ƏZİzxan tanriverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə12/16
tarix31.01.2017
ölçüsü1,6 Mb.
#7252
1   ...   8   9   10   11   12   13   14   15   16

                                          

 
Язизхан Танрыверди 
 
 
148 
 
LƏQƏB VƏ AYAMALAR 
 
Köməkçi ad kateqoriyalarından biri də ləqəblərdir.  Ləqəb 
ərəb dilinə məxsus söz olub bir adamın  əsl adından başqa ona 
verilən ikinci bir ad, ayamadır (83–314). Ləqəb və ayama sözü 
C.Məmmədquluzadənin 
―Danabaş  kəndinin  əhvalatları‖ 
əsərində  də  paralel  işlənmişdir.  ―Elə  ləqəblər  var  bizim  Dana-
baş  kəndində  ki,  desəm,  uğunub  gedərsən.  Məsələn,  Girdik 
Həsən,  Dəvə  Heydər,  Yalançı  Səbzəli,  Eşşək  Muxtar,  Dovşan 
Qasım,  müxtəsər,  bu  cür  ayamalar  bizim  Danabaş  kəndində 
hədsizdir‖  (185-94).  M.Adilov  və  A.Paşayev  göstərirlər  ki, 
Azərbaycanın  müxtəlif  dialekt  və  şivələrində  ləqəb  və  ayama 
mənasında    ayalğa  (Şamxor-Şəmkir  –  Ə.T.),  nəssə  (Culfa), 
təyəlğa//təlğa (Qazax), əyəlğa, əyalğa, əlğa və s. kimi variantlar 
da  vardır  (10–47).  Bu,  bir  daha  təsdiq  edir  ki,  ləqəb  termini 
vəzifəsində müxtəlif vahidlərdən istifadə olunur, ədəbi dildə isə 
yalnız ―ləqəb‖ termini məqbul hesab edilir. 
Ləqəblər də əsas və digər köməkçi ad kateqoriyaları kimi 
fərqləndirici  və  fərdiləşdirici  xüsusiyyətlərə  malikdir.  Bu  cə-
hətlərinə görə digər ad kateqoriyaları ilə oxşarlıq təşkil etsə də, 
özünəməxsus spesifik xüsusiyyətləri olan bir kateqoriyadır. 
Şəxsin ləqəb və ayaması ilə onun keyfiyyəti, əlaməti ara-
sında  müəyyən  yaxınlıq  olur  və  demək  olar  ki,  əksər  hallarda  
məfhumla  sözün,  konkret  desək,  ləqəbin  sərhədi  bərabərləşir. 
Məsələn, gözü görməyənə ―Kor‖, üzündə çopur olana ―Çopur‖, 
ayağı  şikəst  olana  ―Topal‖  və  ya  ―Axsaq‖,  ağıldan  kəm  olana 
―Dəli‖ (müasir ədəbi dildə) və s.  
Ləqəb  və  ayamaların  yaranmasında  şəxsin  daxili  keyfiy-
yəti,  zahiri  əlaməti,  ictimai  həyatda  rolu  və  s.  əsas  olur.  Təbii 
ki,  şəxsə  ləqəb  və  ayamanı  verənlər  onun  ən  qabarıq  xüsusiy-
yətlərini əsas götürür ki, bu da mənfi  və müsbət motivli ola bi-

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
149 
lər. Ləqəblərin leksik-semantik qrupları da antroponimikamızda 
qeyd olunan tip ləqəblərin üstünlük təşkil etdiyini göstərir. 
―Kitabi-Dədə  Qorqud‖dakı  Qabangüci,  Dəmirgüci, 
―Koroğlu‖dakı  Bəlli  Əhməd,  Toxmaqvuran,  Tupdağıdan, 
Halay-pozan  və  s.  kimi  müsbət  motivli,  həm  də  igidlik 
funksiyalı ləqəbləri ulularımız ―ər ləqəbi ilə tanınar‖ prinsipinə 
əsasən  vermişlər.  Belə  müsbət  motivli  ləqəblər  bu  gün  də 
müşahidə edilməkdədir. 
Mənfi  motivli  ayamalar  qədim dövrlərdən bu  günə  qədər 
işlənməkdədir.  ―Kitabi-Dədə  Qorqud‖  dastanındakı  Qısırca 
Yengə, ―Koroğlu‖ dastanındakı Keçəl Həmzə, Çopur Səfər və 
s. tipli ayamalar müasir  ədəbiyyatımızda, eləcə də danışıq dili 
və  dialektlərimizdə  yüzlərlədir.  Onu  da  əlavə  edək  ki,  müsbət 
motivli ləqəblərdən fərqli olaraq, ayaması olanlar  istəmirlər ki, 
onları  həmin  adla  çağırsınlar.  Bu  da  sırf  psixoloji  amillə 
bağlıdır. 
Azərbaycan  antroponimiyasında  A.Qurbanov,  M.Adilov, 
M.Çobanov,  H.Həsənov,  H.Əliyev,  Q.Mustafayeva  və  başqa 
tədqiqatçılar  məqalə  və  monoqrafiyalarında  ləqəblərin  lin-
qvistik,  həmçinin  üslubi-linqvistik  xüsusiyyətlərindən  bəhs 
etmişlər. A.Paşayev isə ―Azərbaycan dilində ləqəblər‖ mövzu-
sunda  namizədlik  dissertasiyası  müdafiə  etmişdir.  Həmin 
əsərlərdə  ləqəblərin  digər  ad  kateqoriyalarından  fərqi,  ləqəb-
lərin  leksik-semantik  qrupları,  ləqəblərin  bir  və  ya  bir  neçə 
şəxsə  aid  olmasına  görə  təsnifi,  ləqəblərin  istifadə  formasına 
görə  təsnifi,  ləqəblərin  morfoloji  və  sintaktik  xüsusiyyətləri, 
ləqəblərin üslubi-linqvistik xüsusiyyətləri və s. məsələlər təhlil 
edilmiş, faktiki dil materialları ilə təsdiqlənmişdir. Lakin apel-
yativi  müasir  ədəbi  dildə  olmayan  (türk  mənşəli  arxaizm,  ar-
xaizm  səciyyəli  dialektizm  və  dialektizmlər  nəzərdə  tutulur) 
ləqəblər geniş şəkildə tədqiqata cəlb olunmayıb. 
Azərbaycan onomastikasında ləqəb və ayamaların leksik-
semantik  qrupları  dəqiqləşdirilmişdir. Həmin bölgülərin nəzəri 

 
Язизхан Танрыверди 
 
 
150 
müddəalarına  əsaslanaraq,  apelyativi  arxaizm,  arxaizm  səciy-
yəli  dialektizm  və  dialektizmlər  olan  ləqəbləri  leksik-semantik 
xüsusiyyətlətinə görə aşağıdakı kimi sistemləşdirmək olar
1

1.  İgidlik,  qəhrəmanlıq,  böyüklük  motivli  ləqəblər:  Alp 
Eltəbər  (VII  əsr),  Dəli  Domrul  (―Kitabi-Dədə  Qorqud‖),  Qoç 
Koroğlu, Sanlı Səməd, Topdağıdan (Tupdağıdan), Toxmaq-
vuran,  Tanrıtanımaz,  Halaypozan  (―Koroğlu‖  dastanı),  İyid 
Bayramxan (Aşıq Ələsgər) və s.  
2.  Etnonimlər  əsasında  yaranan  ləqəblər:  Qıpçaq  Məlik 
(―Kitabi-Dədə  Qorqud‖),  Kınıq  Qazıqurd  (F.Rəşidəddinin 
―Oğuznamə‖  əsərində),  Əhməd  Tərəkəmə  (―Heydər  bəy‖  da-
tanı),  Kürd  Ələkbər  (N.Vəzirov),  Təklə  Hacı  Qurban  (Qasım 
bəy  Zakir),  Tərəkəmə  Ərşad  (İ.Əfəndiyev),  Qıpçaq  Əhməd 
(Şəki) və s. Ləqəb funksiyasında iştirak edən ―tərəkəmə‖ etno-
nimi  Azərbaycanda  ən  geniş  yayılan  etnonimlərdəndir.  İran, 
xüsusilə  Cənubi  Azərbaycan  toponimləri  sistemində  ―tərəkə-
mə‖ etnonimi əsasında formalaşan vahidlər üstünlük təşkil edir. 
―Tərəkəmə‖ XI əsrdə islamı qəbul edən və İran ərazisində yaşa-
yan  oğuz  tayfalarındandır  (148–148).  ―Tərəkəmə‖  antroponi-
mik  və  toponimik  vahidlərin  yaranmasında  iştirak  edən  etno-
nimlərdəndir.  ―Təklə  və  təkəli  etnonimi  Səfəvilər  dövründə 
Azərbaycanda güclü türk tayfalarından olmuşdur‖ (24–44). An-
troponimikamızda  ləqəb  funksiyasında  iştirak  edən  ―təklə‖ 
etnonimini Azərbaycan toponimik vahidlər sistemində oykonim 
kimi  işlənməkdədir.  Məsələn,  Təklə  kəndi  (Borçalı),  Təklə 
kəndi (Qarabağ), Təklə (Biləsuvar) və s. 
Məlumdur  ki,  təyinedici  və  fərqləndirici  xüsusiyyətlərə 
malik  olan    ləqəblərdə  təyin  təyin  olunandan,  yəni  ləqəb  əsl 
şəxs adından əvvəl işlənir. Məsələn, Dəli Domrul, Qoç Koroğlu 
və  s.    Lakin  bəzən  bunun  əksi  də  müşahidə  edilir.  Yəni  ləqəb 
                                                 
1
  Qeyd: Əsərin ləqəblər hissəsinə daxil etdiyimiz vahidlərin bir  hissəsini 
ADPU-nun Onomastika fondundan götürmüşük. 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
151 
əsl  şəxs  adından  sonra  işlənir.  Məsələn,  Əhməd  Tərəkəmə, 
Güzəməli  Şeytan  (―şeytan‖  ərəb  mənşəli  apelyativdir). 
Göründüyü  kimi,  atributivlik    funksiyalı  Tərəkəmə  və  Şeytan 
ləqəbləri  əsl  şəxs  adlarından  sonra  işlənmişdir.  Bu  xüsusiyyət 
daha çox folklor nümunələrində müşahidə edilir. 
3. Sənət, peşə, vəzifə ilə əlaqədar yaranan ləqəblər: Ağıçı 
Bədircahan  (N.Vəzirov),  Məsmə  Qaravaş,  Bəhram  Yüzbaşı 
(Şamaxı),  Keçəçi  Əlabbas  (Şamaxı),  Kərənti  düzəldən  Əjdər 
(Şəmkir),  Əvəçi  Zöhrə  (Qazax),  Sığırçı  Məhərrəm  (Yevlax), 
Pıçqı Əsgər (Borçalı), Cöyüzsatan Narın (Qazax), Carçı Əvəz 
(Şamaxı), Çarıqçı Murad (Şamaxı),  Çarıq Ələkbər  (Şamaxı) 
və s.  
4.  Şəxsin  psixoloji  xüsusiyyətləri  ilə  bağlı  yaranan  aya-
malar:  Darqursaq    Musa  (Füzuli),  Danqır  Abbas  (M.Cəlal), 
Dağarcıq Ağamirzə (Oğuz), Dığ-dığ Gülsüm (Bakı),  Dır-dır 
Dursun  (Şamaxı),  Dızqax  Nəsrəddin  (Şamaxı),    Dunux  Əsli 
(Borçalı), Əfçi Nərgiz (Qazax), Güəzə//Gəvəzə Hümmət (Bor-
çalı), Girdik Həsən (C.Məmmədquluzadə), Gop Xalıq (Şama-
xı),  Gopçu  Qasım  (Borçalı),    Kirimiş  Cahan  (Şəmkir), 
Karsala  Çoban  (Laçın),  Laxbaş  Əli  (Xanlar),  Yava  Qurban 
(Kürdəmir),  Çuğul  Kərbəlayı  Məhəmməd  (―Qaçaq  Nəbi‖), 
Cinqoy Kazım (Borçalı), Hör-hör Osman (Qazax) və s. Şəxsin 
psixoloji xüsusiyyətləri ilə bağlı olan bu ayamaların əksəriyyəti 
mənfi  motivlidir.  Yava  Qurban  isə  müsbət  motivli  ləqəblər 
sırasında  izah  edilə  bilər.  Çünki  ―yava‖  apelyativi  bir  sıra 
şivələrdə, o cümlədən Sabirabad şivəsində ―pis‖, qərb şivələrin-
də ―yekə-yekə  danışmaq‖ ifadəsinin sinonimi  kimi ―yava-yava 
danışmaq‖ və s. mənalarda işlənsə də, Yava  Qurban ləqəbinin 
formalaşdığı  Kürdəmir  şivəsində  ―zirək‖  mənalıdır  və  elə 
ləqəbyaratmada da həmin məna əsas götürülmüşdür. 
5.  Şəxsin  fizioloji  xüsusiyyətləri  ilə  bağlı  yaranan  aya-
malar:  Axtaxan  Ağa  Məhəmməd  şah  Qacar  (Ə.Haqverdiyev), 
Bınbidi  Güləbətin  (Ermənistan  Respublikasının  Kalinino 

 
Язизхан Танрыверди 
 
 
152 
rayonu),  Qaroy  Muxtar  (Borçalı),  Qart  Osman  (Şamaxı), 
Dınqıl Əhməd (Oğuz), Dınqılı Əli (Naxçıvan), Dinqidi Allah-
verdi  (Kalinino  rayonu),  Donqa  Əhməd  (Borçalı),  Donqabel 
Nəsrəddin  (Qazax),  Mırığ  Heybət  (Şamaxı),  Zağar  Əli 
(Borçalı),  Gözüpıçalaqlı  Anaxanım  (N.Vəzirov),  Sırıx//Sırığ 
Qasım  (Qazax),  Sıqqa  Nəsif  (Şəmkir),  Teytax  Qurban  (Şəm-
kir),  Tapalaq    Teybə  (Kalinino),  Tosoy  Şahmurad    (Qazax), 
Törə Osman (Şamaxı), Xaşal  Qurban (Ə.Haqverdiyev), Xırça 
Əmiraslan (Tovuz), Çılı Mustafa (Naxçıvan), Cınqılı Mövsüm 
(Naxçıvan) və s. 
Şəxsin  fizioloji  xüsusiyyətləri  ilə  bağlı  olaraq  yaranan 
ayamalar  mənfi  motivlidir,  əsasən,  şəxsin  fiziki    xüsusiyyətlə-
rini əks etdirir. Yuxarıdakı ayamaların apelyativi olan vahidlər-
dən  yalnız  ―Gözüpıçalaqlı‖  adındakı  ―göz‖  sözü  müasir  ədəbi 
dilimizdə işlənir. 
6.  Müəyyən  hadisə  əsasında  formalaşan  ləqəblər  və 
ayamalar:  Ağçuxa  Ağabala  (Şamaxı).  Ağ  çuxa  geyinmə  hadi-
səsi  ―Ağçuxa‖  ləqəbinin  yaranmasına  səbəb  olmuşdur.  A  gədə 
Pirməmməd (A.Paşayevin əsərlərindən götürülmüşdür). Güman 
ki,  ay  gədə,  ay  oğlan  ifadəsini  çox  işlətmə  ilə  əlaqədar 
yaranmışdır. 
Boğazca  Fatma  (―Kitabi-Dədə  Qorqud‖),  Boğaz  İsmayıl  
(Qazax). Bu ləqəblərdən Boğazca hamiləliyə işarədirsə, Boğaz 
―çox yeyən‖, ―boğazını otaran‖ anlamlıdır. 
Qısırca  Yengə  (―Kitabi-Dədə  Qorqud‖),  Qısır  Fatma. 
Hər iki ayama doğmayan anlamlıdır.  
Qancıx  Lala  (Qazax).  Bu  ayamanın  apelyativi  ―dişi  it‖ 
anlamlıdır. Ehtimal ki,  həmin adı daşıyan şəxs  heç kimlə yaxşı 
münasibət qura bilmədiyi üçün bu adla adlanıb. 
Qaxdağan  Güllüzar (Ermənistan Respublikasının Kalini-
no rayonu). Kasıb, yoxsul olma ilə əlaqədar yaranmışdır. 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
153 
Əysibaldır Tapdıq  (Qazax). Həmişə ayağına,  yaxud bal-
dırına  parça  (əski)  bağlama  ilə  əlaqəli  yarandığını  söyləmək 
mümkündür. 
Parax Məmməd (Borçalı). ―Parax‖ it, həm də yaşayış yeri 
anlamlı qədim türk sözüdür. Məmmədin evi olmadığı, o qapıda, 
bu  qapıda  yaşadığı  üçün  ona  ―Parax‖,  yəni  evsiz-eşiksiz 
ləqəbini veriblər. Bu apelyativ qırğız antroponimləri sistemində 
əsl şəxs adı funksiyasındadır. Məsələn, Баракбай (104-6). Onu 
da  əlavə  edək  ki,  belə    vahidlər  az  deyil.  Yəni  Azərbaycan 
antroponimləri  sistemində  ləqəb  kimi  işlənən  bir  sıra  vahidlər 
digər türk xalqları antroponimikasında əsl şəxs adı kimi işlənir. 
Qırğız antroponimləri ilə apardığımız müqayisə bunu bir daha 
təsdiqləyir:  
 
Azərbaycan 
antroponimləri 
sistemində ləqəb 
Qırğız antroponimləri 
sistemində əsl şəxs adı 
Qancıx Lala 
Parax Ədil (Adil) 
Satqın Xudayar 
Təntik Müslüm 
Tülkü Qurban 
Uzun Qurban 
Bayqançux 
Barakbay 
Satkın 
Tentek 
Tülkübay 
Juzun 
 
Türk  mənşəli  ləqəb  və  ayamaların  leksik-semantik  qrup-
ları  göstərir  ki,  istər  bədii  ədəbiyyatımızda,  istərsə  də  müasir 
diimizdə (danışıq dili  və  dialektlərdə) işlənən ləqəb və  ayama-
lar  digər  onomastik  vahidlər  kimi  dilimizin  qoruyucusudur. 
Təbii ki, həmin tip vahidlərin yaşaması, geniş mənada götürsək, 
onların  apelyativinin  yaşamasıdır.  Araşdırmaya  cəlb  etdiyimiz 
ləqəb və ayamaların  bir qrupunun apelyativi dialektizmlərdirsə 
(bınbidi, qaxdağan, mırıx, sırıx və s.), əksəriyyətinin apelyativi 
XIX  əsrə  qədərki  ədəbi  dilimiz  barədə  müəyyən  təsəvvür 

 
Язизхан Танрыверди 
 
 
154 
yarada  bilən  arxaizm  və  tarixizm  (çuxa,  alp  və  s.),  arxaizm 
səciyyəli  dialektizmlərdir  (ağıçı,  boğazca,  qaroy,  qısır,  əvəçi, 
əfçi və s.). 
Leksik-semantik  qruplara  daxil  etdiyimiz  ləqəb  və  aya-
maların  apelyativinin  türk  mənşəli  arxaizm,  arxaizm  səciyyəli 
dialektizm  və  dialektizmlər  olmasını  nəzərə  alaraq  aşağıdakı 
cədvəli təqdim edirik:  
 
 
Ləqəb və 
ayamalar 
Apelyativi 
 
Arxaizim 
və 
tarixizm 
Arxaizim 
səciyyəli 
dialektizm 
Dia-
lektizm 
Mənası 
Аьычы 
Бядиръащан 



аьы-гадынларын  йас  йе-
риндя  авазла  сюйлядик-
ляри  йаныглы  сюзляр,  ба-
йатылар.  аьычы-аьы  сюйля-
йян 
Аьчуха 
Аьабала 



«аь»  мцасир  ядяби  дил-
дяки  рянэ  анламлы  ва-
щид,  «чуха»  эейим  ады. 
етнографик архаизмдир 
А эядя  
Пирмяммяд 



ай оьлан 
Ахтахан 



«ахталанмаг» 
сюзцндяндир, 
ахталанмыш 
мянасыны 
верир. 
Боьазъа Фатма 



щамиля 
Боьаз Байрам 



чох  йейян,  боьазыны 
отаран 
Бящрям 
Йцзбашы 



йцз тясяррцфата сащиблик 
едян 
Бордаг 
Мящяммяд 



кюклцйя ишарядир 
 
 
 
 
 
Гарой Мухтар 



эюзц  йахшы  эюрмяйян, 
кор 
Гарт Осман 



гартымыш, гоъалмыш 
Гахдаьан 



касыб, йохсул 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
155 
Эцлябятин 
Гысыр Фатма 



доьмайан 
Гысыр Йенэя 



доьмайан 
Гырлы Щцсейн 



«гыр»  даь  анламлы  ар-
хаик ващиддир 
Даьаръыг 
Аьамирзя 



арагарышдыран 
мянасындадыр 
Дангыр Аббас 



чох чылпаг, даз, кечял 
Дяли Домрул 



иэид, гочаг 
Дяли Щясян 



иэид, гочаг 
Дингиди 
Аллащверди 



узунбойлу 
Дыь-дыь Эцлсцм 



чох данышан 
Дызгах 
Нясряддин 



горхаг 
Дынгыл Яли 



балаъа бой 
Дыр-дыр Дурсун 



çох  dанышан,  ловьа,  ар-
сыз 
Дыппылы Садай 



балаъа бой 
Донга Казым 



мцасир  ядяби  дилдя 
«донгар»  шяклиндядир. 
«яйрибел» мянасыны  бил-
дирир 
Дунух Салатын 



эеъ баша дцшян, эеъ ан-
лайан 
Явячи Ъейран 



гадын, арвад мянасында 
архаикляшиб,  йалныз  ди-
алектлярдя  «мамача» 
сюзцнцн  синоними  кими 
ишлянир 
Яйсибалдыр 
Тапдыг 



айаьына,  йахуд  балдыры-
на  парча  (яски)  баьла-
йан мянасындадыр 
Яличатылы 
Мящяммяд 



-и  мянсубиййят  шякилчи-
сини  гябул  етмиш,  «ял» 
исми  мцасир  дилимиздя 
ишлянир, чаты лексеми  ися 
кяндир,  сиъим  мяналы 
ващиддир 
Яфчи Бясти 



архетипи  гядим  тцрк  сю-
зц  олан  нитг  анламлы 
«саб»  ващидидир.  чабчы-
чяфчи 
«щярфчи-яфчи» 
«чох  данышан»  мяна-

 
Язизхан Танрыверди 
 
 
156 
сыны  ифадя  едир.  qядим 
тцрк  дилиндя  гадын,  ар-
вад  мянасында  да  ишл-
янмишдир. 
Заьар Яли 



балаъа, гысабой 
Йава Гурбан 



«йава»  мцхтялиф  диа-
лектлярдя  пис  мянасын-
да  ишлянир.  лакин  Kцр-
дямир  районунда  ишля-
нян  «йава  Qурбан»  ля-
гябиндяки «йава» зиряк 
мяналыдыр.  Çцнки  Kцр-
дямир  шивясиндя  «йа-
ва»  сюзц  йалныз  зиряк 
мянасында ишлянир. 
Карсала Чобан 



эеъ баша дцшян, эеъ ан-
лайан 
Кечячи Ялаббас 



кечя  дцзялдян  –  «ке-
чя» мяишят яшйасы олуб, 
етнографик архаизмдир 
Кярянти  дцзял-
дян Гасым 



«kərənti»  dəryaz  an-
lamlıdır,  düzəldən  сюзц 
ися  ядяби  дилимиздя 
ишлянир 
Кирли 
Мящяммяд 



сялигясиз,  чиркли  палтар 
эейян 
Киримиш Cащан 



сакит  мянасыны  ифадя 
едир 
Кцязя//Кявязя 
Ящмяд 



çoxdanışan,  boşboğaz, 
lağlağı  
Кирдик Щясян 



арсыз, йаланчы 
Эопчу Гасым 



дцз  данышмайан,  дцз-
эцн  мялумат  вермя-
йян 
Эоп Халыг 



дцз данышмайан 
Эюзцпычалаглы 
Aнаханым 



тяйини  сюз  бирляшмяля-
риня дахил олмайан исми 
бирляшмя  моделиндядир. 
мянсубиййят  шякилчиси 
гябул етмиш «эюз» сюзц 
ядяби дилимиздя ишлянир. 
«пычалаг»  ися  диалект 
ващидiдир,  «зыь»  сюзц 
иля  нисби  синонимлик 
тяшкил 
едир. 
«Gюзц 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
157 
пычалаглы»  эюзц  зыьлы 
мянасыны верир. 
Лахбаш Яли 



щеч  ня  билмяйян,  баша 
дцшмяйян, эеъ анлайан 
Мясмя Гараваш 



гуллугчу, нюкяр 
Мырых Щейбят 



дишляри  олмайан  вя  йа 
аз олан 
Мысмырых Няби 



тез кцсян 
Парах 
Нясряддин 



евсиз, ешиксиз 
Пыçqы Надир 



мишар  анламлыдыр  вя 
«мишар»  сюзц  иля  бир 
кюкдян олдуьу тцрколо-
эийада  сцбут  олунмуш-
дур 
Санлы Сямяд 



адлы-санлы, шющрятли 
Сырт Йусиф 



сырт  сюзц  «зирвя»,  «тя-
пя»,  «бядян  цзвцнцн 
ады» вя с. мяналары бил-
дирир. 
Laкин 
гейд 
олунан  лягябдя  иэидлик 
мянасыны ифадя едир 
Сырых Сабир 



сырыь//сырых  фонетик  ва-
риантларында 
ишлянир, 
«узун»  мянасыны  ифадя 
едир,  бязян  узун  аьаъ 
мянасында да ишлянир 
Сыьырчы 
Мящяррям 



нахырчы,  «сыьыр»  нахыр 
анламлыдыр 
Тайтах Гурбан 



тайтайан,  ахсайан  мя-
насыны ифадя едир 
Тайчарых 
Мящяммяд 



бир чарыглы 
Тосой Мядяд 



балаъа,  лап  балаъа  мя-
насыны билдирир 
Топалах Тейбя 



балаъа 
Топпулу Сяням 



«кюк»  мянасыны  ифадя 
едир 
Тохмагвуран 



«тохмаг»  гядим  силащ-
лардан  биринин  адыдыр, 
«вуран»  мцасир  ядяби 
дилимиздя  ишлянир  (вур-
маг) 
Тюря Осман 



балаъа 

 
Язизхан Танрыверди 
 
 
158 
Тупдаьыдан 



дястя,  ъярэя  даьыдан 
мянасыны  ифадя  едир. 
иэидлик мотивли лягябдир 
Хашал Гурбан 



йекягарын 
Хырча Мяъид 



балаъа 
Hалайпозан 



дястя  даьыдан,  полкда-
ьыдан,  иэидлик  мотивли-
дир 
Чуьул 
Кярбялайы 
Мящяммяд 



арагарышдыран, хябярчи 
Чарыгчы Мурад 



чарыг тикян 
Ъарчы Явяз 



ъар чякян, хябяр верян 
Чылы Мустафа 



балаъа 
Ъингой Казым 



ясяби,  тез  юзцндян  чы-
хан 
Ъында Щцсейн 



касыб, йохсул 
Ъиъишди 
Сащибхан 



«ъиъи»  тязя  анламлыдыр. 
«ъиъишди»,  йяни  «тязя-
дир» 
Ъюйцзсатан 
Ъащан 



«ъюйцз»,  «ъявиз»  гоз 
сюзцнцн синонимидир. 
Ъынгылы Мювсцм 



балаъа 
 
 
 
 
                                                   

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
159 
         
III  FƏSİL 
 
TÜRK MƏNŞƏLİ AZƏRBAYCAN 
ANTROPONİMLƏRİNİN QRAMMATİK 
XÜSUSİYYƏTLƏRİ 
 
Azərbaycan  antroponimiyasında  sadə  quruluşlu  antropo-
nimlər,  əsasən,  düzgün  istiqamətdə  təhlil  olunmuşdur.  Düzəlt-
mə  quruluşlu  antroponimlərə  münasibət  isə  mübahisəlidir. 
Məsələn,  M.Çobanov  belə  hesab  edir  ki,  Telli,  Dəmirçi,  Ovçu 
və s. antroponimlər –lı
4
, -çı
4
 şəkilçilərinin ―tel‖, ―dəmir‖, ―ov‖ 
apelyativlərinə  artırılması  yolu  ilə  yaranmışdır  (180–75).  Ya-
xud  M.Adilov  və  A.Paşayev  Güllü,  Telli,  Bəylər,  Qorxmaz, 
Xanım,  Bəyim  və  s.  antroponimlərin  müxtəlif  nitq  hissələrinə 
müəyyən şəkilçilərin artırılması ilə düzəldiyini göstərirlər (10–
17).  A.Qurbanov  da  düzəltmə  quruluşlu  antroponimlərin  mor-
foloji  üsulla  yarandığını  göstərir  (60–452–466).  Halbuki  qeyd 
olunan  antroponimlər  düzəltmə  yolla,  yaxud  morfoloji  üsulla 
yaranmamışdır.  Çünki  həmin  antroponimlərin  leksik  və  qram-
matik-leksik  şəkilçili  apelyativləri  müasir  ədəbi  dilimizdə  elə 
həmin  formada  işlənməkdədir  (titul  səciyyəlilər  arxaikləş-
mişdir).  Fikrimizcə,  sadə,  düzəltmə,  qrammatik  şəkilçili,  mü-
rəkkəb  quruluşlu  və  cümlə  tipli  vahidlərdən,  yaxud  digər  ono-
mastik  vahidlərdən  antroponim  yaradıcılığında,  əsasən,  hazır 
şəkildə, yəni birbaşa istifadə olunmuşdur. Bu da apelyativin və 
digər  onomastik  vahidin  antroponimə  transformasiyasıdır. 
Faktlara müraciət edək: almaz – Almaz, dəmir – Dəmir; telli – 
Telli, dəmirçi – Dəmirçi; dur+sun = dursun = Dursun; adı gözəl 
= adıgözəl = Adıgözəl, adı bəlli = adıbəlli – Adıbəlli; Qız qayıt 
= Qızqayıt, Tanrı verdi = Tanrıverdi; qıpçaq – Qıpçaq, əfşar – 
Əfşar  və  s.  Deməli,  apelyativlərdən  və  apelyativ  funksiyalı 
vahidlərdən  birbaşa  istifadə  olunmuşdur.  Bu  tipli  vahidlərin 

 
Язизхан Танрыверди 
 
 
160 
əsas  və  köməkçi  ad  kateqoriyalarında  çoxluq  təşkil  etdiyini, 
həm də apelyativin və digər onomastik vahidlərin antroponimə 
transformasiyasını nəzərə alaraq, türk mənşəli antroponimlərin 
qrammatik xüsusiyyətlərini aşağıdakı sistem üzrə təhlil etməyi 
məqbul hesab edirik: 
1. Sadə quruluşlu antroponimlər; 
2. Düzəltmə quruluşlu antroponimlər; 
3. Qrammatik şəkilçili  antroponimlər
4. Mürəkkəb quruluşlu antroponimlər. 
Sadə  quruluşlu  antroponimlər.  Leksik  və  qrammatik-
leksik  şəkilçilərsiz  antroponim  yaradıcılığına  cəlb  edilən  apel-
yativlər, həmçinin  başqa onomastik vahidlər, təbii  ki,  onomas-
tikada sadə quruluşlu antroponimlər kimi  izah olunmalıdır. Bu 
mənada  sadə  quruluşlu  antroponimləri  nitq  hissələrinin  işti-
rakına görə aşağıdakı kimi qruplaşdırmaq olar: 
a)  isimlərdən  ibarət  sadə  quruluşlu  antroponimlər:
1
  Ağa, 
Aza, Ayaz, Alay, Alov, Alqış, Araz, Aran, Aruz, Aslan, Ata, Ba-
ba,  Babək,  Bala,  Boran,  Buğa,  İldırım,  Gümüş,Oğuz,  Oğul, 
Ozan,  Orman,  Bulud,  Qaya,  Qartal,    Qıpçaq,  Dəmir,  Dəniz, 
Teymur, Təbriz, Tufan, Türk, Uğur və s. (əsl şəxs adlarına daxil 
olan  kişi  adları);  Alma,  Durna,  İnci,  Kəklik,  Laçın,  Maral, 
Sona, Tərlan,  Tovuz,  Turac, Ulduz,  Xatın, Çiçək, Ceyran  və  s. 
(əsl şəxs adlarına daxil olan qadın adları); ağa, bəy, bilgə, bikə, 
yabqu, tegin, xan, xaqan, xatun, çavuş, çur, şad və s. (titullar); 
Alp  Eltəbər,  Boğaz  Bayram,  Yava  Qurban,  Pıçqı  Nadir,  Sırıx 
Sabir,Təklə Hacı Qurban, Çarıq Ələkbər və s. (ləqəblər); Araz 
(Məmməd  Araz),  Əfşar  (Sadıq  bəy  Əfşar),  Güzgü  (Məmmədəli 
Manafov) və s. (təxəllüslər). 
b) sifətlərdən ibarət sadə quruluşlu antroponimlər: Aydın, 
Arıx (Arıq), Qara, Qoca, İgid, Uru və s. (əsl şəxs adlarına daxil 
                                                 
1
  Q e y d: Əsas və köməkçi ad kateqoriyalarına daxil olan antroponimləri 
bir sistemdə verməyi məqsədəuyğun hesab edirik. 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
161 
olan kişi adları); İncə, Yaxşı, Göyçək, Gözəl və s. (əsl şəxs ad-
larına daxil olan qadın adları); Qart Osman, Qısır Fatma, Qoç 
Koroğlu, Dəli Domrul,  Dəli Həsən, Donqar Əhməd, İyid Bay-
ramxan, Zağar  Əli, Güəzə (gəvəzə) Əhməd, Xaşal Qurban, Çu-
ğul Kərbəlayı Məhəmməd və s. (ləqəblər). 
Sadə  quruluşlu  antroponimlər  sisteminə  daxil  etdiyimiz 
Babək, Oğuz, Təbriz, Xəzər və s. kimi antroponimlərin apelya-
tivi  müasir  ədəbi  dilimizdə  işlənmir,  onların    leksik  məzmunu 
qapalı  olduğundan  qavranmır,  antroponim  kimi  işlənmələrinə 
səbəb  isə  həmin  tip  vahidlərin  məhz  tarixi  şəxsiyyət  adı,  etno-
nim,  toponim,  hidronim  təyinatı,  funksiyası  ilə  bağlıdır.  Digər 
tərəfdən,  sadə  quruluşlu  antroponimlərin  apelyativləri  və  ya 
antroponimik vahid funksiyasında iştirak edən digər onomastik 
vahidlər  müasir  ədəbi  dil  baxımından  sadə  quruluşlu  görünsə 
də,  geniş  etimoloji  təhlil  aparıldıqda  həmin  tip  vahidlərə  sadə 
quruluşludur  -  demək  məntiqi  baxımdan  qüsurludur.  Məsələn, 
leksik  semantikası  donmuş  antroponimlərə  diqqət  yetirək. 
Türkologiyada  ―Xəzər‖in  ―xəz‖  etnonim,  -ər  cəmlik  bildirən 
qrammatik şəkilçi (186–194), yaxud ―Babək‖in, ―ba‖ – böyük, 
―bək‖ – bəy və s. izahları vardır (10–15). Bu baxımdan  yanaş-
dıqda ―Xəzər‖ qrammatik şəkilçili onomastik vahid (hidronim, 
həm  də  antroponim  və  ktematonim),  ―Babək‖  isə  mürəkkəb 
quruluşlu antroponim kimi izah olunmalıdır. Lakin müasir ədə-
bi  dildə  sadə  quruluşlu  söz  kimi  qəbul  edilən  ―alov‖  sözünün 
tarixi  –  fonomorfoloji  təhlilində  onun  ―al‖  (parlaq,  hiylə  və  s. 
anlamlı)  yuvası  ilə  bağlılığı  (186-150),  yaxud  ―u:‖,  ―yuxu‖ 
sözünün dilin qədim qatındakı köküdür (71–216) və s. faktları 
əsas götürsək, bir daha təsdiqlənər ki, dilin ilkin yaranma dövr-
lərində və ondan sonrakı ilk mərhələlərdə sözlər, əsasən, bir və 
iki səsli olmuş, sonrakı mıərhələlərdə isə bir yuvadan şaxələnən 
sadə  quruluşlu,  istərsə  də  eyni  yuvadan  və  başqa  yuvalardan 
şaxələnən  düzəltmə  və  mürəkkəb  quruluşlu  vahidlər  yaran-
mışdır. Bu prizmadan yanaşdıqda sadə, düzəltmə və mürəkkəb 

 
Язизхан Танрыверди 
 
 
162 
quruluşlu vahidlər xronoloji ardıcıllıqla fonomorfoloji və mor-
foloji  istiqamətdə    təhlil  olunmalıdır.  Türkologiyada  apelya-
tivlərin belə bir istiqamətdə müəyyən qədər təhlil edildiyini və 
bu mövzunun başqa bir mövzu olduğunu, həmçinin antroponi-
mik  vahidlərə  daha  çox  sinxronik  baxımdan  yanaşdığımızdan 
yuxarıdakı  antroponimləri  sadə  quruluşlu  antroponimlər  sis-
teminə daxil etmişik. 
Düzəltmə  quruluşlu  antroponimlər.  Bu  tip  antropo-
nimlərdə  leksik və qrammatik-leksik şəkilçilər müşahidə edilir. 
Ona görə də əvvəlcə leksik, sonra isə qrammatik-leksik şəkilçili 
antroponimləri təqdim etmək lazım gəlir. 
Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin