Etika əxlaq və mənəviyyat haqqında elmdir. Etikanın yaranmasının ilkin şərtləri. Etikanın predmet və vəzifələrinin Aristotel tərəfindən öyrənilməsi



Yüklə 112,74 Kb.
səhifə10/33
tarix10.05.2022
ölçüsü112,74 Kb.
#57322
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   33
Peşə etikasının mühazirələri-1

Səkkizinci prinsip - hər hansı bir xidməti məsələlərin həl-lində müstəqil fikir söyləməkdən çəkinməmək;

Doqquzuncu prinsip - xidməti danışıqlar zamanı işçilərə qarşı heç bir formada şiddətə,təzyiqə yol vermək olmaz; Onuncu prinsip - etik standartların bir təşkilatın həyatına daxil olması üçün birdəfəlik əmr verilməsi kifayət deyil. Bu yalnız menecerin və işçilərin ardıcıl və davamlı səyi nəticəsin-də mümkün olur; Onbirinci prinsip - kollektivə, ayrıca bir işçiyə, istehlak-çıya təsir göstərərkən,əks təsirin gücünü nəzərə almaq lazımdır. Fakt budur ki,nəzəri baxımdan etik standartların dəyərini və zəruriliyini tanıyan bir çox işçi,onlarla praktik gündəlik işlərdə qarşılaşdıqda, bu və ya digər səbəbdən onlara qarşı çıxmağa başlayırlar; Onikinci prinsip - etimad göstərməyin məqsədəuyğunluğu - işçinin məsuliyyət hissinə, səriştəsinə, vəzifə borcuna və s.; Onüçüncü prinsip – tövsiyyə edirki münaqişəyə yol ver-mək olmaz. Münaqişə işgüzar mühitdə mənfi nəticələrə gətirib çıxarır, eyni zamanda münaqişə etik xətaların baş verməsinə səbəb olur; Ondördüncü prinsip – azadlıq başqalarının hüquqlarının tapdalanması hesabına olmamalıdır. Bu həm də vəziə təli-matlarında bir öhdəlik kimi qarşıya qoyulur; Onbeşinci prinsip – işçi təkcə özü etik davranmamalı həm də öz həmkarlarını bu davranışa cəlb etməlidir; Onaltıncı prinsip - heç vaxt rəqibnizi tənqid etməyin. Rəqib deyildikdə təkcə rəqib təşkilat deyil həm də daxili rəqibi məs: başqa şöbənin kollektivi, digər kolleqa və s.nəzərdə tutulur. Göstərilən prinsiplər istənilən şirkətin hər bir işçisinin öz şəxsi etik sistemini inkişaf etdirməsi üçün əsas olmalıdır. Şirkətlərin etik kodekslərinin məzmunu etik prinsiplərdən irəli gəlir; Bunun-la yanaşı peşə etikasıyla bağlı digər standartlar da mövcuddur:

1. Fəaliyyətin nəticəsinə məsuliyyət

2. Dəqiqlik

3. Məxfilik

4. Qarşılıqlı hörmət

5. Tolerantlıq

6.Dürüstlük


Yüklə 112,74 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin