ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə21/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

İmdi. Hazırda, bu anda, hazırkı vaxtda və s. anlamlı “imdi” 

sözü “Kitab”da intensivliyi ilə  fərqlənir: “Görəlim, imdi yaradan 

neylər” (D-148). Müasir ədəbi dilimizdə “indi” şəklində sabitləşən 

bu söz şivələrimizdə (qərb  şivələrində) “Kitab”dakı forma və 

semantikasına uyğun işlənir. 

Şimdi. İndi mənasını ifadə edən “şimdi” sözü “Kitab”da bir 

neçə  dəfə  işlənib: “Həm  şimdi nə yersən, nə içərsən və  nəyə bi-

nərsən?” (D-274). Qeyd etdiyimiz kimi, müasir ədəbi dilimizdəki 

“indi” sözü “şimdi”nin yox, “imdi”nin fonetik tərkibcə dəyişikliyə 

uğramış variantıdır.  

Həman. Bu əvəzlik “Kitab”da “dərhal” mənasında işləndiyi 

üçün şərti olaraq indiki zaman məzmunlu zərflər sırasında veririk: 

“Həman Beyrək atdan endi” (D-79). “Kitab”ın dilində “həman” 

sözünün  “imdi” sözündən  əvvəl işlənərək onun semantik tutu-

mundakı indiki zaman mənasını qüvvətləndirməsi də müşahidə 

olunur: həman imdi – günü bu gün, məhz indi, elə indi. “Çün böy-

lə oldı, həman imdi ilərü turmaq gərək, bəg oğlı!” (D-80). Yeri 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

211

 

gəlmişkən, “Dədə sözü işığında” kitabında Banıçiçəyin dilindən 



verilmiş “...bir yasduqda baş qoduğım!” ifadəsinin (mətndən aydın 

olur ki, toydan 16 il əvvəl deyilib) “ər-arvad” mənasında işləndiyi-

ni  əsaslandırmaq üçün  bir neçə arqument gətirmişdik: Banıçiçə-

yin xristian qızı olması  və ya qeyri-müsəlman həyat tərzi keçir-

məsi; Beyrəyi öz çadırında qəbul  edərkən özünü sərbəst aparması 

və  s.  Bu  sıraya yuxarıdakı cümlənin semantikasından doğan bir 

fikri də əlavə etmək olar: Banıçiçək Beyrəklə öz toyunu həmin an, 

dərhal, lap tez etdirmək fikrində israrlıdır. Bu da həmin cümlədən 

əvvəl təhkiyəçinin dilindən verilmiş “Beyrək üç öpdi, bir dişlədi” 

cümləsinin semantik yükü ilə birbaşa bağlanır. Deməli, “həman 

imdi” ifadəsində Beyrəklə Banıçiçəyin toydan əvvəl ər-arvad mü-

nasibətində olmaları üstüörtülü şəkildə canlandırılıb. Bu da “Ki-

tab”ın poetik strukturundakı başqa detallara işıq sala bilər: Banı-

çiçəyi istəyənlərin Dəli Qarcar tərəfindən öldürülməsi; Beyrəyin 

Dəli Qarcardan ehtiyat etməsi; Banıçiçək Beyrəyin göbəkkəsmə 

adaxlısı olsa da, elçiliyə heç kimin yox, məhz müdriklər müdriki 

Dədə Qorqudun göndərilməsi kimi məsələlərə məhz həmin hadisə 

kontekstində aydınlıq gətirmək olar. 

 

Gələcək zaman məzmunlu zərflər 

 

Andan. “Ol+dan” modelinin inkişafı əsasında yaranmış “an-

dan” zərfi “Kitab”da həm ayrılıqda, həm də “sonra” qoşması ilə 

birlikdə işlənib: “Andan öldürərsəη, mərə kafər, öldür məni...” (D-

281); “Andan soηra Qazan ilə işümiz xeyir ola!” (D-295). Birinci 

cümlədəki “andan” sonra mənasında çıxış etmişdir. 

Sabah.  Ərəb mənşəli bu söz “Kitab”da “yarın” mənasında 

müşahidə olunur: “Mərə, sabah şahinləri al, xəlvətcə ava binə-

lim!” (D-272). “Alar sabah” (Alar sabah sapa yerdə  dikiləndə ağ-

ban evli...) birləşməsində isə günün başlanğıcı, sübh vaxtı  məna-

sında işlənmişdir. 

Soηra. Türkoloji ədəbiyyatda “son+ğaru” modelinin inkişafı 

əsasında yarandığı göstərilir. “Kitab”da “soηra” şəklindədir: “Soη-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

212

 

ra oğlana gərək olur, a bəglər!” (D-126). Bu cümlədə temporal-



lığın  leksik və qrammatik ifadə vasitələri eyni semantik şaxədə 

birləşir: soηra (gələcək zaman anlayışlı zərf), -ur qeyri-qəti gələ-

cək zamanın qrammatik forması; gərək olur=gərək olar). 

Taηla. “Kitab”da həm ayrılıqda, həm də birləşmə daxilində 

işlənib: taηla (sabah, yarın...). “Taηla qızıηı maηa verərsən” (D-

183); ala taηla (sübh tezdən). “Ala taηla yeriηdən turı gəldiη, oğulı 

tutdurduηmı? (D-194). Dialektologiyaya dair ədəbiyyatda taη, 

taηla sözlərinin şivələrimizdə müxtəlif fonetik variantlarda müha-

fizə olunduğu göstərilir: danna (Bakı şivəsi) danna//dannarı (Göy-

çay  şivəsi), daη, dəηzü – dan üzü (Qazax-Borçalı  şivəsi). Yeri 

gəlmişkən, “Kitab”ın dilində “səhər tezdən”, “sübhdən” anlamlı 

“erkən” sözünə də rast gəlinir (cəmi bir dəfə işlənib): “Erkən bin-

dilər, av yerinə vardılar” (D-272). O.Ş.Gökyayın fikrincə, “Ki-

tab”da “erkən” sözü ayrılıqda yox, birləşmə daxilində işlənib: “er-

ken binmek – erkenden atlanmak, erkenden atlara binmek, erken-

den atlanıp yola çıkmak”

1

. Bizə görə, “erken” sözü “Kitab”da tam 



müstəqil şəkildə işlənib. Yəni həmin cümlədə “erkən” sözü zaman 

zərfliyi, “bindilər” isə feli xəbər vəzifəsindədir. Konkret desək, 

“erkən bindilər” vahidi bir sintaktik suala cavab vermədiyi üçün 

bir cümlə üzvü kimi götürülə bilməz. Bu isə “erkən” sözünün 

“Kitab”ın dilində müstəqil şəkildə işləndiyini təsdiqləyir. 

 

Universal zaman məzmunlu zərflər 



 

Dünli-günli (gecəli-gündüzlü). “Kitab”da  yan-yana işlən-

miş antonimlərdəndir, daha çox zaman müddətinin uzunluğunu 

ifadə edən vahidlər sırasında verilir. Dünli-günli sözünün  “Ki-

tab”dakı antonimliyinə  mətn daxilində diqqət yetirək: “Üç gün 

dünli-günli yortdı” “Kitab”da bu antonimliyin sinonim variantları-

na təsadüf olunur ki, bu da “Dastan”ın zənginlik göstəricilərindən 

biri kimi dəyərləndirilə bilər: “Gecə-gündüz deməyüb yüridilər” 

                                                            

1

 O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh.205. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

213

 

(D-95).  Ə.Rəcəbli göytürk dilində  işlənmiş tünli-künli (gecəli-



gündüzlü) sözünü həm sifət, həm də  zərf kimi səciyyələndirib: 

“...bu şəkilçi ilə əmələ gələn sözlər istər ayrılıqda, istərsə mürək-

kəb söz kimi sifətin öz funksiyasında – təyin kimi işlənmir, daha 

çox mürəkkəb zərf səciyyəsi daşıyır, hər halda, cümlənin zərfliyi 

vəzifəsində  çıxış edir”

1

.  Deməli, müəllif  “tünli-künli” sözünü 



şərti olaraq zərf hesab edir ki, bu da dilçiliyimizdəki uyğun nə-

zəriyyələrlə üst-üstə düşür. 



Daim. Ərəb dilinə məxsus olan bu söz türkologiyada, əsasən, 

zaman müddətinin daimliyini, uzunluğunu ifadə edən sözlər  

sırasında izah olunur, “Kitab”da cəmi dörd dəfə işlənib: “Həmişə 

Qazanın başına buηlu gəlsün, tayısı Aruzı daim aηa tursun” (D-

293). Bu cümlədə həmişə və daim  temporal zərflərin sinonimliyi 

ilə poetik mənanın qüvvətləndirilməsi də özünü göstərir (fars 

mənşəli həmişə temporal zərfi “Kitab”da cəmi bir dəfə işlənib). 

Genə//yenə. Türkologiyada etimologiyası, əsasən, belə gös-

tərilir: yenə (yan – qayıtmaq, geri dönmək + -a//ə feli bağlama şə-

kilçisi; lüğəti mənası – geri dönərək, qayıdaraq)

2

. “Kitab”da  iki 



variantda müşahidə olunur: genə. “Genə toy edib, atdan–ayğırdan, 

dəvədən buğra, qoyundan qoç qırdırmışdı” (D-10); yenə. “Yenə 

evini dikdi” (D-65).  “Kitab”ın dilində “genə” sözünün ardıcıl ve-

rilmiş cümlələrdə üç dəfə təkrarlanması ilə ahəngdarlığın yaradıl-

masına, eyni zamanda poetik mənanın qüvvətləndirilməsinə təsa-

düf olunur: “Zamanla Oğuz genə yaylaya köçdi. Çoban genə bu 

binara gəldi. Genə qoyun ürkdi” (D-215). Bu cümlələrdəki “genə” 

sözünün işlənmə yeri də maraq doğurur. Belə ki, “genə” sözü bi-

rinci cümlədə üçüncü, ikinci cümlədə ikinci, üçüncü cümlədə isə 

birinci söz kimi işlənib. Heç şübhəsiz ki, bu cür sıralanma mətn-

dəki “genə” sözünün semantik yükünün qabardılması ilə bağlıdır. 

Bir cəhəti də qeyd edək ki, “Kitab”ın dilindəki “genə” sözü müasir 

ədəbi dilimizdə “yenə” formqasında sabitləşib. Semantik yükü isə 

                                                            

1

 Ə.Rəcəbli. Göytürk dilinin leksikası. Bakı, 2004, səh.222. 



2

 Müasir Azərbaycan dili. II cild, Bakı, “Elm”, 1980, səh.394. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

214

 

bir sıra dilçilər tərəfindən izah olunub. Məsələn, İ.Tahirov “yenə” 



sözünü düzgün olaraq “hərəkət, proses və hadisələrin zaman 

daxilində təkrarlılığını ifadə edən sözlərdən” biri hesab edir

1

.  


 

Temporal isimlər  

 

Bu tip vahidlərin səciyyəvi cəhətlərini aşağıdakı kimi ümu-



miləşdirmək olar: 

“Kitab”da üstün mövqedə görünən temporal isimlər (zaman 

məzmunlu isimlər), əsasən, bunları əhatə edir: ay, gecə, gün, güz, 

yil, zəman və s.; 

“Kitab”dakı temporal isimlərin  əksəriyyəti türk mənşəlidir: 

ay, gün, yil... Ərəb-fars mənşəli temporal isimlərə isə az rast 

gəlinir: zəman, məhəl, dəm...;  

“Dastan”ın dili baxımından səciyyəvi olan temporal isimlə-

rin əksəriyyəti müasir Azərbaycan ədəbi dilində eynilə, bir hissəsi 

isə cüzi fonetik dəyişmələrlə sabitləşib: ay, gün, gecə, yaz, qış, 

yil... Müasir ədəbi dilimiz üçün arxaizm hesab olunan temporal 

isimlərin əksəriyyəti şivələrimizdə, əsasən, “Kitab”dakı forma və 

semantikasına uyğun işlənir: güz, öylən, ekindü...; 

“Kitab”dakı türk mənşəli temporal isimlər digər qədim türk 

abidələrinin dili üçün də  səciyyəvidir: “Kitab”da: ay, yil, güz, 

qış...; Orxon-Yenisey abidələrində: ay, yıl, küz, kış...; M.Kaşğari-

nin “Divan”ında:  ay, yıl, küz, kış...; Yusif Xas Hacibin “Qutadğu 

Bilig” poemasında: ay, yıl, güz, kış... Bu sözlərin hər birində qə-

dim türkün tarixi yaşayır; 

“Kitab”dakı zaman anlayışlı isimlərin leksik-semantik qrup-

ları rəngarəngliyi ilə fərqlənir: günün (24 saat  mənasında) hissələ-

rinin adı kimi çıxış edən sözlər: dün (gecə) gündüz, ekindü...; fəsil 

adları: yaz, yay, güz, qış; vaxtın, zamanın hesablanmasını ifadə 

edən sözlər: ay, gün, yil... Aydındır ki, gün (günəş) nə çıxır, nə 

                                                            

1

 İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007, 



səh.120. 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

215

 

də ki batır. Yer isə öz oxu və günəş  ətrafında fırlanır. Dəqiq 



desək, yerin öz oxu ətrafında fırlanma dövrü bir gün, Günəş 

ətrafında fırlanma dövrü isə bir ulduz ilidir. Amma qədim 

türkün, ümumən qədim dövrlərdə yaşamış insanların düşün-

cəsinə görə, gün (günəş) doğur (çıxır) və batır. Yəni qədim döv-

rün  insanları işıq və qaranlığı daha çox Günəşin hərəkət trayek-

toriyası ilə (Günəşin hərəkət trayektoriyası: bu birləşmə sonrakı 

səhifələrdə də şərti olaraq verilir) əlaqələndirməyə çalışıblar. Bu, 

eynilə müasir dilimizdə  də yaşamaqdadır: Gün çıxdı, hava işıq-

landı: Gün batdı, hava qaraldı. Bu mənada Günəşin bir gün ər-

zində (bir gecə və bir gündüz = 24 saat) görünmə vəziyyətinə görə 

günün hissələrinin adlandırılmasını “Kitab”ın dili kontekstində nə-

zərdən keçirək. Bəri başdan qeyd edək ki, “Kitab”ın dili bu müstə-

vidə daha zəngin görünür. İlk olaraq günün hissələrinin  adlarını 

zaman kəsiklərinə uyğun şəkildə sıralayaq: 

“Taη ötdi, gün toğdı” (D-90) = dan vaxtı, üfüq qızaran vaxt, 

gün çıxan vaxt, gündüz; 

“Mərə qocalar, ekindü vəqti munı maηa çevirəsiz, yiyəm” 

(D-226) = ekindü vəqti = günün ikinci yarısı, günorta; 

“Qaranqu axşam olanda qayğılu çoban” (D-40) = axşam, 

qaranlıq olanda, şər qarışanda;  

“Arxu beli, Ala tağı dünin aşdın” (D-186); 

“Dün uyxusından kafər otağa qoyuldı” (D-90) = dün//dünin 

gecə; 


“...dün burcuğında Qazan bəgiη ordısına gəldi” (D-38) = dün 

burcuğı = gecə yarısı. 

Bu cümlələrdə işlənmiş günün hissələrinin adlarını aşağıdakı 

kimi sistemləşdirmək olar:  

gün toğdı (gün çıxan vaxt, gündüz) → ekindü vəqti (günün 

ikinci yarısı, günorta) → qaranqu axşam (axşam, şər qarışanda) → 

dün//dünin (gecə) → dün burcuğı (gecə yarısı) → gün toğdı (gün 

çıxan vaxt, gündüz = bir gün (bir gecə və bir gündüz = 24 saat). 

Bu sistemdəki söz və birləşmələrin semantikası onu deməyə əsas 

verir ki, qədim türk bir gün ərzindəki konkret zaman kəsiklərini 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

216

 

Günəşin hərəkət trayektoriyasına (əslində, yerin öz oxu ətrafında 



fırlanmasına) uyğun  şəkildə adlandırıb. S.Xəlilov yazır: “Cisim 

mərkəz kimi götürüldükdə buna məkanın (mühitin) dəyişməsi ki-

mi də baxmaq olar. Yəni cisim fəzada (astronomik məkanda) nisbi 

yerini  dəyişmir, amma zaman hər halda keçir; bir məkan – mühit 

başqası ilə əvəzlənir. Mexanikada və ya həndəsi təsəvvürlərə görə, 

əgər cisim (nöqtə) yerini dəyişməyibsə, deməli, hərəkət etməmiş-

dir və ya başqa sözlə, zaman keçməmişdir”

1

. Müəllifin fikirləri də 



yuxarıda təqdim etdiyimiz sistemə daxil olan dil vahidlərinin 

təsadüfi olmadığını əsaslandırır. 

Günəşin “gün” (24 saat mənasında) adlandırılmasını M.Fü-

zuli “Leyli və Məcnun” poemasında poetik şəkildə canlandırıb: 

 

                        Gün şərti demişlər afitabı 



                        Billah ki, bu nüktədir hesabı, 

                        Hər gün ki, görünməz afitabım. 

                        Mən gün deməzəm, budur hesabım. 

Bu misralarda şair obrazın həyəcanlı, sarsıntılı anlarını 

Günəşin “gün” adlandırılması, daha dəqiqi, “afitab (günəş) = gün 

şərti”  kontekstində təqdim edir: əgər afitab (günəş) görünmürsə, 

deməli, Məcnun üçün həmin gün hesabda yoxdur. 

Nəsiminin  şeirlərində bir beyt daxilində zaman məzmunlu 

isimlərin ardıcıl sıralanması ilə poetik mənanın gücləndirilməsi 

müşahidə olunur:  

 

              Ruzumü şəbüm, ayü yilim, həftəvü günüm 



              Novruzumü eydüm, diləgüm, qədrü bəratum. 

Göründüyü kimi, şairin lirik “mən”i üçün ən müqəddəs gün 

bəratdır.  Ərəb mənşəli “bərat” sözünün beytdəki mənası isə be-

lədir: “...islam dininə görə: Məhəmmədə peyğəmbərlik xəbərinin 

verilməsi, qızı Fatimənin toyu, 12-ci imam Mehdinin anadan olan 

                                                            

1

 Əbu Turxanın hikmət dünyası. Prof. Dr.Səlahəddin Xəlilovun təqdimatında. Bakı, 



2012, səh.104. 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

217

 

günü və gecəsi (bütün bu hadisələr hicri-qəməri təqviminin 8-ci 



ayı şəbanın 15-də olmuşdur)”

1

. “Bərat” lirik “mən” üçün gündüz-



dən, gecədən, həftədən, aydan, ildən, hətta Novruz bayramından 

da gözəl və müqəddəsdir – bütün günlərin fövqündə duran bir 

gündür. Çünki həmin gün Məhəmmədə peyğəmbərlik verilib. Bu 

mənada yuxarıdakı beytdə semantik dinamikanın “ruz” (gündüz) 

sözü ilə başlanıb “bərat” sözü ilə  tamamlanması məhz poetik mə-

nanı qüvvətləndirməyə xidmət edir. Bir cəhəti də qeyd edək ki, 

beytdə  işlənmiş  ərəb-fars mənşəli ruz, həftə  və Novruz kimi za-

man məzmunlu isimlərə “Kitab”ın dilində təsadüf olunmur. Daha 

dəqiqi, “Kitab”ın dilində bu sözlərdən ikisinin  sinonimi müşahidə 

olunur:“ruz” – gecə, gündüz; həftə - yedi gün (“Yedi günlük azuğ-

la “çıqayın” – D-126). Sonuncu nümunədəki “yedi gün”(lük) bir-

ləşməsi ilə “həftə” sözünün semantik tutumu eyni xətdə birləşir. 

Bu da həmin zaman kəsiyinin “Kitab”ın dilində leksik yox, sintak-

tik temporallıq vasitəsi ilə ifadə olunduğunu açıq-aydın  şəkildə 

göstərir. 

M.Kaşğarinin “Divan”ında Günəşin doğması, yeddi qardaş 

ulduzunun dönməsi kimi məsələlər bədii mətnlərə istinadən izah 

olunur:  

                      “Kara tünüg keçürsədim, 

                       Ağır unı uçursadım, 

                       Yetigənig kaçur sadım. 

                        Sakış içrə künüm toğdı. 

                                   *  *  * 

                       Qara gecənin keçməsini dilədim, 

                       Ağır yuxunu uçurmaq istədim, 

                       Yeddi qardaş ulduzunu neçə dəfə saydım, 

                       Sayarkən günəşim doğdu. 

                                                            

1

 Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğəti. Bakı, 1981, 



səh.22. 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

218

 

Qaranlıq gecənin keçməsini, ağır yuxunun uçmasını istədim. 



Yeddi qardaş ulduzunun (Böyük Ayı bürcü) dönməsini dəfələrlə 

saydım, mən sayarkən, nəhayət, günəşim də doğdu”

1

. İlkin təsəv-



vürə görə, “Günəş” (gün işığı) günortadan sonra qayıtmağa, dön-

məyə başlayır. Bu cür təsəvvürlərin ifadəsinə müasir dilimizdə də 

rast gəlinir: Günün dönən vaxtıdır; Gün dönəndə gələrsən. Bu se-

mantik yük, daha doğrusu, “Günəşin dönməsi, qayırması” mənası 

M.Kaşğarinin “Divan”ında belə verilib: “kün kıyıldı=günəş zenit-

dən endi” (III cild, s.185). Qeyd edək ki, “kün kıyıldı” “günəş ze-

nitdən keçdi” mənasına daha çox uyğun gəlir. Yaxud “Divan”dakı 

başqa fakta diqqət yetirək: “tünərdi yer = qaranlıq oldu. Zaman 

üçün də belə deyilir: tünərür-tünərmək” (II cild, s.119). Buradakı 

“tün” sözü “dön” felinin ilkin formalarından biri kimi görünür. 

Maraqlıdır ki,  Günəşin həmin zaman kəsiyindəki hərəkəti 

müasir dilimizdə  “əyilmək” feli ilə ifadə olunur: “Əyilmək. Bat-

mağa doğru meyil etmək (Günəş haqqında): Gün əyilər, saralar ... 

(Bayatı)... Gün əyiləndən sonra sahənin üzərində dəstə-dəstə quş-

lar uçuşurdu (İ.Hüseynov)...”

2

. Çoxmənalı “əyilmək” feli bu məna 



yükünə görə (axşama yaxın günəşin üfüqdən çəkilməsi mənasında 

işlənmiş “gün əyilmək” frazeminin semantikası  nəzərdə tutulur) 

“dönmək” (Günəşin hərəkətini ifadə etmək kontekstində) feli ilə 

eyni semantik yuvaya daxil olur ki, bu da dediklərimizi başqa 

bucaqdan təsdiqləyir. Deməli, yuxarıdakı sistemdə (günün hissələ-

rinin adları  sıralanmış sxem nəzərdə tutulur) “günorta” anlamlı 

“ekindü vəqti” birləşməsindən sonra “günün dönən vaxtı”, “gün 

dönəndə” və ya “gün əyiləndə” tipli ifadələr verilə bilər ki, bu da 

həmin cərgədəki semantik dinamika ilə birbaşa bağlanır. Digər 

tərəfdən, bu assosiativlik gecə anlamlı “dün” sözünün çoxmənalı 

“dön” (mək) felinin semantik konversiyası  əsasında yarandığını 

düşünməyə  əsas verir (ö→ü  əvəzlənməsi də mümkündür: dön-

dün). Belə ki, qədim  türk dilində olduğu kimi, “Kitab”ın dilində 

                                                            

1

 M.Kaşğari. Divanü lüğat-it-türk. III cild, Bakı, 2006, səh.233. 



2

 Azərbaycan dilinin izahlı lüğəti. II cild, Bakı, 1980, səh.243. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

219

 

də “gün dönəndən tan ötənə qədərki müddət” (gün dönəndən gün 



çıxana qədərki zaman kəsiyi) “gecə” və “dün//dünin” sözləri ilə 

ifadə olunub (yuxarıdakı  nümunələrə bax). Bu dinamikliyi belə 

davam etdirmək olar: “Kitab”ın dilində “bu gündən  əvvəlki gün, 

keçən gün, irəliki gün” mənası “dün “sözü ilə ifadə olunub ki, bu 

da arxada qalan gecəyə  və gündüzə  işarə kimi başa düşülə bilər: 

“Dün yoq, ötəki gün eviη bundan keçdi” (D-47). Diqqətçəkən 

məqamlardan biri də budur ki, müasir dilimzdəki keçmiş zaman 

anlayışlı “dünən” sözü türkologiyada məhz “dün+gün=dünün= 

dünən” modelində izah olunur. Bu isə “gecə anlamlı “dün” sözü 

keçmiş zaman anlayışlı “dünən” zaman zərfində daşlaşmış vəziy-

yətdədir” − mülahizəsini söyləməyə imkan verir. 

S.Rzasoy doğuluşla bağlı ritual-mifoloji semantikadan bəhs 

edərkən göstərir: “Qadın ritual-mifoloji kontekstdə hərəkəti bildi-

rir, hərəkət funksiya ilə bağlıdır. Bu, hərəkətlə bağlı leksik-seman-

tik söz yuvasından çıxmış ilkin köklərinin qadının funksional 

semantikası ilə bağlı ilkin söz kökləri ilə bağlılığı boyunca daha 

aydın başa düşülür:  

 

                doğmaq -------------- “do” kökü 



                törətmək-------------- “to” kökü (Qadın) 

                tərpənmək -----------  “tə” kökü  

                durmaq --------------- “du” kökü (Hərəkət)”

1



Bu cəhət  Günəşin (gün işığının) hərəkətinə uyğun olaraq 

adlandırılmış müddəti müəyyən olan zaman kəsiklərinin adlarında 

da özünü göstərir:  

Künəş//günəş toğdı//doğdu – to//do kökü, kün//gün (gündüz) 

Künəş//günəş töndü//döndü – tö//dö kökü, tün//dün (gecə) 

Tün//dün, kün//gün ötdü – tünkün//düngün//dünən (arxada 

qalan bir gün, dünən) 

Fikrimizcə,  keçmiş  zamanın  qrammatik forması olan -dı

4

 

şəkilçisi də çoxmənalı “dön” felinin semantik konversiyası ilə ya-



                                                            

1

 S.Rzasoy. Oğuz mifinin paradiqmaları. Bakı, 2004, səh.27. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

220

 

ranmış “dün” (dünən) sözü əsasında reallaşıb. İlk olaraq -dı



şühu-


di keçmiş zaman şəkilçisinin etimologiyası ilə bağlı türkoloji ədə-

biyyatdakı çoxsaylı fikirlərdən bir neçəsinə diqqət yetirək: “-dı şə-

kilçisi sonu -dı (-tı) ilə qurtaran feli ad əsasında yaranıb” 

(R.M.Melioranski); “-dı şəkilçisi feli adların yaranmasında iştirak 

edən -duq şəkilçisi əsasında formalaşıb (O.Bötlinq);  “-dı şəkilçisi 

-t mənsubiyyət şəkilçisi ilə -ıt

feli isim şəkilçisi əsasında reallaşıb 



(N.K.Dmitriyev); “-dı şəkilçisi tur (dur) morfemindən törəmədir” 

(V.V.Radlov); “-dı şəkilçisi forma və semantikasına görə -t şəkil-

çisi qoşulmuş feli adlarla eyni xətdə birləşir, onun bir variantı kimi 

çıxış edir” (V.M.Nasilov)... K.Bəşirov bu cür fikirləri təqdim et-

dikdən sonra A.M.Şerbakın mövqeyini müdafiə edərək yazır: 

“A.M.Şerbak bu qənaətə  gəlir ki, -dik, -duq variantı ilə yanaşı, 

türk  dillərində -duğ, -düg  forması  da  olmuşdur  ki, -dı

forması 



bundan törəmişdir. Müəllif türk dilində mövcud olan yazduk (ya-

zılmış) - yazdı (o yazdı) və zavallılıq (yazıqlıq) – zavallı paralellə-

rinə istinad edərək sübuta çalışır ki, hər iki nümunədə  səsdüşü-

münün mahiyyəti xaraktercə eyni əsasla baş vermişdir”

1

. İ.Vəliyev 



isə -dı şəkilçisinin etimologiyasına tam başqa bucaqlardan yanaşır. 

Müəllif ilk olaraq -dı şəkilçisinin etimologiyası ilə bağlı fikirlərin, 

demək olar ki, hamısını təhlil süzgəcindən keçirir. Sonra isə müx-

təlif mənbələrə istinad edərək yazır: “Bizim fikrimizcə, -dı şəkil-

çisi qədim türk dillərində keçmiş zamanı ifadə edən -duq//-dük şə-

kilçisindən törəmişdir. Qədim türk tayfalarının bir neçəsində -dı//-

di  şəkilçili keçmiş zaman forması  əvəzində onunla eyni funksi-

yaya malik olan -duq//-dük keçmiş zaman şəkilçisi də işlənir və bu 

formanın qoşulduğu fel -dı//-di  şəkilçili keçmiş zamanın ifadə 

etdiyi mənanı bildirir, yəni bu forma vasitəsi ilə də keçmişdə icra 

olunmuş iş və hərəkət  haqqında şahidlik yolu ilə xəbər verildiyi 

göstərilir: məsələn, ...Ol ya kurduk – o, yay qurdu; men ya kurduk 

– mən yay qurdum... Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” 

                                                            

1

 K.Bəşirov. Oğuz qrupu türk dillərində qrammatik morfemlər. Bakı,2009,səh.136. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin