ƏZİzxan tanriverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə6/16
tarix31.01.2017
ölçüsü1,6 Mb.
#7252
1   2   3   4   5   6   7   8   9   ...   16

Arxaik antroponimlər 
Bir sıra türk mənşəli antroponimlər vardır ki, onlar müasir 
antroponimikamız baxımından arxaikləşmişdir. Lakin həmin tip 
antroponimlərin bir hissəsinin apelyativi müasir ədəbi dilimizdə 
işlənir,  bir  hissəsinin  apelyativi  isə  arxaikləşməmişdir.  Ona 
görə  də  arxaik  antroponimlərin  hər  birinin  apelyativinə 
ayrılıqda münasibət bildirmək lazım gəlir. 
Aza, Azak. Apelyativi arxaik ―az‖  vahididir.  Həmin va-
hid  iki  cür  izah  edilir:  tayfa;  igid  və  qəhrəman  mənalarında. 
―Az‖  vahidi  qədim  dövrlərdə  -  b.e.ə.  yalnız  antroponim  kimi 
işlənmişdir.  Assuriya  hökmdarı  ikinci  Sarqonun  (b.e.ə.  721-
705-ci illər) ―Təntənəli yazı‖sında da müşahidə edilir: ―Mənim 

 
Язизхан Танрыверди 
 
 
74 
boyunduruğumu  daşıyan  sadiq  qul,  mannalı  İranzunu  tale 
aparanda və mən onun taxtına onun oğlu ―Aza‖nı əyləşdirəndə 
urartulu Ursa Uişdiş adamına, Zikirettunun adamına, Misandi-
yanın  adamına,  Mannanın  böyük  canişinlərinə  öz  sözünü  gön-
dərdi və onlarla yalançı danışıqlar apardı; onlar öz ağaları Aza-
nın meyitini əlçatmaz Uauş dağından atdılar‖ (21-10).  
Müasir antroponimikamızda Aza, Azak (21-10) adları iş-
lənməsə  də,  həmin  adlarla  bir  kökdən  olan  ―Azay‖  adı  işlənir. 
B.Abdullayev ―Azay‖ antroponiminin azalan, əskilən mənasın-
da olduğunu göstərir (4-11). 
Aza,  Azak,  Azay  antroponimlərinin  apelyativini  təşkil 
edən arxaik ―az‖ sözü igid, qəhrəman mənasını ifadə edir. Yu-
xarıda qeyd etdik ki, ən qədim mənbələrdə belə ―az‖ sözü yal-
nız antroponim kimi işlənmişdir. Əgər bu fikri qəbul etsək, on-
da  igid  anlamlı  ―az‖  vahidi  əsasında  yaranmış  antroponimdən 
etnonimə keçid olmuşdur -  fikrini söyləmək mümkündür. 
Ağ Sunqur (XII əsr) (23-54). ―Ağ‖ sözü müasir ədəbi di-
limizdə rəng anlamlı vahid kimi işlənməkdədir. ―Sunqur‖ sözü 
isə  qədim  türk  dilində  şahin  mənasında  işlənmiş, müasir  ədəbi 
dilimizdə isə arxaikləşmişdir. ―Sunqur‖ antroponim və zoolek-
sem  kimi  arxaikləşsə də, Azərbaycan toponimləri –  oronimləri 
sistemində  fonetik  deformasiyaya  uğramış  şəkildə  (sunqur-
şonqar;  s→ş,  u→o,  u→a)  işlənməkdədir.  Məsələn,  Şonqar  
(Qobustanda dağ) (89a - 196). 
―Ağ  Sunqur‖  igid  şahin,  güclü,  qüdrətli  şahin  mənasın-
dadır. Əlavə edək ki, fars antroponimikasında ―Ağ sunqur‖ adı 
Ağsonqur variantında işlənməkdədir (173a–133). 
“Ağbuğa  (44-228)  antroponim    kimi  arxaikləşmişdir. 
Apelyativi  olan  rəng  anlamlı  ―ağ‖  sözü  və  ―buğa‖  zooleksemi  
isə  eynilə  müasir  ədəbi  dilimizdə  işlənməkdədir.  ―Ağbuğa‖  – 
güclü, qüvvətli buğa mənasını verir ki, bu da türk mənşəli kişi 
adları üçün səciyyəvi xüsusiyyətlərdəndir. 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
75 
Ayşaxatın  (M.Cümənin  şeirlərində  işlənmişdir).  ―Ayşa-
xatın‖  hibrid  antroponimdir.  Bu  antroponimin  birinci  hissəsi  
ərəb mənşəli diri, canlı, ölməz anlamlı Ayişə adının fonetik va-
riantıdır  (Ayşa),  ikinci  hissəsi  isə  qədim  türk  dilində  qadın, 
xanım,  arvad  mənalarında  işlənmiş  arxaik  ―xatın‖  sözündən 
ibarətdir.  Müasir  antroponimikamızda  mürəkkəb  quruluşlu 
Ayşaxatın
2
/Ayişəxatın  antroponimi  işlənməsə  də,  həmin  adın 
komponentləri  ayrılıqda  antroponim  kimi,  az  da  olsa,  işlən-
məkdədir. Məsələn, Ayişə, Xatın. 
Altuntaş  (44-65),  Altuntək  (44-269).  Hər  iki  antropo-
nimin birinci komponenti qızıl anlamlı arxaik ―altun‖ vahididir. 
―Taş‖ müasir ədəbi dilimizdə ―daş‖ kimi işlənir. ―Tək‖ isə şah-
zadə, hökmdar anlamlı arxaik ―təkin‖ titulunun fonetik tərkibcə 
dəyişmiş variantıdır. 
Annax. Aşıq Ələsgərin yaradıcılığında işlənmişdir. XVII-
XIX  əsr  antroponimikamız  baxımından  xarakterikdir.  Müasir 
antroponimlərimiz  sistemində  müşahidə  olunmur.  Anlaq  (an-
nax) apelyativi  arxaikləşmişdir
`
. Başa düşən, dərk edən, duyan, 
hiss edən və s. mənaları ifadə edir. ‖Annax‖ apelyativi Şəmkir 
şivəsində ―qanacaq‖, ―mərifət‖ mənasında işlənməkdədir. 
Arbak (44–208). B.e.ə. VIII əsrdə Midiya hökmdarların-
dan  biri  bu  adı  daşımışdır.  Həmin  antroponimin  etimologiyası 
ilə bağlı geniş araşdırmalar aparan Q.Qeybullayev İ.Dyakonova 
əsaslanaraq  onu  türk  mənşəli  vahid  kimi  təhlil  etmişdir  (44-
268-269).  ―Arbak‖  antroponiminin  hər  iki  komponenti  arxaik-
ləşmişdir. Birinci komponent igid, qəhrəman mənalı ar//ər sözü, 
ikinci komponent isə  arxaik bek//bəy vahididir. İgid, qəhrəman 
anlamlı ―ər‖ sözü müasir antroponimikamızda müşahidə olunan 
―Qoçər‖ antroponiminin ikinci hissəsində işlənir. 
                                                 
`
 Q e y d: Arxaik antroponimlər Orxon-Yenisey abidələrindən, ―Kitabi-Dədə 
Qorqud‖  dastanından,  həmçinin  Azərbaycan  tarixinə  dair  yazılmış  məqalə 
və monoqrafiyalardan götürülmüşdür. 

 
Язизхан Танрыверди 
 
 
76 
Asparux  (44–162).  Ümumtürk  səciyyəli  antroponimidir. 
―As‖  arxaik  vahidi  ―tayfa‖  və  ―güclü‖  mənalarında,  ―parux‖ 
vahidi isə it mənasında izah edilmişdir. ―Asparux‖ – güclü it, iri 
it  mənasını  ifadə  edir  (139–74).  ―Parux‖  dialekt  və  şivələri-
mizdə  ―parax‖  şəklində  işlənməkdədir.  Məsələn,  Başkeçid 
(Dmanisi) şivəsində ―parux‖ vahidi ―parax‖  fonetik variantında 
ləqəb  kimi  işlənir.  Məsələn,  ―Parax  Ədil‖.  Dialektlərimizdə 
―parax‖ sözü elə it adı kimi də işlənməkdədir. Məsələn, filankə-
sin  ―Parax‖  adlı  iti  var.  Əlavə  edək  ki,  it  anlamlı  ―parax‖  it 
damı,  müvəqqəti  yaşayış  evi  mənasını  da  ifadə  etmişdir.  Rus 
dilindəki  barak  (müvəqqəti  yaşayış  evi)  sözü  də  türk  mənşəli 
―parax‖ sözünün fonetik variantı kimi izah edilə bilər. 
Baybura.  ―Kitabi-Dədə  Qorqud‖un  antroponimikasına 
daxildir. Mürəkkəb quruluşlu ―Baybura‖ antroponiminin birinci 
hissəsi ―bay//bəy‖ tituludur. Həmin titul müasir ədəbi dilimizdə 
titul  kimi  arxaikləşsə  də,  Ağabəy,  Bəylər,  Əzizbəy  kimi 
antroponimlərimizdə  mühafizə  olunmaqdadır.  Baybura  antro-
poniminin  ikinci  hissəsi  isə  qurd  anlamlı  arxaik  bura//börü 
vahididir. 
Bayramxatun.  Müasir  antroponimikamızda  işlənməyən, 
arxaik  adlar  cərgəsinə  daxil  olan  ―Bayramxatun‖  ―Seydi  və 
Pəri‖  dastanında  qadın  adı  kimi  işlənmişdir.  ―Bayramxatun‖ 
antroponiminin  hər  iki  komponenti  türk  mənşəlidir.  ―Bayram‖ 
sözü dilimizdə antroponimik vahid, konkret desək, kişi adı kimi 
işlənməkdədir.  ―Xatun‖  (xatın)    isə  ümumi  söz  kimi  ədəbi 
dilimizin  lüğət  tərkibindən  çıxsa  da,  antroponimik  vahidlər 
sistemində qadın adı kimi işlənməkdədir. 
Barsbəy  (44  –  306).  İgidlik  motivi  əsasında  formalaşan 
antroponimlər  sisteminə  daxildir.  Apelyativi  ―bəbir‖  anlamlı 
arxaik ―bars‖ sözü  və ―bəy‖ tituludur. ―Bars‖ antroponimik va-
hid kimi Azərbaycan antroponimləri sistemində arxaikləşsə də, 
rus  familiyaları  sistemində  mühafizə  olunur..  Məsələn,  Barsu-
kov  antroponiminin  əsasını  təşkil  edən  ―barsuk‖  sözünün  ilk 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
77 
hissəsi  ―bars‖  sözüdür,  -uk  isə  kiçiltmə  funksiyalı  şəkilçidir 
(34–200). 
Basat  (103).  Apelyativi  öldürən,  yıxan,  qalib  gələn  an-
lamlı ―basmaq‖ feli və ―at‖ sözüdür. İgidlik motivi əsasında ya-
ranmışdır. ―Basat‖ antroponiminin necə yaranması ―Kitabi-Də-
də Qorqud‖ dastanında təsvir olunmuşdur (At basubən qan sü-
mürər). 
Buğa,  Buğac.  Hər  iki  antroponimin  apelyativi  ―buğa‖ 
zooleksemidir.  ―Buğa‖  zooleksemi  əsasında  formalaşan  antro-
ponimlər  Azərbaycan  antroponimikası  deyil,  türk  xalqları  an-
troponimikasında  yaşamaqdadır.  Məsələn,  qazax  antroponim-
ləri  sistemindəki  Buka,  Bukabay  kimi  antroponimlər  müasirli-
yini itirməyən adlar sırasına daxildir. Əlavə edək ki, gürcü  fa-
miliyaları  sistemindəki  ―Buğadze‖  familiyasının  əsasında  da 
türk mənşəli ―Buğa‖ antroponimi durur. 
Bulduq  xan (Övliya Çələbinin ―Səyahətnamə‖ əsərindən 
götürülmüşdür)  (21–234).  Apelyativi  tapmaq  anlamlı  arxaik 
―bulmaq‖  vahididir.  ―Bulmaq‖  apelyativindən  ―Bulduq‖  (Biz 
bulduq  –  yəni  biz  tapdıq)  yarandığı  kimi,  tapmaq  apelyativin-
dən  də  ―Tapdıq‖  antroponimi  yaranmışdır.  Hər  iki  antroponi-
min formalaşmasında arzu, istək motivi əsasdır. 
Bir sıra antroponimlərdə motivləşmə meyarı üst-üstə düş-
düyündəndir  ki,  arxaikləşən  apelyativin  mənasını  ifadə  edən 
sözlə (müasir ədəbi dildə işlənən vahid nəzərdə tutulur) həmin 
funksiyanı  yerinə  yetirən  yeni  bir  antroponim  yaradılmışdır. 
Məsələn, Bulduq – Tapdıq, Sunqur – Şahin, Uluğ – Ulu – Bö-
yük və s. Bu hadisə Azərbaycan antroponimikasında bir sistem 
təşkil edir. 
Buluş (XIX əsrdə Şamaxıda işlənib (192–23). Apelyativi 
tapmaq anlamlı arxaik  ―bulmaq‖ vahididir. Buradakı  ―-uş‖ şə-
kilçisi əzizləmə funksiyası yerinə yetirir. 
Börküyarıq (XII əsr) (57–7). Mürəkkəb quruluşlu antro-
ponimdir.  Təyini  söz  birləşmələrinə  daxil  olmayan  ismi 

 
Язизхан Танрыверди 
 
 
78 
birləşmələrin  inkişafı  nəticəsində  bir  mürəkkəb  vahidə  çevril-
mişdir.  ―Börküyarıq‖  antroponiminin  birinci  hissəsi  olan 
―börk‖ sözü papaq anlamlı arxaik sözdür. Həmin sözdən sonra 
gələn  –ü  mənsubiyyət  şəkilçisi  və  ―yarıq‖  sözü  isə  eynilə  mü-
asir ədəbi dilimizdə işlənir. 
Qara  Sunqur  (XI  əsr)  (4–4).  ―Qara‖  sözü  müasir  ədəbi 
dilimizdə  rəng  anlamlı  vahid  kimi  işlənməkdədir.  Antroponi-
mik  vahidlərdə  böyük,  igid,  məğrur  və  s.  mənaları  ifadə  et-
mişdir.  ―Qara  Sunqur‖  antroponimində  də  ―qara‖  sözü  həmin 
mənadadır. ―Sunqur‖ sözü isə şahin mənalı arxaik vahiddir. Ta-
rixi  antroponimikamızdakı  Ağ  Sunqur,  Bay  Sunqur  antropo-
nimləri  də  məhz  güc,  qüdrət  mənasındadır,  qədim  türklərdə 
onqon hesab olunan ―Sunqur‖la bağlıdır. 
Müasir antroponimikamızda ―Qara Sunqur‖ işlənməsə də, 
―qara‖  sözü  əsasında  formalaşan  onlarca  antroponimik  vahid 
vardır. Məsələn, Qara, Qaraxan, Qarabəy, Qaraca, Qaraş və s. 
Qabangüci. ―Kitabi-Dədə Qorqud‖ dastanının antroponi-
mikasına daxildir. Qəhrəmanın sonradan qazandığı ikinci addır. 
Şərti olaraq ləqəb sisteminə daxil etmək olar. Apelyativi müasir 
ədəbi  dildə  işlənir,  II  növ  təyini  söz  birləşməsinin  inkişafı 
nəticəsində bir mürəkkəb vahidə çevrilmişdir. 
Qonçabəyim  (XIX  əsr  Azərbaycan  şairəsi).  Mürəkkəb 
quruluşlu hibrid antroponimdir. ―Qonçabəyim‖ antroponiminin 
birinci  hissəsi  (qonça)  açılmamış  gül  mənasını  bildirən  fars 
mənşəli ―ğönçə‖ sözünün qalınlaşmış fonetik variantıdır. ―Qön-
çə‖  sözü  müasir  ədəbi  dilimizdə  həm  ümumi,  həm  də  xüsusi 
vahid kimi (qadın adı kimi) işlənməkdədir. ―Qonçabəyim‖ an-
troponiminin  ikinci  hissəsi  olan  ―bəyim‖  sözü  tarixən  bəyə 
məxsus,  bəy  qadını  mənasında  işlənmişdir.  ―Bəyim‖  sözü  mü-
asir  antroponimlərimiz  sistemində  həm  təklikdə,  həm  də  ayrı-
ayrı leksik vahidlərlə birlikdə işlənir:  Bəyim, Ağcabəyim, Bə-
yimxanım və s 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
79 
Qoçubəy  (ADPU-nun  ―Onomastik  fond‖undan  götürül-
müşdür) – apelyativi ―qoçu‖ və ―bəy‖ vahidləridir.  ―Qoçu‖ sö-
zü ləqəbyaratmada daha fəal iştirak edən vahidlərdəndir. Məsə-
lən, Qoçu Əsgər, Qoçu Kazım və s. 
Gürcü antroponimləri sistemində işlək adlardan olan ―El-
quç‖ antroponiminin ikinci hissəsi türk mənşəli igid, qoçaq an-
lamlı ―qoçu‖ sözünün fonetik variantıdır. Həmin antroponimin 
birinci hissəsi də (el) türk mənşəlidir. 
N.A.Baskakov rus antroponimləri sistemində işlənən türk 
mənşəli ―Кочубей‖ adını izah edərkən, onu ―kiçik bəy‖ və ―qo-
yunçu bəy‖ mənaları ilə əlaqələndirir, motivləşmə üçün həmin 
mənaların əsas olduğunu göstərir (34–30 -149). Bizə belə gəlir 
ki, rus dilindəki ―Кочубей‖ antroponiminin birinci hissəsi olan 
―koçu‖ sözü türk mənşəli  igid,  qoçaq anlamlı ―qoçu‖ sözünün 
rus  dilinə  uyğunlaşdırılmış  fonetik  variantıdır.  Bu  hadisə  rus 
antroponimləri  sistemindəki  digər  türk  mənşəli  adlarda  da 
müşahidə  olunur.  Məsələn,  Qaraxan  –  Karaxan,  Qoşqar  – 
Koşkar, Qardaş – Kartaş və s.  
Yuxarıda qeyd etdik ki, ―qoçu‖ vahidi igid, qoçaq, mərd, 
mübariz və s. mənaları ifadə edir. Bu, folklorumuzda daha qa-
barıq şəkildə müşahidə olunur: 
 
                       Sərin-sərin yu suyunan, 
                       Quyruğun bağla myunan
                       Qoç Koroğlu çox öyünən 
                       At igidin qardaşıdı. 
                                                     (“Koroğlu” dastanı) 
 
Göründüyü  kimi,  qoç  sözü  igid  mənasında  işlənmişdir. 
Buradan  bir  daha  aydın  olur  ki,  Azərbaycan  antroponimləri 
sistemində  arxaikləşmiş  (Qoçubəy),  rus  antroponimləri  siste-
mində isə familiya kimi işlənən ―Кочубей‖ antroponiminin for-
malaşmasında  igid,  qoçaq  anlamlı  ―qoçu‖  vahidi  iştirak 

 
Язизхан Танрыверди 
 
 
80 
etmişdir.  Əlavə  edək  ki,  müasir  antroponimikamızdakı  Qoçər, 
Qoçoğlan, Qoçəli kimi kişi adlarının formalaşmasında da igid, 
qoçaq anlamlı ―qoç‖, ―qoçu‖ vahidi əsas olmuşdur. 
Qutluq.  Orxon-Yenisey  abidələri  və  ―Kitabi-Dədə  Qor-
qud‖ dastanında işlənmişdir. Apelyativi tale uğur, bəxt anlamlı 
arxaik  ―qut‖  vahididir.  Qutlu//  Qutluq  antroponimi  müasir  an-
troponimikamızda  müşahidə  olunmur.  Bu  antroponimik  vahid 
rus  familiyaları  sistemində  mühafizə  olunmuşdur.  N.A.Bas-
kakov  ―Котлубицкий‖  familiyasının  etimoloji  təhlilini  verər-
kən  onun  türk  mənşəli  ―qutlu‖  sözü  əsasında  formalaşdığını 
göstərir  (34–186).  Qutluq  antroponimi  Yuxarı  Qarabağ  abidə-
lərində Xutlubəy fonetik variantında işlənmişdir (99 a–7). 
Qoşunəli.  Hibrid  antroponimdir.  Apelyativi  türk  mənşəli 
―qoşun‖ və dilimizə ərəb dilindən birbaşa, antroponim kimi da-
xil olan ali, yüksək, ulu, uca anlamlı, ilk dəfə xilafətin dördün-
cü xəlifəsinin adı kimi işlənən ―Əli‖ vahidləridir. Müasir antro-
ponimikamızda  ―Qoşunəli‖  deyil,  ―Qoşun‖  və  ―Əli‖  antropo-
nimləri işlənməkdədir. 
A.Qurbanov Qoşun antroponiminin 1940-cı illərdə yaran-
dığını  göstərir  (60  –  285).  Amma  bu  antroponim  Ə.Haqverdi-
yevin yaradıcılığında ―Qoşunəli‖ şəklində müşahidə edilir. De-
məli,  ―Qoşun‖  antroponiminin  yaranma  tarixini  daha  qədim 
dövrdən götürmək mümkündür. 
Kudusun (44-279). ―Kud‖ bəxt, tale, uğur anlamlı arxaik 
―qut‖ vahidi ilə bir kökdəndir. Hər ikisi eyni mənanı ifadə edir. 
―Kudusun‖ uğurlu, xoşbəxt adam kimi izah oluna bilər. 
Daşdı  (qadın  adı).  Qız  uşağının  çox  doğulmasının  arzu-
lanmaması  ilə  bağlı olan Qızbəs,  Bəsdi,  Yetər və  s.  kimi  adlar 
sırasına ―Daşdı‖ antroponimini də əlavə etmək olar. İlk baxışda 
elə  görünə  bilər  ki,  bu  antroponimin  apelyativi  bərk  cisim 
anlamlı  ―daş‖  sözü  və  isimdən  sifət  düzəldən  –lı
4
  şəkilçisidir 
(daşlı-daşdı).  Əslində  isə  ―Daşdı‖  antroponiminin  əsasında 
daşmaq  feli  durur.  –dı
4
  şühudi  keçmiş  zaman  şəkilçisi  isə 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
81 
―Daşdı‖  antroponimində  morfoloji  semantikası  donmuş 
haldadır.  Daşdı,  yəni  həddindən  artıq  oldu,  çoxaldı  mənasını 
ifadə edir. 
Durğut  (Musa  Durğut  oğlunun  Qaraman  bəylərindən 
olması  düşünülür)  (21  –  186).  Bu  antroponimin  ―dur‖  hissəsi 
allah  anlamlı  ―tur‖  teoniminin,  ―ğut‖  hissəsi  isə  arxaik,  bəxt, 
uğur,  tale  anlamlı  ―qut‖  sözünün  fonetik  variantıdır.  Türkiyə 
türkcəsində antroponimik vahid kimi işlənir. Məsələn, mərhum 
prezident Turqut Özal bu adı daşımışdır. 
Erisin  (e.ə.  I  minilliyin  yarısında  Manna  dövlətində 
işlənən  xarakterik  antroponimlərdəndir)  (44–35).  Bu  antropo-
nimin  hər  iki  komponenti  arxaikləşmişdir.  Birinci  komponenti 
olan ―er‖ vahidi igid, qəhrəman, qadının həyat yoldaşı mənasını 
bildirən  vahiddir.  Müasir  ədəbi  dilimizdə  yalnız  sonuncu 
mənada işlənir. ―Erisin‖ antroponimindəki ―er‖ igid, qəhrəman 
anlamlıdır, ―-sin‖ morfeminin isə adam anlamlı arxaik vahid ol-
ması  türkoloqlarımız  tərəfindən  təsdiqlənmişdir  (əvvəlki  səhi-
fələrə  bax).  Deməli,  Erisin  antroponimi  igid,  qəhrəman  adam 
mənasını ifadə edir.  
Erbasan  (XII  əsr)  (35a–182).  İgidlik  motivi  əsasında 
formalaşan  türk  mənşəli  antroponimlərdəndir.  Er  (ər)  vahidi, 
qeyd etdiyimiz kimi, qəhrəman mənasında işlənmişdir. ―Basan‖ 
feli  sifəti  isə  məğlub  edən  mənasını  verir.  Deməli,  ―Erbasan‖ 
antroponimi  igidi,  qəhrəmanı  məhv  edən,  məğlub  edən  kimi 
izah oluna bilər. 
Ərən.  Bu  antroponim  ilk  dəfə  I  əsrin  ortalarında  alban 
çarının adı (Aran – Ərən) (45-23) kimi işlənmişdir. ―Kitabi-Də-
də Qorqud‖ dastanı (Yeynək oğlu Alp Ərən) və Orxon-Yenisey 
abidələrində  də  müşahidə  edilir  (Ərən  Uluğ).  Apelyativi  igid, 
döyüşçü, qorxmaz, qəhrəman anlamlı arxaik ―ərən‖ sözüdür. 
İşbay,  İşbak  (Midiya  hökmdarlarından  birinin  adı)  (44–
305).  İki  komponentli  bu  antroponimin  birinci  hissəsi  olan 
―iş//eş‖ vahidi arxaikləşmişdir. ―Bay//bak‖ titulu da arxaik va-

 
Язизхан Танрыверди 
 
 
82 
hidlər  sırasındadır.  ―İşbay‖  yoldaş,  bəy  mənasını  ifadə  edir. 
Azərbaycan antroponimikasında arxaikləşən İşbay, İşbak antro-
ponimi müasir tatar və qaraçay-balkar dillərində işlənməkdədir 
(44–305). 
Yağıbasan  (35a–221).  XII  əsrdə  antroponim  kimi 
işləndiyi  müşahidə  edilir.  ―Koroğlu‖  dastanındakı  ―Yağıqıran‖ 
antroponimi  də  həmin  mənanı  verir  və  həmin  model  əsasında 
da  yaranmışdır.  ―Yağıbasan‖  antroponiminin  hər  iki  kompo-
nenti  arxaikləşmişdir.  Qeyd  etdiyimiz  kimi,  ―yağı‖  düşmən, 
―basan‖    isə  öldürən,  məğlub  edən,  qalib  gələn  mənasındadır. 
Əlavə edək ki, ―Kitabi-Dədə Qorqud‖ dastanında bir sıra antro-
ponimlərin yaranma səbəblərinin izahı ilə yanaşı, ayrı-ayrı söz-
lərin işlənmə səbəbi, daha dəqiq desək, izahı da müşahidə edilir. 
Bu  mənada  ―yağı‖  sözünün  izahı  maraqlıdır:  Oğlan  aydır: 
―Yağı deyü, nəyə deyirlər?‖ Qazan aydır: ―Oğul, anuŋçün yağı 
deirlər  ki,  biz  anlara  yetsəvüz,  öldürəriz.  Anlar  bizə  yetsə, 
öldürər, - dedi‖ (103–70). 
Güzəm.  Apelyativi  arxaikləşmişdir.  Dialektlərimizdə 
payız, payızda qırxılan yun mənalarında işlənməkdədir. 
Suvar.  Antroponimikamızda  arxaikləşsə  də,  Şahsuvar 
(hibrid), Xansuvar kimi antroponimlərin tərkibində işlənməkdə-
dir. ―Suvar‖ sözü apelyativ kimi ədəbi dilimizdə işlənmir. Mən-
şəyi  məsələsinə  gəldikdə  isə  həm  fars  (83–543–  57),  həm  də 
türk  mənşəli  (32–85)  söz  kimi  izah  edilir.  ―Suvar‖  etnonim 
kimi  tarixi  mənbələrdə  Sabir,  Sapir,  Savir,  Savar  kimi  fonetik 
variantlarda  işlənmişdir  (62  –  32–31).  Bizə  belə  gəlir  ki, 
Biləsuvar,  Qalasuvar  kimi  toponimik  vahidlərin  formalaşma-
sında  iştirak  edən  ―Suvar‖  etnonimi  ―Suvar‖  antroponiminin 
formalaşması üçün də əsas olmuşdur. 
Təpər  (Süleyman  şah  ibn  Məhəmməd  Təpər  –  XII  əsr) 
(21–123).  Apelyativi  vuran,  hücum  edən  anlamlı  ―təp‖  vahidi-
dir:  təpər–təp  (təpmək)+semantikası  donmuş  olan  müzarenin 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
83 
təsdiqi (-ər). ―Təpər‖ antroponimi semantikasında igidlik moti-
vini əks etdirir. 
Toğanyürək  (XI  əsr)  (4–4).  Mürəkkəb  quruluşlu  antro-
ponimik  vahiddir.  Birinci  komponenti  ―qartal‖  anlamlı  arxaik 
―toğan‖  zooleksemi,  ikinci  komponenti  isə  müasir    ədəbi  dili-
mizdə ―yürək‖ deyil, ürək fonetik variantında işlənən vahiddir. 
―Toğanyürək‖qartal ürəkli mənasındadır. Burada ―Toğanyürək‖ 
antroponiminin  igidlik  motivi  əsasında  formalaşması  aydın 
şəkildə görünür. 
―Toğanyürək‖  müasir  antroponimikamızda  nə  ―Toğan‖, 
nə  də  ―Toğanyürək‖  şəklində  işlənir.  Lakin  Azərbaycan  topo-
nimləri sistemində mühafizə olunmuşdur. Məsələn, ―Toğanalı‖ 
kəndi  (Bərdə  rayonu).  ―Toğan‖  antroponimi  rus  familiyaları 
sistemində  fonetik  tərkibcə  dəyişilmiş  şəkildə  mühafizə  olun-
muşdur.  N.A.Baskakov  «Огон-Догоновский»  familiyasının 
etimoloji  təhlilini  verərkən  «догон»  apelyativinə  bir  neçə 
prizmadan  münasibət  bildirmiş  və  onun  türk  mənşəli  qartal, 
şahin  anlamlı  ―toğan‖  vahidinin  fonetik  variantı  olduğunu 
konkret faktlarla təsdiqləmişdir (34–16 –168). 
Tutar (XIII əsr). Apelyativi çoxmənalı tutmaq felidir: tut 
(tutmaq)  +  semantikası  donmuş  olan  müzarenin  təsdiqi  (-ar). 
Qəhərmanlıq, igidlik motivi əsasında formalaşmışdır. 
Ursi (44–268). Apelyativi vurmaq anlamlı arxaik ―ur‖ və 
adam  anlamlı  arxaik  ―si‖  vahididir.  İgid  adam  mənasını  ifadə 
edir. 
Uran  (İlək  Qoca  Dönəbilməz,  Dülək  Uran  –  ―Kitabi-
Dədə  Qorqud‖).  Apelyativi  vurmaq,  döymək,  döyüş  harayı 
anlamlı arxaik ―urmaq‖ sözüdür. İgidlik, məğrurluq ifadə edən 
adlar  sisteminə  daxildir.  İ.Cəfərov  göstərir  ki,  ―uran‖  qıpçaq 
tayfalarından  birinin  adıdır.  Semantikasında  igidlik  motivini 
əks etdirir (190–10). 
Uruz.  ―Kitabi-Dədə  Qorqud‖  dastanının  antroponimika-
sına  daxil  olan  adlardandır.  E.ə.  I  əsrin  60-cı    illərində  alban 

 
Язизхан Танрыверди 
 
 
84 
çarı  da  bu  adı  (Oroz)  daşımışdır  (45  –  22).  ―Uruz‖  antroponi-
mikamızda  az  işlənən  vahidlərdəndir.  Həmin  antroponimin 
apelyativi  hesab  olunan  xoşbəxt  anlamlı  ―uruz‖  sözü  müasir 
ədəbi dilimizdə arxaikləşmişdir. 
Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin