ƏZİzxan tanriverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə5/16
tarix31.01.2017
ölçüsü1,6 Mb.
#7252
1   2   3   4   5   6   7   8   9   ...   16

Çələbi. Bu antroponim əsl şəxs adı kimi az işlənir, famili-
yalarımızda mühafizə olunmuşdur. XVI əsrdə antroponim kimi 
işlənməsi məlumdur. Məsələn, Osmanlı səyyahı Övliya Çələbi. 
―XIV-XV əsrlərdə Türkiyədə bir çox alimlərin və şahzadələrin 
də çələbi titulu daşıdığı məlumdur. Azərbaycan şairi Qasım Ən-
vərin  dediyinə  görə,‖çələbi‖  sözü  sufi  təriqətində  ―sevilmiş‖, 
yəni  ―allah‖    demək  imiş.  Lakin  ―Xülaseyi-Abbasi‖də  bu  söz 

 
Язизхан Танрыверди 
 
 
62 
―yazıçı‖, ―şair‖, ―bilici‖ və s., ―Ləhcəyi- osmaniyədə‖ oxumağı 
bilən adam mənasında izah edilmişdir (118 – 75). 
V.Radlovun lüğətində ―çələbi‖ osmanlı və cığatay dilləri-
nə  aid  edilir  və  beş  əsas  mənası  göstərilir:  1.  божественный, 
принц, крови; 2. господин (титул, даваемый, европейцамь); 
3.  хозяин  дома;  4.  писатель,  стихотворец,  ученный;  5.  хо-
рошо  воспитанный,  образованный,  любезный,  элегантный 
(141 – 12). 
Yuxarıdakı  qeydlərə  əsasən deyə bilərik ki,  ilk  dəfə titul 
kimi  işlənən  ―çələbi‖  sözünün  sonralar  antroponim  kimi  işlən-
məsinə  səbəb  onun    yazıçı,  şair,  bilici,  xeyirxah,  lütfkar  və  s. 
mənaları ifadə etməsidir. 
Duxa  Qoca  oğlı  Dəli  Domrul.  ―Duxa‖  ―Kitabi-Dədə 
Qorqud‖un  antroponimikasına  daxil  olan,  lakin  müasir  antro-
ponimikamızda  işlənməyən  adlardandır.  Bu  antroponimik  va-
hiddən bəhs edən Ş.Cəmşidov və E.Əlibəyzadə onun formalaş-
masında zahiri səslənmə - alliterasiya, yaxud poetiklik yaratma 
keyfiyyətlərini  əsas  götürmüşlər  (189  –  260),  (80  –  264). 
‖Domrul‖  antroponimi  Mirəli  Seyidov,  Tofiq  Hacıyev,  Arif 
Acalov,  Osman  Mirzəyev  və  başqa  müəlliflərin  diqqətini  cəlb 
etmişdir.  Onun  leksik-semantik  xüsusiyyətləri,  antroponimik 
vahid  kimi  formalaşmasında  ―nəsil  verən‖,  ―həyat  başlanğıcı‖  
kimi  keyfiyyətin  əsas  olması  həmin  müəlliflər  tərəfindən 
təsdiqlənmişdir  (122  –  69).  ―Duxa  Qoca‖  antroponimik  vahidi 
isə  araşdırmalardan  kənarda  qalmışdır.  Mövcud  tədqiqatlarda 
―Duxa‖  antroponiminin  yalnız  yunanlarda  olan  ―Duka‖  şəxs 
adından olduğu iddia edilir (75 – 110). 
Göründüyü kimi, ―Duxa‖ antroponiminin leksik-semantik 
xüsusiyyətləri, tarixi-linqvistik baxımdan araşdırılmamış, həm-
çinin həmin sözün adyaratma üçün seçilmə, yaxud motivləşmə 
səbəbləri müəyyənləşdirilməmişdir. 
S.Əliyarov göstərir ki, Duxa Qoca ilkin şəkildə ―Dukak‖ 
və  ya  ―Tokak‖  variantında  işlənmişdir  (82  –  262).  ―Tokak‖ 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
63 
variantı  daha  qədimdir.  Çünki  cingiltiləşmə,  konkret  desək, 
―d‖laşma,  yaxud  ―t‖nın  ―d‖  ilə  əvəzlənməsi  türk  dillərinin 
nisbətən  sonrakı  inkişafı  ilə  bağlıdır.  Zahirən  elə  görünə  bilər 
ki, ―tokak‖ vahidi ―toxtaq‖ sözündən törəmədir və semantik cə-
hətdən  ―Qoca‖  antroponimini  təyin  edir.  Lakin  türk  dillərində 
bu cür quruluşlu vahidlərdə ―t‖nın düşməsi müşahidə olunmur. 
Deməli,  Tokak-Dukak,  Toxa-Duxa  antroponiminin  formalaş-
ması  üçün  əsas  olan  vahidin  ilk  hissəsi  müəyyənləşdirilərkən 
―tok-tox‖ fonetik variantlı söz əsas götürülməlidir. 
M.Kaşğarinin lüğətində ―tok‖ sözü ―tokı‖ (vur, döy) mə-
nalarında  işlənmişdir  (70  –  268).  Y.Məmmədov  ―tok‖  sözünü 
Azərbaycan  dilində  də  asemantikləşmiş,  ancaq  qədim  türk 
yazılı abidələrində ayrıca lüğət vahidi kimi işlənən sözlər sıra-
sında qeyd etməklə bərabər, onun ―toqquş‖, ―toqquşma‖ vahid-
lərində  izinin  qaldığını  da  göstərir  (416  –  33).  ―Tok‖  sözünün 
məna  çalarları  barədə  S.Cəfərov  yazır:  ―Toxmaq,  toxu(maq), 
toqquş(maq),  toxun(maq),  toxa  sözlərinin  kökü  vurmaq  məna-
sında işlənmiş olan tox(maq) sözü olmuşdur ki, həmin mənada 
çuvaş dilində indi də işlənməkdədir‖ (191 – 152). O.Mirzəyev 
qəhrəmanlıq dastanlarımızın dilində ―tox‖ sözünün vur, vurmaq 
mənalarında  işləndiyini  göstərir  və  fikrini  ―...nərə  çəkib  özünü 
düşmən ləşkərinə toxudu‖ nümunəsi ilə təsdiqləyir (122 – 220). 
Qeydlərdən  belə  məlum  olur  ki,  ―tok-tox‖  sözünün  se-
mantikasında  igidlik  çalarları  vardır.  Bizcə,  Tokak  –  Dukak, 
Toxa  –  Duxa  antroponiminin  ilk  hissəsi  vurmaq,  döymək  an-
lamlı ―tok‖ felidir və onun şəxs adı kimi motivləşməsində igid-
lik  keyfiyyəti  əsas  olmuşdur.  Əlavə  edək  ki,  M.Adilov  və 
O.Mirzəyev  də  ―Tokay‖,  ―Tokər‖  antroponiminin  yaranmasın-
da vurmaq, döymək anlamlı ―tok‖ vahidini əsas götürürlər (11-
46), (122-220). ―Tok‖ əsaslı antroponim Orxon-Yenisey abidə-
lərində də müşahidə olunur. Məsələn, Tok bögüt (51-44). 
Qeyd etdik ki, ―Kitab‖da  ―Duka‖ şəklində olan antropo-
nimin ilkin forması ―Tokak‖dır və onun ilk hissəsi ―vur‖, ―döy‖ 

 
Язизхан Танрыверди 
 
 
64 
anlamlı  asemantik  ―tok‖  felidir.  Bu  şərhlərlə  yanaşı,  ―Tokak‖ 
antroponiminin son hissəsi olan –ak sözdüzəldici şəkilçisinə də 
diqqət  yetirmək  lazımdır.  Məlum    olduğu  kimi,  -aq,  -ək 
şəkilçisini  fel  köklərinə  artırmaqla  xasiyyət  və  keyfiyyət 
bildirən  sifətlər  düzəlir:  qorxaq  (adam),  ürkək  (at)  (178–84). 
Həmin şəkilçi barədə  S.Cəfərov  yazır: -aq, -ək, -q, -k şəkilçisi 
öz mənşəyi etibarı ilə ən qədim şəkilçilərdəndir. Bu şəkilçi va-
sitəsilə substantiv və  ya atributiv isimlər əmələ gətirilir. Məsə-
lən,  yataq,  çataq,  qaçaq,  ürkək  və  s.  (191–178).  Buradan    belə 
nəticəyə gələ bilərik ki, ―Tokak‖ antroponiminin sonundakı –ak 
şəkilçisi  semantik  cəhətdən  xasiyyət,  keyfiyyət  funksiyasını 
yerinə yetirir. 
Tokak – Dukak  antroponiminin  sonundakı ―k‖ səsi düş-
müş, örtülü – qapalı hecadan örtülü – açıq hecaya keçid olmuş 
və beləliklə, Toka – Toxa, Duka – Duxa variantı formalaşmış-
dır. Bu da dilimiz, o cümlədən digər türk  dillərinin tarixi inki-
şafı baxımından xarakterik haldır. Müqayisə üçün bir neçə nü-
munəyə diqqət yetirək: qoruq//qoraq – qora, ayrıq – ayrı, ayıq – 
ayı və s. 
―Tokak‖ antroponiminin ―Duxa‖ şəklinə düşməsində, yə-
ni fonetik tərkibcə dəyişməsində bir neçə fonetik hadisənin baş 
verdiyi  müşahidə  olunur.  Bunu  belə  ümumiləşdirmək  olar: 
t→d, o→u, k→x səs əvəzlənmələri və söz sonunda ―k‖ səsinin 
düşməsi. 
Yuxarıda qeyd etdik ki, bir sıra müəlliflər Duxa Qoca oğlı 
Dəli  Domrul  antroponiminin  formalaşmasında  zahiri  səslən-
məni – alliterasiyanı əsas götürmüşlər. Lakin burada ata adı ilə 
oğul adı arasında zahiri səslənmə oxşarlığı ilə yanaşı, ata adının 
semantik  tutumu  ilə  oğul  adının  semantik  tutumu  arasında  da 
yaxınlıq vardır. Belə ki, hər iki adın, yəni ―Qoca‖ və ―Domrul‖ 
antroponimlərinin  əvvəlində  işlənən  ləqəblər  (―Duxa‖  və 
―Dəli‖)  igidlik,  məğrurluq,  qorxmazlıq  rəmzlərini  daşıyır. 
Deməli,  ―Duxa  Qoca  oğlı  Dəli  Domrul‖  antroponimik 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
65 
modelində  ata adı ilə oğul adı həm zahiri səslənmə, ahəngdar-
lıq,  həm  də  semantik  tutum  baxımından  bir-birini  tamamlayır. 
Bu,  ―Kitab‖dakı  ―Baybörə  oğlı  Bamsı  Beyrək‖  antroponimik 
modelində də müşahidə olunur. Burada ata adı ilə oğul adı ara-
sında  zahiri  səslənmə  oxşarlığını  yaradan  ―b‖  cingiltili  sami-
tidirsə,  onların  arasında  semantik  tutum  yaxınlığını  yaradan 
―börü‖  (qurd,  canavar)  leksik  vahididir.  ―Baybörə‖  antroponi-
minin  ―bay‖ və  ―börə‖ (börü) leksik  vahidi  əsasında formalaş-
masını sübut etməyə  ehtiyac  yoxdur. ―Beyrək‖ antroponiminin 
isə  ―börü‖  leksik  vahidindən  yaranması  S.Əlizadə  tərəfindən 
əsaslandırılmışdır (81–29). 
Dirsə  xan.  Müasir  antroponimikamızda  müşahidə  edil-
mir.  ―Kitabi-Dədə  Qorqud‖  dastanının  antroponimikasına  da-
xildir.    Bu  antroponim  V.V.Bartold,  K.Rifət,  O.Şaiq,  M.Ergin 
və  H.Araslı  tərəfindən  ―Dirsə  xan‖  kimi  oxunmuşdur.  Ş.Cəm-
şidov isə həmin yazılış formalarını ―Dursa xan‖ kimi oxumuş-
dur  (188–47).  Türkologiyada  sübut  olunmuşdur  ki,  ―Kirab‖da 
―sad‖ türk mənşəli sözlərdə qalın saitdən əvvəl, ―sin‖ hərfi isə 
incə  saitdən  əvvəl  işlədilmişdir  (92–29).  Drezden  və  Vatikan 
əlyazmalarında haqqında söhbət gedən antroponimin  yazılışın-
da  ―sad‖  hərfindən  deyil,  ―sin‖  hərfindən  istifadə  edilmişdir. 
Deməli, həmin yazılış formasının ―Dursa xan‖ kimi yox, ―Dirsə 
xan‖ kimi oxunması düzgündür. 
―Dirsə‖ antroponimi ―dir‖ və ―sə‖ hissələrindən ibarətdir. 
F.Cəlilovun araşdırmalarına görə, ―tur‖, ―tir‖, ―tür‖, ―tör‖ və s. 
fonetik  variantlarda  işlənmiş  ―tar‖  teonimi  allah  anlamlıdır,  
―ölüb-dirilmə‖ anlayışı ilə bağlıdır (187-93-101). ―Dirsə‖ antro-
poniminin  ―dir‖  hissəsi  ―tar‖  teoniminin  fonetik  tərkibcə 
dəyişmiş variantıdır - ehtimalını söyləmək olar (t―d səs dəyiş-
məsi  dilimiz  üçün  qanunauyğun  haldır).  Etruskların  əfsanəvi 
ulu  əcdadının  ―tirsen‖  adı  ilə  tanıdığını  nəzərə  alsaq  (41-10), 
―Dirsə‖  antroponiminin  ilk  hissəsi  ―dir‖in  ―tir‖  teoniminin  fo-
netik tərkibcə dəyişmiş variantı olduğu bir daha təsdiqlənər.  

 
Язизхан Танрыверди 
 
 
66 
Türkologiyaya  bəllidir  ki,  müxtəlif  fonetik  variantlarda 
işlənən sun, sın, zun, sin, si, sə hissəciyi ―adam‖ anlamlı vahid 
funksiyasında  işlənmiş  və  müasir  türk  dillərində  arxaikləşmiş-
dir. ―Dirsə‖ antroponiminin ―sə‖ hissəsini də həmin sistemə aid 
etmək olar. Yəni ―Dirsə‖ antroponiminin sonundakı ―sə‖ adam 
anlamlı  vahiddir  –  fikrini  irəli  sürmək  mümkündür.  Deməli, 
―Dirsə‖ antroponimi ―allah adam‖, ―diri adam‖ mənasını bildi-
rir  və  onun  apelyativi  arxaikləşmişdir  qənaətinə  gəlmək  müm-
kündür. 
Türk antroponimikasında işlək adlardan olan Baxşı adının 
―baq‖ teonimi və adam anlamlı sı, şı hissəciyindən ibarət olma 
faktını da əsas götürsək (187-95), deyə bilərik ki, sın, sun, sin, 
se,  sə,  sı,  şı  və  s.  variantlı  ―adam‖  anlamlı  morfemin  teonim 
sonunda işlənməsi türk dillərində sistem şəklindədir. 
Gögəş.  Müasir  antroponimlərimiz  sistemində  ―Göyüş‖ 
kimi işlənir. Q.Zakirin yaradıcılığında isə ―Gögəş‖ (g-y, ə-ü səs 
keçidi  mümkündür)  variantında  müşahidə  edilir  (42-269). 
―Gög//göy‖  sözü  Orxon-Yenisey  abidələrində  ―gök‖  kimi 
işlənmişdir (200-185). Qax və Zaqatala şivələrində ―gök‖ şək-
lindədir  (179-19).  Altaylarda  hidronimik  vahid  kimi  ―Koqoş‖ 
şəklində  müşahidə  olunur  (126-36).  E.Sevortyan  ―göy‖ 
sözünün ―göquş‖ variantını da rəng anlamlı ―göy‖, ―göy kimi‖ 
izah edir (156-171). 
N.A.Baskakov Ş (-aŞ ~ - Şa)  - Şe şəkilçisinin türk xalqla-
rında əzizləmə mənasında işləndiyini göstərir (bala + Ş (30-96). 
Tofiq  Hacıyev  –  ş  şəkilçisindən  bəhs  edərkən  göstərir  ki,  -ş 
şəkilçisinin  etnik-sosioloji  damğası  Anaş,  Ataş,  Dadaş,  Babaş 
kimi  antroponimlərdə  qalmışdır  (172-135).  Deməli,  ―Gögəş‖ 
antroponiminin  gög  hissəsi  (müasir  ədəbi  dilimizdə  göy)  türk 
mənşəli rəng anlamlı vahiddir, -əş isə əzizləmə mənalı şəkilçi-
dir.  Əlavə  edək  ki,  əzizləmə  çalarlı  antroponimik  vahidlər 
başqırd və tükmən dillərində də üstünlük  təşkil edir. Məsələn, 
Atac, Babiş, Karas, Karaş (113-41). 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
67 
Güzəməli.  Q.Zakirin  əsərlərindən  götürdüyümüz  ―Güzə-
məli‖ (Güzəməli Şeytan) (42-216) antroponimi müasir antropo-
nimikamızda müşahidə edilmir. Türk xalqlarından yalnız qırğız 
antroponimləri sistemində ―Ҝүзембаy‖ şəklində işlənir (104-6). 
―Güzəməli‖    antroponimi  iki  hissədən  ibarətdir:  ―Güzəm‖ 
Azərbaycan (türk) mənşəli, Əli ərəb mənşəli antroponimlərdir. 
―Güz‖  sözü  ―Kitab‖da  (―güz  almasına  bəŋzər  al  yanaq-
lım‖)  (103-35)  və  M.Kaşğarinin  lüğətində  payız  mənasında 
verilmişdir (70-327). ―Güz‖ sözü müasir ədəbi dilimizdə işlən-
mir.  Lakin  dialektlərimizdə  ―güz‖  sözü  həm  payız  (17-224), 
həm də payız otlağı  (16-271), bununla bərabər, ―güzəm‖ – pa-
yızda  qırxılan  yun  (15-186)  mənalarında  işlənməkdədir. 
Ə.Dəmirçizadə  ―güz‖  sözündən  bəhs  edərkən  yazır:  ―Güz‖  – 
payız,  ―güzdək‖  –  payızlıq  taxıl,  ―güzəm‖  –  payızda  qırxılmış 
yun sözlərində öz izini saxlamaqdadır‖ (69-124). 
Yazda  doğulana  Bahar,  Novruz  bayramında  doğulana 
Novruz,  orucluqda  doğulana  Oruc,  qurbanlıqda  doğulana  Qur-
ban, yaxud məhərrəmlikdə doğulana Məhərrəm adının verilmə-
sinin xalqımızın adət-ənənəsi və məişəti ilə bağlı olduğunu əsas 
götürsək  və  müasir  antroponimikamızda  ―Payız‖  antroponi-
minin,  az  da  olsa,  işlənməsini  nəzərə  alsaq,  ―Güzəm‖  adının 
payızda  –  qoyun  qırxılan  zaman  doğulan  uşağa  verildiyini 
söyləmək olar.  
―Güzəməli‖  hibrid  antroponimdir.  ―Güzəm‖  sözünün  so-
nundakı  ―Əli‖  antroponimi  dini  səciyyə  daşıyır,  antroponimi-
kamıza ərəb dilindən islam dini vasitəsilə birbaşa ad kimi daxil 
olan antroponimlər sırasına daxildir. Dinlə bağlı olan ərəb mən-
şəli antroponimlərin  türk mənşəli antroponimlərin əvvəlində və 
ya  sonunda  işlənməsi  etnoqrafiyamız  üçün  xarakterik  haldır. 
Musa  Adilovun  dediyi  kimi,  kimin  adı  çoxsa,  o  daha  zəngin, 
nüfuzlu sayılırdı (9-9). 
Səgrək.  ―Kitabi-Dədə  Qorqud‖dakı  antroponimlər  siste-
minə  daxil  olan  arxaik  adlardandır.  Bu  antroponimin  əsasını 

 
Язизхан Танрыверди 
 
 
68 
təşkil  edən  ―səgmək‖,  ―səgirmək‖,  ―səgirtmək‖  vahidləri  ―Ki-
tab‖da ümumi söz kimi də işlənmişdir. Məsələn, Güni gəldi, ağ 
meydanda  səgirdərin,  səniŋ  içün  (103-70).  ―Səgirmək‖  vahidi 
―Kitab‖ın  dilində,  həm  də  müasir  dilimizdə  eyni  mənanı  – 
səkən,  səyirdən,  sıçrayan  mənalarını  ifadə  edir.  Lakin  müasir 
ədəbi  dilimizdə  ―səgirmək‖  kimi  deyil,  ―səyirmək‖  fonetik 
variantında  işlənir  (13-441).  Həmin  sözün  əsası  ―sək‖  felidir. 
Ə.Dəmirçizadə  ―Kitabi-Dədə  Qorqud‖  dastanındakı  birhecalı 
fellərdən  bəhs  edərkən  ―sək‖  felini  də  həmin  sistemə  aid 
etmişdir  (69-132).  Türkologiyada  sübut  olunmuşdur  ki, 
k―g―y səs keçidi türk dilləri üçün xarakterik hadisədir və bu 
qanuna  yalnız  türk  mənşəli  vahidlər  tabe  olur  (120-28-29). 
Buradan bir daha aydın olur ki, ―sək‖, ―səg‖, ―səy‖ (səyirmək) 
vahidi türk mənşəlidir. 
―Səgrək‖  antroponiminin  sonundakı  -ək  hissəciyi  feldən 
sifət  düzəldən  şəkilçidir.  ―Səgirmək‖  felindən  ―səgrək‖  sifəti 
yaranmışdır.  Bu  xüsusiyyət  dilimizin  qədim,  həm  də  müasir 
dövründə  müşahidə  edilir.  Məsələn,  yügürmək-yügrək  (arxaik 
sözdür,  cəld,  sürətli,  iti  mənalarını  ifadə  edir)  –  Kəsər  gündə 
sərçeşmə  yügrək  yaxşı  (―Kitab‖)  (103-96),  ürkmək-ürkək, 
qaçmaq-qaçaq, qorxmaq-qorxaq və s. 
―Səgrək‖  apelyativinin  semantikasındakı  səyirdən,  sıçra-
yan, çapan və s. kimi igidlik çalarlı mənalar  onun antroponim 
kimi  formalaşmasına  səbəb  olmuşdur  ki,    bu  da  türk  mənşəli 
kişi adları üçün xarakterikdir. 
―Kitabi-Dədə  Qorqud‖  dastanında  son  hissəsi  ―-rək‖,  ―-
nək‖  hissəciyi  ilə  bitən  bir  neçə  antroponim  müşahidə  edilir: 
Beyrək,  Əgrək,  Yegnək.  ―Səgrək‖  antroponimi  də  bu  sistemə 
daxildir.  Buradakı  alliterasiya  ―Kitabi-Dədə  Qorqud‖  dasta-
nında bir sistem təşkil edir. Digər tərəfdən, ―Kitabi-Dədə Qor-
qud‖  dakı    antroponimik  vahidlərin  poetikliyi  qəhrəmanların 
dilində  də  müşahidə  edilir.  Məsələn,  ―Səgrək  ayıtdı:  ―Mərə, 
qardaşımıŋ  adı  nədir?  Ayıtdı:  ―Əgrəkdir‖.  Ayıtdı  –  emdi: 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
69 
―Əgrəkə  Səgrək  yaraşur,  qardaşım  sağmış,  qayurmazam; 
qardaşsız  Oğuzda  turmazam.  Qaraŋlu  gözüm  aydını  qardaş!‖ 
deyü  ağladı‖  (103-111).  Lakin  alliterasiya  müşahidə  olunan 
antroponimlərdəki eyni səs kompleksində (-rək, -nək) müxtəlif 
xüsusiyyətlər  müşahidə  edilir.  Belə  ki,  Səgrək  antroponimi 
üçün tətbiq etdiyimiz qayda ilə ―Əgrək‖ antroponiminin etimo-
logiyası  (əgirmək  –  əgrək,  əyən,  əyri  hala  salan)  açılırsa,  həm 
də bu, igidlik mənasını ifadə edən türk mənşəli kişi adları ilə bir 
xətdə  birləşirsə,  digər  antroponimlər  (Beyrək,  Yegnək)  bu 
qayda ilə  izah oluna bilmir. Məsələn,  yuxarıdakı  sistemə  daxil 
olan  Beyrək  antroponimini  S.Əlizadə  ―Bəryek-//Beryekrüyək – balaca qurd‖ kimi izah etmişdir (81-29). 
―Yegnək‖ antroponimini M.Ergin ―Yigenek‖, H.Araslı isə 
―Yeynək‖  kimi  oxumuşdur.  Bizcə,  ―Yegnək‖  antroponiminin 
ilk  hissəsi  yaxşı  anlamlı  arxaik  ―yeg‖  vahididir,  -nək  hissəciyi 
isə sifətin çoxaltma dərəcəsinin şəkilçisi olan ―rak
2
 şəkilçisinin 
fonetik  variantı  ola  bilər.  –rak  şəkilçisi  dilimizin  qədim 
dövründə  keyfiyyətin  çoxluq  dərəcəsini  ifadəetmə  ilə  yanaşı, 
obyektə  qarşı  bir  növ  əzizləmə,  incə  münasibət  də  ifadə 
etmişdur (121-94). 
―Yeg‖ sifətinin ―Kitabi-Dədə Qorqud‖ da -rək şəkilçisi ilə 
birlikdə işlənməsi də müşahidə edilir: 
 Atamdan yegrək qayın ata. 
Anamdan yegrək qayın ana (103-112). 
Deməli,  ―Yegnək‖  antroponimi  yaxşı,  gözəl  anlamlı 
―yeg‖  (-nək)  vahidi  əsasında  yaranmışdır.  Bu  da  antroponimi-
kamızda sifətin çoxaltma dərəcəsi müşahidə edilən Ağca, Qara-
ca kimi adlarla səsləşir. 
Tarxan.  Müasir  antroponimikamızda  az  təsadüf  olunan 
―Tarxan‖ antroponiminin işlənmə tarixi ilə bağlı maraqlı fikir-
lər  vardır.  Tarixi  mənbələrdə  ilk  dəfə  VI  əsrdə  işləndiyi 
göstərilir  (74-372).  S.M.Şapşala  görə,  ―tarxan‖  VII  əsrdə 
xəzərlərdə  antroponim  kimi  işlənmişdir.  Məsələn,  Çorban  – 

 
Язизхан Танрыверди 
 
 
70 
Tarxan (196-260). X əsr ərəb müəllifi İbn Fadlanın verdiyi mə-
lumata  görə,  Tarxan  oğuzların  qoşun  başçılarından  biri  ol-
muşdur  (106-129).  Z.Bünyadov  ərəb  müəllifi  ət-Təbəriyə 
istinad edərək yazır ki, 836-cı ilin qışında xürrəmilər sərkərdə-
lərindən  birini  –  məğrur  türk  Tarxanı  itirdilər  (37-260). 
M.Kaşğari ―tarxan‖ sözünün bəy mənasında işləndiyini göstərir 
(70-436).  ―Tarxan‖  sözünün  mənası  ilə  bağlı  T.Hacıyevin  fi-
kirləri  də  maraqlıdır:  ―Tərxan‖,  ―ərköyün‖,  ―sərbəst‖,  ―lovğa» 
mənalarındadır  ki,  bu  da  qədim  rütbə  məfhumunun  sözdə 
daşlaşmasıdır (172-135). 
Qeydlərə  əsasən  deyə  bilərik  ki,  semantikasında  bəy, 
feodal,  imtiyazlı  silk  və  s.  mənaları  ifadə  edən  ―tarxan‖  sözü 
əvvəlcə türk xalqlarında hakim titul funksiyasını yerinə yetirən 
vahid  kimi  işlənmiş,  sonra  isə  həmin  müsbət  motivli  mənala-
rına görə antroponim kimi formalaşmışdır. 
Uğur, Uğurlu. XV əsrdə Ağqoyunlu hökmdarı Uzun Hə-
sənin  oğlu  bu  adı  (Uğurlu)  daşıyıb.  Həmin  antroponim  müasir 
şəxs  adlarımız  tərkibində  işlənməkdədir.  ―Uğur‖  sözü  ―Ki-
tab‖da―uğrun  açıq  olsun‖  –  yəni  yolun  açıq  olsun  mənasında 
işlənmişdir. Müasir ədəbi dilimizdə ―uğur‖ sözü öz ilkin məna-
sını  ―uğurlu  yol‖,  ―uğurlar  olsun‖  ifadələrində  saxlamışdır. 
E.V.Sevortyan ―uğur‖ sözünün Azərbaycan (türk) və başqa türk 
dillərində  təsadüf,  səbəb,    tale,  xoşbəxtlik,  yol,  zaman  və  s. 
mənalarda  işləndiyini  göstərir  (157-565).  Yeri  gəlmişkən, 
müasir  ədəbi  dilimizdə  ―uğur‖  sözünün  sinonimi  kimi  ərəb 
mənşəli  ―müvəffəqiyyət‖  sözü  işlənir.  Amma  ―uğur‖  sözü 
müvəffəqiyyət‖ sözündən daha intensivdir. Məsələn, ―Azərbay-
can müəllimi‖ (18  avqust 1988-ci il) qəzetindən götürdüyümüz 
iki  cümləyə  diqqət  yetirək:  1.  Arzu  edərdik  ki,  gənc  rejissor 
bundan sonra da orijinal repertuar yaratmaq işində yeni uğurlar 
əldə  etsin.  2.  Uğurlarımız  da  var,  çətinliklərimiz  də...  Qeyd 
olunan  cümlələrdə  ərəb  dilinə  məxsus  ―müvəffəqiyyət‖  sözü 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
71 
əvəzinə,  dilimizə  məxsus  ―uğur‖  sözü  işlənmişdir  ki,  bu  da 
dediklərimizi arqumentləşdirir. 
Göründüyü  kimi,  müasir  ədəbi  dilimizdə  türk  mənşəli 
―uğur‖  sözü  və  həmin  söz  əsasında  formalaşan  Uğur  və  
Uğurlu  antroponimləri  işlənməkdədir.  Uğur  və  uğurlu  sözlə-
rinin  antroponimə  çevrilməsinə  səbəb  onların  xoşbəxtlik,  bəxt, 
səadət, gözəl tale və s. mənaları ifadə etməsidir. 
Ümid//Umud.  Azərbaycan  antroponimləri  sistemində  iki 
fonetik variantda kişi adı kimi işlənən ―Ümid‖ antroponimi türk 
xalqları  antroponimikasında  həm  kişi,  həm  də  qadın  adı  kimi 
işlənməkdədir.  Məsələn,  qazax  antroponimləri  sistemində 
Υмитай,  Υмитжан  və  s.,  qırğız  antroponimləri  sistemində 
Υмүтай,  Υмүтжан  cə  s.  kimi  antroponimlər  qadın  adı  kimi 
işlənməkdədir. 
―Ümid‖  sözü  mənşəyinə  görə,  bəzən  Azərbaycan  dilinə 
(83-659), bəzən də ərəb  dilinə məxsus söz kimi izah edilir (20-
244). ―Kitab‖da ümid sözü umud şəklində işlənmişdir. Məsələn, 
Qalın  Oğuz  bəgləri  Beyrək  içün  əzim  yas  tutdular.  Umud 
üzdilər (103-58). Buradakı ―umud üzdülər‖ frazeoloji birləşmə-
si müasir ədəbi dilimizdə ―əl üzmək‖, ―ümidi olmamaq‖ şəklin-
də  işlənir.  Məsələn,  əlim  üzüldü,  ümidim  yoxdur,  ümidim 
gəlmir, ümid etmirəm, ümid ola bilmirəm və s. Göründüyü ki-
mi, qeyd olunan vahidlərin semantikasında həsrət, intizar, birin-
dən nə isə gözləmək, nə isə istəmək mənaları vardır. 
―Ümid‖ sözünün mənşəyi barədə V.Aslanov yazır: ―Dili-
mizdə  işlənən  ən  qədim  fellərdən  ikisi  də  ummaq  və  yağmaq 
felləridir.  Birinci  feldən  –ut  şəkilçisi  ilə  düzələn  umut  sözü, 
ikinci feldən düzələn yağı və yağma sözləri, çox  güman ki, X 
əsrdən  xeyli  əvvəl  farscaya  keçmiş  və  orada  ommid,  yağı, 
yəğma  şəklində  möhkəmlənmişdir‖  (23-82).  B.Abdullayev  də 
―Ümid‖  antroponiminin  apelyativi  olan  ―ümid‖  sözünün  um-
maq  felindən  yarandığını  göstərir  (4-54).  Azərbaycan  dilinin 
qərb  qrupu  dialekt  və  şivələrində  ―ümid‖  sözü  ―umut‖  kimi,  

 
Язизхан Танрыверди 
 
 
72 
ümidli olmaq isə ―umutdu olmax‖ (mutdu olmax) şəklində iş-
lənir. 
Qeydlərə  əsasən  deyə  bilərik  ki,  ―ümid‖  sözünün  kökü  
türk  mənşəli  ummaq/umut  sözüdür.  Bu  sözün  antroponim  ya-
radıcılıığında işlənməsinə səbəb isə onun övlad istəmək,  övlad 
arzulamaq,  övladın  dünyaya  gələcəyinə  inanmaq  kimi  hissləri 
ifadə etməsidir. 
Türk mənşəli Azərbaycan antroponimlərini leksik-seman-
tik  xüsusiyyətlərinə  görə  təhlil  etməzdən  əvvəl  Azərbaycan 
antroponimlərinin  yaranma  və  inkişaf  tarixi  ilə  bağlı  tədqiqat-
çıların  fikirlərinə  münasibət  bildirmək  lazım  gəlir.  Bu  barədə 
ilk  dəfə  bəhs  edən  V.A.Qordlevski  olmuşdur.  O,  türk  dilində 
işlənən  antroponimlərin  əmələ  gəlməsi  və  inkişafını  iki  tarixi 
dövrlə  əlaqələndirir:  islamiyyətə  qədərki  adlar;  islamiyyətdən 
sonrakı adlar (49-132). A.Qurbanov Azərbaycan antroponimlə-
rinin inkişaf tarixini aşağıdakı kimi müəyyənləşdirmişdir: 
1. Qədim dövrlərdə Azərbaycan antroponimləri (XII əsrin 
sonuna qədər); 
2. XIII-XVIII əsrlərdə Azərbaycan antroponimləri; 
3. XIX əsrdə Azərbaycan antroponimləri; 
4. XX əsrdə Azərbaycan antroponimləri; 
    a) XX əsrin əvvəllərində antroponimlər
    b) Sovet dövründə antroponimlər (60-260). 
Y.Yusifov  isə  Azərbaycan  antroponim  və  toponimlərinin  
yaranma  və  inkişaf  tarixini  müəyyənləşdirərkən  aşağıdakı  böl-
günü əsas götürür: 
1. Protoazərbaycan (b.e.əv. III-I minillik); 
2. Qədim Azərbaycan (b.e.əv. V əsrdən – X əsrə qədər); 
3. Orta Azərbaycan (XI-XVII əsrlər); 
4. Yeni Azərbaycan (XVIII-XX əsrlər); 
5. Sovet dövrü (99-145). 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
73 
Göründüyü kimi, eyni problemə müxtəlif istiqamətlərdən 
yanaşılmış və antroponimlərin inkişafı tarixi şərti olaraq müəy-
yən dövrlərlə əlaqələndirilmişdir. 
Göstərilən  tarixi  dövrlərdən  hər  hansı  birinə  əsaslanaraq, 
Azərbaycan  antroponimlərini  leksik-semantik  baxımdan  təhlil 
etmək  mümkündür.  Lakin  antroponimlərin  inkişafı  ilə  bağlı  
dövrləşmə tarixlərinin şərtiliyini, digər tərəfdən, müəyyən qrup 
türk  mənşəli  Azərbaycan  antroponimlərinin  göstərilən  tarixi 
dövrlərin,  demək  olar  ki,  əksəriyyəti  üçün  səciyyəvi  olduğunu 
əsas götürərək, onların yaranma və inkişafı tarixinin  yalnız yeri 
gəldikcə göstərilməsini məqbul hesab edirik. 
Araşdırmalarda  türk  mənşəli  Azərbaycan  antroponimlə-
rinin  arxaikləşməsi,  apelyativin  arxaikləşməsi,  apelyativin 
dialekt və şivələrdə yaşaması və apelyativin eynilə müasir ədə-
bi  dildə  işlənməsi  kimi  məsələlərə  geniş  şəkildə  münasibət  
bildirilməmişdir. Elə buna görə də türk mənşəli Azərbaycan an-
troponimlərinin  leksik  təhlilində  aşağıdakı  sistemi  əsas  götür-
məyi məqsədəuyğun bilirik: 
 Arxaik antroponimlər; 
b) Apelyativi arxaikləşən antroponimlər; 
c) Apelyativi müasir ədəbi dildə işlənən antroponimlər. 
Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin