ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə22/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

221

 

əsərində -duq//-dük forması  qəbul etmiş feil təsriflənərkən  şəxs 



sonluğu qəbul etmədən bütün şəxslər üzrə işlənmişdir...: 

           tək                                        cəm 

I şəxs - mən kurduk                     biz kurduk 

II şəxs – sən kurduk                     siz kurduk 

III şəxs – ol kurduk                      onlar kurduk 

İ.Vəliyev fikirlərini belə yekunlaşdırır: “Ola bilsin ki,  bu 

forma “mən gəldük”  şəklində ifadə olunmuş, sonralar tədricən 

şəxs  əvəzliyi olan “mən” feildən sonra əlavə olunmuş (mən gör-

dük mən), nəticədə isə gördüm forması  əmələ  gəlmişdir (mən 

gördük>mən gördük mən)>mən gördü mən>mən gördüm> gör-

düm)”

1

. Müəllifin M.Kaşğarinin “Divan”ından təqdim etdiyi nü-



munələr də təsdiq edir  ki, qədim dövrlərdə feildən sonra nə şəxs 

şəkilçiləri, nə də ki onların etimoloji əsası olan şəxs əvəzlikləri iş-

lənib. Yəni keçmiş zaman funksiyasını yerinə yetirmiş -duq, -dük 

şəkilçisindən sonra heç bir qrammatik morfemə rast gəlinmir. Bu-

rada sual yaranır: keçmiş zamanın qrammatik forması kimi işlən-

miş -duq, -dük şəkilçisinin arxetipi kimi hansı söz götürülə bilər? 

Müqayisə  və qarşılaşdırmalar keçmiş zamanın ilkin qram-matik 

formalarından biri hesab olunan -duq, -dük şəkilçisi, eləcə də şü-

hudi keçmiş zamanın qrammatik forması kimi sabitləşmiş -dı

4

 



şəkilçisi ilə keçmiş zaman anlayışlı “dün” (dünən) zaman zərfi 

arasında semantik-qrammatik bağlılıq olduğunu göstərir. Bu fikrin 

düzgünlüyünü belə arqumentləşdirmək olar: hər ikisi keçmiş za-

manı ifadə edir, daha doğrusu, keçmiş zaman mənası birində lek-

sik (dün, dünən), digərində qrammatik (-duq, -dük; -dı

4

) vasitə ilə 



ifadə olunub; hər ikisi, əsasən, eyni fonetik tərkibə malikdir: 

dün//dünən (keçmiş zaman anlayışlı zərf); -duq, -dük (keçmiş za-

manın sabitləşmiş qrammatik forması); dün (dünən anlamlı)  sözü-

nün sonundakı “n”  səsinin düşməsi ilə -dı

4

 formasının sabitləş-



məsi mümkündür (müq.et: örtülü – qapalı hecadan örtülü-açıq he-

                                                            

1

 İ.Vəliyev. Azərbaycan yazılı abidələrinin dilində keçmiş zamanın ifadə formaları. 



Bakı, 2009, səh.45-46. 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

222

 

caya keçid nəticəsində sabitləşmiş sözlər: qapıq-qapı, qoraq-qo-



ra...); keçmiş zamanın ilkin forması kimi çıxış edən -duq, -dük 

morfemindəki “q” və “k” səslərinin düşməsi də mümkündür (yu-

xarıdakı sözlər kimi). Amma burada istər-istəməz yeni bir sual 

yaranır: keçmiş zaman anlayışlı dün (dünən) sözünün sonundakı 

“n” səsi ilə -duq, -dük şəkilçisindəki “q” və “k” səsləri arasında 

hansı bağlılıq var, onları birləşdirən cəhət nədir?  Birincisi, “gecə” 

və “dünən” mənasında işlənmiş “dün” sözünün çoxmənalı “dön”-

mək felinin semantik konversiyası əsasında yarana bilməsini  ehti-

mal etmişik (bax: gecə anlamlı “dün” sözünün “Günəş döndü”  

tipli cümlələr  kontekstində izahı). İkincisi, F.Cəlilov “dön” felinin 

türk dillərindəki allomorflarından bəhs edərkən onun “dön-don-

dün; töη-tönq-tünq” kimi variantlarını göstərir

1

. Bu mənada  “dön” 



felinin ilkin formasını bərpa etməyə çalışaq: tönq//dönq. Sonuncu-

nun -duq, -dük  formasına düşə bilməsi də  mümkün hadisələrdən-

dir. Yəni “dönq” felindəki qovuşuq “nq” səsinin “q” və “k” səsləri 

ilə əvəzlənməsi türk dilləri üçün səciyyəvidir. Belə ki, “... “η” sə-

sinin qədim  şəkli qovuşuq nq, nğ, ng olmuşdur ki, bunu türk 

dillərinə aid qədim abidələrdə, klassiklərimizdə və dialektlərimiz-

də görə bilərik... Daha sonralar qovuşuq “nq” səsi get-gedə öz 

hissələrinə parçalanmış, bir qrup dialektlərdə bu səsin “n” ünsürü-

nə, başqa bir qrup dialektlərdə isə q, ğ, g ünsürünə üstünlük veril-

mişdir”


2

. M.Məmmədli isə qovuşuq “nq” səsinin qıpçaq qrupu 

türk dillərində “k” və “q” səsləri ilə  əvəzlənməsini konkret fakt-

larla əsaslandırılıb

3

. Bir cəhəti də qeyd edək ki, müasir ədəbi dili-



mizdəki “dönmək” feli qərb  şivələrində ilkin forma və semanti-

kasına uyğun işlənir: Soηra döηərsəη; Geri döηməx` tezdi. Yaxud 

“nq” səs birləşməsi Şəki şivəsində eynilə mühafizə olunur: donqur 

(donur), danqır (danır)

4

. Deməli, -duq, -dük keçmiş zaman forması 



                                                            

1

 F.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, səh.183. 



2

 M.Şirəliyev. Azərbaycan dialektologiyasının əsasları. Bakı, 1962, səh.76. 

3

 M.Məmmədli. Azərbaycan dilində ismin qrammatik kateqoriyaları. Bakı, 2003, 



səh.123. 

4

 M.İslamov. Azərbaycan dilinin Nuxa dialekti. Bakı, 1968, səh.40-41. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

223

 

“dönq”(mək)  felinin konversiyası  əsasında yaranıb  − fikri də 



mümkün mülahizələrdən hesab oluna bilər. Bütün bunlar keçmiş 

zaman anlayışlı “dün” zərfinin -dı

4

 qrammatik zaman formasına 



transformasiyasını modelləşdirməyə də imkan verir:  Dün get dün 

= Dünən getdi. Belə bir sistem isə şəxs-xəbərlik şəkilçilərinin şəxs 

əvəzlikləri əsasında  yarandığını təsdiqləyən nümunələrlə səsləşir: 

“Bən bunıη alnına niyə tayaq olurbən – tururbən = Mən niyə 

bunun alnına dayaq olub dururam?” (“Kitab”); “-mən tənqrigə 

sığınur mən = mən tanrıya sığınıram” (M.Kaşğari. “Divan”).  

Keçmiş zamanı ifadə edən -dıq feli sifət şəkilçisi qədim türk 

abidələri, o cümlədən “Kitab”ın dili üçün səciyyəvi olub. Müqayi-

sə və qarşılaşdırmalar göstərir ki, müasir türk dillərində fərqli fo-

netik tərkiblərdə müşahidə olunan bu şəkilçinin etimologiyası ilə 

bağlı müxtəlif fikirlər var: B.Serebrennikovun fikrincə, “-dıq feli 

sifət  şəkilçisi -t və -ik şəkilçilərinin sintezi əsasında yaranıb”

1



S.Əlizadəyə görə, “...-dığı, -digi formalı feli sifətlər nisbət şəkilçi-



ləri ilə  fərqlənir. Həmin  şəkilçilərlə formalaşan feli sifətlərin feli 

adlar, substantivləşmiş  məsdərlər kimi dərk olunması XVI əsrin 

yazı dilində xüsusi nəzərə çarpan qrammatik meyillərdən idi”

2



H.Mirzəzadə isə -dıq feli sifət şəkilçisinə tam başqa prizmadan ya-

naşır: “...Birincilərdən fərqli olaraq -dığı, -digi şəkilçisi tərkib eti-

barilə mürəkkəbdir. Buraya şühudi keçmiş zaman şəkilçisi -dı

 və 



isim düzəldən -q, -k, nəhayət, bir də şəxs sonluğu daxildir. -dığı, -

digi şəkilçisi üçüncü şəxsi ifadə etməsinə baxmayaraq, yerinə görə 

hər üç şəxsin təki və cəminə görə də işlənə bilir

3

; Qeyd edək ki, bu 



fikirlər yuxarıda təqdim etdiyimiz -dıq morfeminin etimoloji  

əsasları ilə  əks qütbdə dayanır. Fikrimizcə, -dıq  şühudi keçmiş 

zaman forması ilə -dıq feli sifət şəkilçisi eyni xətdə birləşir. Daha 

doğrusu, -dıq feli sifət şəkilçisi -dıq şühudi keçmiş zaman şəkilçi-

                                                            

1

  Б.Серебренников,  Н.Гаджиева.  Сравнительно  историческая  грамматика 



тюркских языков. Баку, 1979, стр.230. 

2

 S.Əlizadə. Orta əsrlərdə Azərbaycan yazı dili. Bakı, 1985, səh.69. 



3

 H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 1990, səh.170. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

224

 

sindən törəmədir: birincisi, ona görə ki,  hər ikisi fonetik tərkibcə 



eynidir; ikincisi, hər ikisi keçmiş zaman mənasını ifadəetmə  xət-

tində birləşir; üçüncüsü, -duq feli sifət  şəkilçisinin -dıq  şühudi 

keçmiş zaman şəkilçisindən əvvəl yarana bilməsi məntiqə ziddir. 

Qeyd etdiyimiz kimi, -dı

4

 qrammatik zaman forması ilə -dıq keç-



miş zamanın ilkin qrammatik forması eyni semantik  yuvaya da-

xildir.  Bu sistemdə isə “-dı

4

”  şəkilçisi “-dıq



4

”-dan törəmə hesab 

olunur: “-dıq şəkilçisi də vaxtilə zaman şəkilçisi kimi işlənmişdir. 

Başqa sözlə, hazırda dilimizdə şühudi keçmiş zaman şəkilçisi kimi 

məhsuldar olan -dı, -di, -du, -dü qədimdə -dıq formasında  olmuş-

dur.  Zaman keçdikcə q səsi düşmüş,  -dıq, -dı şəklində  sabitləş-

mişdir. Deməli, -dıq formasını -dı  şəkilçisinin adyektiv variantı 

adlandırmaq olar”

1

. Bütün bu qeydləri (eyni zamanda -dıq



4

 feli si-

fət şəkilçisinin -dıqda

4

 və -dıqca



4

 feli bağlama şəkilçilərində iştira-

kını) leksik və qrammatik temporallıq vasitələrinin dinamikası 

kontekstində sistemləşdirək: 

tönq//dönq (Günəşin dönməsini ifadə edən “dön” felinin qə-

dim formaları) → dünq//düη//dün (“dünən” sözünün ilkin forma-

ları) =  -duq, -dük (keçmiş zamanın ilkin qrammatik forması = -dı, 

-di, -du, -dü (şühudi keçmiş zamanın tam sabitləşmiş forması); 

-duq, -dük (keçmiş zamanın ilkin qrammatik forması)  →  -

dıq, -dük (keçmiş zamanı ifadə edən feli sifət  şəkilçisinin ilkin 

forması)→ + mənsubiyyət şəkilçiləri = -dığım

4

, -dığın



4

, -dığı


4

,  -


dığımız

4

, -dığınız



4

, -dıqları

4

 (müasir Azərbaycan  ədəbi dilində 



sabitləşmiş feli sifət şəkilçiləri); 

-duq, -dük (keçmiş zamanı ifadə edən feli sifət  şəkilçisinin 

ilkin forması) → + -da

2

 = -dıqda



4

 (feli bağlama şəkilçisi); 

-duq, -dük (keçmiş zamanı ifadə edən feli sifət  şəkilçisinin 

ilkin forması) → = -ca

2

 = -dıqca



4

 (feli bağlama şəkilçisi). 

Göründüyü kimi, Günəşin hərəkət trayektoriyası ilə bağlı 

olaraq yaranmış sözlər zaman məzmunlu isim və zərfləri, keçmiş 

zamanı ifadə edən -dı

4

 qrammatik şəkilçisini,   keçmiş  zaman   



                                                            

1

 C.Cəfərov. Nitq hissələrində keçid prosesləri. Bakı, 1983, səh.55. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

225

 

məfhumunu   özündə   ehtiva   edən  -dıq



4

 (-dığım


4

, -dığın


4

, -dığı


4

,  


-dığımız

4

, -dığınız



4

, -dıqları

4

) feli sifət şəkilçisini, hətta -dıqda



4

, -


dıqca

4

 kimi feli bağlama şəkilçilərini də əhatə edir. 



Dün//gecə, gündüz sözlərini, eyni zamanda fəsil adlarını Gü-

nəşin (işığın) hərəkəti trayektoriyası  və düşmə  dərəcəsi baxımın-

dan nəzərdən keçirək. Bəri başdan qeyd edək ki, M.Kaşğarinin 

“Divan”ında  “qış” sözünün “kışar” (Günəş göyün ortasından çə-

kilsə. Yenə belə deyilir – kışar-kışmak (MK. III, səh.179),  “güz” 

(payız)  sözünün “küzər” (öd küzərdi= mövsüm payızlaşdı. Payız 

fəsli girdi...küzərür – küzərmək. MK.II. səh.113)  şəklində  işlən-

məsinə rast gəlinir. “Kitab”dakı “dan vaxtı, üfüq qızardığı vaxt” 

anlamlı “alar” (“Alar sabah Dirsə xan qalqubanı yerindən uru  

turıb...”) sözü də  həm müəyyən zaman kəsiyini ifadə etməsinə, 

həm də formasına görə M.Kaşğarinin “Divan”ında işlənmiş kışar 

(qış), küzər (güz-payız) sözləri ilə səsləşir, onlarla eyni semantik 

yuvaya daxil olan sözlərdən biri kimi çıxış edir. Bu mənada günün 

hissəslərini ifadə edən sözlərin (gecə. gündüz...)? həmçinin fəsil 

adlarının (yaz, yay, güz (payız), qış) izahında həmin formaya 

uyğun (kışar – qış; küzər-güz; alar – sübh vaxtı) bərpa məqbul 

hesab oluna bilər. Məsələn, belə:  

− kün//gün (işıq) al + ar = alar (qızarmaq) = alar vaxtı, üfüq 

qızaranda; 

− kün//gün (işıq) tüş//duş+ər=küntüşər//gündüşər →küntüşər 

//qündüşər = küntüş//küntüs  → küntüz = gündüz (gün düzər = 

gündüz modelində də düşünülə bilər); 

− kün//gün (işıq) tön//dön + ər = tönər//dönər = tün//dün 

(gecə); 


− kün//gün (işıq) keç + ər = keçər→keçə = gecə; 

− kün//gün (işıq) yar + ar = yarar (məcazi mənada: göyü iki 

yerə bölər) → yarar → yazar + yaz; 

− kün//gün (işıq) yay + ar = yayar  (işığın çox yayılması, 

işıqlanma dərəcəsinin çox olması) = yay;  

− kün//gün (işıq) + küz (köz) + ər=küzər→küz=güz (payız); 

− kün//gün (işıq) kış//qış + ar = kışar//qışar = kış//qış = qış... 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

226

 

Maraqlıdır ki, 30 günün (əslində, 29,5 günün) ay adlandırıl-



ması gecələr Günəş  işığı ilə  işıqlanan Ayın yer ətrafında 1 dəfə  

dövrə vurması ilə bağlıdır. 12 ay və ya 365 günün yıl//yil//il adlan-

dırılması da assosiativ olaraq Günəş  işığını, işıq, od anlamlı 

yal//yıl morfemini yada salır. Buraya qədər dediklərimiz “Ki-

tab”da işlənmiş zaman məzmunlu isimlərin hər birini ayrılıqda, 

həm də tarixi-linqvistik müstəvidə nəzərdən keçirməyi diktə edir. 

“Kitab”dakı zaman anlayışlı isimləri leksik-semantik xüsusiyyət-

lərinə görə üç istiqamətdə qruplaşdırmaq olar: 



 

Günün hissələrinin adları 

 

İlk olaraq qeyd edək ki, türkologiyada alar, ayda, gecə, yazın 



kimi sözlər işlənmə yerinə görə bəzən isim, bəzən də zərf başlığı 

altında verilir. “Kitab”ın dilində  işlənmiş bu tip sözlərin ümumi 

mənzərəsi daha aydın görünsün, - deyə onların hər birinin isim 

başlığı altında verilməsini daha məqbul hesab edirik. 



Alar. “sübh vaxtı, dan vaxtı, üfüq qızardığı vaxt” və s. an-

lamlı “alar” sözü “Kitab”da I növ təyini söz birləşməsinin birinci 

tərəfi kimi çıxış edir: alar sabah. “Alar sabah Dərsə xan yerindən 

uru turdı” (D-21); alar taηla (səhər tezdən). “Alar taηla yerindən 

turan yigit, nə yigitsən?” (D-287). Qorqudşünaslıqda “alar taη” 

daha çox I növ təyini söz birləşməsi modelində izah olunur. Am-

ma bu sinonim qoşa sözlər baxımından da şərh edilə bilər (müq.et: 

alar – üfüq qızardığı vaxt, sübh vaxtı; taη – sabah açılarkən, günə-

şin üfüqdə ilk ağarması...). Digər tərəfdən, o da qeyd oluna bilər 

ki, müasir dilimizdəki “səhər çağı, səhər gün çıxmaq üzrə olanda, 

dan yeri sökülən vaxt” anlamlı “ala-toran” sözü “Kitab”dakı “alar 

taη” ifadəsinin fonetik deformasiyalarla sabitləşmiş forması kimi 

görünür. Müq.et: alar taη; ala–toran. Bunlardan birincisi, yəni 

“alar taη”  metateza ilə işlənərsə, belə bir forma alınar: alatran. Bu 

fonetik tərkibdəki “tr” samitlərinin arasına “o” saitinin artırıla bil-

məsi də dilimizdəki mümkün fonetik hadisələrlə  səsləşir (alat-

ran=ala-toran). Amma onu da qeyd etmək lazım gəlir ki, müasir 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

227

 

dilimizdə “toran” sözü müstəqil  şəkildə  təkcə “sübh gün çıxan 



vaxt, səhər çağı” yox, həm də “axşam qaranlığı çökdüyü zaman” 

mənasında işlənir. Fikrimizcə, bu, işıqdan qaranlığa (gündüzdən 

gecəyə) və  əksinə, qaranlıqdan işığa (gecədən gündüzə) keçidi 

ifadə edən sözlərdən biri kimi götürülə bilər. Təsadüfi deyil ki, 

müasir dilimizdəki “ala-toran” sözünün birinci mənası da məhz 

“bir az qaranlıq, yarıqaranlıq, yarıişıq” kimi sözlər kontekstində 

təqdim olunur. 

“Kitab”da “alar sabah” birləşməsinin “alan sabah” (səhər ça-

ğı) şəklində işlənməsi də müşahidə olunur: “Alan sabah sapa yer-

də dikiləndə” (D-204). A.Məmmədova bunlardan birincisini qır-

mızı anlamlı “al” morfemi ilə əlaqələndirir: “Alar kəlməsi hər hal-

da qırmızı mənasını da ifadə edən al kökü ilə bağlıdır. Ola bilsin 

ki, səhər tezdən günəşin çıxmasından öncə göy üzünün qırmızı 

rəngə boyanması alar sözünün “sübh vaxtı” anlamını ifadə etmə-

sinə  gətirib çıxarıb”

1

. Müəllifin güman şəklində  təqdim etdiyi 



“alar” sözü formasına görə zaman məzmunlu “kışar” (qış) və kü-

zər (güz, payız) sözləri ilə eyni xətdə birləşir. Digər tərəfdən, “Ki-

tab”da qızarmaq anlamlı “alarmaq” felinin dissimilyasiya hadisəsi 

nəticəsində “alalmaq” şəklində  işlənməsinə  təsadüf olunur: “Qa-

zan bəg alaldı” (D-124)_. M.Kaşğarinin “Divan”ında isə “alar” 

şəklindədir: “talka alardı = üzüm qızardı” (III c., səh.229). Bu mə-

nada “alan” sözü də “alar”ın fonetik variantı hesab oluna bilər. 

Maraqlıdır ki, “Kitab”da “alar” sözünün təkcə “alan” yox, həm də 

“ala” formasında işlənməsinə rast gəlinir: ala taηla (sübh tezdən, 

səhər çağı). “Ala taηla yeriηdən turı gəldiη, oğulu tutdurduηmu?” 

(D-194). Bunların üçü də eyni semantik yükə malikdir: alar taηla 

– sübh vaxtı, səhər çağı; alar sabah – sübh vaxtı, səhər tezdən; ala 

taηla – səhər tezdən. Bu isə  həm də onu deməyə  əsas verir ki, 

“alar” sözü müasir dilimizdəki “ala-toran” sözündə fonetik dəyi-

şikliyə uğramış vəziyyətdə sabitləşib (yuxarıdakı şərhlərə bax: alar 

taηla = ala-toran). 

                                                            

1

 A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.22. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

228

 

Taη. “Kitab”da “tan ötmək” (dan yeri qızarmaq) və “taη yel-

ləri əsmək” (dan yelləri əsmək) kimi  birləşmələrdə müşahidə ol-

unur: “Taη ötdi, gün toğdı” (D-90); “Salqum-salqum tan yelləri 

əsdigində,  Saqallu boz ac turğay sayradıqda” (D-21). Poetik siq-

lətli bu tip misralar türk poetik təfəkkürünün zənginliyini açıq-ay-

dın şəkildə göstərir. Burada onu da vurğulayaq ki, təbiət hadisələ-

rinin, xüsusən də dan yerinin sökülməsinin bu cür obrazlı ifadəsi 

başqa xalqların ədəbiyyatı üçün də səciyyəvidir. Rus şeirinin klas-

siklərindən biri Afonisi Fetin “Dan söküləndə”  şeiri də dedik-

lərimizi sübut edir. Həmin şeiri Qoca Xalidin tərcüməsində eynilə 

təqdim edirik:  

   Gecə yanıb-tökülür: 

   Ta dan yeri sökülür; 

   Kölgə, tayaya doğru 

Çəkilir oğrun-oğrun; 

Üfüq nura bölünür; 

Safdı soyuq hava da, 

Quşlar dinir yuvada... 

Gün əzilib-büzülür, 

Qəlbə fərəh süzülür. 

Bədii tərcümənin bütün prinsiplərinə  əməl olunmuş bu şeir 

parçasında Qoca Xalidin poetik ruhu, şirin və obrazlı dili qabarıq 

şəkildə görünür. O, sanki “Dan söküləndə” şeirini tərcümə etmə-

yib, onu yenidən yaradıb. Açığını deyim ki, son dövrlərdə bu cür 

bədii tərcümələrə çox az rast gəlinir.  



Gün. (“gün” sözü həm də “gündüz” mənasını ifadə etdiyi 

üçün şərti olaraq bu bölməyə daxil edilir). “Kitab”da “gün”  sözü-

nün üç əsas mənada işlənməsi müşahidə olunur: gün (günəş məna-

sında); gün (“24 saat” mənasında); gün (gündüz mənasında). 

Müqayisə  və qarşılaşdırmalar göstərir ki, “Kitab”da “planet 

sisteminin işıq və istilik verən, közərmiş böyük şar şəklində olan 

mərkəzi göy cismi” anlamlı “gün” (günəş) sözü üstün mövqedə 

görünür: 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

229

 

“Taη ötdi, gün toğdı” (D-90); “Köksi gözəl qaba tağlara gün 



dəgəndə” (D-21); “Dəpəgöz günə qarşu arxasın vermiş” (D-225). 

... “Günəş” anlamlı “gün” sözünün digər işlənmə  məqamları isə 

belədir: toponimik vahiddə birinci komponent kimi işlənməsinə 

rast gəlinir.: Günortac (Qalarda – qoparda yerim Günortac); antro-

ponimik vahiddə ikinci komponent kimi müşahidə olunur: Qara-

günə; bir sıra təşbeh və epitetlərin daxilində ən həlledici detal kimi 

görünür: “Aydan arı, gündən görkli qız qardaşıη Banıçiçəgi Bam-

sı Beyrəgə diləməgə gəlmişəm!” (D-83); “Toz yarıldı, gün kibi şı-



ladı, dəηiz kibi yayqandı” (D-127). 

“24 saat” anlamlı “gün” sözünün də intensivliyi özünü göstə-

rir. Bir neçə məqama diqqət yetirək: 

− hər gün anlamlı “gündə” zaman zərfində kök morfemi kimi 

çıxış edir: “Gündə altmış adam veriη yeməgə!” (D-219); 

− “ol gün” I növ təyini söz birləşməsinin ikinci tərəfi kimi 

işlənərək keçmiş zaman mənasını reallaşdırır: “Ol gün  qara polat 

uz qılıclar çalındı” (D-132);  

− indiki zaman məzmunlu “bu gün” söz birləşməsində  əsas 

tərəf kimi işlənib: “Bən  bu gün Qoηur ata qaqaram, üç günlük 

yolı bir gündə aluram...” (D-43); 

− “bir gün” I növ təyini söz birləşməsində həm keçmiş, həm 

də gələcək zaman mənası ifadə olunur ki, burada da əsas tərəf ki-

mi məhz “gün” sözü çıxış edir: keçmiş zaman mənasında − “Bir 



gün Qam Ğan oğlı xan Bayındır yerindən turmışdı” (D-10); gələ-

cək zaman mənasında − “Bir gün ola, düşəm öləm, yerimdə-yur-

dımda kimsə qalmıya!” (D-68). 

“Gündüz” anlamlı “gün” sözünə isə az təsadüf olunur: “Üç 

gün  dünli-günli yortdı” (D-263). Buradakı “dünli-günli” mürək-

kəb sözünün birinci komponenti gecə(li), ikincisi isə gündüz(lü) 

mənasındadır. Konkret desək, həmin arxaik formanı sadələşdirdik-

də belə olur: gecəli-gündüzlü. Qeyd etdiyimiz kimi, “Kitab”da bu 

formaya  da təsadüf olunur: gecə-gündüz. “Gecə-gündüz demədi-

lər, yortma oldı” (D-301). Deməli, “Kitab”ın poetik strukturunda 

antonimlik və sinonimliyin sintez şəklində  təzahüründən də  bəhs 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

230

 

etmək olar: dünli-günli//gecə-gündüz. Hər iki söz daim, vaxt 



bilmədən, bütün günü və gecəni kimi mənaları ifadə edir. 

“Kitab”da “gündüz” və “24 saat” anlamlı “gün” sözünün mə-

na fərqi mətnin semantik yükünə, xüsusən də həmin mətndəki dün 

və gecə sözlərinə görə müəyyənləşir: “Qırq gün-qırq gecə toy-

dügün eylədilər” (D-120). Heç şübhəsiz ki, “qırq gün” modelin-

dəki “gün” isminin “gündüz” mənasında işləndiyini  əlavə arqu-

mentlərlə təsdiqləməyə ehtiyac yoxdur. 

“Gün “ sözü ilə bağlı bir məqama da diqqət yetirmək lazım 

gəlir: “Kitab”da “el-gün” sözünün mətn daxilində yurd, el-oba 

mənasında işlənməsi özünü göstərir: “Elim-günim çapılmadın...” 

(D-299). A.Məmmədova “gün” sözünün çoxmənalılığından bəhs 

edərkən “el-gün” sözünə də münasibət bildirir: “...dildə qarışıqlıq 

və dolaşıqlığı aradan qaldırmaq üçün dil özü təbii-morfoloji yolla 

üç sözü bir-birindən ayırmışdır (gün, günəş, gündüz).  Ancaq lek-

semin “el, oba” mənası hələ də el-gün birləşməsi halında işlənir və 

S.Vurğunun bir misrası ilə daha da məşhurlaşmışdır (Elim, gü-

nüm, obam sənsən)”

1

. Bu fikrin davamı olaraq onu da qeyd edək 



ki, “el-gün”ün şivələrimizdə mühafizə olunması dialektologiyaya 

dair  əsərlərdə xüsusi olaraq göstərilir. Məsələn, E.Əzizov arxaik 

“elkün” sözünün Şəki şivəsində “qohum-qardaş” mənasında işlən-

diyini faktlarla əsaslandırır

2

.  Bu sətirlərin müəllifi də “el-gün” 



sözünün qərb  şivələrində ilkin forma və semantikasına uyğun 

işləndiyini göstərib: Toyda eliη-günüη başda olmalıdı; Elηizə-

günüηzə noluf kin?

3



Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin