Etika əxlaq və mənəviyyat haqqında elmdir. Etikanın yaranmasının ilkin şərtləri. Etikanın predmet və vəzifələrinin Aristotel tərəfindən öyrənilməsi


Etik biliklər sistemində peşə etikasının yeri,strukturu,funksiyaları, əxlaqi xüsusiyyətləri



Yüklə 112,74 Kb.
səhifə6/33
tarix10.05.2022
ölçüsü112,74 Kb.
#57322
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   33
Peşə etikasının mühazirələri-1

4. Etik biliklər sistemində peşə etikasının yeri,strukturu,funksiyaları, əxlaqi xüsusiyyətləri. Peşə etikası cəmiyyətdə peşə qruplarının mənəvi nüfuzunu dəstəkləyən, müəyyən edilmiş vəzifələrin normaların məcmusudur. Peşə etikasının vəzifəsi müxtəlif peşə nümayəndələrinin əxlaq normaları və onların qiymətləndirməsini xarakterizə edir. Əxlaq tərbiyəsi tərbiyənin mərkəzində şəxsiyyətin mənəvi özəyini formalaşdıran amil kimi dayanır.Elmi idrakda ağıl,təfəkkürə,dərrakəyə toxulur.Əxlaqın idrakı funksiyası əxlaq obrazlı olub,hissləri,inamı və intuisiyanı ifadə edir.Peşə etikası müxtəlif peşə fəaliyyəti ilə bağlı normaları, standartları, tələbləri müəyyən edir. Peşə etikası əxlaqı izah etməli və əxlaqa öyrətməli, vəzifə və şərəf haqqında mənəvi prinsip-ləri və fikirləri aşılamalı, işçiləri mənəvi tərbiyə etməlidir. Peşə etikası istehsalat kollektivlərində insanları tərbiyə etmək, onları iş mühitində özünü düzgün aparmaq, ünsiyyət qurmaq üçün nəzərdə tutulmuşdur. Peşə etikası müxtəlif peşələrlə bağlı əxlaq normalarına riayət etməyi öyrədir. İşçilər də bu standartlara əsaslanmalıdır. Bu standartlara əməl edən xidmət işçisi özündə şəxsi keyfiyyətləri tərbiyə etməlidir. Peşə etikası istehsalat mühitində insan münasibətlərini tənzimləmək üçün nəzərdə tutulmuşdur. Hər bir peşə özündə qəbul edilmiş mövcud dəyər sisteminə, öz xüsusiyyətlərinə malikdir. Bundan əlavə eyni hərəkət mövcud dəyər sisteminə münasibətdən asılı olaraq əxlaqi və qeyri əxlaqi hesab edilə bilər. Peşə etikasının əsasını ictimai maraqlar, laqeydlilik və ona qarşı dözümsüzlük, ictimai borc haqqında yüksək şüur təşkil edir. Dünyada ən əsas dəyər insanlardır. Hər bir peşənin nüfuzunu isə o sahədə çalışan insanlar müəyyən edir. Peşə fəaliyyəti zamanı insanlararası münasibətlərə işçilərin necə hərəkət etməsi, bu münasibətlərin motivləri, işçi-idarəçi arasındakı münasibətlərin mənəvi kodeksləri və s.daxildir. Peşə etikası işçilərin mənəvi keyfiyyətlərini müxtəlif tələblər, istəklər və ehtiyaclar mühitində bu münasibətlərin formalaşmasını öyrənir. Peşə fəaliyyəti bir, iki deyil, bir çox insanın fəaliyyəti olduğundan iş fəaliyyətində peşə etikasının dəyərini ölçmək olduqca mürəkkəb və çətindi. İş fəaliyyətində işçilərin peşə etikasının formalaşmasına təsir göstərir: Fərdin şəxsi etikası, idarəçinin etikası, təşkilatın korporativ etikası və işçi kollektivin etik münasibətləri. Şəxsin fərdi etikası indi sadalayacağımız faktorları əks etdirir:

- Üzərinə düşən məsuliyyətin düzgün dərk edilməsi;

- işdən yayınmamaq;

- başqalarına təsiretmə xüsusiyyəti;

- seçilən fəaliyyət növündəki peşəkarlıq;

- yalnız şəxsi maraqları deyil, həmçinin kollektivin və dövlət maraqlarının nəzərə alınması;

- sosial qaydalara və qanunlara uyğun davranmaq;

- iş münasibətlərindəki əxlaqi etiketlərə uyğun hərəkət etmək. Bu saydığımız keyfiyyətlərə başqa bir neçəsini əlavə etmək olar:

- Qanunlara və ənənələrə könüllü tabe olmaq;

- ədalətlilik;

- öz fəaliyyətinin mənfi tərəflərini qabaqcadan görmək;

- digərinin müstəqil olma arzusuna hörmətlə yanaşmaq;

- başqalarının yaxşılığı üçün can yandırmaq;

- verilmiş sözə naxələf çıxmamaq.

Təşkilatda meydana gələ biləcək etik problemlər zamanı təşkilat bunları ayırd etməlidir:

- İnsanların qarşılıqlı münasibətlərinin etikası;

- insan-təşkilat qarşılıqlı münasibətlərin etikası;

- təşkilatlararsı münasibətlərin etikası.

İnsanların qarşılıqlı münasibətlərinin təməlində bunlar ol-malıdır: Həmkara qarşı olan münasibətin şüurlu şəkildə başa düşülməsi, iş üzərindəki oriyentasiya, özünütoparlama, sayıqlıq və s. daxildir. Öz növbəsində qarşılıqlı münasibətlərin etikasına bu aspektlərdən də baxmaq olar. İdarəçi, işçi, idarəçilər arası münasibət, idarəçi-müştəri, idarəçi təşkilatlar, kənar şəxslər.

Əvvəlki dərslərdən bildiyimiz kimi peşə etikası bir çox ictimai sferalarda o cümlədən əmək sferasında insanların müna-sibətlərini tənzimləyir. Başqa sözlə peşə etikasının var olması insanın əmək fəaliyyətinin özəllikləri ilə bağlıdır. Cəmiyyətdə eyni funksiyaları icra edən insanlar özlərinin əmək fəaliyyətləri sırasında eyni normaları meydana gətirirlər hansı ki,onların peşə fəaliyyətinə təsir göstərir. Peşə etikasının ümumi prinsiplərini biz aşağıdakı kimi sadalaya bilərik:

- Yüksək mənəvi dəyərlər;

- Müvafiq peşə fəaliyyətinə məxsus olan və yaranan normalar və dəyərlər.

Peşə münasibətləri çərçivəsində bəzən tərəflərin bərabər-liyi pozulur. Hansı ki, hər hansı bir şəxsiyyəti alçaltmaqla meydana gəlmir. Sadəcə işgüzar münasibətlər zamanı yaranır.


Yüklə 112,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin