F.Ə. Sadıxova


IV Fəsil. Təbii biosenozlarda qrip viruslarının sirkulyasiyası



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix23.02.2017
ölçüsü240,85 Kb.
#9520
1   2   3   4   5   6   7   8   9   10

IV Fəsil. Təbii biosenozlarda qrip viruslarının sirkulyasiyası. 

 
133
İnsan 
populyasiyasında 
qrip 
infeksiyasına 
müntəzəm 
epidnəzarət 
Azərbaycanın  subtropik  zonasında  aparılan  ekoloji  tədqiqatlar  və  epidemik 
ştammların formalaşmasının mümkün nöqtəsi kimi uzlaşırdı (şək.20). 
Bundan  başqa,  Azərbaycan  ərazisində  qışlayan  quşların  müxtəlif 
populyasiyaları arasında biosenotik əlaqələrin genişliyi həmin zonanın viruslarının 
təbiətdə  dəyişməsi  tendensiyasını  aydınlaşdırmaq  məqsədilə  virusların  biosferdə 
qarşılıqlı  əlaqəsinin  müəyyənləşdirilməsi,  təbiətdə  virus  populyasiyası  genofondu 
haqda  təsəvvürlərin  genişlənməsi  üzrə  faktiki  materialın  alınmasının  vacib 
olduğunu hesab etməyə əsas verirdi. 
Bununla  əlaqədar  olaraq  qrip  viruslarının  təbii  biosenozlarda,  xüsusən 
Qızılağac  qoruğunda  (subtropik  zona),  gümüşü  qağayıların  yuva  koloniyalarında 
(Bakı  Arxipelaqının  Gil  adasında),  Bakı  şəh.  Xəzəryanı  zonada  bir  sıra  quşçuluq 
fermalarında və heyvandarlıq təsərrüfatlarında sirkulyasiyasının öyrənilməsinə dair 
tədqiqatlar aparılmışdır. 
 
4.1.Vəhşi və ev heyvanlarından alınan materialın yığılma yerinin 
xarakteristikası

Qızılağac qoruğu Xəzər sahilində Azərbaycanın cənubi-şərqində yerləşir. 
Qızılağac qoruğunun  iqlimi şimali-qərbdə yerləşən  quru  iqlimə malik  geniş 
Kür-Araz  ovalığının,  qərbdən  –  Talış  dağları  sisteminin  ,  Şərqdən  –  Xəzər 
dənizinin geniş su məkanının təsiri altında yaranır. 
Bu  qədər  müxtəlif  iqlimli  zonaların  birbaşa  qonşuluqları  qoruğun  iqlim 
şəraitinə bəzi xüsusiyyətlər verir. 

 
134
Belə  ki,  qoruğun  çox  da  böyük  olmayan  ərazisində  (88  min  ha)  şimaldan 
cənuba  doğru  yağıntıların  artması  və  havanın  temperaturunun  əhəmiyyətsiz 
dərəcədə azalması müşahidə edilir. 
Ümumiyyətlə,  qoruğun  iqlimi  isti  mülayim-isti,  subtropiklərə  məxsus 
yumşaq qışlı, isti yaylı və bol yağıntılı kimi xarakterizə oluna bilər. 
Havanın orta illik temperaturu 13-14 ºC arasında dəyişir, ən isti ayların (iyul, 
avqust) maksimal temperaturu 43ºC-ə çatır. 
Ən soyuq ayın orta temperaturu -3 ºC-dən +18 ºC-ə qədərdir. 
Bəzən havanın temperaturunun soyuması davamlı olur – iki aya qədər. 
 
 
 
                             Qoruğun heyvanlar aləmi.   
Qoruğun  onurğalı  heyvanları  23  növ  məməlilərdən,  270  növə  yaxın 
quşlardan, 12 növ sürünənlərdən, 47 növ balıqlardan ibarətdir. 
                          Su quşlarının qışlaması.  
Qızılağac  qoruğuna  məşhurluq  gətirən  su  quşlarının  onun  ərazisində 
qışlamasıdır. 
Burada  qışlayan  ördək,  qaz,  qu  quşları  Qərbi  Sibirin  şımalında,  Cənubi 
Uralda və Şimali-Qərbi Qazaxıstanda yuva qururlar. 
Su  quşlarının  növ  tərkibi  müxtəlifdir.  Bura  zonalara,  boz  qazlar,  çay 
ördəkləri və s. uçub gəlir. 
Onlar qışlayan quşların əsas hissəsini təşkil edirlər. 

 
135
Qoruğun  su  hövzələrinin  müxtəlif  ekoloji  şəraiti  orada  qışlayan  quşların 
tərkibinin müxtəlifliyinə səbəb olur. 
Böyük Qızılağac Körfəzi, ekoloji şəraitin müxtəlifliyi ilə xarakterizə olunur. 
Praktik  olaraq  bura  qoruqda  rast  gələn  bütün  su  və  su  ətrafı  quşların  yaşayış 
mühitidir. 
Onun  dərin,  mərkəzi  hissəsində  ördəklər,  balıq  yeyən  quşlar-  pelikanlar, 
qağayılar  suya  baş  vurmaqla  yem  tapırlar.  Daha  dayaz  yerlərdə  qu  quşları 
yığışırlar. 
Sahil ətrafı dayazlığı çay ördəkləri və flaminqolar (qızıl qazlar) tutur. 
Sərçəkimilər  dəstəsindən  olan  quşlardan  sığırçınlara,  boz  qağayı  və  çöl 
şanapipiyinə rast gəlmək olar. İçməli su hövzəsinə çevrilmiş Kiçik körfəz yeknəsək 
şəraiti  ilə  fərqlənir  -  dərin  yerdə  qamışlıq  yoxdur,  dayaz  yerdə  sahilə  yaxın 
qamışlıqdır. 
Kiçik körfəzdə suya baş vurmaqla özünə yem tapan quşlar qışlayır. 
Suda üzən quşların qışlama dövründə sayı sabit olmur. Çox hallarda bir – iki 
gün  ərzində bu rəqəm bir neçə dəfə dəyişir. 
Şimal  rayonlarından  gələn  soyuq dalğa  quşları  cənuba  doğru  yerdəyişməyə 
məcbur edir. 
Qoruq  üçün  çöl  quşlarının  da  qışlaması  xarakterikdir:  turac,  boz  qarğa,  çöl 
şanapipikləri və s. 
Yırtıcı quşların növ tərkibi müxtəlifdir. 
Kür  çayından  Lopatin  körfəzinə  su  verən  magistral  kanalın  dambasında 
durna, kəkilli şanapipiklərə, sərçə dəstələrinə rast gəlmək olur.   

 
136
Qoruğun  yay  ornitokompleksində  ilk  növbədə  avarayaqlı  quşların  yuva 
koloniyaları nəzərə çarpır. 
Qızılağac  qoruğunda  yuva  salan  və  ya  onun  ərazisində  qışlayan  quşların 
qışlama yerləri müxtəlif növ quş populyasiyaları arasında sıx biosenotik əlaqələrin 
olduğunu  göstərir,  bu  isə  Qızılağac  qoruğunun  infeksiya  ocağı  kimi  əhəmiyyətini 
yüksəldir. 
Quşların miqrasiyası dövrünü qeyd etmək lazımdır: quşların qoruğa gəlməsi-
martın ortalarında, qoruqda yuvalama- iyun, qoruqdan uçub getmə-oktyabr-noyabr 
aylarıdır. 
 
 
                                          Gil adası. 
Gümüşü  qağayı-Azərbaycan  hüdudunda  Xəzərin  Cənubi-Qərbində  sahil 
zolağında yuva salan çoxsaylı quşlardan biridir. 
Hazırada  bu  quşların  güclü  yuva  koloniyaları  Gil  adasında  qalmışdır.  Yaz 
köçməsi  fevraldan  başlayır.  Uçuş  yolu  Qızılağac  qoruğundan  keçir.  Gil  adasında 
qağayılar martın ortalarında meydana çıxır və həmin ayın son günlərində cütlüklər 
yuva tikməyə başlayır. 
Balaların yumurtadan çıxma prosesi yalnız iyunun əvvəllərində sona çatır. 
İyunun  ortalarına,  isti  dövrdə  balalar  suya  keçir.  İyulun  ilk  günlərində 
onların demək olar ki, hamısı uçmağa qabildirlər, ayın ortasında isə - adadan uçub 
gedirlər.  

 
137
Yuva salmış qağayılar bütün dəniz sahili boyu uçurlar və çayın mənsəbində 
toplaşırlar. 
Bu yerlərdə qağayıların yüksək sayı avqusta qədər davam edir, sonra azalır, 
oktyabrda  isə  köçəri  quşların  şimal  populyasiyasının  hesabına  yenidən  artır. 
Soyuqların  düşməsi  ilə  qağayıların  sayı  çox  olur.  Qış  vaxtı  o,  materiklə  sıx 
əlaqədardır,  su  hövzələrini  Mil-Qarabağ,  Şirvan,  Muğan  düzlərinin  və  Qobustan 
rayonlarının quşuna çevrilir, Bakı ş. üzərindən qağayıların uçub getməsi müşahidə 
olunur.       
Əsas qışlama yeri- dəniz sahili, keçmiş Sarı su adası rayonudur. 
Ev  quşları  və  heyvanlarından  material  götürülən  quşçuluq  fermaları  və 
heyvandarlıq  təsərrüfatları  Azərbaycanın  müxtəlif  rayonlarında  və  Bakı  ş.  Xəzər 
dənizi sahili ətrafında yerləşir. 
İnsandan  A/H1N3/  qripi  virusunun  rekombinant  ştammı  alınan  (III  fəsilə 
bax) Hövsan kəndi Abşeron yarımadasının cənub sahilində yerləşir. 
Ştammın  populyasiyaya  gətirilməsini,  bəlkə  də  A/H1N3/  qripi  virusunun 
atipik formalaşmasını fərz edən bir sıra faktorları qeyd etmək lazımdır. 
Hövsan kəndi rayonundan suda üzən quşların köçmə yolu keçir.  
Suda  baş  vuran  ördəklərin  uçuşu  (qışlama  yeri  kimi)  dəniz  sahili  ilə 
əlaqədardır. 
Qışlama yerləri aşağıdakı rayonların dəniz sahilindədir: Lənkərandan keçmiş 
Kirov  körfəzinin  şimal  sahillərinə  qədər,  Kürün  mənsəbində,  Ələt  sahilində- 
Sanqaçal,  bütün  Abşeron  yarımadasını  və  Siyəzən  rayonunda  Dəvəçi  limanından 
cənuba doğru böyük sahəni əhatə edir. 

 
138
Qazların  və  digər  quşların  qışlama  yerinə  keçməsi  demək  olar  ki,  çay 
ördəklərində olduğu kimidir. 
Fərq  yalnız  ondadır  ki,  Dəvəçi  limanından  uçuş  yelpikvari  istiqamətdə 
gedir.Virusun gətirilməsi vəhşi quşlar vasitəsilə aşağıdakı zəncir üzrə mümkündür: 
Quano,  dəniz  su  mühitinin  yoluxması,  sahilətrafı  qurşaqda  heyvan  və 
insanlar. 
Ev  heyvanları  və  quşları  təsərrüfatlarında  kənd  əhalisinin  çoxluğu 
rekombinasiyanı  imkan  verən  biosenotik  əlaqələr  üçün  əsas  momentdir.  Bundan 
başqa,  Bakı  ş.  və  Hövsan  kəndi  yerləşən  Abşeron  yarımadasının  təbii  iqlim 
şəraitinin  əsas  faktorunu  qeyd  etmək  lazımdır.  Bu,  şimal  və  cənub  küləklərinin 
üstünlük təşkil etdiyi külək rejimidir. Cənub sahilətrafında (Hövsan kəndi) şimali-
qərb küləkləri üstünlük təşkil edir, özü də soyuq dövrdə daha güclü olur. 
 
Qeyd  edilən  fakt  külək  faktorunun,  xüsusən  mussonların  kəskin  respirator 
virus  infeksiyalarına  təsiri  haqda  ədəbiyyat  materialını  (ədəbiyyat xülasəsinə  bax) 
nəzərə alsaq maraq doğurur. 
 
4.2. Vəhşi quşların və piyada komplekslərin ekoloji tədqiqatlarının nəticələri. 
4.2.1. Vəhşi quşların zərdabında at, donuz, quş və eləcə də insan (H10) 
viruslarına qarşı antitellər. 
 
Təbiətdə  qrip  virusları  genofondu  haqda  təsəvvürləri  genişləndirmək 
məqsədilə  Azərbaycan  Respublikası  təbii  biosenozlarında  sirkulə  edən  virusların 
spektrinin müəyyən edilməsi üçün vəhşi quş və heyvanların zərdabında heyvan və 

 
139
insanların  A  qripi  virusları  antigenlərinə  qarşı  antitellərin  təyini üzrə  kəşfiyyat  işi 
aparılmışdır.  
 
Öyrənilən heyvanların spektri su-suətrafı və quru komplekslərinin oturaq və 
köçəri quşlardan ibarət idi (Cədvəl 12). 
Müşahidə  dövründə  vəhşi  quş  və  heyvanların  27  növünün  581  fərdi  tədqiq 
edilmişdir. 
Tədqiqatın nəticələri biosenozun bütün tədqiq olunan üzvlərinin zərdabında 
A  qripi  viruslarına  qarşı  geniş  spektrli  antihemaqqlütininlərin  (H1H2)  olduğunu 
müəyyən etdi. 
Vəhşi  quşların  zərdabında  quş  qripi  viruslarına  qarşı  antitellərlə  yanaşı  at, 
donuz,  insan  qripi  virusları  antigenlərinə  qarşı  antitellərin  olması  faktı  maraq 
doğurur. 
Quşların  A  qripi  viruslarına  qarşı  antihemaqqlütininlərin  daha  əhəmiyyətli 
orta  –həndəsi  titri  (OHT)  tədqiqatın  payız-qış  dövründə  müəyyən  edilmişdir. 
Məsələn,  1977-ci  ilin  iyununda  A  qripi virusunun  Gil  adasında  gümüşü qağayılar 
arasında  sirkulyasiyasında  OHT-3,3  olduğu  halda,  1977-1983-cü  illərin  payız 
dövründə qağayıların arasında virusun  sirkulyasiyası intensivləşmiş və OHT-5,3-ə 
çatmışdır.  Bu  isə  payızda  quşların  yeni  yoluxmuş  partiyasının  qoruğa  qışlamağa 
gəlməsi yayda yumurtadan çıxan balaların yoluxması ilə nəticələnən yuva qurması 
ilə izah edilir. 
Gil  adasında  olan  gümüşü  qağayılarda  və  Qızılağac  qoruğundan  olan 
tısbağalarda  А/лошадь/Майами/1/63/H3N8  qripi  virusunun  antigeninə  qarşı 

 
140
antitellərin  olması  Qızılağac  qoruğundan  olan  vağların  qan  zərdabında                                                                                                                  
A/крачкa/Ю.Африка/61/H5N3/, А/индюк/Англия/63/H7N34/,  А/буревестник/ 
Австралия/72/H6N5  antigenlərinə  qarşı  antitellərin  olması  və  qurbağalarda             
А/буревестник/Австралия/72/H6N5  virusuna  qarşı  antitellərin  olması  diqqəti 
cəlb edir (şək.22). 
 
Quşların  zərdabında  A/крачкa/Ю.Африка/61/H5N3/  antigeninə  qarşı 
identik  antitellərin  müayinə  edilmiş  9  növ  quşlardan  6  növündə  tapıldığını  qeyd 
etmək lazımdır:  
             А/индюк/Онтарио/68/H8N4/-ə 
qarşı 
quşların 

növündə,                          
А/индюк/Висконсин/66/H9N21/ 
 

 
quşların 

növündə,              
А/цыпленок/Германия/«N»/49/H10N7/ 

 
quşların 

növündə, 
А/утка/Украина/1/63/H3N8/ 
 
 
 

 
quşların 

növündə, 
А/буревестник/Австралия/1/72/                                    -                                    quşların            6       
növündə.  
 
Populyasiyalar  arasında  qarşılıqlı  əlqaə  baxımından  materik  ördəklərinin 
zərdabında A/свинья/Айова/25/30/H1N1/-ə qarşı antitellərin tapılması (şək.21,22) 
və  1977-1983-cü  illərin  yay-payız  dövründə  qağayılarda  insanın  qrip  virusuna 
qarşı antitellərin xüsusilə zəngin spektri faktı maraqlıdır (şək.22). 
          1977-1983-cü  illər  ərzində  tədqiq  olunmuş  Qızılağac  qoruğu  və  Gil  adası 
vəhşi quşlarının və heyvanlarının növləri.                                                Cədvəl 12 
№                            Quş və heyvanların adı 
Tədqiq olunmuş 
fərdlərin sayı 
Azərbaycan dilində adı 
              Latınca adı 

 
141

Sarı vağ 
Ardecla ralloides 
            40 

Misir vağı 
Bubulcus ibis 
              5 

Ağ vağ 
Ardea alba 
            12 

Kiçik ağ vağ  
Ardea alba  
            10 

Kürən vağ 
Ardea purpurea 
              2 

 
Podiceps cristatus L. 
              2 

 
Podiceps ruficollis 
              2 

Materik ördəyi 
Anas plathyrhynchos 
              6 

Ördək 
Nycticorax nycticorax 
             50 
10  Gümüşü qağayı 
Larus argentasus 
            124 
11  Qaşqaldağ 
Fulica etra 
            206 
12   
Merops supercilliosus L. 
              2 
13  Kiçik baklan 
Phalacrocorax pygmenus 
            40 
14   
Circus acruginosus 
             3 
15  Göl qağayısı 
Larus ridibundus 
             1 
16  Su qaranquşu 
Sterna hirundo 
            10 
17   
Bitaurus stellaris 
             1 
 
                                                                                               Cədvəl 12-nin davamı 
18  Qırmızıbaş ördək 
Aythya ferina 
            20 
19   
Plegadis falcinellus L. 
            10 
20   
Anas querquedule 
             3 

 
142
21  Qarğa  
Corvus corone cornix 
             8 
22  Sığırçın 
Sturnus vulgaris 
            10 
23  Adı qarğa 
Pica pica pica L. 
             4 
24  Göyərçin 
Streptopelia decaocto 
             2 
25  Tülkü 
Vulpes vulpes L. 
             1 
26  Göl qurbağası 
Rana ridibunda saharica Blgr.               4 
27  Xəzər tısbağası 
Clemmys caspica Emel. 
             3 
 
Cəmi: 
 
          581 
 
 
 
Gümüşü qağayılar arasında qrip viruslarına qarşı antitellərin tapılmasının ən 
böyük  tezliyi  1982, 1983-cü  illərin  payız  dövründə və  1979-cu  ilin yay  dövründə 
müşahidə olunurdu (şək.22). 
 
A  qripi  viruslarının  müxtəlif  illərdə  təbii  biosenozlarda  sirkulyasiyasının 
qeyri-bərabər intensivliyi, güman ki, infeksiyanın populyasiyanın həssas qatlarının 
miqdarından asılı olaraq impulslarla yayılması ilə izah olunandır. 
 
1978-ci  ilin  may,  iyun  aylarında  Azərbaycanın  həmin  ərazisində,  yəni 
Qızılağac qoruğunda aşağıdakı quşların zərdabı tədqiq edilmişdir: qarğa, göyərçin, 
qağayılar. 
 
Vəhşi  quşların  populyasiyasında  quş,  donuz,  insan qripi  viruslarının  davam 
edən sirkulyasiyası qeyd edilmişdir. 

 
143
 
1978,  1979-cu  illərin  iyununda  А/цыпленок/Германия/«N»/49/H10N7/ 
qripi  virusunun  Gil  adasından  olan  qağayılar  arasında  sirkulyasiyası  qeyd 
olunmuşdur (şək 22). At qripi virusunun А/лошадь/Майами/1/63/H3N8/ qağayılar 
və Qızılağac qoruğuun başqa vəhşi quşları arasında sirkulyasiyası davam edirdi. 
 
İnsan  qripi  viruslarının  vəhşi  quşlar  arasında  geniş  sirkulyasiyası  faktı 
maraqlıdır.İnsan populyasiyasında xüsusi aktuallığa malik A/CCCP/090/77/H1N1/ 
qripi  virusu  ştammının  OHT=5,3  idi.  А/Виктория/3/75  qrip  virusu  ştammının 
sirkulyasiyası OHT =8,1-lə ifadə edilmişdir. 
         Qızılağac  qoruğunda  1979-cu  ilin  yanvar,  aprel  və  iyun  aylarında,  qışlayan 
quşlardan,  quşların  yuvalamağa  uçub  gəldiyi  dövrdə  və  balaların  yumurtadan 
çıxması dövründə materialın götürülməsi həyata keçirilmişdir. 
 
1979-cu  ildə  tədqiq  olunan  quşların  spektri  baklanlardan;  apreldə 
ördəklərdən, iyunda baklanlardan, gümüşü qağayılardan, vağlardan ibarət idi. 
 
1979-cu  ildə  A  qripi  viruslarının  əvvəlki  illərə  nisbətən  daha  geniş  spektrli 
vəhşi quşlar arasında daha intensiv sirkulyasiyası qeyd olunmuşdur. 
 
  А/цыпленок/Германия/«N»/49/H10N7/ qripi viruslarının daha çox artmış 
sirkulyasiyası  qeydə  alınmışdır  (OHT  =5,3-6,9).  Müsbət  tapıntıların  yüksək  faizi 
həm də А/утка/Украина/1/63/H3N8/, А/индюк/Массачуссетс/65/H6N2/, 
А/утка/Англия/56/H11N6/ qripi viruslarında qeydə alınmışdır. 
 
1979-cu  ildə  insan  virularının  vəhşi  quşlar  arasında  sirkulyasiyasının 
xüsusən zəngin spektrini qeyd etmək lazımdır. 
A/H1N1/ və A/H3N2/ qripi viruslarının artmış sirkulyasiyasını xüsusən qeyd 
etmək lazımdır. 

 
144
İnsanın  aktual  qrip  viruslarına  qarşı  üzə  çıxarılan  antitellərin  yüksək  titri 
köhnə  ştammlara  qarşı  (A/ФМ/1/47/,  A/PR/18)  antitellərin  üzə  çıxarılması  ilə 
uzlaşırdı.  Bu  isə  onların  quş  populyasiyalarında  qorunub  saxlanmasının 
mümkünlüyünü güman etməyə əsas verir. 
1979-cu ildə virusların biosenozlarda xüsusilə intensiv sirkulyasiya etdiyi və 
xüsusən А/цыпленок/Германия/«N»/49/H10N7/ qripi virusu antigeni ilə əlaqədar 
seroloji  tapıntıların  faizinin  artdığı  dövrdə  biz  КRХ  xəstələnmiş  uşaqdan 
А/Баку/900/79/H10N7/ 
qripi 
virusu 
ştammını 
aldıq. 
Bu 
ştamm 
А/цыпленок/Германия/«N»/49/H10N7/  qripi  virusuna  yaxın  qohumdur.(III  fəslə 
bax). 
1979-cu  ilin  yanvarında  qışlayan  baklanların  zərdabında  antitellər  demək 
olar  ki,  tamamilə  yox  idi.  Ancaq  1979-cu  ilin  aprelində,  yəni  tədqiqatın  yaz 
dövründə  ördəklərin  qan  zərdabının  seroloji  tədqiqi  quşların  virus  infeksiyasının 
geniş spektri ilə yüksək dərəcədə yoluxmasını üzə çıxardı. 
Yəqin  ki,  quşların  (ola  bilər  ki,  yoluxmuş)  yuva  qurmağa  uçub  gəlməsi, 
quşların kontaktını və infeksiyanın qorunmasını təmin edən faktordur. 
Tədqiqatın  həmin  dövründə,  yəni  1979-cu  ilin  iyununda  bala  quşların, 
məsələn  ördəklərin  və  kürən  vağların,  kiçik  ağ  vağların  müxtəlif  dərəcədə 
yoluxmuş olması faktı maraqlıdır. 
Virusların  təbiətdə  sirkulyasiyasında  tülküdə  insan  qripi  viruslarına  qarşı 
1:20-dən  1:80-ə  qədər  titrdə  antitellərin  olması  (OHT  =5,3)  maraq  doğurur  (şək 
22). 

 
145
Üzə  çıxarılmış  bu  fakta  əlavə  olaraq  1979-cu  ilin  iyununda  Gil  adasında 
qağayılarda  insan  qripi  viruslarına  qarşı  antitellərin  geniş  spektrini  qeyd  etmək 
lazımdır.  1980-cı  ilin  iyununda  kiçik  vağlarda  A/индюк/Онтарио/6  və 
А/индюк/Массачуссетс/65  qripi  viruslarına  qarşı  1:10-1:20  titrində  antitellər 
tapılmışdır. OHT =3,33 və 5,4 (müvafiq olaraq). 
Beləliklə,  1977-1980-cı  illər  ərzində  su  və  su  yanı  kompleksin  köçəri  və 
qışlayan  quşlardan  sonuncuları  əhatə  etməklə,  yaz  dövründə  -  yuvalamağa  uçub 
gələn  quşlardan  və  yay  dövründə  -  bala  quşlar  və  yetkin  fərdlərdən  materialın 
götürülməsi ilin müxtəlif fəsillərində həyata keçirilmişdir. 
Subtropiklər  zonasında,  Qızılağac  qoruğunda  və  Gil  adasında  aparılan 
tədqiqatların  nəticələri  quşların  heyvan  və  insan  mənşəli  A  qripi  virusları  ilə 
yoluxmasininnın geniş spektrini müəyyən etdi. 
Bütünlükdə,  A/H1N1/  qripi  viruslarının  1978-ci  ilin  yay  dövrü  və  1979-cu 
ilin  qış  dövründə  sirkulyasiyasını;  1979-cu  ilin  yaz-yay  dövründə  A/H3N2/  qripi 
viruslarının  sirkulyasiyasının  intensivliyinin  əhəmiyyətli  dərəcədə  yüksəlməsini 
(1979-cu ilin aprelində və 1979-cu ilin iyununda) qeyd etmək lazımdır. İnsan qripi 
virusları  ilə  yanaşı  A/H10N7/  qripi  virusunun  sirkulyasiyasının  yüksək  səviyyəsi 
xüsusən  1979-cu  ilin  yanvar  və  aprelində  qeyd  olunmuşdur.  A/H3N8/  qripi 
viruslarının  1979-cu  ilin  yanvarından  aprelinə  qədər  geniş  surətdə  yayılmasını 
qeyd etmək lazımdır. 
Qızılağac  qoruğunda  və  Gil  adasında  1981-1983-cü  illər  ərzində  vəhşi 
quşların  populyasiyasında  qrip  infeksiyasının  seroloji,  virusoloji  cəhətdən  tədqiqi 
davam etdirilmişdir. 

 
146
Müayinə  edilən  quşların  spektri  kiçik  baklanlardan,  sarı  vağlardan, 
göyərçinlərdən, ördəklərdən və s. ibarət idi. 
HALR-da А/утка/Украина/1/63/H3N8 və А/буревестник/Австралия/1/72/ 
H6N5 antigenlərinə qarşı antitellərin çox da yüksək olmayan titri (müvafiq olaraq 
OHT-8,1 və 6,8) müəyyən edilmişdir. 
 
İnsan  mənşəli  antigenlərlə  HALR-da  A/Хабаровск/77,  A/Texac/1/77, 
A/Шклявер/48,  A/Нью-Джерси/76/  mənfi  nəticələr  alınmışdır.  1981-ci  ilin  may, 
sentyabr  və  dekabr  aylarında  vəhşi  quşların  qan  zərdabının  heyvan  və  insan 
mənşəli qrip virusları antigeninə qarşı tədqiq olunması davam etdirilmişdir. 
 
1981-ci  ilin  mayında    Qızılağac  qoruğundan  olan  vəhşi  quşların  zərdabının 
tədqiqi zamanı bir sıra quşlarda identik antitellərin olduğu müəyyən edilmişdir. 
 
Məsələn:  A/лошадь/Прага/56/H7N7  qripi  virusuna  qarşı  kiçik  baklanlarda 
və sarı vağlarda müvafiq olaraq OHT =5,7 və 4,8 eləcə də göyərçində (OHT=6,3) 
1:40-  1:80  titrində  antitellər  müəyyən  edilmişdir.  Qaşqaldaqlarda  və  su 
qaranquşlarında  sentyabrda  heyvan  mənşəli  A  qripi  viruslarına  qarşı  identik 
antitellər  müəyyən  edilmişdir.  Bundan  başqa,  insan  viruslarına  qarşı  antitellərin 
olması maraq doğurur: 
A/Виктория/3/75,  А/Шклявер/48  viruslarına  qarşı  su  qaranquşlarında   
OHT=5,3 və 4,3 –dur. Su qaranquşları geniş yaşayış yeri diapazonuna və kontakta 
malikdirlər.  Bu  isə  yəqin  ki,  onların  insan  populyasiyası  ilə  əlaqəsini  təmin  edir 
(şək.21). 

 
147
1981-ci  ilin  iyununda  Gil  adasında  bala  qağayılardan  10  zərdab  sınağı 
götürülmüş  və  heyvan  mənşəli  qrip  viruslarının  9  antigeninə  qarşı  tədqiq 
edilmişdir. 
А/свинья/Айова/15/30  antigeninə  qarşı  antitellər  2  halda  OHT  =3,33  titri 
ilə,  1  halda  А/буревестник/Австралия/1/72/H6N5/  (OHT=3,33)  qripi  virusu 
antigeninə qarşı müəyyən edilmişdir. 
1981-ci  ilin  dekabrında  HALR-da  Qızılağac  qoruğunun  vəhşi  quşlarından 
alınmış  35  qan  zərdabı  heyvan  və  insan  mənşəli  qrip  viruslarının  15  antigeninə 
qarşı  tədqiq  edilmişdir.  Bu  zaman  qaşqaldaqlarda  həm  heyvan,  həm  də  insan 
mənşəli  qrip  virusları  antigenlərinə  qarşı  antitellərin  (titr  1:320-ə  qədər)  daha 
zəngin spektri müəyyən edilmişdir. 
İnsan  qripi  virusları  antigenlərinə  qarşı  daha  yüksək  titrli  antitellər 
A/Бразилия/11/78/H1N1/ 
virusuna 
OHT=4,4, 
A/Бангкок/1/79/H3N2/, 
A/Texac/1/77/ qarşı müəyyən edilmişdir. 
 
H1N1  antigen  formuluna  malik,  insan  cəmiyyətində  sirkulyasiyaya  1977-ci 
ilin  noyabrında  başlamış  qrip  virusuna  qarşı  antitellərin  müəyyən  edilməsi  maraq 
döğurur.  Bu,  onunla  əlaqədardır  ki,  həmin  zonada  analoji  formulaya  malik  virus 
ştammı  Gil  adasından  olan  bala  qağayıdan  ayrılmışdır  –  A/серебристая 
чайка/Баку/843/79  H1N1  qripi  virusu  A/Бразилия/11/78-  ə  yaxın  qohum  olan 
H1N1 epidemik ştammının analoqudur. 
Elə  həmin  dövrdə  də  qağayılarda  A/CCCP/090/77/H1N1  (OHT  -3,33), 
A/ФM/1/47H1N1  (OHT-3,33),  A/Texac/1/77/H3N2  (OHT-5,3)  viruslarına  qarşı 
antitellər müəyyən edilmişdir (şək.22). 

 
148
 
1982-ci ildə Qızılağac qoruğunun vəhşi quşlarının qaşqaldaq, baklanlar və s. 
ibarət spektri tədqiq olundu. 
Tədqiqatlar ilin qış (yanvar, dekabr), yaz (mart) və payız (oktyabr) dövründə 
aparılmışdır. 
Qeyd etmək lazımdır ki, 1982-ci ilin martında vəhşi quşların zərdabında qrip 
viruslarına qarşı antitellər tamamilə yox idi, ancaq payız-qış aylarında (yüksək titrli 
antitellər  1:320-ə  qədər  OHT-5,7)  qaşqaldaqda  A/утка/Англия/56/H11N6 
virusuna qarşı müəyyən edilmişdir. 
Həmin  ştammın  sirkulyasiyası  həmin  dövrdə,  yəni  1982-ci  ilin  yanvarında 
qırmızıbaş ördəklərdə də qeyd olunmuşdur (titr 1:20-dən 1:80-ə qədər; OHT -5,3). 
Qaşqaldaqlarda  həmin  ayda  A/крачка/Ю.Африка/61/H5N3/  virusuna  qarşı  1:160 
titrində antitellər tapılmışdır (OHT -7,3) (Şək 22). 
Həmin  ilin  dekabrında  göstərilən  virusun  qaşqaldaqlar  və  qırmızıbaş 
ördəklər  arasında  sirkulyasiyası  1:20-  1:40  titrində  (OHT=4,0  və  5,3)  qeyd 
olunmuşdur (şək 21, 22). 
At 
qripi 
viruslarının 
qaşqaldaqlar, 
qırmızıbaş 
ördəklər 
arasında 
sirkulyasiyasını  xüsusi  qeyd  etmək  lazımdır.  А/лошадь/Прага/56/H7N7/  qripi 
virusunun sirkulyasiyası 1:40 titrində qeyd olunmuşdur (OHT=5,3 və 4,9). 
Tədqiq  olunmuş  quşların  zərdabında  heyvan  və  insan  qripinə  qarşı  H1-H2 
antihemaqqlütininlərin geniş spektrinin olduğunu qeyd etmək lazımdır. 
İlin  payızında,  oktyabrda  A/лошадь/Прага/56/H7N7/  qripi  virusunun    
(OHT=4,3)  kiçik  balkanlar  arasında,  A/буревестник/Австралия/1/72/H6N5    
(OHT=4,5) 
və 
A/индюк/Висконсин/66/H9N2, 
qaşqaldaqlar 
arasında 

 
149
sirkulyasiyası  qeydə  alınmışdır.  Bu  sirkulyasiya  1982-ci  ilin  dekabrında  da  1:80 
titrində (OHT =4,9) davam edirdi. 
Elə  həmin  dövrdə  Gil  adasından  olan  qağayılar  arasında  sirkulyasiya  edən 
virusların  analoji  spektrini  qeyd  etmək  lazımdır.  Bu  isə  uçuş  yolları  Qızılağac 
qoruğu  üzərindən  keçən,  Gil  adasında  yuvalayan  qağayıların  qarşılıqlı  əlaqəsini 
göstərir. 
Bu  zonada  1983-cü  ilin  iyununda  davam  edən tədqiqatlar  nəticəsində  vəhşi 
quşların  zərdabında  yüksək  titrli  antitellərin  (1:20-ə qədər)  olduğu  üzə  çıxmışdır. 
Beləliklə,  26  zərdabı  insan  və  heyvan  qripi  viruslarının  19  antigeni  üzrə  tədqiq 
edərkən 
aşağıdakı 
antigenlərə 
qarşı 
antitellər 
üzə 
çıxmışdır: 
A/крачка/Ю.Африка/61/H5N3/ antigeninə qarşı – ağ vağlarda 2 halda titr 1:4, 1:8 
olmaqla,  ördəklərdə  titr  1:16,  А/индюк/Массачусетс/65/H6N2  antigeninə  qarşı- 
ağ vağda titr 1:4 olmaqla, ördəklərdə 7 halda titr 1:4 –dən 1:16 –ya qədər olmaqla 
A/лошадь/Майами/63/H3N8/ antigeninə qarşı – 4 ördəkdə 1:4-dən 1:16-ya qədər 
titrlərdə. 
Tədqiq  olunmuş  3  tısbağada  yüksək  titrli  antitellərin  olduğunu  qeyd  etmək 
lazımdır:  1-ci  tısbağada  A/крачка/Ю.Африка/61/H5N3/  antigeninə  qarşı  1:20 
titrində  antitellər  (OHT=4,3),  digər  2  tısbağada  –  А/индюк/Онтарио/68/H8N4 
antigeninə qarşı 1:20 və 1:40 titrlərində (OHT =4,8) antitellər tapılmışdır. 
İnsan qripi virusu antigenlərinə qarşı antitellər üzə çıxmamışdır, bu ola bilər 
ki,  tədqiqatın  dövrü  ilə,  yəni  əhalinin  qriplə  xəstələnməsinin  çox  da  yüksək 
olmayan səviyyəsi ilə izah edilsin. Bu zaman quşların kontakt vasitəsilə yoluxması 
ehtimalı azdır. 

 
150
1983-cü  ilin  oktyabrında  həmin  zonada  tədqiqatların  davam  etdirilməsi 
nəticəsində  insan  qripi  viruslarının  heyvan  qripi  virusları  ilə  yanaşı  sirkulyasiya 
etməsinin seroloji təsdiqi alınmışdır. 
Yuxarıda  göstərilən  quşlardan  alınmış  18  zərdab  heyvan  və  insan  qripi 
viruslarının  15  antigeninə  qarşı  HALR-da  seroloji  tədqiq  edilmişdir.  Bu  zaman 
heyvan qripi viruslarına qarşı antitellər 1:80 titrində və insanın A qripi viruslarına 
qarşı  antitellər  1:40  titrində  bütün  tədqiq  edilən  quş  növlərinin  zərdabında 
tapılmışdır.  А/свинья/Айова/15/30  və  А/Нью-Джерси/76  qripi  viruslarının 
gümüşü qağayılar, ördəklər arasında geniş sirkulyasiyasını (OHT =4,7) qeyd etmək 
lazımdır. 
Yuxarıda  qeyd  olunan  faktik  material  əvvəllər  1977-1980-cı  illərdə  vəhşi 
quşların zərdabında tək quş qripi viruslarına qarşı deyil, eləcə də at, donuz və insan 
qripi viruslarına qarşı antitellərin olması haqda məlumatları təsdiq edir. 
Antihemaqqlyütininlərin  (H1,  H3,  H4,  H6,  H10,  H11)  geniş  spektri 
qaşqaldaqlarda müvafiq olaraq orta-həndəsi titrlərdə 4,7; 5,1; 6,1; 4,8; 3,3; 5,2; 5,9; 
üzə çıxmışdır. 
Həmin  dövrdə  antihemaqqlütininlərin  spektri  (H1,  H3,  H4,  H8,  H10) 
gümüşü qağayılarda, demək olar ki, analojidir.SQT (5,6; 5,4; 5,9; 5,4; 5,9;). 
Ördəklərdə  antihemaqqlütininlər  H1,  H3,  H4  tapılmışdır.  OHT=5,6;  5,3; 
6,3;. 
Qoruğa  yaxın  zona  (Lənkəran  ş.)  insanlarının  zərdabında  heyvan  qripi 
viruslarına  qarşı  yüksək  titrli  antitellərin  olması  və  virusların  geniş  spektri  maraq 
doğurur. 

 
151
Antihemaqqlütininlərin  xüsusən  zəngin  spektri  1983-cü  ilin  mart  və 
oktyabrında üzə çıxmışdır: H1, H3, H4, H5, H6, H7, H8, H9, H10, H11. 
Yuxarıda  qeyd  olunan  fakt  həmin  zonanın,  xüsusən  Lənkəranın  insan 
populyasiyasının  ov  mövsümündə  (kişilər)  və  quşların  təmizlənməsi  anında 
(qadınlar və uşaqlar) quş populyasiyası ilə kontaktın olması ilə izah olunur. 
Bundan başqa, əhalnin ev quşları –ördəklər, qazlar Kiçik və Böyük körfəzin 
sahilində bilavasitə vəhşi ördəklərlə, baklanlarla, qaşqaldaqlarla kontaktda olurlar. 
Yuxarıda  qeyd  olunan  populyasiyadakı  qarşılıqlı  əlaqə  və  virusların  növ 
spesifik səddi aşması insanlarda heyvan qripi viruslarına qarşı antitellərin olmasını 
güman ki, təmin edir. 
Beləliklə,  alınan  faktiki  material  insan  və  heyvan  qripi  virusları  arasında 
qarşılıqlı  əlaqənin  olması,  heyvanların  insanlardan  yoluxması  imkanı  və  quşların 
qrip virusları ilə yoluxması halları haqda məlumatları daha da zənginləşdirdi. 
Qrip  virusunun  antigen  variasiyaları  spesifikasına  ekoloji  nəzarətin  məntiqi 
nəticəsi,  virusun  təbii  rekombinant  ştammının  Bakı  ş.  ətrafında  kəskin  respirator 
xəstəlikli  6  yaşlı  uşağın  qanından  1982-ci  ildə  alınması  oldu.  Bu,  virusların  təbii 
şəraitdə  rekombinasiyasının  mümkünlüyünün  təsdiqi  idi  (eksperimentdə  in  vitro 
şəraitində müəyyən olunmuşdur). 
Təbii  rekombinantın  alınması  A  qripi  viruslarının  yeni  ştammlarının 
yaranması haqda hipotezlərdən birinin təsdiqinə müəyyən təkan verdi; qeyd etmək 
lazımdır  ki,  insandan  A/H1N3/  qripi  virusunun  qeyd  olunan  rekombinantının 
dünyada ilk müəyyən epidemik potensiala malik yeni ştammların əmələ gəlməsinə 
imkan verən iqlim və epidemik şəraitdə baş verdi: 

 
152
Həmin  uşaq  ölkənin  cənubunda  Xəzər  dənizi  sahilində  Abşeron 
yarımadasında  yerləşən  qəsəbədə  yaşayırdı.  Uşağın  çoxuşaqlı  ailəsinin  yardımçı 
təsərrüfatında çoxlu quşlar (toyuqlar), qoyunlar və itlər olduğu qeydə alınmışdır. 
Bundan başqa, qeyd etmək lazımdır ki, təbii rekombinant ştammın insandan 
alınması  ştammın  insan  orqanizmində  nəinki  adaptasiyasına,  eləcə  də 
formalaşmasına imkan verir. 
           Vəhşi quş və heyvanların 27 növünün 581 fərdinin tədqiqi nəticəsində vəhşi      
quşların zərdabında quş qripi virusları ilə yanaşı at, donuz, insan qripi viruslarınnın 
antigenlərinə qarşı antitellərin olması faktı üzə çıxmışdır. 
Vəhşi  quşlarda  antihemaqqlütininlərin  geniş  spektrinin  olması  (H1-H11) 
qeydə  alınmışdır,  bu  isə  həmin  Qızılağac  qoruğundakı  virusoloji  tapıntıları  təsdiq 
edir. 
A  qripi  virusunun  epidemik  cəhətdən  ştammlarının  vəhşi  quşlar  arasında 
intensiv  sirkulyasiyası  onların  insan  populyasiyasında  epidemik  yüksəlməsi 
dövründə  üzə  çıxarılmışdır.  Bu  A/Бразилия/11/78/H1N1/  virusunun  yaxın 
qohumu  olan  H1N1  epidemik  ştammının  analoqu  olan  A/серебристая 
чайка/Баку/843/78/H1N1 qripi virusunun ayrılması ilə təsdiq olunurdu. 
1977-1979-cu  illərdə  vəhşi  quşlarda  antitellərin  spektrinin  və  üzə  çıxma 
tezliyinin  müqayisəsi  ilin  payız-yaz  dövründə  müsbət  nəticələrin  yüksək  tezliyini 
müəyyən etdi. 
A  qripi  viruslarının  təbii  biosenozlarda  müxtəlif  illərdə  sirkulyasiyasının 
intensivliyinin qeyri-bərabəliyi, çox güman ki, infeksiyanın populyasiyadakı həssas 
qatların sayından asılı olaraq impuls şəklində yayılması ilə izah olunandır. 

 
153
Vəhşi quşların zərdabında keçmiş insan populyasiyası üçün qeyri-aktual olan 
qrip viruslarına qarşı antitellərin olması üzə çıxmışdır. Bunu onların təbii qatlarda  
qorunub  saxlanması  və  sonradan  insan  populyasiyasına  gətirilməsi  kimi 
qiymətləndirmək lazımdır. 
Qoruğa  yaxın  zonanıın  (Lənkəran  ş.)  insanlarının  zərdabında  heyvan  qripi 
viruslarına  qarşı  antitellərin  (H1-H11)  yüksək  titri  OHT-6,3-ə  qədər)  üzə 
çıxarılmışdır. 
Yuxarıda  qeyd  olunan  fakt  həmin  zonanın  insan  populyasiyası  ilə  quş 
populyasiyası arasında kontaktın olması ilə izah olunur. Populyasiyaların qarşılıqlı 
əlaqəsi,  növ  spesifik  baryerin  dəf  edilməsinin  mümkünlüyünü,  insanlarda  heyvan 
qripi viruslarına qarşı antitellərin olmamasını, görünür təmin edir. 
Bakı  ş.  sahilətrafı  zonada  xəstə  uşaqdan  A/H0Nav2/-H1N3/  qripi  virusnun 
təbii  rekombinant  ştammının  alınması  Azərbaycan  Respublikası  ərazisində  qrip 
viruslarının  antigen  variasiyalarının  spesifikliyinin  ekoloji  müşahidəsinin  məntiqi 
nəticəsidir. 
 
4.2.2. Heyvan və insanların A qripi viruslarının vəhşi quşlardan və ətraf 
mühit obyektlərindən izolyasiyası. 
3  növ  quşdan  Hav2Neq2/H10N8/  antigen  formuluna  malik  A  qripi 
viruslarının  ayrılması  A  qripi  viruslarının  növ  spesifikliyinin  geniş  diapazonunun 
inandırıcı təsdiqi idi:(Cədvəl 13,14). 
1. А/кваква/Баку/766/79/H10N8 
2.  А/болотный лунь/Баку/773/79/H10N6 

 
154
3. А/лысуха/Баку/799/79/H10N8/. 
Qızılağac qoruğu Kalinov limanının torpağından A qripi virusları ştammının 
alınmasını qeyd etmək lazımdır: A/почва/Баку/1239/80/H10N8/ ştammına A qripi 
virusunun  biosferdə  sirkulyasiyası  tam  zəncirində  ayrı  halqa  kimi  baxmaq  olar 
(cədvəl 15,16). 
Seroloji  nəticələr  Gil  adasından  olan  qağayılar  İnsan  populyasiyası  üçün 
1977-1980-cı  illərdə  epidemik  cəhətdən  aktual  olan  A/CCCP/090/77  ştammı 
A/серебристая  чайка/Азербайджан/843/78/H1N1  A qripi  virusunun  alınması ilə 
təsdiq olundu (cədvəl 17,18,). 
İdentifikasiyanın nəticələrinə görə ştamm H1N1 antigen formuluna malikdir 
və A/CCCP/090/77 epidemik ştammın analoqudur. 
A/Бразилия/11/78 ştammına qarşı monoklonal antitellərdən istifadə etməklə 
izolə  edilmiş  ştammın  antigen  strukturunun  öyrənilməsi  onun  antigen  cəhətdən 
A/CCCP/090/77  və    A/Бразилия/11/78  epidemik  qrip  virusları  ilə  qohumluğunu 
təsdiq etdi (cədvəl 19). 
Yuxarıda  qeyd  edilən  ştammların  identifikasiyası  D.İ.İvanovski  adına 
virusologiya  institutunun  virusların  ekologiyası  şöbəsində  b.e.n.  İ.A.Myasnikova 
və b.e.n. S.S.Yamnikova ilə birgə aparılmışdır. 
İzolə  edilmiş  ştammların  identifikasiyası  üçün  qrip  virusnun  etalon 
ştammlarına  qarşı  özündə  hemaqqlütinin  və  neyraminidazanın  bütün  növlərini 
saxlayan refleks-zərdabların tam dəstəsindən istifadə edilmişdir. 
 А/кваква/Баку/766/79, 
А/Болотный 
лунь/Баку/773/79, 
А/лысуха/Баку/779/79 qripi virusları ilə HALR.                                                                  

 
155
Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin