ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə7/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   2   3   4   5   6   7   8   9   10   ...   53

66

 

na  əsaslanmaqla  Əyrəyin qohumluq münasibətlərini dəqiqləş-



dirmək olar: 

atası – Uşun qoca  

anası – adı çəkilmir, amma boyun strukturunda xüsusi çəkiyə 

malik bir obraz kimi çıxış edir: “Anası burada soylamış, görəlim, 

xanım, nə soylamış... Ağzıŋ içün öləyim, oğul!” (D-258) 

qardaşı – Səgrək 

arvadı – adı çəkilməsə də, mətn kontekstində anlaşılır 

qardaşı arvadı, yengəsi – mətnə görə müəyyən olunur 

əmiləri – VIII boya, daha doğrusu, “Basatın Təpəgözü öldür-

düyü boy”a istinadən söyləmək mümkündür: “Uşun qoca oğlı kibi 

pəhləvan  əlində  şəhid oldı. Aruq candan eki qarındaşı  Dəpəgöz 

əlində həlak oldı” (D-218). Bir cəhəti də qeyd edək ki, bu nümunə 

VIII və X boyların arasındakı  əlaqəni təmin edən  ən mühüm 

detallardan biri kimi görünür (VIII boyda Uşun qocanın Təpəgöz 

tərəfindən öldürülməsi səhnəsinin verilməsinə baxmayaraq...). 

Əmran: IX boyun qəhrəmanıdır; “Əmran” adı uzaqgörən, 

əmin-amanlıq qoruyan, sevimli və s. mənalarda izah olunur; 

Əmranın yaxın qohumluq münasibətləri ilə bağlı  aşağıdakıları 

söyləmək olar: 

atası – Bəkil 

anası – IX boyda əsas obrazlardan biridir, Bəkilin həlalı, 

övrəti xatunu kimi təqdim olunur: Bəkil gördi, xatun kişiniŋ əqli-

kəlicəsi eyüdür” (D-240)... 

arvadı – boyun sonunda Əmranın ailə qurmasına açıq-aydın 

işarə olunur: “Ala gözlü oğlına al duvaxlu gəlin aldı” (D-253). 

Əmranın toyunu edən, ona gəlin alan isə atası Bəkildir. 

qardaşı – mətndə ona birbaşa işarə olunur: “Oğlancuqları 

qarşu gəldi, oxşamadı” (D-238). Təhkiyəçinin dilindən verilmiş bu 

cümlə  Bəkillə bağlı  işlədilib. Bu nümunənin semantik yükünə 

əsaslanaraq “Əmranın iki qardaşı var” – qənaətinə  də  gəlmək 

mümkündür. Amma “Kitab”ın poetik strukturu üçün üç qardaş 

yox, iki qardaş obrazı səciyyəvidir (Basat – Qıyan Səlcik, Qazan – 

Qaragünə,  Əgrək-Səgrək...) – məntiqinə söykənsək, belə bir fikir 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

67

 

reallaşa bilər: “Əmranın bir qardaşı var”. Bu mənada  Əmran da 



“Kitab”dakı cüt qardaşlar silsiləsinə daxil edilə bilər. 

Əŋsə qoca: başda duran, birinci adam mənasında izah olu-

nur. “Əŋsə qoca” adı “Kitab”da cəmi bir dəfə  işlənmişdir: “Alp 

Rüstəm aydır: “Mənim qırımın  Əŋsə qoca oqlı Oqçı olsun!” (D-

302). Bu cümlənin məna yükü “Əŋsə qoca”nın qohumluğu ilə 

bağlı yalnız bir faktı qeyd etməyə imkan verir: Oğlunun adı – 

Oqçıdır. 



Ğəflət qoca: II, III, IV boylarda işlənib; ğəflət (qəflət) apel-

yativi qafillik, xəbərsizlik, qafil olma anlamlıdır. “Kitab”da bir 

obraz kimi görünmür, yalnız oğlu ilə bağlı işlədilmiş “Ğəflət qoca 

oğlı  Şir  Şəmsəddin” antroponimik modelində  təsadüf olunur. Bu 

mənada onun qohumluq əlaqələrinin  əhatə dairəsi olduqca məh-

duddur: oğlu – Şir Şəmsəddin.  



İlalmış: il (el) + almış modelində, həm də igidlik məzmunlu 

bir antroponim kimi şərh olunur; VII boyda bir dəfə işlənib: “Qoşa 

bürcdən qayın oqı  əglənmiyən Yağrıncı  İlalmış  səniŋlə bilə 

varsun!” (D-205). Bu cümlədə  İlalmışın atasının adı (Yağrıncı), 

həm də  bədii təyini (qoşa bürcdən qayın oqı  əglənmiyən) dəqiq 

verilib. 



İlək qoca: hökmdar mənasında izah olunur, İlək qoca oğlı 

Alb  Ərən,  İlək qoca oğlı Dönəbilməz Dülək Uran və  İlək qoca 

oğlı Sarı Qalmaş antroponimik  modellərində müşahidə edilir. Bu 

modellərə, həmçinin “Kitab”ın poetik strukturuna əsaslanaraq İlək 

qocanın qohumluq əlaqələri ilə bağlı bir sıra maraqlı detalları 

müəyyənləşdirmək olar: 

oğlu – Alb (Alp) Ərən  

oğlu – Dönəbilməz Dülək Uran 

oğlu – Sarı Qalmaş 

qudası – Ağ Məlik 

gəlini – Çeşmə (Alp Ərənin arvadı, Ağ Məliyin qızı) 

Buraya qədərki araşdırmalarda “alp” titullu Alp Aruz, Alp 

Rüstəm, Alp Ərən kimi qəhrəmanlardan, eyni zamanda onların 

antroponimik modellərindəki “alp” sözünün “igid” mənasında iş-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

68

 

lənməsindən bəhs etsək də, bu müstəvidə “alp” sözünün mənşəyi 



ilə bağlı O.Süleymenovun bir fikrini xatırlatmağı da zəruri hesab 

edirik: “Ərəb əlifbasının birinci hərfi – ölef üfüqi xətdir. Müxtəlif 

xalqlarda xəttə olan müxtəlif münasibət məna əksliyini doğurmuş-

dur. Türklər “əlef”dən “alıp” sözünü alıblar – “alıp” (alp), yəni nə-

həng qəhrəman, onların fikrincə, əlifba sırasında birincilik bu işa-

rəyə əzəmət verir. Artıq o vaxtlar “birinci” anlayışı mənasına uy-

ğun idi...”

1

. Fikrimizcə, ölef (alef – Ə.T.) sözünü ərəb əlifbası ilə 



yox, qədim Finikiya əlifbasındakı (e.ə.II minilliyin ortaları)  öküz 

anlamlı “alef”lə (hərfin adı  nəzərdə tutulur) əlaqələndirmək olar. 

Çünki “alp” sözü ərəb-türk kontaktından əvvəlki dövrlərdə forma-

laşmış  qədim türk yazılı abidələrində  ən intensiv sözlərdən biri 

kimi diqqəti cəlb edir: “yorıyur ermis, kağanı, alp ermis (Tonyu-

kuk abidəsi, 710-716-cı illər), yaxud Göl teginin atlarından birinin 

adı belədir: Alp Şalçı. Bu mənada “alp” sözünün Finikiya əlifbası 

ilə əlaqələndirilməsi də şərtidir. 

 “Alp” sözü ilə bağlı Anarın fikirləri maraqlıdır: “Kitabi-Də-

də Qorqud”un bir sözü – adı üzərində xüsusi dayanmaq lazımdır. 

Bu igidlərin yüksək titulu “alp”  sözüdür. A.Kononov “alp” sözü-

nü “alba (n)” kəlməsiylə  əlaqələndirir və alimin fikrincə, bu söz 

“al” (“almaq” sözünün kökü) leksemindən yaranmışdır... Alba(n) 

sözünün yurdumuzun qədim  adı Albaniya adına nə  qədər yaxın 

olduğu göz qabağındadır... “Alp” sözünə  əlavə olunan “an” şə-

kilçisi Alpan//Alban sözünü yarada bilərdi – Alplar yurdu, İgidlər 

ölkəsi...”

2

. Nəhayət, onu da qeyd edək ki, qədim türk dili ilə bağlı 



lüğətlərdə “alp” sözü təkcə “igid” yox, həm də qəhrəman, sərrast 

atıcı kimi mənalarda təqdim olunur. 



Qabangüci: II növ təyini söz birləşməsinin inkişafı əsasında 

yaranmış bu antroponim igidlik məzmunludur; yalnız II boyda bir 

dəfə  işlənib: “...Qaracıq çoban qara qayğulu vaqeə gördi... 

Qabangüci, Dəmirgüci – bu iki qardaşı yanına aldı” (D-39). Bu 

                                                            

1

 Oljas Süleymenov. Az.Ya.Bakı, 1993, s.246. 



2

 Anar. Dədə Qorqud dünyası. Sizsiz. Bakı, 1992, s.23. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

69

 

cümlədə  Qabangücünün qohumluq əlaqələri konkret olaraq ifadə 



olunub. 

Qam Ğan: qorqudşünaslıqda ulu şaman, kahin baba, müqəd-

dəs ata və s. anlamlı antroponim kimi izah olunur; “Kitab”da Qam 

Ğan adı  cəmi üç dəfə, həm də yalnız Bayındır xana görə  işlən-

mişdir: “Qam Ğan oğlı xan Bayındır yerindən turmışdı” (D-235)... 

Bu baxımdan Qam Ğanın qohumluq əlaqələrini “Kitab”ın poetik 

strukturuna, xüsusən də Bayındır xan, Burla xatun və Qazan xanla 

bağlı cümlələrin semantikasına  əsasən müəyyənləşdirmək müm-

kündür... Müqayisə  və qarşılaşdırmalar kontekstində  dəqiqləşdir-

diyimiz nəticələr isə aşağıdakıları əhatə edir:   

atası  və anası, babası  və  nənəsi haqqında heç bir fikir 

söyləmək mümkün deyil 

oğlu - Bayındır xan 

nəvəsi – Burla xatun 

nəticəsi – Uruz 

oğlunun qudası – Ulaş (Bayındırın qudası)  

oğlu Bayındırın kürəkəni və ya nəvəsinin əri – Qazan (Burla 

xatunun əri) 

oğlu Bayındırın kürəkəninin anası – Qazanın anası, mətndə 

bir obraz kimi ona işarə olunur 

oğlu Bayındırın kürəkəninin qardaşı – Qazanın qardaşı Qara-

günə 

oğlu Bayındırın kürəkəninin qardaşı oğlu – Qazanın qardaşı 



oğlu Qarabudaq (Qaragünənin oğlu) 

nəticəsinin  əri – Qarabudaq (Qazanın qardaşı  oğlu, həm də 

qızının əri) 

oğlunun kürəkəninin dayısı – Aruz (Qazanın dayısı) 

oğlunun kürəkəninin dayısı oğlu – Basat (Aruzun oğlu) 

oğlunun kürəkəninin dayısı oğlı – Qıyan Səlcik (Aruzun oğ-

lu) 

oğlunun kürəkəninin dayısı nəvəsi – Dondar (Qıyan Səlcikin 



oğlu) 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

70

 

oğlunun kürəkəninin dayısının əmizadələri – Aruzun əmiza-



dələri: Baybican, Dəli Qarçar, Banıçiçək... Sonuncu qohumluq də-

rəcəsinə başqa bucaqlardan da yanaşmaq olar:  

Baybican – Qazanın dayısı 

Dəli Qarçar – Qazanın dayısı oğlu 

Banıçiçək – Qazanın dayısı qızı  

Heç  şübhəsiz ki, sonuncu nümunələrin  şərti olaraq təqdimi 

xanlar xanı Bayındırın atası Qam Ğana görədir, onun ulu şamanlı-

ğını qabartmaq üçündür. 



Qaŋlı qoca: arabaçılar, arabası olanlar anlamlı “kanqlı” et-

nonimi  əsasında yarandığı ehtimal edilir. Bir neçə cümlədə onun 

qohumluq əlaqələrinə konkret olaraq işarə edilir: Məsələn, “Qaŋlı 

qoca, derlərdi, bir gürbiz ər vardı. Yetişmiş bir cılasun oğlı vardı. 

Adına Qanturalı deirlərdi” (D-170) mikromətnində  onun oğlunun 

kimliyi aydın şəkildə ifadə edilir... Yaxud Qanturalı ilə bağlı işlə-

dilmiş cümlələrdə (təhkiyəçi dilində) onun arvadı ilə bağlı müəy-

yən informasiya almaq mümkün olur: Atasınıŋ-anasınıŋ  əllərin 

öpdi”  (D-127)... Bu tip cümlələrə görə aşağıdakı nəticələri söylə-

mək olar: 

arvadı – mətndə ona işarə olunur 

oğlu – Qanturalı 

gəlini – Selcan xatun 

qudası – Təkür (Trabzon təkürü, Selcan xatunun atası) 



Qanturalı: “Qanturalım” (xan olaq) əmr cümləsinin trans-

formasiyası əsasında  yarandığı ehtimal edilir (bax: Ə.Tanrıverdi. 

“Kitabi-Dədə Qorqud”da şəxs adları. Bakı, 1999, s.113); onun qo-

humluq əlaqələrini daha çox VI boya istinadən müəyyənləşdirmək 

mümkündür: 

atası -  Qaŋlı qoca 

anası – mətndə ona birbaşa işarə olunur 

arvadı – Selcan xatun 

qayınatası – Təkür (Selcan xatunun atası) 

Qapaqqan: leksik-semantik tutumu ilə bağlı müxtəlif   fi-

kirlər var: igid, məğrur; günahsız, saf ata; “Kitab”da bir dəfə işlə-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

71

 

nib: “Qapaqqan deərlər, bir kişi var idi. Eki oğlı var idi. Bir oğlın 



verüb, biri qalmış idi... Anası fəryad edüb ağladı... Eki oğlancığım 

vardı. Birin verdim, biri qaldı” (D-221, 222). Bu mətn Qapaqqanın 

ailə üzvləri barədə müəyyən təəssürat yaradır: 

arvadı – adı verilməyib 

oğlu – adı verilməyib 

oğlu adı verilməyib 



Qaragünə: apelyativi belə  mənalandırılır: qara (böyük), 

günə (günəş;  ən böyük planet; ucalıq, yüksəklik, həyat simvollu 

bir söz); “Kitab”da müxtəlif modellərdə  təqdim olunur: “Qazan 

bəgün qarındaşı Qaragünə”, “Qazanın qardaşı Qaragünə”, “Qara-

günə  oğlı Qarabudaq”, “Qaragünə”... Bu vahidlər, eləcə  də “Ki-

tab”ın ümumi semantik yükü Qaragünənin qohumluq dərəcəsi ilə 

bağlı aşağıdakıları qeyd etməyə imkan verir:  

atası – Ulaş 

anası – haqqında informasiya verilsə də, adı çəkilmir (təhki-

yəçi dilində - ... Qarıcıq anasını biz gətürmişiz) 

arvadı – mətndə görünmür, amma Qarabudağın anası kimi 

bərpa oluna bilər 

oğlu – Qarabudaq 

qardaşı və qudası – Qazan 

qardaşı arvadı, yengəsi – Burla xatun 

gəlini – Qarabudağın arvadı, Qazanın qızı 

qardaşı oğlu – Uruz (Qazanın oğlu) 

qardaşının qayınatası – Bayındır (Qazanın qayınatası) 

qardaşının qayınatasının atası – Qam Ğan (Bayındırın atası) 

dayısı – Aruz 

dayısı oğlu – Basat 

dayısı oğlu – Qıyan Selcik 

dayısı nəvəsi – Dondar 

dayısının gəlini – Aruzun gəlini, Qıyan Səlcikin arvadı 

dayısının  əmizadələri, yaxud dayısı  xəttində birləşən qo-

humları: Baybican, Dəli Qarçar, Banıçiçək (Aruzun əmizadələri) 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

72

 

Qarabudaq: birinci komponenti olan “qara” sözü böyük, 

qüdrətli, güclü mənasındadır, “budaq” apelyativi isə iki cür yozu-

lur: ağac, kol şaxəsi; “budaq” – buda+q (vurmaq, döymək – vuran, 

döyən); bu yozumlardan ikincisi daha real görünür; bədii təyi-

nində təkcə igidliyi deyil, həm də bir sıra qohumluq əlaqələri kon-

kret olaraq  ifadə edilir: “Hamidlən Mərdin qəl`əsin dəpüp yıqan, 

dəmür yaylı Qıpçaq Məlikə qan qusdıran, gəlübən Qazanıŋ qızın 

ərliklə alan, Oğuzıŋ  ağ saqallu qocaları görəndə ol yigidi təhsin-

ləyən, al məxmuri  şalvarlı, atı  bəhri hotazlı Qaragünə  oğlı Qara-

budaq” (D-60). Təkcə bu bədii təyinin semantik tutumu, xüsusən 

də Qazanın qızını mərdliklə alması kimi detallar onu deməyə əsas 

verir ki, Qarabudaqla bağlı ayrıca bir boy olub. Həmin boyun adı 

(ideonimi)  şərti olaraq belə  bərpa oluna bilər: “Qaragünə  oğlı 

Qarabudaq boyını  bəyan edər, xanım, hey!” Yuxarıdakı qeydlər, 

eyni zamanda “Kitab”ın poetik strukturu Qarabudağın qohumluq 

münasibətlərinin ən mühüm tərəflərini dəqiqləşdirməyə şərait ya-

radır ki, bu da əsasən aşağıdakılardan ibarətdir: 

babası – Ulaş (Qaragünənin atası) 

nənəsi – Ulaşın arvadı (mətndə ona birbaşa işarə edilir) 

atası – Qaragünə 

anası – mətn kontekstində bərpa oluna bilir 

əmisi və qayınatası – Qazan 

arvadı – Qazanın qızı 

əmisi arvadı və qayınatası – Burla xatun 

qaynı və əmisi oğlu – Uruz 

qayınanasının atası – Bayındır (Burla xatunun atası) 

əmisinin, yaxud qayınatasının qayınatası – Bayındır (Qaza-

nın qayınatası) 

əmisinin qayınatasının atası – Qam Ğan (Qazanın qayınatası 

Bayındırın atası) 

atasının dayısı – Aruz 

atasının dayısı oğlu – Basat 

atasının dayısı oğlu – Qıyan Selcik 

atasının dayısı nəvəsi – Dondar 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

73

 

atasının dayısı gəlini – Aruzun gəlini, Qıyan Selcikin arvadı 



atasının dayısının  əmizadələri – Baybican, onun oğlu Dəli 

Qarçar, qızı Banıçiçək 



Qaraçəkür: buradakı “qara” sözü digər antroponimlərdə ol-

duğu kimi, böyük, qüdrətli, güclü mənasındadır, “çəkür” isə ça-

kar//çakər etnoniminin fonetik variantı hesab olunur; yalnız VI 

boyda təsadüf olunur (cəmi bir dəfə): “Oğuzda dört yigit niqabla 

gəzərdi. Biri Qanturalı, biri Qaraçəkür və  oğlı  Qırqqınuq və Boz 

ayğırlu Beyrək” (D-180). Deməli, Qaraçəkürün qohumluq əlaqələ-

ri ilə bağlı yalnız bir faktı qeyd etmək mümkündür: oğlu – Qırqqı-

nuq. Yuxarıdakı cümlədə başqa bir detal da diqqəti cəlb edir: 

Oğuzda niqabla (üzörtüyü ilə) gəzən dörd igiddən ikisi ata-oğul-

dur (Qaraçəkür və oğlu Qırqqınuq).  



Qaraca çoban: qeyd etdiyimiz kimi, Qabangüci və  Dəmir-

güci Qaraca çobanın qardaşlarıdır; “Kitab”ın yalnız II boyunda 

işlənən “Qaraca” adı müxtəlif formalarda müşahidə olunur: Qa-

raca çoban, Qaracıq çoban, əvrənlər əvrəni (igidlər igidi) Qaracuq 

çoban; Qaraca//Qaracıq//Qaraçuq adındakı “qara”  qüdrətli, güclü 

mənasındadır; adın sonundakı  şəkilçi morfemlərini isə belə  

səciyyələndirmək olar: -ca qüvvətləndirici  ədat, -cıq, -çuq (-cuq) 

əzizləmə bildirən  şəkilçi. Qaraca çobanın qohumluq əlaqələri ilə 

bağlı cəmi iki fakt qeyd oluna bilər: 

qardaşı – Qabangücü 

qardaşı – Dəmirgüci 

Qazan: antroponimik modelində atasının adı  və  ləqəbi də 

verilir: “Ulaş oğlı Salur Qazan”. Bu modeldə “Ulaş” onun atasının 

adı (sonrakı  səhifələrə bax), Salur (qılınc və çomaqla vuruşan; 

ucada olan ocaq, od yandırılan yer; hündür, uca) ləqəbi, Qazan isə 

(ucalan, uca, yüksək, ad qazanan, şöhrətli olan) əsl adıdır. Qeyd 

etdiyimiz bu adlar barədə qorqudşünaslıqda kifayət qədər arqu-

mentləşdirilmiş fikirlər söylənilib. Qazan xanın qohumluq əlaqələ-

rinə mətn kontekstində diqqət yetirək: “Ulaş oğlı Tülü quşuŋ yav-

rısı, bizə miskin umudı, Amit sayınıŋ aslanı, Qaracuğıŋ qaplanı, 

Qoŋur atın iyəsi, xan Uruzıŋ ağası, Bayındır xanıŋ göygüsi, Qalın 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

74

 

Oğuzıŋ dövləti, qalmış yigit arxası” bədii təyinində atasının adı 



konkret olaraq ifadə olunub: Ulaş oğlı; qayınatasının adı açıq-ay-

dın görünür: Bayındır xanıŋ göygüsi (kürəkəni); oğlu Uruza işarə 

edilir: xan Uruzıŋ ağası...; “Oğlım Uruz ox atanda puta qalmış” = 

oğlu Uruz; “Qalın Oğuz elində bir oğlım var, - Uruz adlu” = oğlu 

Uruz; “Bir qartaşım var, – Qaragünə adlu” = qardaşı Qaragünə; 

“Tayım Uruzı gördim, – Baş  kəsübdir, qan dökipdir...” = dayısı 

Uruz//Aruz; “Namərd  Aruz tayıŋdan adam gəldi” = dayısı Aruz; 

“Qazanın qızını  ərliklə alan... Qaragünə  oğlı Qarabudaq” = qızı; 

qardaşı; qardaşı oğlu; kürəkəni... bu cür nümunələr, eyni zamanda 

“Kitab”ın ümumi məzmunu göstərir ki, Qazanın qohumluq əlaqə-

lərinin əhatə dairəsi genişdir. Bu da təsadüfi deyil. Belə ki, Qazan 

“Kitab”da ən çox görünən obrazlardan biridir... Beləliklə, Qazanın 

qohumluq əlaqələri ilə bağlı aşağıdakı nəticələri söyləmək olar: 

atası – Ulaş 

anası – adı çəkilmir, amma ona birbaşa işarə olunur, Qazanın 

qarıcıq anası 

arvadı – Burla xatun 

qayınatası – Bayındır 

qayınatasının atası – Qam Ğan (Bayındırın atası) 

oğlu – Uruz 

qızı – ona işarə edilir (Qarabudağın arvadı): bu özünü iki 

nümunədə aydın şəkildə göstərir: 1) Qarabudağın bədii təyinində: 

“Qazanın qızını  ərliklə alan”; 2) Qazanın oğlu Uruzun dilində: 

“Qara gözlü qız qartaşumı ağlatmağıl!” 

qardaşı, həm də qudası – Qaragünə 

qardaşı oğlu və kürəkəni – Qarabudaq 

gəlini – Uruzun arvadı. Bu qohumluq dərəcəsi Uruzun dilin-

dən verilmiş parçada açıq-aydın görünür: “Ayğır atım boğazlayub, 

aşum versün! Yad qızı həlalıma dəstur versün! Maŋa tutan gərdə-

gə ayrıq girsün!” – “Ayğır atımı kəsdirib, aşımı versin! Yad qızı-

dır, arvadıma izin versin! Mənim bəy otağıma ayrısı girsin!” 

dayısı – Aruz 

dayısı oğlu – Basat 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

75

 

dayısı oğlu – Qıyan Səlcik 



dayısı gəlini – Aruzun gəlini, Qıyan Səlcikin arvadı 

dayısı nəvəsi – Dondar (Aruzun nəvəsi, Qıyan Səlcikin oğlu) 

anasının əmizadələri–Baybican, Dəli Qarçar, Banıçiçək 

anasının əmizadəsinin qudası – Baybicanın qudası Baybörə 

anasının əmizadəsinin əri – Banıçiçəyin əri Beyrək 

Qazılıq qoca: “qazılıq” apelyativinin uca, ucalıq, yüksək, 

yüksəklik kimi mənalarda olduğu göstərilir; qohumluq əlaqələ-

rinin əhatə dairəsi məhdud görünür, həm də daha çox iki nümunə-

nin semantikasına  əsasən müəyyənləşir: Yeynəyin antroponimik 

modeli: “Qazılıq qoca oğlı Yegnək” və Yeynəyin dilində dayısının 

adının çəkilməsi: “Dayım Əmən imiş, anı bildim”. Bu nümunələr 

isə Qazılıq qocanın qohumluğu ilə bağlı  cəmi iki faktı qeyd 

etməyə imkan verir: 

oğlu – Yegnək 

qaynı – Əmən 



Qılbaş: XII boyda təsadüf olunur; apelyativi daha çox “baş 

qul”, “qul başı” mənasına uyğun gəlir ki, bu da “Kitab”ın semanti-

kası ilə səsləşir; Qılbaşın qohumluq əlaqələri ilə bağlı konkret bir 

fikir söyləmək mümkün deyil. 



Qırqqınuq: apelyativlərinin sdemantikası ilə bağlı söylə-

nilmiş fikirləri belə ümumiləşdirmək olar: qırq (qırx); qınuq “hər 

yerdə əziz olan” anlamlı etnonim. Qeyd etdiyimiz kimi, Qırqqınuq 

Qaraçəkürün oğludur, Oğuzda üzörtüyü ilə  gəzən dörd igiddən 

biridir. Bu mənada onun qohumluğu ilə bağlı yalnız bir faktı qeyd 

etmək mümkündür: atası – Qaraçəkür. 



Qıyan Selcik: bu antroponimik modeldə “qıyan” kəsən, doğ-

rayan mənasındadır, igidlik məzmunludur, “Selcik” isə etnonimdir 

(türk sərkərdəsi Səlcuqla əlaqələndirilir). Əvvəlki səhifələrdə qeyd 

etdik ki, “Qıyan Selcik” Aruzun oğludur, Dəli Dondarın atasıdır, 

Basatın qardaşıdır... Bu faktlarla kifayətlənmək də olar. Amma 

Basatın dilindən verilmiş “Qarındaşım Qıyanı öldürmişsən, Ağca 

yüzlü yengəmi tul eləmişsən” kimi cümlələr onun qohumluq əla-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

76

 

qələrinin başqa tərəflərini də aşkarlamağa imkan yaradır. Bu aşa-



ğıda təqdim etdiyimiz nümunələrdə daha aydın görünür: 

atası – Aruz 

anası – mətndə ona bir neçə yerdə işarə olunur 

arvadı – yuxarıdakı cümlə kontekstində müəyyənləşir 

oğlu – Dəli Dondar 

qardaşı – Basat 

bibisi – Aruzun bacısı, Qazanın və Qaragünənin anası 

bibisi oğlu – Qazan 

bibisi gəlini - Burla  xatun 

bibisi oğlunun qayınatası – Bayındır (Qazanın qayınatası) 

bibisi oğlunun atası – Ulaş (Qazanın və Qaragünənin atası) 

bibisi oğlu – Qaragünə (Ulaşın oğlu) 

bibisi nəvəsi – Uruz (Qazanın oğlu) 

bibisi nəvəsi – Qazanın qızı (mətndə ona işarə olunur, 

əvvəlki səhifələrə bax) 

bibisi nəvəsi – Qarabudaq (Qaragünənin oğlu) 

əmizadələri – Baybican, Dəli Qarçar, Banıçiçək 

əmizadəsinin əri – Beyrək (Banıçiçəyin əri) 



Qoŋur qoca: boz anlamlı “qoŋur” sözü “Kitab”da həm şəxs 

adı (Qoŋur qoca), həm də at adı kimi çıxış edir (Qoŋur at – Qazan 

xanın atının adı); “Kitab”da Qoŋur qocanın real qohumluğunu əks 

etdirən parçalar yox dərəcəsindədir. Burada şərti olaraq onun 

mifik qohumluğunu qeyd etmək olar: arvadı – Pəri qızı; oğlu – 

Təpəgöz. 



Oqçı:  mərdlik, mübarizlik simvollu adlar sırasına daxildir, 

“oq (ox)+çı” modeli əsasında yaranıb; Oqçı ilə bağlı yalnız bir 

cümlə işlənib: “Mənim qırımım Əŋsə qoca oqlı Oqçı olsun!” (D-

302). Bu cümlədə Oqçının atasının adı dəqiq verilib: atası - Əŋsə 

qoca. Digər qohumluq əlaqələri ilə bağlı konkret fikir söyləmək 

çətindir. 



Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin