdən istifadə edilərkən HALR və RHR reaksiyalarında 
titrlərin  analoji  uyğunluğu  müəyyən  edilmişdir  (Bu  uyğunluq  xromla 
stabilləşdirilməmiş antigendən istifadə etdikdə də təyin olunur). 
A  qripi  virusları  ştammları  arasında  mümkün  çarpaz  reaksiyaların  üzə 
çıxarılması  üzrə  təcrübələrdə  qeyd  edilmişdir  ki,  radial  hemoliz  reaksiyalarında 
çarpazlaşma 
yalnız 
superkapsid 
zülallarda 
(neyraminidazada 
və 
ya 
hemaqqlütinində) ümumi antigen determinantına malik olan ştammlarda müəyyən 
edilmişdir. 
Komplementin  yeni  mənbəyi  müəyyən  edilmişdir.  Bu,  toyuq  zərdablarının 
öyrənilməsində hemoliz effektini təmin edən normal at zərdabıdır (Şəkil 3). 
DHAR –dolayı (passiv) hemaqqlütinasiya reaksiyası- təbii biosenozlarda 
qripin serodiaqnostikasının ekspress metodu.
 
DHAR-nın  insan,  quş  və  heyvan  qripinin  seroloji  diaqnostikasında 
eritrositlərin  sensibilizasiyası  üçün  əsası  benzidindən  kimyəvi  “vasitəçi”  kimi 
istifadə etmək təklif olunur. 
Heyvan və insan mənşəli qrip antigenlərinə malik eritrositar diaqnostikumlar 
alınmış və istifadə edilmişdir. 
Göstərilən  modifikasiyalı  DHAR  qanın  filtr  kağızına  damızdırılması  və 
sonra elüatın qripin diaqnostikasında tədqiq edilməsində tətbiq edilmişdir. 
 
            Qan nümunələrinin kağız test-obyektlərə götürülməsi.  

 
90
Qan  nümunələrinin  filtr  kağızına  sadələşdirilmiş  yolla  götürülməsinin 
tətbiqinin  mümkünlüyünü  öyrənmək  üçün  belə  bir  eksperiment  aparılmışdır: 
zərdab sorulduqdan sonra 2x2 sm ölçüdə filtr kağızları kvadratlarını qan laxtasında 
isladırlar.  Test-kağızın  hər  nümunəsini  sentrifuqa  sınaq  şüşəsinə  qoyub  üzərinə   
0,5 ml fizioloji məhlul əlavə edib, çalxalayırlar, elüatı sorub DHAR-da titrləyirlər. 
Kağız  test-obyektlərdən  alınmış  qan  elüatını  DHAR  və  HALR-da  paralel 
tədqiq  etdikdə  qan  laxtasında  antitellərin  qalıq  miqdarını  DHAR  metodu  ilə 
müəyyən etmək imkanı üzə çıxır. 
HALR-da həmin nümunələrin tədqiqinin nəticələri mənfi idi. 
          DHAR-da  bu  zərdabların  tədqiqinin  müsbət  nəticələrində  yenə  bu  metodla 
müvafiq  antigenlərə  qarşı  antitelləri  həmin  nümunələrin  kağız  test-obyektlərində 
antitelin zərdabdakı titrinin yüksəkliyindən asılı olmadan elüatda da üzə çıxarmağa 
nail olmuşlar. 
Qan  laxtasında DHAR metodu  ilə  üzə  çıxmış antitellərin  titrinin  yüksəkliyi 
HALR-da  həmin  nümunələrin  zərdabındakı  antitellərin  titrinin  yüksəkliyi  ilə 
uyğun gəlir. 
Nümunələrin 
götürülməsini 
və 
nəqliyyatını 
əhəmiyyətli 
dərəcədə 
sadələşdirən bu metodun tətbiq edilməsinin məqsədəuyğunluğu göstərilmişdir. 
Hazır  eritrositar  diaqnostikum  olduqda  DHAR  metodundan  istifadə  etmək 
çətin  deyil.  Bu  isə  çöl  şəraitində  epidemioloji  müayinələrin  aparılmasında    
DHAR-nın tətbiq edilməsinin mümükünlüyünü göstərir. 
 
 
Qrip  viruslarının ayrılması və identifikasiyası.   

 
91
Seroloji axtarışla yanaşı insan, heyvan, o cümlədən quş qripi viruslarını 9-11 
günlük toyuq embrionlarını 3-4 dəfə yoluxdurmaqla almaq istiqamətində paralel iş 
aparılmışdır. 
Virusları  insandan  almaq  üçün  burun-udlaq  yaxantısından  və  qan 
laxtasından,  quşlardan  almaq  üçün  –traxeya    və  kloaka  yaxmalarından;  daxili 
orqanlardan:  ağ  ciyərlərdən,  bronxlardan,  qara  ciyərdən,  dalaqdan  və  qan 
laxtasından istifadə edilirdi. 
Virusları  ayırmaq  üçün  insandan  material    xəstəliyin  ilk  2-4  günündə 
götürülürdü. Boğaz yaxması 199 mühitində nəql edilirdi. 
Öldürülmüş  heyvanların  və  quşların  orqanları  qliserinin  50%-li  məhlulu  ilə 
fosfatlı  bufer  məhluluna  qoyulurdu:  kloaka  və  traxeya  yaxmaları  antibiotik  əlavə 
edilmiş  199  mühitinə  yerləşdirilirdi.  Materiallar  yoluxdurmaya  qədər  -70ºC 
saxlanırdı. 
Virusları  torpaqdan  ayırmaq  üçün  əvvəl  onlar  ət-pepton  bulyonu  istifadə 
edilməklə  qatılaşdırılırdı.  Virusların  sudan  ayrılması  AB-16  AH-2Ф  anionitində 
aparılırdı (Baqdasaryan Q.А., Lovseviç Y.А., 1972). 
Alınmış  ştammların identifikasiyası HALR reaksiyası üzrə insan  və heyvan 
qripi viruslarına qarşı antizərdab dəstindən istifadə etməklə Q.M.Musabəyov adına 
ET  Virusologiya,  Mikrobiologiya  və  Gigiyena  institutunun  respirator  viruslar 
laboratoriyasında  və  D.İ.İvanovski  adına  Virusologiya  institutunun  Ekologiya 
şöbəsində  L.Y.Zakstelskaya,  S.S.Yamnikova,  M.İ.  Yaxno,  V.A.İsaçenkonun 
rəhbərliyi və iştirakı ilə aparılırdı. 

 
92
2.3 İnsan və
 quş qripi viruslarının antigen və bioloji xüsusiyyətlərinin 
öyrənilməsi metodları. 
Qrip  viruslarının  neyraminidazasının  aktivliyini  DHAR  reaksiyasında 
Aminoff D.(1961) metodu ilə təyin edilirdi. 
Heyvan  qripi  viruslarını  insandan  izolə  edərkən  polipeptid  tərkibin 
müqayisəli  analizi,  hemaqqlütininin  ağır  (HA1)  və  yüngül  (HA2)  zəncirlərinin 
oliqopeptid  xəritələri,  öyrənilən  ştammların  RNT-si  fraqmentlərinin  miqrasiya 
xüsusiyyətlərinin poliakrilamid gelində öyrənilməsindən istifadə edilmişdir. 
Zülalların  poliakrilamid  gelində  (ZPAG)  elektroforezi  10%  ZPAG-də 
trisqlisin sistemindən istifadə etməklə aparılırdı (Laemmli U.K., 1970, Maizel.İ.V. 
1971). 
Nişanlanmış  virion  zülallarının  oliqopeptid  xəritələnməsi  Elder  İ.H.,  1977 
metodu üzrə (Hay A.X. və b, 1977 modifikasiyası ilə) aparılırdı. 
RNT-nin  yodlaşdırılması və  sonrakıanalizi  7M  sidik  cövhərli 3% ZPAG-də 
Bean W.J., 1980 metodu ili aparılırdı. 
RNT-nin  analizi  (Hay  və  b.,  1977)  RNT-RNT-hibridizasiya  metodu  ilə 
aparılırdı. 
Viruslar: 
Təcrübədə 
A/Баку/799/82, 
Ф/Кит/Т.о./19/76,A/PR/8/34  
ştammlarından istifadə olunmuşdur. 
Reaktivlər: Akrilamid, metilenbisakrilamid (“Serva” firması, AFR) və “Bio-
Rad” (ABŞ), sidik cövhəri “Bio-Rad” firması (ABŞ). 

 
93
Yuxarıda  qeyd  edilən  tədqiqatlar  D.İ.İvanovski  adına  Virusologiya 
institutunun  virusların  ekologiyası  şöbəsində  E.A.Vladimirtseva  tərəfindən 
aparılmışdır. 
Alınmış  ştammların  öyrənilməsində  Q.A.Safonov  və  L.İ.Volodinanın 
metodu 
tətbiq 
edilmişdir. 
(“Способ 
дифференциальной 
диагностики 
ортомиксовирусных  и  парамиксовирусных  возбудителей  болезней  птиц” 
Müəlliflik şəhadətnaməsi №539073). 
Xəstə  uşaqdan  alınmış  A/H1N3/  qripi  virusunun  rekombinant  ştammının 
patogen potensiyasını aydınlaşdırmaq məqsədilə onun toxuma kulturasına FL, RD, 
6619 hüceyrə üzərində rekombinanat ştammının-A/Bakı/7981/82 sitopatogen təsiri 
Şubladze A.K., Qaydamoviç S.Y. (1954) və siçanların ağ ciyərləri, böyrəkləri, ev 
dovşanlarının  və  dəniz  donuzlarının  ağ  ciyərləri  və  Carrasius  auratus  tipli 
balıqların  qəlsəmələrində  patomorfoloji  dəyişikliklər  ümumi  qəbul  edilmiş  
tədqiqat metodları ilə öyrənilmişdir. 
Virusun  toxuma  kulturasında  kultivasiyası  zamanı  1  ml  199  qidalı  mühitdə 
500000  hüceyrədən  ibarət  hüceyrə  monoqatına  0,1  ml  özündə  virus  saxlayan 
allontois  mayesi  əlavə  edilirdi.  Bir  saatlıq  kontaktdan  sonra  yoluxmuş  hüceyrələr 
Henks  məhlulunda  yuyulurdu,  199  qidalı  mühiti  əlavə  edilirdi.  Sonra  yoluxmuş 
hüceyrələr  37ºC-də  inkubasiya  edirdilər.  Sitopatogen  effekt  (SPE)  7  gün  ərzində 
hüceyrələrin  tam  degenerasiya  etməsi  ilə  müşahidə  edilirdi  (hüceyrə  kontrolu 
nəzərə alınmaqla). 

 
94
10-12q  siçanların  patomorfoloji  tədqiqatlarda  intranazal  yolla  hər  burun 
dəliyinə  0,1  ml  allantois  mayesi  damızdırılırdı.  Bu  maye  özündə  1:32  titrində 
A/Баку/799/82/H1N3/ qripi virusunu saxlayırdı. 
Rauş-narkoz  siçanları  fırlatmaqla əvəz olunurdu. Yoluxmadan 7  gün  sonra- 
yarılma. 
1,5-2  kq  çəkiyə  malik  ev  dovşanlarını  intranazal  yolla  hər  burun  dəliyinə     
0,2  ml  özündə  virus  saxlayan  allantois  mayesi  damızdırmaqla  yoluxdururdular 
(virusun titri 1:32). Yoluxmadan 7 gün sonra – yarılma. 
Dəniz donuzlarını yoluxdurmaq üçün inranazal yolla özündə virus  saxlayan 
(titr  1:32)  allantois  mayesini  hər  burun  dəliyinə  0,1  ml  damızdırırdılar. 
Yoluxmadan 7 gün sonra – yarılma. 
Carrasis auratus  tipli  akvarium  balıqlarını  per os  yolla  0,2  ml  özündə  virus 
saxlayan (titr 1:32) allantois mayesi ilə yoluxdururdular. 
Yoluxmadan 6 gün sonra – yarılma. 
Bütün  təcrübə  heyvanlarının  dəyişilmiş  orqanlarından  histoloji  tədqiqatlar 
üçün material götürülmüşdü. Kəsiklər hemamatoksilin- eozinlə rəngləyirdilər. 
Patomorfoloji  tədqiqatlar  virusoloji  və  patohistoloji  tədqiqatların  ümumi 
qəbul  edilmiş  metodları  ilə  Q.M.Musabəyov  adına  ET  VM  və  G  institutunun 
respirator  viruslar  və  patomorfologiya  laboratoriyaları  (t.e.d.  F.Ə.  Sadıxova  və 
S.Şaxmirova)  bazasında  və  nəticələrin  interpretasiyası  N.Nərimanov  adına 
Azərbaycan  Dövlət  Tibb  İnstitutunun  patanatomiya  kafedrasında  (t.e.n.  dosent 
Ş.S.Sultanova) aparılmışdır. 

 
95
A/Баку/900/79/H10N7/  qripi  virusu  ştammlarının  elektron  –  mikroskopik 
tədqiqi  D.İ.İvanovski  adına  Virusologiya  institutunun  elektron  mikroskopiya 
laboratoriyasında prof. Klimenko S.M. tərəfindən aparılmışdır. 
 
                   2.4.    Nəticələrin statistik işlənməsi. 
Müxtəlif  populyasiyalarda  qrip  viruslarının  müxtəlif  antigenlərinə  qarşı 
antitellərin  üzə  çıxarılması  üzrə  tədqiqatların  nəticələrinin  statistik  işlənməsi 
D.Sepetliyevin (1968) təsvir etdiyi Fisher metodu üzrə aparılmışdır. 
Antitellərin tapılmasının baş orta tezliyin qiymətləndirilməsi, müqayisəsi və 
nəticələrin interpretasiyası üçün bu orta rəqəmlərin etibarlı intervalının (Dİ 0,05%) 
sərhədləri təyin edilirdi. 
Alınan  nəticələrin  interpretasiyası  etibarlı  intervalın  həddinin  müqayisəli 
analizi ilə aparılırdı. Məsələn: 
1.
 
Başlanğıc məlumatlar. 
n- müşahidələrin sayı (=60%) 
m- müsbət tapıntıların sayı (=40%) 
Buradan nisbi pay p=m/n=0,7 (və ya 70%)   
Cədvəl  üzrə  “φ=2  arcsin  Vp”  φ  qiymətini  tapırıq  φ=1,982  (φ-Fisher  in 
düzəlmiş).    
                                                      t 
Sonra  Δ φ φ təyin edirik. Δ φ= ––––  
                                                    Vn        
Styudent  əmsalı  (t)  α=0,05  Δ=n-1  olduqda  Styudent  cədvəli  üzrə  təyin 
edilirdi.     
                      2,009 
Buradan  Δ = –––– = 0,2594  
                        V60    
φ üçün DN təyin edirik . 

 
96
φ DN: φp- Δφ÷ φp+ Δφ 
1,982-0,259+1,982+0,259 
1,723+2,241 
(φnq) (φvq) 
Sonra  Fisher  cədvəli  üzrə  etibarlı  interval  pay  üçün  φ-dan  p-yə  keçməklə 
təyin olunur, yəni: 
DN 0,05 : 57,6+ 81,1  
Axtarılanın  üzə  çıxarılması  tezliyinin  baş  qiyməti  95%  ehtimalla  bu 
intervaldadır. 
Baş  orta  qiymətlərin  fərqini  təyin  etmək  üçün  yenə    φ-  düzəlişdən  istifadə 
edilir. Hər pay üçün (p) cədvəl üzrə φ müvafiq tapılır. 
Sonra düstur üzrə t-nin hesablanması aparılır. 
      (φ1-φ2)  
t=   –––––– 
                 1       1 
           √   ––  + –– 
                n1     n2 
 
 
Sonra  t  kriterinin  hesab  qiyməti  cədvəl  qiyməti  ilə  (seçilmiş  səviyyədə)  və 
sərbəstlik səviyyələrinin rəqəmləri ilə müqayisə edilir: 
         Δ= n1+n2 – 2  
Əgər  hesablanmış  t  cədvəldəkindən  böyükdürsə,  bu,  onu  göstərir  ki,  P1  və    P2 
payları səhvin səviyyəsi α- 0,05-dən az ehtimalı ilə bir-birindən fərqlənirlər. 
 
                                               III Fəsil 

 
97
1977-1984 illər dövründə Bakı ş. qrip və başqa kəskin respirator                         
xəstəliklər (KRX) üzrə epidemik situasiyanın xarakteristikası. 
 
3.1. KRX, o cümlədən qriplə xəstələnmənin analizi. Sirkulə edən virusların 
spektri. 
1977-1984-cü  illər  ərzində  qripin  insan  populyasiyasında  epidsituasiyasının 
öyrənilməsi  A  qripi  virusunun  müxtəlif  antigen  formuluna  malik  ştammlarının 
(H1N1  və  H2N2)  və  B  qripi  viruslarının  eyni  vaxtda  sirkulyasiyasını  müəyyən 
etdi.  
Bu  zaman  bu  və  ya  digər  dövrdə  bir  və  ya  başqa  yarımtip  üstünlük  təşkil 
edirdi. 
Yuxarıda  göstərilən  dövr  ərzində  Bakıda  qrip  və  KRX  xəstələnmənin  9 
epidemik yüksəlişi qeyd olunmuşdur. 
Bunlar A qripi virusları ilə (onlardan 5-i A/H3N2 ilə, 1-i A/H1N1/ və 3-ü B 
qripi virusları ilə) əlaqədardır. 
Göstərilən müddət ərzində A/H3N2/ qrip virusunun A/ГК/68,         A/Порт- 
Чaлмерс/73,  A/Виктория/3/75  (1976-1977-ci  illər),  A/Texac/1/77  (1979-1980-cı 
illər)  etalonları  ilə  identik  və  ya  yaxın  qohum  olan  4  müxtəlif  variantı,  A/H1N1/ 
virusunun  –  A/Хабаровск/77,  A/СССР/090/77,  A/Бразилия/11/78  3  variantı,  B 
qripi  virusunun:  B/Ленинград/369/75,  B/  Япония/73,  B/400/73,  B/CССР/69  4 
variantı sirkulə edirdi. 
Bütünlüklə,  qeyd  etmək  lazımdır  ki,  KRX  və  qriplə  xəstələnmənin 
dinamikası  və  etioloji  strukturu  Bakı  şəhəri  şəraitində  keçmiş  ittifaqın  başqa 

 
98
rayonları  ilə  analoji  xarakter  daşıyırdı  (“Обзоры  регионального  Центра  по 
гриппу”). 
HALR  və  МFА  ilə  üzə  çıxan  qarışıq  infeksiyanın  əhəmiyyətli  faizi                
(1,4-3,9%) xarakterikdir. 
Azərbaycan  şəraitində  A  qripinin  epidemik  prosesinin  xüsusiyyəti  ondan 
ibarət idi ki, A, B qripi viruslarının insan populyasiyası üçün tipik olan ştammları 
ilə  yanaşı,  müşahidə  dövründə  insanlardan  A/цыпленок/Германия/N49/H10N7/ 
və A/H1N3/ qripi virusunun rekombinant ştammı alınmışdır.  
Onlardan  birincisi  (H10N7  antigen  formulu)  əvvəllər  quşlardan  izolə 
edilmişdir. 

birinin 
isə(H1N3)hemaqqlütinini 
insan 
qripi 
virusuna, 
neyraminidazası  quş  qripi  virusuna  xasdır.  Əvvəllər  ancaq  balinalarda  tapılmışdı 
və heyvandan alınmış A qripi viruslarının təbii rekombinantıdır (bax 3.3 və 3.3.1). 
İnsan  populyasiyasında  epidnəzarətin  həyata  keçirilməsi  qripin  etioloji 
strukturunun  təyini  ilə  yanaşı  insan  qripi  virusları  populyasiyasının  genetik 
strukturunun  dəyişmə  istiqamətini  təyin  etmək  üçün  istifadə  edilən  əhalinin 
immunitetinin vəziyyətinin də müntəzəm təyini vacibdir. 
 
3.2. Tədqiqat dövründə qrip  viruslarına qarşı populyasiya immuniteti.    
Populyasiya  immunitetinin  öyrənilməsi  zamanı  hər  ay  HALR–da  donor 
qanının zərdabları tədqiq olunurdu. 
A/H1N1/,  /H3N2/  və  B  qripi  viruslarının  laborator  yolla  təsdiqi  hallarının 
tezliyinin  qeyd  olunan  ştammlara  qarşı  immunitetin  vəziyyəti  ilə  müqayisəsi  bir 
sıra hallarda onlar arasında müəyyən məlum qanunauyğunluqları üzə çıxardı, yəni 

 
99
bir  tərəfdən  bir  sıra  dövrlərdə  immunitetin  yüksəlməsi  ilə  xəstəliyin  səviyyəsinin 
aşağı  düşməsini  və  əksinə  müşahidə  edirik.  Məsələn,  A/H3N2/  qripi  viruslarına 
qarşı  seroloji  immunitetin  yüksək  səviyyəsi  1978-ci  ilin  iyununda  xəstələnmənin 
aşağı  səviyyəsi  ilə  uzlaşırdı.  1978-ci  ilin  fevral,  mart  aylarında  xəstələnmənin 
yüksək  səviyyəsi  A/H3N2/  qripi  viruslarının  sirkulyasiyasının  başlanğıcı  və 
xəstələnmənin yüksəlişi immunitetin səviyyəsinin qalxması ilə uzlaşırdı. Bunlar B 
qripinə də aiddir. 
B  qripi  viruslarına  qarşı  immunitetin  epidemiya  qabağı  vəziyyətinin 
müqayisəsi  xəstələnmənin  səviyyəsinin  qanunauyğun  surətdə  qalxması  ilə 
immunitetin səviyyəsinin azalmasını üzə çıxardı. 
Beləliklə,  1976-cı  ilin  dekabrında  B  qripinin  yüksəlişi  1976-cı  ilin 
noyabrının  sonunda  B  qripi  viruslarına  qarşı  seroloji  immunitetinin  səviyyəsinin 
aşağı düşməsi ilə uzlaşırdı, digər tərəfdən–xəstələnmənin səviyyəsinin qalxmasına 
səbəb olurdu. 1978-ci ilin may, iyun aylarında B qripi virusuna qarşı  immunitetin 
yüksək səviyyəsi həmin dövrdə xəstələnmənin aşağı səviyyəsi ilə uzlaşırdı.      
Ancaq qripin laborator yolla təsdiq olunmuş hallarının immunitetin vəziyyəti 
ilə  müqayisə  edilməsi  çox  hallarda  xəstəliyə  qarşı  kollektiv  immunitetin 
göstəriciləri  arasında  korreksiyanı  müəyyənləşdirmirdi.  Məsələn,  1978-ci  ilin 
sentyabrından 1978-ci ilin dekabrına qədər A/H3N2 qripi virusu ilə xəstələnmənin 
demək  olar  ki,  eyni  səviyyəsi  və  ya  1983-cü  ilin  fevralından  aprelinə  qədər  və 
1984-cü  ilin  yanvarından  aprelinə  qədər  A/H3N2  qripi  ilə  xəstələnmənin  aşağı 
səviyyəsi  yuxarıda  qeyd  olunan  qanunauyğunluğu  əks  etdirməyən  seroloji 
immunitetin əhəmiyyətli  dəyişiklikləri  ilə  müqayisə  edilirdi.  A/H1N1 qripi  virusu 

 
100
ilə  xəstələnmənin  1980-cı  ilin  yanvarından iyununa  qədər  aşağı  səviyyəsi  seroloji 
immunitetin  dəyişiklikləri  ilə  uzlaşırdı,  bu  isə  ola  bilər  ki,  yeni  dreyf-variantların 
formalaşması və sirkulyasiyasının başlanğıcı ilə izah edilir. 
Bu dreyf-variantlar KRX-li xəstələrin diaqnostikasında qrip viruslarının artıq 
qeyri-epidemik  ştammlarında  HATR-da  kommersiya  antigenləri  ilə  üzə  çıxmır. 
Yəni  immunitetin  yüksək  səviyyəsi  göstərilən  zaman  kəsiyində  xarakterikdir  və 
əvvəllər  sirkulə  etmiş  ştamma  aiddir,  epidemiyanın  əvvəlində,  xəstələnmə  isə, 
qeyd  edilən  dövrdə  dreyf-variantlar  vasitəsilə  baş  verir.  Donorların  materialında 
HATR  ilə  təyin  edilən  immunitetin  yüksək  səviyyəsi  dreyf-variantların 
sirkulyasiyasını əks etdirmir. 
Yuxarıda  qeyd  olunanlara  tədqiqat  zonasında  epidemik  cəhətdən  qeyri-
aktual  olan  A/Нью  Джерси/76  və  А/Шклявер/48  qripi  virusları  ştammlarının 
mikrosirkulyasiya  faktını  əlavə  etmək  lazımdır.  Bu  ştammlara  qarşı,  məsələn, 
1984-cü  ilin  aprel  və  may  aylarında  immunitetin  aşağı  səviyyəsi  infeksiyanın 
səviyyəsinin yüksəlməsinə gətirib çıxarmırdı.     
А/Нью-Джерси/76  ştammının  0,8%-dən  3,8%-ə  qədər  və  A/Шклявер/48 
ştammının  1983-cü  ilin  yanvarında  3,2%-dən  1984-cü  ilin  noyabrında  3,0%-ə 
qədər çox da böyük olmayan sirkulyasiya səviyyəsini qeyd etmək lazımdır. 
KRX-li  35  yaşa  qədər  xəstələrdən  6  halda  (2,2%)  А/Нью-Джерси/76  və 
A/Шклявер/48  ştammlarına  qarşı  270  müayinə  edilmiş  insanlarda  20  halda  isə 
(7,4%)    A/Шклявер/48  və ya    А/Нью-Джерси/76 qripi virusu  A/H3N2/, /H1N1/ 
və B və ya  paraqrip virusları ilə uzlaşan qarışıq infeksiyaya qarşı antitellərin 4 qat 
artması HATR-da qeydə alınmışdır. 

 
101
 
Antigen  cəhətdən  müxtəlif  olan  qrip  viruslarının  xüsusən  1980,  1984-cü 
illərdə  daha  nəzərəçarpan  dərəcədə  (1,4%-3,9%)  kosirkulyasiyasını  qeyd  etmək 
lazımdır. 
Populyasiyanın  antigen  cəhətdən  müxtəlif  üzvlərinin  əyani  surətdə 
kosirkulyasiyasının başlanmasını biz 1978-ci ildə müşahidə etmişik. 
  
1978-ci  il  üçün  qrip  viruslarının  3  variantı:  B/Япония/2/3/73,  В/400/73, 
В/СССР/69  ilə  yanaşı  /H2N2/  antigen  formullu  eyni  zamanda  sirkulyasiya  edən 
A/Порт-Чалмерс/73, А/Виктория/3/75, А/Гонконг/68 qripi virusları ştammlarına 
qarşı  seroloji  immunitet  səviyyəsinə  malik  olan  A  qripi  viruslarının  xarakterik 
sirkulyasiyası xarakterikdir. 
 
Bu  fonda  1978-ci  ilin  mart,  aprel, may  aylarında  A/H1N1/  qripi  viruslarına 
qarşı A/CCCP/090/77 /H1N1/ qripi viruslarının intensiv sirkulyasiyası ilə əlaqədar 
olaraq immunitetin əhəmiyyətli dərəcədə yüksəlməsi qeyd olunmuşdur. 
 
Beləliklə,  1978-ci ilin 2-ci  rübündə  əhalinin  immunitetinin  vəziyyəti KRX-
diaqnostikası  ilə  müəyyən  edilməsi  mart  yüksəlməsinin  A/H1N1/  /H3N2/  və 
qismən B qripi virusları ilə şərtlənməsi faktının həqiqi təsdiqi idi. 
 
 
 
Beləliklə, alınan nəticələrdən göründüyü kimi seroloji immunitetin səviyyəsi 
heç  də  həmişə  qripin  laborator  təsdiqi  halları  ilə  korrelyasiya  etmirdi. 
 
Tədqiqat  dövründə  müxtəlif  A,  B  virusları  tiplərinin  (əhali  onlara  qarşı 
müəyyən səviyyədə seroloji immunitetə malik idi) kosirkulyasiyası baş verdi. 
İnsan  populyasiyasında    А/Нью-Джерси/76    və  A/Шклявер/48  qripi 
viruslarının  epidemik  cəhətdən  qeyri-aktual  ştammlarının  mikrosirkulyasiya  faktı 
qeyd edilmişdir. 

 
102
 
 
 
 
3.3. İnsan populyasiyasında qeyri
-standart qrip  viruslarının meydana                  
çıxması
. 
3.3.1. İnsanlardan atipik ştammların izolyasiyası və autentikliyin və 
ştammların xüsusiyyətlərinin tədqiqi. 
1979-cu  ilin  iyununda  Bakıdakı  179  saylı  uşaq  bağçasında  kəskin  titrətmə 
xəstəliklərinin alovlanması müşahidə edilirdi. Bu xəstəliklər klinik cəhətdən qripə 
bənzəyirdi və qusma ilə müşaiyət olunurdu. 
3  uşağın  burun-udlaq  yaxantısından  9  günlük  toyuq  embrionlarının 
yoluxdurulması  yolu  ilə  hemaqqlütinə  edən antigenlər izolə edilmişdir.  Ancaq bir 
ştammı  -  A/Бaky/900/79  toyuq  embrionlarında  möhkəmləndirmək  mümkün 
olmuşdur. 
D.İ.İvanovski 
adına 
Virusologiya 
institutunun 
respirator 
viruslar 
laboratoriyası 
ilə 
birgə 
aparılan 
ştammın 
tipləşdirilməsi 
onu 
A/Цыпленок/Германия/“N”/49/H10N7/  qripi  virusu  kimi  identifikasiya  etməyə 
imkan verir (1980-cı ilin I rübünün icmalı, Moskva ş. ). 
Ştammın  öyrənilməsində  Q.A.Safonov  və  L.İ.  Volodinanın  metodu  tətbiq 
edilmişdir.  (“Способ  дифференциальной  диагностики  ортомиксовирусных  и 
парамиксовирусных возбудителей болезней птиц” (авт.свид.N539073) ). 
Bu ştammın tədqiqi onu qrip virusu hesab etməyə əsas verir, çünki:  

 
103
1.
 
Ştamm  toyuq  embrionlarının  allantois  boşluğunda  10-7,5  titrinə 
qədər  EİD
₅₀͵₀̦₂  (embrional  infeksion  doza)  və  hemaqqlütininləri 
1:512- 1:1024 titrinə qədər toplanırdı. 
2.
 
Virusun  hemaqqlütinini  qızdırılmaya  qarşı  davamlıdır,  nitrit 
turşusunun təsirindən parçalanmır. 
3.
 
Neqativ  kontrast  metodu  ilə  elektron  mikroskopik  tədqiqatlarda 
virionların morfologiyası A qripi virusları üçün tipikdir (tədqiqatlar 
elektron  mikroskopiya  laboratoriyasında  prof.  Klimenko  S.M. 
tərəfindən aparılmışdır).(Şək. 4). 
Ştammın  hemaqqlütinini  A  qripi  viruslarına  o  cümlədən  A/H0N1/, 
A/H1N1/, A/H2N2/, və B qripi viruslarına qarşı diaqnostik antizərdabların heç biri 
ilə tormozlanmırdı. 
Paramiksovirusların  (Senday,  parotit)  antizərdabı  ilə  HALR-da  antigen 
qohumluğunun  tədqiqi  həmçinin  müsbət  nəticələr  verməmişdir.  İzolyat 
hemolizindən məhrum idi və dəniz donuzunun eritrositlərini hemolizə uğratmırdı. 
Bu  agentin  məməlilərin  və  quşların  viruslarının  etalonlarına,  eləcə  də  
Баку/900/79  izolyatına  qarşı  diaqnostik  antizərdablarla  HATR-da  çarpaz  tədqiqi 
zamanı  müəyyən  edilmişdir  ki,  izolyata  yalnız  А/цыпленок/”N”/49  ştammına 
qarşı antizərdab (o da 1:4-1:8-ə qədər hemoloji titrdə) inhibitor kimi təsir göstərir. 
Eyni  zamanda  siçovulların,    Баку/900/79  izolyatı  ilə  immunlaşdırılmış  zərdabı     
A/ цыпленок/”N”/49 virusunu 1:2 hemoloji titrinə qədər neytrallaşdırır.(Cədvəl). 

 
104
Bütün  qeyd  olunanlar  onu  göstərir  ki,  uşaqdan  izolə  edilmiş 
hemaqqlütinasiya  agenti  quş  qripi  virusları  ilə  antigen  cəhətdən  qohum  olan 
hemaqqlütininə malik idi.  
Ədəbiyyatda  insandan  Hav1  hemaqlütininli  quş  qripinin  izolə  edilməsi 
halları haqda məlumatlar var (Cambell, 1970). 
Bu,  ona  şahidlik  edir  ki,  Hav2  hemaqqlütininli  qrip  virusları  həm  də  xəstə 
insanlarda rast gələ bilər. 
A/Баку/900/79  virusu  ilə  PHAR-da  neyraminidazanın  Heq1-ə  mənsub 
olduğu müəyyən edilmişdir.(Cədvəl-2).         
                              
             A/Баку/900/79 ştammına qarşı antizərdablı HALR            Cədvəl 1        
 
Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin