ƏZİzxan tanriverdi


a)  Leksik  şəkilçili  antroponimlər



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə13/16
tarix31.01.2017
ölçüsü1,6 Mb.
#7252
1   ...   8   9   10   11   12   13   14   15   16

a)  Leksik  şəkilçili  antroponimlər.  Türk  mənşəli  antro-
ponimlərdə müşahidə olunan leksik şəkilçilər aşağıdakılardır: 
-çı
4
.  Azərbaycan  (türk)  dilində  məhsuldar  şəkilçilərdən 
olan  –çı
4
  şəkilçisinin  mənşə  etibarı  ilə  adam  mənasını  verən  –
çe//-çi, -ci//-zi, -si, -şi və s. fonetik variantlı qədim türk sözü ilə 
bağlı olduğunu göstərirlər (67–72). H.Mirzəzadə yazır: ―Müasir 
Azərbaycan  dilində  -çı
4
  şəkilçisi  vasitəsilə  sənət,  peşə,  əqidə, 
məslək  və  s.  məzmunları  ifadə  edildiyi  halda,  qədim  dövr 
ədəbi-bədii  əsərlərin  dilində  bu  mənaların  məhdud  olduğu, 
yalnız  sənət,  peşə,  vəzifə  sahiblərinin  adı  ilə  bağlı  olduğu 
nəzərə  çarpır‖  (121–56).  Türk  mənşəli  antroponimlərdə  müşa-
hidə  olunan  –çı
4
  şəkilçisi,  əsasən,  qədim  məzmununa  uyğun, 
yəni  peşə,  sənət,  vəzifə  funksiyasını  yerinə  yetirir.  Bu  şəkilçi 
əsl  şəxs  adları  və  köməkçi  ad  kateqoriyalarından  olan  ləqəb-
lərdə  daha  çox  müşahidə  edilir.  Məsələn,  Avçi,  Binəçi,  Qırçı, 
Dəmirçi, Elçi, Yolçu, Ovçu və s. (əsl şəxs adları); Ağıçı Bədir-
cahan, Əvəçi  Zöhrə, Əfçi Nərgiz, Keçəçi Əlabbas, Gopçu Qa-
sım,  Sığırçı  Məhərrəm,  Çarıqçı  Murad,  Carçı  Əvəz  və  s. 
(ləqəblər). –çı
4
 şəkilçisi köməkçi ad kateqoriyalarına daxil olan 
türk mənşəli titul və təxəllüslərdə müşahidə olunmur. 
Yuxarıda qeyd etdik ki,  ―-çı‖ şəkilçisi ―-çe//-çi,  -ci//-zi,  -
si,  -şi‖  və  s.  fonetik  variantlı  adam  anlamlı  sözün  şəkilçidə 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
163 
daşlaşmış  formasıdır.  Həmin  funksiyalı  kök  morfemi  (–çı
4
  şə-
kilçisində daşlaşmış söz) qədim antroponimlər sistemində mü-
şahidə olunur: Arkasun, Qarasun, Kudusun, Telusun, Ulusun
Erisun,  Ursi  (44-544-547),  Dirsə  xan  (―Kitabi-Dədə  Qorqud‖ 
dastanı) və s. 
-lı
4
. Bu şəkilçinin omonimliyi antroponimik vahidlərdə də 
müşahidə edilir. Belə ki, əsl şəxs adları və ləqəblərdə müşahidə 
olunan –lı
4
 sifətə məxsus atributivlik funksiyasındadırsa, təxəl-
lüslərdə  subyektin  mənsub  olduğu  yeri  və  etnosu  təyinetmə 
funksiyasındadır.  Hər  iki  halda,  konkret  desək,  isim  və  sifət 
funksiyalı  apelyativin  antroponimik  vahidə  transformasiyası 
müşahidə  edilir.  Məsələn,  Ballı,  Bağçalı,  Qutlu,  Güllü,  Saçlı, 
Sevgili, Telli, Toylu, Uğurlu və s. (əsl şəxs adları); Dıppılı Sa-
day,  Kirli  Məhəmməd,  Sanlı  Səməd,  Totulu  Sənəm  və  s. 
(ləqəblər);  Araslı  (Həmid  Məmmədtağı  oğlu  Araslı),  Dağlı 
(Seyfəddin  Dağlı),  Kəngərli  (Bəhruz  Kəngərli),  Göyçəli  (Aşıq 
Musa Göyçəli), Şəkili (Hatəm Şəkili) və s. (təxəllüslər). 
-ça
2
. Bağça (əsl şəxs adı). 
 -cıq
4
. Kiçiltmə funksiyalı bu şəkilçi yalnız bəzi ləqəblər-
də müşahidə edilir. Məsələn, Dağarcıq Ağamirzə. ―Gövhərcik‖ 
antroponiminin sonundakı şəkilçi də həmin funksiyalıdır, lakin 
―Gövhər‖  antroponimi  türk  mənşəli  olmadığından  onu  və  hə-
min tip digər  antroponimləri bu sistemdə təhlil etmirik. 
-luq.  Bu  şəkilçi  müasir  antroponimlər  sistemində  deyil, 
arxaik antroponimlərdə müşahidə olunur. Məsələn, Qutluq. 
-laq
2
.  Yaylaq  (əsl  şəxs  adı).  Antroponimik  vahidlərdə  ən 
az müşahidə olunan şəkilçilərdəndir. 
-aq
2
.  Bu  şəkilçi  qədim  türk  antroponimlərində  leksik  se-
mantikası donmuş şəkildədir. Məsələn,  Annax, Dukak, Səgrək 
və s. kimi antroponimlərin sonundakı –ak, -ək fonetik variantlı 
şəkilçi  xasiyyət  və  keyfiyyət  funksiyalı  olsa  da,  müasir  ədəbi 
dil  baxımından  birbaşa    qavranmır.  –aq
2
  şəkilçisi  əsl  şəxs  ad-
larında  müşahidə  olunmur,  köməkçi  ad  kateqoriyalarından  isə 

 
Язизхан Танрыверди 
 
 
164 
yalnız ləqəblərdə təsadüf olunur ki,  bu da ləqəbin şəxslə daha 
çox  əlaqəli  olması,  həmçinin  atributivlik  keyfiyyətinin  güclü 
olması  ilə  bağlıdır.  Azərbaycan  ləqəbləri  sistemində  Bordaq 
Məhəmməd,  Topalaq  Teybə,  Taytax  Qurban  və  s.  adları  nü-
munə kimi göstərmək olar. 
-daş. Eldaş, Yoldaş və s. 
-sız
4
.  Mənfi  motivli  funksiyasına  görə  antroponimikada 
ən  az  müşahidə  olunan  şəkilçilərdəndir,  yalnız  siyasi  motivli 
təxəllüslərdə  müşahidə  olunur.  Məsələn,  Qanacaqsız  (Əli 
Nəzmi). 
-ıq
4
. Bir sıra ləqəblərdə təsadüf edilir. Məsələn,  Mısmırıx 
Nəbi, Təntix` Müslüm və s. 
-ış
4
.  Buluş,  Dönüş,  Gülüş  və  s.  Bu  sistemdəki    Buluş 
anrtroponiminin  arxaik antroponimlər sırasında olduğunu qeyd 
etmişik. Bu fakt bir daha təsdiq edir ki, -ış
4
  şəkilçili    antropo-
nimlər  həm  qədim,  həm  də  müasir  türk  antroponimikası  baxı-
mından xarakterikdir.  
-ğın
4
,  -qın
4
.  Bu  şəkilçi  əsl  şəxs  adları  və  təxəllüslərdə 
müşahidə  edilir.  Məsələn,  Vurğun,  Daşqın,  Duyğun,  Dalğın, 
Yetkin, Ötkün, Coşqun və s. (əsl şəxs adları);  Vurğun (Səməd 
Yusif oğlu Vəkilov), Duyğun (Ramiz Duyğun); Düşkün (Əlixan 
Bayram  oğlu  Abbasov),  Coşqun  (İsgəndər  Coşqun)  və  s. 
(təxəllüslər). 
-ma
2
.  Antroponimikada  ən  az  işlənən  şəkilçilər  sırasına 
daxildir. Cəmi bir antroponimdə müşahidə edilir. ―Seçmə‖- əsl 
şəxs adları sistemində qadın adı kimi işlənir. 
-ş. Rütbə məzmunu bildirən və bu gün həmin mənada iş-
lənməyən  qədim  şəkilçidir  (173-278).  Bu  şəkilçi  müasir  Azər-
bayc  Məsələn,  Ataş,  Ağaş, Balaş,  Babaş, Qaraş, Nənəş, Əmiş 
və  s.  Bu  tipli    antroponimlərdə  -ş  şəkilçisinin  semantikası 
donmuş  olsa  da,  ümumilikdə  qoşulduğu  sözlə  birlikdə 
əzizləmə,  hörmət  funksiyasını  ifadə  edir.  Burada  onu  da  qeyd 
edək ki, ―Babaş‖ antroponimi türk xalqları antroponimikasında 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
165 
məhz  Azərbaycan  antroponimi  kimi  səciyyələndirilir.  Təsadüfi 
deyildir ki, T.Canuzakov da Qazax antroponimləri sistemindəki 
―Babas‖  antroponimini  Azərbaycan  antroponimi  hesab  edir 
(91-40).  Babaş  antroponimi  qıpçaq  dilində  yazılmış  XVI  əsr 
erməni  icmasının  məhkəmə  həyatından  bəhs  edən  sənədlərdə 
(72  (a)-128,  236,  248)  erməni  antroponimi  kimi  ―Babas‖ 
fonetik variantında təqdim edilir. Həmin sənədlərdəki mətnlərin 
transkripsiya  hissəsində  ―Kevor  Kaspar  Babas  oğlu‖,  rusca 
tərcüməsində  ―Kevor  Kaspar  Babas  oqlu‖,  şəxs  adları 
siyahısında isə (Kevor Kaspar Papas oğlu) kimi  verilir və heç 
bir  izah  da  göstərilmir.  Fikrimizcə,  qədim  və  müasir  dövr 
erməni 
dilindəki 
―Papas‖  türk  mənşəli  Babaş//Babas 
antroponiminin  fonetik  deformasiyaya  uğramış  variantıdır 
(b→p, Babas-Papas). 
-inc
4
. Antroponimikamızda məhsuldar şəkilçilər sırasında 
deyildir. ―Sevinc‖ qadın adında müşahidə edilir. 
b)  Qrammatik-leksik  şəkilçili  antroponimlər.  Türk 
mənşəli antroponimlər sistemində bir sıra antroponimlər vardır 
ki,  onlarda  leksik  məzmunlu  qrammatik  şəkilçilər  müşahidə 
edilir.  Bu  tip  şəkilçilər  elə  şəkilçilərdir  ki,  onlar  dildə  iki 
funksiyanı,  konkret  desək,  qrammatik,  həm  də  leksik  funksi-
yanı yerinə yetirir. 
Qrammatik-leksik  məzmunlu  şəkilçilər  antroponimikada, 
əsasən, əsl şəxs adlarında müşahidə edilir: 
 -maz
2
.  Qayıtmaz,  Qorxmaz,  Dönməz,  Yenilməz,  İstəməz, 
Ölməz, Solmaz, Sönməz və s. Qeyd olunan antroponimlərdəki –
maz
2
  şəkilçisi  formal  olaraq  müzarenin  inkarı  kimi  qavranılsa 
da,  leksik  məzmunlu  şəkilçi  funksiyasında  iştirak  etmişdir. 
Yəni –maz
2
 şəkilçili fel substantivləşmişdir. 
-dan
2
. ―Aydan‖ qadın adında müşahidə edilir. Bu antropo-
nimdəki –dan leksik məzmunlu qrammatik şəkilçidir.  
-lar
2
.  S.Cəfərovun  qeyd  etdiyi  kimi,  qrammatik-leksik 
məzmunlu şəkilçidir və leksik şəkilçi kimi də işlənir (191-177). 

 
Язизхан Танрыверди 
 
 
166 
–lar
2
  şəkilçisinin  bir  leksik  şəkilçi  kimi  məhsuldarlığı  əsl  şəxs 
adlarında  daha  çox  müşahidə  edilir.  Məsələn,  Ağalar,  Atalar, 
Bəylər, Qırxlar, Dağlar, Dədələr, Tellər, Xanlar. 
c)  Qrammatik  şəkilçili  antroponimlər.  Antroponimlərdə 
müşahidə  olunan  şəkilçilər,  əsasən,  felə  məxsus  şəkilçilərdir. 
Bunları aşağıdakı kimi qruplaşdırmaq olar: 
-dı
4
  şühudi  keçmiş  zaman  şəkilçili  antroponimlər: 
Məsələn,  Verdi,  Daşdı  və  s.  Hər  iki  antroponimdə  subyektin 
predikatda daşlaşmasına rast gəlinir. ―Verdi‖ predikatı daha çox 
söz  –  cümlə  quruluşlu  antroponimlərdə  müşahidə  edilir. 
Məsələn,  Tanrıverdi,  Xudaverdi,  Bəyverdi,  Şahverdi  və  s.  Yu-
xarıdakı  antroponimlər  sistemindəki  Verdi  antroponimi  təkcə 
predikatdan  ibarət  olsa  da,  subyektin  allah  anlamlı  –  dini-mi-
foloji məzmunlu olması qavranılır, asanlıqla bərpa edilir. ―Daş-
dı‖ antroponimi də fikrin ifadəsinə xidmət edir. Burada subyekt 
asanlıqla  bərpa  oluna  bilməsə  də,  ―Qız  uşağı  həddindən  çox 
oldu‖  –  kimi  cümlələrin  antroponimik  vahiddə  daşlaşmasını 
yada salır. 
Şühudi keçmiş zaman şəkilçili və şəxs sonluqlu (I şəxsin 
təki  və  cəmində)  antroponimlər:  Bulduq,  Güvəndik,  Oysandıq, 
Sevdim, Sevindim, Sevdik, Sevindik, Tapdıq, Usandıq və s. Bu-
radakı  Bulduq  (yəni  tapdıq)  və  Usandıq  (yəni  yorulduq,  cana 
doyduq)  antroponimləri,  həmçinin  onların  apelyativləri  (bul-
maq, usanmaq) müasir ədəbi dilimiz baxımından arxaikləşmiş-
dir. 
Yuxarıdakı  antroponimlərdə  subyektin  funksiyası  predi-
katda  daşlaşmışdır.  Digər  tərəfdən,    həmin  vahidlərdəki  şəxs  
sonluqları  I  şəxsin  təkində  -m,      cəmində  -k,  -q  elə  subyektin 
göstəricisi  funksiyasındadır.  ―Sevindik‖,  ―sevdik‖,  ―güvəndik, 
―usandıq‖ və s. vahidləri predikat kimi qavradıqda onların müb-
tədasının  xəbərdə  ifadə  olunduğu  aydın  görünür.  Həmin 
şəkilçili  predikatlar  təklikdə  və  subyektlə  birlikdə  eyni  fikri, 
eyni funksiyanı ifadə edir. Məsələn, ―Biz sevindik‖  cümləsi ilə 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
167 
―Sevindik‖  cümləsinin,  yaxud  ―Biz  güvəndik‖  cümləsi  ilə 
―Güvəndik‖ cümləsinin fikri ifadəetmədə heç bir fərqi yoxdur. 
Bu  da  təbiidir,  çünki  subyekti  xəbərdə  ifadə  olunan  cümlələr 
şifahi  və  yazılı  ədəbi  dilimiz  baxımından  yad  hadisə  deyildir. 
Deməli, sadə  quruluşlu cümlələr antroponimlərdə daşlaşmışdır, 
yaxud 
antroponimik 
vahidə 
transformasiya 
nəticəsində 
leksikləşmişdir fikrini söyləmək mümkündür. Təbii ki,  hər sa-
də  quruluşlu  cümlə  antroponimik  vahidə  transformasiya  oluna 
bilməz. Bu, antroponimlərin motivləşmə meyarları ilə bağlıdır. 
Yuxarıdakı antroponimlərin motivləşməsində iki hiss-sevinc və 
şadlıq, kədər və məyusluq motivləşmə üçün əsas olmuşdur ki, 
bu da sevinc (Biz sevindik – ―Sevindik‖) və kədər (Biz usandıq 
– ―Usandıq‖, yəni yorulduq, cana doyduq) məzmunlu antropo-
nimlərin yaranmasına səbəb olmuşdur. 
Felin  əmr  şəkli  (II  və  III  şəxs  təkdə)  ilə  ifadə  olunan 
predikatın, dəqiq desək, əmr cümləsinin antroponimik vahiddə 
daşlaşması  da  müşahidə  edilir.  Məsələn,  Qayıt,  Dilən,  Sarıl, 
Sevil, Topalan, Usan, Ucal və s. (II şəxsin təkində); Dursun (III 
şəxsin təkində) və s. Qeyd olunan antroponimlər söz-cümlə qu-
ruluşludur və  onların  ümumi  məzmununda  əmr, arzu, xahiş  və 
s. ifadə olunmuşdur. Bu, bir daha təsdiq edir ki, həmin antropo-
nimlərin  əsası  olan  cümlələr  antroponimlərdə  daşlaşmış  vəziy-
yətdədir. 
Xəbərlik  kateqoriyasının  şəkilçisi  –dır
4
  bir  sıra  antropo-
nimlərdə  müşahidə  edilir.  Məsələn,  Bəsdi  (Bəsti),  Qızbəsdi  və 
s.  Bu  barədə  mürəkkəb  antroponimlər  bölməsində  geniş  bəhs 
edəcəyik. 
-ər
2
  şəkilçili  (müzarenin  təsdiqi)  antroponimlər:  Gülər, 
Yaşar, Yanar, Yetər, Sevər və s. 
-mış

feli  sifət  şəkilçili  antroponimlər:  Satılmış  (əsl  şəxs 
adı), Kirimiş Cahan (ləqəb). 
-a  felin  arzu  şəklinin  şəkli  əlaməti+  -san  şəxs  sonluğu 
―Durasan‖  antroponimində  müşahidə  edilir.  ―Durasan‖  predi-

 
Язизхан Танрыверди 
 
 
168 
katlı  cümlə  antroponimik  vahidə  transformasiya  nəticəsində 
leksikləşmişdir. 
Bunlardan  əlavə,  türk  mənşəli  antroponimlər  sistemində 
mənsubiyyət  şəkilçili  (I  şəxsin  təkində)  antroponimlər  də  var-
dır. Məsələn, Atam, Bəyim, Xanım və s. 
Mürəkkəb  quruluşlu  antroponimlərAzərbaycan dilçili-
yində mürəkkəb quruluşlu antroponimlərdən geniş bəhs edilmə-
mişdir.  Belə  ki,  A.Qurbanov  (60-17),  M.Adilov,  A.Paşayev 
(10-17) və başqaları ümumi şəkildə izah etmişlər ki, mürəkkəb 
adlar müxtəlif sintaktik əlaqələr vasitəsilə yaranır. M.Çobanov 
isə bu mövzudan geniş şəkildə bəhs etsə də, əsasən, mürəkkəb 
sözlərin  tərkibindəki  vahidlərin  nitq  hissələrinə  görə  təsnifatı, 
qrammatik  şəkilçilərin  mürəkkəb  addakı  funksiyası,  mürəkkəb 
adlarda  fonetik  hadisələr  və  s.  kimi  məsələləri  izah  etməyə 
çalışmışdır  (180-79).  Mürəkkəb  quruluşlu  antroponimlərdə 
müşahidə olunan müxtəlif sintaktik əlaqələrin geniş və sistemli 
tədqiq edilmədiyini nəzərə alaraq,  onları aşağıdakı sistem üzrə 
təhlil etməyi məqsədəuyğun hesab edirik.  
Tabesizlik əlaqəsi əsasında formalaşan antroponimlər 
 Məlumdur  ki,  tabesizlik  əlaqəsi  məna  və  qrammatik  cə-
hətdən  bir-biri  ilə  əlaqədar  olan,  lakin  bir-birindən  asılı  olma-
yan,  biri  digərini  aydınlaşdırmayan,  biri-birinə  münasibətdə 
eynihüquqlu vahidlər arasında olur (3-12). Bu cür əlaqə əsasın-
da formalaşan, yaxud bu cür əlaqələr müşahidə olunan mürək-
kəb  quruluşlu  antroponimləri  aşağıdakı  kimi  qruplaşdırmaq 
olar: 
a)  Tərkib  hissələri  yaxınmənalı  sözlərdən  ibarət  olan 
antroponimlər: Altuntaş, Daşdəmir, Qoçər (―qoç‖ – qoçaq, igid 
– ―ər‖ – igid), Yazbahar (hibrid), Ərtoğrul (―ər‖ – igid, ―toğrul‖ 
–şahin, qoçaq, igid), Gülçiçək, Laləçiçək, Şiraslan (hibrid) və s. 
Bu 
sistemdəki 
Yazbahar,  Gülçiçək  və  Şiraslan  an-
troponimlərinin  tərkibindəki  apelyativlər bir-biri  ilə  sinonimlik 
təşkil edir.  Türk mənşəli ―yaz‖, ―çiçək‖ və ―aslan‖ sözləri fars 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
169 
mənşəli  ―bahar‖,  ―gül‖,  ―şir‖  sözləri  ilə  tabesizlik  əlaqəsi  əsa-
sında qovuşaraq mürəkkəb quruluşlu antroponimə çevrilmişdir. 
b)  Tərkib  hissələri  yalnız  titullardan  ibarət  olan  antropo-
nimlər:  Bilgəçur,  Çurbək,  Çurxan  və  s.  (qədim  türk  antropo-
nimləri sistemində), Ağabəy, Ağabəyim, Ağabanu (hibrid), Ağa-
xanım (Xanımağa), Ağaxan, Ağasultan (hibrid), Qanbay, Bikə-
xanım,  Bəyimxanım  və  s.  (müasir  Azərbaycan  antroponimləri 
sistemində).  Bu  antroponimlərin  tərkibindəki  titullar  semantik 
baxımdan eyni olmasalar da, nisbətən yaxınmənalı vahidlərdir. 
c) Tərkib hissələri qohumluq münasibətini bildirən sözlər 
və titullardan ibarət olanlar: Ağabala (Balağa), Atabəy, Ataxan, 
Bababəy,  Balabəy  (Bəybala),  Babaxan  (Xanbaba),  Balaxan 
(Xanbala),  Bəydadaş,  Qardaşxan,  Dədəxan  və  s.  (kişi  adları); 
Ağabacı, Ağanənə, Anaxanım, Balaxanım, Bibixanım, Xanbacı 
və s. (qadın adları). Bu sistemə daxil etdiyimiz antroponimlərin 
tərkib  hissələrindəki  sözlərin  qovuşmasına  səbəb    onların 
hörmət funksiyasını ifadə etməsidir. 
ç)  Tərkib  hissələri  yalnız  qohumluq  münasibəti  bildirən 
sözlərdən  ibarət  olanlar:  Atababa,  Baladadaş,  Dadaşbala  (kişi 
adları); Anabala, Anabacı, Anagəlin (qadın adları) və s. 
d)  Tərkib  hissələri  əsl  şəxs  adları  və  titullardan  ibarət 
olanlar:  Balabəy,  Bəydəmir,  Qaraxan,  Qarabəy,  Qırxlarbəy, 
Durmuşxan,  Elçibəy,  Çingizxan  və  s.  (kişi  adları),  Bayramxa-
tun,  Qonçabəyim//Qönçəbəyim,  Göyçəkxanım  və  s.  (qadın 
adları). 
e)  Xüsusiləşməyən  əlavəli  birləşmələrin  inkişafı  nəticə-
sində formalaşan antroponimlər. Məlumdur ki, xüsusiləşməyən 
əlavələrin bir qismi dildə əlavə kimi əmələ gəlsə də, sonradan 
inkişaf nəticəsində mürəkkəb sözün tərkib hissəsinə çevrilir (3-
213).  Belə  birləşmələrin  inkişafı  nəticəsində  formalaşan  mü-
rəkkəb  quruluşlu  antroponimlərə nümunə  olaraq  Ağadayı  (Ağa 
dayı),  Ağabala  (Ağa  bala),  Ağaqardaş  (Ağa  qardaş),  Ağa-
əmi//Ağəmi  (Ağa  əmi),  Dədəkişi  (Dədə  kişi),  Babakişi  (Baba 

 
Язизхан Танрыверди 
 
 
170 
kişi),  Əliqardaş  (Əli  qardaş),  Əmikişi  (Əmi  kişi),  Əlibaba 
(hibriddir,  Əli  baba),  Lələkişi  (Lələ  kişi),  Xanəmi  (Xan  əmi), 
Xanımana  (Xanım  ana),  Xanımbacı  (Xanım  bacı)  və  s.  gös-
tərmək  olar.  Bu  tip  antroponimlərin  əsası  olan  birləşmələrin 
müəyyən  hissəsi  müasir  ədəbi  dilimizdə  elə  birləşmə  kimi  də 
işlənir.  Məsələn,  Baba  kişi,  Əli  baba,  Ağa  dayı  və  s.  (3-213). 
Dildə  belə  birləşmələrin  yaranmasına  səbəb  birləşmənin  ikinci 
tərəfindəki    ana,  baba,  bacı,  qardaş,  əmi,  kişi  və  s.  kimi  
qohumluq  münasibəti ifadə edən apelyativlərin hörmət motivli 
funksiyaya malik olmasıdır. 
Birinci növ təyini söz birləşmələrinin inkişafı əsasında  
formalaşan antroponimlər 
Birinci  növ  təyini  söz  birləşmələrinin  birinci  tərəfi  atri-
butiv,  ikinci  tərəfi  isə  substantiv  funksiyalı  vahidlərdən  ibarət 
olması məlum faktlardandır. Bu növ təyini söz birləşmələrinin 
inkişafı  əsasında  formalaşan  mürəkkəb  quruluşlu  antroponim-
ləri  birinci  tərəfdə  iştirak  edən  atributiv  funksiyalı  vahidlərə 
görə aşağıdakı kimi qruplaşdırmaq olar:  
a) Birinci tərəfi isimlə ifadə olunanlar: Aybəniz, Ayçöhrə, 
İnciqız, Qaşqara, Aycamal, Gülqız, Gülgəlin (Gəlingül), Gülya-
naq  və  s.  (əsl  şəxs  adları);  Əysibaldır  Tapdıq  (ləqəb)  və  s.  Bu 
sistemdə  verdiyimiz  Ayçöhrə,  Aycamal,  Gülqız,  Gülgəlin 
(Gəlingül) antroponimləri hibriddir. 
b)  Birinci  tərəfi  sifətlə  ifadə  olunanlar:  Aqşin,  Ağbuğa, 
Ağsunqur,  Qarabala,  Qarakişi,  Qarasunqur,  Qaraoğlan,  Gur-
sel,  Ulubaba  və  s.  (kişi adları);  Ağgül,  Ağgün, Ağqız,  Ağcaqız, 
Ağcabəniz,  Ağcagül,  Ağxanım,  Algül,  Alagöz,  Böyükgəlin, 
Qaraqız, Qaragöz, Qaragilə, İncəgül, İncəçiçək,  İncəqız, Yax-
şıgül,  Yaxşıçiçək,  Yaxşıxanım,  Yaşılxanış,  Göyçəkgül,  Göy-
çəkgəlin, Gözəlgül, Sarıgül, Sarıtel və s. (qadın adları); Ağçuxa 
Ağabala,  Darqursaq  Musa,  Laxbaş  Əli  və  s.  (ləqəb).  Bu 
sistemdəki  Ağgül, Ağcagül, Qaragilə, İncəgül, Yaxşıgül, Göy-
çəkgül, Gözəlgül və Sarıgül antroponimləri hibriddir. 

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
171 
c)  Birinci  tərəfi  sayla  ifadə  olunanlar:  Bircəgül,  Bircəqız 
və s. Buradakı ―Bircəgül‖ antroponimi hibriddir. 
Göründüyü kimi, birinci tərəfdəki vahidlər, əsasən, sifətlə 
ifadə olunmuşdur. Bu isə sifətin atributivlik funksiyası ilə bağ-
lıdır. 
İkinci  növ  təyini  söz  birləşmələrinin  inkişafı  əsasında 
formalaşan antroponimlər 
İkinci növ təyini söz birləşmələrində sözlər arasında əlaqə 
o qədər möhkəm olur ki, bunlar arasına heç bir söz əlavə etmək 
mümkün  deyildir.  Belə  bir  möhkəm  əlaqəyə  malik  olmaq 
xüsusiyyəti  onları  tam  lüğəti  vahidə,  bir  anlayışı  ifadə  etməyə 
gətirib  çıxarır  (132-109).  Azərbaycan  antroponimləri  siste-
mində  ikinci  növ  təyini  söz  birləşmələrinin  inkişafı  əsasında 
formalaşan  mürəkkəb  quruluşlu  antroponimlər  digər  birləşmə-
lərə,  konkret  desək,  I  növ  təyini  söz  birləşmələri  əsasında  for-
malaşanlara  nisbətən  üstünlük  təşkil  edir  (III  növ  təyini  söz 
birləşmələrində ümumilik, mücərrədlik deyil, konkretlik, müəy-
yənlik  funksiyası  əsas  olduğundan  onlar  bir  vahidə  çevrilə 
bilmir). Digər tərəfdən,  bu növ təyini söz birləşmələrinin  inki-
şafı əsasında təkcə əsl şəxs adları deyil, həm də titul və ləqəblər 
mürəkkəb  quruluşlu  vahid  kimi  formalaşmışdır.  Məsələn, 
Ağabəyi,  Ağadostu  (hibriddir),  Qalabəyi,  Dağbəyi,  Elbəyi, 
Eloğlu,  Eldostu  (hibriddir),  Yaradanqulu,  Yüzbaşı,  Minbaşı, 
Ocaqqulu, Toybəyi, Topçubaşı, Xanqulu və s. (əsl şəxs adları); 
Dəmirçioğlu (―Koroğlu‖ dastanı), Qoçubaşı Padar və s. (ləqəb); 
bağbaşı,  bəglərbəyi,  erbaşı,  yüzbaşı,  minbaşı,  mollabaşı 
(hibrid),  miraxurbaşı  (hibrid),  onbaşı,  ordubaşı,  sübaşı, 
tacirbaşı,  topçubaşı,  çobanbəyi  və  s.  (titullar);  Qardaşoğlu, 
Qarınqulu 
(M.Ə.Sabirin 
təxəllüsləridir), 
Divanbəyoğlu 
(hibriddir, Abdulla bəy Vəli oğlunun təxəllüsüdür), Əhmədoğlu 
(hibriddir.  Şair  Osman  Osmanovun  təxəllüsüdür),  Xanqızı 
(Xurşudbanu  Natəvan),  Türkoğlu  (Nəsirli  Yaqub)  və  s.    (tə-
xəllüslər). 

 
Язизхан Танрыверди 
 
 
172 
Bununla  bərabər,  II    növ  təyini  söz  birləşmələrinin  inki-
şafı  əsasında  yaranan  elə  mürəkkəb  quruluşlu  antroponimlər 
vardır ki, onlar forma baxımından II  növ təyini söz birləşmələri 
əsasında  düzəlmiş  mürəkkəb  vahid  kimi  qavranmır.  Məsələn, 
Elbəy (el bəyi, ―Elbəyi‖ antroponimini qeyd etmişik), Eldost (el 
dostu, ―Eldostu‖ antroponimi də vardır), Elnur (el nuru), Elxan 
(el  xanı),  Elşad  (el  şadı),  Elturan  (  Turan  eli),  Elvüqar  (el 
vüqarı),  Eltac  (el  tacı),  Elçiçək  (el  çiçəyi),  Yazçiçək  (yaz 
çiçəyi),  Orduxan  (ordu  xanı)  və  s.  Göründüyü  kimi,  bu 
antroponimlərin    II    növ  təyini  söz  birləşmələrinin  inkişafı 
əsasında bir mürəkkəb vahidə çevrilməsi birbaşa qavranmır. 
Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin