ƏZİzxan tanriverdi


b) Türk mənşəli qadın adlarının leksik-



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə10/16
tarix31.01.2017
ölçüsü1,6 Mb.
#7252
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

b) Türk mənşəli qadın adlarının leksik- 
semantik qrupları 
 
1.  Gözəllik,  qəşənglik,  zəriflik  motivli  qadın  adları.  Bu 
qrupa  daxil  olan  qadın  adlarını  bir  neçə  yarımqrupa  bölmək 
olar: 
a)  Gözəl  heyvan  və  quş  adları  əsasında  düzələnlər: 
Bildirçin,  Qırqovul,  Durna, Kəklik, Göyərçin,  Gülsona,  Laçın, 
Maral,  Sona,  Sonagül,  Tərlan,  Tovuz,  Turac,  Ceyran  və  s.  Bu 
antroponimlərdən yalnız  ―Gülsona‖ və ―Sonagül‖ antroponim-
ləri  hibriddir,  qalanları  isə  türk  mənşəli  zooleksemlər  əsasında 
formalaşmışdır.  ―Gülsona‖  və  ―Sonagül‖  antroponimlərindəki 
‖gül‖ sözü fars mənşəli olsa da, dilimizdə ən çox işlənən leksik 
vahidlərdəndir.  Zəriflik,  incəlik  motivli  qadın  adlarımızın  
böyük bir qrupu da məhz ―gül‖ sözünün iştirakı ilə yaranmışdır. 
b)  Fitonimlər  əsasında  düzələnlər.  Azərbaycan  onomasti-
kasında bu qrupa daxil olan antroponimlər fitonimlər, fitonimik 
antroponimlər,  fitoantroponimlər,  floralar  əsasında  düzələn 
antroponimlər, bitki adları əsasında düzələn antroponimlər və s. 
başlıqlar  altında  izah  edilmişdir.  Türk  mənşəli  fitonimlər 
əsasında  yaranan  qadın  adlarına  nümunə  olaraq  Alma,  Buğda, 
Çiçək,  Çiyələk,  Çinarə  və  s.    göstərmək  olar.  Antroponimika-
mızda  ―çiçək‖  sözünün  iştirakı  ilə  yaranmış  gözəllik,  zəriflik 

 
Язизхан Танрыверди 
 
 
124 
çalarlı  Ayçiçək,  Qızçiçək,  Elçiçək,  Yazçiçək,  Yaxşıçiçək, 
Çiçəkxanım  və  s.  kimi  antroponimlərlə  yanaşı,  türk  təfəkkürü 
ilə  yaradılmış  və  tərəflərindən  biri  türk  mənşəli  apelyativ  olan 
hibrid  antroponimlər  də  müşahidə  edilir.  Məsələn,  Ağgül,  Ağ-
cagül,  Qızılgül,  Gülçiçək,  Gültəkin,  Zərçiçək  (―zər‖  fars  sö-
züdür), Lalaçiçək (―lalə‖ – fars sözüdür) və s. 
Fars  mənşəli  ―gül‖  sözü  qohumluq  münasibəti  bildirən, 
eləcə də hərəkət anlamlı türk mənşəli apelyativlərlə birlikdə gö-
zəllik motivli qadın adlarının yaranmasında da iştirak etmişdir. 
Məsələn,  Gülana,  Gülbacı,  Gülgəlin,  Anagül,  Bacıgül,  Gəlin-
gül;  Yanargül,  Gülaçan,  Güldərən,  Güldüz,  Güləkər,  Gülsəpər 
və s. Bu cür adların motivləşməsində gülün gözəlliyi, zərifliyi, 
xoş ətri, təmizliyi və s. əsas götürülmüşdür. 
b)  Qiymətli  daş-qaş  adları  əsasında  düzələnlər:  Almaz 
(Almas),  Almazxanım,  İnci,  İncigül,  İnciqız,  İncigəlin,  Gümüş 
və  s.  Bununla  bərabər,  antroponimikamızda  alınma  apelyativli 
Brilyant, Dürdanə, Zümrüd, Gövhər, Mirvari, Firuzə və s. kimi 
antroponimlər də işlənməkdədir. Bu cür qadın adlarının yaran-
masında  daş-qaşdakı  gözəllik,  həm  də  az  tapılma,  qiymətli  
olma və s. motivlər əsas götürülmüşdür. 
c) Gözəllik  və zəriflik çalarlı apelyativlər əsasında düzə-
lənlər:  Aydıngül,  İncə,  Yaxşı,  Yaxşıgül,  Yaxşıxanım,  Yaraşıq, 
Gözəl,  Gözəlgül,  Göyçək,  Göyçəkgül,  Göyçəkgəlin  və  s.  Bu 
sistemdəki ―gül‖ komponentli antroponimlər hibriddir. 
ç)  Rəng  anlamlı,  semantikasında  gözəlliyi  ifadə  edən 
apelyativlər əsasında düzələnlər. Antroponimikamızda rəng an-
lamlı ağ, al, ala, qara, yaşıl, sarı və göy sözləri ayrılıqda deyil, 
ya bir şəkilçi,  ya da ki başqa bir sözlə, xüsusilə bədən üzvləri-
nin  adını  bildirən  ―bəniz‖,  ―qaş‖,  ―tel‖,  ―göz‖  və  s.  apelyativ-
lərlə,  eyni  zamanda  qadın  cinsini  bildirən  ―qız‖,  titul  səciyyəli 
―xanım‖  və s. vahidlərlə birlikdə bir sıra qadın adlarının yaran-
masında iştirak etmişdir. Məsələn, ağ – Ağbəniz, Ağqız, Ağgün, 
Ağxanım, Ağca; qara  - Qaraqız, Qaragöz, Qaratel və s., yaşıl 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
125 
– Yaşılxanımgöy –Göygöz; sarı – Sarıqız, Sarıtel və s. Bu sis-
temə Ağgül, Ağcagül, Algül (―al‖ qırmızı anlamlıdır). Qaragilə 
(―gilə‖ fars mənşəlidir, salxımından ayrılmış üzüm dənəsi mə-
nasında  işlənir),  Qaranaz  (―naz‖  fars  mənşəlidir),  Yaşılgül, 
Sarıgül və s. hibrid antroponimləri də əlavə etmək olar. Çünki 
qeyd  olunan  antroponimlərdəki  ―gül‖,  ―gilə‖,  ―naz‖  apelyativ-
ləri  fars  mənşəli  olsa  da,  məhz  türk  təfəkkürü  ilə  antroponim 
yaradıcılığına cəlb edilmişdir. 
 d)  Yer  məzmunlu    sözlər  əsasında  düzələnlər:    Bağça, 
Bağdagül, Güney və s. Bu sistemə yerlik və çıxışlıq hal şəkilçili 
Aydagül,  Aydan,  Eldəgül  və  s.  kimi  antroponimləri  də  daxil 
etmək olar. 
e) Kosmonimlər əsasında düzələnlər. Antroponimikamız-
da  yalnız  kosmonim,  həm  də  kosmonim  və  digər  sözlər  əsa-
sında  yaranmış  qadın  adlarına  təsadüf  olunur.  Ona  görə  də 
onları iki yarımqrupa bölmək olar:  
1)  Yalnız  kosmonimlər  əsasında  düzələnlər:  Aygün, 
Ayulduz, Günəş, Günay, Ulduz, Ulduzə və s. 
2)  Kosmonim  və  digər  sözlər  əsasında  düzələnlər:  Aybə-
niz,  Ayqabaq,  Ayüz,  Ayüzlü,  Aysel,  Ayxanım,  Aytəkin,  Günel, 
Güntəkin və s. 
Kosmonimlər əsasında düzələn qadın adları sisteminə türk 
mənşəli  ―ay‖  kosmonimi  və  ərəb-fars  mənşəli  apelyativlər 
əsasında  düzələn  hibrid  antroponimləri  də  daxil  etmək  olar. 
Məsələn:  Aygül,  Aynaz,  Aynişan, Aynur, Aynurə, Aymələk, Ay-
para, Aysəba və s. 
Yuxarıda qeyd etdiyimiz qadın adları türk xalqları antro-
ponimikası  üçün  də  xarakterikdir.  Qırğız  antroponimləri  siste-
mindəki Aynaz, Aynur, Aymaral,  Aygümüş, Qulay, Jıldız, Jıldı-
zoy,  Jıldızqul,  Jıldızxan  və  s.,  qazax  antroponimləri  sistemin-
dəki  Aygül,  Aykümis,  Ayjamal  və  s.  qadın  adları  dediklərimizi 
bir  daha  təsdiq  edir.  Bütün  bunlar  onu  deməyə  əsas  verir  ki, 

 
Язизхан Танрыверди 
 
 
126 
kosmonimlər  əsasında  düzələn  qadın  adlarının  yaranmasında 
aydınlıq, parlaqlıq, gözəllik kimi motivlər əsas olmuşdur.  
ə)  Bədən  üzvlərinin  adını  bildirən  apelyativlər  əsasında 
düzələnlər.  Qadın  adlarının  yaranmasında  bədən  üzvlərinin 
adını  bildirən  apelyativlər  ayrılıqda    deyil,  ya  şəkilçi,  ya  da 
gözəllik çalarlı sözlərlə birlikdə iştirak etmişdir. Məsələn, Telli, 
Saçlı,  Tellər  və  s.  Ağbəniz,  Alyanaq,  Alagöz,  Qaraqaş,  Qara-
göz, Qaratel, Qaşqara, Sarıtel və s. Bu sistemə Qələmqaş, Gül-
bəniz,  Gülyanaq,  Gülüzlü,  Telqələm  və  s.  kimi  hibrid  antro-
ponimləri də daxil etmək olar. 
Qeyd  olunan  antroponimlərdəki  türk  mənşəli  ağ,  ay,  al, 
ala,  qara,  sarı,  ərəb  mənşəli  qələm  (―qələm‖  yuxarıdakı  antro-
ponimlərdə  gözəl  mənasını  ifadə  edir)  və  fars  mənşəli  gül 
apelyativləri  gözəllik  çalarlıdır.  Dilimizdə  həmin  sözlər  bədən 
üzvlərinin  adını  bildirən  sözlərlə  işlənərək  I  növ  təyini  söz 
birləşməsi  modelində  olmuş,  sonra  isə  mürəkkəb  sözə  çevril-
mişdir. Antroponimik vahidə çevrilmə isə daha sonrakı proses-
dir  və  bu  prosesdə  həmin  vahidlərdəki  gözəllik  çaları  əsas 
olmuşdur. 
Yuxarıdakı antroponimlərin motivləşməsində iştirak edən 
mürəkkəb  quruluşlu  apelyativlərin  əksəriyyəti  dilimizdə  həm 
apelyativ,  həm  də  antroponimik  vahid  kimi  işlənməkdədir. 
Məsələn:  alyanaq  –  Alyanaq,  alagöz  –  Alagöz,  qaraqaş  –  Qa-
raqaş,  qaragöz  –  Qaragöz, qaratel  – Qaratel, sarıtel  -  Sarıtel, 
gülüzlü – Gülüzlü və s. 
f) Say məzmunlu apelyativlər əsasında düzələnlər: Bircə, 
Bircəbacı,  Bircəxanım,  Bircəçiçək,  Təkbir  və  s.  Bu  sistemə 
Bircənaz,  Minzər,  Mingül,  Minaz,  Minnur,  Minxal  və  s.  hibrid 
antroponimləri də daxil etmək olar.  
Göründüyü kimi, say məzmunlu sözlər həm təklikdə, həm 
də  türk mənşəli   gözəllik,  hörmət   motivli bacı, xanım, çiçək 
və  s.  sözlərlə  işlənərək  bir  sıra  gözəl  qadın  adlarının 
yaranmasında  iştirak  etmişdir.  Təsadüfi  deyil  ki,  hibrid 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
127 
antroponimlərdəki  say  məzmunlu  vahidlər  də  məhz  gözəllik 
çalarlı  ərəb-fars  mənşəli  apelyativlərlə  (gül,  naz,  zər,  nur, xal) 
birlikdə antroponim yaradıcılığında iştirak etmişdir. 
g) Vaxt, zaman anlayışlı apelyativlər əsasında düzələnlər: 
Yazgül, Yazdagül, Yazçiçək, Yaygül, Gülyaz, Gülertə, Gülerkən 
və  s.  Antroponimikamızdakı  vaxt,  zaman  anlayışlı,  alınma 
apelyativli Bahar, Mayisə, Maygül, Gülsəhər və s. antroponim-
lər  kimi,  yuxarıda  qeyd  etdiyimiz  antroponimlər  də  gözəllik 
çalarlı,  gözəllik  motivlidir.  Çünki  qeyd  olunan  antroponimlər-
dəki apelyativlər, xüsusən də fəsil anlamlı ―yaz‖ və yuxarıdakı 
hibrid antroponimlərdə iştirak edən fars mənşəli ―gül‖ sözü elə 
gözəlliyin rəmzidir. 
2.  Titullar  və  qohumluq  münasibəti  bildirən  apelyativlər 
əsasında  düzələnlər.  Titulların  antroponim  yaradıcılığında,  o 
cümlədən qadın adlarının yaradılmasında məhz hörmət mənası 
ifadə  etdiyinə  görə  işlənməsini,  qohumluq  münasibəti  bildirən 
sözlərdə də (təbii ki, qadın cinsinə aid olan və hər iki cinsi ifadə 
edən  sözlər  nəzərdə  tutulur)  bu  keyfiyyətin  olmasını  nəzərə 
alaraq  onları  bir  qrupda  təqdim  edirik.  Bu  tip  antroponimləri 
aşağıdakı yarımqruplara bölmək olar: 
1) Yalnız titullar əsasında düzələnlər: Ağabəyim, Ağabanu 
(hibriddir,  xanım  anlamlı  ―banu‖  fars  mənşəlidir),  Ağaxanım, 
Bəyim, Bəyimxanım, Xanım, Xanımağa, Xatın və s. 
2) Yalnız qohumluq münasibəti bildirən apelyativlər əsa-
sında düzələnlər: Anabala, Anabacı, Anagəlin, Nənə, Nənəbacı 
və s. 
3)  Titul  və  qohumluq  münasibəti  bildirən  apelyativlər 
əsasında  düzələnlər:  Ağabacı,  Ağadostu  (hibriddir),  Ağanənə, 
Anaxanım,  Balaxanım,  Bibixanım,  Xanbacı,  Xanımbacı,  Şah-
bacı (hibriddir, ―şah‖ fars mənşəli tituldur), Şahnənə və s. Titul 
və  qohumluq  münasibəti  bildirən  apelyativlər  qadın  cinsini 
bildirən  ―qız‖  və  ―bikə‖  sözləri  ilə  də  bir  sıra  antroponimlərin 

 
Язизхан Танрыверди 
 
 
128 
yaranmasında  iştirak  etmişdir.  Məsələn,  Anaqız,  Bikəxanım, 
Qızana, Qızbacı, Qızxanım, Xanımqız, Nənəqız, Xanbikə və s. 
Titullar  gözəllik  çalarlı  ərəb-fars  mənşəli  apelyativlərlə 
birlikdə  bir  sıra  hibrid  antroponimlərin  yaranmasında  iştirak 
etmişdir.  Məsələn:  Zərxanım,  Gülxanım,  Narxanım,  Nurtəkin, 
Nurxanım,  Xanımzər,  Xangül  və  s.  Deməli,  alınma  apelyativ-
lərdəki  gözəllik  çaları  və  titullardakı  hörmət  mənası  onların 
qadın  adı kimi işlənməsinə səbəb olmuşdur. 
3) Toponimik vahidlər əsasında düzələnlər: Bağdad, Kür-
naz, Kürüz, Təbriz, Türkan, Türkanə, Türkam, Turanə, Şamaxı 
və s. Təbii ki, bu cür antroponimlərin motivləşməsində torpağa, 
vətənə məhəbbət hissi əsas olmuşdur. 
4)  İstək,  arzu,  hiss  və  həyəcanla  bağlı  olan  qadın  adları
Qızgəl,  Dursun,  Elbəzər,  Eltac  (hibriddir,  ―tac‖  fars  sözüdür), 
Gülüş,  Gülər,  Gülsolmaz  (hibriddir),  Sevdim,  Sevil,  Sevimli, 
Sevər, Sevinc və s. 
Bu  sistemdəki  qadın  adlarının  apelyativləri  digər  qrup-
larda  verdiyimiz  vahidlər  kimi  gözəllik  çalarlıdır.  ―Dursun‖ 
antroponimi  isə  əski  inamla  bağlı  olaraq  qadınlara  və  kişilərə 
verilən  müştərək  addır.  Antroponimikamızda  inamla  bağlı 
yaranan  yaşasın,  ölməsin  anlamlı  ―Dursun‖  antroponimi  ilə 
yanaşı,  müştərək  ―Durasan‖,  ―Dayandur‖  və  yalnız  kişi  adları 
üçün  xarakterik  olan  ―Duraxan‖,  ―Durmuşxan‖  antroponimləri 
də  müşahidə  edilir  ki,  bu  da  əski  inamın  antroponimlərdə  mü-
hafizə  olduğunu  göstərir.  A.Qurbanov  türk  etnoqrafiyası  baxı-
mından  xarakterik  olan  ―Dursun‖  antroponiminin  verilmə 
səbəbini ölən uşaqdan sonra doğulana qalmaq, durmaq anlayışlı 
ad  vermək  ənənəsi  ilə  bağlayır.  Müəllif  antroponimikamızda 
kişi  adı  kimi  az  işlənən  Dilənçi,  Yetim,  Çopur,  Qotur,  Gödək, 
Yolçu  və  s.  adların  da  həmin  ənənə  əsasında  yarandığını 
göstərir (60-206-207). 
Antroponimikamızda  əski  inamla  bağlı  olaraq  müştərək 
ad kimi işlənən ―Dursun‖ antroponimi türkmən (Tursun), özbək 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
129 
(Tursun), qazax (Tursın), başqırd (Torsın) və digər türk xalqları 
antroponimikasında müxtəlif fonetik variantlardadır. 
Ümumilikdə götürdükdə qız uşağının dalbadal doğulması 
ilə bağlı olaraq verilən adlar, eləcə də  xoşagəlməz adlar istisna 
edilərsə,  demək  olar  ki,  türk  mənşəli  qadın  adları  zəriflik, 
qəşənglik, müqəddəslik - bir sözlə, gözəllik motivlidir. 
5) Qız uşağının dalbadal doğulmasının arzulanmaması ilə 
əlaqədar  yaranan  qadın  adları.  Qeyd  etdiyimiz  kimi,  qadına 
incə,  zərif  və  gözəllik  çalarlı  adların  verilməsi  xalqımızın  et-
noqrafiya tarixində həmişə xarakterik olmuşdur. Lakin gözəllik 
motivli qadın adları ilə yanaşı, qız uşağının dalbadal doğulması 
ilə  bağlı  nisbətən  mənfi  emosiyalı  adların  yaranması  da 
müşahidə olunur ki, bu da əski inamla bağlıdır. Ulu babalarımız 
elə düşünüblər ki, qız uşağı dalbadal doğulan ailələrdə axırıncı 
qıza  Qızqayıt,  Yetər,  Usandıq,  Oğlangərək  və  s.  kimi  adlar 
verilərsə, həmin ailələrdə qız uşağı deyil, oğlan doğular. 
―Kitabi-Dədə  Qorqud‖  dastanında  Yetər  və  Banıçiçək 
antroponimlərinin  işlənməsi  təsdiq  edir  ki,  etnoqrafiyamızda 
qədim  dövrlərdən  başlayaraq  bu  günə  qədər  qız  uşağının 
dünyaya gəlməsi sevinclə, lakin qız uşağı arzulandığından artıq 
olanda  etirazla,  məyusluqla  qarşılanıb.  Türk  ailəsi  qızın  dün-
yaya gəlişini nə qədər məyusluqla qarşılasa da, nə qədər mənfi 
emosiyalı ad vermək istəsə də, bəzən etirazını elə adlarla ifadə 
edib  ki,  həmin adlarda  mənfi  motiv,  demək olar ki,  görünmür. 
Belə  adlarda  mənfi  emosiya  adın  –  antroponimin  özündə 
daşlaşmış olur. Məsələn, Gülbəsdi, Gülyetər və s. Bu antropo-
nimlərdəki  incəlik,  zəriflik  anlamlı  ―gül‖  sözü  cins  mənasını 
bildirən qız sözünü əvəz etmişdir. Antroponimikamızda az mü-
şahidə  olunan  ―Bəslər‖  antroponimində  də  bu  xüsusiyyət  var-
dır.  Həmin  antroponimik  vahidin  mənası  üç  istiqamətdə  izah 
oluna bilər: bəs+lər = Bəslər; bəs+lə+yər = Bəslər (―ə‖ saitinin 
və ―y‖  samitinin düşməsi mümkündür); bəs-elə-y(ər) = Bəslər 
(burada da səsdüşümü mümkündür). Təbii ki, ikinci nümunədə 

 
Язизхан Танрыверди 
 
 
130 
verdiyimiz  yedirtmək,  kökəltmək,  qulluq  etmək  və  s.  anamlı 
―bəsləmək‖ feli türk mənşəli qadın adlarının motivləşməsi baxı-
mından xarakterik deyildir. Qız uşağının dalbadal doğulması ilə 
bağlı verilən türk mənşəli qadın adlarının yaranmasında iştirak 
edən fellərin (predikatın, ona görə ki, həmin tipli  antroponimik 
vahidlər  cümlənin  daşlaşması  nəticəsində  əmələ  gəlmişdir)  bir 
qisminin  müzarenin  təsdiqi  və  inkarında  olduğunu  (Qızyetər, 
Yetər, Gülyetər; İstəməz, Gərəkməz və s.), həm də ―Bəs eləyər‖ 
cümləsinin  semantik  tutumunun  qız  uşağının  dalbadal 
doğulması ilə bağlı verilən antroponimlərin semantik tutumu ilə 
uyğun  gəldiyini  əsas  götürsək,  ―Bəslər‖  antroponimi  bəs+lər 
söz  şəkilçi  modeli  əsasında  deyil,  ―Bəs  eylər‖  (bəs  eləyər) 
cümlə  modeli  əsasında  formalaşmışdır  -  fikrini  söyləmək 
mümkündür.  Deməli,  ―Bəslər‖  antroponimində  mənfi  emosiya 
birbaşa qavranmır. 
Ə.Cəfərzadə  antroponimikamızdakı  Bəsti,  Qızbəs,  Qız-
qayıt, Yetər və s. kimi qadın adlarının motivləşmə səbəbini belə 
izah edir: ―Azərbaycanda islam dininin yayılmasından başlamış 
1920-ci  ildə  sovet  hakimiyyəti  qurulana  kimi,  yalnız  ictimai 
həyatda  deyil,  evdə,  ailədə  belə  qadının  rolu  adi  bir  quldan, 
kölədən artıq deyildi. Qız doğulması ailə üçün bədbəxtlik hesab 
olunurdu,  çünki  ―qız  yükü  –  duz  yükü  idi‖,  ―qız  özgə  çırağı 
yandırırdı‖,  ―un  çuvalına  tay  olub  evdə  qalırdı‖,  ―qız  qazanc 
gətirmir, qazanc itirirdi‖, ―saçı uzun, ağlı gödək idi‖. Buna görə 
də Qızbəs, Bəsti, Qızyetər, Qıztamam, Qızqayıt, Yetər, Tamam, 
Osandıq,  Oğlangərək  kimi  adlar  qoymaq,  çox  qız  doğan 
ailələrdə adət olmuşdur‖ (12–14). Bu hadisəyə  görkəmli qazax 
dilçisi T.Canuzakov da münasibət bildirmişdir. Müəllif yazır ki, 
ailədə  oğlan  uşağı  yoxdursa  və  dalbadal  qız  uşağı  doğulursa, 
onda  axırıncı  qıza  ―Kıztumas‖  adını  verirlər  ki,  bir  daha  qız 
uşağı doğulmasın (90–101). 
Bayatılarımızda da qız uşağının dalbadal doğulması arzu-
lanmayıb: 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
131 
                          
                      Anam, bacım, qız gəlin! 
                      Əl-ayağı düz gəlin! 
                      Yeddi oğul istərəm, 
                       Bircə dənə qız, gəlin! 
 
Nəhayət,  S.Vurğun  ―Bəsti‖  poemasında  qız  uşağının 
dalbadal  doğulmasının  arzulanmadığını  obrazlı  şəkildə  ifadə 
etmişdir: 
 
                  Anan səni doğanda, adına ―Bəsdi‖, - dedi, 
                  Əllərimi bir fələk oğuldan kəsdi, - dedi. 
                  Beləydi qayda bizdə... Qız doğanda analar. 
                  Baxıb qara geyərdi su üstündə sonalar. 
 
Təbii  ki,  qız  uşağının  dalbadal  doğulmasının  arzulanma-
ması dövr və şəraitlə bağlı idi. Ümumiyyətlə, Şərqdə, o cümlə-
dən türk dünyasında qız uşağının dalbadal  dünyaya gəlişi arzu-
lanmamış, istənilməmişdir. Bu vəziyyət  müasir Şərq etnoqrafi-
yasında    xarakterik  olmasa  da,  müəyyən  dərəcədə  yaşa-
maqdadır. 
Qız  uşağının  dalbadal  doğulmasının  arzulanmaması, 
istənilməməsi  ilə  bağlı  olaraq  yaranan  antroponimlərə  nümunə 
kimi Bəslər, Bəsti, Bəstiqız, Qayıt, Qızbəs, Qızqayıt, Qızyetər, 
Daşdı,  İstəməz,  Gərəkməz,  Oysandıq,  Oğlangərək,  Taybəs  və 
s.,  həmçinin  Qıztamam,  Dursədəf,  Gülbəsti,  Gülyetər  və  s. 
hibrid antroponimləri göstərmək olar. Qeyd etdiyimiz antropo-
nimlər  müasir  antroponimikamızda  əski  inamla  bağlı  olaraq 
işlədilsə də, xarakterik qadın adları sisteminə daxil deyildir və 
demək  olar  ki,  belə  adların  qız  uşaqlarına  verilməsi  azalmaq 
üzrədir.  Bu,  A.Qurbanov  (60–290),  İ.Hacıyev  və  S.Vəliyevin 
(169–87) statistik hesablamalarında da müşahidə edilir. 

 
Язизхан Танрыверди 
 
 
132 
Türk  mənşəli  Azərbaycan  antroponimlərinin  leksik-se-
mantik  qruplarında  təqdim  etdiyimiz  Aqşin,  Beyrək,  Qorxmaz, 
Dönməz, Toğrul, Tural, Sönməz  və s. kimi kişi adları, Aygün, 
Aybəniz,  Selcan, Solmaz, və s.  kimi qadın  adları son  dövrlərdə 
geniş  yayılmışdır.  Buna  səbəb,  bir  tərəfdən,  həmin  vahidlərin 
apelyativlərinin  türk  antroponimikasındakı  müsbət  motivli  əsl 
şəxs adlarının leksik-semantik tutumu ilə səsləşməsi, yaxınlığı-
dırsa,  digər  tərəfdən,  xalqımıızın  ən  nadir  incisi  ―Kitabi-Dədə 
Qorqud‖ dastanının XX əsrin 60-cı illərindən sonra geniş şəkil-
də  mənəviyyatımıza  daxil  olması,  C.Cabbarlı,  S.Vurğun  kimi 
yazıçılarımızın  səslənmə, məna və tarixilik  baxımından xarak-
terik olan unudulmuş şəxs adlarını bədii ədəbiyyata  gətirməsi, 
eyni  zamanda  yazıçıların  yaratdığı  müsbət  xarakterli  surət 
adlarının xalq tərəfindən bəyənilməsi, sevilməsidir. N.Xudiyev 
C.Cabbarlının  yaratdığı  Dönməz,  Solmaz,  Sönməz  və  s.  kimi 
antroponimik  vahidlərin  Azərbaycan  antroponimləri  sistemin-
dəki  intensivliyindən    bəhs  edərkən  göstərir  ki,  bədii  əsərlərdə 
təsadüf  edilən  surətlərin  adları  kütləviləşdikləri  halda  şəxs 
adlarına çevrilir (168(a)–211). 
 
 
 
 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
133 
 
TİTULLAR 
 
Köməkçi  ad  kateqoriyalarına  daxil  olan  titullar  ictimai-
siyasi  həyatla  bağlı  olaraq  formalaşır,  şəxsi  ictimai  həyatda 
tutduğu  mövqeyə görə müxtəlif cəhətdən təyinetmə funksiyası-
na  malikdir.  Müasir  ədəbi  dilimizdə  ―titul‖  termini  bir  neçə 
mənada işlənir: ―elmi vəzifə və dərəcə; dövlət tərəfindən veril-
miş fəxri ad; titul siyahısı; poliqrafik termin kimi işlədilən titul 
vərəqi‖  (60–257). Onomastikada, konkret desək, antroponimi-
kada isə yalnız xüsusi ad funksiyalı titullar öyrənilir. 
Azərbaycan dilindəki titulları funksiya və mənalarına görə 
aşağıdakı kimi qruplaşdırmaq olar: 
1.  İctimai-siyasi  həyatla  bağlı  olaraq  yaranan,  müasir 
ədəbi dilimizdə isə arxaikləşən titullar; 
2. Qadınlara hörmət əlaməti olaraq verilən titullar;  
3. İslam dini ilə əlaqədar olan titullar; 
4. Müasir titullar (fəxri adlar). 
Üçüncü  qrupa  daxil  etdiyimiz  (islam  dini  ilə  əlaqədar 
olanlar) titullar daha çox ərəb mənşəli vahidlər əsasında forma-
laşmışdır. Məsələn, kərbəlayı, molla, məşədi, imam, hacı, şeyx 
və  s.  Bu  sistemdə  ―mollabaşı‖  kimi  hibrid  titullar,  həmçinin 
türk mənşəlilər, demək olar ki, yox dərəcəsindədir. Müasir titul-
lar (fəxri adlar) isə türk təfəkkürü və ya kalka üsulu ilə yaransa 
da,  daha  çox  alınma  apelyativlər  əsasında  formalaşmışdır. 
Məsələn,  ―əməkdar  elm  xadimi‖,  ―əməkdar  mədəniyyət 
xadimi‖,  ―əməkdar  idman  ustası‖,  ―əməkdar  hakim‖,  ―Xalq 
şairi‖, ―Xalq yazıçısı‖, ―Xalq rəssamı‖ və s. Qeyd etdiyimiz ti-
tullardakı ―yazıçı‖ sözündən, bir də -ı
4
 qrammatik şəkilçisindən 
başqa, qalanları alınma - ərəb-fars mənşəli apelyativlərdir. 
İslam  dini  ilə  əlaqədar  olan  titulların,  eləcə  də  müasir 
titulların  (fəxri  adlar)  tərkibində  türk  mənşəli  sözlərin 
olmadığını  və  ya  az  işləndiyini  nəzərə  alaraq,  yalnız  yuxarıda 

 
Язизхан Танрыверди 
 
 
134 
qeyd  etdiyimiz  birinci  və  ikinci  qrupa  daxil  olan,  həm  də  türk 
mənşəli olan titullar və hibrid titullardan (tərəflərindən biri türk 
mənşəli) bəhs edəcəyik. 
1.  İctimai-siyasi  həyatla  bağlı  olaraq  yaranan,  müasir 
ədəbi  dilimizdə  isə  arxaikləşən  titullar.  Bu  sistemə  daxil  olan 
titullar  müasir  ədəbi  dilimiz  baxımından  tam  arxaikləşmiş 
vahidlərdir. Lakin bu tip titullar tam arxaikləşsə də, onların bir 
qismi  onomastik  vahidlərdə,  xüsusən  də  antroponim  və  topo-
nimlərdə mühafizə  olunmaqdadır. Həmçinin  bir  sıra  türk mən-
şəli  titullar  titul  kimi  arxaikləşsə  də,  müasir  ədəbi  dilimizdə 
hörmət  mənasında  işlənməkdədir.  Elə  buna  görə  də  ictimai-
siyasi  həyatla  bağlı  olan  titulları  şərti  olaraq  aşağıdakı  yarım-
qruplara bölürük: 
a)  Müasir  antroponimik  və  toponimik  vahidlərdə  müha-
fizə  olunmayan  və  apelyativi  müasir  ədəbi  dildə  eynilə  işlən-
məyən titullar: 
Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin