ƏZİzxan tanriverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə8/16
tarix31.01.2017
ölçüsü1,6 Mb.
#7252
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

Minbaşı.  Antroponimikamızda  az  müşahidə  olunur. 
―Minbaşı‖ titulu (Səfəvilər dövründə yaranan tituldur) əsasında 
yaranan bu antroponimin  apelyativi titul kimi  arxaikləşmişdir. 
Lakin  titul  yaradıcılığında  iştirak  edən  say  anlamlı  ‖min‖  və 
çoxmənalı ―baş‖ sözləri müasir ədəbi dilimizin lüğət tərkibində 
işlənməkdədir. 
Oqtay. Apelyativi barədə müxtəlif fikirlər vardır. O.Mir-
zəyev  göstərir  ki,  qədim  türk  dilində  ―oq‖  və  ―tay‖  sözlərinin 
birləşməsi  ―həmnəsil‖,  ―nəsildaş‖,  ―eloğlu‖  mənasını  verir 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
95 
(122-175). B.Abdullayev araşdırmalarda ―Oqtay‖ antroponimi-
nin ―ağ dayça‖, ―hakim‖, ―hökmdar‖ kimi izah edildiyini göstə-
rir  (4-43).  T.Hacıyev  ―oq‖  sözünü  ―doğma  ana‖,  ―tay‖  sözünü 
isə ―yoldaş‖ və ―kimi‖ mənalarında izah edir (173-278). 
Göründüyü  kimi,  ―Oqtay‖  antroponiminin  apelyativinə 
müxtəlif istiqamətlərdən yanaşılmış və türk mənşəli vahid kimi 
izah  edilmişdir.  ―Oqtay‖  antroponimindəki  ―oq‖  və  ―tay‖ 
vahidləri  müasir  ədəbi  dilimiz  baxımından  arxaik  sözlər  hesab 
edilir.  Əlavə  edək  ki,  ―tay‖  sözü  ―tay-tuş‖,  ―tay  olmaq‖  kimi 
ifadələrdə qorunmaqdadır. 
Ozan.  Antroponimikamızda  az  təsadüf  olunan  vahidlər-
dəndir. Apelyativi müasir ədəbi dildə işlənmir. ―Ozan‖ apelya-
tivi  dilimizdə  vaxtilə  işlənmiş  arxaik  ―şaman‖,  ―yanşaq‖  və 
müasir ədəbi dilimizdəki ―aşıq‖ sözlərinin sinonimidir. 
Tamerlan.  Hibrid  antroponimdir.  ―Tamer‖  sözü  ―dəmir‖ 
sözünün  türk  dillərində  işlənən  qədim  forması  ilə  səsləşir. 
―Teymur‖  antroponimindəki  ―teymur‖  apelyativi  də  ―dəmir‖ 
sözünün qədim və müasir türk dillərində işlədilən forması olub, 
temir-teymur-dəmir  kimi  dəyişilmişdir‖  (4-51).  ―Lan‖  isə  fars 
mənşəli  topal,  axsaq  anlamlı  ―ləng‖  sözünün  fonetik  tərkibcə 
dəyişmiş variantıdır. ―Tamerlan‖ – Teymurləng, Topal Teymur 
kimi  izah  olunmalıdır.  Çünki  Teymur  tarixi  şəxsiyyət  olsa  da, 
―Teymurləng‖  ləqəbi  ilə  tanınmışdır.  Deməli,    ―Tamerlan‖ 
antroponimi  ―Teymurləng‖  antroponimi  əsasında  yaranıb, 
semantikasında igidlik motivini əks etdirir. 
Aydındır ki, ―Tamer‖, ―Teymur‖, ―Dəmir‖ kimi antropo-
nimlərin əsasında bərk metal adı ifadə edən vahid durur. Həmin 
söz əsasında yaranmış antroponimik vahidlər qazax (Temurtas, 
Temirxan  və  s.),  başqırd  (Timertaş),  özbək  (Oytemir),  qırğız 
(Temirbek, Temirxan) və başqa türk xalqları antroponimikasın-
da işləndiyi kimi, gürcü (Temuri) və rus (Timur, Timur-Kutluq, 
Timuryazev) (34-274-275) antroponimikasında da işlənməkdə-
dir. 

 
Язизхан Танрыверди 
 
 
96 
Tanrıverdi,  Tarverdi.  Mürəkkəb  quruluşlu  bu  antropo-
nimlərin birinci komponenti ―tanrı‖ və həmin sözün fonetik tər-
kibcə dəyişmiş variantı olan ―tarı‖ allah anlamlı arxaik sözdür. 
Həmin  antroponimlərdəki  ―ver+di‖  vahidi  isə  müasir  ədəbi 
dilimizdə eynilə işlənməkdədir. 
Tarxan.  Qədim  türk  dilində  bəy,  feodal,  imtiyazlı  silk 
mənalarında işlənib. Müasir ədəbi dilimizdə mühafizə olunmur. 
Timurçin. Bu antroponimdəki ―timur‖ sözü müasir ədəbi 
dilimizdə ―dəmir‖ şəklində işlənir. ―Çin‖ isə igid mənalı vahid 
olub, ədəbi dilimizdə arxaikləşmişdir. 
Tokay.    ―Tokay  vuran,  toxunan  kişi,  ər‖  (8a–275)  kimi 
izah edilmişdir. Ədəbi dilimizdə vur, döy anlamlı ―tok‖, ―tokı‖ 
feli  toqquş,  toqquşma  sözlərində  mühafizə  olunmuşdur.  ―Ay‖ 
ünsürü isə ―adam‖, ―insan‖ anlamlı olub, müasir ədəbi dilimiz-
də arxaikləşmişdir. 
Tural.  Apelyativini  təşkil  edən  vahidlər  müasir  ədəbi 
dildə  işlənsə  də  (tur//durmaq/+al//almaq)  –  fel+fel),  leksik  və 
morfoloji  cəhətdən  analitik  qavranmır  (173-278).  Ona  görə  də 
apelyativi arxaikləşən vahidlər sırasına daxil etmişik. 
Topçubaşı.  Antroponimikamızda  əsl  şəxs  adı  kimi  az 
işlənir,  daha  çox  familiyalarımızda  müşahidə  edilir.  Məsələn, 
Topçubaşov. Bu antroponimin apelyativi titul kimi arxaikləşsə 
də, həmin titulu təşkil edən ―top, topçu‖ və ―baş‖ sözləri müasir 
ədəbi dilimizdə eynilə işlənməkdədir. 
Umud,  Umur.  Hər  iki  antroponimin  apelyativini  təşkil 
edən ―ummaq‖ feli daha çox danışıq dilində və dialektlərimizdə 
müşahidə olunur. 
Xaqan.  Apelyativi  müasir  ədəbi  dildə  işlənmir.  Xan,  ha-
kim  anlamlı  titul  kimi  qədim  türk  dilində  işlənmişdir.  Orxon-
Yenisey  abidələrində  ―kağan‖  fonetik  variantında  müşahidə 
edilir  (115-6).  Xaqani  (XI  əsr  Azərbaycan  şairi  Əfzələddin 
Xaqani) təxəllüsünün  ―xaqan‖ hissəsi  də  qeyd etdiyimiz titulla 
bağlıdır (4-56). 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
97 
Xəzər.  Hidronimik  vahidlər  əsasında  yaranan  antropo-
nimlər  sırasına  daxildir.  Tədqiqatlarda  ―Xəzər‖  hidroniminin 
etnonim  əsasında  yarandığı  göstərilir  (69a–31-32),  (84-7), 
(190-16). ―Xəzər‖ apelyativ kimi ədəbi dilimizdə işlənmir. 
Çingiz.  ―Dəniz‖  sözünün  qədim  fonetik  şəkli  ―tenqiz‖, 
ondan  da  qədimi  ―çingiz‖  olmuşdur  (173-279).  ―Dəniz‖  sözü-
nün ən qədim forması olan ―Çingiz‖ sözü müasir ədəbi dilimiz-
də ―dəniz‖ anlamlı leksik vahid kimi qavranmadığından apelya-
tivi arxaikləşən vahidlər sırasında izah etmişik. 
 
             Apelyativi arxaikləşən qadın adları   
 
Ağabacı.  ―Ağa‖  titulu  arxaikləşmiş,  bacı  apelyativi  isə 
müasir  ədəbi  dilimizdə  eynilə  işlənməkdədir.  Ağa  titulu  kişi 
adlarının yaranmasında daha çox iştirak etmişdir. 
Bəyim.  Apelyativi  bəy  qadını,  bəy  arvadı,  bəy  qızı  kimi  
izah  edilir.  Müasir  ədəbi  dilimizdə  arxaikləşmişdir.  Antropo-
nimikamızda  Ağabəyim,  Bəyimxanım,  Bəyimbacı  kimi  antro-
ponimlərin tərkibində işlənməkdədir. 
Gərəkməz.  Bu  antroponim  qız  lazım  deyil,  gərək  deyil 
mənasındadır. ―Gərəkməz‖ antroponimindəki ―gərək‖ sözü mü-
asir  ədəbi  dilimizdə  ədat  kimi,  -məz
2
    şəkilçisi  isə  müzarenin 
inkarı  kimi  işlənməkdədir.  Lakin  ədəbi  dilimizdə  müzarenin 
inkarı ―gərək‖ ədatının sonunda işlənmir və bu funksiya gərək 
deyil, gərək olmaz kimi analitik formalarla ifadə olunur. 
Oysandıq.  Antroponimlərimizlə  bağlı  nəşr  olunan  lüğət-
lərdə  qeydə  alınmayıb.  Dialektlərimizdə  (qərb  qrupunda)  mü-
şahidə  olunur.  Qız  uşağının  arzulanmaması  ilə  bağlı  olaraq 
yaranan Qızqayıt, Qızbəs, Yetər və s. kimi antroponimlərlə bir 
sistemə  daxildir.  Oysandıq  –  yəni  qorxduq,vahiməyə  düşdük 
mənasındadır. ―Oysanmaq‖ vahidi ədəbi dilimizdə deyil, yalnız 
dialekt və şivələrdə müşahidə olunan arxaik vahidlərdəndir. 

 
Язизхан Танрыверди 
 
 
98 
Tomris.  Apelyativi  müasir  ədəbi  dilimizdə  işlən-
mir.  ‖Tomris‖  antroponimi  həyat  verən,  nəsil  artıran,  bərəkət 
gətirən mənalarında izah edilmişdir (122–221). 
Tuğra.  Apelyativi  qədim  türk  dilində  əmrlərin,  rəsmi 
sənədlərin  əvvəlindəki  monoqram  və  ya  xətt  mənasında 
işlənmiş (4-53), müasir ədəbi dilimizdə isə arxaikləşmişdir. 
Taybəs.  Antroponimikamızda  az  müşahidə  olunan  ad-
lardandır.  Qız  uşağının  çox istənilməməsi,  çox  arzulanmaması 
ilə bağlı olaraq motivləşən adlar sırasına daxildir. Taybəs, yəni 
daha bəsdir, daha qız uşağı olmasın mənasını verir. ―Bəs‖ sözü 
ədəbi  dilimizdə,  daha  anlamlı  ―tay‖  sözü  isə  danışıq  dili  və 
dialektlərimizdə işlənir. 
Usandıq.  Qız  uşağının  doğulması  çox  arzulanmayan 
ailələrdə  verilən  xarakterik  adlardandır.  ―Usandıq‖  apelyativi 
yorulduq, bezdik, cana doyduq, zara gəldik mənalarını bildirir.  
Həmin  anlamlı  ―usanmaq‖  vahidi  ədəbi  dilimiz  baxımından 
arxaik hesab olunur. 
Xanım.  ―Xan  qadını‖  mənasında  izah  edilən  ―xanım‖ 
titulu  müasir  ədəbi  dilimizdə  yalnız  hörmət  mənasında  işlənir 
və həmin mənada da  təklikdə, eləcə də digər vahidlərlə birlikdə 
qadın  adlarımızın  yaranmasında fəal  iştirak etmişdir. Məsələn, 
Xanım,  Ayxanım,  Anaxanım,  Balaxanım,  Balacaxanım, 
Başxanım, Bəyimxanım, Bircəxanım, Böyükxanım və s.  
Xatın. Qədim türk dilində qadın, xanım, arvad mənasında 
işlənmişdir.  Müasir  ədəbi  dilimizdə  işlənməsə  də,  dialektlə-
rimizdə qadın, arvad, adam mənasında ―xatınşı‖ kimi işlənmək-
dədir. Məsələn, ―Doqqazda xatınşılar döyüşür (86-23). 
Apelyativi arxaikləşən antroponimlərin təhlili göstərdi ki, 
kişi adlarının apelyativi funksiyasında iştirak edən aqşin (böyük 
qurd), alp (igid), baxşı (―bax‖, baq teoniminin fonetik variantı; 
―şı‖ insan anlamlı vahid), qur (dağ), domrul (həyat verən, nəsil 
artıran),  çin  (güc,  qüdrət),  təkin  (şahzadə),  ər  (igid,  kişi), 
yüzbaşı (titul), gəray (qeyri-adi dərəcədə güclü adam), minbaşı 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
99 
(titul), ozan (aşıq), oqtay (oq – doğma, ana, tay –yoldaş, kimi), 
tanrı  (allah),  topçubaşı  (titul),  tok  (vur,  döy),  xaqan  (şahzadə) 
və  s.  qadın  adlarının  apelyativi  funksiyasında  iştirak  edən 
bəyim (bəy qadını), gərəkməz (gərək olmaz, gərək deyil), bikə 
(ərə  getməmiş qız), oysanmaq (qorxmaq), tomris (həyat verən, 
nəsil  artıran),  usanmaq  (yorulmaq,  bezmək)  və  s.  vahidlər 
müasir ədəbi dilimizin  lüğət tərkibində işlənmir. 
 
 
Apelyativi müasir ədəbi dildə 
işlənən antroponimlər 
 
Dilimizdəki antroponimlərin, demək olar ki, hamısı apel-
yativ mənalı leksik vahidlərdir. Məsələn, əlvan sözünün apelya-
tiv  mənası  cürbəcür  rəngdə  olan  rəngarəng,  rəngbərəng,  ala-
bəzək  deməkdirsə,  onomastik  mənası  antroponim  kimi  işlən-
məsidir (60-197-198). 
Azərbaycan  antroponimik  vahidlər  sistemindəki  türk 
mənşəli antroponimlərin bir hissəsinin apelyativi  arxaikləşmiş-
dirsə də, bir hissəsinin apelyativi eynilə müasir ədəbi dilimizin 
lüğət  tərkibində  işlənməkdədir.  Belə  antroponimlər  apelyativi 
arxaikləşən  antroponimlərə  nisbətdə  çoxluq  təşkil  edir.  Bu  da 
ədəbi  dilimizin  leksikasında  türk  mənşəli  vahidlərin,  xüsusilə 
ad  bildirən  sözlərin  nisbətən  az  arxaikləşməsi  ilə  bağlıdır. 
Apelyativi müasir ədəbi dildə işlənən türk mənşəli antroponim-
ləri,  həmçinin  türk  təfəkkürü  ilə  yaradılan  və  tərkibindəki 
sözlərdən biri türk mənşəli olan hibrid antroponimləri aşağıdakı 
kimi sistemləşdirmək olar:                 
 
 
 
                        
 

 
Язизхан Танрыверди 
 
 
100 
Apelyativi müasir ədəbi dildə 
 işlənən kişi adları 
 
    Kişi adları                                Apelyativi 
Adıbala   
Adıgözəl 
Adışirin 
Ayaz   
Aydın 
Aydəmir   
Aytoğmış 
Alay 
Alqış 
Alov 
Allahverdi 
Apaydın 
Arıx//Arıq 
Arslan//Aslan 
Ata 
Atababa 
Atabala 
Atakişi 
Atalar 
Atam 
Atamoğlan  
Baba 
 
 
 
Babaverdi  
Babakişi 
Babaş  
Bayram  
ad (-ı) + bala 
ad (-ı) + gözəl 
ad (-ı) + şirin (fars) 
ayaz 
aydın 
ay+dəmir 
ay+toğmış (doğ+muş) 
alay 
alqış 
alov 
allah (ərəb) + ver+di 
aydın– a+p+aydın 
arıq 
aslan 
ata 
ata+baba 
ata+bala 
ata+kişi 
ata+lar 
ata+m 
ata+m+oğlan 
baba
  (qədim  türk  dilində  ―ata‖  məna-
sında, müasir ədəbi dilimizdə isə ―atanın 
və  ya  ananın  atası‖  mənasında  işlənir. 
Qədim  mənasında  yalnız  qərb dialektin-
də və Türkiyə türkcəsində işlənir)     
baba+ver+di 
baba+kişi 
baba+ş 
bayram 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
101 
Bala  
Balaqardaş 
Baladayı 
Baladadaş 
Baloğlan 
Balaş  
Boran 
Böyük 
Böyükkişi 
Buğa 
Bulud  
Verdi 
Vurğun 
Qayıt 
Qayıtmaz 
 
Qardaş 
Qaryağdı 
Qartal 
Qılınc 
Qorxmaz 
 
Qoca 
Qoşun 
Dağlar 
Dadaş 
Dadaşbala 
Dayandur (müştərək) 
Dalğın 
Daşqın 
Daşdəmir 
Dəmir 
Dəmirçi 
bala 
bala+qardaş 
bala+dayı 
bala+dadaş 
bal (bala –a səsi düşüb)+oğlan 
bala+ş 
boran 
böyü+k 
böyü+k+kişi 
buğa 
bulud 
ver(mək)+di 
vur(maq)+ğun 
qayıt (maq) 
qayıt(maq)+maz
2
 – müzarenin 
inkarı 
qardaş 
qar+yağ(maq)+dı 
qartal 
qılınc 
qorx(maq)+maz
2
  –  müzarenin 
inkarı  
qoca 
qoşun 
dağ+lar 
dadaş 
dadaş+bala 
dayan(maq)+dur(maq) 
dal(maq)+ğın 
daş(maq)+qın 
daş+dəmir 
dəmir 
dəmir+çi 

 
Язизхан Танрыверди 
 
 
102 
Dəniz 
Dönməz 
Dönüş 
Durasan 
Durmuş 
Dursun 
Düşəri 
Elbir 
Eldəniz  
Eldost 
Elyanar 
Elkömək 
Elgün 
Elsevər 
Elnur 
Eloğlu 
Elşən 
Ərtac 
İgid 
İldırım 
İlkin 
Yaylaq  
Yalçın  
Yanar 
Yaraşıq 
Yaşar 
Yenilməz 
Yetkin 
Yoldaş 
Yolçu  
Yüksəl  
Köçəri  
Göyüş 
dəniz  
dön(mək)+məz  
dön(mək)+üş 
dur(maq)+a+san 
dur(maq)+muş 
dur(maq)+sun  
düş(mək)+ər+i 
el+bir 
el+dəniz 
el+dost (fars) 
el+yan(maq)+ar 
el+kömək 
el+gün 
el+sev(mək)+ər 
el+nur (ərəb) 
el+oğul+u 
el+şən (ərəb) 
ər+tac (fars) 
igid  
ildırım 
ilkin 
yay+laq 
yalç+ın 
yan(maq)+ar 
yaraş(maq)+ıq 
yaş+a(maq)+ar 
yenil(mək)+məz 
yet(mək)+kin 
 yol+daş  
yol+çu 
yüksəl(mək) 
köç(mək)+ər+i 
göy+üş 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
103 
Gursel 
Güvəndik 
Güləş 
Gün 
Gündüz 
Gümüş 
Laçın 
(müştərək adlar                     
sırasına daxildir) 
Minyaşar
 
Oğul
 
Ocaqverdi 
Ötkəm 
Özdəmir 
Payız 
Satılmış 
Sevdik 
Sevindik 
Sevdimalı 
 
Sönməz 
Tapdıq 
Tərlan (müştərək addır) 
Tutar 
Uğur 
Ucal 
Coşqun 
Şiraslan 
 
gur+sel 
güvən(mək)+di+k 
güləş 
gün 
gündüz  
gümüş 
laçın 
 
min+yaş+a(maq)+ar 
oğul 
ocaq+ver(mək)+di 
ötkəm 
öz+dəmir 
payız 
sat(maq)+ıl+mış 
sev(mək)+di+k 
sev(mək)+in+di+k 
sev(mək)+di+m+alı 
(əli  - 
ərəb) 
sön(mək)+məz 
tap(maq)+dı+q 
tərlan 
tut(maq)+ar 
uğur 
uca+l (maq) 
coş (maq) +qun  
şir (fars) + aslan 
 
Yuxarıdakı  cədvəllərə  Bayraməli,  Dursunəli,  Əliyoldaş, 
Əlibala,  Əlibaba,  Hüseynbala  kimi  kişi  adlarını  daxil  etməmi-
şik.  Çünki  mürəkkəb  quruluşlu  həmin  antroponimlərdəki  türk 
mənşəli  vahidlər  həm  antroponimik,  həm  də  apelyativ  vahid 

 
Язизхан Танрыверди 
 
 
104 
kimi  müasir  ədəbi  dilimizdə  işlənsə  də,  ərəb  mənşəli  vahidlər 
yalnız antroponim kimi işlənir. Elə ona görə də qeyd olunan tip 
hibrid  antroponimlərin  yalnız  türk  mənşəli  hissəsi  apelyativ 
kimi cədvəllərə daxil edilmişdir (Sevdimalı antroponimi istisna 
olunmaqla). 
Kişi  adlarının  yaranmasında  iştirak  edən  apelyativlər, 
əsasən, müsbət  motivli,  igidlik  çalarlı  vahidlərdir. Cədvəllərdə 
verdiyimiz,  həmçinin  antroponim  kimi  arxaikləşən  vahidlərin 
apelyativi və müasir ədəbi dilimizdə arxaik hesab olunan, lakin 
antroponimlərdə  mühafizə  olunan  apelyativlərin  antroponim 
yaradıcılığında  iştiraketmə  səbəbləri,  onların  leksik-semantik 
xüsusiyyətləri  barədə  əsərin  sonrakı  hissələrində  geniş  şəkildə 
bəhs ediləcəkdir. 
                     
Apelyativi müasir ədəbi dildə  
işlənən qadın adları 
 
Qadın adları                                  Apelyativi 
Ağbəniz 
Ağqız 
Ağgül 
Ağgün 
Ağxanım 
Ağca 
Ağcabəniz 
Ağcagül 
Adıgül 
Adıgün 
Ayana 
Aybəniz 
Ayqabaq 
Aydan 
Aydagül 
ağ+bəniz 
ağ+qız 
ağ+gül (fars) 
ağ+gün 
ağ+xanım 
ağ+ca 
ağ+ca+bəniz 
ağ+ca+gül (fars)  
ad+ı+gül (fars) 
ad+ı+gün 
ay+ana 
ay+bəniz 
ay+qabaq 
ay+dan 
ay+da+gül (fars)  

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
105 
Aydıngül 
Aygül 
Aygün 
Aynişan 
Aynur 
Aysel 
Aytac 
Aytel 
Ayulduz 
Ayçiçək 
Alma 
Almaz (müştərək addır) 
Anabacı 
Anaqız 
Anagül 
Anaxanım 
Anacan 
Bağdagül  
Bağça 
Balaxanım 
Balaca (müştərək addır) 
Ballı 
Bacıqız 
Bacıgül 
Baxdur 
Başxanım 
Bənzər 
Bəslər 
Bəsti 
 
 
Bəstiqız 
Bildirçin 
aydın+gül (fars) 
ay+gül (fars) 
ay+gün 
ay+nişan (fars) 
ay+nur (ərəb) 
ay+sel 
ay+tac (fars) 
ay+tel 
ay+ulduz 
ay+çiçək 
alma 
almaz 
ana+bacı 
ana+qız 
ana+gül (fars) 
ana+xanım 
ana+can (fars) 
bağ+da+gül (fars) 
bağ+ça  
bala+xanım 
bala+ca 
bal+lı 
bacı+qız 
bacı+gül (fars) 
bax(maq)+dur(maq) 
baş+xanım 
bənzə(mək)+ər  
bəs+elər(―e‖ səsi düşüb) 
bəs+ti(di)-dir
4
  xəbərlik  şəkil-
çisinin  fonetik  tərkibcə  dəyiş-
miş formasıdır. 
bəs+ti(di)+qız 
bildirçin 

 
Язизхан Танрыверди 
 
 
106 
Birgül 
Bircə 
Bircəgül 
Bircəxanım 
Bircahan 
Böyükgəlin 
Böyükxanım 
Ceyran 
Çiçək 
Çiçəknur 
Dayandur 
Daşdı 
Durna 
Elbəzər 
Eldəgül 
Eldostu 
Elgül 
Elnaz 
Eltac 
Elçiçək 
Gəlingül 
Gözəl 
Gözəlcə 
Gözəlgəlin 
Gözəlxanım 
Göyçək 
Göyçəkqız 
Göyçəkgül 
Göyçəkgəlin 
Göyərçin 
Gülay 
Gülqız 
Gülaçar 
bir+gül (fars) 
bir+cə 
bir+cə+gül  (fars) 
bir+cə+xanım 
bir+cahan (fars) 
böyü+k+gəlin 
böyü+k+xanım 
ceyran 
çiçək 
çiçək+nur (ərəb) 
dayan(maq)+dur(maq) 
daş (maq)+dı 
durna 
el+bəzə(mək)+ər 
el+də+gül (fars) 
el+dost (fars)+u 
el+gül (fars)  
el+naz (fars) 
el+tac (fars) 
el+çiçək  
gəlin+gül (fars) 
gözəl  
gözəl+cə 
gözəl+gəlin 
gözəl+xanım  
göyçək 
göyçək+qız 
göyçək+gül (fars) 
göyçək+gəlin 
göyərçin 
gül (fars) +ay  
gül (fars) + qız 
gül (fars) +aç(maq)+ar 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
107 
Gülbəsdi 
Güldərən 
Gülerkən 
Gülertə 
Gülər 
Güləkər 
Güləsər 
Gülyaz 
Gülyanaq 
Gülyanar 
Gülyetər 
Gülgəlin 
Gülsolmaz 
Gülsona 
Gülüzlü 
Gülçiçək 
Günay 
Güney 
Günel  
Günəş 
Günnur 
Xanım 
Xanımana 
Xanımbacı 
Xanımqız 
İncə  
İncəgül 
İnci 
İnciqız  
İstəməz 
Kəklik 
Qayıt 
Qaragilə  
gül (fars) +bəs+di (-dir
4

gül (fars)+dər(mək)+ən 
gül (fars) + erkən 
gül (fars) + ertə 
gül(mək)+ər 
gül (fars) +ək(mək)+ər 
gül (fars) +əs(mək)+ər 
gül(fars)+yaz 
gül (fars)+yanaq 
gül (fars)+yan(maq)+ar 
gül (fars)+yet(mək)+ər 
gül (fars) + gəlin 
gül (fars) +sol(maq)+maz 
gül (fars) + sona 
gül (fars) +üz+lü 
gül (fars) + çiçək 
gün+ay 
güney 
gün+el 
günəş 
gün+nur (ərəb) 
xanım 
xanım+ana 
xanım+bacı 
xanım+qız 
incə 
incə+gül (fars)  
inci 
inci+qız 
istə(mək)+məz 
kəklik 
qayıt (maq) 
qara+gilə (fars) 

 
Язизхан Танрыверди 
 
 
108 
Qaragöz 
Qaratel 
Qızbacı 
Qızana 
Qızbəs 
Qızbəsti 
 
Qızım 
Qızılgül 
Qızyetər 
Qıztamam  
Qızxanım 
Qırqovul 
Laləçiçək 
Laçın (müştərək addır) 
Maral 
Nənəqız 
Nənəxanım 
Oğlangərək  
Sarıgül 
Sarıtel 
Saçlı 
Sevər 
Sevil 
Sevinc 
Sevgili 
Sevgiyyə 
 
Seçmə 
Solmaz 
Sona 
Sonagül 
Telqələm 
qara+göz 
qara+tel 
qız+bacı 
qız+ana 
qız+bəs 
qız+bəs+ti 
(-dir
4
  şəkilçisinin  fo-
netik tərkibcə dəyişmiş formasıdır) 
qız+ım
 
qızıl+gül (fars)
 
qız+yet(mək)+ər
 
qız+tamam (ərəb)
 
qız+xanım  
 
qırqovul
 
lalə (fars) + çiçək
 
laçın
 
maral 
nənə+qız 
nənə+xanım 
oğlan+gərək 
sarı+gül (fars) 
sarı+tel 
saç+lı 
sev(mək)+ər 
sev(mək)+il 
sev(mək)+in+c 
sev(mək)+gi+li 
sev(mək)+gi+iyyə  (ərəb  mən-
şəli) 
seç(mək)+mə 
sol(maq)+maz 
sona  
sona+gül (fars) 
tel+qələm (ərəb) 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
109 
Telli 
Tellər 
Təkbir 
Tərlan (müştərək addır) 
Turac 
Ulduz 
Ulduzə  
Yazbahar 
Yazgül 
Yazdagül 
Yazçiçək 
Yanargül 
Yaygül 
Yaraşıq 
Yaxşı 
Yaxşıgül 
Yaxşıxanım 
Yaxşıçiçək 
Yaşılgül 
Yetər 
Yenigül 
tel+li 
tel+lər 
tək+bir 
tərlan 
turac 
ulduz 
ulduz+ə 
yaz+bahar (fars) 
yaz+gül (fars) 
yaz+da+gül (fars) 
yaz+çiçək 
yan(maq)+ar+gül (fars) 
yay+gül (fars) 
yaraş (maq) +ıq 
yaxşı 
yaxşı+gül (fars) 
yaxşı+xanım 
yaxşı+çiçək 
yaşıl+gül (fars) 
yet(mək)+ər  
yeni+gül (fars) 
  
                                   
Göründüyü  kimi,  qadın  adlarının  yaranmasında  iştirak 
edən  apelyativlər,  əsasən,    müsbət  motivli,  gözəllik  çalarlı  va-
hidlərdir. Təsadüfi deyildir ki,  hibrid antroponimlərin tərkibin-
dəki  türk  mənşəli  apelyativlərlə  yanaşı,  ərəb-fars  mənşəli  ―ba-
har‖, ―gül‖, ―nur‖ və s. vahidlər də  gözəllik  çalarlıdır. Almaz, 
Laçın,  Tərlan  kimi  antroponimlər  isə  müştərək  adlar 
olduğundan hər iki cədvələ daxil etmişik. 
Apelyativi  arxaikləşən   və  apelyativi  eynilə  müasir  ədəbi 
dilimizdə  işlənən  türk  mənşəli  antroponimlər  (əsl  şəxs  adları 
nəzərdə  tutulur)  Azərbaycan  antroponimik  vahidlər  sistemində 

 
Язизхан Танрыверди 
 
 
110 
xüsusi lay təşkil edir. Afad Qurbanovun hesablamalarına görə, 
Azərbaycan    antroponimik  vahidlər  sistemində  1000-ə  qədər 
kişi,  1200-ə  qədər  qadın  adı  işlənir  (60-171-180).  Azərbaycan 
antroponimik  vahidlər  sistemindəki  həmin  adlardan  neçəsinin 
türk mənşəli və alınma olması dəqiqləşdirilməyib. Təxmini he-
sablamalarımıza  görə,  Azərbaycan  antroponimik  vahidlər  sis-
temində 900-ə qədər türk mənşəli və hibrid apelyativli əsl şəxs 
adı vardır (təqdim etdiyimiz siyahılara əsasən). Bunlardan 700-
dən  çoxu  müasir  antroponimikamızda  işlənir,  200-ə  qədəri  isə 
arxaikləşmiş  vahidlərdir.  Arxaik  antroponimlərin  hamısı  türk 
mənşəli apelyativlər əsasında formalaşmışdır. Müasir Azərbay-
can  ədəbi  dilinin  antroponimik  vahidlər  sistemindəki  701  əsl 
şəxs  adından  544-ü  türk  mənşəli  apelyativ  (274-ü  kişi,  270-i 
qadın), 157-si isə (83-ü kişi, 74-ü qadın) hibrid (qovuşuq) apel-
yativlidir. Deməli, Azərbaycan antroponimik vahidlər sistemin-
dəki  təxmini  müəyyənləşdirilmiş  2200  əsl  şəxs  adından  700-
dən  çoxu  türk  mənşəli  və  hibrid  apelyativli,  qalanları,  yəni 
1500-ü  isə  alınmadır.  Buradan  belə  görünə  bilər  ki,  müasir 
Azərbaycan antroponimikasında əsl şəxs adlarının üçdə bir his-
səsi  türk  mənşəlidir.  Amma  nəzərə  almaq  lazımdır  ki,  Azər-
baycan  antroponimik  vahidlər  sistemindəki  ərəb,  fars,  qismən 
də  rus  və  Avropa  mənşəli  antroponimlərin  bir  hissəsi  dilimizə  
birbaşa  ad  kimi  daxil  olsa  da,  bir  hissəsi  həmin  dillərdən,  xü-
susən  də    ərəb  və  fars  dillərindən  ədəbi  dilimizə  daxil  olmuş 
apelyativlər  əsasında  azərbaycanlı  (türk)  təfəkkürü  ilə  yaradıl-
mışdır.  Məsələn,  Azərbaycan  antroponimik  vahidlər  sistemin-
dəki  Vüqar,  Dərya,  Əsgər,  İnqilab,  İntiqam,  Nazir,  Maarif, 
Zabit,  Zəfər  və  s.  kimi  kişi  adları;  Arzu,  Vəfa,  İradə,  Xoşgül, 
Həqiqət,  Hicran  və  s.  kimi  qadın  adlarının  apelyativi  ərəb  və 
fars  mənşəli  olsa  da,  Azərbaycan  antroponimləridir.  De-
yilənlərə    M.Çobanovun  ―Azərbaycan  dilində  fars  mənşəli 
―gül‖ sözü əsasında 312 əsl şəxs adı düzəlmişdir‖ (180-22) fik-
rini  də  əlavə  etsək,  Azərbaycan    antroponimik  vahidlər  siste-

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
111 
mindəki  antroponimlərin  üçdə  bir  hissəsi  yox,  yarıdan  çoxu 
milli adlardır - qənaətinə gəlmək mümkündür. 
 
 
Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin