F.Ə. Sadıxova


Qrip virsunun vəhşi və ev quşları arasında sirkulyasiyası



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix23.02.2017
ölçüsü240,85 Kb.
#9520
1   2   3   4   5   6   7   8   9   10

 Qrip virsunun vəhşi və ev quşları arasında sirkulyasiyası.
 
 
Hazırda  quşlardan  (vəhşi  və  ev)  böyük  miqdarda  qrip  virusları  alınmışdır. 
Onlar sahibin növündən asılı olaraq özünəməxsus xüsusiyyətlərə malikdirlər. 
ABŞ-da  qağayılardan  alınan  hemaqqlütininin  12  məlum  yarımtipindən 
fərqlənən hemaqqlütinini olan A qripi virusu böyük maraq doğurur. 

 
52
Güman  edilir  ki,  qağayılardan  alınan  bu  virusun  hemaqqlütinini  13-cü 
yarımtipin hemaqqlütinini adlandırmaq olar (Hinshaw V.S., Air C.M., 1982). Daha 
sonra,Hinshaw  V.Setal  (1986)  tərəfindən  balinaların  ağ  ciyərlərindən  və  tənəffüs 
dəliklərindən  A/H13N2/  və  (H13N9)  qripi  virusları  alınmışdır.  Bu  viruslar 
qağayıların qrip virusunun H13 subtipinə qohumdurlar. 
Tədqiqatlarla  həmin  virusun  ölkənin  bir  çox  regionlarında,  o  cümlədən 
Azərbaycanda  vəhşi  quşlar  arasında  sirkulyasiyası  müəyyən  edilmişdir  
(Yamnikova S.S. və həmmüəlliflər 1986). 
Vəhşi  ördəkdən  A/Anas  acuta/Приморье/695/75/H2Nav7/  qripi  virusunun 
alınması haqda məlumat var (Т.V. Pısina, D.К. Lvov və b., 1978). 
Hav6  yarımtipə  məxsus  A  qripi  virusları,  xüsusən  Kanadada  alınmış 
A/индюк/Онтaрио virusu həm insan tipli N1, N2, həm də at qripinə mənsub Neq2 
neyraminidazaya malikdirlər (Вебстер Р., Тумова Б. и др., 1977). 
Bir  sıra  qrip  virusları  1980-ci  ildə  sərbəst  yaşayan  Amerika  qu  quşlarından, 
qaraquyruq  qağayılardan  və  Qərbi  Yaponiyada  kəkilli  ördəklərdən  alınmışdır. 
Alınmış qrip virusları Hav6Nav3 və Hav1Neq2 subtiplərinə məxsus idilər (Otsuki 
Koichi və b. 1982). 
Cənubi  Slovakiyada  vəhşi  quşlardan  müxtəlif  antigen  formulalarına 
A/H4N6/;    A/Hav4Nav1/;    A/H8N6/;    A/Hav7Neq2/  malik  quş  qripi  virusları 
alınmışdır (Turek R., Tumova B., 1983). 
İlk  dəfə  xəstə  ördək  balalarından  qrip  virusu  1953-cü  ildə  Kanadada 
alınmışdır  (Walker  və  Bannstber,  1953).  Duck  /Canada/53  virusunu  yalnız  14  il 
sonra Michell və başqaları (1967) ətraflı öyrəndilər. 

 
53
1956-cı  ildə  Şərqi  Slovakiyada  xəstə  ördək  balalarının  burun  ifrazatından, 
beynindən, ağ ciyərlərindən, qara ciyərindən Koşiçe/550 virusunun alınması haqda 
məlumat xüsusi maraq doğururdu. 
Koppel,  Vrtiak, Vasil və  Spiesa (1956)  tərəfindən alınmış  virus  virusoloqlar 
(Frano, 
1958; 
Blaskovic 
et 
al., 
1959) 
öyrənilmişdi 
və 
Myxovirus 
A/Anatis/Kosiece/56 və ya A/утка/Чехoсловакия/56 kimi qeyd olunmuşdu. 
  
İlk  dəfə  A/утка/Англия/56  virusu  haqda  Andrewes  və Worthington  (1959) 
məlumat verdilər.  
 
Sinusitlə  xəstələnmiş  ördək  balalarının  respirator  traktının  toxumalarından 
alınmış A qripi virusunun Veybricdə (İngiltərə) alınması haqda məlumatlar var. 
 
1962-ci ildə İngiltərədə həmin fermada ördək sinusiti alovlanmasının təkrarı 
zamanı 2 agent müəyyən olundu: 
  
A/Anatis/England/62 kimi qeyd olunan A qripi virusu və Mycoplasma anatis 
adlanan  mikoplazmanın  xüsusi  növü  (Weybridge,  1964).  1960-cı  ildə  ilk  dəfə 
SSRİ-də sinusitlə xəstələnmiş ördək balalarından A qripi virusu ştammı alındı. P.F. 
Çimox  (1962) Ukraynada 3 ştamm aldı: (Yalta-60, Borki-60, Sartana-60). 
 
SSRİ-nin  başqa  rayonlarında  А/утка/СССР/ОВ/66    və  А/утка/СССР/1/68 
ştammları  alınmışdır.  Bu  ştammlarda  Tsimox  tərəfindən  izolə  edilmiş  ördək 
virusları  ilə  antigen  əlaqələri  müəyyənləşdirilmişdir  (N.Q.  Оsidzе  və  b.  1970). 
Vəhşi  ördəklərdən  A/H2N2/,  A/H3N2/,  A/H3N8/,  A/H6N5/  yanaşı  donuz  qripi 
virusunun  (Hsw1N1)  ayrılması  maraq  doğurur  (OttisK.,  Bachman  P.A.,  1983, 
1984). 

 
54
 
1965-1966-cı  illərdə  Şimali  İtaliyanın  quşçuluq  fermalarında  ev  quşlarının 
müxtəlif  növlərindən  A  qripi  virusu  ştammları  ayrılmışdır.  Onlardan  4  ştamm  – 
утка/Италия/858/65, 
утка/Италия/946/66, 
və 
утка/Италия/574/66   
утка/Италия/167/66 kimi işarə olunan ştammlar xəstə ördəklərdən alınmışdır. 
 
1968-ci  ildə  AFR-də  Gylsorff  quş  xəstəliklərinin  öyrənilməsi  İnstitutunda 
A/утка/Германия/1868/68 ştammını aldı. 
 
Norfolkda  fermada  ördəklərdən  qrip  virusunun  bir  sıra  antigen  variantları 
A/H6N2, H4N6, H3N8/ (Alexander D.G., 1981) alınmışdır. 
 
Müəllif  belə  hesab  edir  ki,  yoluxmuş  ördək  virusu  vəhşi  və  ev  quşları 
arasında  epizootiyalara,  eləcə  də  insan  populyasiyasında  epidemiyalara  təsir 
göstərə bilər. 
Pontaine  M.,  Aymard  M.,(1984)  qeyd  edir  ki,  ördəklərin  30%-indən  çoxu 
qrip virusunun daşıyıcılarıdır və onlarda müxtəlif növ heyvanların hibrid ştammları 
əmələ gəlir. 
Yuxarıda  deyilənləri  bir  sıra  müəlliflərin  vəhşi  ördəklərdən  A  qripi 
virusunun geniş antigen spektrinin A/Hav7Neq2, Hav6N2, Hav4 Nav1/ (Sinnicker 
H.,  Sinnicker  R.,  Zilske  B.,  1982);  A/H3N8,  Hav7eq2  Nav1/  və  A/H4N6, 
Hav4Hav1/  (Turek  R.  Et  al.,  1983)  alınmasına  aid  tədqiqatların  nəticələri  təsdiq 
edir. 
 
Hindquşularının qrip 
 virusu (Myxovirus İnfluenza A., Meleagria, 
Turkey). 

 
55
 A  tipli  qrip  virusunun  ilk  ştammları  1963-cü  ildə  İngiltərədə  -  Lanqam  
ştammı  (Wells,  1963)  və Kanadada – Vilmot  hindquşusundan  alınmışdır(Lang  və 
b.  1965;  Lang  Wills,  1966).  Bu  ştammlar  A/индюк/Англия/63  və  ya 
А/Turkey/England/ və A/индюк/Канада/63 və ya А/Turkey/Саnada/63 kimi qeyd 
olunmuşlar. 
1964-cü ildən başlayaraq Amerika qitəsində hindquşulardan bir çox ştammlar 
alınmışdır.  Onlardan  etalon  kimi  istifadə  olunan  A/индюк/Массачусетc/65  və  
А/индюк/Висконсин/66  daha  ətraflı  öyrənilmişdir  (Olesiuk  и  др.,1967;  Pereira, 
Lang və b. 1966). 
Bütün yeni Amerika ştammlarının Lanqam virusu ilə deyil, Vilmot virusu ilə 
oxşarlığı müəyyən edilmişdir. 
Şimali  İtaliyanın  quşçuluq  fermalarında  A  tipli  qrip  virusu  ştammları  ev 
bildirçinləri  arasında  respirator  infeksiyanın  alovlanması  zamanı  alınmışdır 
(Rinaldi, Nardelli, Pereira, 1968). 
Quş qripinin həmin ocağında Şimali İtaliyada bildirçinlərin virusları ilə oxşar 
viruslar qırqovullardan və toyuqlardan alınmışdır. 
Austin  F.J.  Hinshaw  (1984)  Yeni  Zelandiyada  vəhşi  fırtına  quşlarından, 
ördəklərdən, qağayılardan A/H4N6, H1N1, H1N3 qripi virusları alınmışdır. 
 
Quşların klassik taunu virusu (Myxovirus İ
nfluenza- A Calli). 
Sinonimləri: quşların klassik (həqiqi) taunu virusu, toyuqların klassik (həqiqi) 
taunu virusu, pestis avium, pestis gallinarum, Fow1 peat, Fow1 plague. 

 
56
Dutch  ştammı  (quşların  klassik  taunu)  İndoneziyada  təxminən  1927-1928-ci 
illərdə alınmışdır. 
Росток ştammı – Almaniya, 1928-ci il. 
863 ştamm və Rezetçı – Rumıniya, 1942. 
Breşiya ştammı – İtalya  
İskəndəriyyə ştammları – Afrika(Qahirə ş.) və Tiroid. 
Çiba ştammı – Yaponiya, 1936-cı il (Nakayama). 
N  virusu  1949-cu  ildə  AFR-də  (Bavariya)  toyuqlardan  quşların  klassik 
taununa bənzər xəstəlik zamanı alınmışdır (Dinber, Bakos, 1949). 
Alınan ştamm N virusu kimi qeyd olundu. 
Analoji  viruslar  ördək  balalarından,  sonralar  isə  hindquşu  balalarından 
İtaliyada alındı (Rinaldi A.,Cervie və b. 1965 1966). 
Toyuqların taunabənzər xəstəliklərini baytarlıq praktikasında son illərə qədər 
quşların  klassik  və  ya  yalançı  taunu  virusları  ilə  əlaqələndirirdilər.  ÜST-ün 
məlumatı  böyük  maraq  doğurdu  (Heyvan  qripinin  koordinasion  tədqiqatları  üzrə 
hesabatda  (Cenevrə,  28-29  iyul(1964)  Şotland  cücələrindən  və  Cənubi  Afrika 
sığırçınlarından alınmış ştammların identikliyi qeyd olunurdu). 
A/Chicken/Scotland/59 və A/tern/S.Africa/59 ştammları öz aralarında o qədər 
oxşar  idilər  ki,  Arktikadan  Cənubi  Afrikaya  köçən  sığırçınların  ev  toyuqlarını 
yoluxdurması haqda fərziyyə söylənirdi. 
Becker  (1966)  sığırçınların  virusunu  Myxovirus  İnfluenza  A/tern/South 
Africa/1961/ kimi klassifikasiya etməyi təklif etdi. 

 
57
1967-ci ildə SSRİ-də ilk dəfə ev toyuqlarından A/курица/СССР/314/67 qrip 
virusu  ştammı  alındı.  Bu  virus  Şotland  cücələri  viruru  ilə  oxşar  idi;  sonralar 
ölkənin müxtəlif respublika və vilayətlərində quş qripi virusunun 14 ştammı alındı. 
Onlar  A/индюк/Массачузетc/65  virusu  ilə,  yəni  A/H6  quş  virusu  ilə  oxşar  idilər 
(V.N. Syurin, N.Q. Osidze və b. 1964). 
V.Y. Jezmer Kamçatka vilayətində ev toyuqlarından A qripi virusu ştammları 
aldı. Bu ştammlar Honkonq virusunun insan ştammları ilə oxşar idilər. 
Ev  toyuqlarının  A  qripi  virusları  ilə  yoluxması  bir  sıra  müəlliflər  tərəfindən 
üzə  çıxarılmışdır  (Roslaya  İ.Q.,  1982).  1979-cu  ildə  Böyük  Britaniyada  qripin 
alovlanması  zamanı  A/курица/Англия/71/82/H7N1/  qripi  virusunun  toyuq  və 
hindquşularından ayrılması məlumdur (Alexander D.T., Stuart T., 1983). 
1975-ci ildə Azərbaycanda ekoloji tədqiqatların nəticəsində (A.A. Kazımova 
1975)  А/индюк/Онтaрио  qrip  virusunun  Hövsan  və  Binə  qəsəbəsi  quşçuluq 
təsərrüfatı  toyuqları  arasında  geniş  sirkulyasiyası  qeyd  edilmişdir.  Bundan  başqa, 
müəlliflər  A/ГК/68  qrip  virusunun    da  sirkulyasiyasının  toyuqlar  arasında 
epidemiyadan  əvvəlki  dövrdə  (1974-cü  ilin  payızı)  45,8%  -ə  qədər  olduğunu  və 
epidemiya zamanı 87,1%-ə qədər yüksəldiyini (A/Англия/42/72/ ştammı) göstərir. 
Kawaka  Yoshihiro,  Webster  R.G.(1985)  tərəfindən  A/H5N2/  qrip  virusu  ilə 
törənmiş  toyuq  epizootiyası  təsvir  edilmişdir.  Epizootiyanın  əvvəlində  -  apreldə 
aşağı  səviyyəli  letallıq,  hemaqqlütininin  nöqtəvi  susan  mutasiyalarının  hesabına 
oktyabrda isə 80-90% -ə qədər yüksək letallıq qeydə alınmışdır. 

 
58
Keçmiş  SSRİ  ərazisinin  müxtəlif  regionlarında,  o  cümlədən  Azərbaycanda 
1979-cu  ildə  vəhşi  quşlardan  və  heyvanlardan  müxtəlif  antigen  uyğunlaşmalı  bir 
sıra qrip virusları alınmışdır (Cədvəl 1). 
1979-cu 
ildə 
Azərbaycanın 
Qızıl-Ağac 
qoruğundakı 
vəhşi 
quşlardan(qarabatdaq, 
qaşqaldaq, 
belibağlı) 
A/Hav
₂Neq₂/-/H10N8/ 
və 
A/H1N1/virusları 
aşkarlanmışdır. 
Bu 
da 
qümüşü 
qağayıdan 
alınan 
A/Хабаровск/77/H1N1/ ştammı ilə eynidir. 
Yenə də həmin il (1979) Hövsan qəsəbəsində(Bakı ş. ətrafı qəsəbə) KRX ilə 
xəsətə 3 yaşlı uşaqdan A/cücə/Almaniya/”N”/49/Hav
₂Neq₁/ virusu ilə eyni antigen 
formuluna( Hav
₂ Neq₁) malik A qrip virusu aşkarlanmışdır(Sadıxova F.Ə.). 
 (SSRİ TEA D.İ. İvanovski adına Virusologiya İnstitutunun Virusların ekologiyası 
Mərkəzinin “Qrip viruslarının ekologiyası” problemi üzrə hesabat məlumatları). 
        1.6 Donuz qripi virusunun heyvanlardan alınması. 
   Hazırda  müəyyən  edilmişdir  ki,  donuzların  həqiqi  qripi  ştammları 
Çexoslovakiyada (Harnach və b., 1950; Cois və b.,1963), Polşada (Parnas, 1957); 
Estoniyada (E.А.Aaver, 1957),  Rusiyada (L.F. Оsidze, 1964) alınmışdır.  
  Donuzların  qrip  virusları  tək  xəstə  donuzlardan  deyil,  həm  də  ev 
heyvanlarının başqa növlərindən də alınmışdır. 
Belə  ki,  Barb  və  b.(1962),  Romvary  və  b.(1962)  tərəfindən  1958-1961-ci 
illərdə  Macarıstanda  donuz  qripi  virusu  at  və  danalardan;  bir  sıra  hallarda  isə 
həmin virus xəstə donuzlardan alınmışdır. 

 
59
Çexoslovakiyada  donuz  qripi  virusu  siçovullardan  alınmışdır  (Rosocha, 
Heubert,1956).  Əvvəllər  S.İ.Aqapov  göstərmişdi  ki,  Podmoskovye  vilayətinin 
donuzçuluq təsərrüfatında tutulmuş boz siçovullar donuz qripi virusu ilə yoluxmuş 
idilər. 
Qrip virusunun 1979-cu ildə keçmiş SSRİ-nin müxtəlif regionlarında izolyasiyası.                                                                                                                  
Cədvəl 1   
 
Müayinə 
rayonu 
 
Tədqiqatın 
obyekti 
 
Bioprobların 
müayinəsi 
 
Viruslar 
alınmışdır 
 
İdentifikasiya 
    edilib 
 
Antigen 
formulu 
         1  
         2 
         3 
       4 
          5 
        6 
 Ukrayna  
 
Hindquşuları 
Ördəklər 
       50 
      103 
       1 
       1  
          1 
          1 
H1N1  
H3N2 
Qara  dəniz 
qoruğu 
 
Vəhşi quşlar 
 
      219 
       6 
          6 
Hav5Nav2 
Azərbaycan 
Vəhşi quşlar         60 
     14 
          4 
Hav2Neq2 
H1N1 
Belorusiya  
 
 
Vəhşi quşlar        133 
       3 
          3 
Hav1N6v2 
Hav1N6v2 
Hav1N6v2 
Qazaxıstan 
 
Vəhşi quşlar 
  
      363 
       1 
          1 
H3Neq2 
 
Balxaş 
Aralsk 
 
Vəhşi quşlar 
 
       
      --- 
 
     --- 
 
       --- 
 
 
Qırğızıstan 
 
Vəhşi quşlar         89 
 
       50 
       7 
 
       6 
          7 
 
          6 
Hav3Nav1 
 
Hav4Nav1 
Xabarovsk 
 
Toyuqlar 
 
 
Vəhşi quşlar 
 
 
Balıq  
       50 
        
 
       40 
 
 
       10 
       2 
        
 
       1 
 
 
       1 
          2 
           
 
          1 
 
 
          1 
1)H3Neq2 
2)Heq2Neq2 
 
1)Heq2Neq2 
 
 
H3Neq2 

 
60
Primorsk 
vilayəti 
 
Vəhşi quşlar 
 
Kosulya  
Dələ 
    525 
       4 
       9 
       5 
       1 
       1 
       1 
       1 
          1 
          1 
          1 
          1 
Hav6 Nav4 
H0N1 
H0N1 
H0N1 
 
Cəmi 
 
     49 
        39 
 
 
 
 
    1.7 İnsan qripi viruslarının donuzlardan alınması.   
Koreyada  donuzlardan  OTİ  ştammı  alınmışdı,  o  A1  qripi  virusu  kimi 
identifikasiya edilmişdi (Frensis və b., 1949). 
1979-cu  ilin  dekabrında  donuzların  epizootoloji  müayinəsi  zamanı 
Banqkokun  (Tayland)  60  km-liyində  sağlam  heyvanın  nazal  yaxmasından 
A/СССР/92/77  ilə  idenyik  olan  A/свинья/Бангкок/32/79  kimi  qeyd  olunan 
hemaqqlyütinasiya  edən  agent  H1N1alınmışdır  (Nerome  K.,  İshida  M.  Və  b., 
1982). 
Xəstə donuz və toyuqlardan alınmış A qripi virusunun 10 ştammının antigen 
və  bioloji  xassələri  öyrənilərkən  A/курица/Бохот/11/80/H1N1/  qrip  virusu 
ştammının  H1N1  və H0  yarımtipi  variantları  ilə  A/свинья/Антимово/1/80/H3N2 
H3  variantları  ilə  antigen  qohumluğu  meydana  çıxmışdır.  Özü  də  onun  HA 
A/Виктория/2/75  ştammının  HA  ilə  yaxın  qohumdurlar  (Panayotov  N., 
Nikoloyeva Z., 1982). 
 
1959-cu  ildə  Litvada  xəstə  donuzlardan  W.S  ştammları  qrupuna  aid  edilən 
A/Шклявер/48  etalon  ştammına  uyğun  olan  insan  virusu  qripi  A0  kimi 
identifikasiya  edilən  5  ştamm  alınmışdır  (ştamm  A/Каунас/535-539).(В.М. 
Стаханова, 1961; В.М. Стаханова, Э.Я. Андрияускас, 1962). 

 
61
 
Xəstə  donuz  balalarından  A  tipli  qripp  virusunun  3  ştammı  ayrılmışdır 
(M.A.Smetanin, 1966). 
Xəstə donuzların burun-udlaq yaxantısında A və B qripi virusları alınmışdır 
(A.S.Коrotiç və b., 1966).  
A2    Sinqapur/57  virusu  ilə  oxşar  viruslar  xəstə  donuz  və  qoyunlardan 
alınmışdır  (Barb,  Farkas,  Rotvary,  Takatay,  1962);  A/PR/8  qripi  virusu 
Rumıniyada donuzlardan alınmışdır (Papovici və b., 1960). 
Asiya  qripinin  pandemiyasının  (1957)  əvvəlində  Çində  donuzlardan  yeni 
qrip  virusunun  alınması  haqda  məlumat  daxil  olmuşdu.  A2  virusunun  3  ştammı 
İspaniyada  1957-ci  ilin  noyabrında  donuzlardan  alındı  (sitat  Kaplan  və  Payne; 
1959). 
Asiya  qripinin  pandemiyası  zamanı  Çexoslovakiyada    donuzlarda  dölün 
bətndaxili  ölümü  halları  müəyyən  edilmişdir.  Dölün  ağ  ciyərlərindən  dölətrafı 
örtükdən A tipli qrip virusu alınmışdır (Manaik, Gerny, Zeman, 1957). 
A2  Honkonq  qrip  virusunun  meydana  çıxması  ilə  xəstə  donuzlardan  insan 
qripinin  bu  növünün  izolə  edilməsinin  artması  tezləşdi  (L.S.  Yenikolopova.  Q.P. 
Jilov,  1970;  Kundin,  1970;  Tumova  B.  Və  b.,  1985).  Kanai  Chatiyanonda  və 
b.(1981)  1978-ci  ildə  donuzlardan  A/Бангкок/9/78/  H3N1/  qripi  virusu  almışlar 
(xəstəliyin klinik simptomatikası ilə). 
Mancini  C.  və  b  (1985)  Mərkəzi  İtaliyanın  müxtəlif  vilayətlərində         
1981-82-ci  illərdə  donuzlardan  qrip  virusları  ştammları  almışlar,  onları  A 
/Бангкок/1/79  və  A/  Англия/42/72/H3N2  ştammlarını  qohumları  kimi 
identifikasiya etmişlər. Müəlliflər tərəfindən qrip viruslarının insandan heyvanlara 

 
62
keçməsinin  mümkünlüyü  göstərilmişdir.  Bu  isə  heyvanların  yeni  pandemik 
variantların qorunmasında və meydana çıxmasında vacib rol oynaya bilməsi haqda 
hipotezi təsdiq edir. 
Yuxarıda  göstərilənlərin  təsdiqi  kimi  Nakajima  K.  və  b.,  (1982) 
tədqiqatlarını  qeyd  etmək  lazımdır.  Onlar  oliqopeptid  xəritəsi  metodu  ilə  /H3N2/ 
Honkonq tipli A qripi virusunun erkən ştamlarının donuz orqanizmində 1976-cı ilə 
qədər qorunub saxlanmasının genetik təsdiqi haqda əlavə sübutlar aldılar. 
Donuzlardan  ayrılmış  insan  qripinə  aid  olan  ştammların  mənşəyi 
məsələsində  skeptisizmə  baxmayaraq,  bu  kimi  ştammların  tədrici  təkamül 
nəticəsində donuz orqanizmində formalaşa bilməsi xeyrinə fikirlər meydana çıxdı. 
Atların  qrip  virusunu  ilk  dəfə  1956-cı  ildə  Sovinova  və  Tumuova 
Çexoslovakiyada 
atlar 
arasında 
geniş 
epizootiya 
zamanı 
aldılar– 
A/equine/Praga/56. 
Daha  sonra,  1959-cu  ildə  Moskvada  Z.V.Domraçeva  A/equine/Praga/56  at 
virusuna  qohum  ştamm  aldı.  O  biri  ştamm  isə  A2  tipli  insan  qripi  virusu  kimi 
identifikasiya edildi. 
Virusun analoji ştammları Kanadada atlardan alındı (Oitchfield və b., 1956). 
Qrip  virusunun  ikinci  yeni  yarımtipi-  A/лошад/2/Майами/63          1963-cü 
ildə  ABŞ-da  atlar  arasında  qrip  epizootiyası  zamanı  kəşf  olundu  (Waddell, 
Teigland and Sigel, 1963).  
Wilson,  Bryans  və  Deil  (1965)  2  yaşlı  və  ondan  yuxarı  xəstə  atların              
burun–udlaq  yuyuntusundan  bir  sıra  Equin-2  ştammları  və  epizootiya  dövründə 
pnevmoniyadan  ölmüş  dayçanın  ağ  ciyər  toxumasından  bir  ştamm  aldılar.  Qeyd 

 
63
etmək lazımdır ki, bu müəlliflər 1963-cü ildə Kentukki ştatında Equi 1 ştammlarını 
Leksinqton  şəhərində  minik  atlarından  və  bir  neçə  ştammları  həmin  ştatın 
fermalarının birində almışlar.      
Amerika virusoloqları (Lief, Cohen, 1965; Wilson və b., 1965) xüsusi diqqət 
doğuran  hal  kimi  ABŞ-da  atların  qrip  virusunun  2  müxtəlif  yarımtiplərinin  birgə 
(yanaşı) mövcudluğunu qeyd edirlər. Buna bənzər halı Tumova və b. 1972-ci ildə 
təsvir etmişlər. 
Analoji  ştammlar  Kanadada,  Şimali  və  Cənubi  Amerikanın  müxtəlif 
rayonlarında  (Schooltens  R.C.,  1964),  Uruqvayda  (Vallone  E.F.  və  b.,  1964), 
İngiltərədə  (Rose  M.A.,  1966),  İsveçrədə  (Paccaud  M.F.  və  b.,  1966),  Kaplan 
M.M., 1982. alınmışdır. 
Son  illərin  müşahidəsi  göstərir  ki,  antigen  strukturunun  gözəçarpan 
dəyişməsi heyvan qripləri arasında baş verir (ÜST, 1977). 
At qripi viruslarının iki yarımtipinin mövcudluğu müəyyən edilmişdir. 
Ev  heyvanlarının  bu  növü  digərlərindən  nisbətən  uzun  ömürlü  olması  ilə 
fərqlənir.  Bu  isə  virusun,  tamamilə  immuniteti  olmayan  orqanizmdə 
sirkulyasiyasının mümkünlüyüdə ola bilər. 
Bu  isə,  öz  növbəsində  sahib  tərəfindən  induksiya  edilmiş  dəyişkənlik  kimi 
baxılan virusun dəyişkənliyinə təsir edir. Burrows R., Denyer M.(1982) qeyd edir 
ki,  insanın  A  qripi  virusları  ştammlarından  fərqli  olaraq  atların  qrip  virusu  daha 
konservativdir:  1963-cü  ildən  şift  qeyd  olunmamışdır;  1973  və  1977-ci  illərdə 
alınmış  A/лошадь/Прага/1/56  ştammının  yalnız  dreyf  variantları  var.  Keçmiş 

 
64
SSRİ-nin  orta  qurşağında  at  qripi  virusunun  ikinci  yarımtipinin  ştammları 
alınmışdır (Q.А.İvanova, N.V.Lixaçev və b., 1970).    
А/собака/Владивосток/1/70/H3N2/ 
qrip 
virusu 
A2/ГК/68 
kimi 
identifikasiya edilmişdir (Т.V. Pısina, N. Q. Surin, 1972). 
Qrip  virusu  ştammları  Atlantikada  1976-cı  ildə  tutulmuş  balinalardan 
(D.К.Lıvov  və  b.,  1976),  suitilərdən  (Webster  R.G.  və  b.  1981),  yarasalardan 
(D.К.Lıvov və b., 1979) izolə edilmişdir. 
Layr-Zebudan  Nepalda  H3N2  insan  qripi  virusunun  antigeninə  qarşı  təbii 
antitellər  tapılmışdır  (İ.Qreyv,  S.Pyakural  və  b.).  Monreal  rayonunda  sərçələrdə 
H3N2 qrip virusu 14% hallarda təsadüf edilir (Ray G., Bucton İ.  Və b., 1983). 
 
                       1.8Heyvanların insan qripi virusları ilə yoluxması. 
Bu  gün  qrip  epidemiyası  zamanı  ev  heyvanlarının  xəstə  insanlarla  kontaktı 
nəticəsində yoluxmasına aid sübutlar kifayət qədərdir. 
Belə  ki,  A/Honkonq/68  qripinin  1969-cu  ildə  epidemiyası  zamanı 
Yenikolopova,  Jilova  qrip  virusunun  insandan  donuzlara,  Pısina  isə  itlərə 
keçməsini müəyyənləşdirdilər. 
Heyvan  və  quş  viruslarının  antigen  strukturunun  insanın  A  və  B  qripi 
viruslarına yaxınlığı maraq doğurur. 
Belə  viruslar  atlarda,  qoyunlarda,  donuzlarda,  toyuqlarda,  ördəklərdə,  ev 
bildirçinlərində,  kəkliklərdə  tapılmışdır  (V.М.  Jdanov,  1964;  А.S.  Qorbunova, 
Т.V. Pısina, 1973). 

 
65
Adları  çəkilən  heyvanlardan  bəzilərinin  arasında  (atlar,  donuzlar,  kəkliklər, 
bildirçinlər)  A  qripi  virusu  tərəfindən  törənmiş  epizootiyalar  meydana  çıxır.  İri 
buynuzlu  qaramalın insanın  H3N2 qripi virusu  ilə  yoluxması  müəyyən  edilmişdir 
(А.İ. Кiryanova və b., 1982). 
Eksperiment  yolu  ilə  A/H3N2/-nin  növ  dəyişkənliyinin  danalar  üçün 
infeksion olması müəyyənləşdirilmişdir: danadan alınmış ştamm daha çox virulent 
idi (М. Fatxuddinova, 1981). 
R.Nakamura  və  b.  (1973)  seroloji  müşahidələrin  nəticəsində  belə  bir 
fərziyyə irəli sürürlər ki, dişi donuzlar donuz qripi ilə xəstələndikdən sonra virusun 
daşıyıcılarıdır  və  epizootiyalararası  dövrlərdə  infeksiyanın  rezervuarı  rolunu 
oynayırlar. 
Romvary  J.(1977)  eksperimentdə  insan  qripi  virusunun  cücə  orqanizminə 
adaptasiyasının  mümkünlüyünü  göstərdi.  Bu  zaman  invazivlik  yüksəlir  və 
persistensiya uzunmüddətli olur. 
Digər  tərəfdən  insanların  A  qripinin  donuz  ştammları  ilə  yoluxması  halları 
məlumdur, xüsusən qrip virusunun  A/Hsw1N1/ ştammının rekrutlar arasında (500 
nəfərdən çox xəstə insan) 1976-cı ildə Fort-Diksdə epidemik yayılması halı. 
İnfeksiyanın  mənbəyi,  tədqiqatçılar  hesab  etdiyinə  görə,  donuzlarla 
kontaktda olmuş rekrut idi (sitat V.M.Jdanov və b., 1982). 
Bu  dövrdə,  1976-cı  ildə  ABŞ-da  A/Hsw1N1/  virusu  donuzçuluq 
fermalarında  işləyən  iki  cavan  adamdan  və  eyni  zamanda  donuzlardan  izolə 
edilmişdir. 

 
66
Göstərilən  hallarda  insan  və  donuzlarda  respirator  xəstəliyin  əlamətləri 
müşahidə edilirdi. 
Bir  halda  virusun  xəstə  insandan  sağlam  insana  uzun  müddət  ərzində 
keçməsini üzə çıxarmaq mümkün olmuşdur (Easterday B., 1977; sitat V.M.Jdanov, 
1982).  A/Нью-Джерси/8/76/Hsw1N1/  virusunun  Fort-Diksdə  rekrutlardan 
alınması  və  antigen  və  genetik  cəhətdən  identik  olan  Hsw1N1  qrip  viruslarının 
donuz  və  insanlardan  həmin  fermada  Viskonsində  doktor  Easterday  və  b.(sitat 
Webster,  1978)  tərəfindən  sonrakı  izolyasiyası  göstərir  ki,  heyvan  qripi  virusları 
insanlara keçə bilər (Bachman P.A., 1984). 
ABŞ-da donuz populyasiyası Hsw1N1 qripi  virusunun  əsas  rezervuarı kimi 
qalmaqda davam edir. 
Donuz  qripi  virusları  Sinqapurdan  ÇXR,  Honkonqa  gətirilmiş  donuzlardan 
da alınmışdır (Kundin W.D., 1970). 
H3N2  insan  qripinə  bənzər  qrip  virusları  bir  çox  ölkələrdə,  keçmiş  SSRİ 
daxil  olmaqla,  ABŞ,  Çexoslovakiya,  Honkonq,  AFR,  İspaniyada,  Kolumbiya, 
İsveçdə,  ÇXR,  Filippin,  Avstraliya,  Yeni  Zelandiyada  donuzlarda  tapılmışdır 
(Shortridge, 1977). 
Bu  virusların  çoxu  insanlar  arasında  sirkulyasiya  edən  H3N2  virusunun 
variantlarına bənzər idi, ancaq bəzi Honkonqdan olan izolyatlar 1968-ci ilin H3N2 
variantları  ilə  daha  sıx  əlaqədə  idilər.  Bu  isə  həmin  ştammların  insanlar  arasında 
itməsindən sonra donuzlarda persistensiya etməsini göstərir (Webster R.G., Schild, 
1978). 

 
67
Sonralar,  1977-ci  ildə  ÇXR-də  insanlar  arasında  H1N1  epidemiyasından 
sonra  ev  cücələrinin  14%-ə  yaxını  bu  ştamma  qarşı  antitellərə  malik  idilər 
(Webster R.G., Schild C., 1978). 
A qripi virusunun suitilər arasında xəstəliyin alovlanmasını törətməsi haqda 
məlumatlar var (Webster və b., 1981;sitat Mc.Cauley və b., 1983). 
Kənd  təsərrüfatı  heyvanlarının 
seroloji  müayinəsi  insan  qripinin 
epidemiologiyasında onların rolunu aydınlaşdırmaq məqsədi ilə aparılırdı. 
 
K.V.Sidorenkonun 
(1966) 
məlumatlarına 
görə, 
atların 
qanında 
A/Сингапур/57/H2N2/  pandemik  ştammlarına,  donuzların  zərdabında  isə  B 
virusuna qarşı antitellər üzə çıxarılmışdır.  
 
Gövşəyən heyvanların (iri buynuzlu qaramal və qoyunlar) zərdabının tədqiqi 
zamanı  qeyd  olunan  ştammlarla  yanaşı  donuz  qripi  viruslarına  qarşı  da  antitellər 
tapılmışdır. 
 
Müəllif  belə  nəticə  çıxarır  ki,  4  növ  kənd  təsərrüfatı  heyvanlarının 
zərdabında  insan  qripinə qarşı antitellər  var  və  öz  tapıntılarını  heyvanlar  arasında 
Ukraynada  əhalini  yoluxduran,  epidemiya  və  qripinin  alovlanmasını  törədən  qrip 
ştammlarının sirkulyasiyası ilə əlaqələndirir. 
 
İri buynuzlu qaramal və qoyunlarda A qripi viruslarına qarşı antitelləri digər 
tədqiqatçılar da tapmışlar (Lipp və b., 1961; Macferson və b.,1963; Homme və b., 
1964) (sitat А.S.Qorbunova, 1973). 
 
A  və  B  tipli  qrip  virusunun  insan  ştammlarına  qarşı  antitellər  iri  buynuzlu 
qaramalın,  qoyunların,  itlərin,  pişiklərin,  tülkülərin,  canavarların,  dovşanların, 
ördəklərin zərdabında tapılmışdır (Meenan və b.,1962; Bronitki və b., 1965). 

 
68
Тамаrа Nikitina, D.Коen, Js.Тоd.Florensis Lif (1973) itlərdə А/ГК/68 H3N2 
virusu  infeksiyasının  subklinik  formasını  və  kontakt  yolu  ilə  ötürülməsini  qeyd 
edirlər. 
Т.V.Pısina,  N.Q.Sürin  (1972)  spaniel  cinsindən  olan  itdən  1970-ci  il 
Vladivastokda qripin epidemik alovlanması zamanı A/ГК/68/H3N2 qripi virusunu 
almışlar. Virus serolji yolla təsdiq edildi. 
Heyvanın xəstələnməsi sahibinin ailə üzvlərinin xəstələnməsindən sonra baş 
vermişdi. 
Müəlliflər  itlərin  insan  qripi  virusu  ilə  yoluxmasının  mümkünlüyünü  qeyd 
edirlər. 
 
        1.9  Heyvan qripi viruslarının insanı yoluxdurma qabiliyyəti. 
İnsanların  at  qripi  virusu  ilə  yoluxması  haqda  dolayı  (1918-ci  və  1889-cu 
illərə  qədər  doğulmuş  şəxslərin  retrospektiv  müayinəsi  əsasında)  (Davenport  F., 
1977)  və  insanların  at  qripi  virusu  ilə  xəstələnməsi  haqda  məlumatlar  var 
(R.Nikolova, R.Koçeva). 
Etioloji 
cəhətdən 
donuz 
qripi 
virusunun 
/Hsw1N1/ 
və 
A/Виктория/3/75/H3N2  eyni  zamanda  sirkulyasiyası  ilə  bağlı  olan  A/Hsw1N1/ 
etioloji  əhəmiyyətinin  xəstəliyin  Fort-Diksdə  alovlanması  zamanı  interpretasiyası 
belədir:  xəstəlik  halları  üzə  çıxan  qruplarda  donuz  qripinə  qarşı  immunitet  21%-
34%  çatırdı.  Ancaq  donuz  virusunun  sirkulyasiyası  populyasion  immunitetin 
böyük olmayan ölçülərinə baxmayaraq tezliklə spontan olaraq kəsildi. 

 
69
1976-cı  ilin  qışında  keçmiş  SSRİ  ərazisində  epidemiya  törətmiş 
A/Виктория/3/75 qripi virusunun aktiv sirkulyasiyası isə bu zaman davam edirdi. 
Bir  sıra  müəlliflər  güman  edirlər  ki,  bu  donuz  virusunun  insana  birbaşa 
adaptasiyası idi (Palese P.və b., 1976). 
Belə  bir  fərziyyə  mümkündür  ki,  bu  donuzlara  adaptasiya  etmiş  virus 
variantının  gətirilməsi  idi,  ancaq  nə  bu  virusun  A/Виктория/3/75  virusu  ilə 
rekombinasiyası,  nə  də  populyasiyada  əvvəl  yaşamış  mutantların  adaptasiya 
seleksiyası  deyildi  və  buna  görə  də  ştammın  həqiqi  epidemik  yayılması  və 
populyasiyada möhkəmlənməsi baş vermədi. 
M.V.Revonun  (1956)  məlumatlarına  görə,  praktik  baytar  həkimləri  insanın 
xəstə donuzlardan yoluxma hallarını qeyd edirdilər. 
Alma–Atada 
Hsw1 
hemaqqlütininli 

qripi 
virusunun 
insandan 
izolyasiyasının 3 halı ayırd edilmişdir. 
Sonralar,  həmin  regionda  Z.К.  Çuvakova  və  b.(1986)  tərəfindən 
A/свинья/Айова/15/30  virusunun  1984-cü  ilin  sonunda  qriplə  xəstələnmənin 
mövsümi  yüksəlişində  rolu  müəyyən  edilmişdir.  Tədqiq  edilən  materiallardan 
A/свинья/Айова/15/30 serovariantına bənzər 12 ştamm alınmışdır. 
A/Hsw1N1/  yarımtipinə  aid  qrip  virusları  Bolqarıstanda  insanlardan,                   
2 yaşdan 16 yaşa qədər şagirdlərdən alınmışdır. Onlar ev təsərrüfatında donuzlarla 
kontaktda olmuşlar. 
Alınmış ştamm А/Айова/15/30/Hsw1N1/ prototipi ilə oxşar idi (R.Nikolova 
və b., 1983).  

 
70
Quşların  klassik  taunu  virusuna  oxşar  ştammların  bu  infeksiyanın  enzootik 
olduğu  ölkələrə  səyahət  edən  insanlardan  ayrılması  halları  təsvir  olunmuşdur 
(Cambell  və b., 1970). 
 
 
                          1.10 Müxtəlif yaşlı insanların qan zərdabında 
                 heyvan qripi virusuna qarşı antitellərin spektri. 
 
Müxtəlif  yaş  qrupuna  aid  insanların  qan  zərdabı  tədqiq  edilir.  Məqsəd 
virusların sirkulyasiyasının xronologiyasını müəyyənləşdirməkdir. 
 
1925-ci  ilə  qədər  yəni  “ispankanın”  pandemiyası  zamanı  doğulmuş 
insanlarda  donuz  qripi  viruslarına  qarşı  antitellərin  üzə  çıxması  məlumdur 
(Blaskovic və Rotova, 1956; Jdanov V.М. və Staxanova V.М., 1960) və лошадь/2 
qripi  virusuna  qarşı  1889-1890-cu  illər  pandemiyadan  əvvəl doğulmuş  insanlarda 
üzə çıxması məlumdur (Voth və Feldman, 1963; Masusel və Mulder, 1966). 
 
Nigeriyanın 30 yaşdan cavan əhalisində donuz qripinə qarşı antitellərin üzə 
çıxması  maraq  doğurur.  Bu,  tədqiqat  zamanı  ümumi  antigenlərin  olması  ilə 
əlaqədar  sirkulə  edən  aktual  Asiya  ştammı  A/H2N2/  ilə  donuz  qripi  virusunun 
(Masuzel,  Mulder,  1957)  çarpaz  reaksiyaları  kimi  qiymətləndirilir.  Zakstelskaya 
L.J.  və  b.  (1969)  1960  və  1968-ci  illərdə  müxtəlif  yaşlı  şəxslərdən  yığılan 
zərdablarda A/ГК/68 və ördək viruslarına, qarşı antitellərin üzə çıxarılmasına dair 
tədqiqatlar aparmışlar. 
 
Müəlliflər  hər  iki  ştammlar  arasında  çarpaz  qohumluğun  olduğunu 
göstərmişlər. 

 
71
 
Eyni  zamanda,  A/ГК/68  virusunun  antihemaqqlütinininə  qarşı  aktiv  olan 
zərdab  nümunələri  A/лошадь2/Майами/68  ştammının  hemaqqlütinasiyasını 
tormozlayırdı. 
 
Müəlliflər  viruslar  arasında  qarşılıqlı  əlaqə  olduğunu  söyləyirlər.  Belə  ki, 
A/ГК/68 ştammının sələfi insanlar arasında sirkulə edirdi və immunoloji “press”in 
təsiri altında sıxışdırılmışdır, bu isə onun heyvan populyasiyasına keçməsi və orada 
toplanmasını təmin etmişdir. 
  
          1.11 İnsan və bir növ heyvan qripi viruslarının digər növ heyvanlar üçün 
patogenliyi və insanların qriplə xəstələnməsinin alovlanması və epizootiyalar 
arasında ə
laqə. 
Müxtəlif  antigen  dəyişkənliyinə  malik  qrip  viruslarının  patogenlik  dərəcəsi 
quşlar  üçün  müxtəlifdir.  Hav1  serotipinin  HA  malik  ştammlar  toyuqlar  üçün 
xüsusən yüksək patogen olması ilə fərqlənirlər. 
Bu  HA  malik  olan  ştammlar  Breacia/02/A/Dutch/27  və  b.  XX  əsrin 
əvvəlində elə dağıdıcı epizootiyalar törətdiklərinə görə “quş taunu” – fowl plague 
viruses (FPV) /Hav1Neq1/-/H7N7/ adlandırılmışlar. 
Bu  ştammlar  toyuq  embrionlarında  kultivasiya  edildikdə  toyuqlara  qarşı 
patogenliyini qoruyur. 
Donuz  qripi  virusunun  sürüdəki  donuzlara  keçməsi  müəyyən  edilmişdir 
(Kilbourne Edwin D. Və b., 1980). 
İsbat edilmişdir ki, epidemiya illərində insan qripi virusları ev məməlilərinə 
(donuzlar, atlar, buynuzlu malqara, itlər, pişiklər), eləcə də quşlara (toyuqlar) keçə 

 
72
və  bir  müddət  orqanizmdə  sirkulyasiya  edə  bilərlər.  A/H3N2/  viruslarının 
epidemik  aktiv  ştammları  ilə  oxşar  viruslar  həm  sinantrop,  həm  də  köçəri  vəhşi 
quşlardan izolə edilmişlər. 
İnfeksiyanın  həşəratla  ötürülməsi  müəyyən  edilməmişdir.  Virusun  dişidən 
dölə  şaquli  ötürülməsi  siçanlar  üzərində  eksperimentlərdə  isbat  edilmişdir 
(Timakov V.D., Zuev V.А., 1977, sitat V.М.Jdanov, 1982). 
Honkonq kompleksinin epidemik ştammları, ev quşlarından başqa, dəfələrlə 
həm  Avropa  qitəsinin  müxtəlif  hissələrində  vəhşi  quşlardan  (Lvov  D.К.,    İliçev 
V.D., 1979),  həm Mərkəzi  Rusiyada qağayı  və qarğalardan,  həm də Uzaq  Şərqdə 
vəhşi ördəklərdən izolə edilmişdir (İsaçenko V.А. və b., 1974). 
Bu  məlumatları  Honkonq  kompleksi  viruslarının  (H3N2)  vəhşi  quşların 
sirkulyasiyasına introduksiyası kimi qiymətləndirmək lazımdır. 
Digər tərəfdən H3-ə bənzər Heq2-Hav7 hemaqqlütininlərinə malik virusların 
heyvanlar  arasında  sirkulyasiyası  hələ  1963-cü  ildə,  yəni  epidemik  Honkonq 
virusunun  meydana  çıxmasından  5  il  əvvəl  məlum  idi  (A/Turkey/Canada/63  və 
A/Duck/Ukraine/63/) (L.N.Zakstelskaya və həmmüəlliflər., 1963). 
 Bu  virusların  hemaqqlütininlərinin  ağır  və  yüngül  zəncirlərinin  peptid 
xəritələri  H3-Heq2-Hav7  hemaqqlütininin  yüngül  zəncirlərində  nukleotid 
ardıcıllığında  böyük  oxşarlıq,  N2  ilə  isə  böyük  fərqlər  üzə  çıxardı  (Laver  W.G., 
Webster R.G., 1973). 
Bu  məlumatlar  Honkonq  virusunun  meydana  çıxmasının  Asiya  virusu  ilə    
3-cü tip hemaqqlütininə malik hər hansı heyvan qrip virusunun rekombinasiyasının 
nəticəsi olduğunu fərz etməyə əsas verir.       

 
73
Honkonq  virusunun  rekombinasiya  yolu  ilə  meydana  çıxması  haqda  əlavə 
biokimyəvi  sübutlar  Laver  W.C.  və  b.,  1977  tərəfindən  alınmışdır.  Müəlliflər 
müəyyən  etdilər  ki,  H3-Hav7  hemaqqlütininin  ağır  zəncirinin  sonunda  asparagin 
turşusu  yoxdur,  Asiya  virusu  daxil  olmaqla  digər  tədqiq  edilən  viruslarda  isə  o 
mövcuddur. 
1979-cu  ildə  Belçikada  donuzlar  arasında  epidemiya  qeydə  alınmışdı.  Bu 
zaman  Şimali  Amerika  və  AFR-də  ördəklərdən  alınmış  ştamma  Hsw1N1  antigen 
tərkibcə  yaxın  qohum  olan  A/Hsw1N1/  qripi  virusu  üzə  çıxmışdır.  Bu,  quşların     
A  qripi  virusunun  məməlilərə  ötürülə  bilməsini  inandırıcı  surətdə  təsdiq  edən  ilk 
məlumatlar kimi qiymətləndirilir  (Pensaert М. və həmmüəlliflər., 1981). Hinshaw 
V.S. və b. (1984) ölmüş suitinin ağ ciyərlərindən A/утка/Алб/686/82/H4N6/ qripi 
virusuna bənzər A qripi virusu almışlar. 
Amerika  qu  quşları  və  qaraquyruq  qağayılardan,  kəkilli  ördəklərdən 
Yaponiyada antigen formulu Hav6Nav3 olan qu qripi virusları alınmışdır. Onların 
cücələr üçün patogenliyi müəyyən edilmişdir(Otsuki Koichi və b., 1983; Romvary 
J.G. və b., 1962). 
Eksperimental  tədqiqatlarla  Macaca  radiate  meymunların  A/Honkonq/68 
qripi  virusları  ilə  intranazal  və  yoluxmuş  heyvanlarla  kontakt  yolu  ilə 
xəstələnməsinin mümkünlüyü göstərilmişdir. 
Eləcə  də  müəyyən  edilmişdir  ki,  ev  pişikləri  həm  A/Honkonq/68  və 
A/Сингапур/57/H2N2  qripi  viruslarına,  həm  də  B  qripi  virusuna  həssasdırlar 
(K.Paniker, К. Nair, 1973). 

 
74
L.Y.  Zakstelskaya  və  b.  (1973)  tədqiqatlarında  ev  quşları  arasında 
A/chicken/Scotland/59 
(Hav5N1), 
A/утка/Украина/63 
(Hav7Nav2) 
və 
A/Duck/England/56 
(Hav3Nav1) 
qrip 
viruslarının 
sirkulyasiyasını 
müəyyənləşdirmişlər. Amma onlar həm də göstərmişlər ki, 1969-cu ilin payızında 
vəhşi  dəniz  quşlarından  (əsasən  gümüşü  qağayılardan,  dəniz  ördəklərindən  qara 
zoblu qaqarlardan) alınmış zərdabların çox böyük hissəsi tək quş qripi viruslarına 
qarşı deyil, həm də A/equine/Miami 1/1/63-Heq2Neq2/ və A/Honkonq/1/68/H3N2 
viruslarına qarşı antihemaqqlütinasiya aktivliyinə malikdir. 
Alınan  məlumatlar  insan  və  at  qripi  viruslarının  quşlar  üçün  patogen 
olduğunu güman etməyə əsas verir. 
Müxtəlif  sahiblərin  qripi  viruslarının  qarşılıqlı  əlaqəsinin  üzə  çıxarılması 
müəyyən maraq doğurur. Ördəkdən alınmış qrip virusunun yeni yarımtipi (ştamm 
A/утка/Украина/1/60)  tədqiqatlar  göstərdiyi  kimi  A/утка/Украина/3/60  və 
A/утка/Украина/1/63  ştammları  ilə  qohum  deyil  (baxmayaraq  ki,  bu  ştammlar 
eyni  məkanda  yaşayan  eyni  heyvan  növündən  alınmışdır)  (Tumova  və 
həmmüəlliflər 1973). 
Yeni  ştamm digər 2 ördək  ştammından fərqli  olaraq  A/equine/Miami/63  və 
A/Honkonq/68 ilə antigen qohumluğuna malik deyildi. 
Qrip  viruslarının  patogenliyinin  xarakteristikası  baxımından  yoluxmuş 
orqanizmin  orqanlarının  morfoloji  dəyişiklikləri  maraq  doğurur.  A.S.Qorbunova, 
T.V.Pısina  tərəfindən  heyvan  qripi  viruslarının  7  ştammın  siçanlar  üçün 
patogenliyi müqayisəli öyrənilmişdir (1973). 

 
75
Virusoloji  tədqiqat  nəticəsində  aşkar  və  ya  gizli  infeksiya  müəyyən 
edilmişdir (virusun toyuq embrionlarında alınması, siçanların ağ ciyər toxumasında 
görünən zədələrin mövcudluğu). 
Həmin  siçanların  patomorfoloji  tədqiqi  zamanı  qrip  infeksiyası  üçün 
xarakterik olan tənəffüs orqanlarındakı dəyişikliklər müəyyən edilmişdir. 
Dəyişikliklər  traxeya,  bronx  və  bronxiolların  epitelisinin  distrofik 
zədələnməsindən 
(kiprikciklərin 
yapışması 
və 
ya 
itməsi, 
hüceyrələrin 
sitoplazmasının  hemogenləşməsi,  kobudlaşması  və  fraqmentləşməsi,  xromatinin 
nüvələrdə  yenidən  paylanması),  eləcə  də  onun  ocaqlı  proliferasiyasından  və 
deksvamasiyasından ibarət idi. 
Tənəffüs  orqanlarındakı  mikroskopik  dəyişikliklərdən  bronxial  epitelisinin 
nəzərə çarpan dərəcədə proliferasiyası və  deksvamasiyasını, qeyd etmək lazımdır. 
Eləcə  də  bütün  siçanlarda  hər  passajda  alveolların  içində  sərbəst  eritrositlərin 
olması  ilə  müşaiyət  edilən  hemorragiyalar,  perivaskulyar  və  peribronxial 
infiltratların olmasını xüsusilə qeyd etmək lazımdır. 
 
1.12 A tipli heyvan qripi viruslarının yayılması və xarici mühitə qarşı 
davamlılığı.
 
  Qrip  infeksiyasının  quşlarda  və  məməlililərdə  klinik  xarakteristikası 
infeksiyasının sağlam fərdlərə keçməsini göstərir. 
Quşların A qripi virusu ilə xəstələnməsi bu və ya digər lokal simptomların, o 
cümlədən enteritin olması ilə septik xəstələnmə tipi üzrə baş verir. 

 
76
Enterit  vəhşi  quşların  yuva  qurduğu  və  yaşadığı  yerlərdə  qrip  viruslarının 
quşların fekalisi ilə külli miqdarda ifraz edilməsinə, torpaq və suyun çirklənməsinə 
səbəb olur. 
Ətraf  mühitin  çirklənməsi  virusların  biosferdə  eliminasiyasının  əlavə 
faktorudur. 
A  tipli  qrip  viruslarının  ördəklər  yaşayan  kiçik  göllərin  suyunda  tapılması 
faktı  məlumdur.  Müəlliflər  vurğulayırlar  ki,  qrip  virusları  ştammları  bağırsaq 
traktını örtən hüceyrələrdə replikasiya edirlər və bağırsaq möhtəviyyatından böyük 
miqdarda alınırlar (Webster R.G.,1978). 
Vəhşi quşların kloakasından izolə edilmiş virusların ağ ciyər parenximasında 
və  bağırsağın  epiteli  toxumasında  çoxalma  və  fekali  vasitəsi  ilə  külli  miqdarda 
ifraz edilmə qabiliyyəti  eksperimental tədqiqatlarla göstərilmişdir (Webster R.G., 
Laver W.A., 1978).  
Virusların bağırsaq və kloakada simptomsuz daşıyıcı kimi yayılması A qripi 
viruslarının quşlar vasitəsilə geniş disseminasiyasına səbəb olur. 
Məməlilərdə  A  qripi  respirator  infeksiya  tipi  üzrə  ümumi  intoksikasiya, 
gözün  sulanması,  zökəm  və  öskürəklə  gedir.  Kiçik  yaşlılarda  ölümlə  nəticələnən 
pnevmoniyalar mümkündür. 
Virusa  yuxarı  tənəffüs  yollarında  təsadüf  edilir,  bu  da  onu  göstərir  ki, 
infeksiya respirator yolla ötürülür. 
Güman  edilir  ki,  donuz  qripi  viruslarının  yayılması  virusun  ağ  ciyər 
nematodları  və  onların  yumurtalarını  udan  torpaq  qurdları  vasitəsilə  dolayı 
ötürülməsi ilə də mümkün ola bilər. 

 
77
Qunduzların quş qripi ilə kontaktı infeksiyanın mümkünlüyünün öyrənilməsi 
nəticəsində  aydın  olmuşdur  ki,  quş  qripi  viruslarının  bir  çox  yarımtipləri 
qunduzlara kontakt yolu ilə ötürülə bilər. Qunduzlar təbiətdə çayların yaxınlığında 
yaşayırlar və su quşları ilə kontaktda ola bilərlər. Güman edilir ki, qunduzlar qrip 
virusunun  təbii  tarixində  müəyyən  rol  oynayırlar  (Okasaki  K.  Yanagawa,  1983). 
Qripin yayılmasında meteoroloji faktorun rolunun aydınlaşdırılması maraqlıdır. 
Orqanizmin  soyuması  qripə  qarşı  rezistentliyin  aşağı  düşməsinə  təsir  edir. 
Bunu  meteoroloji  kamerada  insanlar  üzərində  aparılan  müşahidələr  göstərir     
(B.B. Koyranski və b., 1966, sitat M.İ. Sokolov,1968). 
Bu  müşahidələr  göstərir  ki,  subnormal  temteraturun  orqanizmə  təsiri 
termorequlyasiyada  davamlı  pozqunluqlar  yaradır,  bu  isə  orqanizmin  soyuqdan 
qorunma uyğunlaşmalarını zəiflədir. 
Bir  çox  tədqiqatçılar  isə  onunla  razılaşırlar  ki,  nə  hər  hansı  hava,  nə 
temperatur, nə rütubət, nə külək, nə yağış soyuqdəyməyə səbəb olmur. 
D.Blaşkoviçin  (1966)  fikrincə  bu  zaman,  görünür,  hər  hansı  bir  faktorun 
kəskin  dəyişməsi  vacib  rol  oynayır.  Belə  dəyişiklik  çox  güman  ki,  virusa  deyil, 
insanlara  təsir  edir.  Belə  məlumatlar  var  ki,  Qərbi  Hindistanın  adalarında  fəsil 
dəyişəndə havanın cüzi dəyişməsi soyuqdəymə xəstəliklərinin alovlanmasına səbəb 
olur.  Şimal  rayonlarında  isə  bu  dəyişikliklər  tamamilə  trivialdır  və  heç  bir 
fəsadlaşma vermir (Miles İ.A., 1964).  
Asiyanın  tropik  rayonlarında  soyuqdəymə  xəstlikləri  dalğası  temperaturun 
aşağı düşməsindən çox mussonlar dövrünün başlanması ilə əlaqədardır. 

 
78
Qrip  epidemiyasının  meydana  gəlməsi  vaxtının  temperatur  faktorundan 
asılılığına nəzər salsaq görərik ki, qripp epidemiyalarının ilin fəslindən asılı deyil. 
Belə ki, 1918-ci ildə tarixdə ən böyük qrip pandemiyası baş verdi. O, yayda, 
Boston ətrafında və Brestdə demək olar ki, eyni vaxtda başladı. 
1948-ci  ilin  payızında  qriplə  xəstələnmə  Sardiniyanın  şimalında  meydana 
çıxdı.  A2  Asiya  qripinin  epidemiyasının  alovlanması  1957-ci  ilin  fevralında 
Cənubi Çinin əyalətlərindən birində başladı. 
Tropik ölkələrdə alovlanmalar qəflətən meydana çıxır, tez yayılır və cəmi iki 
aya qədər davam edirdi (Andrewes C.H.,1959).      
ABŞ-da,  eləcə  də  İngiltərə  və  bəzi  Avropa  ölkələrində  epidemiyalar 
tamamilə başqa cür baş verirdi. 
Virusun  bu  ölkələrə  yay  aylarında  daxil  olması  və  epidemiyanın  lokal 
alovlanmasına  səbəb  olması  haqda  məlumatlar  var.  Lakin  bu  alovlanmalar 
yayılmadılar.  Payızda  soyuqların  düşməsindən  sonra  mülayim  iqlimli  ölkələrdə 
geniş epidemiyalıar meydana çıxdı, onlar tropik ölkələrdəkindən daha çox davamlı 
oldular.  
Belə bir təsəvvür oyanır ki, mülayim iqlimli zonalarda yay Asiya virusunun 
müvəffəqiyyətlə yayılması üçün lazım olan şəraiti təmin edə bilmir. Ona görə onun  
tropiklərdə belə asanlıqla yayılması bir sirr kimi qalır. 
Ətraf  mühitdə  qrip  viruslarının  epidemik  rolunu  aydınlaşdırmaq  məqsədilə 
onların yüksək temperatura davamlılığını qeyd etmək lazımdır. Donuz qripi virusu 
qaynadıldıqda  dərhal  məhv  olur,  ancaq  dondurma  və  qurudulmaya  qarşı  uzun 
müddət  davamlılığını  saxlayır.  Virus  ultrabənövçəyi  şüalarla  inaktivləşir.  Otaq 

 
79
temperaturunda  donuz  qripi  virusu  aktivliyini  birinci  sutka  ərzində  əhəmiyyətli 
dərəcədə itirir. -20º və -70ºC -də virus bir  neçə ay ərzində dəyişilmir (Qorbunova 
А.S., Pısina Т.V., 1973). 
Heyvan  və  insan  viruslarının  parçalanma  sürətinin  müqayisəli  öyrənilməsi 
maraq doğurur. Ördəklərdən, hindquşulardan, bildirçinlərdən alınmış 8 ştamm və 6 
insan  qripi  virusu  ştammı  öyrənilmişdir  və  müəyyən  edilmişdir  ki,  quş  qripi 
virusları insan viruslarından daha davamlıdır (Mitchell və b., 1968). 
M.T.Prokofyeva  və  P.F.Simoxun  (1966)  məlumatları  Ukraynada  alınmış 
ördək  qripi    virusu  ştammlarının  aşağı  temperaturlara,  antibiotiklərə,  soyuqda  və 
vakumda qurudulmaya davamlı olduğunu göstərdi. 
1.13  Heyvan  və  insan  yoluxduran  qrip  viruslarının  antigen  əlaqəsi; 
rekombinasiyalar. 
A  qripi  viruslarının  indiki  dövrdə  məlum  yarımtiplərinin  antigen 
xarakteristikasının  müqayisəsi  belə  bir  faktı  müəyyən  edir  ki,  insan  qripi 
viruslarının ştammlarının bütün antigenləri quş qripi virusları spektrində üzə çıxır. 
Məsələn: 
A/Chicken/Rostosk/1934                                                          N1 
A/Chicken/Scotland/1959                                                         N1 
A/Turkey/Massachusetts/1965                                                  N2 
A/Tern/S.Africa/1961                                                              N3 
A/Duck/Germany/1972                                                             H2 
A/Duck/Italy/1966                                                                    H3 
A/Duck/Ukraine/1963                                                               H3 

 
80
 
Hazırda  qrip  viruslarının  spektri  yoluxdurucunun  təbii  sahiblərinin 
spektrinin genişlənməsi ilə nəticələnən yeni antigen variasiyaları ilə dolğunlaşır. 
İnsan,  məməlilər  və  quşların  qrip  viruslarında  NA  geni  vasitəsilə  birbaşa 
antigen  əlaqəsi  müşahidə  edilir.  Bu  isə  təbiətdə  qrip  viruslarının  ümumi  dövranı 
olduğunu güman etməyə əsas verir. 
Virusların  bu  dövranı  həm  virusun  və  onun  tam  genomunun,  həm  də  ayrı-
ayrı  fraqmentlərin  orqanizmin  A  qripi  viruslarının  antigen  cəhətdən  müxtəlif 
ştammları  ilə  ikiqat  infeksiyası  zamanı  meydana  çıxan  rekombinasiya  yolu  ilə 
ötürülməsilə həyata keçir (B.Тuмоvа, Dis. Şild,1973). 
Güman  edilir  ki,  insan  populyasiyasından  sıxışdırılmış  qrip  virusları 
biosferdə məhz bu yolla qorunub saxlanılır. 
Virusun  Honkonq  ştammının  antigen  strukturunun  öyrənilməsi  göstərdi  ki, 
A2  virusları  ilə  müqayisədə  bu  ştammda  hemaqqlütinin  və  neyraminidazalara 
toxunan “antigenlərin dreyfi” baş vermişdir (Webster, 1969). 
Virusun  Honkonq  ştammının  hemaqqlütinini  ilə  atların  A/Equine/2/63/  və 
quşların A/утка/Украина/2/60/ və A/утка/Украина/1/63/ virusları arasında çarpaz 
seroloji reaksiyaların mövcudluğu müəyyən edilmişdir. 
Çarpaz  reaksiyalar  Honkonq  virusu  və  ördəklərin  qrip  virusunun  2  ştammı 
arasında da meydana çıxır (Webster R., 1969). 
A/Equine-2/Maiami/63 insanları, A/ГК/68 virusu isə poniləri yoluxdura bilir 
(Kasell, Couch, 1969). 

 
81
Bütün  bunlar  güman  etməyə  imkan  verir  ki,  pandemiya  doğuran  qrip 
viruslarının  təkamülündə  insan  viruslarının  heyvan  və  quş  virusları  ilə  genetik 
əlaqəsi müəyyən rol oynaya bilər (Webster, 1969). Schild, Webster (1977) insan və 
heyvan  mənşəli  qrip  virusları  arasında  hemaqqlyutininə  görə  qrup  şəkilli  antigen 
əlaqələrinə  aid  məlumatlar  verirlər:  insanın  H0  və  H1  hemaqqlütininli  bütün 
məlum qripp viruslarının tərkibinə antigen cəhətdən qohum donuz (Hsw1) və quş 
(Hav5) virusları daxildir. 
İkinci qrup insanın Asiya viruslarından (H2) ibarətdir. 
Üçüncü  qrup  Honkonq  kompleksi  (H3)  viruslarından  ,  ikinci  tip  at  qripi 
viruslarından (Heq2) və 7 – I tip quş qripi (Hav7) virusundan ibarətdir. 
Beləliklə,  tək  neyraminidazaya  görə  deyil,  (o,  əvvəllər  də  məlum  idi), 
hemaqqlütininə  görə  insanın  bütün  qrip  viruslarının  heyvan  virusları  ilə,  xüsusən 
quş virusları ilə əlaqəsi var. 
Laver  (1977)  1977-ci  ildə  qrip  viruslarının  ekologiyası  üzrə  konsultativ 
iclasında  biokimyəvi  məlumatlar  verir.  Bunlar  H3N2  Honkonq  tipi  virusunun  at 
qripinin II tipinə və quş qripinin 7-ci tipinə yaxın virusların rekombinasiya prosesi 
nəticəsində meydana çıxdığına əlavə sübutlardır. 
70-ci illərdə Asiya qripi virusu ilə oxşar olan virusların sirkulyasiyası haqda 
məlumatlar  meydana  çıxdı:  viruslar  Avropada  və  Uzaq  Şərqdə  ev  ördəkləri  və 
vəhşi ördəklərdən izolə edilmişdi. 
Ayrılan  ştammlar  Asiya  virusu  qripində  olduğu  kimi  hemaqqlütininə  (H2) 
malik  idilər.  A/утка/ГДР/72  virusunun  neyraminidazası  6-cı  quş  tipinə  Nav6, 

 
82
A/утка/ФРГ/1215/73  və  А/утка/Приморье/695/76  viruslarının  neyraminidazası 
isə 2-ci quş tipinə (Nav2) aid idi. 
Jdanov  V.М.  və  həmmüəlliflər  (1982)  onları  təbii  rekombinantlar  kimi 
qiymətləndirir:  ya  bu  viruslar  insan  virusunun  A/H2N2/  iştirakı  ilə  əmələ  gəlirdi, 
ya da A/H2N2/ virusu vaxtilə quş viruslarının iştirakından yaranmışdı. 
Bu  fərziyyələr  laboratoriya  şəraitində  H2Nav2  və  Hav6N2  quşların  qrip 
viruslarından  H2N2  rekombinantların  alınması  zamanı  sübut  edildi.  H2N2  Asiya 
virusu  ştammlarının  Hav7Nav2  quş  virusu  ilə  çarpazlaşmasından  isə  hazırda 
sirkulə edən H2Nav2 quş qripi virusları ilə analoji olan rekombinant alındı (Lvov 
D.К. və b., 1979).       
Kanadada  antigen  cəhətdən  Hav1N1  virusu  ilə  (insan  və  donuzlardan 
alınmış)  sıx  əlaqədar  olan  Hav1N1  donuz  qripi  virusunun  vəhşi  ördəklərdən 
alınması populyasiyaların qarşılıqlı əlaqəsindən xəbər verir (Webster R.G., 1978). 
Qeyd  etmək  lazımdır  ki,  Çindən  gələn  ev  quşlarını  Honkonqda  müayinə 
edən  K.Şortridcin  məlumatlarına  görə  (1977),  bu  quşların  demək  olar  ki,  bütün 
məlum qrip virusları ilə fövqəladə dərəcədə yüksək yoluxması göstərilmişdir. 
Honkonqda  sağlam  ördək,  cücə  və  qazlardan  A  qripi  viruslarının 
hemaqqlütinin  və  neyraminidaza  subvahidlərinin  müxtəlif  kombinasiyasına  malik 
yeni növ müxtəlifliklərinin alınması və 2 müxtəlif A qripi viruslarının bir ördəkdən 
izolə edilməsi nəticəsində müəlliflər təbiətdə rekombinasiyaların mümükünlüyünü 
güman edirlər (Şortric К., 1978).  
Beləliklə,  təbii  biosenozlarda  epidemik  və  başqa  virusların  eyni  vaxtda 
sirkulyasiyası  və  onların  genetik  əlaqəsinin  müəyyən  edilməsi  müxtəlif  sahiblərə 

 
83
adaptasiya  edən  və  təbii  biosenozlarda  on  illərlə  qorunub  saxlanan 
rekombinantların meydana çıxmasının mümkünlüyünü güman etməyə əsas verir. 
Daha  sonra,  törədicinin  su  hövzələrinə  düşməsi  və  orada  su  kompleksi 
heyvanlarının orqanizmində qalması, onun sonrakı yayılması mümkündür. 
Biosferdə insan və heyvan qripi viruslarının sirkulyasiyasına aid əldə olunan 
məlumatları  yekunlaşdıraraq  qrip  infeksiyasının  və  onun  törədicisinin  spesifikası 
probleminə dair çox saylı sualların meydana çıxmasını qeyd etmək lazımdır. 
Bununla  əlaqədar  olaraq  qripin  təbii  ocağı  olan  Cənub-Şərqi  Asiya 
biosenozuna  identik  olan  biosenozlarda  ekoloji  tədqiqatların  qrip  viruslarının 
sirkulyasiyasının  xüsusiyyətlərinin  aydınlaşdırmaq,  xüsusən  A  qripi  viruslarının 
təbiətdə dəyişkənlik tendensiyasını və epidemik və epizootik proseslərin qarşılıqlı 
əlaqəsini öyrənmək məqsədilə aparılması maraq doğurur. 
 
 
Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin