Etika əxlaq və mənəviyyat haqqında elmdir. Etikanın yaranmasının ilkin şərtləri. Etikanın predmet və vəzifələrinin Aristotel tərəfindən öyrənilməsi


Peşə etikasının növləri. Biznes etikası,Menecerin peşə etikası,Mühəndis etikası, Ekoloji etika



Yüklə 112,74 Kb.
səhifə14/33
tarix10.05.2022
ölçüsü112,74 Kb.
#57322
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   33
Peşə etikasının mühazirələri-1

9. Peşə etikasının növləri. Biznes etikası,Menecerin peşə etikası,Mühəndis etikası, Ekoloji etika

Hər bir peşə fəaliyyətinin özünə uyğun spesifik xüsusiyyətləri var. Etika psixi mexanizmlərdən asılı olmayaraq insanın mənəvi keyfiyyətlərini nəzərdən keçirir və bu keyfiyyətlərin əmələ gəlməsini stimullaşdırır. Etikanın öyrənilməsi mənəvi normaların çoxnövlülüyünü və rəngarəngliyini, peşəkar mənəvi əlaqələrin müxtəlifliyini əks elətdirir. Peşə ilə əlaqəli mənəvi normalar, etik ideallara söykənən qanunlar, modellər və şəxsiyyətin daxili özünütənzimləməsidir. Peşə etikasının bir çox növləri vardır. Tibbi etika - Həkimin yüksək mənəvi və etik davranış üslubuna sahib olması Hippokratın adı ilə bağlıdır. Ənənəvi tibbi etika həkim və xəstə arasında şəxsi əlaqələri və fərdi keyfiyyətlər ilə əlaqəli suallara cavab verir, həkimin xəstəyə verə biləcəyi sualı araşdırır. Tibbi etika məşhur bir bir formulanı ifadə edir. Ziyan vermə. Tibb işçisi xəstələrin müalicəsində düşünülmüş riskə gedərək yeni müalicə tətbiq etmə məsuliyyətini öz üzərinə götürməyi bacarmalıdır.Tibbi etika düzgün müalicə edilmək mühitinin yaradılmasıdır. Biotibbi etika - Həkimin müasir peşə etikasının konkret formalarını göstərir. Bu bir insanın həyatını və ölümünü icazə verilmiş məhdudiyyətlər çərçivəsində manipulyasiya etməklə bağlı bilik sistemidir. Manipulyasiyanın əxlaqi cəhətdən tənzimlənməsi vacibdir. Bioetika insan həyatının bialoji müdafiə formasıdır. Bioetikanın əsas problemi: intihar, evtanaziya, ölümün müəyyənləşdirilməsi, transplantasiya, heyvan və insan üzərindəki ekspermentlər, həkim və pasient arasındakı münasibətlər, psixi çatışmamazlığı olan insanlara qarşı olan münasibət, gen mühəndisliyi və s. Bioetikanın məqsədi müasir bio-tibbi fəaliyyətlər üçün düzgün olan modellərin işlənib hazırlan-masıdır. Jurnalistikada peşə mənəviyyatı jurnalist fəaliyyəti ilə eyni vaxta yaranmışdı. Lakin onun formalaşması bir əsr davam etmişdir və yalnız jurnalistikanın kütləvi peşəyə çevrilməsindən sonra müəyyənliyə çatmışdır. Jurnalistika fəaliyyəti ilə bağlı cəmiyyətdə ilk peşə mənəvi kodeksləri XIX-XX əsrlərdə başa çatdı. Jurnalist peşə mənəviyyatını dərk edərək öz iş həmkarları ilə münasibətdə olmuş, və onun davranışının ümumi təşkilata təsirini görmüş və öyrənmişdir. Onu da qeyd etmək lazımdır ki, bu təsir fərdi şəkildə inzibati təsirdən fərqlənir. Çünki məqsəd məcburetmə deyil, oyatmadır. Jurnalistin peşə etikası digər peşə etikası kodeksləri kimi əmək fəaliyyəti prosesində formalaşmışdır. Bu kodekslər jurnalistika fəaliyyəti cərçivəsində meydana gəlmişdir. İlk peşə kodekslərinin meydana gəlməsi uzun müddətli jurnalistika peşə fəaliyyətinin inkişafında yeni bir mərhələ açdı. Bu yeni mərhələ əsasən jurnalistika fəaliyyətinin dərk edilməsi və praktiki olaraq onun nəticələrinin tətbiq edilməsi idi. İqtisadi etika - Peşə etikasının formalaşmasında əsas rollardan birini iqtisadi etika oynayır (işgüzar etika, biznes etikas) və.s. İş mühitində kollektivin davranış prinsipinə şirkətin işgüzar imicinin qorunması aiddir. İqtisadi etika sahibkarın davranış normaları, tələbləri, mədəni cəmiyyət tərəfindən onun iş stilinə təqdim edilmiş biznes iştirakçıları ilə ünsiyyət xarakteri və sosial simasının məcmuyudur. İşgüzar etika konkret ölkələrin müəyyən tarixi şəraitinin ənənələri ilə formalaşan işgüzar etiketi özündə ehtiva edir. İqtisadi etika qədim elmdir. Onun başlanğıcı Aristotelin “Etika”, “Nikomax etikası”, “Siyasət” kimi əsərlərində qoyulmuşdur. Aristotel iqtisadiyyatı iqtisadi etikadan heç vaxt ayırmamışdır. O öz oğlu Nikomaxa istehsalın rifahına yönəlik işlərlə məşğul olmağı tövsiyə etmişdir. Onun bu prinsipləri katolik və protestant ilahiyyatçılarının ideya və konsepsiyalarında öz inkişafını tapdı hansı ki, uzun müddət biznes etikası üzərində gərgin düşünmüşlər. İlk iqtisadi-etik konsepsiyalar ABŞ-ın Ford Avtomobil şirkətinin yaradıcısı Henri Forda məxsus olmuşdur. Fordun düşüncəsinə görə yaxşı iş və yaxşı sosial vəziyyət ancaq etik cəhətdən sağlam düşüncə çərçivəsində düzgün və vicdanlı işləməklə yaradılır. Fordun iqtisadi etikası onunla bağlıdır ki, istehsal olunan məhsul təkcə reallaşmış işgüzar nəzəriyyə deyil, bundan daha böyük əhəmiyyət kəsb edir. Yəni iş təkcə gəlir deyil eyni zamanda xöşbəxt olmanın əsas ünsürüdür. Güc və maşın, pul və mülkiyyət o zaman faydalıdır ki, onlar həyat azadlığı verir.Biznes etikasında biznes mədəniyyəti özünü təşkil etmə ideyalarına əsaslanır.Biznesin makromühitinə- iqtisadi,təbii,elmi-texniki,siyasi,mədəni mühit aiddir.Biznes etikasının mikro səviyyəsi tədhizatçılar və tədarükçülər arasında etibar və diskriminasiya halların olmaması prinsipləridir.Biznes etikasının makro səviyyəsi heyhyət ilə inzibatçı arasında münasibətdir.Qeyri –stabil dövlət sahibkar etikasının inkişafına mane olan amil kimi göstərilmişdir. Menecerin etikası - İdarəetmə sahəsində fəaliyyət göstərən şəxsin davranış və əməllərini araşdıran elmdir. Sahibkarın əsas peşə kodeksləri bunlardır: O inanır ki, onun əməyi təkcə özü üçün deyil,digərləri üçün, bütünlükdə cəmiyyət üçün faydalıdır; bu ondan irəli gəlir ki, onu əhatə edən insanlar işləməyi sevir və onu bacarırlar; - Biznesə inanır, onu cəlbedici yaradıcılıq kimi qiymətləndirir; - rəqabətin zəruri olduğunu qəbul edir, lakin əməkdaşlığa da ehtiyac duyur; - hər bir mülkiyyətə, ictimai hərəkata, peşəkarlığa məsuliyyətə, qanunlara hörmət edir; - təhsili, elmi və texnikanı qiymətləndirir. İnzibati idarəetmə etikası - işçilərdən siyasi şüur vətənpərvərlik, işgüzarlıq, düzgünlük, intizam tələb edir. Mühəndis texniki işçilərin etikası - işçilərdən təbiətə humanist münasibət eyni zamanda ekologiyanın qorunması, təbii resurslardan qənaətlə istifadə olunması, yeni mühəndis texnoloji düşüncəyə malik olmağı tələb edir.Mühəndis etika cəmiyyətə xeyir gətirəcək etxniki avadanlıqların yaradılmasıdır. Alimlərin peşə etikası - elmin cəmiyyətin həyatında oynadığı böyük rolu, onun qorunması, mədəniyyətin inkişafı, öz kəşflərinin nəticələri, təbiət və cəmiyyət üçün məsuliyyəti əks etdirir. Pedaqoji etika - uşaqlara münasibətdə humanist prinsiplərə və şagirdlərin şəxsiyyətinə hörmət və ona qarşı tələbkarlığa üstünlük verir. Xidmət sahəsində çalışan işçilərin etikası - burada əsas yeri birinci növbədə mədəni ünsiyyət tutur hansı ki, baş verən konfliktləri yumşaltmaq, mədəniyyətsizliyin qarşısını almaq, dələduzluq, ticarət qaydalarının pozulması və s. Hüquqi etika - hüquq nümayəndələrindən qanuna hörmət, prinsipiallıq, dövlət, onun təşkilatlarının, ayrı-ayrı şəxslərin maraqlarını qorumaq, hüquqi praktikada hər bir vətəndaşın bərabərliyıni qanun qarşısında dövlət qarşısında təmin edilməsini nəzərdə tutur. Peşə etikası normaları hər bir peşə ilə bağlı olan spesifik davranış normalarıdır hansı ki, bu normalar cəmiyyətdə mənəvi nöqteyi nəzərdən əsaslandırılmışdır. İşgüzar insanın bu əsas etik prinsipləri peşəkar fəaliyyətin müxtəlif sahələrinə aid edilə bilər.Hal hazırda işgüzar davranışın prinsip və qaydaları etik kodeksər əsasında tərtib olunur. Bu ayrı – ayrı şirkətlərin yaşadığı standartlar və ya bütün sənaye sahələrini tənzimləyən qaydalar ola bilər.


Yüklə 112,74 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin