ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə24/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

241

 

“Kitab”ın dilində “ilin on iki ayından hər biri” anlamlı “ay” 



sözü daha çox müəyyən miqdar saylarından sonra  işlənib: “Bir ay 

baqsun, - Bir ayda varmazsam, iki ay baqsun! İki ayda varmaz-

sam, üç ay baqsun!...” (D-144); “Toquz ay tar qarnımda götür-

digim, oğul!” (D-164). 

Astronomiya və coğrafiyaya dair mənbələrdə göstərildiyi 

kimi, “Ay təqviminin əsasını təşkil edən sinodik (qəməri) ay – Ay 

səfhələrinin dəyişmə dövrü olub, 29, 581 orta Günəş sutkasına 

bərabərdir”. Bu mənada türk dillərində  hər 29,5 və ya 30 günün 

“ay” adlandırılması  təbiidir. Heç şübhəsiz ki, qədim türklər yaz, 

yay, güz (payız), qış sözlərini yaradarkən Günəşin hərəkət trayek-

toriyası, işığı ilə yanaşı, gecələr inikas edən “Günəş” işığı ilə 

işıqlanan göy cismini – “Ayı” da müşahidə ediblər, onun işığını da 

nəzərə alıblar. Bu müasir dilimizdə mühafizə olunan “boz ay” 

(qışın axırıncı ayı, mart ayı), “elqovan ay” (yayın axırıncı ayı) 

kimi ay adlarında, eyni zamanda “ay qaranlığı” (ay işığı olmayan 

gecə, qaranlıq gecə), “ay doğmaq” (gecə ayın doğması, çıxması), 

“ay görünmək” (hər ayın  əvvəlində hilalın (ayparanın) ilk dəfə 

görünməsi) və s. ifadələrdə də özünü göstərir. Burada S.Cəfərovun 

omonimlərin  əmələ  gəlmə yolları ilə bağlı söylədiyi fikirlərdən 

biri yada  düşür: “Çoxmənalı sözlərdə  mənalarından biri inkişaf 

edərək, müstəqim məfhum ifadə etməyə başlayan yeni sözə çevril-

məsi ilə; məsələn, ay (otuz gün) – Ay (yerə  ən yaxın məsafədə 

olan peyk), hər ikisi isim...”

1

. Maraqlıdır ki, M.Kaşğari “ay” sözü-



nün semantikasını daha dəqiq, həm də poetik mətnlər kontekstində 

şərh edib: “...ay (30 gündən ibarət olan ay). Bu, beytdə  də 

işlənmişdir: 

          “Kışka etin, kəlsə kalı kutluğ yay, 

          Tün, kün keçə alkınur ödhlək bilə ay” 

                Qışa hazırlaş sən, gəlsə qutlu yay, 

                Gecə-gündüz keçərək başa çatır zamanla ay”. 

                                                            

1

 S.Cəfərov. Müasir Azərbaycan dili. Bakı, 1982, səh.23. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

242

 

(Mübarək yay gələndə sən qışa hazırlıq gör, çünki gecənin və 



gündüzün keçməsi ilə ay və zaman başa çatır). 

İlin 12 parçasından hər birinə ay deyilməsinin səbəbi odur ki, 

bu müddət ayın keçməsi ilə başa çatır. Bu məsəldə də  işlənir: “ay 

tolun bolsa, əligin imləməs = bəbir ay əllə göstərilməz. Çünki 

gözü olan hər kəs onu görür”

1

.  



“Kitab”da ilin aylarının adlarına rast gəlinmir. Daha doğrusu, 

bu, əsasən, fəsil adları ilə ifadə edilir: Yaz, güz (payız), qış. “Yay” 

sözü isə müstəqil  şəkildə  fəsil adı kimi işlənməsə  də, yer-məkan 

məzmunlu “yaylaq”, “yayla” kimi sözlərdə kök morfemi kimi  

çıxış edir. Çox güman ki, bu, qədim türklərdə yaz sözünün həm də 

yay mənasında işlənməsi ilə bağlıdır. Bu, öz təsdiqini M.Kaşğari-

nin “Divan”ında da tapır: “...yaylağ. Bu, yaz demək olan yay  sö-

zündən alınmışdır”

2

.  Yeri gəlmişkən, M.Kaşğari “ay” adlarına da 



münasibət bildirib: “Ayların adlarına gəlincə, şəhərlərdə ay adları 

ərəbcə  işlənir. Köçərilər və müsəlman olmayan türklər ili dörd 

fəslə bölərək ad verirlər.  Hər üç ayın bir adı var, ilin keçməsi bu-

nunla bilinir. Novruzdan sonra yaza  “oğlak ay”, sonra “uluğ oğ-

lan ay” deyirlər. Çünki bu ikinci zaman parçasında oğlaq böyüyür. 

Bundan sonra “uluğ ay” gəlir, çünki bu dövr yay ortasıdır, yer 

üzərində nemət artır, heyvanlar böyüyür, süd çoxalır. Digər ay-

larda bu şəkildə  davam edir, az işləndiyi üçün  bunların adını tək-

tək saymıram”

3

. Müəllifin  bu qeydləri qədim türk tarixi, etnoqra-



fiyası və coğrafiyası baxımından olduqca dəyərlidir. 

ilin fəsillərinin adları. Heç şübhəsiz ki, fəsil adlarının (yaz, 

yay, güz (payız), qış) yaranma səbəbləri, etimoloji əsasları müəy-

yənləşdirilərkən təkcə dilçilik yox, həm də mifologiya, astronomi-

ya kimi elmlərin nəzəri  əsaslarına istinad olunmalı, problemə 

kompleks və sistemli şəkildə  yanaşılmalıdır. Araşdırmalar göstə-

rir ki, Azərbaycan dili, eləcə də türk dillərinin əksəriyyəti üçün sə-

                                                            

1

 M.Kaşğari. “Divanü lüğat-it-türk”. I cild, Bakı, 2006, səh.148-149. 



2

 Yenə orada, səh.63. 

3

 Yenə orada, səh.356. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

243

 

ciyyəvi olan yaz, yay, güz (payız) və qış sözlərinin etimologiyası 



qeyd etdiyimiz elmlərin sintezi kontekstində  tədqiq olunmayıb. 

Konkret desək,  ümumi vəziyyət belədir: Azərbaycan fizikləri və 

ya astronomlarının  əsərlərində ilin fəsillərinin adlarını bildirən 

sözlərin semantikası ilə bağlı  şərhlərə, demək olar ki, rast gəlin-

mir. Bu, təbii qarşılana bilər:  birincisi, ona görə ki, bu, astrono-

mun işi deyil; ikincisi, qədim türk dilinin incəliklərinə  dərindən 

bələd  olmayan heç bir astronom yaz, yay, güz (payız) və qış söz-

lərinin semantikası ilə bağlı dəqiq fikir söyləyə bilməz... Türkoloq 

və mifoloqlarımız isə  həmin sözlərlə bağlı müəyyən mülahizələr 

söyləyərkən astronomiyanın nəzəri əsaslarına yetərincə istinad  et-

məyiblər. Amma bu heç də onların fikirlərinin inkarı kimi başa 

düşülməməlidir. Bu mənada Azərbaycan dilçiliyi və folklorşünas-

lığında ilin fəsillərinin adları ilə bağlı deyilmiş fikirlərin ümumi 

mənzərəsini canlandırmaq lazım gəlir: 

Dilçiliyimizdə ilin fəsillərinin adları həm leksikologiya, həm 

də morfologiya daxilində təqdim olunur. Dəqiq desək, eyni sözlər 

(yaz, yay, payız, qış, gün, ay, il...) leksikologiya  daxilində daha 

çox zaman məfhumu bildirən sözlər, morfologiyada isə zaman 

bildirən isimlər başlığı altında ümumi şəkildə verilib. Yəni yaz, 

yay, güz (payız) və  qış sözləri tarixi-linqvistik baxımdan, demək 

olar ki, araşdırılmayıb. Amma onu da qeyd edək ki, son dövrlərdə 

B.Məhərrəmli “yaz” sözünü “təbiət hadisələrini bildirən isimlər” 

başlığı altından  geniş şəkildə təhlil edib

1

. Müəllifin fikirlərini belə 



səciyyələndirmək olar: 

− “yaz” sözünün türk dillərində müxtəlif fonetik variantlarda  

işləndiyini göstərməklə yanaşı, onun müasir türk dilində “yay 

fəsli” mənasının daha aktiv olduğunu da qeyd edir; 

− yaz//yay sözlərini eyni kökün fonosemantik şaxələnməsi 

hesab edərək Y.Məmmədovun mövqeyində dayanır, eyni zamanda 

                                                            

1

 B.Məhərrəmli. Türk dillərində isim köklərində leksik-semantik inkişaf. Bakı, 



2012, səh.217. 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

244

 

“ya” morfeminin həmin sözlər üçün praforma olduğunu  ehtimal 



edir; 

− müəllif müxtəlif mənbələrə istinad edərək Altay dillərində-

ki “yaz” sözü ilə digər dillərdəki bahar, bahar fəsli anlamlı sözlə-

rin genetik əlaqəsini təsdiqləyə bilən faktları təqdim edir: яра (bol-

qar),  яр (ukrayna), jaгo (çex), jarz (polyak)... 

B.Məhərrəmlinin izahları, eləcə  də onun istinad etdiyi çox-

saylı mənbələr bir daha sübut edir ki, fəsil anlamlı “yaz” sözünün 

semantikası Günəşin hərəkəti kontekstində araşdı-rılmayıb: 

Azərbaycan folklorşünaslığında “qış” və “yaz” fəsillərinə 

dair  izahlara daha çox rast gəlinir. Bu da,  heç şübhəsiz ki, “Nov-

ruz  bayramı” ilə bağlıdır. Burada bəzi fikirlərə münasibət bildir-

məklə kifayətlənmək olar: 

M.Seyidov ilin fəsillərindən birinin digərini əvəz etməsini tə-

biətin təbii dinamikası baxımından  araşdırarkən “Kosa-kosa” mə-

rasiminin semantikasına söykənir: “Əksliklərin bir-birindən doğ-

ması anlayışına yazla bağlı “Kosa-kosa” mərasimində də rast gəli-

rik. Qışın rəmzi kosa ikicanlıdır: 

 

                            Mənim kosam canlıdır, 



                            Qolları mərcanlıdı,  

                            Kosama əl vurmayın, 

                            Kosam ikicanlıdı. 

Kosa – qış yaza hamilədir. İstər-istəməz o, bu “uşağı” – yazı 

doğmalıdır. Təbii əksliklər arasındakı mübarizə həyatı irəli (yaza, 

yazda yaya və s.) aparır”

1

.  


M.Həkimov “Novruz bayramı”nın səciyyəvi cəhətlərindən 

bəhs edərkən göstərir: “...Oğuz tərəkəmələrinin təqvim hesabında 

qış bahara qədər təxminən aşağıdakı kimi hesablanır: böyük çilə 

(22 dekabr – 19 yanvar), kiçik çilə (20 yanvar – 18 fevral), boz ay 

(19 fevral – 20 mart). Yeni ilə - Novruza hazırlıq məhz böyük çillə 

(çilə  -Ə.T.) çıxandan sonra 40 gün müddətinə davam edir. Yəni 

                                                            

1

 M.Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı, 1989, səh.178. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

245

 

təxminən 20 yanvardan sonrakı  gələn çərşənbə,  əslində, Su çər-



şənbəsini əhatə edir. Yəni, əslində, Su, Od çərşənbələri kiçik çillə-

ni (çiləni – Ə.T.) və boz ayın müəyyən gününü əhatə edir...”

1



Müəllifin fikirlərinin davamı olaraq onu da qeyd edək ki, qışın üç 



hissəyə bölünməsi (böyük çilə, kiçik çilə  və boz ay) müasir 

etnoqrafiyamızda eynilə yaşamaqdadır; 

R.Qafarlı Günəş işığını ilkin dünyagörüşü formalaşdıran bir 

varlıq kimi təhlil süzgəcindən keçirir: “İşıq-qaranlıq. Qədim türk-

lər təbiətlə bağlanan bayramlara xüsusi önəm verirdilər. İlk olaraq   

işığın (istinin, xeyirin) mənbəyinə – günəşə, aya, ulduzlara tapınan 

əcdadlarımız bütün zamanlarda başını uca tutmuş, həmişə ümidini 

göylərə dikmiş, təsəllisini göylərdən almış və əllərini göyə qaldı-

rıb göy üzündən pənah diləmişlər.  İşıq–istilik–canlılıq Xeyirin, 

qaranlıq–soyuq–ölüm isə Şərin əlamətləri sayılımışdır...”

2



S.Rzasoyun fikrincə, “mifin ilkin materialını  və  hərəkət di-



namikasını Gündüz – Gecə, Günəş – Ay, Yay (yaz) – Qış (payız) 

və s. ikili qarşıdurma blokları təşkil edir...”

3



Araşdırmalar göstərir ki, konkret zaman kəsiyini ifadə edən 



fəsil adları birbaşa Günəşin hərəkət trayektoriyasına, onun işığının 

düşmə bucağına uyğun şəkildə adlandırılıb. Bu fikrin düzgünlüyü-

nü arqumentləşdirən tutarlı faktlar isə müxtəlif mənbələrdədir. 

Bunlardan biri və birincisi M.Kaşğarinin “Divan”ı hesab oluna 

bilər. Ona görə ki, Günəş işığının çəkilməsinin və ya azalmasının 

“kışar” (qış) (...Günəş göyün ortasından çəkilsə, yenə belə deyilir. 

Kışar – kışmak. MK. III, səh.179), payızın girməsinin “küzər” 

(güz) (...öd küzərdi + mövsüm payızlaşdı, payız fəsli girdi, kü-

zərür – küzərmək. MK. II, səh113) şəklində  ifadəsinə digər qədim 

mənbələrdə, demək olar ki, rast gəlinmir. Ən maraqlısı, həm də ən 

unikal olanı isə budur ki, “Divan”da “kışar” (qış) və “küzər” (güz, 

                                                            

1

 M.Həkimov. Oğuz-Tərəkəmə xalq mərasimləri və meydan tamaşaları. Bakı, 



1997, səh.19. 

2

 R.Qafarlı. Novruz – yaranış, oyanış və yeniləşmə bayramı. Xalq qəzeti, 20 mart 



2013-cü il. 

3

 S.Rzasoy. Oğuz mifinin paradiqmaları. Bakı, 2004, səh.146. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

246

 

payız) şəklində işlənmə “yaz” və “yay” fəsil adlarının ilkin forma-



larını da bərpa etməyə imkan verir. Məsələn, belə: yarar//yazar = 

yaz; yayar = yay. M.Kaşğarinin “Divan”ında “yazıl”maq sözünün 

“yaz” mənasında işlənməsinə rast gəlinir ki, bu da bərpa etdiyimiz 

“yarar” (yaz) sözü ilə  həm fonetik tərkib, həm də semantika 

baxımdan oxşardır: 

 

                           “Türlük çəçək yarıldı, 



                           Barçın yadhım kərildi, 

                        

 

                           Uçmak yeri körüldi, 



                           Tumluğ yana kəlgüsüz” 

 

                                  *    *     * 



 

Yazın gəlişini vəsf edərək deyir ki, əlvan çiçəklər açdı, ipək 

parçadan xalı sərildi, cənnətin yeri göründü, hava qızdı, daha qar, 

soyuq geri gəlməyəcək”

1

. Qarşılaşdırmalar, xüsusən də  mətnin 



semantik yükü “yarılmaq” sözünün “yaz” fəsli ilə bağlı işləndiyini 

açıq-aydın göstərir. 

Türk dilləri üçün səciyyəvi olan yaz, yay, güz (payız) və qış 

sözləri ilə bağlı yuxarıda göstərdiyimiz ilkin formalar (yarar// ya-

zar, yayar, küzər//güzər, kışar) onu deməyə  əsas verir ki, bu 

sözlər, əslində, tarixən Günəşin hərəkətini ifadə edən feillər olub, 

sonrakı dövrlərdə isə zaman məzmunlu isimlərə transformasiya 

edilib. 


Yarar//yazar, yayar, küzər//güzər və kışar sözlərinin seman-

tik yükü açıq-aşkar  şəkildə göstərir ki, bu sözlər Azərbaycanda, 

eyni zamanda  ona yaxın olan türk ərazilərində Günəşin hərəkəti 

və istiliyinin  düşmə dərəcəsini aydın şəkildə, hətta dəqiqliklə ifa-

də edir. Bu mənada ilin fəsillərinin adlarının birbaşa təbiət hadisə-

ləri ilə bağlı olaraq yarandığını astronomiya və dilçiliyə dair fikir-

lər kontekstində nəzərdən keçirək:  

                                                            

1

 M.Kaşğari. “Divanü lüğat-it-türk”. I cild, 2006, səh.179. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

247

 

Yaz. Qeyd etdiyimiz kimi, 20-21 martda Günəş mərkəzi ek-

lektika boyunca yerini dəyişərək cənub yarımkürəsindən  şimala 

keçir ki, həmin  vaxtda da günəş yazın gecə-gündüz bərabərliyi 

nöqtəsində olur. Şübhəsiz ki, bərabərlik nöqtəsi Günəş şüalarının 

yer kürəsini iki yerə bölməsi, yarması nəticəsində meydana gəlir. 

Bu da məntiqə zidd olmayan belə bir sxemi təqdim etməyə imkan 

verir: “Günəş (şüa, işıq) yarar = yarar→yar→yaz. “Yarar” felinin 

assosiativliyi kontekstində təqdim etdiyimiz bu sxem yaz fəslinin 

başlanğıc günü (20-21 mart), eyni zamanda onun daxil olduğu za-

man kəsiyi ilə birbaşa bağlanır. Bəllidir ki, “yaz” fəsli 20-21 mart-

dan (Yerin şimal yarımkürəsində yaz gecə-gündüz bərabərliyin-

dən) 21-22 iyuna (yay günəş duruşunadək) qədər davam edir. Bu 

dövrdə Azərbaycan və onunla eyni enlikdə yerləşən ölkələrdə 

(Türkiyə, Türkmənistan, Özbəkistan...) Günəşin düşmə bucağı 50˚ 

dərəcəyə bərabər olur (bu, qış fəslində 26,5 dərəcə olur). Deməli, 

“yarar→yar→yaz” (r→z keçidi mümkündür: yarmaq-yazmaq) 

sxemindəki dinamika həqiqətə uyğundur. Yəni “yarar→yar→yaz” 

modelindəki çoxmənalı “yarar” (yarmaq) feli “yaz” fəslində 

Günəşin düşmə bucağının 50

˚ 

-yə  bərabər olmasını birbaşa ifadə 



edir. Bu fikrin reallığına “qış” sözünün ilkin forması kontekstində 

də aydınlıq gətirmək mümkündür. Belə ki, yuxarıda qeyd 

etdiyimiz enliklərdə yerləşən ölkələrdə  qış  fəslində Günəşin 

düşmə bucağı 26,5 dərəcəyə  bərabərdir ki, bu da qədim türk 

dilində “kışar” (çəkilər, azalar, qısalar) sözü ilə ifadə olunub. Bu 

qeydlərə sxemlər şəklində diqqət yetirək: 

        Günəşin düşmə bucağı 50˚ - yarar→yar→yaz 

        Günəşin düşmə bucağı 26,5˚ - kışar→kış→qış 

Bu qanunauyğunluq “yay” və “güz” (payız) fəsil adlarında 

da özünü göstərir: 

         Günəşin düşmə bucağı 73,5˚ - yayar (Günəş  işığının çox 

yayılması) → yay 

         Günəşin düşmə bucağı 50˚ - küzər//güzər (Günəş  işığının 

zəifləməyə başlaması, közərməsi) → küz//güz (payız) 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

248

 

Şərti olaraq təqdim etdiyimiz bu sxem ilin fəsillərinin adları 



ilə Günəşin düşmə bucaqları (Azərbaycan və onunla eyni enlikdə 

yerləşən ölkələrdə) arasında olan məntiqi bağlılığı aydın  şəkildə 

göstərir. Burada bir həqiqəti vurğulamaq lazım gəlir: heç bir texni-

ki vasitə olmadan təbiətdəki qanunauyğunluğu, o cümlədən Gü-

nəşin  hərəkət  trayektoriyasını müşahidə edərək onu sözlərlə zər-

gər dəqiqliyi ilə ifadə edən qədim türkün zəngin dünyagörüşünə, 

düha sahibi olmasına heyrətlənməyə bilmirsən. Necə də heyrətlən-

məyəsən! Axı bu sözlərin hər biri VII-VIII yüzilliklərə aid Orxon-

Yenisey abidələrində tam sabitləşmiş sözlər kimi işlənib: yaz, yay, 

küz, kış. Bu isə  o deməkdir ki, həmin sözlərin yaranma tarixi 

Orxon-Yenisey abidələri dövründən çox qədimdir. 

Yuxarıda  qeyd etdik ki, “yazar” sözü də “yaz”ın ilkin for-

malarından biri kimi görünür. Maraqlıdır ki, “yazar” sözü ilə 

M.Kaşğarinin “Divan”ında işlənmiş “yazılmaq” (açılmaq) sözü 

arasında təkcə fonetik yox, həm də semantik yaxınlıq müşahidə 

olunur. Daha doğrusu, bu yaxınlıq yazın gəlişini əks etdirən par-

çanın ümumi semantikası kontekstində müəyyənləşir: 

                         

 

 

         “Tümən çəçək tizildi, 



                          Bükündən ol yazıldı, 

                          Öküş yatıb üzəldi, 

                          Yerdə kopa adhrışur. 

Yazdan bəhs edərək deyir: min bir çiçək qönçəsindən çıxa-

raq açıldı, yer altında çox yatmaqdan sıxılan bitkilər filizlənərək 

ayağa qalxır və bir-birindən ayrılır”

1

.  


Bütün bunlardan sonra “Kitab”da işlənmiş “yaz” sözü ilə 

bağlı aşağıdakıları söyləmək olar: 

– konkret zaman kəsiyini ifadə edir: “Bir yazın,  bir güzin 

buğayla buğrayı savaşdırarlardı” (D-15). Buradakı “yazın” sözü 

“yaz” ismi əsasında yaranmış “yazda” anlamlı zaman zərfidir; bu 

sistemə -da şəkilçisi ilə düzəlmiş “yazda” zaman zərfini də əlavə 

                                                            

1

 M.Kaşğari. “Divanü lüğat-it-türk”. I cild, Bakı, 2006, səh.271. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

249

 

etmək olar: “Qışda – yazda qarı-buzı  ərinməyən Qazılıq dağına 



gəldi çıqdı” (D-26); 

–“yapa-yapa qarlar yağsa, yaza qalmaz” (D-3) atalar sözündə 

“yaz” lekseminin məntiqi mərkəz funksiyasında çıxış etməsi qaba-

rıq  şəkildə görünür. Digər tərəfdən, “ya” hecasının təkrarlanması 

məhz “yaz” sözündəki “ya” ilə tamamlanır ki, bu da mətndəki 

lirizmi, ahəngdarlığı qüvvətləndirir. 

“Kitab”da “Novruz bayramı”nın adı çəkilmir, amma bir sıra 

sintaktik bütövlərdə  təbiətin bir günü elə  təsvir edilir ki, istər-

istəməz yazın gəlişinin bayram edilməsi yada düşür: 

 

      “Salqum-salqum taη yelləri əsdigində,  



      Saqallu boz ac turğay sayradıqda, 

      Bədəvi atlar issin görüb oğradıqda, 

      Saqalı uzun tat əri baηladıqda, 

      Ağlı-qaralı seçilən çağda, 

      Qalın Oğuzıη gəlini-qızı bəzənən çağda, 

      Köksi gözləl qaba tağlara gün dəgəndə. 

      Bəg yigitlər cılasınlar bir-birinə qoyulan çağda”(D -21) 

Göründüyü kimi, bu parçada nə “yaz”, nə  də ki “Novruz” 

sözü işlənib. İlin digər fəsillərinin də adları çəkilmir. Ancaq mət-

nin ümumi semantik yükü yaz fəslinin hər hansı bir gününün yox, 

məhz başlanğıc gününün (21-22 mart) təsvir edildiyini göstərir. 

Bu qənaətin reallığını aşağıdakı kimi arqumentləşdirmək olar: 

−  qız-gəlinin bəzənməsi (Qalın Oğuzıη  gəlini-qızı  bəzənən 

çağda) birbaşa bayram əhvali-ruhiyyəsini  əks etdirir. Bu, müasir 

etnoqrafiyamızda eynilə yaşamaqdadır: “Növruz bayramı idi. 

Kənd uşaqları    səbirsizliklə axşamın düşməsini gözləyir, tez-tez 

xırman yerinə topladıqları ota  baxırdılar... Qızlar da sakit otur-

murdular. Özlərinə  təzə paltar tikir, axşama qədər hazır edib 

geyinməyə çalışırdılar...” (İ.Şıxlı. “Dəli Kür” romanı, Bakı, 1982). 

− sonuncu misrada igidlərin, pəhləvanların bir-birilə güləş-

məsi ifadə olunur ki, bu da “Novruz bayramı” üçün xarakterikdir; 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

250

 

− dan yellərinin  əsməsi, səhər çağı, turğayın ötməsi, atların 



kişnəməsi, dağlara gün düşməsi də adi bir yaz gününü yox, məhz 

yazın ilk gününü şərtləndirir... 



Yay. Bu sözün ilin fəsillərindən birinin, daha dəqiqi, ikinci-

sinin adı kimi işlənməsini təsadüfi hesab etmək olmaz. Belə ki, 

yay fəsli Yerin şimal yarımkürəsində yay günəş duruşu anından 

(21-22 iyun) payız gecə-gündüz bərabərliyinədək (23 sentyabr) 

davam edir

1

. Bu dövrdə Azərbaycanda, həmçinin onunla eyni 



enlikdə yerləşən ölkələrin ərazisində Günəşin düşmə bucağı 73,5˚-

yə  bərabər olur (müq.et: bu, qış  fəslində 26,5˚-yə  bərabər olur). 

Deməli, sadə bir məntiqlə təsdiqlənir ki, ən isti fəslin “yay” sözü 

ilə ifadə olunması (həmin enlikdə yerləşən ölkələr nəzərdə tutulur) 

birbaşa Günəş  işığının daha çox yayılması ilə bağlıdır. Bu isə 

bərpa etdiyimiz “yayar→yay” modelinin həqiqətə uyğunluğunu, 

zaman məzmunlu “yay” sözünün çoxmənalı “yaymaq” felinin 

mənalarından birinin (ətrafa saçılmaq...) inkişafı  nəticəsində  

yarandığını göstərir. 

“Kitab”da “yay” sözü konkret olaraq ilin fəsillərindən birinin 

adı kimi işlənməyib. Bəlkə də, elə bunun nəticəsidir ki, qorqudşü-

naslıqda “yaz” sözünün həm də “yay” mənasında işləndiyi göstəri-

lir. Türkologiyada da bu cür fikirlərə rast gəlinir: qədim türk dilin-

də “yaz” sözü həm də “yay” mənasında çıxış edib; “yaz” və “yay” 

sözləri eyni kökün fonosemantik şaxələnməsi nəticəsində yaranıb. 

Bütün bunlarla yanaşı, “Kitab”da “yay” (ilin fəsli mənasında) sö-

zünün yer-məkan məzmunlu düzəltmə isimlər daxilində kök mor-

femi kimi çıxış etməsi də qeyd olunmalıdır: yaylaq. “Qarşu yatan 

qara tağı sorar olsam, yaylaq kimüη?” (D-102); yayla. “Ağam 

Beyrək gedəli yayladım yoq” (D-103). 

Yuxarıda qeyd etdik ki, yay fəslində Günəşin düşmə bucağı 

73,5˚-yə, qış  fəslində isə 26,5˚-yə  bərabər olur (Azərbaycan və 

onunla eyni eynilikdə yerləşən ölkələr nəzərdə tutulur). Maraqlıdır 

ki, təbiətdəki bu ziddiyyətlər qədim türk ədəbiyyatında poetik 

                                                            

1

 Azərbaycan Sovet Ensiklopediyası. V cild, Bakı, 1981, səh.50. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin