ƏZİzxan tanriverdi


Türk mənşəli antroponimlərin



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə9/16
tarix31.01.2017
ölçüsü1,6 Mb.
#7252
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

Türk mənşəli antroponimlərin  
leksik-semantik qrupları 
 
Azərbaycan  antroponimləri  leksik-semantik  baxımdan  
qruplaşdırılarkən onlara müxtəlif istiqamətlərdən yanaşılmış və 
fərqli  bölgülər  müəyyənləşdirilmişdir.  Lakin  antroponimlərin 
leksik-semantik  xüsusiyyətlərinə  görə  qruplaşdırılmasında 
fərqli  cəhətlər  özünü  göstərsə  də,  qruplaşdırma  üçün  əsas  gö-
türülən meyarlar, demək olar ki, uyğun məxrəclərdə birləşir. 
Türk mənşəli Azərbaycan antroponimləri leksik-semantik 
xüsusiyyətlərinə görə qruplaşdırılarkən xalqımızın maddi varlıq 
və  mənəvi  anlayışları  qiymətləndirmə  baxışı,  ictimai-sosial 
həyata münasibəti,  dünyagörüşü, etnoqrafiyası,  istək və  arzusu 
kimi məsələlər nəzərə alınmalı, qruplaşdırma meyarı kimi əsas 
götürülməlidir.  
Antroponim  yaradıcılığı  üçün  əsas  götürülən  apelyativ-
lərdə nə qədər müxtəliflik olsa da, onlar müəyyən bir istiqamət-
də birləşir. Belə ki, türk mənşəli kişi adlarında igidlik, cəsurluq, 
böyüklük və s.,  qadın adlarında isə gözəllik və gözəllik çalarlı 
apelyativlər  üstün  mövqedədir.  Əlbəttə,  türk  mənşəli  kişi  və 
qadın  adlarının  formalaşmasında  digər  apelyativlər  də  iştirak 
etmişdir.  Lakin  antroponimikamızda  igidlik  və  gözəllik  çalarlı  
adlar  çoxluq  təşkil  edir.  Əlavə  edək  ki,  antroponimlərdəki 
motivlər yalnız arzu olunur və denotatla heç bir əlaqəsi yoxdur. 
―Gözəl‖ adına malik olan adam əslində gözəl olmaya da bilər. 
Lakin  çirkin  bir  şəxs  haqqında  gözəldir  deməzlər  (biz  burada 
tək-tək halları – nəzakəti, etikanı və s. nəzərə almırıq). Bu, bir 
daha  göstərir  ki,  xüsusi  ad  kimi  ―Gözəl‖  yalnız  adlandırır  və 
heç  bir  əlamət  bildirmir,  ümumi  ad  kimi  işlənən  ―gözəl‖  isə 

 
Язизхан Танрыверди 
 
 
112 
müəyyən 
əlamət 
və 
keyfiyyət 
bildirir 
(38-213). 
Antroponimlərdəki  şərtilik  aşağıdakı  misralarda  poetik  şəkildə 
ifadə olunur. 
 
Düzdür körpəliyindən 
Uşaq ad alsın gərək. 
Ad veririk biz bəzən 
Əzvaylara – Mehriban. 
Qorxaqlara – Qəhrəman 
İdbar insana – Mələk, 
Çirkin insana – Çiçək 
Cəllad insana – Adil 
Nadan insana – Aqil 
Bəzən də çirkin adda 
Rast gəlirik ilahi, 
Gözəl-göyçək qadına, 
Belə olur həyatda 
Çox zaman bənzəməyir 
İnsanlar öz adına. 
                                              (Ə.Kürçaylı) 
 
Qeydlərdən bir daha aydın olur ki, antroponimlər fərqlən-
dirmə,  kimliyi  müəyyənləşdirmə  xüsusiyyətinə  malik  olsa  da, 
şərti xarakter daşıyır. Lakin antroponimlər şərti olsa da, burada 
antroponim  yaradıcılığı  üçün  seçilən  apelyativin  mənası  əsas 
götürülməlidir  (xoşagəlməz  antroponimlər  və  onların  apel-
yativləri istisna təşkil edir). 
Əksər  xalqların  antroponimikasinda  olduğu  kimi,  Azər-
baycan  antroponimləri  sistemində  də  müsbət  apelyativlilik 
qabarıqdır.  Məsələn,  babalarımız  qız  uşağı  üçün  ad  seçərkən 
qarğa,  sərçə  deyil,  məhz  göyərçin,  turac,  tərlan,  yaxud  oğlan 
uşağı  üçün  meymun  deyil,  məhz  aslan  apelyativindən  istifadə 
etmişlər.  Bu,  türk  estetik  duyumunun  zənginliyi  ilə  bağlıdır. 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
113 
Türk  kişisi,  türk  qadını  oğlunu  həmişə  igid,  cəsur,  qorxmaz, 
məğlubdilməz, ağıllı görmək istəyib. Alban (türk) antroponim-
lərinin  mənasından  bəhs  edən  Q.Qeybullayev  yazır:  ―...qədim 
türklərdə (demək, o cümlədən qədim albanlarda) oğlan uşağına 
ad qoyduqda böyüyəndən sonra onun ağıllı, xoşbəxt igid, yaxşı 
el  başçısı,  sərrast  atıcı,  sağlam  bədənli  olması  arzusu  əsas  yer 
tuturdu‖  (45-22).    Xalqımızın  ensiklopediyası  hesab  olunan 
―Kitabi-Dədə Qorqud‖ dastanında advermə ənənələri ilə yanaşı, 
övladı  igid,  qorxmaz,  yenilməz  görmək  istəyi,  demək  olar  ki, 
hər  boyda  təsvir  edilmişdir.  Məsələn,  ―Qazan  bəg  oğlı  Uruz 
bəgin, tutsaq oldığı bəyan edər, xanım hey!‖ boyunda: 
 
            Tayım Uruzı gördim, - 
            Baş kəsübdir, qan dökipdir, 
            Çöldi alubdır, ad qazanıbdır. 
            Qarşum ələ baqduğımda səni gördim. 
            On altı yaş yaşladıŋ, 
            Yay çəkmədüŋ, ox atmadıŋ. 
             Baş kəsmədiŋ, qan dökmədiŋ. 
             Qanlı Oğuz içində çöldi almadıŋ (103 – 69).  
 
Deməli,  müasir  antroponimikamızda  Aslan,  Tural,  Qorx-
maz,  İgid  və  s.  kimi  adların  mövcudluğu  təsadüf  deyil,  tarixi 
ənənəni yaşatmaqdır. 
Gözəlliklə  bağlı  olan  qadın  adları  xalqımızın  təfəkkür 
süzgəcindən  keçmiş,  cilalanmış,  eybəcərlik  və  rəzilliklərdən 
uzaq olan adlardır.  Əlbəttə, gözəlliklə bağlı olan adların seçil-
məsində konkret varlıq və mənəvi  anlayışlara münasibət , este-
tik  zövqün  və  ya  estetik  hissin  müxtəlifliyi  də  mühüm  rol 
oynayır.  Məsələn,  biri  övladı  üçün  qiymətli  daş-qaş  adı  olan 
―almaz‖,  digəri  gözəlliyi  ilə  hamını  heyrətdə  qoyan  ―maral‖, 
başqa  birisi  mənəvi  anlayışla  bağlı  olan  müsbət  keyfiyyətli 
―yaxşı‖  apelyativindən  qadın  adı  kimi  istifadə  edir.  Yuxarıda 

 
Язизхан Танрыверди 
 
 
114 
qeyd  etdiyimiz  kimi,  bu,  estetik  qiymətləndirmənin,  estetik 
zövqün müxtəlifliyi ilə bağlıdır. Maraqlıdır ki, bu cür gözəl ad-
ların çoxu məhz qadın adlarıdır. Bu, xalqımızın qadını həmişə 
gözəl    görmək  istəyi,  zövqü  ilə  bağlıdır.  Təsadüfi  deyildir  ki, 
qadını  gözəl  görmək  istəyi  ―Kitabi-Dədə  Qorqud‖  dastanında 
obrazlı şəkildə ifadə edilmişdir: 
             
Bərü gəlgil, başum bəxti, evüm təxti! 
Evdən çıqub yüriyəndə səlvi boylum! 
Topuğında sarmaşanda qara saçlum! 
Qurulu yaya bəŋzər çatma qaşlum! 
 
Şadlıq,  sevinc  və  hörmət  əlamətli  apelyativlər  də  gözəl-
liyi,  xüsusən  də  mənəvi  gözəlliyi  ifadə  edir.  Antroponimika  
tariximizdə bu cür apelyativlər həmişə əsas götürülmüşdür. 
Antroponimlərlə  bağlı  mövcud  tədqiqatlardakı  leksik-se-
mantik qrupları, eyni zamanda  antroponimlərin leksik-seman-
tik  baxımdan qruplaşdırılması  üçün müəyyənləşdirdiyimiz me-
yarları əsas götürsək, türk mənşəli antroponimləri aşağıdakı ki-
mi sistemləşdirmək olar. 
  
a) Türk mənşəli kişi adlarının leksik- 
semantik qrupları 
 
1.  İgidlik,  cəsurluq, məğrurluq,  möhkəmlik,  böyüklük  və 
s.  motivli  kişi  adları.  Bu  tip  antroponimləri  aşağıdakı  yarım-
qruplara bölmək olar. 
a) Zoonimlər əsasında düzələn  kişi adları. Bu yarımqru-
pa  daxil  olan  kişi  adlarını  iki  yerə  bölmək  olar:  heyvan  adları 
əsasında düzələnlər, quş adları əsasında düzələnlər. 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
115 
1)  Heyvan  adları  əsasında  düzələnlər. Ağ buğa
.

Aqşin, 
Asparux,  Aslan,  Arslan,  Baybura,  Barsbəy,  Buğa,  Buğac, 
Buğra,  Toğanyürək  və  s.  Hibrid  antroponimlərimiz  sistemində 
də heyvan adları əsasında düzələn antroponimlər vardır. Məsə-
lən,  Şiraslan,  Şirxan  (―şir‖  fars  dilində  aslan  anlamlıdır), 
―Əmiraslan  (―əmir‖  ərəb  mənşəlidir)  və  s.  Heyvan  adları  əsa-
sında düzələn antroponimlər türk  xalqları antroponimikasında 
da xüsusi yer tutur. Məsələn, özbək antgroponimləri sistemində 
(Arslan, Arslonbek, Buri, Бурибой, Burikul və s.), qazax antro-
ponimləri  sistemində  (Arıstan,  Arıskali,  Bekarıstan,  Bori, 
Böribay, Baybort və s.), qırğız antroponimləri sistemində (Ars-
tan, Arslanbay, Borubay, Borukul...) və s. 
2)  Quş  adları  əsasında  düzələnlər.  Ağ  Sunqur,  Alp 
Toğrul, Qara Sunqur, Qartal, Ərtoğrul, Tərlan, Toğrul, Laçın və 
s. Buradakı Tərlan və Laçın antroponimləri  qadın adı kimi də 
işlənir.  ―Laçın‖dakı  cəsurluq,  məğrurluq,  ―tərlan‖dakı    sürətli 
uçuş  kişi  adları,  həmin  varlıqlardakı  zahiri  gözəllik  əlamətləri 
isə qadın  adlarının motivləşməsi üçün əsas olmuşdur. 
b)  İgidlik,  məğrurluq,  böyüklük  mənalı  sözlər  əsasında 
düzələn kişi adları: Aza, Azak, Azay, Alay (Halay), Alp, Alov, 
Arbak,  Atlıxan,  Babək,  Böyük,  Böyükağa,  Budaq,  Qaya,  Qı-
lınc, Qara, Qarabəy, Qaraxan, Qaçay, Qorxmaz, Qoçər, Qoçu-
bəy,  Qoşun,  Daşqın,  Dəniz,  Dönməz,  Elbir,  Elyanar,  Erbasan, 
Erisin,  Erkin,  Ərbay,  Ərol,  İgid,  Yağıçı,  Yağıbasan,  Yalçın, 
Yaralan,  Yenilməz,  Gəray,  Orxan,  Orduxan,  Ötkəm,  Səgrək, 
Təpər, Tokay, Tural, Ulubab, Uluğ bəy, Uran, Uru, Ursi və s. 
Göründüyü  kimi,  antroponimikamızda  igidlik  apelyativli 
türk  mənşəli  kişi  adları  üstünlük  təşkil  edir.  Qeyd  olunan 
antroponimlərin əksəriyyət müasir antroponimikamızda işlənir. 
                                                 
.
 Q e y d. Antroponim kimi arxaikləşən vahidlərin mənası və işlənmə tarixi 
əvvəlki səhifələrdə izah edilmişdir. 

 
Язизхан Танрыверди 
 
 
116 
b)  Bərk  cisimlərin  adı  əsasında  düzələn  kişi  adları: 
Aydəmir  (―ay‖  sözü  ilə  birlikdə  işlənmişdir),    Altun,  Altuntaş, 
Bəydəmir,  Dəmir,  Daşdəmir,  Gümüş,  Poladxan  (hibriddir  – 
―polad‖  fars  mənşəlidir).  Tamerlan  (hibriddir  –  ―lan‖  ləng 
sözünün fonetik tərkibcə dəyişmiş variantıdır, fars mənşəlidir), 
Teymur, Teymurçin və s. 
Yuxarıda  qeyd  etdiyimiz  antroponimlər  türk  xalqları  an-
troponimikasında  müxtəlif  fonetik  variantlarda  işlənməkdədir. 
Məsələn, qazax antroponimikasında Aytemir, Altınboğa, Akpo-
lat, Bekbolat, Kümisbek, Taskara, Taskoja, Temirtas, Tastemir, 
Temirpolat  və  s.),  qırğız  antroponimikasında  (Baybolat, 
Baytemir,  Damir,  Gümüşbek,  Taşkara,  Altınboy,  Temirxan, 
Temirkun və  s.), özbək  antroponimikasında (Oytemir, Kumuş-
boy,  Temir, Taşboy, Taştemir, Xantemir  və s.),  başqırd  antro-
ponimikasında  (Taştemir,  Timertaş və s.). 
Müqayisələrə  əsasən  demək  mümkündür  ki,  Azərbaycan 
antroponimikasında  balta,  buğa,  qara,  qoca  apelyativləri  daş, 
dəmir,  altun  apelyativləri  ilə  birlikdə  kişi  adlarının  yaranma-
sında iştirak etməmişdir. 
2.  Toponimlər  əsasında  düzələn  kişi  adları:  Bakı,  Bakı-
xan,  Elturan  (―Turan‖  türklərin  yaşadığı  yer  mənasında  işlən-
mişdir), Turan, Gəncə, Göyçə, Təbriz və s. (oykonimlər əsasın-
da yaranmışdır),  Araz, Arazbəy, Arazxan, Xəzər və s. (hidro-
nimlər əsasında yaranmışdır), Altay, Qafqaz, Qoşqar və s. (oro-
nimlər əsasında yaranmışdır). 
Toponimik  vahidlər  əsasında  düzələn  antroponimlərin 
yaranmasında böyüklük, ucalıq, əzəmət, vüqar, coşqunluq və s. 
xüsusiyyərlər əsas götürülmüşdür. 
3.  Dini-mifoloji  məzmunlu  sözlər  əsasında  yaranan  kişi 
adları:  Baxşı,  Baxış,  Qudulu,  Kutlu  (Qutlu),  Kutluq  (Qutluq), 
Kudusun, Dirsə, Durğut (Turqut), Ocaqverdi, Ocaqqulu, Tanrı-
xan,  Tanqı,  Tanrıverdi,  Tarıverdi,  Tariyel,  Tarxan  (Tərxan), 
Çələbi və s. Dini-mifoloji apelyativlər əsasında formalaşan kişi 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
117 
adları  hibrid  antroponimlər  sistemində  də  müşahidə  edilir. 
Məsələn,  Allahverdi  (―allah‖  ərəb,  ―verdi‖  türk),  Allahverən 
(―allah‖ ərəb, ―verən‖ türk), İmamverdi (―imam‖ ərəb, ―verdi‖ 
türk), Xudaverdi. Burada onu da qeyd edək ki,  ―allah‖ anlamlı, 
―xuda‖  lüğətlərdə  fars  mənşəli  söz  kimi  izah  edilir.  F.Cəlilov 
isə  həmin  sözü  türk  mənşəli  ―qut‖  teonimi  ilə  əlaqələndirir 
(127-99).  
Yuxarıda  qeyd  olunan  türk  mənşəli  antroponimik  vahid-
lərin  formalaşmasında  (dini  məzmunlu  ―ocaq‖  sözü  əsasında 
formalaşan  ―Ocaqverdi‖,  ―Ocaqqulu‖  antroponimləri  istisna 
olunmaqla) ―baq‖, ―qut‖ və  ‖tar‖ teonimlərindən istifadə olun-
muşdur.  Həmin  teonimlər  türk  xalqları  antroponimikası  və 
toponimikasında da mühafizə olunur. Burada bəzi türk xalqları 
antroponimləri sistemindəki  ―baq‖, ―qut‖ və ―tar‖ teonimli  an-
troponimləri qeyd etməklə kifayətlənirik. Qazax antroponimləri 
sistemində:  Bağaşar,  Bağıbay,  Baykuttı,    Kutıbay,    Kuttık,  
Tənyberqən,  Tarxan  və  s.,  qırğız  antroponimləri  sistemində 
Baqış, Baqışbek, Bakıy, Tariel, Tarxan və s.  
Bununla  bərabər,  Azərbaycan  antroponimikasında  ərəb 
dilinə  məxsus  Məhəmməd  (təriflənmiş),  Əhməd  (şanlı,  şöh-
rətli),  Əli  (yüksək,  uca),  Həsən  (gözəl,  göyçək),  Rza  (razılıq 
edən),  Mustafa  (seçilmiş),  eyni  zamanda  islam  dini  vasitəsilə 
antroponimikamıza daxil olmuş yəhudi mənşəli İbrahim (xalqın  
böyük  atası),  Süleyman  (sakit,  dinc),  Yusif  (―o  yığır,  o  əlavə 
edir‖,  gözəl),  Yaqub  (―o  dabandan  yapışır‖,  tərəfdar,  məs-
ləkdaş)  və  s.  antroponimlər  ilkin  mənalarına  görə  gözəllik 
məzmunlu  adlardır.  Lakin  antroponimika  tariximizdə  onların 
uzun müddət yaşamalarına səbəb məhz həmin adları tarixən din 
nümayəndələrinin  daşıması  olmuşdur.  Bu  tip  vahidlər 
antroponimikamızda VII-VIII əsrlərdən - ərəb işğalından sonra 
işlənməyə başlamışdır. 
Göründüyü kimi, Azərbaycan antroponimikasındakı  dini-
mifoloji məzmunlu ərəb və yəhudi antroponimləri türk mənşəli 

 
Язизхан Танрыверди 
 
 
118 
dini  antroponimlər  qədər  işlək  funksiyadadır.  Əlavə  edək  ki, 
islam  dini  nə  qədər  güclü  olsa  da,  türk  xalqları  digər  adları 
kimi,    dini-mifoloji  məzmunlu  milli  antroponimlərini  də 
əsrlərdən-əsrlərə ötürməyi bacarmışdır.  
4.  İstək  və  arzu,  hiss  və  həyəcanla  bağlı  olan  kişi  adları: 
Ağaverdi, Adıgözəl,  Adışirin  (hibriddir – ―şirin‖  fars mənşəli-
dir),  Annax,  Bulduq,  Duraxan,  Dursun,  Elbəy,  Elbəyi,  Elnur 
(hibriddir – ―nur‖ ərəb mənşəlidir). Eloğlu, Elxan, Elçin, Yara-
şıq, Yaşar, Yüksək, Minyaşar, Sevindik, Sevdik, Sevdim, Sön-
məz, Tapdıq, Ümid (Umud), Ucal, Xangəldi, Şahsevən (hibrid-
dir – ―şah‖ fars mənşəli tituldur) və s.  Bu sistemə müsbət mo-
tivli Qoca, Uğur, Uruz (Aruz), Usan və s. antroponimləri də da-
xil etmək olar. M.Çobanov qeyd olunan müsbət  motivli  antro-
ponimlərdən  ―Qoca‖antroponimini  yaş  mənasını  ifadə  edən 
antroponimlər  cərgəsinə  daxil  edir  (180-39).  T.Januzakov  isə 
Kojabay,  Kojabek,  Erğoja,  Eskoja  və  s.  antroponimlərdəki 
―koжa‖  (qoca)  apelyativinin  usta,  mirzə,  bəy,  varlı,  cənab 
mənasını ifadə etdiyini və ərəb mənşəli vahid olduğunu göstərir 
(90 – 95). Əvvəla, qeyd edək ki, müasir ədəbi dilimizdə ―qoca‖ 
sözü  yaş  mənasını  ifadə  etsə  də,  onun  antroponim  kimi  işlən-
məsində  hörmətli,  ağsaqqal  mənası  əsas  olmuşdur.  Çünki  heç 
kəs yaş mənasını ifadə edən ―qoca‖ sözündən ad kimi  istifadə 
etməz.  İkincisi,  T.Hacıyev  tədqiqatçıların  ərəb-fars  mənşəli 
hesab etdiyi ―qoca‖ sözünün geniş etimoloji təhlilini vermiş və 
faktlarla sübut etmişdir ki, müxtəlif fonetik variantlarda işlənən 
―qoca‖ sözü türk mənşəlidir. Müəllif ―Azərbaycan  dilinin yazı-
ya  qədərki  izləri  haqqında‖  adlı  məqaləsində  yazır:  ―...cənab‖, 
―möhtərəm‖ mənasında işlənən qədim dravid sözü hwoja düz-
gün olaraq qoca – hoca - xoca sözü ilə əlaqələndirilir. Lakin bu 
ərəb-fars  mənşəli  sayılır,  halbuki  qoca//xoca  şəkillərində  türk 
dillərində  işlənən  bu  sözün  mənası  həmin  dravidcədəkinə 
tamam uyğun gəlir: qocaya – ağsaqqala həmişə hörmət olunur. 
Deməli,  bu  söz  qədimdə  -  patriarx  dövründə  yüksək  titul 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
119 
bildirən söz olub  və  dravid  dilinə  türkcədən həmin titul məqa-
mında olarkən mənimsənilmişdir (171 – 33). Buradan bir daha 
aydın olur ki, ―qoca‖ sözü türk mənşəlidir və onun antroponim 
kimi  işlənməsində  yaş  anlamlı  ―qoca‖  sözü  deyil,  hörmətli, 
ağsaqqal anlamlı ―qoca‖ sözü əsasdır. 
5. Titul və təxəllüslər əsasında formalaşan kişi adları:  
a)  Titullar  əsasında  düzələnlər:  Ağa,  Ağalar,  Ağası, 
Ağabəy,  Ağaxan,  Bəylər,  Qalabəyi,  Yüzbaşı,  Minbaşı,  Topçu-
başı,  Xaqan,  Xan,  Xanağa,  Xanlar  və  s.  Qeyd  olunan  əsl  şəxs 
adlarının  motivləşməsində  ikştirak  edən  titullar  (tekin  əlavə 
olunmaqla)  digər  türk  mənşəli  antroponimlərin  yaranmasında 
da  iştirak  etmişdir.  Məsələn,  Ağababa,  Ağaverdi,  Ağaqardaş, 
Ağadayı,  Ağadadaş,  Ağami  (ağa-əmi),  Atabəy,  Ataxan,  Baba-
xan,  Balağa  (bala-ağa),  Balaxan,  Bəybala,  Bəydadaş,  Bö-
yükağa, Qaraxan, Elbəy, Elbəyi, Elxan, Eltəkin, Xanbala, Xan-
baba,  Xanəli  və  s.  ―Ağa‖,  ―bəy‖  və  ―xan‖  titulları  Ağabəşir, 
Ağaqurban,  Ağazeynal,  Ağazəki,  Ağayusif,  Ağakazım,  Ağa-
kərim, Əzizağa, Əzizbəy, Əzizxan, Əhmədağa, Xanəli, Xanəh-
məd və s. kimi hibrid antroponimlərdə də müşahidə olunur. 
Yuxarıdakı sistemə əsasən qeyd etmək olar ki, titullar türk 
mənşəli  antroponimlərdə,  əsasən,  qohumluq  münasibətini 
bildirən sözlərlə  (ata, baba, bala, qardaş, dayı,  əmi), hibrid  an-
troponimlərdə  isə  əsl  şəxs  adları  ilə  (əsl  şəxs  adlarından  əvvəl 
və sonra) işlənir. 
Titulların antroponim kimi işlənməsinə və digər antropo-
nimlərdə  iştirakına  səbəb  valideynin  istəyi,  arzusudur.  Müəy-
yən  qrup  ailələr  övladlarını  hörmətli,  adlı-sanlı,  varlı,  şöhrətli 
görmək istədikləri üçün qeyd edilən titullardan ad kimi istifadə 
etmişlər.  Çünki  ―...qədimlərdə  ad  verilməsində  sözlərin  titul 
mənşəyinə,  dini-mifoloji  məzmununa  xüsusi  fikir    verilmişdir. 
İndiki Ataxan, Bəylər, Xanlar, Ağalar, Qardaşxan, Əmikişi, Ba-
bakişi,  Anaxanım,  Bəyimxanım,  Bikəxanım,  Nənəqız, 

 
Язизхан Танрыверди 
 
 
120 
Banuxatun və başqa kişi və qadın adları həmin qədim ənənənin 
qalığıdır‖ (172 – 135). 
b)  Təxəllüslər  əsasında  düzələnlər.  Azərbaycan  antro-
ponimikasında təxəllüslərin  əsl şəxs adına çevrilməsi bir ənənə 
şəklini  almışdır.  Müasir  antroponimikamızda  Nizami,  Füzuli, 
Nəsimi, Vaqif və s. kimi ərəb apelyativli (fars apelyativlilər də 
vardır, lakin onların bəzilərinin daşıyıcıları daha çox şöhrətlənə 
bilmədiyindən təxəllüsləri əsl şəxs adına çevrilməmişdir. Məsə-
lən,  Nakam-şair,  İsmayıl  bəy  Nakam,  Növrəs-aşıq,  İman  Mə-
şədi  Saleh oğlu  Növrəs)  təxəllüslər əsasında  yaranan  əsl  şəxs 
adları  ilə  yanaşı,  türk  mənşəli  apelyativlər  əsasında  yaranan 
təxəllüslərdən  də  istifadə  edilir.  Məsələn,  Xaqani  (Əfzələddin 
İbrahim  Əli  oğlu),  Vurğun  (Səməd  Yusif  oğlu  Vəkilov),  İlkin 
(Qılman  İsabala  oğlu  Musayev)  və  s.  Təbii  ki,  təxəllüsün  əsl 
şəxs  adına  çevrilməsində  denotatın  daha  çox  tanınması,  xüsu-
silə milliyyəti  əsas  götürülür. Yuxarıda adları  çəkilən  yazıçılar 
milliyyətcə türkdürlər və əksəriyyəti türk dünyası, eləcə də Şərq 
ölkələrində  hörmətlə  yad  edilən  sənətkarlardır.  Bundan  əlavə, 
son statistik hesablamalar təsdiq edir ki, valideynlər övladlarına 
Anar,  Elçin  və  s.  kimi  adları  da  çox  verirlər.  Bu  cür  antro-
ponimlərin intensivliyi apelyativin leksik semantikası ilə deyil, 
yazıçı şöhrəti, yazıçı qüdrətinin əsas götürülməsi ilə bağlıdır. 
6.  Qohumluq  münasibətini  ifadə  edən  sözlər  əsasında  
formalaşan  kişi  adları.  Azərbaycan  antroponimləri  sistemində 
qohumluq münasibətini ifadə edən sözlər əsasında yaranan kişi 
adlarını üç qrupa bölmək olar: 
a)  Yalnız  qohumluq  münasibətini  ifadə  edən  sözlər  əsa-
sında  düzələnlər:  Ata,  Atalar,  Atam,  Ataş,  Atababa,  Atabala, 
Baba,  Babalar,  Babaş,  Bala,  Balaqardaş,  Balaəmi  (bala-əmi), 
Dadaş, Dadaşbala, Dədə, Dədələr, Lələ və s. Bu yarımqrupdakı 
antroponimlərin apelyativlərindən ―bala‖ sözü həm kişi, həm də 
qadın  cinsinə,  qalanları  isə  yalnız  kişi  cinsinə  aid  olan 
vahidlərdir. 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
121 
Yuxarıdakı  Dədə  və  Dədələr  antroponiminin  apelyativi 
olan  ―dədə‖  sözünün  semantikasında  ata  mənasından  başqa, 
ustad, ustad aşıq mənaları da vardır. Həm də xalq içində ustad 
aşıqlara  ―dədə‖  deyilməsi  sözün  qədim  titul  təyinatından  irəli 
gəlir:  ailədə  və  onun  ardınca  da  cəmiyyətdə  -  dövlətdə  ağsaq-
qal, müdrik mövqeyində dədələr dayanıblar (172-133). Deməli, 
―dədə‖  apelyativindəki  müdriklik,  alicənablıq,  yolgöstərmə 
mənaları onun antroponim kimi işlənməsinə səbəb olmuşdur. 
b) Kişi cinsinə aid  olan  sözlərlə işlənənlər:  Atakişi,  Ata-
moğlan,  Babakişi,  Baloğlan  (bala-oğlan),  Dədəkişi,  Əmikişi, 
Lələkişi və s. 
c)  Hibrid  antroponimlərin  tərkibində  iştirak  edənlər: 
Əlibaba, Əlibala, Əliqardaş, Hüseynbala və s. 
 Qohumluq  münasibəti  bildirən  apelyativlərlə  kişi  adları-
nın formalaşması türk xalqları antroponimikasında geniş yayıl-
mışdır.  Məsələn,  qazax  antroponimləri  sistemində:  Ataxan, 
Atamkul,  Atanbay,  Atakoja,  Atakeldi,  Baba,  Babas,  Babakoja, 
Babaniyaz,  Dodabay  və  s.,  qırğız  qazax  antroponimləri  siste-
mində:  Atabay,  Ataşbay,  Ataşbek,  Atakul,  Babakan,  Babakul, 
Bakbala,  Dadabay  və  s.,  başqırd  antroponimləri  sistemində: 
Ata, Atay, Atabay, Babaş və s. Göründüyü kimi, qohumluq mü-
nasibəti  bildirən  sözlərlə  adyaratma  türk  xalqları  antropo-
nimikasında xüsusi yer tutur. Bu tip antroponimlərin motivləş-
məsində  hörmət,  əzizləmə,  emosional  müraciət  və  s.  xüsusiy-
yətlər əsas götürülmüşdür. 
7. Etnonimlər əsasında düzələn kişi adları: Ağasuvar, Be-
can,  Qıpçaq,  Eymur,  Əfşar,  Oğuz  (Uğuz),  Özbək,  Padar,  Səl-
cuq, Suvar, Türk, Türkmən, Xansuvar, Cığatay, Şahsuvar (hib-
riddir - ―şah‖ fars mənşəli tituldur) və s. 
Antroponimikamızda  etnonimlər  əsasında  düzələn  qadın 
adları  müşahidə  olunmur.  Türk  mənşəli  etnonimlər,  təbii  ki, 
kişi  adları  əsasında  yaranmışdır  və  qədim  türk  mənşəli  kişi 
adları, əsasən, igidlik, qadın adları isə gözəllik motivlidir priz-

 
Язизхан Танрыверди 
 
 
122 
masından  yanaşsaq,  antroponimikamızda  etnonimlər  əsasında 
düzələn  qadın  adlarının  nə  üçün    müşahidə  olunmadığı  aydın 
olar. 
8. Kosmonimlər əsasında düzələn kişi adları: Ay, Ayxan, 
Yulduz, Gün, Göy, Sulduz (ulduz anlamlıdır). Müasir Azərbay-
can  antroponimləri sistemində Ay, Ulduz, Göy antroponimləri 
kişi adı kimi işlənmir. 
Təbiət  hadisələri  ilə  bağlı  olan  kişi  adları:  Ayaz,  Bulud, 
Buludxan,  Boran, Qaryağdı,  Duman, İldırım, Gursel, Tufan və 
s.  Qeyd  olunan  antroponimlərin  apelyativlərinin  təbiət  hadi-
sələri ilə bağlılığını sübut etməyə ehtiyac yoxdur. Lakin həmin 
apelyativlərin  antroponim  kimi  motivləşməsində  müxtəlif  cə-
hətlər  əsas  götürülmüşdür.  Məsələn,  Ayaz  antroponiminin 
motivləşməsində gözəllik çalarlı ―aydın səma‖, Duman və Bu-
lud antroponimlərində ―təzəlik‖, ―yenilik‖, Boran, İldırım, Gur-
sel  və  Tufan  antroponimlərində  ―igidlik‖,  ―güc‖,  ―qüvvət‖, 
Qaryağdı  antroponimində  isə  A.Qurbanovun  qeyd  etdiyi  kimi 
(60-196),  zaman  anlayışının,  yəni  uşağın  doğulduğu  zamanın 
təbiət hadisəsi ilə əlaqələndirilməsi əsas götürülmüşdür. 
9. Vaxt, zaman anlayışlı apelyativlər əsasında yaranan ki-
şi adları. Bu qrupa daxil olan antroponimlər dilçiliyimizdə xro-
nonimlər qrupu başlığı altında  da şərh edilir (10–17). Antropo-
nimikamızda  Qurban,  Zaman,  Novruz,  Ramazan,  Məhərrəm, 
Oruc, Şaban və s. zaman anlayışlı alınma apelyativlər əsasında 
formalaşan  antroponimlərlə  yanaşı,  türk  mənşəli  apelyativlər 
əsasında formalaşan antroponimlər də vardır.Məsələn, Bayram, 
Gündüz, Güzəm və s. 
10.  Peşə-sənətlə  əlaqədar  yaranan  kişi  adları.  Antropo-
nimikamızda peşə-sənətlə bağlı formalaşan əsl şəxs adları azlıq 
təşkil edir. Belə adlar ləqəblərimizdə daha çox müşahidə edilir 
və təsadüfi deyil ki, peşə-sənətlə bağlı olan ləqəblərin bir qismi 
əsl  şəxs  adlarına  çevrilmişdir.  Məsələn,  Binəçi,  Dəmirçi,  İl-
xıxan, Yanşaq bəy, Ozan, Toybəyi, Çoban və s. Buradakı İlxı-

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
123 
xan və Yanşaq bəy antroponimləri müasir antroponimikamızda 
işlənmir.  
Peşə-sənətlə  əlaqədar  yaranan  kişi  adları  türk  xalqları, 
xüsusən  də  qırğız  antroponimikasında  xarakterikdir.  Məsələn, 
Arpaçı,  Buquçu,  Eqinçi,  Kurçu,  Jılqıçu,  Orukçu,  Otunçu,  Sa-
mançı, Toybay, Toyçu və s. 
Göründüyü  kimi,  burada  qeyd  olunan  əsl  şəxs  adlarının 
əksəriyyəti  Azərbaycan  antroponimikasında  müsbət  motivli 
ləqəb funksiyasındadır. 
                                            
Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin