ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə10/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

98

 

larının qohumluğu; adları konkret olaraq ifadə olunmuş  Oğuz 



xanımlarının qohumluğu. 

1) Kimliyi qohumluq terminləri və evfemistik ifadələr kon-

tekstində bəlli olan Oğuz xanımlarının qohumluğu 

Heç şübhəsiz ki, “Kitab”ın poetik strukturunda daha çox gö-

rünən, aparıcı obrazlardan biri kimi çıxış edən Oğuz xanımlarının 

qohumluq  əlaqələrinə münasibət bildirmək lazımdır. Bu mənada 

aşağıdakılara diqqət yetirək: 

Dirsə xanın xatunu: I boyda işlənib; ərinə “Dirsə xan” “xan 

babamın göygüsü”, oğlu Buğaca “ay oğul” kimi sözlərlə müraciət 

edən bir obraz kimi görünür; onun qohumluq əlaqələri ilə bağlı 

aşağıdakıları söyləmək olar: 

əri – Dirsə xan 

oğlu – Buğac 



Ulaşın xatunu: “Kitab”da Ulaşın xatunu kimi yox, əsasən, 

Qazanın qarıcıq anası”, “Qazanın anası” kimi təqdim olunur; qo-

humluq əlaqələri də daha çox Qazanla bağlı parçalar kontekstində 

müəyyən olunur: 

əri – Ulaş 

oğlu - Qazan 

oğlu – Qaragünə 

nəvəsi – Uruz (Qazanın oğlu) 

nəvəsi – Qazanın qızı 

nəvəsi –Qarabudaq (Qaragünənin oğlu) 

gəlini – Burla xatun 

qudası – Bayındır (Burla xatunun atası) 

qudasının atası – Qam Ğan (Bayındırın atası) 

nəvələri ailə qurub – Qarabudaq Qazanın qızı ilə evlənib 

nəvəsinin arvadı, kiçik gəlini – Uruzun arvadı 

qardaşı – Aruz 

qardaşı oğlu – Basat  

qardaşı oğlu – Qıyan Selcik 

qardaşı nəvəsi – Dondar (Qıyan Səlcikin oğlu) 

qardaşı gəlini – Qıyan Səlcikin arvadı 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

99

 

əmizadələri – Baybican, Dəli Qarçar, Banıçiçək 



əmizadəsinin qudası - Baybörə (Baybicanın qudası) 

əmizadəsinin əri – Beyrək (Banıçiçəyin əri) 

əmizadəsinin kürəkəni – Beyrək (Baybicanın kürəkəni) 

Alp Aruzun xatunu: XII boyda ona işarə edilir: “Övrətiŋ-

dənmi ögrəndiŋ sən bu işi, qavat?!” (D-297); qohumluq əlaqələrini 

aşağıdakı kimi bərpa etmək olar: 

əri – Alp Aruz 

oğlu – Qıyan Səlcik 

oğlu – Basat 

nəvəsi – Dondar (Qıyan Səlcikin oğlu) 

gəlini – Qıyan Səlcikin arvadı 

ərinin əmizadələri – Baybican, Dəli Qarçar, Banıçiçək 

baldızı – Aruzun bacısı, Ulaşın arvadı, Qazanın və Qaragü-

nənin anası 

baldızı oğlu – Qazan 

baldızı oğlu – Qaragünə 

baldızı nəvəsi – Uruz 

baldızı nəvəsi – Qarabudaq 

baldızı gəlini – Burla xatun 

baldızının qudası – Bayındır 

baldızının qudasının atası – Qam Ğan 



Duxa qocanın xatunu: V boyda işlənmişdir; daha çox oğlu 

Dəli Domrulla bağlı mikro və makromətnlərdə müşahidə olunur; 

qohumluq əlaqələri aşağıdakı kimidir: 

əri – Duxa qoca 

oğlu – Dəli Domrul 

gəlini – Dəli Domrulun arvadı 

nəvələri – Dəli Domrulun oğulları 

Dəli Domrulun xatunu: V boyda əsas obrazlardan biri kimi 

görünür; tərkibində  həlal, övrət, xatun, yoldaş kimi qohumluq 

terminləri işlənmiş cümlələr onun Dəli Domrulun həyat yoldaşı 

olduğunu aydın  şəkildə göstərir: “Dəli Domrul yüz qırq yıl dəxi 

yoldaşıyla yaş yaşadı” (D-169). Burada maraqlı məqamlardan biri 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

100

 

də budur ki, arvadı anlamlı “yoldaşı” sözü yalnız Dəli Domrulun 



xatunu ilə bağlı  işlənib. Dəli Domrulun xatununun qohumluq 

əlaqələri ilə bağlı aşağıdakıları söyləmək olar: 

əri – Dəli Domrul 

qayınatası – Duxa qoca 

qayınanası – Duxa qocanın arvadı 

oğulları – mətndə onlara işarə edilir 

Burada bir cəhəti də qeyd etmək lazım gəlir: Dəli Domrul 

arvadı haqqında danışanda “yad”qızı ifadəsini işlədir: “Yad qızı 

həlalım var, andan mənim iki oğlancığım var...” (D-136). K.Əli-

yev bu cümlənin semantikasına söykənərək Dəli Domrulun xanı-

mının kimliyini müəyyənləşdirir: “Yad qızı ifadəsi Dəli Domrulun 

xanımının kafər düşərgəsindən olmasını tam sübut edir”

1

.  


Araşdırmalar göstərir ki,  Dəli Domrulun xatunu çox sədaqətlidir, 

hətta o, Dəli Domruldan sonra yaşamaq belə istəmir: 

 

                 “Səndən soŋra bir yigidi sevib 



                               varsam, bilə yatsam.  

     Ala yılan olub, məni soqsun!” (D-167) 

Bu misalların semantik yükü Dəli Domrulun xatununun ən 

xarakterik cəhətləri barədə dolğun təəssürat yaradır. Yeri gəlmiş-

kən, o, bu müstəvidə “Ərkəg sinəgi üzərimə qondırmıyam”, - de-

yən Səyrəyin nişanlısı ilə bir sırada durur. 



Qanlı qocanın xatunu: Qanturalının dilindən verilmiş 

“Qadın ana, bəg baba, əsən qaluŋ!” (D-175) cümləsi, yaxud təhki-

yəçi dilindəki “Atasınıŋ - anasınıŋ əllərin öpdi” (D-177) tipli cüm-

lələr Qanlı qocanın xatununun qohumluq əlaqələrindən bəhs 

etməyə imkan verir:  

əri - Qanlı qoca  

oğlu – Qanturalı 

gəlini – Selcan xatun 

qudası – Təkür (Trabzon təkürü, Selcan xatunun atası) 

                                                            

1

 K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakı, 2011, səh.81. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

101

 

Bəkilin xatunu:  Bəkilə “Altun təxtim ayası, bəgim yigit!”, 

“Yigidim, bəg yigidim!” kimi sözlərlə müraciət edərək onu çox 

yüksək dəyərləndirir; bir sıra cümlələrdə onun Bəkilin arvadı ol-

ması açıq-aydın şəkildə ifadə edilir, bəzən isə bu qohumluq dərə-

cəsi birbaşa onun öz dili ilə canlandırılır: “...Kişi, qoynında yatan 

həlalına sirrin deməzmi olur?”  (D-242) 

əri – Bəkil 

oğlu – Əmran 

oğlu – mətndə ona işarə edilir (Bəkillə bağlı belə bir cümləyə 

rast gəlinir; “Oğlancuqları qarşu gəldi, oxşamadı) 

gəlini – mətndə ona işarə olunur (bax: Əmranın qohumluğu). 



Uşun qocanın xatunu: bir sıra cümlələr onun qohumluğu 

barədə müəyyən təəssürat yaradır (Ana, mən də varayınmı, nə 

deirsən? ...Ağzıŋ  içün öləyim, oğul!): 

əri  - Uşun qoca 

oğlu – Səyrək 

oğlu – Əyrək 

gəlini – Səyrəyin arvadı 

gəlini – Əyrəyin arvadı 



Səyrəyin nişanlısı: qeyd etdiyimiz kimi, ən sədaqətli, ən na-

muslu türk qadınlarının ümumiləşdirilmiş obrazı kimi çıxış edir 

(bax:  Əyrəyin qohumluğu); bir sıra cümlələrin ümumi semantik 

tutumu onun qohumluq əlaqələrinə işıq salır: “Yauqlısı vardı, tez 

dügün-diring etdilər” (Səyrəklə bağlı deyilmiş cümlədir); “Atam-

dan yegrək qayın ata! Anamdan yegrək qayın ana!...” (D-262): 

əri – Səyrək   

qayınatası – Uşun qoca 

qayınanası – Səyrəyin anası 

qaynı – Əyrək 

qaynı arvadı (qayınxatını) - Əyrəyin arvadı 

ərinin  əmiləri – mətnə görə müəyyən olunur (bax: Əyrəyin 

qohumluğu) 

K.Əliyev Səyrəyin xanımının Oğuz elindən olmadığını, kafər 

(kafir – Ə.T.) düşərgəsindən gətirildiyini göstərir: “...Səyrəyin xa-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

102

 

nımının düşüncə sistemində 6 rəqəmi əsas yer tutur. İndi qəti şə-



kildə demək olar ki, Səyrəyin xanımı da məhz kafər (kafir – Ə.T.) 

düşərgəsindəndir”

1

.  


Yuxarıda qeyd etdiklərimiz Oğuz cəmiyyətində  ər-arvad, 

ana-oğul, gəlin-qayınana, gəlin-qayınata münasibətləri, eyni za-

manda Oğuzun kafir əsilli gəlinləri (əslində, daha çox qıpçaq 

əsilli) barədə müəyyən təəssürat yaradır. 

 

2) Adları konkret olaraq ifadə olunmuş Oğuz xanımlarının 

qohumluğu 

Qeyd etdiyimiz kimi, “Kitab”da adı konkret olaraq ifadə 

edilmiş on iki qadın obrazına rast gəlinir. Bu obrazların qohumluq 

əlaqələrinin çox və ya az olmasından asılı olmayaraq, hər birinə 

ayrılıqda münasibət bildirməyi məqsədəuyğun hesab edirik 

(Çeşmə obrazından bəhs etmişik. Bax: Kafirlərin qohumluğu). 



Ayna Mələk: “müqəddimə”də  cəmi bir dəfə  işlənib; apel-

yativlərinin məna yükü belədir: “ayna” – fars mənşəli güzgü an-

lamlı “ayinə” sözündəndir; “mələk” – ərəb mənşəli olub, fövqəl-

təbii bir məxluq; gözəl; həlim; nəcib (adam) və s. mənaları ifadə 

edir: onun qohumluq əlaqələri ilə bağlı heç bir detala rast gəlin-

mir. 


Banıçiçək: III boyun əsas obrazlarından biridir; mürəkkəb 

quruluşlu bu adın tərkibindəki birinci söz fars mənşəli olub, 

xanım, padşah arvadı mənasındadır; ikinci söz isə türk mənşəlidir, 

gül, çiçəkləri olan bitki, zərif, gözəl anlamlı, həm də gözəllik 

simvollu bir apelyativdir: ayrı-ayrı parçalarda onun bir sıra qo-

humluq  əlaqələri konkret olaraq ifadə olunub: burada təkcə onu 

qeyd etmək kifayətdir ki, “Baybörə bəgiŋ oğlancuğı Beyrək Bay-

bican məlikin qızın aldı” (D-121) cümləsində onun atası,  əri və 

qayınatasının adı  dəqiq  şəkildə verilib. Banıçiçəyin qohumluq 

əlaqələrinin əhatə dairəsi genişdir: 

atası – Baybican 

                                                            

1

 K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakı, 2011, səh.84. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

103

 

anası – mətn kontekstində anlaşıla bilir 



qardaşı – Dəli Qarçar 

əri – Beyrək 

qayınatası – Baybörə 

qayınanası – Beyrəyin anası, mətndə ona işarə edilir (...Ağ 

bircəklü anası buldur-buldur ağladı...) 

baldızları – Beyrəyin yeddi bacısı 

əmizadələri – Aruz, Basat, Qıyan Səlcik, Dondar, Qazanın 

qarıcıq anası... 

“Beyrək aydır; “Baybican bəgün bir qızı varmış anı görməgə 

gəldim!” Qız aydır: “Ol öylə adam degildir kim, saŋa görinə!” – 

dedi” mikromətnini təhlil süzgəcindən keçirən K.Abdulla yazır: 

“Qədim Oğuz aləmində belə yasağın olması bu aləmin daxili 

bütövlüyünə dəlalət edən cəhətdir və bu cəhət Beyrəklə Banıçiçə-

yin görüşü zamanı Banıçiçəyin Beyrəyə dediyi “Ol qız elə adam 

deyil ki, sənə görükə” sözlərində özünü göstərir. Banıçiçək özü də 

bilir ki, Beyrəyə görünmək yasaqdır, etik normanın pozulması-

dır”

1

.   



Müəllifin bu fikirlərinə istinad edən R.Kamal “Kitab”dakı 

yasaqları başqa mətnlər kontekstində nəzərdən keçirir: “Ərə varan 

Banıçiçəyin ritual “gizlədilməsi”, Bamsı Beyrəyin onu “görməsi” 

toy mərasiminin tərkib elementləridir: “Gördi gög çayırın üzərinə 

bir qırmızı otağ dikilmiş... xəbəri yoq ki, alacağı ala gözli qızın 

otağı olsa gərək...”. “Yasağa görə, ərə varan qız toy-düyünə qədər 

gözə görünməməlidir”

2



Fikrimizcə, Beyrəklə Banıçiçəyin sevgisini, toy-düyününü 

yalnız “yasaqlar” müstəvisində izah etmək azdır. Bəri başdan qeyd 

edək ki, Banıçiçəklə Beyrəyin məhəbbəti son dərəcə gözəl bədii 

lövhələr daxilində ifadə olunub. Hətta III boydakı parçaların 

qarşılaşdırılması bir sıra maraqlı nəticələr söyləməyə imkan verir: 

                                                            

1

 K.Abdullayev. Gizli Dədə Qorqud. Bakı, 1991, səh.58. 



2

 R.Kamal. “Kitabi-Dədə Qorqud”un kommunikativ məkanı: miforitual aspekt. 

Bakı, 2013, səh.162-163. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

104

 

III boyun əvvəlində Beyrəyin ölüm xəbərini eşidən Banıçiçək 



deyir: “Göz açuban gördigim, köŋül ilə sevdigim, bir yasduqda 

baş qoduğım!” (D-92). Beyrək toyundan əvvəl, daha doğrusu, 16 

illik dustaqlıqdan qayıtdıqdan sonra deyir: “Üç öpüb, bir dişləyüb, 

altun yüzigi barmağıŋa keçirmədimmi?” (buradakı “üç öpüb bir 

dişləmək” ifadəsi ilə Banıçiçəyin dilindən verilmiş “bir yastığa 

baş qoymaq” ifadəsi eyni semantik yuvaya daxil olur). Boyun 

sonunda isə Beyrəklə Banıçiçəyin toyu təsvir olunur: “Baybörə 

bəgiŋ oğlancuğı Beyrək Baybican məlikin qızın aldı... Qırq gün – 

qırq gecə toy-dügün eylədilər” (D-121). Bu cümlələrin ümumi 

semantik yükündən belə  məlum olur ki, Banıçiçəklə Beyrək toy-

düyündən əvvəl ər-arvad olub.  

Dəqiq desək, həmin mətndəki “bir yastığa baş qoymaq” 

ifadəsi məhz “ər-arvad olmaq” mənasındadır. Amma “Kitab”ın 

1988-ci il Bakı nəşrində keçmiş zaman məzmunlu “baş qoduğım” 

feli sifəti “baş qoyduğum” yox, “baş qoyacağım” şəklində sadələş-

dirilib: “...bir yasdıqda baş qoyacağım!” Digər feli sifətlər isə ey-

nilə saxlanılıb: gördüyüm, sevdiyim, öldüyüm, qurban olduğum 

(səh.156). Görünür, “Kitab”ı  nəşr etdirənlər (Zeynalov-Əlizadə) 

mətnlərə daha çox islami dəyərlər, müsəlman  əxlaqi baxımından 

yanaşıblar.  

Yeri gəlmişkən, N.Cəfərov həmin misradakı “baş qoduğım” 

ifadəsini “baş qoyduğum”  şəklində sadələşdirib. Eyni zamanda 

həmin ifadənin ümumi semantik yükünün boyun digər hissələri ilə 

ziddiyyət təşkil etdiyini nəzərə alaraq misranın sonunda sual 

işarəsi qoyub: “Bir yasdıqda baş qoyduğum” (?). Sonra isə müəllif 

bu misraya yox, bütövlükdə parçanın semantikasına belə bir şərh 

verib: “Həmin ağı müraciətdə Banıçiçəyin intim hissləri onun 

ictimai (ailə) məsuliyyəti ilə üzvi vəhdətdə təqdim olunur  – onun 

(Banıçiçəyin) sevgilisinin (Beyrəyin) yolunda ölməyə hazır olması 

da, bir tərəfdən, intim dünyası ilə  əlaqədardırsa, digər tərəfdən, 

sosial-mənəvi tələbatdır”

1

.  



                                                            

1

 N.Cəfərov. Xanım, hey! Bakı, 1999, səh.29. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

105

 

“Baş qoduğum” ifadəsinə başqa prizmadan diqqət yetirək: 



qeyd etdiyimiz kimi, Baybican həm də “məlik” titulunda çıxış edir 

ki, bu da onun xristian keçmişinə işarədir. Yaxud Baybican öz qızı 

Banıçiçəyi xristian dininə qulluq edən bir bəyə, daha dəqiqi, Bay-

burd hasarının bəyinə ərə vermək istəyir. Bu mənada “Beyrəyi ça-

dırında qəbul edən, özünü çox sakit, sərbəst aparan Banıçiçək”

1

 



bir türk-müsəlman yox, türk-xristian qızı da hesab oluna bilər. Di-

gər tərəfdən, qeyri-müsəlman həyat tərzi keçirən Banıçiçəyin toy-

dan  əvvəl nişanlısı ilə  ər-arvad münasibətində ola bilməsi də 

mümkündür. Bu fakt da “baş qoduğım” ifadəsinin məhz “baş qoy-

duğum” şəklində sadələşdirilməsinin düzgün olduğunu arqument-

ləşdirir.  

“Kitab”da “bir yastığa baş qoymaq” frazemi iki dəfə işlənib: 

Banıçiçəyin dilində: “...bir yasduqda baş qoduğım” (D-92); Dəli 

Domrulun xatununun dilində: “Bir yasdıqda baş qoyub əmişdi-

gim” (D-167). Bu qarşılaşdırma ilə bağlı ilk olaraq onu qeyd edək 

ki, Dəli Domrulun xatunu da kafir düşərgəsindəndir, islam dinini 

sonra qəbul edib (əvvəlki səhifələrə bax). İkincisi, O.Ş.Gökyay 

hər iki frazemin məna yükünü düzgün verib: bir yastıkta baş 

koymak – evlenmek, aynı yatakta yatmak

2

.   Burada  ”bir yasduq-



da baş  qoduğım” ifadəsini V.V.Bartoldun necə başa düşdüyünü, 

necə tərcümə etdiyini xatırlatmaqla kifayətlənirik: “... с кем клала 

голову на одну подушку…» (səh.39). 

Banıçiçəyin taleyində, ürəyinin dərinliklərində yalnız bir 

kişi, bir ər var. O da  Boz ayğırlı Bamsı Beyrəkdir. Həm də o 

Beyrəkdir ki, ana bətninə düşdüyü gündən onun göbəkkəsmə  

adaxlısıdır, obrazlı desək, “eşqin bəlasına ana bətnində düşüb”: 

“Baybican bəg aydır: “Bəglər, allah-təala maŋa bir qız verəcək 

olursa, siz tanıq olıŋ: mənim qızım Baybörə bəg oğlına beşikkərt-

mə yavuqlu olsun!” – dedi (D-69). Banıçiçək atasının verdiyi bu 

vədə sadiq qalır: “...dayələr babam maŋa bən səni yüzi niqablu 

                                                            

1

 X.Koroğlu. Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999, səh.163. 



2

 O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh.177 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

106

 

Beyrəgə vermişəm, diərdi...” (D-77). Qeyd etdiyimiz kimi, bu se-



mantik dinamika Beyrəklə Banıçiçəyin toy-düyünü ilə tamam-

lanır. Amma bir həqiqət də var ki, Beyrəyin igidliyi, mərdliyi 

olmasa idi, Banıçiçək başqalarının ola bilərdi. Bu cəhət “Kitab”ın 

poetik strukturunda aydın şəkildə görünür: 

– birincisi, Banıçiçək Bayburd hasarının bəyinin arvadı ola 

bilərdi: “...Varıb Bayburd hasarı  bəginə  xəbər verdi. Aydır: “Nə 

oturarsan, sultanım, Baybican bəg ol saŋa verəcəgi qızı Beyrəgə 

verdi” (D-90). K.Abdulla bu mikromətni “Baybican məlik – Dəli 

Qarcar – Bayburd Hasarının  bəyi” müstəvisində təhlil edir və belə 

qənaətə  gəlir ki, Beyrəyin acı taleyini bu üçbucaqdan kənarda 

axtarmaq olmaz: “... Deməli, bu bir cümlədən aydın olur ki, Bay-

becan məlik Oğuz bəylərinə verdiyi sözə - qızını Beyrəyə verəcəyi 

barədə andına xilaf çıxıb. Daha sonra nə zamansa, Dastanda təsvir 

edilməyən bir vaxtda o, qızını Bayburd bəyinə - kafir bəyinə ərə 

verməyə vəd verib. Yəqin ki, Dəli Qarcarın da bu vəddən xəbəri 

var və indi artıq biz bu ayırdığımız cümlənin köməyi ilə bütövlük-

də “Baybican məlik Dəli Qarcar” poziyasının üzərinə işıq salmış 

oluruq. Bu bir cümlə bu pozisiyanı dərk etməyin açarına çevrilir. 

Bu bir cümlə gizli bir motiv kimi ikinci informasiya sisteminin 

əsasını təşkil edir... Yenə də canlı adamlardan ibarət möhkəm və 

sabit bir xətt alınır: Baybican məlik – Dəli Qarcar – Bayburd hasa-

rının bəyi...”

1

. Müəllifin  şərhlərinə bir neçə bucaqdan yanaşmaq 



olar: Beyrəyin acı taleyi məhz həmin üçbucaq kontekstində açılır; 

III boyda müəyyən süjetləri bərpa etməyə imkan verir; Baybican 

həm də “məlik” tituluna malikdir – qənaətini qüvvətləndirir; müəl-

lifin üslubu nə qədər elmidirsə, o qədər də bədiidir, daha doğrusu, 

bunlar sintez şəklindədir:  şərhlərdəki cümlə modellərində “b” 

samitinin alliterasiyası, “bu bir cümlə” ifadəsinin anafora kimi 

çıxış etməsi obrazlılıq yaradırsa və daha çox bədii üslub üçün 

səciyyəvidirsə,  həmin cümlələrdəki motiv, informasiya, sistem, 

pozisiya terminləri də daha çox elmi üslub üçün səciyyəvidir;  

                                                            

1

 K.Abdulla. Mifdən yazıya və yaxud gizli Dədə Qorqud. Bakı, 2009, səh.198-199. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

107

 

 – ikincisi, Banıçiçək Yalançı  oğlu Yalıncığın arvadı ola 



bilərdi (bunu şərti olaraq qeyd edirik; əvvəlki səhifələrə bax): 

“Göz açuban gördigim, köŋül verüb sevdigim Banıçiçək Yalançı 

oğlu Yalancuğa varar olmış” (D-97); 

–  üçüncüsü, Banıçiçək Aruz oğlu Basatın arvadı ola bilərdi: 

“Ağca yüzli görklimi Aruz oğlı Basat gəlüb almadıŋ” (D-299).  

K.Abdulla bu cümlənin semantik yükündən bir kod kimi istifadə 

edərək bəzi gizli məqamlara işıq salır: “Basat və Beyrək münasi-

bətlərinin də çox dərində yaşayan münasibət olduğuna, tədqiqata 

gələ bilən, təhlilə layiq olan məsələ olduğuna işarədir... Bəlkə, 

Basat da vaxtilə Banıçiçək həsrətilə yaşayıb? Bəlkə, Basatın 

eiçiləri də Dəli Qarcarın yanına gediblər (yada salaq: Dəli Qarcar 

qız qardaşını istəyəni öldürür), amma Dəli Qarcarın ağlasığmaz 

sınaqlarından çıxa bilməyiblər. Dastanın hələ açılmayan, gizli qat-

larından, inanıram ki, nə vaxtsa bu sualların da cavabı gələcək”

1



Deməli, Beyrək adi qəhrəmanlardan deyil. O, Bayburd hasa-



rının bəyinin, Aruz oğlu Basatın, Yalançı oğlu Yalancığın Banıçi-

çəyə qovuşmasının qarşısını  mərdliklə alan bir türk cəngavəridir. 

Bir məqamı da qeyd edək ki,  ölüm ayağında olan Beyrək sevgili-

sinin heç kimə yox, məhz Qazan oğlu Uruza ərə getməsini vəsiy-

yət edir: “Qazan maŋa yetişsün... Ağca yüzlü görklümi oğlına alı 

versün” (D-299). Bu mənada Uruz da Banıçiçəyi almaq istəyən-

lərin cərgəsində verilə bilər ki, bu da Banıçiçək eşqiylə özünü 

“oda yaxanların” bir yox, beş olması – qənaətini reallaşdırır. 



Boğazca Fatma: yalnız III boyda işlənmişdir; “Boğazca” 

ayamasının apelyativi kimi işlənmiş “Boğaz” sözü “qarnında 

balası olan heyvan” mənasındadır və bu,  Beyrəyin dilindən veril-

miş “Səniŋ adın qırq oynaşlı Boğazca Fatma degilmiydi” cümlə-

sindəki “qırq oynaşlı” ifadəsi ilə assosiativ olaraq bağlanır; həmin 

antroponimik modeldəki  ərəb mənşəli süddən kəsilmiş, döşdən 

ayrılmış anlamlı “Fatma” adı isə  ərəb mənşəlidir; qohumluq 

əlaqələri barədə heç bir informasiya yoxdur.  

                                                            

1

 K.Abdulla. Mifdən yazıya və yaxud gizli Dədə Qorqud. Bakı, 2009, səh.206-207. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

108

 

Burla xatun: II, III və IV boylarda müşahidə olunur; bütöv 

antroponimik modeli belədir: “Boyı uzun Burla xatun”. Bu model-

dəki “boyı uzun” ləqəbi gözəllik simvolludur, “burla” apelyativi 

“ətir saça”, “gözəl gözünə” mənalarına uyğun gəlir, “xatun” isə 

“qadın”, “xanım” mənasındadır; qohumluq əlaqələri aşağıdakıları 

əhatə edir:  

babası – Qam Ğan 

nənəsi – haqqında heç bir məlumat yoxdur 

atası – Bayındır xan 

anası – mətn kontekstində bərpa oluna bilər 

əri – Qazan 

oğlu – Uruz 

qızı – Qarabudağın arvadı, mətn kontekstində müəyyən 

olunur 

qayınatası – Ulaş 



qayınanası – Qazanın qarıcıq anası 

qaynı və qudası – Qaragünə 

qaynı oğlu və kürəkəni – Qarabudaq 

gəlini – Uruzun arvadı (bax: Qazanın qohumluğu) 

ərinin dayısı – Aruz 

ərinin dayısı oğlu – Basat 

ərinin dayısı oğlu – Qıyan Səlcik 

ərinin dayısı nəvəsi – Dondar (Qıyan Səlcikin oğlu) 

ərinin dayısı gəlini – Qıyan Səlcikin arvadı 

ərinin dayısının  əmizadələri – Baybican, Dəli Qarçar, 

Banıçiçək... 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin