ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə13/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

130

 

Yaxud “Şeir dilində özünü göstərən süni sözlər neologizmlə-



rin bir növüdür. Onlar, əsasən, fərdi səciyyə daşıyır və kontekstin 

tələbinə, üslubi zərurətə  əsasən bədii nitqə daxil olurlar. Belə 

xüsusiyyətlərinə görə dilçilik ədəbiyyatında bu sözlər okkozional 

sözlər adlanır”, - deyən M.Hüseynov yazır: “...çiyindaş” isə H.Ca-

vid, R.Rza və başqa sənətkarların yaratdığı könüldaş, əsrdaş, yurd-

daş, dünyadaş kimi sözlərin qəlibi  əsasında yaranmış üslubi 

neologizmlərdəndir”

1

.  



Bu fikirlərdə, eləcə də T.Əfəndiyeva və B.Xəlilovun şərhlə-

rində üslubi neologizmlərin ən xarakterik cəhətləri çoxsaylı nümu-

nələr kontekstində  işıqlandırılıb. Burada yaranma tarixi baxımın-

dan yerinə düşməyən cəmi bir nümunəyə  təsadüf olunur: könül-

daş. Qədim türk mənbələri “könüldaş” sözünü H.Cavid, R.Rza ki-

mi sənətkarlar yaratmışdır – fikrini təkzib edir. Belə ki, M.Kaşğa-

rinin “Divan”ında “könüldaş” sözünün semantik yükü dəqiq ve-

rilib: “...könqüldəş sözü də belədir, “könül dostu” deməkdir,  

çünki qəlb könüldür”

2

.  



Yaxud Yusif Xas Hacib Balasağunlunun “Qutadğu Bilig” 

poemasında sirdaş, dost anlamlı “könqüldəş” sözünə rast gəlinir

3

.  


Burada belə bir fikir reallaşır: R.Rza kimi böyük sənətkar dərin-

dən bələd olduğu qədim türk mənbələrindəki “könqüldəş” sözünü 

öz şeirlərində “könüldaş” şəklində işlətməklə (əslində, burada cid-

di fonetik fərqlər də  nəzərə çarpmır: nq→ŋ→n; -daş isə müasir 

ədəbi dilimizdə bir cür yazılan şəkilçidir: -dəş=-daş) ona yeni nə-

fəs vermiş, işləkliyini təmin etmiş, yenidən ədəbi dilimizə qaytar-

mışdır. Bu isə o deməkdir ki, “könüldaş” sözünü  üslubi neolo-

gizm kimi səciyyələndirmək olmaz. Əksinə, xüsusi olaraq vurğu-

lamaq lazımdır ki, səsi minilliklərdən gələn könüldaş, qandaş (ata-

bir qardaş), qoldaş (dost), yerdaş (həmyerli) kimi sözlərdə tarixi-

miz, psixologiyamız, etnoqrafiyamız, ruhumuz yaşayır. 

                                                            

1

 M.Hüseynov. Dil və poeziya. Bakı, 2008, səh.370. 



2

 M.Kaşğari. “Divanü lüğat-it-türk”. I cild, Bakı, 2006, səh.405. 

3

 R.Əskər. “Qutadğu Bilig”. Bakı, 2003, səh.178. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

131

 

“Kitab”da diqqəti cəlb edən cəhətlərdən biri də qohumluq 



terminləri əsasında yaranmış düzəltmə sözlərdir. Bu cür sözlərdə, 

əsasən, aşağıdakı şəkilçilərə rast gəlinir: 



-lı, -lu: “qardaşı, dostu, yaxın adamı olan” anlamlı “qardaş-

lu” – “Qardaşlu yigitlər qalqar-qopar olur” (D-259);  “qızı olan” 

anlamlı – “qızlu” – “Oğullıları ağ otağa, qızluyı qızıl otağa, oğlı-

qızı olmıyanı qara otağa qondurıŋ...” (D-12). Qeyd edək ki, “qız-

lu” sözü müasir  dilimizdə ayrılıqda deyil, “oğullu-qızlı” mürək-

kəb sözündə ikinci tərəf kimi çıxış edir: Oğullu-qızlı olsun!...; - 

“oğlu olan” anlamlı “oğullı” (bax: yuxarıdakı nümunədə “oğullıla-

rı” sözü); 



-sız: qardaşı olmayan, “kimsəsiz, yaxın adamı olmayan” 

anlamlı “qardaşsız” sözündə müşahidə oulunur: “Qardaşsız miskin 

yigit əŋsəsinə yumruq  toqunsa...” (D-259); 

-cıq, -cik, -cük, -cığaz: Kiçiltmə və əzizləmə məzmunlu bu 

şəkilçilərin qohumluq terminlərinə artırılması ilə düzəlmiş sözlər 

“Kitab”da  üstün mövqedə görünür. Heç şübhəsiz ki,  bu bilavasitə 

dilin emotiv funksiyası ilə bağlıdır. Çünki həmin  şəkilçili sözlər 

bədii mətndə daha çox emosionallığı, ekspressivliyi gücləndir-

məyə xidmət edir: 



qızcığaz: “Üç canvər öldürdigiçün bir qızcığazımı aldı-getdi” 

(D-191); 



qardaşcığım: “Beşikdə qoyub getdigim qardaşcığım-

mısan?” (D-269); 



gəlincigüm: “Yalansa bu sözləriŋ, gerçək ola, gəlincigüm!” 

(D-117); 



oğlancıq: “Oğlancıqları qarşu gəldi, oxşamadı” (D-238). 

Bu bölmənin yekunu olaraq belə bir fikir söyləmək olar: -in 

və -daş  şəkilçiləri vasitəsilə yaranmış qohumluq terminlıəri, eyni 

zamanda -lı, -lu; -sız; -cıq, -cik, -cük; -cığaz şəkilçilərinin qohum-

luq terminlərinə artırılması vasitəsilə yaranmış düzəltmə isim və 

sifətlər “Kitab”da qohumluq terminlərinin xüsusi çəkiyə malik 

olduğunu təsdiqləyir. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

132

 

mürəkkəb quruluşlu qohumluq terminləri.  “Kitabda ya-

xın mənalı ata və ana, oğul və qız, qız və gəlin sözləri əsasında ya-

ranmış mürəkkəb quruluşlu qohumluq terminlərinə təsadüf olunur: 

ata – ana: “Ata-ana ”yaŋlış xəbərdir, getmə, oğul!” – dedilər” 

(D-259); 

oğlı-qızı: “Oğlı-qızı olmıyana allah-təala qarğayıbdır, biz 

dəxi qarğarız...” (D-10); 

qız-gəlin: “Ağca yüzli qızım-gəlünim əkşəşmədin” (D-299).. 

Burada onu da qeyd edək ki, “Kitab”dakı qohumluq termin-

lərinin bir qismi ismi birləşmə modelindədir: 

qayın - ata: “Atamdan yegrək qayın ata!” (D-262); 

         qayın ana: “Anamdan yegrək qayın ana!” (D-262); 

qız qarındaş: “Beyrəgə  və anasına və  qız qarındaşlarına 

muştçı gəldi” (D-86); 

xatun kişi: “Bəkil gördi, xatun kişiniŋ  əqli-kəlicəsi eyüdür” 

(D-240); 

qız kişi: “Ağız dildən, qız kişi, xəbər, maŋa!” (D-103); 

qardaşı oğlı: “Təkuruŋ qardaşı oğlı vardı...” (D-183). 

Yuxarıda təqdim etdiklərimiz təkcə “Kitab”ın dili yox, həm 

də Azərbaycan dilinin tarixi leksikologiyası və qrammatikası baxı-

mından əhəmiyyətlidir. 

 

ç) qohumluq terminləri, atalar sözləri və 

 zərbi-məsəllər müstəvisində 

 

“Kitab” özünəqədərki, eyni zamanda formalaşdığı dövrlərin 



atalar sözləri və zərbi-məsəllərini özündə əhatə və əks etdirən ən 

sanballı abidədir. Bu mötəbər mənbədəki çoxsaylı atalar sözləri və 

zərbi-məsəllər həcmcə kiçik, məzmunca dərindir. Onların bir qis-

mi igidlik və  cəsurluqla,  bir qismi təbiət və  cəmiyyət hadisələri 

ilə, bir qismi dini-mifoloji təsəvvürlərlə...bir qismi də  məhz qo-

humluq münasibətləri ilə (ata və oğul, ana və qız, qayınana və və 

gəlin...münasibətləri) bağlıdır. Bu mənada “Kitab”dakı bir sıra 

atalar sözləri və zərbi-məsəllərdə qohumluq terminlərinin işlənmə-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

133

 

si heç də təsadüfi deyil. Digər tərəfdən, burada xüsusi olaraq qeyd 



etmək lazımdır ki, bu tip deyimlərin əksəriyyətində qohumluq ter-

minləri məntiqi mərkəz funksiyasında çıxış edir: “Ata adını yürüt-

miyən xoyrad oğul ata belindən enincə enməsə, yeg, ana rəhminə 

düşüncə, toğmasa, yeg” deyimində ata, ana və oğul qohumluq ter-

minlərinin rolu, onların mətn daxilindəki assosiativliyi nəticəsində 

reallaşmış dərin məna və s. kimi detallar dediklərimizi sübut edir. 

Yaxud “Ağ südin toya əmzirsə, ana görkli” (D-6) kəlamındakı bü-

tün sözlər məhz “ana” sözünün assosiativliyi ilə işlənmişdir. Bu da 

yuxarıda söylədiklərimizi arqumentləşdirir. 

Tərkibində qohumluq terminləri olan atalar sözləri və  zərbi-

məsəlləri aşağıdakı kimi sistemləşdirmək olar: 

– tərkibində ata və oğul sözləri iştirak edənlər: “Ata adın yü-

ridəndə dövlətlü oğul yeg” (D-4); Oğul üçün ata ölmək eyib olur” 

(D-143); “Oğul atadan görməyincə süfrə  çəkməz” (D-3); “Oğul 

atanın yetiridir, iki gözinin biridir” (D-3)...; 

– tərkibində ana və  qız sözləri iştirak edənlər: “Qız anadan 

görməyincə ögit almaz” (D-3)...; 

– tərkibində ana və oğul sözləri iştirak edənlər: “Oğıl kimdən 

oldığın ana bilür” (D-5)...; 

– tərkibində ana sözü iştirak edənlər: “Ağ südin toya əmzirsə, 

ana görkli” (D-6)...; 

– tərkibində baba və oğul sözləri iştirak edənlər: “Oğul dəxi 

neyləsün, baba ölüb mal qalmasa” (D-4); “Baba oğul qazanur ad 

içün, Oğul da qılıc quşanur baba ğeyrətiçün” (D-131)...; 

– tərkibində baba sözü iştirak edənlər: “Baba malından nə 

faidə başda dövlət olmasa...” (D-4); “Dölimindən ağarsa, baba 

görkli” (D-6)...; 

– tərkibində oğul sözü iştirak edənlər: “Dövlətlü oğul qopsa, 

ocağınıŋ gözidir” (D-3); “Yad oğlı saqlamaqla oğul olmaz...” (D-

3)...; 


– tərkibində  oğul və güyəgü sözləri iştirak edənlər: “Kül 

təpəcik olmaz, güyəgü oğul olmaz”...; 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

134

 

– tərkibində qardaş sözü iştirak edənlər: “Sevgili qardaş görk-



li” (D-7)... Bu sistemdə tərkibində “qardaşlu” və “qardaşsız” sözlə-

ri iştirak edən atalar sözlərini də vermək olar: “Qardaşlu yigitlər 

qalqar-qopar olur. Qardaşsız miskin yigit əŋsəsinə yumruq toqun-

sa, Ağlayubən dört yanına baqar olur (D-259). Burada ikinci atalar 

sözünə aydınlıq gətirmək lazım gəlir. Belə ki, ikinci atalar sözü 

sintaktik bütöv daxilində eynilə yox, nisbətən dəyişikliyə uğramış, 

həm də genişləndirilmiş vəziy-yətdədir; 

– tərkibində övrət sözü iştirak edənlər: “Ögünməklə övrət ər 

olmaz” (D-198); “Aldayuban ər tutmaq övrət işidir” (D-298)...; 

– tərkibində həlal sözü iştirak edənlər: “Dizin basub oturanda 

həlal görkli” (D-6)...; 

– tərkibində “gəlin” sözü iştirak edənlər: “Qədəmi qutsız 

gəlin deyincə, udsız gəlin desünlər” (D-262). Bu nümunələrdə 

atalar sözü dəyişikliyə uğramış şəkildə işlən-mişdir. 

Qorqudşünaslıqda atalar sözləri və  zərbi-məsəllərin poetik 

strukturu, semantikası və boylarla bağlılığından kifayət qədər bəhs 

olunub. Amma bu araşdırmalarda atalar sözləri və zərbi-məsəllərə 

məhz qohumluq terminləri prizmasından, demək olar ki, münasibət 

bildirilməyib. Bu mənada həmin tip vahidlər barədə  bəzi fikirləri 

söyləmək lazım gəlir: 

– birincisi, yuxarıda sistemləşdirdiyimiz atalar sözləri və 

zərbi-məsəllər “Kitab”ın böyüklüyünü əyani olaraq göstərir; 

– ikincisi, bu vahidlərdəki ata, ana, oğul, baba və s. kimi qo-

humluq terminləri ilə “Kitab”dakı ata, ana, oğul, baba... obrazlar 

arasında məntiqi bağlılıq görünür. Necə ki “Kitab”da at zoolek-

semli atalar sözləri ilə at obrazları arasında, yaxud dağ sözünün iş-

tirakı ilə yaranmış atalar sözləri ilə dağ obrazları arasında birbaşa 

bağlılıq müşahidə olunur; 

 – üçüncüsü, bu tip vahidlərdə semantik dinamika daha çox 

qohumluq terminləri ilə reallaşır, məntiqi mərkəz funksiyasında da 

məhz qohumluq terminləri çıxış edir; 

– dördüncüsü, atalar sözləri və zərbi-məsəllərdəki qohumluq 

terminləri digər obrazlı ifadələrdəki qohumluq terminləri ilə səslə-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

135

 

şir. Məsələn, andlarda: ana – “Ana həqqi - təŋri həqqi” degilmə-



səydi...” (D-190); alqışlarda: ana – “Ağ birçəklü anaŋ yeri behişt 

olsun!” (D-66); baba – “Ağ saqallu babaŋ yeri uçmaq olsun!” (D-

66),  oğul  -“Oğul, uğuruŋ açıq olsun!” (D-177); ağılarda: qardaş – 

“Vay bəgim qardaş” (D-91); oxşamalarda: ana – “...ağ südin  əm-

digim, qadınım ana!” (D-28), oğul – “Görər gözüm aydını  oğul! 

Tutar belüm qüvvəti oğul!” (D-119)...; 

– beşincisi, bu tip atalar sözlərinin bir qismi “Kitab”da dəyi-

şikliyə uğramış vəziyyətdədir: “Ata tururkən oğıl əlinmi öpərlər?” 

(D-74). Burada belə bir bərpa təbii qarşılana bilər: “Ata tururkən 

oğıl əlin öpməzlər”; 

– altıncısı, tərkibində qohumluq terminləri müşahidə olunan 

atalar sözləri və zərbi-məsəllərdə ana müqəddəsliyi, ata böyüklüyü, 

igidlik və mərdlik, özündən böyüyə hörmət və məhəbbət kimi mə-

nalar ifadə olunur ki, bu da təkcə qədim türkün xarakteri, psixolo-

giyası yox, həm də “Kitab”dakı obrazların bir sıra səciyyəvi cəhət-

ləri barədə dolğun təəssürat yaradır. Bu məqamda “Kitab”dakı bəzi 

obrazları deyimlər kontekstində  səciyyələndirmək lazım gəlir: 

“Qədəmi qutsız gəlin deyincə, udsız gəlin desinlər” deyimi heç bir 

obrazı yox, məhz Səyrəkdən sonra “sinəsində erkək bir milçəyi 

belə görmək istəməyən” Səyrəyin xatununu xarakterizə edir. Ya-

xud “Baba oğul qazanur ad içün, Oğul da qılıc quşanur baba 

ğeyrətiçün” kəlamı Uruzun ən xarakterik cəhətlərini ümumiləşmiş 

şəkildə ifadə edir. 

  “Kitab”ın poetik strukturunda türk bədii təfəkkürünün  ən 

nadir inciləri kimi çıxış edən atalar sözləri və zərbi-məsəllərin hər 

biri bu gün də təzə-tərdir,  bu gün də poetik siqlətini qoruyur. 

 

 

 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

136

 

d) qohumluq terminləri bədii təsvir və  



ifadə vasitələrində 

 

“Kitab”dakı bədii təsvir və ifadə vasitələrinin qohumluq ter-



minləri prizmasından araşdırılmasına, demək olar ki, rast gəlinmir. 

Fikrimizcə, araşdırmanın həm də bu istiqamətdə aparılması qo-

humluq terminlərinin  bədii təsvir və ifadə vasitələrindəki yerini, 

iştiraketmə səbəblərini müəyyənləşdirə bilər. Bu da “Kitab”ın poe-

tik dili, eyni zamanda boylardakı bir sıra obrazlar barədə daha dol-

ğun təəssürat yarada bilər: bəlli olar ki, ata, bacı, gəlin kimi obraz-

lar həm də silsilə epitetlər kontekstində canlandırılıb: “ağ saqallu 

baba”, “qara gözlü qız qartaşum”, “ala gözlü gəlin” (bu epitetlərdə 

baba sözü “ata”, qız qartaş isə “bacı” mənasındadır); aydın olar ki, 

oğula olan dərin sevgi həm də metaforalar vasitəsilə çatdırılıb: 

“Bərü gəlgil, qulınım oğul!” (Qazanın dilində); “Quluncığım aldır-

mışam kişnəyəyinmi?... “Oğul” deyü bozlıyayınmı?...” (Burla xa-

tunun dilində); təsdiqlənə bilər ki, “Dəli Domrul yüz qırq yıl dəxi 

yoldaşıyla yaş yaşadı” cümləsində “y”-nın alliterasiyası (y-y-y-y-

y-y) məhz “y” samiti ilə başlanan “yoldaşı” (arvadı) sözünün asso-

siativliyi ilə reallaşıb... Bu cür arqumentlər qohumluq terminlərinin 

bədii təsvir və ifadə vasitələri daxilində  də öyrənilməsini diktə 

edir. Beləliklə, aşağıdakılara diqqət yetirək:  



A s s o n a n s“a”-nın assonansı “Ata  adın yüridəndə döv-

lətlü oğul” (D-4) (a - a; ata, ad); 

 

o”-nun assonansı. “Oğul, oğul, ay oğul! Ortacım oğul!” (D-



137). Burada assonansla anafora sintez şəklindədir: o – o – o – o – 

o; oğul, oğul, oğul, ortac, oğul; “Oğul, Qalın Oğuz bəglərini oda-

mıza oxuyalım...” (D-81) (o – o – o – o; oğul, Oğuz, oda, oxu 

(maq); 


“o” və “a”-nın assonansı. “Oğlanıŋ anası  oğlanıŋ üstinə 

çapub çıqa gəldi” (D-27) (o – a – a; oğlan, ana, oğlan). 

Nümunələrdə qohumluq bildirən ata, ana və oğul sözlərinin 

iştirakı aydın şəkildə görünür. Bu isə o deməkdir ki, həmin mətn-

lərin ahəngdar səslənməsində saitlə başlanan qohumluq terminləri 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

137

 

həlledici rola malikdir. Digər tərəfdən, yuxarıdakı assonanslarla 



poetik məna qüvvətləndirilib: “o”-nun assonansı ilə “oğul”, “o” və 

“a”-nın assonansı ilə “oğlan” sözünün mənası qüvvətləndirilib. 



A l l i t e r a s i y a . “q”-nın alliterasiyası. “Qara gözlü qız 

qartaşumı ağlatmağıl” (D-143) (q - q – q; qara, qız, qartaş); “Qə-

riblığa qardaşıŋ istəyü sənmi gəldiŋ qardaş?” (D-270) (q – q – q; 

qərib, qardaş, qardaş)...; 



“g”-nın alliterasiyası. “Güvəncimlə  gətürdigiŋ  gəlüncügiŋ  

(D-223) (g – g – g; güvənc, gətürmək, gəlincük); 



“y”-nın alliterasiyası. “...yoldaşıyla yaş yaşadı” (D-169) (y – 

y -  y; yoldaş, yaş, yaşamaq)...; 



“b”-nın alliterasiyası. “A bəg baba! Dəvəcə böyümişsən, 

köşəkcə əqliŋ yoq!” (D-125) (b – b –b – b; bəg, baba, böyümək)... 

Göründüyü kimi, q, g, y və b samitləri ilə başlanan sözlərin 

iştirakı ilə yaradılmış alliterasiyada qız, qardaş, qız qartaş (bacı), 

gəlin, yoldaş (həyat yoldaşı) və baba qohumluq  terminlərinin rolu 

qabarıqlığı ilə seçilir. Burada bir məqamı da qeyd edək ki, yuxarı-

dakı mətnlərdə obrazlılıq, poetik mənanın dərinliyi alliterasiya, as-

sonans, epitet kimi poetik kateqoriyaların sintez şəklində təzahürü 

ilə bağlıdır. Bu məqamda “Kitab”dakı bir cümlədən yan keçmək 

olmur: “Oğlı olanı ağ otağa, qızı olanı qızıl otağa qondurıŋ” (D – 

10). Burada “o”-nun assonansı (o –o – o – o – o ; oğul, ol(maq), 

otaq, ol(maq), otaq), qalın saitlərin hamısının iştirakı (a, ı, o, u), 

“q”-nın alliterasiyası (q – q – q; qız, qızıl, qondurmaq), alliterativ 

qafiyələnmə (oğ – ağ –ağ –ağ...), qohumluq bildirən oğul və  qız 

sözlərinin assosiativliyi ilə  işlənmiş türk mənşəli sözlər cərgəsi, 

ellipsis, paralelizm və s. sintez şəklindədir. Heç şübhəsiz ki, bu, 

birbaşa mətndəki poetik mənanın qabardılması, dərinləşdirilməsi 

ilə bağlıdır. Bu, həmin cümlələrdəki simvollar kontekstində daha 

aydın görünür. Konkret desək, ağ otaq və qızıl (qırmızı) otaq ifa-

dələri ilə dünyaya yenicə göz açmış körpələrə    işarə olunur: ağ 

otaq = oğul: “Dünyaya türk oğlu gəlib”, qızıl otaq = qız: “Dün-

yaya türk qızı  gəlib”. Burada S.Rzasoyun bir fikrini xatırlatmaq 

lazım gəlir: “...həyat qütbü iki rəngin – ağ və qırmızı rənglərin va-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

138

 

sitəsilə simvollaşır. Burada oğuz dünya modelinin daxili qurumu 



və bu qurum çevrəsində gerçəkləşən funksiyası, hərəkəti, element-

lərarası münasibətləri boy verir... Eləcə  də  həyat qütbü öz daxili 

qurumunda qarşıdurma qoşalığı kimi təşkil olunur (ağ-qırmızı, 

oğlan-qız). Burada diqqəti çəkən odur ki, Buğacın doğuluşu süje-

tindəki törənin dünya modelində  həyat Tanrı alqışı qütbünün 

daxili qoşalığı olaraq görünür...”

1

. Müəllifin  şərhləri yuxarıda 



dediklərimizi bir daha arqumentləşdirir.  

A n a f o r a. “Kitab”dakı sintaktik bütövlərdə ana və oğul 

qohumluq terminlərinin iştirakı ilə yaradılmış anaforalar üstün 

mövqedə görünür: 

ana sözünün iştirakı ilə: 

                “Ana, ağzıŋ qurısun! 

                Ana, diliŋ çürisün! 

                    *      *     *  

                         Ana həqqi təŋri həqqi olmasaydı 

                             *      *     * 

                        Ana, zalim ana! – dedi”. (D-259) 

         oğul sözünün iştirakı ilə: 

                        “Oğul, oğul, ay oğul!” (D-130) 

Bu parçalarda ahəngdarlıq və poetik məna dərinliyi məhz 

ana və oğul sözlərinin təkrarı ilə reallaşdırılıb. 

E p i f o r a . “Kitab”da oğul, qardaş  və  gəlin qohumluq 

terminləri ilə yaradılmış epiforalar poetik siqlətinə, bədii-estetik  

məziyyətlərinə görə xüsusilə fərqlənir: 

oğul sözünün təkrarlanması ilə: 

      “Oğul! Dünlügi altun ban evimiŋ qəbzəsi oğul!  

      Qaza bəŋzər qızumuŋ, gəlinimiŋ çiçəgi oğul! 

      Görər gözüm aydını oğul! 

      Tutar belüm qüvvəti oğul! 

      Qalın Oğuz imrəncisi, canım oğul!” (D-119); 

                                                            

1

 S.Rzasoy. Oğuz mifinin paradiqmaları. Bakı, 2004, səh.23-24. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

139

 

qardaş sözünün təkrarlanması ilə: 

      “Ağzıŋ içün öləyim, qardaş! 

      Dilüŋ içün öləyim, qardaş! 

      Ərmi oldıŋ, qardaş! 

      Qəriblığa qardaşıŋ istəyü sənmi gəldiŋ, qardaş?”(D-269); 



gəlin (“gəlincigüm” sözü nəzərdə tutulur) sözünün təkrar-

lanması ilə

      “Dilüŋ içün öləyiŋ, gəlincigüm! 

      Yalansa bu sözləriŋ, gerçək ola, gəlincigüm” (D-117)... 

Bu sintaktik bütövlərdə ahəngdarlığın oğul, qardaş  və  gəlin 

sözlərinin təkrarlanması ilə yaradıldığı birbaşa görünür. Amma 

burada o da vurğulanmalıdır ki, həmin parçalarda atanın oğula, 

qardaşın qardaşa, qayınata və qayınananın gəlinə münasibətləri 

obrazlı  şəkildə, epiforalar kontekstində canlandırılır ki, bu da 

Oğuz cəmiyyətinin  əxlaq qaydaları barədə dolğun təəssürat 

yaradır. 



A n a s t r o f a (sözlərin  əks sıra ilə düzümü). “Kitab”da 

qohumluq terminlərinin anastrofa kimi işlədilməsinə çox az təsa-

düf olunur: “...Hünəri oğul atadanmı görər, ögrənər, Yoxsa atalar 

oğuldanmı öyrənür?” (D-125). Bu misralarda “oğul ata”, “atalar 

oğul”qohumluq terminləri situasiyadan asılı olaraq əks sıra ilə dü-

zülmüşdür ki, bu da birbaşa həmin mətndəki semantik yükü qüv-

vətləndirməyə xidmət edir. Burada onu da qeyd etmək lazım gəlir 

ki, “Atalar oğul” modelindəki -lar  şəkilçisinin düzgün işlənmə-

məsi T.Hacıyevin diqqətindən yayınmayıb: “...müqayisəyə diqqət 

verək: oğul atadanmı, atalar oğuldanmı öyrənər. Birinci halda, 

oğul-ata qarşılığında subyektlər təkbətək götürülür. İkinci halda, 

tərəflərin nisbəti pozulur: atalar-oğul. Halbuki olmalı idi: ata-oğul. 

Deməli, köçürən mətnin şeir, ya nəsr olmasının fərqinə varmayıb. 

Şeirsiz–nəsrsiz, bu, adi məntiqlə də yanlışdır (hələ bu, bizə çatan 

iş neçənci köçürənindir?  Yəqin  əvvəlki köçürənlərdə  fərqlər az 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

140

 

olub)



1

. Müəllif həmin misraların aşağıdakı kimi verilməsini məq-

bul hesab edir: 

...Oğul atadanmı / görər ögrənər – 6-5=11 

Yoqsa ata oğul/danmı ögrənər – 6-5=11 

E p i t e t. “Kitab”dakı  bədii təsvir və ifadə vasitələri 

sırasında  epitetlər xüsusi çəkiyə malikdir. Bu sistemdə tərkibində 

qohumluq terminləri iştirak edən epitetlər də az deyil: 

baba: “Ağsaqallu babaŋ yeri uçmağ olsun!” (D-35) 

ana: “Ağbirçəklü anaŋ  yeri behişt olsun!” (D-35) 

qız: “xəbəri yoq ki, alacağı ala gözli qızıŋ otağı olsa gərək” 

(D-76). 

Qız qartaş (bacı):  “Qara gözlü qız qartaşumı  ağlatmağıl” 

(D-143). 

Gəlin: “Ala gözlü gəlin alam, derdim” (D-139).ŋ 

Sonuncu nümunədəki “ala gözlü” ifadəsi həm də “oğul”la 

bağlı  işlədilib: “Ala gözlü oğlına al duvaxlı  gəlin aldı” (D-253). 

Bu cümlə (əslində,  misra) assosiativ olaraq Nəsiminin ən məşhur 

misrasını yada salır: “Al ilə ala gözləri aldadı aldı könlümi”. Qəri-

bə, amma məntiqi bir oxşarlıq görünür: hər ikisində yeddi kök 

morfemi var: “Kitab”da ala, göz, oğul, al, duvax, gəlin, al(maq); 

Nəsimidə - al, ilə (qoşma), ala, göz, alda(maq), könül;  bu mor-

femlərdən üçü hər ikisində iştirak edib (ala, göz, al+maq), biri isə 

eyni semantik yuvaya daxil olan vahidlərdəndir (al – hiylə; al- 

qırmızı); hər ikisində “l” samiti yeddi dəfə təkrarlanıb; hər ikisin-

də “a”-nın assonansı müşahidə olunur: “Kitab”da – a-  a – a (ala, 

al, al); Nəsimidə – a – a – a – a (al, ala, alda, al); hər ikisində alli-

terativ qafiyələnmə qabarıqlığı ilə seçilir: “Kitab”da – la –lü –lı –

al –lı –li (n) –al; Nəsimidə –al –lə –la –lə –al – al – lü; hər ikisində 

sevən və sevilən obrazları var: “Kitab”da – oğul və gəlin; Nəsimi-

də – aşiq (inversiya ilə işlənmiş “aldı könlümi” frazeoloji vahidinə 

görə); Bu misralar sintaktik  mühit baxımından  bir-birinə çox ya-

xındır;  “Kitab”da toy səhnəsinin təsviri; Nəsimidə – eşqin tərən-

                                                            

1

  T.Hacıyev. Azərbaycan ədəbi dilinin tarixi. I hissə, Bakı, 2012, səh.122. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin