ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə27/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   23   24   25   26   27   28   29   30   ...   53
    Bu səhifədəki naviqasiya:
  • öldi

272

 

Şühudi keçmiş zaman.  İş  və  hərəkətin icra olunduğunu 

şahidlik yolu ilə bildirən  şühudi keçmiş zamanın “Kitab”dakı 

qrammatik forması belədir: -dı, -di. Bu şəkilçinin etimologiyası ilə 

bağlı belə bir ehtimalı qeyd etmişik (əvvəlki səhifələrdə ətraflı ve-

rilib): dönq (Günəşin dönməsini (əyilməsini) ifadə edən “dön” fe-

linin ilkin formalarından biri) → dünq → düq (keçmiş zamanın il-

kin forması) = -dı

4

  (şühudi keçmiş zamanın tam sabitləşmiş for-



ması). “Kitab”da şühudi keçmiş zamanın ilkin (-dıq) yox, tam 

sabitləşmiş qrammatik forması (-dı, -di) müşahidə olunur: 

I  şəxsin təkində: bindim. “Yelisi qara Qazlıq atın bütün 

bindim”; 

II  şəxsin təkində: baqdıη, sevindiη. “Solına baqdıη, çoq 

sevindiη”; 

III  şəxsin təkində: turdı, kişnədi. “...iki ayağının üzərinə 

turdı, kişnədi”; 

I  şəxsin cəmində: asi oldıq, and içdik. “Qazana biz asi 

oldıq, and içdik”; 

II şəxsin cəmində: “Bir əski qaftan verdiηüz...”; 

III  şəxsin cəmində: yortdılar. “Yedi gün yedi gecə 

yortdılar”. 

Nümunələr bir daha sübut edir ki, “Kitab”dakı -dı, -di şühudi 

keçmiş zaman şəkilçisi və ondan sonra işlənmiş  şəxs sonluqları, 

əsasən, müasir ədəbi dilimizdəki kimidir. 

Araşdırmalar “Kitab”da şühudi keçmiş zaman şəkilçili feillə-

rin üstün mövqedə çıxış etdiyini aydın şəkildə göstərir. Bu da, heç 

şübhəsiz ki, “Dastan” poetikası, təhkiyəçi dili ilə bağlıdır. Burada 

bir həqiqəti də vurğulamaq lazım gəlir: “Kitab”da sühudi keçmiş 

zamanda işlənmiş “Binmək” (minmək) və “yetmək” feillərinin in-

tensivliyi boyların, demək olar ki, hər birində qabarıq şəkildə gö-

rünür. Məsələn, bindi. “Qazan... Qoηur atın çəkdirdi, bütün bin-

di”; “Təpəl-qaşğa ayğırına Tondaz bindi”;  yetdi. “Qazan bəgiη 

qartaşı Qaragünə çapar yetdi”; “... Boz ayğurlu Beyrək çapar yet-

di”. Birmənalı olaraq demək mümkündür ki, bu cür intensivlik at 

belində döyüşən, atı özünə qardaşdan artıq bilən türk ərənlərinin 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

273

 

“Kitab”da obrazlı  şəkildə canlandırılması ilə bağlıdır. Çünki 



“...çapar yetdi” ifadəsindən sonra verilmiş nida cümləsi Oğuz igid-

lərinin Qazan xana hesabatını  xatırladan ən əsas  atributlardandır: 

“Çal qılıcıη ağam Qazan yetdim! – dedi”. Şühudi keçmiş zamanda 

işlənmiş “dəp-mək” (burada “sürmək” mənası nəzərdə tutulur) və 

“urmaq” (vurmaq) feillərinin mətn  “daxilində ardıcıl olaraq veril-

məsi də “Kitab”ın dili  üçün səciyyəvidir: “Qazan at dəpdi. Sügü-

sün çəküb  əlindən aldı, dəpəsinə urdı...” Bu cür detallarda isə 

Oğuz  igidlərinin  şücaəti birbaşa həm də  məhz qəhrəman və at 

kontekstində ifadə olunur”

1

.  



İ.Vəliyev XIV-XIX əsrlərə aid Azərbaycan yazılı abidələri-

nin dilində şühudi keçmiş zamanın məna xüsusiyyətlərindən bəhs 

edərkən ilk olaraq “Kitab”ın dilinə müraciət edib. Müəllifin diqqət  

yetirdiyi əsas detalları belə ümumiləşdirmək olar: 

− danışanın  özü  keçmişdə icra olunmuş iş, hal və hərəkətin 

icrasında bilavasitə  iştirakçıdır. O, şahid sifəti ilə keçmişdə icra 

olunmuş iş, hal və hərəkət barədə xəbər verir: “Şərablıydım, duy-

madım, nə söylədim, bilmədim”; 

− danışan ikinci şəxsin təki tərəfindən keçmişdə icra olun-

muş iş və hərəkəti gözü ilə görüb. O, danışıq vaxtı bu barədə şahid 

sifəti ilə xəbər verir: “Qalxıban Qanturalı yerindən duru gəldiη ... 

qara Qazlıq atın bütün mindin. Ala gözlü yigitlərin yanına aldın”; 

− danışan keçmişdə üçüncü şəxsin təki tərəfindən icra olun-

muş iş, hal və hərəkəti gözü ilə görüb. O, danışıq vaxtı bu barədə  

məlumat verir: “Baybura bəgin oğlancığı Beyrək,  Baybecan məli-

yin qızın aldı, ağ otağına geri döndü, düyünə başladı”; 

 − danışan keçmişdə üçüncü şəxs tərəfindən icra edilmiş  iş 

və hərəkəti bilavasitə müşahidə edib və bu barədə şahid kimi mə-

lumat verir: “Qızlar vardılar, yemək gətirdilər, Beyrəgin qarnın 

doyurdular”; 

−  danışan keçmişdə bir neçə şəxs tərəfindən icra olunmuş iş 

və hərəkətin bilavasitə iştirakçısıdır. O, bu barədə şahid kimi çıxış 

                                                            

1

 Ə Tanrıverdi.”Dədə Qorqud kitabı”nda at kultu.  Bakı, 2012, səh.76. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

274

 

edir: “Vardıq, bilmədik. Biz Qazana asi oldıq, and içdik, gəl sən 



dəxi and iç – dedilər”;  

− keçmişdə icra olunmuş iş və hərəkətin qəti bitdiyini bildi-

rir, icra olunmuş iş və hərəkətə danışanın heç bir şübhəsi yoxdur: 

“Bu məhəldə, sultanım, Slur Qazanla Qaraca Çoban çapar yetdi”; 

− danışan keçmişdə bir neçə dəfə icra olunmuş iş və hərəkət 

haqda  şahid kimi məlumat verir: “Gürzlə döyüşdülər, qara polad 

uz qılıc ilə dartışdılar, sərpə-sərpə meydanda qılıclaşdılar”; 

− şühudi keçmiş zaman forması məlumat verənin iştirak et-

mədiyi, onun şahidliyi ilə icra olunmayan iş  və  hərəkəti bildirir: 

“Yel  əsdi, yağmur yağdı, bükü qopdı”

1

. Türkoloji araşdırmalara 



istinadən söylənmiş bu fikirlərin hər biri elmi və inandırıcıdır. 

Müəllif  şühudi keçmiş zamanın məna çalarlarını  məhz mətnin 

ümumi semantik yükünə istinadən müəyyənləşdirib. Bu da olduq-

ca təbii qarşılanır.  Ən  əsası isə yuxarıdakı qeydlər belə bir fikri 

reallaşdırır: “Kitab” şühudi keçmiş zamanın məna çalarları müstə-

visində də böyük və zəngin görünür. 

“Kitab”ın dilində xəbərdən əvvəl -di şəkilçili sözlərin işlən-

məsi müşahidə olunur: “Dirsə xanın xəbəri yoq, oğlancığın öldi 

bilir”; “Babasın öldi bilir idi”; “...oğulu evə gəldi sandım, - dedi” 

... Bu tip  cümlələrdəki”öldi” sözündən bəhs edən İ.Vəliyev yazır; 

“...A.N.Kononov öldi sözünü vasitəsiz tamamlıq adlandırır və 

göstərir ki, “Babasın öldi bilir idi” cümləsində iki vasitəsiz ta-

mamlıq işlənmişdir. Budrada babasın və öldi sözləri bilir idi xə-

bərinin vasitəsiz tamamlıqlarıdır. Birincisi, babasın sözü idarə 

edilən təsirlik hal şəkilçisi qəbul etmiş vasitəsiz tamamlıq şəklin-

dədir, ikincisi, (öldi) – yanaşan vasitəsiz tamamlıq verba finita ki-

mi ifadə edilmişdir... Deməli, “Kitabi-Dədə Qorqud” dastanının 

dilində şühudi keçmiş zaman forması feli ad vəzifəsində də işlən-

mişdir... öldi sözü feli sifət kimi götürülə bilməz. Çünki həmin sö-

zün bildirdiyi məna ilə müasir Azərbaycan dilində feli sifəti ifadə 

                                                            

1

 İ.Vəliyev. Azərbaycan yazılı abidələrinin dilində keçmiş zamanın ifadə formaları. 



Bakı, 2009, səh.65-81. 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

275

 

edən söz (məs.; ölmüş) fərqli xüsusiyyətlərə malikdir. Məlum ol-



duğu üzrə feli sifət cümlədə təyin rolunda çıxış edir. Öldi sözünün 

ifadə etdiyi məna isə cümlədə  təyin vəzifəsində  işlənə bilməz, 

çünki həmin sözün ifadə etdiyi məna təyinin ifadə etdiyi mənanı 

ehtiva edə bilmir...”

1

 İlk olaraq qeyd edək ki, “babasın” sözündəki 



“-n” şəkilçisinə təkcə  təsirlik halın ilkin formsı yox, həm də yiyə-

lik halın ən qədim forması (-η) kimi yanaşmaq mümkündür. Belə 

ki, “Ural-Altay dil ailəsində yiyəlik halın tarixi forma və funk-

siyası ədəbi dil səviyyəsində saxlanılır. Fin-uqor, samodi (məhdud 

dairədə),  monqol dillərində yiyəlik hal - η şəkilçisi ilə ifadə olu-

nur”


2

. Deməli, “babasın”  (-η) və “öldi sözləri III növ təyini söz 

birləşməsinin tərəfləri kimi bərpa oluna bilər:  “babasıη öldi (-

dük)”. Bu isə həm də o deməkdir ki, “Babasın öldi bilir idi” cüm-

ləsində iki yox, bir vasitəsiz tamamlıq işlənib. Yeri gəlmişkən

həmin cümlənin V.V.Bartold tərəfindən rus dilinə  tərcüməsi də 

(Он  думал,  что  его  отец  умер)

3

 dediklərimizi qüvvətləndirir. 



Amma aşağıdakı arqumentləri daha inandırıcı hesab etmək olar:  

− “öldi” sözündəki -di şəkilçisi qrammatik semantikasına 

görə -dıq, -dik feli sifət  şəkilçisi ilə eyni semantik yuvaya daxil 

ola bilir: müq.et: öldük bilir; öldi bilir; 

− dük (-dü) feli sifət  şəkilçisi müasir dilimizdə eynilə 

mühafizə olunur; satdıq bilir, satdı bilir ...;  

−  dıq formasından -dı

şühudi keçmiş zaman şəkilçisi 



törədiyi kimi, -di feli sifət  şəkilçisi də yarana bilərdi. Görünür, 

ilkin dövrlərdə -dıq və -dı feli sifət  şəkilçisi kimi paralel işlənib. 

Digər tərəfdən,  -dı

4  


formasında sabitləşən şühudi keçmiş zaman 

şəkilçisinə görə feli sifət  şəkilçisi kimi “-dı

4

”-nın yox, məhz “-



dıq”-ın sabitləşməsi təbii və  məntiqli görünür. Heç şübhəsiz ki, 

                                                            

1

 İ.Vəliyev. Azərbaycan yazılı abidələrinin dilində keçmiş zamanın ifadə formaları. 



Bakı, 2009, səh.101-102. 

2

 M.Məmmədli. Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları. Bakı, 



2003, səh.65. 

3

 В.В.Бартольд. Турецкий эпос и Кавказ. «Книга моего Деда Коркута. М.-Л., 



1962, с.73. 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

276

 

diferensiallaşma prosesində bu amilin rolunu inkar etmək olmaz. 



Bu baxımdan “öldi bilir” modelinin “öldük (adam) bilir” məna-

sında olması daha ağlabatan görünür, “Kitab”ın  1988-ci il Bakı 

nəşrində “öldi” sözünün “ölmüş “ şəklində sadələşdirilməsi də 

dediklərimizi arqumentləşdirir: “Babasın  öldi bilir idi” – “Atasını 

ölmüş bilirdi” (səh.192). Burada bir cəhəti də qeyd edək ki, “Ki-

tab”dakı “öldi” formasına müasir  dilimizdə də rast gəlinir. Bu tip 

sözləri  şühudi keşmiş zamanın üslubi  məqamları kontekstində 

şərh edən K.Bəşirov yazır: “-dı

4

” feillərə keçmiş zamanı ifadə et-



mək üçün qoşulsa da, bəzən üslubi məqamlarda  indiki və gələcək 

zamanları da ifadə edə bilir. Məsələn,  Yedi var, apardı yoxdur; 



Öldü var, döndü yoxdur cümlələrində  hərəkət keçmişə deyil, 

gələcəyə tuşlanmışdır”

1

.  


Yuxarıda qeyd etdiyimiz kimi, bu  cümlələrdə də -dı

4

 şühu-



di keçmiş zamanın qrammatik forması kimi yox, feli sifət şəkilçisi 

kimi düşünülə bilir. Müq.et: “Yedi var, apardı yoxdur”//”Yedik 

(çörək, yemək, ruzi) var, apardıq (çörək, yemək, ruzi) yoxdur"; 

“Öldü var, döndü yoxdur”//“öldük (can)  var,  döndük (can) yox-

dur”.  Bu  nümunələrdəki   -di  (-dik), -dı (-dıq), -dü (-dük) feli si-

fət  şəkilçiləri gələcək zaman mənasını ifadə edir, K.Bəşirovun 

sözləri ilə desək, “hərəkət keçmişə deyil, gələcəyə tuşlanır”. Bu-

rada yeni bir fikir də reallaşır: “Kitab”la səsləşən bu cür detallar 

Azərbaycan dilinin ifadə imkanlarının rəngarəngliyi və  zəngin-

liyini sübut edir. 

Dilçiliyimizdə  şühudi keçmişin üslubi xüsusiyyətlərindən 

kifayət qədər bəhs olunub. Burada bəzi fikirlərə diqqət yetirmək 

lazım gəlir:  “Danışan iş, hal və ya hərəkətin icrasını labüd və şüb-

həsiz hesab etdikdə  gələcək zaman yerinə şühudi keçmiş zaman 

forması  işlənir: Vay o zamandan ki, çiçəklər soldu, o zaman ya 

mənim nəhayətimdir və yaxud mən bu  dünyada yoxam (C.Cab-

barlı); Kim bilir, bəlkə yenə  də bir-birinizə qismət oldunuz 

                                                            

1

 K.Bəşirov. Oğuz qrupu türk dillərində qrammatik morfemlər. Bakı,2009,səh.136. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

277

 

(İ.Əfəndiyev)”



1

.  İ.Tahirov bu cür fikirlərə istinad edərək maraqlı 

mülahizələr irəli sürür: “...-dı

4

  şəkilçili keçmiş zaman gələcək 



kontekstində yalnız Azərbaycan dilində  işlənir. Keçmiş zamanın 

gələcək zaman yerində  işlənməsi faktik olaraq gələcəyə aid olan 

hadisələrin artıq baş vermiş, icra olunmuş şəkildə təqdim edilmiş 

hərəkətlərin təsviri funksiyasını daşıyır. Misallar: Bu gün hələ sə-

nə əl açır, amma sabah elə ki biləyi bərkidi, sənə əl açmayacaq... 

(“Ayna” qəzeti). Vay o zamandan ki, çiçəklər soldu, o zaman ya 

mənim nəhayətimdir və yaxud mən bu dünyada yoxam (C.Cab-

barlı) ...”

2

. Türkoloji araşdırmalarda bu tip nümunələrin “Kitab”ın 



dili üçün də səciyyəvi olduğu göstərilir: “Gəlməz olsan Baybecan 

qızı Banıçiçəyi aldırdıη  bəlü bilgil – dedi”. Buradakı “aldırdın” 

(aldıracaqsan) sözü də “Kitab”ın məhz Azərbaycan dilində yazıl-

dığını  təsdiqləyir (yuxarıdakı sitata bax: “-dı

şəkilçili keçmiş 



zaman gələcək kontekstində yalnız Azərbaycan dilində işlənir).  

“Kitab”ın dilində şühudi keçmiş zamanın felin şərt şəklini 

əvəz etməsi də müşahidə olunur: “Hər kim yedi, ol degil. Hər kim 

yemədi, ol Qazan xatunıdır”. Bu cümlələrdəki “yedi” və “yemədi” 

predikatlarına -sə morfemi asanlıqla artırıla bilir: yedi=yedisə; 

yemədi=yemədisə. 

Temporallıq və obrazlılıq məsələlərindən bəhs olunarkən o 

da vurğulanmalıdır ki, “Kitab”ın dilində ardıcıl verilmiş cümlələ-

rin sonunda şühudi keçmiş zamanın  morfoloji göstəricisinin (-dı

4



təkrarlanması ilə ahəngdarlıq, melodiyalılıq yaradılıb, poetik məna 

qüvvətləndirilib. Burada kiçik bir parçanı  təqdim etməyi zəruri 

hesab edirik: 

“Ol gün cigərində olan ər yigitlər bəlürdi. 

Ol gün müxənnətlər sapa yer gözətdi. 

Ol gün bir qiyamət savaş oldu, meydan, tolu baş oldu...” 

                                                            

1

 Müasir Azərbaycan dili. II cild, Bakı, 1980, səh.325 



2

 İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007, 

səh.207. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

278

 

Bu parçadakı cümlələr temporallığın sintaktik ifadə vasitə-



si ilə başlanıb (ol gün),  morfoloji ifadə  vasitəsi   ilə (-dı

4

) tamam-



lanır.  Ən maraqlısı isə budur ki, keçmiş zaman mənasını ifadə 

edən bu vasitələrin (ol gün; -dı

4

) hər ikisi təkrarlanır, alliterativ 



tipli qafiyələr kimi çıxış edir. 

Nəqli keçmiş zaman. Şühudi keçmiş zamandan fərqli ola-

raq nəqli keçmişdə icra olunmuş iş və hərəkətin nəticəsini ifadəet-

mə  ən  əsas cəhətlərdən hesab olunur. Azərbaycan dilində      nəqli 

keçmişin  iki   morfoloji  göstəricisi  vardır: -mış

4

; -ıb


4

. İlk olaraq -

mış

4

 nəqli keçmiş zaman göstəricisinə diqqət yetirək. 



Türkoloji  ədəbiyyatda -mış  nəqli keçmiş zaman şəkilçisi-

nin ilkin forması – arxetipi kimi daha çox “-piş// puş” (A.M.Şer-

bak) və “bış” (B.A.Serebrennikov) morfemləri götürülür. 

Müasir  ədəbi dilimiz üçün səciyyəvi olan -mış

4

 nəqli


 

keç-


miş zaman formasının “Kitab”dakı ümumi mənzərəsi, əsasən, aşa-

ğıdakı kimidir: 

I  şəxsin təkində: gəlmişəm. “Bamsı Beyrəgə diləməgə 

gəlmişəm”; 

II  şəxsin təkində: böyimişsən. “Dəpəcə böyimişsən tarıca 

beyniη yoq!”; 

III  şəxsin təkində: dükənmiş: “Xan qızınıη evində qul-

xəlaiq dükənmiş”; ölmişdir. “...Qazan bəg, yedi yaşında bir 

qızcığazım ölmüşdir, kərəm eylə, aηa binmə!”; 

I  şəxsin cəmindəˆbinmişüz. “Tölə-tölə  şahbaz atlarını biz 

binmişüz”; 

II şəxsin cəmində: təsadüf olunmur; 

III şəxsin cəmində: asi olmuşlar. “...Taş Oğuz bəgləri sizə 

asi olmuşlar, bilmədik”; 

Şəxslər üzrə  təqdim etdiyimiz nümunələr,  əsasən, müasir 

dilimizdə olduğu kimidir. Daha dəqiqi, burada fərq I şəxsin cəmi 

üzrə  şəxs sonluğunda özünü göstərir: -üz (binmişüz) = -ik (min-

mişik). 


“Kitab”ın dilində -mış

4  


nəqli keçmiş zaman şəkilçisini qə-

bul etmiş sözün II şəxsin cəmində  işlənməsinə rast gəlinməməsi 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

279

 

isə uyğun sintaktik mühitin olmaması ilə bağlıdır. Yeri gəlmişkən, 



“-mış

4

”+sınız//sız



4

” modeli XVI əsrə  qədərki abidələrimizin dili 

baxımından o qədər də səciyyəvi olmayıb. Hətta  türkoloji ədəbiy-

yatda bir sıra abidələrin dilində, ümumiyyətlə, işlənmədiyi qeyd  

olunur. Məsələn, Ş.Xəlilov XV əsr Azərbaycan yazılı abidəsi “Əs-

rarnamə”nin dilində -mış

4

  şəkilçili nəqli keçmiş zamanın ikinci 



şəxsin cəmində işlənmədiyini göstərir

1

.  



“Kitab”da nəqli keçmişin məna xüsusiyyətləri ilə bağlı aşa-

ğıdakıları söyləmək olar (-mış

4

 formalı nəqli keçmiş nəzərdə tutu-



lur):  

− danışan icra olunmuş iş və hərəkətin qurtardığını, bitdiyi-

ni qəti  şəkildə ifadə edir: “Namərd tayıη al eyləmiş. Oquyuban 

bizi aldılar”;  

−  iş  və  hərəkətin qəti olaraq bitməsini deyil, nəticəyə yö-

nəldilmə  mənasını reallaşdırır: “Gen ətəgüηə, tar qoltuğıηa qısıl-

mağa gəlmişəm”. 

− qeyri-müəyyən vaxtda icra olunmuş iş və hərəkətin nəti-

cəsini ifadə edir: “Beyrəgi Qara Dərvənddə öldürmişlər...” 

“Kitab”ın dilində -mış

4

 nəqli keçmiş zaman şəkilçisinin ardı-



cıl verilmiş cümlələrdə  təkrarlanması ilə yaradılmış ahəngdarlıq, 

melodiyalılıq da diqqəti cəlb edir: 



“-miş+-əm” formasının təkrarı ilə: 

Qarşu yatan qara tağıηı aşmağa gəlmişəm. 

Aqındılı görklü suyıηı keçməgə gəlmişəm.  

Geη  ətəgüηə, tar qoltuğıηa qısılmağa gəlmişəm...” 



“...mış+-san” və “-miş+-sən” formalarının təkrarı ilə: 

“Alan sabah turmışsan, ağ ormana girmişsən. 

Ağ qovağıη budağından yırğayuban keçmişsən

Canbacuğın əkmişsən

Oq cığırın qurmışsan,  

Adın gərdək qomışsan...” 

                                                            

1

  Халилов Ш. Язык азербайджанского письменного памятника XV в. «Асрар-



наме» (морфологические особенности). АКД, Баку, 1974, с.42. 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

280

 

Bu parçada qalın saitli “-mış+-san” formasının mətnin ilk və 



son hissələrini zəncirvari olaraq bağlaması da özünü göstərir: 

turmışsan; gəlmişsən, keçmişsən,  əkmişsən,  qurmışsan, qomış-



san. 

“-mış

4

+ -ız

4

” formasının təkrarı ilə: 

...Qazan bəgüη dünlügü altun ban evlərini biz yıqmışuz. 

Tölə-tölə şahbaz atlarını biz binmuşüz. 

Qatar-qatar qızıl dəvəsini biz yetmişüz. 

Qarıcıq anasını biz gətürmişiz. 

Qaza bəηzər qızı-gəlini biz yesir etmişüz 

Qırq yigidlə Qazanıη oğlını biz gətürmişiz

Qırq incə bellü qızla Qazanıη həlalını biz gətürmişiz... 

Bu sintaktik bütövdə ahəngdarlıq yaradan vasitələrin ümumi 

mənzərəsi belədir: “q” samitinin alliterasiyası; “qırq” sözünün işti-

rakı ilə yaradılımış anafora; “biz” sözünün iştirakı ilə yaradılmış  

epifora; “-mış+-ız

4

” formasının istinasız olaraq misraların hamısı-



nın sonunda təkrarlanması... Bu isə o deməkdir ki, yuxarıdakı mət-

nin ahəngdar səslənməsində, eyni zamanda  poetik mənasının qüv-

vətləndirilməsində “-mış

4

+-ız



4

” forması xüsusi çəkiyə malikdir.  

“-mış

4

 + -lar



2”

 formasının təkrarı ilə (bu formaya az təsadüf 

olunur)  

Qanturalıyı ögmişlər.



 

 

Görəlim, xanım, necə ögmişlər... 



  

Bütün bunlar  onu  deməyə   əsas verir ki,  “Kitab”da -mış

4

 

nəqli keçmiş zaman şəkilçisi icra olunmuş iş və hərəkətin nəticə-



sini bildirməklə yanaşı, həm də ahəngdarlıq yaradan, poetik  mə-

nanı qüvvətləndirən bir vasitə kimi çıxış edir. 



-ib

4

 şəkilçili nəqli keçmiş zaman. Bu şəkilçi Türkiyə türk-

cəsində işlənmir, türkmən dilində -ıp

4

, Azərbaycan dilində isə -ıb



4

 

şəklində  sabitləşib. “Kitab”dakı forması isə belədir: -ub, -üb: kə-



silüb. “Kölgəlicə qaba ağacım kəsilübdür”; alınub. “Dünyəlikdə 

bir qardaşım alınubdır”. Deməli, “Kitab”dakı -ub, -üb forması yal-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

281

 

nız müasir Azərbaycan  ədəbi dili üçün səciyyəvidir. Bu da “Ki-



tab”ın məhz Azərbaycan dilində yazıldığını arqumentləşdirən  ən 

tutarlı faktlardan hesab oluna bilər. Yeri gəlmişkən, türkologiyada 

-ıb

4

  nəqli keçmiş zaman şəkilçisinin daha çox Azərbaycan dili 



üçün xarakterik olması xüsusi olaraq qeyd olunur. Burada M.Er-

ginin “bugün artık Osmanlı sahasında bu şekil (-ıb

4

 nəzərdə tutu-



lur – Ə.T.) kullanılmamaktadır” fikrinə tarixi-linqvistik müstəvidə 

aydınlıq gətirmiş K.Bəşirovun bir fikrini eynilə xatırlatmaq lazım 

gəlir: “Nəqli keçmişin -ıb

4

 morfemi oğuz qrupu dillərindən daha 



çox Azərbaycan dilində keçmiş zaman anlayışı ifadə etmək üçün 

işlənir: Yaz gəlıib, qar əriyib, yollar  açılıb və s. -ıb morfeminə 

əski Anadolu türkcəsində  -ıp  şəklində aktiv rast gəlinsə  də, 

osmanlı türkcəsində artıq bu şəkilçi tək-tük sözlərdə istifadə 

edilmişdir”

1

.  



E.Əzizovun fikrincə, “Azərbaycan dilinin tarixində -ıb nəq-

li keçmiş zaman  forması  birinci şəxs tək və cəmdə də işlənmiş-

dir, lakin bu xüsusiyyət müasir Azərbaycan dili şivələri üçün xa-

rakterik deyil. Həmin keçmiş zamanın birinci şəxs tək və cəmində 

-ıb  şəkilçisinin işlənməsi XV-XVII əsrlər Azərbaycan yazılı 

abidələrinin dilində müşahidə edilir: Eylə sayru düşübəm ki, mana 

sihhət verməz (Kişvəri); Ey Füzuli, olubam ğərqeyi – girdabi – cü-

nun (Füzuli)...”

2

  -ıb


nəqli keçmiş zaman formasının birinci şəxs 

təkdə və cəmdə işlənməsinə “Kitab”ın dilində də rast gəlinmir. Bu 

da “Kitab”ın XV əsrdən əvvəlki dövrlərdə yazıya alındığını aydın 

şəkildə göstərir. 

“Kitab”ın dilində -ub, -üb nəqli keçmiş zaman forması da-

ha çox III şəxsin təkində müşahidə edilir: olubdur. “Çünki Qazan 

bəgdən buyruq olubdur, qoη otursun!”; baş kəsübdür, qan döküb-

dür”. Gördilər kim, ol yigit kim baş kəsübdür, qan dökübdür, Bay-

börə  bəgiη sağında oturar”... Buradakı “-ıb

4

+-dır


4

” nəqli keçmiş 

zaman formasının qrammatik semantikasını belə səciyyələndirmək 

                                                            

1

 K.Bəşirov. Oğuz qrupu  türk dillərində qrammatik morfemlər.Bakı,2009,səh.138. 



2

 E.Əzizov. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı, 1999, səh.190-191. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin