Etika əxlaq və mənəviyyat haqqında elmdir. Etikanın yaranmasının ilkin şərtləri. Etikanın predmet və vəzifələrinin Aristotel tərəfindən öyrənilməsi


Peşə etikasının kateqoriyaları və prinsipləri



Yüklə 112,74 Kb.
səhifə7/33
tarix10.05.2022
ölçüsü112,74 Kb.
#57322
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   33
Peşə etikasının mühazirələri-1

5. Peşə etikasının kateqoriyaları və prinsipləri Peşə etikası-peşə fəaliyyəti zamanı insanlar arasında mey-dana çıxan əlaqələri öyrənir. Peşə etikası həmçinin hər hansı bir peşə qrupunun və onun idealogiyasının öyrənilməsidir. Sosial və iş fəaliyyətindəki etik münasibətlər peşə fəaliyyəti sırasında meydana gəlir və şəxsi faydaların nail olunmasında ortaya çıxır. Etikanın kateqoriyaları əxlaqın sturukturunu müəyyən edir. İnsanların ətraf aləmi dərk etməsində Xeyir və şər kateqoriyaları daha çox iştirak edir. . İnsanın hər hansı bir fəaliyyəti Əxlaqi şüurun mərkəzi anlayışı ilə anlayış ilə qimətləndirilir.Əxlaqi şüurun və əxlaqi prinsiplər etikanın kateqoriyaları sistemində əks etdirilir.Əxlaqi hərəkət və davranışlara qiymət vermək xeyir və şər kateqoriyalardan istifadə edilir.Əxlaq kateqoriyaları xeyir,şər,borc,vicdan,ədalət insan şüuru həyata keçmə və subyektiv olmasınından aslı olmayarq movcuddur. Etikanın kateqoriyalar sisteminnin məzmunu əxlaqi prinsiplərin və əxlaqi şüurun mühüm tərəflərindən ibarətdir. Əxlaqın komponentlərini daxili əlaqə baxımından, yaranan münasibətlərin məzmununun xüsusiyyətlərini sturuktur kateqoriyalar xarakterizə edir.

Cəmiyyətin mənəvi həyatının zənginliyini və rəngarəngliyini, əxlaqi münasibətlərin obyektiv qanunauyğunluqlarını etikanın nəzəri əsası olan kateqoriyalar əks etdirir.



Etikanın əsas ,ənəvi kateqoriyaları- xeyir və şər,borc və vicdan,şərəf vləyaqət,xoşbəxtlik və həyatın mənası.İnsanın hər hansı bir fəaliyyəti əxlaqi şüurun mərkəzi anlayışı xeyir və şər kateqoriyyaları prizmasında qiymətləndirilir. Bu insan-mühit sisteminin əsas kateqoriyaları bunlardır: 1. Peşə işçilərinə kollektivin bir üzvü kimi münasibət; 2 . Sosial işçi-sosial müştəri mühiti; 3. Sosial işçi - fiziki şəxs. Peşə fəaliyyətində etik münasibətlər əsasən bunlardır: tələblər, peşəkar məsuliyyət, subyektlərarası münasibətlər, mənəvi keyfiyyətlər. O keyfiyyətlər ki, peşə işçisi sahib olmalıdır. Bu normalar mütəxəssis və idarələrin öz fəaliyyətlərini nəzarət-də saxlamağa imkan verir. Peşə etikasının əsas kateqoriyaları kimi. Peşə borcunu göstərə bilərik - Bu ad altında müəllimin, həkimin və hər bir peşə işçisinin vəzifə borcları, işə qarşı olan məsuliyyəti toplanmışdır. Məhz bu peşə borcunun dərk edilməsi həm şəxsi maraqların həm də cəmiyyətin maraqlarının qarşılanmasında mühüm rol oynayır. Öz vəzifəsini, iş borcunu düzgün və vicdanla yerinə yetirmək başqalarının da maraqlarını qarşılamağa və problemlərini həll etməyə bərabərdir. Qısaca vəzifə borcu - vəzifə məsuliyyəti bərabərliyindən istifadə edərək hər bir şəxs ən azından minimum səviyyədə də olsa etik normalara uyğun hərəkət etmiş olur. Peşə borcu ilə möhkəmləndirilmiş peşə məsuliyyəti mütəxəssisin müxtəlif vəziyyətlərdən üzüağ çıxmasına yardımçı olur. İkinci mühüm kateqoriya kimi peşə vicdanı anlayışını göstərə bilərik. O peşə vicdanı ki, nəticəyə baxmağa kömək edir və nəticələri ümumbəşəri dəyərləri nəzərə almaqla qiymətləndirməyə təkan verir. Peşə ədaləti hansı ki, müəllimlərə, həkim və s. peşə sahibləri üçün əhəmiyyətlidir. Ədalətlilik prinsipi işçilər arasında mövcud olmalıdır. Ədalətsizlik insana ziyan vurduğu kimi cəmiyyətə də böyük ziyan gətirir və ya digər peşə fəaliyyətinin nəticələrində əks olunur. Peşə şərəfi və peşə ləyaqəti bu və ya digər peşənin əhəmiyyətlilik dərəcəsini göstərir. Həmçinin nəzərdə tutulan peşənin təmsilçilərinin mürəkkəb sosial sistemdəki rolunu müəyyən edir. Məsələn: müəllim təkcə öz imici haqqında deyil, ictimayyət arasında öz peşə nüfuzunu qoruyub saxlamalıdır. Hər bir şəxs və hər bir fərd tərəfindən peşənin dəyərinin dərindən mənimsənilməsi peşə ləyaqətini formalaşdıran əsas amildir. Peşə şərəfi, peşə ləyaqəti bir-birini tamamlayır və biri-birinə dəstək verən əsas amillərdən biridir. Etika əxlaqi şüur,əxlaqi fəaliyyət ,norma, məqsəd,münasibət anlayışlarını ifadə edir. Etik təsirlər sosial iş fəaliyyətinin bir növü kimi - Bildiyimiz kimi fəaliyyətin istənilən növünü bu şəkildə xarakterizə edə bilərik: Fəaliyyətin obyekti, motivasiyanın məqsədi, peşə fəaliyyətinin prinsipləri, məqsədə çatmanın yolları, yekun nəticə, etik təsirlər. Etik təsirlər o təsirlərdir ki, cəmiyyətin maraqlarını və istəklərini qəbul edir və onları qarşılayır. Bu nöqteyi nəzərdən biz onu sosial yönümlü fəaliyyətin bir növü kimi xarakterizə edə bilərik. Sosial yönümlü işlərdə fəaliyyətin obyektləri əsasən sosial işçilər, sosial xidmətlər və təşkilatlardır. Onların etik tərəfləri sosial fəaliyyətin etik kodesləri ilə tənzimlənir.


Yüklə 112,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin