ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə17/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

171

 

kitabı”nın leksikası” adlı dissertasiya (2007) aktuallığı və yeniliyi 



ilə diqqəti cəlb edir. 

Giriş, üç fəsil, nəticə  və  ədəbiyyat siyahısından ibarət olan 

əsərin I fəsli “Dədə Qorqud kitabı”nın lüğət tərkibi” adlanır. 

Müəllif daha aydın təsəvvür yaratmaq məqsədilə “Kitab!”ın lüğət 

tərkibini iki yarımfəslə bölərək tədqiq edir: türk mənşəli sözlər və 

alınma sözlər. Qeyd edək ki, qorqudşünaslıqda “Kitab”dakı alın-

ma sözlərin sayı barədə müxtəlif fikirlər vardır. Belə ki,  Ə.Dəmir-

çizadəyə görə, “Kitab”da 350 ərəb və 136 fars, K.Vəliyevə görə, 

559  ərəb və fars, E.Piriyevə görə, 194 fars mənşəli söz işlənib. 

Afaq Məmmədova bu hesablamaların heç biri ilə razılaşmır və 

“Kitab”ın dilində  işlənən sözlərin sayı barədə yeni, həm də daha 

inandırıcı fikirlər irəli sürür. Müəllifə görə, “Kitab”da 3000-ə ya-

xın söz işlənib. Bu sözlərdən 573-ü alınmadır (353-ü ərəb, 205-i 

fars mənşəlidir, 15-i tərkibində türk mənşəli ünsürlər, daha dəqiqi, 

türk mənşəli morfoloji elementlər iştirak edən ərəb və fars mənşəli 

vahidlərdir). Burada onu da qeyd etmək lazımdır ki, müəllif “Ki-

tab”da işlənən türk mənşəli 773 sözün müasir Azərbaycan dilində 

semantik, fonetik, morfoloji cəhətdən eynilə işləndiyini, həmçinin 

abidədəki 213 leksemin müxtəlif fonetik formalarının mövcud 

olduğunu da dəqiqləşdirib. Bu mənada Afaq Məmmədovanın 

“Kitab”ın lüğət tərkibi barədə təqdim etdiyi statistik hesablamala-

rını məqbul hesab etmək olar. 

Afaq Məmmədova “Kitab”dakı türk mənşəli sözləri üç isti-

qamətdə araşdırıb: müasir Azərbaycan dilində semantik , fonetik, 

morfoloji cəhətdən eyni qalan sözlər (ad, ağ, ata, beş...); müasir 

Azərbaycan dilində fonetik dəyişikliyə uğramış sözlər (av, başar-

maq, çaqmaq, diləg, dilkü...); müasir Azərbaycan dili üçün arxaik-

ləşən sözlər. Müəllif “Müasir Azərbaycan dili üçün arxaikləşən 

sözlər”i daha geniş planda, dəqiq desək, aşağıdakı başlıqlar altında 

tədqiq edib: a) “Kitab”da işlənən, müasir Azərbaycan dilində ta-

mamilə arxaikləşənlər (alar – sübh vaxtı, arğış – karvan, çətük – 

pişik); b) “Kitab”da işlənən, müasir Azərbaycan dilində passivlə-

şən, yəni müəyyən sahələrdə  və ya söz kökü, birləşmələr, atalar 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

172

 

sözü, deyimlər içərisində qalanlar (ağ - ağ eləmək, qara – Qara-



bağ, Qaradağ, qılmaq – çarə  qılmaq, namaz qılmaq...); c) “Ki-

tab”da və müasir dövrümüzdə struktur eyniliyi qorunsa da, məna-

larını  dəyişən sözlər, yəni semantik arxaizmlər (aş – yemək, eh-

san, qalın – qüvvətli, böyük, qatı – bərk, qüvvətli...); ç) “Kitab”da 

işlənən, müasir Azərbaycan  ədəbi dilində arxaikləşən və ya 

passivləşən, dialekt və  şivələrimizdə isə  fəal olan sözlər (aqça – 

pul, ağmaq – yüksəlmək, ucalmaq, qalxmaq, ağıl – tövlə, bayımaq 

– varlanmaq, güz – payız...); d) “Kitab”da işlənən, müasir Azər-

baycan ədəbi dili üçün tipik olmayıb,  Türkiyə türkcəsində ədəbi 

dil səviyyəsində  işlək olan kəlmələr (datlu//tatlu – şirin, otaq  - 

çadır, baqır – mis, buŋalmaq – sarsılmaq...). Bütün bunlar onu 

göstərir ki, “Kitab”dakı türk mənşəli sözlərin hər birinə qədim və 

müasir türk dilləri prizmasından yanaşan Afaq Məmmədovanın 

qənaətləri doğru və inandırıcıdır. 

Nümunələri “Kitab”ın Drezden nüsxəsindən götürən müəl-

lifin əlyazmada oxunması çətinlik törədən bir neçə söz və ifadənin 

üzərində xüsusi olaraq dayanması onun həm də bir mətnşünas 

kimi çıxış etdiyini təsdiqləyir. Məsələn, “Kitab”dakı “ 

ق

و

يسمر “  



(D-199) yazılış  şəklini H.Araslı “qurumsu”, M.Ergin “kurumsu”, 

S.Əlizadə “qurması” formasında transkripsiya edib. Mətnin se-

mantik tutumuna və sanballı lüğətlərə istinad edən Afaq Məmmə-

dova təkzibedilməz arqumentlərlə  əsaslandırır ki, həmin yazılış 

şəkli “qorımsı” (hörük, saçın topa halında bir yerə yığılması) for-

masında oxunmalıdır.  

I fəslin ən müsbət cəhətlərindən biri də “Kitab”ın dili baxı-

mından səciyyəvi olan ərəb və fars mənşəli sözlərin  üç istiqamət-

də qruplaşdırılmasıdır: “Dədə Qorqud kitabı”nda işlənən və müa-

sir dilimizdə aktiv olan (vətəndaşlıq hüququ qazanan) alınmalar 

(axşam, çəmən, vətən...); “Dədə Qorqud kitabı”nda işlənən, müa-

sir dilimizdə passivləşən alınmalar (asiman, behişt, xub...); müəlli-

fin “Dədə Qorqud kitabı”nda işlənən, müasir dilimizdə arxaiklə-

şən alınmalar (bidət, imirzə, müt`i...). Bu qeydlər bir daha təsdiq 

edir ki, Afaq Məmmədova ərəb və fars mənşəli sözlərlə bağlı mü-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

173

 

əyyənləşdirdiyi qrupların hər birini uyğun dil faktları ilə  əsas-



landıra bilib. 

“Dədə Qorqud kitabı”nın dilində semantik söz qrupları” ad-

lanan II fəsildə abidənin dili baxımından səciyyəvi olan sinonim, 

omonim və antonimlər geniş şəkildə tədqiq edilir, çoxmənalılıq və 

omonimliyin oxşar və  fərqli cəhətləri məhz “Kitab”dan götürül-

müş dil faktları əsasında araşdırılır. A.Məmmədovanın sinonimlə-

rin mənşəyi və eposdakı  işlənmə tezliyi ilə bağlı  təqdim etdiyi 

cədvəl II fəslin  ən yaxşı  cəhətlərindən biri kimi qiymətləndirilə 

bilər.  Əsərin 70-80-ci səhifələrində verilmiş  həmin cədvəl, bir 

tərəfdən, A.Məmmədovanın yüksək tədqiqatçılıq qabiliyyətini, 

digər tərəfdən, onun hər bir sözə  zərgər dəqiqliyi ilə yanaşdığını 

təsdiqləyir. Burada müəllifin təqdim etdiyi cədvəldən yalnız bir 

nümunəni xatırlatmaqla kifayətlənirik: əsrük (1) – oğuz, qıpçaq və 

ya başqa türk tayfa dillərində;  şərablu (1) - ərəbcə, məst (2), 

sərxoş (3) – farsca. 

“Kitab”ın leksikasına dərindən bələd olan Afaq Məm-

mədova yazır: “Bizcə, DQK (“Dədə Qorqud kitabı” – Ə.T.) dilin-

də kişi leksemi tək işləndiyi zaman “adam, insan, nəfər” mənala-

rında ancaq kişi cinsini ifadə edirdi; əgər qadın cinsini ifadə etməli 

idisə, o zaman mütləq qadın cinsini bildirən sözlə birlikdə  işlən-

məli idi (anam kişi, gəlin kişi və s.). Müqayisə et: qardaş  və  qız 

qardaş”. Müəllifin irəli sürdüyü tezislərin düzgünlüyünü “Ki-

tab”dakı faktlar da təsdiq edir. Məsələn, “Bəkil gördi, xatun 

kişinin əqli-kəlicəsi eyüdür”. 

“Kitab”dakı antonimlərin sistemi, daha doğrusu, onların se-

mantik sıralanma prinsipini qorqudşünaslıqda ilk dəfə olaraq 

dəqiqləşdirən də Afaq Məmmədovadır. Müəllifin araşdırmala-

rından məlum olur ki, “Kitab”dakı antonimlərin sıralanmasında 

bir neçə prinsip gözlənilib. Məsələn, müəllifin bir fikrinə diqqət 

yetirək: “Əgər antonim kəlmələr yaxşı-pis ziddiyyətli mənaları 

ifadə edirsə, o zaman ilk əvvəl yaxşı, sonra pis anlamlı kəlmələr 

işlədilir. Məsələn, alqış-qarğış, ağ-qara, comərd-nakəs, xeyir-şər, 

dost-düşmən və s.”. Fikrimizcə, müəllifin irəli sürdüyü tezis inan-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

174

 

dırıcıdır və onun əlavə arqumentlərlə  əsaslandırılmasına ehtiyac 



yoxdur. 

Əsərin “Söz yaradıcılığı” adlanan III fəslində morfoloji və 

sintaktik üsulla düzələn sözlər tarixi-linqvistik prizmadan tədqiq 

edilir. “Kitab”da morfoloji  üsulla düzələn sözlər aşağıdakı sistem 

üzrə    araşdırılır: adlardan ad düzəldən  şəkilçilər (-ra, -arı/-aru, -

qarı/-qaru: aŋaru, qancaru, yuqarı...); adlardan feil düzəldən 

şəkilçilər (-la, -lə: avla, boğazla, dişlə...); feildən feil düzəldən 

şəkilçilər (-ıl; -ş, -ış: axtarıl, basıl, ağlaş, boğuş...). Qeyd edək ki, 

“Kitab”dakı leksik şəkilçilərin məhsuldarlıq və qeyri-məhsuldarlıq 

baxımından tədqiqi, digər tərəfdən, müasir Azərbaycan ədəbi dili 

baxımından arxaikləşmiş  şəkilçilərin dəqiqləşdirilməsi də  əsərin 

uğuru kimi dəyərləndirilə bilər. 

Müəllif sintaktik yolla düzələn sözləri iki əsas qrupa bölür: 

müxtəlif mənalı sözlərin birləşməsindən düzələn mürəkkəb sözlər 

(Aladağ, Banıçiçək, beşikkərtmə...); eyni sözün təkrarından əmələ 

gələn mürəkkəb sözlər (açuq-açuq, alay-alay, yumru-yumru...). 

Hər iki istiqamət “Kitab”dakı dil  faktları ilə əsas-landırılıb. 

Bütün bunlarla bərabər, dissertasiyada bir sıra nöqsanlar da 

müşahidə edilir: 

səh.45-də “Kitab”ın dili baxımından səciyyəvi olan mis an-

lamlı “baqır”, sarsılmaq, kədərlənmək anlamlı “bunalmaq” sözlə-

rinin Türkiyə türkcəsində  ədəbi dil səviyyəsində  işlənməsindən 

bəhs edilir. Fikrimizcə, “baqır” və “bunalmaq” sözləri həm Türki-

yə türkcəsi, həm də Azərbaycan dilinin qərb  şivələrindəki uyğun 

dil faktları ilə müqayisəli  şəkildə  tədqiq edilsə idi, daha dəqiq 

fikirlər söyləmək olardı. Çünki həmin sözlər Azərbaycan dilinin 

qərb şivələrində mühafizə olunmaqdadır (paxır qazan – mis qazan; 

kişi boŋalıf – kişi sarsılıb); 

səh.56-da “Dədə Qorqud kitabı”nda işlənən, müasir dilimiz-

də arxaikləşən alınmalar” başlığı altında verilmiş sözlərin bir qis-

mi şivələrimizdə işlənməkdədir. Məsələn,ərş, hampa, hərami və s. 

Deməli, həmin vahidlər müasir dilimiz yox, müasir ədəbi dilimiz 

baxımından arxaikləşən alınma sözlər kimi araşdırılmalıdır; 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

175

 

səh.96-da “boğaz” sözünün I mənası kimi “bədən üzvü”, II 



mənası kimi “heyvan xəstəliyi” göstərilir. Fikrimizcə, Kitab”da 

“boğaz” sözünün II mənası “heyvan xəstəliyi” kimi yox, “qarnın-

da balası olan heyvan” kimi izah edilməlidir. Müəllif “Kitab”dakı 

“qısır qısraq” (...qısır qısrağa bindiyim yoq) və “boğaz qısraq” 

(...boğaz qısrağa bindigim yoq) ifadələrini müqayisə etsə idi, daha 

yaxşı olardı; 

səh. 136-da “yer altı – yer yüzü” kimi II növ ismi söz 

birləşmələri mürəkkəb söz kimi təqdim edilir; 

Əsərdə orfoqrafik səhvlərə də rast gəlinir. Məsələn, düşmən-

lik, düşmənçilik  əvəzinə düşmanlıq (səh.3), kəşməkəşli  əvəzinə 

keşməkeşli (səh.15), şeir əvəzinə şer (səh.14) və s. 

Qeyd olunan iradlar əsərin elmi-praktik əhəmiyyətini azalt-

mır. Bir cəhəti də qeyd edək ki, müəllifin 2009-cu ildə “Dədə Qor-

qud kitabı”nın leksikası” başlığı altında çap etdirdiyi kitabda bu 

iradlar nəzərə alınıb. 

 

 



“Kitabi-Dədə Qorqud”da heyvan, quş və  

həşərat adları bildirən sözlər 

 

“Kitabi-Dədə Qorqud”un  poetik strukturunda işlənmiş hey-

van, quş  və  həşərat adları bu vaxta qədər sistemli şəkildə araş-

dırılmayıb. Bu mənada M.Qıpçağın təqdim etdiyi “Kitabi-Dədə 

Qorqud”da heyvan, quş  və  həşərat adları bildirən sözlər” (2012) 

adlı kitab aktuallığı ilə diqqəti cəlb edir. 

“Bir neçə söz” bölməsində “Kitab”ın azərbaycanlılara məx-

sus sanballı bir abidə olması xüsusi olaraq vurğulanır. Eyni za-

manda faktlarla əsaslandırılır ki, “Kitab” daha çox Türkiyə  və 

Azərbaycanda nəşr və tədqiq edilmişdir. 

“Kitabi-Dədə Qorqud”da heyvan, quş və həşərat adları bildi-

rən sözlər”  adlı I fəsildə at, ayğır, bıraq, buğa, buğra, buzağı, çə-

tüg, dəvə, eşək, ərkəc, inək, it, keçi, köşək, yund və s. kimi sözlər 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

176

 

tarixi-linqvistik müstəvidə araşdırılmış, onların hər birinin mənası, 



mənşəyi, xüsusən də “Kitab”ın poetik strukturundakı yeri müəy-

yənləşdirilmişdir. Məsələn, müəllif at sözündən bəhs edərkən, atın 

türk tarixi və etnoqrafiyasındakı rolunu qabarıq  şəkildə göstər-

məklə yanaşı, həmin sözün iştirakı ilə yaranmış at dəpmək, at oy-

natmaq, at salmaq kimi frazeoloji vahidlərin də “Kitab”ın poetik 

çəkisini qüvvətləndirən detallar olduğunu qeyd edir. Yaxud 

M.Qıpçaq  ayğırlıq və ayğırlı sözlərindəki -lıq və -lı şəkilçilərinin 

işlənmə tarixinə  nəzər salır, -lıq morfemini -lı  şəkilçisinin qədim 

variantı olduğunu göstərir. Yeri gəlmişkən, həmin şəkilçi morfem-

ləri (-lıq, -lı) “Kitab”ın dilində tam sabitləşməmiş  vəziyyətdə 

görünür. 

Aslan, canvər, tonuz, əjdərha,  ənik, keyik, qaban, qaplan, 

qurd, yılan və s. kimi sözlər II fəsildə –  “Kitabi-Dədə Qorqud”da 

vəhşi heyvan adları” başlığı altında öyrənilmişdir. Müəllif bu 

sözlərin mənşəyini, mənasını  mətn kontekstində  dəqiqləşdirir. 

Məsələn, ilan sözündən bəhs edərkən yazır: “İlan extonik varlıqla-

rın başlıca zoomorfik cizgilərindən biri olsa da, “Kitabi-Dədə 

Qorqud” dastanlarında ilan sözü mifoloji varlığı deyil, real həyat-

dakı ilanı ifadə edir. Abidənin dilində iki dəfə “sarı yılan”, iki dəfə 

isə “ala yılan” ifadələrinin işlənməsi bunu bir daha təsdiq edir”. 

Bu müşahidələr elmi və inandırıcıdır. 

Əsərin III fəsli “Kitabi-Dədə Qorqud”da  quş adları” adlanır. 

Müəllif “Kitab”dakı gögərçin, kəklik, ördek, qaraquş, qaz, saqsa-

ğan, sunqur, şahin, toğan, turac, turğay və s. kimi quş adlarının hər 

birini ayrılıqda təhlil süzgəcindən keçirmiş, onların dastanda daha 

çox həqiqi, bəzən isə məcazi mənada işləndiyini konkret faktlarla 

arqumentləşdirmişdir. Maraqlıdır ki, M.Qıpçaq bu tip vahidləri 

təkcə “Kitab” yox, ümumən türk dilləri kontekstində araşdırmış-

dır. Məsələn, ördək sözünün müasir türk dillərində müxtəlif fone-

tik variantlarda işləndiyimi göstərir: ördek (türk və qaraqalpak dil-

lərində), ö:rdek (türkmən dilində), ördək (Azərbaycan dilində), 

ördəg (özbək dilində) ürzək (başqırd dilində)... 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

177

 

Əsərin “Kitabi-Dədə Qorqud”da həşərat adları” kimi təqdim 



olunan IV fəslində “Kitab”ın leksikası baxımından səciyyəvi olan 

həşərat adlarının, demək olar ki, hamısı (bit, bökələk, bürə, si-

nəg...) sistemli şəkildə tədqiq edilmişdir. Dəqiq desək, onların mə-

nası, mənşəyi, intensivliyi, etimologiyası, xüsusən də türk dillərin-

də işlənmə dərəcəsi konkrtet faktlarla əsaslandırılmışdır. 

Bütün bunlar təqdim olunmuş kitabın təkcə  tələbələr yox, 

həm də mütəxəssislər üçün gərəkli olduğunu təsdiqləyir.  

 

 



“Dədə Qorqud kitabı”nin dilində fitonimlər 

 

Türkologiyada daha çox tədqiq olunan abidələrdən biri və 



birincisi məhz “Kitabi-Dədə Qorqud”dur. Zəngin söz xəzinəmizin 

ən sanballı abidəsi olan “Kitab” tədqiqatçıları bu gün də ona 

müraciət etməyə vadar edir. Bu mənada prof. M.Qıpçağın dastan-

da işlənmiş fitonimlərə müraciət etməsi heç də  təsadüfi deyil. 

“Dədə Qorqud kitabı”nın dilində fitonimlər” (2012) adlı kitabda 

isə 30-a yaxın fitonim leksik, həm də semantik baxımdan təhlil 

olunur, həmin sözlərin müasir Azərbaycan dilinə uyğunluq dərə-

cəsi və  fərqli cəhətləri müəyyənləşdirilir.  Bu tip vahidlər digər 

türk dilləri ilə müqayisə olunur ki, bu da kitabın uğurlu cəhət-

lərindən biri kimi dəyərləndirilə bilər. Fitonimlərin mənşəyi və 

məna çalarlarını “Kitab” haqqında yazılmış  tədqiqatlar konteks-

tində araşdırmış müəllifin qənaətləri elmi və inandırıcıdır. 

Əsərdə diqqəti cəlb edən məsələlərdən biri də fitonimlərin 

mənşəyinin tarixi-linqvistik müstəvidə öyrənilməsidir. Məsələn, 

“saz” fitoniminin izahına diqqət yetirək: “...”saz” sözü (bitki mə-

nasında – Ə.T.) müasir Azərbaycan dilində işlənmir və onun qar-

şılığı kimi “qamışlıq” sözündən istifadə olunur. Həmin sözə Azər-

baycan dilinin Oğuz və Şəki şivələrində “qamış”, “qamışlıq”  mə-

nalarında rast gəlirik: “Donquzun meyli sazaydı, it də qo:du saldı 

saza”. Yeri gəlmişkən, bu cür izahlar tələbələrin dil tarixini, xüsu-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

178

 

sən də dialektologiyanı daha dərindən mənimsəmələrinə kömək 



edir, onları bir tədqiqatçı kimi formalaşdırır. 

Əsərdə  ağac, alma, arpa, çayır, çiçək kimi sözlərin hər biri 

ayrılıqda təhlil edilir ki, bu da həmin tip vahidlərin “Kitab”ın 

poetik strukturundakı yerini dəqiqləşdirməyə imkan yaradır. 

M.Qıpçağın təqdim etdiyi “Dədə-Qorqud kitabı”nın dilində 

fitonimlər” adlı əsəri qorqudşünaslığımızın uğurlarından biri kimi 

dəyərləndirilə bilər. 

 

 



“Dədə Qorqud kitabı”nın dilində  

feli birləşmələr 

 

Türkologiyada feli birləşmələr  sinxronik istiqamətdə geniş 



şəkildə  tədqiq edilsə də, diaxronik aspektdə, demək olar ki, araş-

dırılmayıb. Digər tərəfdən, qorqudşünaslıqda “Kitab”ın fonetik, 

leksik, onomastik və morfoloji xüsusiyyətlərinə dair onlarca mə-

qalə və monoqrafiya çap olunub, bir sıra qaranlıq məsələlərə ay-

dınlıq gətirilib, lakin nədənsə, abidənin sintaksisi, daha dəqiq de-

sək, feli birləşmələr tədqiqat obyekti kimi götürülməyib. Bu mə-

nada Sevinc Abdinovanın “Kitabi-Dədə Qorqud” dastanının 

dilində feli birləşmələr” adlı namizədlik dissertasiyası (2007) yeni 

və orijinal bir əsər kimi qorqudşünaslığa ən yaxşı töhfədir. 

Giriş, üç fəsil, nəticə, istifadə edilmiş elmi ədəbiyyat və 

mənbələrin siyahısından ibarət olan dissertasiyanın I fəsli “Kitabi-

Dədə Qorqud” dastanının dilində “ad+feil” tipli feli birləşmə adla-

nır. S.Abdinova “ad+feil” tipli feli birləşmələri tərəflərinin hansı 

nitq hissəsi ilə ifadə olunması baxımından qruplaşdırır və belə 

qənaətə gəlir ki, “Kitab”ın dilində “ad+feil” tipli birləşmələrin 10 

modeli müşahidə olunur. Əsərdən görünür ki, müəllif hər bir mo-

deli “Kitab”dakı uyğun dil fakları ilə əsaslandırıb. Məsələn, I tərəf 

isimlə, II tərəf isə məsdərlə ifadə olunur (Bamsı Beyrəgə diləməgə 

gəlmişəm). 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

179

 

Feli birləşmələr tədqiq edilərkən təkcə “Kitab”ın 1988-ci ildə 



F.Zeynalov və S.Əlizadə  tərəfindən çap olunmuş    nəşrinə yox, 

həm də H.Araslı, O.Ş.Gökyay, M.Ergin, Ş.Cəmşidov və S.Əliza-

dənin  tərtib etdiyi mətnlərə, V.Bartoldun rusca tərcüməsinə 

istinad olunub. Bu, təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. 

Müəllif adlıq hallı feli  birləşmələrin varlığını  qəbul etməyən və 

ya  şübhə ilə yanaşan dilçilərin fikirlərinə münasibət bildirdikdən 

sonra Y.Seyidovun mövqeyinin düzgün olduğunu müxtəlif 

prizmalardan təsdiqləməyə çalışır. 

S.Abdinova “ad+feil” tipli feli birləşmələrin I komponentinin 

ismin müəyyən bir halında durmasını əsas götürərək onları aşağı-

dakı kimi qruplaşdırır: adlıq hallı feli birləşmələr (At yemiyən acı 

otlar bitincə, bitməsə, yeg!), təsirlik hallı feli birləşmələr (Toyunca 

yüzinə baqmadığım xanım yigit), yerlik hallı feli birləşmələr 

(Minarədə banlayanda  fəqih görkli), çıxışlıq hallı feli birləşmələr 

(Qız anadan görməyincə ögüt almaz). Bu tip birləşmələrin hər 

birini konkret dil faktları ilə  əsaslandıran S.Abdinovanın araş-

dırmalarından o da məlum olur ki, “Kitab”ın dilində yönlük hallı 

feli birləşmələr yerlik və  çıxışlıq hallı feli birləşmələrlə mü-

qayisədə daha zəngin struktur-semantik xüsusiyyətlərə malikdir. 

S.Abdinova “ad+feil” tipli feli birləşmələrin struktur-seman-

tik cəhətlərindən bəhs edərkən birləşmənin ikinci tərəfində,  daha   

dəqiqi,  tabe   edən  tərəfində   işlənən -ıb

4

,  -ıban


4

, -anda


2

 və s. şə-

kilçili feli birləşmələrin  morfoloji və sintaktik xüsusiyyətlərini ta-

rixi-linqvistik prizmadan təhlil edir,  onların hər birinin işlənmə 

tezliklərini dəqiqləşdirməyə çalışır. Məsələn, müəllifə görə, II tə-

rəfi –acaq

2

, -ar şəkilçili feli sifət və -maq



2

 şəkilçili məsdərdən iba-

rət olan birləşmələr “Kitab”ın dili baxımından səciyyəvi deyil. 

Müəllif  “Kitab”ın dilində işlənən “feil+feil” tipli birləş-mə-

lərin 3 əsas qrupunu dəqiqləşdirib: ikinci tərəfi feli bağla-malarla 

ifadə olunan feli birləşmələr; ikinci tərəfi feli sifətlərlə ifadə 

olunan feli birləşmələr; ikinci tərəfi məsdərlə ifadə olunan feli 

birləşmələr. Bu  tip birləşmələrin hər birini sistemli şəkildə tədqiq 

edən müəllif belə  nəticəyə  gəlir ki, “Kitab”ın dilində  işlənən 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

180

 

“feil+feil” tipli birləşmələr arasında tam, həm də tam olmayan ya-



naşma əlaqəsi özünü göstərir. Məsələn, “Av avlayı gəzərkən ögin-

dən bir yaralu keyik çıqdı (avlayı gəzərkən – tam yanaşma); “Ağ 

qoyunlar gəlüb çevrəsində yatduğu su (gəlüb çevrəsində yatduğu – 

tam olmayan yanaşma). Müəllifin qənaətləri elmi və inandırı-cıdır. 

S.Abdinova “Kitab”ın dilində işlənən “zərf+feil” tipli birləş-

mələri də sistemli şəkildə təhlilə cəlb edib. Belə ki, bu tip birləş-

mələrin I tərəfində  işlənən zərfləri, II tərəf kimi çıxış edən feli 

bağlama, feli sifət və  məsdərləri müxtəlif cəhətdən səciyyələndi-

rib, eyni zamanda bunların hər birini konkret dil faktları ilə əsas-

landırıb. Məsələn, müəllif “birinci komponent ikinci komponentlə 

ifadə olunan hərəkətin tərzini bildirir” tezisini irəli sürərkən “Ki-

tab”dakı “Dəstursuzca mənim yağıma girən yigit, nə yigitsən” 

cümləsinə istinad edir. Bu isə bir daha təsdiq edir ki, müəllif irəli 

sürdüyü mülahizələri arqumentləşdirməyi bacarır. 

 

 

Oğuz epik ənənəsində Qazan xan obrazı 



 

Atif İslamzadənin “Oğuz epik ənənəsində Qazan xan obrazı” 

adlı dissertasiyası (2013) yeniliklərlə zəngindir. Bu tədqiqat işinin 

ən əhəmiyyətli tərəflərindən biri, bəlkə də, ən əsası odur ki, müəl-

lif  mövzunun tədqiqində ona qədər olan müddəaları izləməklə 

bərabər, öz gəldiyi qənaət və nəticələri də cəsarətlə irəli sürür. Ey-

ni zamanda ona qədərki fikir və müddəalara laqeydlik və hör-

mətsizliklə yanaşmır, hər bir fikrə diqqətlə yanaşaraq sonda yekun 

mülahizələrini diqqət mərkəzinə çəkir. 

Qazan xan obrazını hələlik bütöv bir obraz kimi, əsasən, əli-

mizdə olan “Dədə Qorqud kitabı”ndan öyrənmək mümkündür. 

Çünki “Kitab” istisna olmaqla bu günə qədər əlimizdə olan heç bir 

“Oğuznamə”də Qazan xan geniş obraz olaraq mövcud deyil. Onu 

da deyək ki, “Kitab”ın iki ən əsas obrazından biri kimi Qazan xan 

obrazı  Dədə Qorqud obrazı  qədər  əhatəli  şəkildə öyrənilə bilmə-

yib. Digər tərəfdən, hətta Dədə Qorqud obrazı da  Qazan obrazı ilə 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin